Zinédine Zidane həyat qanunları

478
Zinédine Zidane həyat qanunları

Zinédine Zidane həyat qanunları. Fransalı futbolçu. Dünya çempionu (1998) və Avropa çempionu (2000), dünyanın ən yaşı futbolçusu (1998, 2000, 2003), 48 yaş.

Ümumiyyətlə — danışmağı sevmirəm.

Daxili devizim — heç vaxt olmayıb.

Sözlər yumuruqlardan daha çox incidə bilər — bunu hələ uşaqlıqdan anlamışam.

Futbolda nail olduğun hər şeyi — haçansa küçədə dostlarımla futbol oynadığıma görə qazanmışam.

Bəxtim gətirib — imkansız məhəllədə böyümüşəm. Bu kimi yerlərdə sən futbolla yanaşı həyatı da örgənirsən.

Bütün dünyaya təkcə özümü tanıtmamışam — öz valideyinlərimi tanıtmışam. Bundan gözəl nə ola bilər?

Mənim atam — əlcəzairlidir. O öz kökləri ilə fəxr edir. Mən isə sadəcə onunla fəxr edirəm. Atam – “bir imiqrantın digərlərinə nisbətən iki dəfə artıq işləməli olduğunu örgənməlidir” fikrini mənə aşılamışdır.

Əslində — mən heç vaxt Əlcəzairi tərk etməmişəm. Əlcəzair mənim qəlbimdə yaşayır.

Hər zaman kim olduğumu və haralı olduğumu xatırlamışam — kim olduğumla fəxr edirəm. İlk olaraq mən La-Kastelinadan olan kabilliyəm, sonra isə Marseldən olan əlcazairliyəm. Sonda isə fransızam.

O zamanlar yaxşı yadımdadır — əvvəllər köklərimdən utanırdım. İndi isə həmin vaxtlardan utanıram.

Nə qədər yaşayırsansa, o qədərdə peşmançılıqların çox olur — buna görədə heç vaxt arxaya baxmağa dəyməz. Əsasəndə əgər həyatının yarısını yaşamısansa.

Sağkən — “bu mənim üçün çox ağırdır” kəlməsini dilə gətirmək istəmirəm.

Özümü son dərəcə ehtiyyatlı aparmalıyam — axı mən gənc oyunçular üçün nümunəyəm.

Kişi üçün sözlər — hərəkətlərdən daha önəmlidir. Üzdən zərbə almaq onları eşitməkdən daha yaxşıdır.

İnsanlara kömək etmək üçün — sənə səbəb gərəkli deyil.

Bunun qeyri adi emosia doğurduğunu ilk başdan anlamadım — səndən bütün ölkənin narahat olduğunu və səni izlədiyini görmək fərqli hislərdir.

Mənim üçün qələbə — fundamental dəyərdir.

Önəmli deyil sən nə qədər qələbə qazandın — qələbənin hərdəfəsi fərqli olacaq. Ümumiyyətlə qələbələr bezdirə bilməz. On oyunu ard-arda uda bilərsən, ancaq mütləq on birinici oyunuda udmaq istəyəcəksən.

İndividual nəaliyyətlər o qədərdə önəmli deyil — udan da, uduzan da komandadır.

Dünyada ən yaxşı futbolçu olduğuma əmin deyiləm — ancaq ən yaxşıların arasında oynamışam.

İngiltərə üçün oynamaq şansım olmayıb — ona görədə bu ölkə barəsində demək olarki heçnə bilmirəm.

İngilislərə hörmət edirəm — onlar məğlub olanda belə mübarizə aparmağa davam edirlər.

“Real Madrid” bu həyatımda baş verən ən yaxşı xatirədir — vaxt var idi mən o məşhur ağ geyimi geyinməyin arzusunda idim. Sonradan isə həyat mənə dünyanın ən yaxşı klubunun məşqçisi olmağı nəsib etdi. Hə, mən xöşbəxt insanam.

Mən idman meneceri ona görə olmadımki — ailəmi dolandırmağa imkanım yox idi. Mənim artq pul qazanağa ehtiyacım yoxdur. Ancaq hələdə öz-özümə məqsəd müəyyənləşdirməyə ehtiyacım var.

Mən orakul deyiləm — mən proqnoz vermirəm. Yalnız daha çox oyunları uda bilən kamandalar qalib gəlir.

Messi futblun Mosartıdır — bunu əminliklə deyə bilərəm.

Sənin butslarının nədən hazırlanması önəmli deyil — əgər bu haqda düşünsən, heç vaxt qalib gəlmərsən.

Futbolda dəbi — müqayisə etməsək daha yaxşı olar.

Kalleksiya etdiyim şeylər qələbələrdir — başqa əyləncələrim yoxdur.

Fəxr edirəmki, — məni Michel Platini ilə müqayisə ediblər.

Utancaq olmuşam — utancaq da qalacağam.

Diego Maradona həyat qanunlarıDavid Beckham həyat qanunlarıMuhammad Ali həyat qanunları

Əvvəlki məqaləLionel Messi həyat qanunları
Növbəti məqaləNiyə klassik yunan heykəllərinin cinsi orqanları balaca təsvir edilmişdir?

Fikirlərinizi bildirin.