Yol nişanlarını yada salaq

Xəbərdarlıq nişanları Üstünlük nişanları
Qadağan nişanları Məcburi hərəkət istiqaməti nişanları
Məlumatverici-göstərici nişanlar Servis nişanları
Əlavə məlumat nişanları (lövhəcikləri) Nəqliyyat vasitələrinin tanınma nişanları
Yol işlərində istifadə olunan işarələr Yolların nişanlanması
Xəbərdarlıq nişanları

I. Xəbərdarlıq nişanları hərəkət zamanı şəraitə uyğun tədbirlər görülməsi tələb edilən yolun təhlükəli sahəsinə yaxınlaşma və təhlükənin xarakteri barədə yol hərəkətləri iştirakçılarına məlumat verir.

II. Xəbərdarlıq nişanlarının əsas fərqləndirici əlamətləri (1.3, 1.4 və 1.31 qrupları istisna olmaqla) onların ağ fonlu üçbucaqlı və qırmızı haşiyəli formasıdır.Onlar heç bir məhdudiyyət nəzərdə tutmurlar. Lakin belə nişanları görən sürücü diqqətini artırmalı və şəraitə uyğun təhlükəsizlik tədbirləri görməyə hazır olmalıdır.

III. Xəbərdarlıq nişanları (1.3.1, 1.3.2, 1.31.1-1.31.3 nişanlardan başqa) hərəkətin icazə verilmiş sürətindən, görünmə şəraitindən və onların yerləşdirilməsi imkanından asılı olaraq yaşayış məntəqələrindən kənarda, təhlükəli sahələrin başlanğıcından 150-300 metr, yaşayış məntəqələrində isə 50-100 metr aralıda quraşdırılır. Zəruri olduqda bu nişanlar başqa məsafədə də quraşdırıla bilər. Bu halda təhlükəli sahəyə qədər yolayrıcı varsa, bu yolayrıcıdan sonra nişan təkrarən 7.1.1 lövhəciyi ilə quraşdırılır. Bundan başqa kəsişən (və ya birləşən) yolda yolayrıcından 50 metr məsafədə 7.1.3 və ya 7.1.4 lövhəciklərindən biri ilə birlikdə belə xəbərdarlıq nişanı quraşdırıla bilər.

IV. Xəbərdarlıq nişanlarından:

-yolun hərəkət hissəsində qısamüddətli işlər aparılarkən 1.23 nişanı aparıldığı yerə 10-15 metr qalmış (7.1.1 lövhəciyi olmadan) quraşdırılır;
-eniş və yoxuşlar bir-birinin ardınca gəlirsə, 1.13 və 1.14 nişanları 7.1.1 lövhəciyi olmadan, enişin və yoxuşun başlanğıcında quraşdırılır;
-yaşayış məntəqələrindən kənarda 1.1, 1.2, 1.9, 1.10, 1.21 və 1.23 nişanları təkrarlanırlar. İkinci nişan təhlükəli sahənin başlanmasına azı 50 metr qalmış quraşdırılır;
1.3.1 və 1.3.2 nişanları biavasitə dəmir yolu keçidinin qarşısında, 1.31.1-1.31.3 nişanları isə döngənin bilavasitə yanında quraşdırılır.

Nömrə İşarə Mənası
1.1
Şlaqbaumlu dəmir yol keçidi
1.2
Şlaqbaumsuz dəmir yol keçidi
1.3.1
Birxətli dəmir yolu
1.3.2
Çoxxətli dəmir yolu
1.4.1
Dəmir yol keçidinə yaxınlaşma
1.4.2
Dəmir yol keçidinə yaxınlaşma
1.4.3
Dəmir yol keçidinə yaxınlaşma
1.4.4
Dəmir yol keçidinə yaxınlaşma
1.4.5
Dəmir yol keçidinə yaxınlaşma
1.4.6
Dəmir yol keçidinə yaxınlaşma
1.5
Tramvay xətti ilə kəsişmə
1.6
Eyni əhəmiyyətli yolların kəsişməsi
1.7
Dairəvi hərəkətlə kəsişmə
1.8
Svetoforla nizamlama
1.9
Ayrılan körpü
1.10
Sahilboyuna çıxış
1.11.1
Təhlükəli döngə
1.11.2
Təhlükəli döngə
1.12.1
Təhlükəli döngələr
1.12.2
Təhlükəli döngələr
1.13
Sərt eniş
1.14
Sərt yoxuş
1.15
Sürüşkən yol
1.16
Nahamar yol
1.17
Çınqıl sıçrayışı
1.18.1
Yolun daralması
1.18.2
Yolun daralması
1.18.3
Yolun daralması
1.19
İkitərəfli hərəkət
1.20
Piyada keçidi
1.21
Uşaqlar
1.22
Velosiped zolağı ilə kəsişmə
1.23
Yol işləri
1.24
Mal-qara keçidi
1.25
Vəhşi heyvanlar
1.26
Daş uçqunu
1.27
Yandan əsən külək
1.28
Alçaqdan uçan təyyarələr
1.29
Tunel
1.30
Digər təhlükələr
1.31.1
Döngənin istiqaməti
1.31.2
Döngənin istiqaməti
1.31.3
Döngənin istiqaməti
Nişanlar barədə açıqlamalar:

