Yuxudan öncə sexlə məşğul olmaq daha xeyirlidir

407
Yuxudan öncə sexlə məşğul olmaq daha xeyirlidir

Yuxudan öncə sexlə məşğul olmaq daha xeyirlidir. Bu günki məqaləni partnyorunuza təqdim etsəniz yəqinki axşamlar baş ağrısı bəhanələrindən can qurtarmış olarsınız.

Axır ki, inandırıcı elmi faktlarla gecə saatlarında sexlə məşğul olmağın xoş olması ilə yanaşı xeyirli olması da sübuta yetirilmişdir. Heçdə yenilik olmayan xəbəri ciddi araşdırmalar və çoxsaylı cəhdlərdən sonra Mishel Lastell sübuta yetirmişdir. Qeyd edək ki, Mishel Lastell Avstraliya Kvinslend Universitetinin alimidir.

18-70 yaş arası 460 nəfər könüllüyə suallar ünvanlayaraq müəllif iştirakçıların yuxudan öncə nə işlə məşğul olduqlarını və məşğuliyyətdən sonra necə yuxuya getdiklərini örgənməyə çalışmışdır. Nəticələrə görə həvəsə sahib 64% insan sex və üstəlik orqazm yaşadıqları gecələr olduqca rahat və dərin yuxuya getdiklərini bildirmişlər. Yeri gəlmişkən, bu nəticə özünü portnyora etibar edə bilməyən, yəni sexual ehtiyaclarını özləri ödəyən insanlara da şamil edilmişdir. Vaxtaşırı masturbasiya əyləncəsinə aludə olanların faiz nisbəti ümumi iştirakçıların 50%-ini təşkil edir.

Elmi yanaşma sexlə yuxunun əlaqəsini özünəməxsus şəkildə əaslandırmışdır. Məsələ ondadır ki, sex orqanizminizdə “biokimyəvi kokteyllərin” ifrazına şərait yaradır ki, onun da tərkibində oksitosin və prolaktinə rast gəlinir. Nəticədə insan rahatlaşır və bədəni sankı boşalır. Yuxu zamanı iş həyatı ilə, müdirlə bağlı fikirlər, narazılıqlar unudulur, iqtisadi inkişafın təzahürləri hiss edilmir, məişət problemləri insanı narahat etmir. Daxili, zehni rahatlıq baş verir.

Deməli, gündəlik bütün yorğunluğunuzu və narahatlıqlarınızı axşam sexi vasitəsi ilə ikinci plana keçirə bilərsiniz. Zamanla həm sinir sisteminiz rahatlanar, həm də portnyorunuz sizin yolunuzu səbirsizliklə gözləmiş olar.

Niyə qadınlar evli kişilərə üstünlük verirlər?Erotik yuxularınızın mənası

Əvvəlki məqaləSexin dəri üçün xeyri
Növbəti məqaləNasaz nəqliyyat vasitələri və onların yedəyə alınması (maddə 55)

Fikirlərinizi bildirin.