Yolun nişanlanması (maddə 69)

60
Yolun nişanlanması (maddə 69)

Yolun nişanlanması (maddə 69)

I.Yolun nişanlanması yol hərəkətinin nizamlanmasının səmərəli vasitələrindən biri olmaqla nəqliyyat axınının qaydaya salınmasına və yolun buraxma qabiliyyətinin yüksəldilməsinə xidmət edir.

II.Yolun nişanlanmasına hərəkət tühlükəsizliyini artırmaq məqsədi ilə yol hərəkəti qaydalarını müəyyənləşdirən yol qurğularının ölçülərini və ya yolun istiqamətini bildirən, yolun hərəkət hissəsinə, yolun və ya yol qurğularının digər elementlərinə çəkilən xətlər, yazılar və ya digər qeydlər aiddir. Yolun nişanlanması müstəqil şəkildə, habelə yol nişanları və svetoforlarla birlikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında tətbiq olunur. Müvəqqəti nişanlanma xətləri rənginə görə digər nişanlanma xətlərindən fərqlənməlidir.

III.Eyni yol sahəsində tətbiq edilmiş nişanlanma xətlərinin tələbləri, habelə müvəqqəti yol nişanları və müvəqqəti nişanlanma xətləri istisna olmaqla nişanlanma xətləri ilə digər texniki vasitələrin tələbləri arasında ziddiyyət və uyğunsuzluq yolverilməzdir. Aşkar olunmuş hər hansı ziddiyyət və ya uyğunsuzluq təxirəsalınmadan aradan qaldırılmalıdır. Müvəqqəti nişanlanma xətləri ilə digər nişanlanma xətlərinin tələbləri arasında ziddiyyət və uyğunsuzluq olarsa, müvəqqəti nişanlanma xətlərinə üstünlük verilməlidir.

Yol nişanlanmasının formaları:

1-Üfüqi:
a)uzununa (1.1-1.11);
b)köndələninə (1.12-1.15);
c)digərləri (1.16.1-1.25).
2-Şaquli (2.1-2.7)

Üfüqi
Nömrə İşarə Mənası
1.1
1.1 – əks istiqamətli nəqliyyat axınlarını ayırır və yolların təhlükəli yerlərində hərəkət zolaqlarının sərhədini, yolun hərəkət hissəsinin giriş qadağan edilən sərhədlərini, nəqliyyat vasitələrinin duracaq yerlərinin sərhədlərini və avtomagistrallara aid edilməyən yolların hərəkət hissəsinin kənarlarını göstərir (şəkil 1, 3, 17, 24, 28, 29)
1.2
1.2 – avtomagistrallarda hərəkət hissəsinin kənarını göstərir (enli bütöv xətlər) (şəkil 2, 29))
1.3
1.3 – dörd və daha çox hərəkət zolağı olan yollarda əks istiqamətli nəqliyyat axınlarını ayırır (şəkil 3, 6, 8, 19, 23, 29)
1.4
3.27 nişanı ilə birlikdə tətbiq edildikdə dayanma qadağan olunan yerləri bildirir, hərəkət hissəsinin kənarına və ya bordürün üst hissəsində çəkilir (şəkil 4, 29)
1.5
1.5 – iki və ya üç zolağı olan yollarda əks istiqamətli nəqliyyat axınlarını ayırır, bir istiqamətdə hərəkət üçün iki və daha çox zolaq olduqda, hərəkət zolaqlarının sərhədlərini göstərir (şəkil 4, 5, 7, 29)
1.6
1.6 – əks istiqamətli və ya eyni istiqamətli nəqliyyat axınlarını ayıran 1.1 və ya 1.11 nişanlanma xətlərinə yaxınlaşma barədə xəbərdarlıq edir (yaxınlaşma xətti – cizgilərinin uzunluğu onların aralarındakı məsafədən üç dəfə böyük olan qırıq xətlər) (şəkil 6)
1.7
1.7 – yolayrıcının hüdudlarında hərəkət zolaqlarını göstərir (cizgiləri qısa və onların aralarındakı məsafə cizginin uzunluğuna bərabər olan qırıq xətlər) (şəkil 7, 29)
1.8
1.8 – sürətləndirmə və ya tormozlama zolağı ilə yolun hərəkət hissəsinin əsas zolağı arasında sərhədi göstərir (enli qırıq xətlər müxtəlif səviyyələrdəki yolayrıclarında, kəsişmələrdə, avtobus dayanacaqları zonasında və sair yerlərdə) (şəkil 8, 29)
1.9
1.9 – reversiv hərəkətlə nizamlanma tətbiq edilən hərəkət zolaqlarının sərhədlərini göstərir, qarşılıqlı hərəkətlə nizamlanma tətbiq olunan yollarda əks istiqamətli (qarşılıqlı hərəkət svetoforları söndürülən zaman) nəqliyyat axınlarını ayırır (şəkil 9, 29)
1.10
1.10 – duracağın qadağan olunduğu yerləri bildirir, müstəqil və ya 3.28 nişanı ilə birlikdə tətbiq olunur və hərəkət hissəsinin kənarına və ya bordürün üst hissəsində çəkilir (şəkil 10, 29)
1.11
1.11 – yalnız bir zolaqdan çıxaraq yerdəyişməyə icazə verilən yol sahələrində əks və ya eyni istiqamətli nəqliyyat axınlarını ayırır və yalnız bir tərəfə hərəkət etməyə icazə verilən yollarda duracaqlara girmək və çıxmaq, geriyə dönmək və sair üçün nəzərdə tutulmuş yerləri göstərir (şəkil 11, 12, 29)