-1.3.1 “Birxətli dəmir yol”1.3.2 “Çoxxətli dəmir yol” nişanları şlaqbaumla təchiz edilməyən dəmir yolu keçidlərinin qarşısında quraşdırılır. 1.3.1 nişanı keçiddə birxətli dəmir yolunun, 1.3.2 nişanı isə iki və daha artıq xətli dəmir yolunun olmasını bildirir.

-1.4.1-1.4.6 “Dəmir yol keçidinə yaxınlaşma”-yaşayış məntəqələrindən kənarda sürücülərə dəmir yolu keçidinə yaxınlaşma barədə əlavə olaraq məlumat verir.

-1.5 “Tramvay xətti ilə kəsişmə”-yolayrıclardan kənarda yolun tramvay xətti ilə kəsişmə yerinə yaxınlaşmanı bildirir.

-1.8 “Svetoforla nizamlama”-hərəkət növbəliyinin svetoforla nizamladığı yolayrıclarının, piyada keçidlərinin və ya yol sahələrinin qarşısında quraşdırılır.

-1.9 “Açılan körpü”. Açılan körpü və ya bərə keçidi.

-1.11.1, 1.11.2 “Təhlükəli döngə”. Yolun kiçik radiuslu və ya məhdud görüntülü döngəsinə yaxınlaşma barədə xəbardarlıq edir, 1.11.1 nişanı döngənin sağa, 1.12.2 nişanı isə döngənin sola olduğunu bildirir.

-1.12.1, 1.12.2 “Təhlükəli döngələr”. Yolun təhlükəli döngələr olan sahəsinə yaxınlaşma barədə xəbərdarlıq edir, 1.12.1 nişanı birinci döngənin sağa, 1.12.2 nişanı isə birinci döngənin sola olduğunu bildirir.

-1.15 “Sürüşkən yol”. Səthi sürüşkən olan yol.

-1.16.1 “Nahamar yol”. Hərəkət hissəsinin səthi nahamar (dalğalı, çalalarla, körpülər ilə hamar birləşməsi olmayan yerlər və s.) olan yol.

-1.17 “Çınqıl sıçrayışı”. Nəqliyyat vasitələrinin təkərlərinin altından çınqıl, daş və bunlara bənzər digər qırıntıların sıçrayışının mümkün olduğu yol sahəsi.

-1.18.1-1.18.3 “Yolun daralması”. 1.18.1-yolun hər iki tərəfdən daralması, 1.18.2-yolun sağdan daralması, 1.18.3-yolun soldan daralması.

-1.19 “İkitərəfli hərəkət”. Əks-istiqamətdə hərəkət olan yol sahəsinin (hərəkət hissəsinin) başlanğıcı.

-1.20 “Piyada keçidi”-5.16.1-5.16.2 nişanları ilə və (və ya) 1.14.1-1.14.2 nişanlanması ilə işarələnmiş piyada keçidlərinə yaxınlaşmanı bildirir.

-1.21 “Uşaqlar”-məktəblər, düşərgələr və bunlara bənzər təşkilatların yanında uşaqların yola çıxmaları ehtimal olunan yol sahələri.

-1.22 “Velosiped zolağı ilə kəsişmə”-yolayrıcılardan kənarda yolun velosibed zolağı ilə kəsişmə yerinə yaxınlaşmanı bildirir.

-1.23 “Yol işləri”. Yolda (hərəkət hissəsində) aparıln hər hansı bir iş yerini bildirir.

-1.24 “Mal-qara keçidi”. Mal-qara örtülməsi üçün istifadə edilən yol sahəsi.

-1.25 “Vəhşi heyvanlar”. Vəhşi heyvanların yolun hərəkət hissəsinə çıxmaları ehtimal olunan sahə.

-1.26 “Daş uçqunu”. Daş uçqununun, torpaq sürüşməsinin mümkün olduğu yol sahəsi.

