Zənginliyin açarı – Napoleon Hill

Zənginliyin açarı – Napoleon Hill. Siz yalnız pulla əldə edilən maddi rifaha can atırsınız. Çünki öz istedad və bacarığınızdan faydalanaraq həyatın təqdim etdiyi naz-nemətlərdən maksimum dərəcədə həzz almaq istəyirsiniz. Bu, zənginliyə doğru uzanan yollardan yalnız biridir və ona, son məqsədə ancaq bircə şərtlə nail olmaq mümkündür – siz zənginliyə doğru aparan yolun açarını tapmalısınız.

Napoleon Hill zənginliyin əldə edilməsi üçün universal açarı təqdim edir. Bu açarı o özü kəşf edib. Onun fövqəladə mexanizmi cazibədar dünya qarşısındakı qapıları üzünüzə taybatay açacaq. Bu kitabı oxumaqla həmin sehrli açarı əldə edəcəksiniz.

Ön söz

“Mən varidatımın ən yaxşı hissəsini – bütün uğurlarımın mənbəyi olan şəxsi uğur fəlsəfəmi – Amerika xalqına vəsiyyət edirəm”.

Bu sözlər Endryu Karneginin vəsiyyətnaməsindəndir. Tanış olan hər kəsin həyatını dəyişə biləcək tarixçə də öz başlanğıcını məhz həmin sözlərdən götürür.

1908-ci il, payızın axırları idi. Karnegi məni evinə dəvət etmiş, ağlımı və xasiyyətimi xeyli tərifləmişdi. Niyyəti öz varidatının “ən yaxşı hissəsi” saydığını mənə etibar etmək idi. Mənim rolum bu sərvəti onun qanuni vərəsəsinə – Amerika xalqına ötürməkdən ibarət ­olacaqdı.

Mən bu hadisəni əbəs yerə xatırlamadım. Öncə sizə xəbər vermək istəyirəm ki, bu mirasda sizin də payınız və o paya sahib olmaq haqqınız var. Bizə yalnız vərəsəlik şərtləri ilə sizi tanış etmək qalır.

Bu şərtlər olduqca sadədir. Onlara əməl etmək üçün dahi olmağa gərək yoxdur. Bunda kələk-filan axtarmayın. Əslində hər şey – şərtlər də, mükafat da həqiqidir.

Sözügedən şərtlərin sizə uyğun gəlib-gəlmədiyini müəyyən edə bilməniz üçün mükafatın nələrdən ibarət olduğunu mümkün qədər dürüst ifadə edəcəyəm:

  • dəqiq uğur formulu; onun köməyi ilə siz universal bilik qazanacaq – artıq qayğılardan, qanqaraldan xəta və səhvlərdən azad, yepyeni bir həyatın qapılarını üzünüzə açan sehrli açar sahibi olacaqsınız. Bu açar, uğurlu biznes də daxil olmaqla, 12 böyük xəzinəyə yolunuzu açacaq;
  • Endryu Karneginin sizə vəsiyyət etdiyi zənginliklərin tam siyahısı; həmçinin bu zənginlikləri tezliklə əldə etmək üçün faydalı tövsiyələr;
  • uğura aparan yol boyu sizə yardım edən insanların təcrübə, bilik və bacarıqlarından daha böyük səmərəylə yararlanmağa imkan verən vasitələrin təsviri. Bu sizə həyatda çox şeyə və “diplomlu dahilər”dən daha tez nail olmağa kömək edəcək;
  • səhv buraxmamaq, yalnız özgələrinin səhvlərini təhlil edərək şəxsi uğur fəlsəfəsindən daha böyük effektivliklə faydalanmaq imkanı;
  • nəinki yüksək gəlir götürmək, həm də öz işinizə görə yüksək qiymət almaq üçün konkret fəaliyyət planı;
  • nəinki özgələrinin yanında işləmək, həm də öz işinizi açmaq imkanı verən konkret plan;
  • istənilən biznesmenə öz alıcılarını nəinki daimi müştərilərə, həm də yeni alıcılar tapmaq işində köməkçilərə çevirmək yolunu göstərən konkret plan;
  • göstərişlərinə riayət etməklə firmanızın işçilərini öz dost və yardımçınıza çevirə biləcəyiniz konkret plan; bu, gələcək müvəffəqiyyətin rəhni olacaq.

Həyat mozaikasının beş əsas fraqmenti – Cim Ron

Əvvəlki məqaləQədimdə impotensiyaya qarşı 7 qorxunc müalicə üsulu
Növbəti məqalə69-u unut. Tam yeni versiya – 68

Fikirlərinizi bildirin.