Köndələninə
Nömrə İşarə Mənası
1.12
1.12 (stop-xətt) – 2.5 nişanı olduqda və ya svetoforun (nizamlayıcının) qadağan siqnalı verildikdə, sürücünün dayanmalı olduğu yeri göstərir (şəkil 13, 16, 29)
1.13
1.13 – kəsişən yolla hərəkət edən nəqliyyat vasitələrinə yol vermək üçün sürücünün lazım gəldikdə, dayanmalı olduğu yeri göstərir (şəkil 14, 29)
1.14.1
1.14.1 – nizamlanmayan piyada keçidini göstərir (şəkil 15, 16, 29)
1.14.2
1.14.2 – piyadaların hərəkət istiqamətini göstərir (şəkil 15, 16, 29)
1.14.3
1.14.3 – hərəkətin svetoforla nizamlandığı piyada keçidini göstərir (şəkil 15, 16, 29)
1.15
1.15 – velosiped yolunun yolun hərəkət hissəsi ilə kəsişdiyi yeri göstərir

Digərləri
Nömrə İşarə Mənası
1.16.1-1.16.3
1.16.1-1.16.3 – nəqliyyat axınlarının ayrıldığı və ya birləşdiyi yerlərdə istiqamətləndirici adacıqları göstərir; 1.16.1 əks istiqamətli nəqliyyat axınlarını ayırır;
1.16.2
1.16.2 eyni istiqamətli nəqliyyat axınlarını ayırır;
1.16.3
1.16.3 eyni istiqamətli nəqliyyat axınlarını birləşdirir;
1.17
1.17 – ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaqlarını və taksi duracaqlarını göstərir;
1.18
1.18 – yolayrıcında hərəkətin zolaqlar üzrə icazə verilmiş istiqamətlərini göstərir, müstəqil, yaxud 5.8.1, 5.8.2 nişanları ilə birlikdə tətbiq edilir, dalan təsviri çəkilmiş nişanlama xətti göstərir ki, yaxınlıqdakı hərəkət hissəsinə dönmək qadağandır, sol kənar zolaqdan sola dönməyə icazə verən işarə həmin zolaqdan geriyə dönməyə də icazə verir;
1.19
1.19 – yolun hərəkət hissəsinin daralan sahəsinə (həmin istiqamətdə zolaqların sayının azaldığı sahəyə), yaxud əks istiqamətlərdə nəqliyyat axınlarını ayıran 1.1 və 1.11 nişanlama xətlərinə yaxınlaşmanı göstərir. Birinci halda 1.19 nişanlama xətti 1.18.1-1.18.3 nişanları ilə birlikdə tətbiq oluna bilər;
1.20
1.20 – 1.13 nişanlanma xəttinə yaxınlaşmanı bildirir;
1.21
1.21 («stop» yazısı) – 2.5 nişanı ilə birlikdə tətbiq olunduğu hallarda 1.12 nişanlanma xəttinə yaxınlaşmanı bildirir;
1.22
1.22 – yolun (marşrutun) nömrəsini göstərir;
1.23
1.23 – ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi zolağı göstərir.
1.24
1.24 – əlillərin nəqliyyat vasitələri
1.25
1.25 – yolun hərəkət hissəsinin kəsişmə yerini göstərir.