-1.29 “Tunel”. Tunelə yaxınlaşmanı bildirir. Sürücü tunelə daxil olarkən faraların yaxın və ya uzaq işıqlarını yandırılmalıdır.

-1.30 “Digər təhlükələr”. Başqa xəbərdarlıq nişanları ilə nəzərdə tutlmayan təhlükəli sahələrinin olduğu yol sahəsi.

-1.31.1, 1.31.2 “Döngənin istiqaməti”. Məhdud görüntüyə malik olan kiçik radiuslu döngələrdə və təmir olunan sahələrdə hərəkətin istiqamətini bildirir.

-1.31.3 “Döngənin istiqaməti”-“T” şəkilli və ya yolların şaxələnməsindən əmələ gələn yolayrıcılarda və təmir olunan sahələrdə hərəkətin istiqamətini bildirir.

-1.32 “Qəza”-yol-nəqliyyat hadisəsi və ya qəza baş vermiş yerə yaxınlaşmanı bildirir.

Üstünlük nişanları

I. Üstünlük nişanları yolayrıcılarının, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks-istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələri keçmək növbəliyini göstərir.

II. Üstünlük nişanları başqa qruplardan toplandığına görə vahid forma və rəng fonuna malik deyil.

Nömrə İşarə Mənası
2.1
Baş yol
2.2
Baş yolun sonu
2.3.1
İkinci dərəcəli yolla kəsişmə
2.3.2
İkinci dərəcəli yolun bitişməsi
2.3.3
İkinci dərəcəli yolun bitişməsi
2.4
Yol verin
2.5
Dayanmadan keçmək qadağandır
2.6
Qarşıdan hərəkətin üstünlüyü
2.7
Qarşıdan hərəkətə nisbətən üstünlük
Nişanlar barədə açıqlamalar:

-2.1 “Baş yol”-nizamlanmayan yolayrıcılarını keçməkdə üstünlük verilən yolu bildirir. Bu yolun bitdiyi yeri isə 2.2 “Baş yolun sonu” nişanı bildirir.

-2.3.1 “İkinci dərəcəli yolla kəsişmə”-baş yolun ikinci dərəcəli yolla kəsişmə yerinə yaxınlaşmanı bildirir.

-2.3.2, 2.3.3 “İkinci dərəcəli yolun bitişməsi”-2.3.2 nişanı ikinci dərəcəli yolun baş yola sağdan, 2.3.3 nişanı isə ikinci dərəcəli yolun baş yola soldan bitişdiyi yerə yaxınlaşmanı bildirir.

-2.4 “Yol verin”. Sürücü kəsişən yolla yaxınlaşan, 7.13 lövhəsi olduqda isə baş yolla hərəkət edən nəqliyyat vaistəsinə yol verməlidir.

-2.5 “Dayanmadan keçmək qadağandır”. Stop-xətt qarşısında, bu xətt olmadıqda isə hərəkət hissələrinin kəsişmə xətti qarşısında dayanmadan hərəkət hissələrinin kəsişmə xətti qarşısında dayanmadan hərəkət etmək qadağandır. Sürücü kəsişən yolla yaxınlaşan, 7.13 lövhəsi olduqda isə baş yolla hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. 2.5 nişanı dəmir yol keçidi və ya digər postlar qarşısında da quraşdırıla bilər. Belə olduqda sürücü stop-xəttinin qarşısında, bu xətt olmadıqda isə 2.5 nişanının qarşısında nəqliyyat vasitəsini dayandırmalıdır.

-2.6 “Qarşıdan hərəkətin üstünlüyü”. Qarşıdan gələn nəqliyyat vasitəsinin hərəkəti üçün maneə yaradılacaqsa, yolun daralmış sahəsinə girmək qadağandır. Sürücü qarşı tərəfdən yolun daralmış sahəsinə yaxınlaşmaqda olan və ya bu sahədə hərəkət edən nəqliyyat vasitəsinə yol verilməlidir.

-2.7 “Qarşıdan hərəkətə nisbədən üstünlük”. Sürüc yolun bu daralmış sahəsində hərəkət edərkən qarşıdan gələn nəqliyyat vasitəsi qarşısında üstünlüyə malikdir.

Qadağan nişanları

I. Qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud onları ləğv edir.

II. Onların dairəvi forması, ağ fonu, 3.27-3.30 işarələrinin mavi və qırmızı haşıyəsi vardır. 3.1, 3.21, 3.23, 3.25 və 3,31 nişanları rəngli tərtibatla fərqənirlər.

