Yuxuda cinsi əlaqədə olmaq niyə təhlükəlidir?

1858
Yuxuda cinsi əlaqədə olmaq niyə təhlükəlidir

Yuxuda cinsi əlaqədə olmaq niyə təhlükəlidir? Ən maraqlı yuxu pozğunluğundan – sekssomniyadan danışırıq: insanın huşunu itirmədən avtopilotda cinsi əlaqədə olduğu bir vəziyyət.

Somnoloqlar – deyildikdə yuxu pozğunluğu ilə peşəkar şəkildə məşğul olan həkimlər nəzərdə tutulur. Seksomniya fenomenini – isə “yuxu ilə əlaqəli anormal cinsi davranışlar” adlandırılır (hərfi mənada təxminən “yuxuda qeyri-adi cinsi davranış” kimi tərcümə olunur). Məhz bu formada sekssomniya bu il tibbi arayış kitablarına daxil edilmişdir.

Kanadalı mütəxəsislərin araşdırmasına görə, ümumi kişilərin 11 faizi sekssomniyadan əziyyət çəkirlər. Bu o demək deyil ki, onların hamısı yuxunun yeddinci qatında tam cinsi əlaqədə olurlar. Sekssomniya təzahürləri həm şüursuz şəkildə partnyoru sığallamaq, həm də mastürbasya, sevişmə və oral seks hesab olunur.

Təbii ki, bütün bunlar tam yuxuya dalma vəziyyətində baş verir. Sekssomniya qurbanları gecə yarısı yaşadıqları sərgüzəştləri haqqında yalnız növbəti səhər öyrənirlər: adətən ya partnyorun hekayələrindən, ya da digər aşkar əlamətlərdən.

ABŞ-dakı Sleep Forensics Associates yuxu tədqiqat mərkəzinin aparıcı tədqiqatçısı Michael Cramer Bornman, “Seksomniya yuxuda gəzmənin (lunatiklyin) bir formasıdır” deyə bildirmişdir. Yuxu fazaları arasında beyindəki bəzi neyronlar beynin əlavə hissələrini – məsələn, reproduktiv funksiyaya cavabdeh olanları “təsadüfən” aktivləşdirə bilər.

Əsas sağ qalma instinktləri kimi olub, “vur-qaç” reaksiyaları və ya qida çeynəmə prosesi kimi beyinə möhkəm bağlıdır.

Təəssüf ki, seksomaniyanın cinsi həyatı rəngləndirə biləcəyi ümidləri reallığı əks etdirmir. Bu vəziyyətdə cinsi əlaqə yalnız bunun üçün gərəkli minimum şeyləri özündə ifadə edir: minimum toxunma, çanaq nahiyyənin hərəkəti və s. Bu anda heç bir etiket qaydaları rol oynamır.

Bornmanın bu barədə bəzi fikirləri bizlərdə qorxu hissi yaratmaya bilmir: “Seksomniya hətta uğurlu cütlüklər üçün də təhlükəli ola bilər: sizin cinsəlliyiniz nəzarətdən çıxa və incə ön sevişmə əvəzinə zorlama həvəsi yarada bilər”. Amma bununla bərabər yaxşı xəbərlər də var. Bornman əmin edi ki: “Seksomniya qadınlar arasında da rastlana bilər – mövcud məlumatlara görə, qadınların 4 faizi belə bir hadisə ilə üzləşiblər”.

“Seksomniyanın bir nömrəli səbəbi çarpayınızda olan qadındır”. Cramer Bornman deyir ki, bu kimi halların səbəbi adətən stress, yorğunluq, yuxu pozğunluğu və bəzi yuxu həblərinin təsirləri hesab edilir. “Sekssomniyadan təkbaşına xilas olmaq mümkün deyil. Əgər o sizi narahat edirsə, neyrodavranış aspektində ixtisaslaşan somnoloqa müraciət etməlisiniz”.

Yuxudan öncə sexlə məşğul olmaq daha xeyirlidirTez yuxuya getmənin 5 asan yolu

Fikirlərinizi bildirin.