Üfüqi nişanlanma xətlərinin xüsusiyyəti:

1)1.1-1.3 xətlərini kəsib keçmək qadağandır;

2)Nəqliyyat vasitəsini yolun çiynində dayandırmaq üçün hərəkət hissəsinin kənarını göstərən və sürücüdən sağda yerləşən 1.1 və 1.2 xətlərini kəsib keçməyə yol verilir;

3)1.5-1.8 xətlərini istənilən tərəfdən kəsib keçməyə icazə verilir;

4)Qarşılıqlı hərəkət svetoforları olmadıqda və ya söndürülmüş olduqda 1.9 xətti sürücüdən sağdadırsa, onu kəsib keçməyə icazə verilir, qarşılıqlı hərəkət svetoforları yanarkən bir istiqamətdə hərəkətə icazə verilən zolaqları bir-birindən ayıran 1.9 nişanlama xəttini istənilən tərəfdən kəsib keçmək olar. Qarşılıqlı hərəkət svetoforları söndürüldükdə sürücü dərhal 1.9 nişanlama xəttindən sağ tərəfə yerdəyişmə etməlidir. Qarşılıqlı hərəkət svetoforları söndürülmüş olduqda əks-istiqamətli nəqliyyat axınlarını ayıran 1.9 xəttini kəsib keçmək qadağandır;

5)1.11 xəttini qırıq xətt tərəfindən, habelə yalnız ötməni və ya yandan keçməni başa çatdırdıqdan sonra bütöv xətt tərəfdən kəsib keçməyə icazə verilir;

6)1.25 nişanlanması sarı haşiyə daxilində xətlərdən ibarət xanalar şəklində tətbiq olunur və bu Qanunun 75-ci maddəsinin II hissəsində nəzərdə tutulan halda sürücülərə yolayrıcında daxil olmanın qadağan edildiyi hissəni (kəsişmə yerini) göstərir.

Şaquli nişanlanma xətləri aşağıdakılardır:

Yol qurğularının elementlərinə (körpülərə, dəmir yol keçidlərinə, dayaq qurğularına və s.) hasarlara, sütunlara, eləcə də yollarda olan və hərəkət üçün təhlükə yaradan digər obyektlərin üzərinə onların ölçülərini göstərmək və həmçinin sürücülərin gözlə istiqaməti müəyyənləşdirməsinə kömək etmək məqsədi ilə ağ və qara rəngli zolaq şəklində şaquli nişanlanma çəkilir.

Nömrə İşarə Mənası
2.1-2.2
2.1 – yol qurğularının hərəkətdə olan nəqliyyat vasitələri üçün təhlükə doğuran ünsürlərini (körpülərin dayaqlarını və s.) göstərir; 2.2 – tunellərin, körpülərin aşırımlarının aşağı kənarını göstərir;
2.3-2.4
2.5-2.6
2.3 – ayırma zolaqlarında və ya təhlükəsizlik adacıqlarında düzəldilmiş dairəvi adacıqları göstərir; 2.4 – istiqamətləndirici dirəkcikləri, yolkənarı kötükcükləri, çəpərlərin dayaqlarını və s. göstərir 2.5 – kiçik radiuslu döngələrdə, sərt enişlərdə, digər təhlükəli sahələrdə yol sədlərinin yan səthini göstərir; 2.6 – başqa sahələrdə yol sədlərinin yan səthini göstərir;
2.7
2.7 – təhlükəli sahələrdə yol səthindən hündürə çıxan təhlükəsizlik adacıqlarını göstərir.

Online sürücülük imtahan testləri 65 (şərhsiz) – Yol hərəkəti qaydalarıOnline sürücülük imtahan testləri 63 (şərhsiz) – Yol hərəkəti qaydaları

Əvvəlki məqaləQadınların heç cür anlaya bilməyəcəkləri 10 kişi hərəkəti
Növbəti məqaləNəqliyyat vasitəsinin tanınma nişanları (maddə 72)

Fikirlərinizi bildirin.