III. Qadağan nişanları müvafiq məhdudiyyətin qoyulduğu küçə və yolların sahələrinin bilavasitə qabağında və ya onun ləğv edildiyi yerlərdə quraşdırılır. Qadağan nişanları əvvəlcədən 7.1.1 lövhəciyi ilə quraşdırıla bilər.

IV. 3.2-3.9, 3.343.35 qadağan nişanları müvafiq nəqliyyat vasitələrinin hər iki istiqamətdə hərəkətini qadağan edir.

V. Qadağan nişanlarının qüvvəsi aşağıdakılara şamil edilmir:

-3.2-3.8-işarələnmiş sahədə yerləşən müəssisələrə xidmət edən, habelə bu sahədə yaşayan və ya işləyən vətəndaşlara xidmət edən və ya məxsus olan nəqliyyat vasitələrinə. Belə hallarda, nəqliyyat vasitələri işarrələnmiş sahəyə təyinat yerinə ən yaxın olan yolayrıcından girib-çıxmalıdırlar;

-3.2, 3.28-3.30-I və II qrup əlillərin idarə etdiyi tanınma nişanına malik nəqliyyat vasitələrinə;

-3.18.1, 3.18.2 nişanlarının qüvvəsi qarşısında nişan qoyulmuş yolun hərəkət hissəsinin kəsişmə yerinə aiddir.

Nömrə İşarə Mənası
3.1
Giriş qadağandır
3.2
Hərəkət qadağandır
3.3
Mexaniki nəqliyyat vasitələrinin hərəkəti qadağandır
3.4
Yük avtomobillərinin hərəkəti qadağandır
3.5
Motosikletlərin hərəkəti qadağandır
3.6
Traktorların hərəkəti qadağandır
3.7
Qoşqu ilə hərəkət qadağandır
3.8
At-araba ilə hərəkət qadağandır
3.9
Velosipedlə hərəkət qadağandır
3.10
Piyadaların hərəkəti qadağandır
3.11
Kütlənin məhdudlaşdırılması
3.12
Oxa düşən ağırlığın məhdudlaşdırılması
3.13
Hündürlüyün məhdudlaşdırılması
3.14
Enin məhdudlaşdırılması
3.15
Uzunluğun məhdudlaşdırılması
3.16
Minimum ara məsafənin məhdudlaşdırılması
3.17.1
Gömrükxana
3.17.2
Təhlükə
3.18.1
Sağa dönmək qadağandır
3.18.2
Sola dönmək qadağandır
3.19
Geriyə dönmək qadağandır
3.20
Ötmək qadağandır
3.21
Ötməyin qadağan edildiyi zonanın qurtaracağı
3.22
Yük avtomobillərinin ötməsi qadağandır
3.23
Yük avtomobillərinin ötməsi qadağan edilmiş zonanın qurtaracağı
3.24
Maksimum sürətin məhdudlaşdırılması
3.25
Maksimum sürətin məhdudlaşdırıldığı zonanın qurtaracağı
3.26
Səs siqnalı vermək qadağandır
3.27
Dayanmaq qadağandır
3.28
Durmaq qadağandır
3.29
Ayın tək günlərində durmaq qadağandır
3.30
Ayın cüt günlərində durmaq qadağandır
3.31
Bütün məhdudiyyətlər zonasının qurtaracağı
3.32
Ehtiyat üçün ayrılmış duracaq yeri
3.33
Nəqliyyat vasitələrinin kateqoriyalarına uyğun sürətin məhdudlaşdırılması
3.34
Təhlükəli yükü olan nəqliyyat vasitələrinin hərəkəti qadağandır
3.35
Partlayıcı və tezalışan yükü olan nəqliyyat vasitələrinin hərəkəti qadağandır

VI. 3.16, 3.20, 3.22, 3.24, 3.26-3.30, 3.33 nişanlarının qoyulduğu yerdən ən yaxın yolayrıcına qədər, yaşayış məntəqələrində yolayrıcı olmadıqda isə yaşayış məntəqəsinin qutaracağına qədərdir. Yola bitişik ərazilərdən yola çıxış yerlərində, çöl, meşə yolları və qarşısında müvafiq nişanlar qoyulmamış digər ikinci dərəcəli yollarla (qovuşma) yerlərində nişanlar qüvvəsini itirmir.

VII. 5.22 nişanı ilə işarələnən yaşayış məntəqəsindən qabaqda qurulmuş 3.24 nişanı həmin nişana qədər qüvvədə olur.

VIII. Nişanların qüvvədə olduğu sahə aşağıdakı üsullarla azaldıla bilər:

-3.163.26 nişanları üçün 7.2.1 lövhəciyi tədbiq etməklə;

-3.20, 3.22, 3.24 nişanları üçün onların qüvvədə olduğu sahənin qutaracağında müvafiq olaraq 3.21, 3.23, 3.25 nişanları qoymaqla və ya 7.2.1 lövhəciyi tətbiq etməklə. 3.24 nişanının qüvvədə olduğu sahəni maksimum hərəkət sürətinin başqa kəmiyyəti göstərilən 3.24 nişanı qovmaqla azaltmaq olar;

-3.27-3.30 nişanları üçün-onların qüvvədə olduğu sahənin qurtaracağında 3.27-3.30 nişanlarını 7.2.3 lövhəciyi ilə təkrarən qoymaqla və ya 7.2.2 lövhəciyi tətbiq etməklə. 3.27 nişanı 1,4 nişanlanma xətti ilə, 3.28 nişanı isə 1.10 nişanlama xətti ilə birlikdə tətbiq edilə bilər.

Bu zaman nişanların qüvvədə olduğu sahə nişanlama xəttinin uzunluğu ilə müəyyənləşdirilir.

IX. 3.10, 3.27-3.30 qadağan nişanlarının qüvvəsi yolun yalnız nişan qurulmuş tərəfinə şamil edilir.

Nişanlar barədə açıqlamalar:

-3.1 “Giriş qadağandır”. NV-nin bu istiqamətində girişi qadağandır.

-3.2 “Hərəkət qadağandır”. NV-nin hərəkəti yolun hər iki istiqamətində qadağandır.

-3.3 “Mexaniki NV-nin hərəkəti qadağandır”. İnsanın, yaxud heyvanın əzələ enerjisi ilə hərəkətə gətirilən NV-nin, asma mühərrikli velosipedlərin və relsli NV-nin hərəkətini qadağan etmir.

-3.4 “Yük avtomobillərinin hərəkəti qadağandır”. İcazə verilən maksimum kütləsi (əgər nişanda kütlə göstərilməmişdirsə) 3,5 t-dan və ya icazə verilən maksimum kütləsi nişanda göstərilən kütlədən artıq olan yük avtomobillərinin, yük nəqliyyat avtoqatarlarının, traktorların və özügedən maşınların hərəkəti qadağandır.

-3.6 “Traktorların hərəkəti qadağandır”. Traktorların və özügedən maşınların hərəkəti qadağandır.

-3.7 “Qoşqu ilə hərəkət qadağandır”. Yük avtomobillərinin və traktorların tipindən asılı olmayaraq qoşqu ilə hərəkəti qadağandır.

-3.8 “At-araba ilə hərəkət qadağandır”. At-arabalarının (kirşələrinin), yük heyvanlarının hərəkəti və həmçinin mal-qaranın ötürülməsi qadağandır.

-3.9 “Velosipeddə hərəkət qadağandır”. Velosipedlərdə və mopedlərdə hərəkət qadağandır.

-3.11 “Kütlənin məhdudlaşdırılması”. Ümumi faktiki kütləsi nişanda göstərilən kütlədən artıq olan NV-nin və həmçinin NV-nin avtoqatarlarının hərəkəti qadağandır.

-3.12 “Oxa düşən ağırlığın məhdudlaşdırılması”. Hər hansı bir oxuna düşən faktiki ağırlıq nişanda göstərilən həddən artıq olan NV-nin hərəkəti qadağandır.

-3.13 “Hündürlüyün məhdudlaşdırılması”. Qabarit hündürlüyü (yük ilə və ya yüksüz) nişanda göstərilən həddən artıq olan NV-nin hərəkəti qadağandır.

-3.14 “Enin məhdudlaşdırılması”. Qabarit eni (yük ilə və ya yüksüz) nişanda göstərilən həddən artıq olan NV-nin hərəkəti qadağandır.

-3.15 “Uzunluğun məhdudlaşdırılması”. Qabarit uzunluğu (yük ilə və ya yüksüz) nişanda göstərilən həddən artıq olan NV-nin (avtoqatarların) hərəkəti qadağandır.

-3.16 “Minimum ara məsafənin məhdudlaşdırılması”. NV-nin arasındakı məsafə (distansiya) nişanda göstərilən həddən az olarsa, onların hərəkəti qadağandır.

-3.17.1 “Gömrükxana”. Gömrükxananın (nəzarət məntəqəsinin) qarşısında dyanmadan hərəkət etmək qadağandır.

-3.17.2 “Təhlükə”. Yol-nəqliyyat hadisəsi, qəza və ya digər təhlükələrlə əlaqədar olaraq istisna olmamaq şərti ilə bütün NV-nin hərəkəti qadağandır.

-3.18.2 “Sola dönmək qadağandır”. Sola dönmək qadağandır, geriyə dönməyə isə icazə verilir.

-3.19 “Geriyə dönmək qadağandır”. Geriyə dönmək qadağandır, sola dönməyə isə icazə verilir.

-3.20 “Ötmək qadağandır”. Bütün NV-yə ötmək qadağandır.

-3.22 “Yük avtomobillərinin ötməsi qadağandır”. İcazə verilən maksimum kütləsi 3,5 t-dan artıq olan yük avtomobillərinə bütün NV-ni ötmək qadağandır.

-3.24 “Maksimum sürətini məhdudlaşdırılması”. Nişanda göstərilmiş həddən (km/saat) artıq sürətlə hərəkət etmək qadağandır.

-3.26 “Səs siqnalı vermək qadağandır”. Yol-nəqliyyat hadisəsinin qarşısını almaq halları istisna olmaqla qalan bütün hallarda səs siqnalının verilməsi qadağandır.

-3.27 “Dayanmaq qadağandır”. NV-nin dayanması və durması qadağandır.

-3.28 “Durmaq qadağandır”. NV-nin durması qadağandır. Bu nişan dayanmanı qadağan etmir.

-3.29 “Ayın tək günlərində durmaq qadağandır”. 3.30 “Ayın cüt günlərində durmaq qadağandır”. Bu nişanlar NV-nin durmasını yalnız müvafiq günlərdə qadağan edir.

-3.31 “Bütün məhdudiyyətlər zonasının qurtaracağını”. Eyni vaxta bir neçə nişanın (3.1, 3.20, 3.22, 3.24, 3.26-3.30, 3.33) qüvvədə olduğu sahənin bitməsini bildirir.

Məcburi hərəkət istiqaməti nişanları

I. Məcburi hərəkət istiqaməti nişanları sürücülərə nəqliyyat vasitələrinin hərəkətinin icazə verilmiş istiqamətini, sürətini, müvafiq nəqliyyat vasitələrinin hərəkətini, eləcə də piyadaların hərəkəti üçün nəzərdə tutulan yolları göstəririr.

II. Bu nişanların dairəvi forması və mavi fonu vardır.

Nömrə İşarə Mənası
4.1.1
Düzünə hərəkət
4.1.2
Sağa hərəkət
4.1.3
Sola hərəkət
4.1.4
Düzünə və ya sağa hərəkət
4.1.5
Düzünə və ya sola hərəkət
4.1.6
Sağa və ya sola hərəkət
4.2.1
Maneəni sağdan keçmə
4.2.2
Maneəni soldan keçmə
4.2.3
Maneəni sağdan və ya soldan keçmə
4.3
Dairəvi hərəkət
4.4
Minik avtomobillərinin hərəkəti
4.5
Velosiped zolağı
4.6
Piyada zolağı
4.7
Minimum sürətin məhdudlaşdırılması
4.8
Minimum sürətin məhdudlaşdırıldığı zonanın qurtaracağı
4.9.1
Təhlükəli yükü olan nəqliyyat vasitələrinin hərəkət istiqaməti
4.9.2
Təhlükəli yükü olan nəqliyyat vasitələrinin hərəkət istiqaməti
4.9.3
Təhlükəli yükü olan nəqliyyat vasitələrinin hərəkət istiqaməti

III. 4.1.1, 4.1.2, 4.1.3, 4.1.4, 4.1.5 və 4.1.6 nişanlar yalnız oxlarla göstərilən istiqamətlərdə hərəkətə icazə verir. Sola dönməyə icazə verən nişanlar geriyə dönməyə də icazə verir. 4.1.1-4.1.6 nişanlarının qüvvəsi avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşıma qaydalarına uyğun olaraq təsdiq edilmiş marşrut sxemi üzrə reyslərin yerinə yetirilməsi zamanı ümumi istifadədə olan nəqliyyat vasitələrinə şamil edilmir.

IV. 4.1.1-4.1.6 nişanlarının qüvvəsi qarşısında nişan qoyulmuş yolun hərəkət hissəsinin kəsişmə yerinə şamil edilir.

V. Yol sahəsinin başlanğıcında qurulmuş 4.1.1 nişanı ən yaxın yolayrıcına qədər qüvvədə olur. Bu nişan həyətlərə və yola bitişik digər ərazilərə girmək üçün sağa dönməyi qadağan etmir.

-4.2.1 “Maneəni sağdan keçməli”. 4.2.2 “Maneəni soldan keçməli”. Maneəni ancaq bu naşanlarda göstərilmiş istiqamətlərdə keçməyə icazə verilir. 4.2.3 “Maneəni soldan və ya sağdan keçməli”. Maneəni nişanda göstərilmiş istiqamətlərin hər birində keçməyə icazə verilir.

-4.3 “Dairəvi hərəkət”. Ancaq oxlarla göstərilmiş istiqamətdə hərəkətə icazə verilir.

-4.4 “Minik avtomobillərinin hərəkəti”. 4.4 nişanı minik avtomobillərinin, avtobusların, motosikletlərin və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobillərinin hərəkətinə icazə verir. Bu nişan işarələnmiş sahədə yerləşən müəssisələrdə xidmət edən, habelə həmin sahədə yaşayan vətəndaşlara xidmət edən və ya məxsus olan digər nəqliyyat vasitələrinin hərəkətinə də icazə verir. Belə hallarda nəqliyyat vasitələri işarələnmiş sahəyə təyinat yerinə ən yaxın yolayrıcından girib-çıxmalıdırlar.

-4.5 “Velosiped zolağı”. Ancaq velosipedlərin və mopedlərin hərəkətinə icazə verilir. Səki və ya piyada keçidinin olmadığı yerlərdə velosiped zolağında piyadalar da hərəkət edə bilər.

4.6 “Piyada zolağı”. Ancaq piyadaların hərəkətinə icazə verilir.

-4.7 “Minimum sürətin məhdudlaşdırılması”. Ancaq nişanda göstərilmiş həddə (km/saat) bərabər və ya artıq sürətlə hərəkət etməyə icazə verilir. 4.9.1-4.9.3 “Təhlükəli yükü olan nəqliyyat vasitələrinin hərəkət istiqaməti”. “Təhlükəli yük” tanınma nişanı ilə işarələnmiş NV-nin hərəkətinə ancaq nişanda göstərilmiş istiqamətdə icazə verilir: 4.9.1-sola, 4.9.2-düzünə və 4.9.3-sağa.

Məlumatverici-göstərici nişanlar

I. Məlumatverici-göstərici nişanlar hərəkətin müəyyən rejimini tətbiq və ya ləğv edir, eləcə də yaşayış məntəqələrinin və başqa obyektlərin yerləşməsi barədə məlumat verir.

II. Bu nişanların düzbucaq forması vardır, sürücülərin və hərəkətin digər iştirakçılarını yolun vəziyyətinin xüsusiyyətləri, yaşayış məntəqələrinin adlar, onların keçmə qaydaları, küçələrin və yolların ayrı-ayrı sahələrində hərəkət rejiminin müəyyənləşdirilməsi üçün nəzərdə tutulmuşdur. Bu qrup nişanların müxtəlif fonları vardır. Yaşıl fon avtomagistral, göy fon bütün başqa avtomobil yolları əlaməti deməkdir. Ağ fonu olan 5.22 və 5.23 niçanları yaşayış məntəqələrində hərəkət qaydalarını tənzimləyən müvafiq tələblərin tətbiq olunduğu, göy fonu olan 5.24 və 5.25 nişanları yaşayış məntəqələrində hərəkət qaydalarını tənzimləyən müvafiq tələblərin bu yolda tətbiq olunmadığını göstərir. İşarələrin sarı fonu yolun təmir olunan hissələrinin yanından keçmək tətbiq olunur.

Nömrə İşarə Mənası
5.1
Avtomagistral
5.2
Avtomagistralın qurtaracağı
5.3
Avtomobillər üçün yol
5.4
Avtomobillər üçün yolun qurtaracağı
5.5
Birtərəfli yol
5.6
Birtərəfli yolun qurtaracağı
5.7.1
Birtərəfli hərəkət yoluna çıxış
5.7.2
Birtərəfli hərəkət yoluna çıxış
5.8.1
Zolaqlarda hərəkət istiqamətləri
5.8.2
Zolaqlarda hərəkət istiqamətləri
5.8.2
Zolaqlarda hərəkət istiqamətləri
5.8.2
Zolaqlarda hərəkət istiqamətləri
5.8.2
Zolaqlarda hərəkət istiqamətləri
5.8.3
Zolağın başlanğıcı
5.8.3
Zolağın başlanğıcı
5.8.4
Zolağın başlanğıcı
5.8.5
Zolağın qurtaracağı
5.8.6
Zolağın qurtaracağı
5.8.7
Zolaqlarda hərəkət istiqamətləri
5.8.7
Zolaqlarda hərəkət istiqamətləri
5.8.8
Zolaqlarda hərəkət istiqamətləri
5.9
Marşrut nəqliyyat vasitələri üçün zolaq
5.10.1
Marşrut nəqliyyat vasitələri üçün zolağı olan yol
5.10.2
Marşrut nəqliyyat vasitələri üçün zolağı olan yola çıxış
5.10.3
Marşrut nəqliyyat vasitələri üçün zolağı olan yola çıxış
5.10.4
Marşrut nəqliyyat vasitələri üçün zolağı olan yolun qurtaracağı
5.11.1
Geriyə dönmə yeri
5.11.2 Geriyə dönmə yerinin zonası
5.12
Avtobusun və ya trolleybusun dayanacaq yeri
5.13
Tramvayın dayanacaq yeri
5.14
Minik taksilərinin dayanacaq yeri
5.15
Duracaq yeri
5.16.1
Piyada keçidi
5.16.2
Piyada keçidi
5.17.1
Yeraltı piyada keçidi
5.17.2
Yeraltı piyada keçidi
5.17.3
Yeraltı piyada keçidi
5.17.4
Yeraltı piyada keçidi
5.18
Tövsiyə edilən sürət
5.19.1
Dalan
5.19.2
Dalan
5.19.3
Dalan
5.20.1
İstiqamətlərin ilkin göstəricisi
5.20.1
İstiqamətlərin ilkin göstəricisi
5.20.1
İstiqamətlərin ilkin göstəricisi
5.20.1
İstiqamətlərin ilkin göstəricisi
5.20.2
İstiqamətlərin ilkin göstəricisi
5.20.3
Hərəkət sxemi
5.21.1
İstiqamət göstəricisi
5.21.2
İstiqamət göstəricisi
5.22
Yaşayış məntəqəsinin baçlanğıcı
5.23
Yaşayış məntəqəsinin qurtaracağı
5.24
Yaşayış məntəqəsinin başlanğıcı
5.25
Yaşayış məntəqəsinin qurtaracağı
5.26
Obyektin adı
5.26
Obyektin adı
5.27
Məsafələr göstəricisi
5.28
Killometr göstəricisi
5.29.1
Marşrut nömrəsi
5.29.1
Marşrut nömrəsi
5.29.2
Marşrut nömrəsi və istiqaməti
5.29.2
Marşrut nömrəsi və istiqaməti
5.29.2
Marşrut nömrəsi və istiqaməti
5.30.1
Yük avtomobilləri üçün hərəkət istiqaməti
5.30.2
Yük avtomobilləri üçün hərəkət istiqaməti
5.30.3
Yük avtomobilləri üçün hərəkət istiqaməti
5.31
Kənardankeçmə sxemi
5.32.1
Kənardankeçmə sxemi
5.32.2
Kənardankeçmə sxemi
5.32.3
Kənardankeçmə sxemi
5.33
Stop-xətt
5.34.1
Başqa işlək hissəyə yerdəyişmənin ilkin göstəricisi
5.34.2
Başqa işlək hissəyə yerdəyişmənin ilkin göstəricisi
5.35
Qarşılıqlı hərəkət
5.36
Qarşılıqlı hərəkətin qurtaracağı
5.37
Qarşılıqlı hərəkət yoluna çıxış
5.38
Küçənin istiqaməti
5.39
Kəsişmə yoluna xəbərdaredici və ya qadağanedici nişanlar
Nişanlar barədə açıqlamalar:

-5.1 “Avtomagistral”. “Yol hərəkəti haqqında” Qanunun avtomagistralda hərəkət qaydalarına aid tələblərinin qüvvədə olduğu yol.

-5.3 “Avtomobillər üçün yol”. Ancaq avtomobil, avtobus və motosikletlərin hərəkəti üçün təyin olunmuş yol.

-5.5 “Birtərəfli yol”. NV-nin hərəkəti bütün en üzrə bir tərəfə təşkil olunmuş yol və ya hərəkət hissəsi.

-5.7.1, 5.7.2 “Birtərəfli hərəkət yoluna çıxış”. Birtərəfli hərəkət təşkil olunmuş yola və ya hərəkət hissəsinə çıxış.

-5.8.1 “Zolaqlarda hərəkət istiqamətləri”. Hərəkət zolağında hərəkətin icazə verilmiş istiqaməti. 5.8.1 və 5.8.2 nişanlarının kənar sol zolaqdan sola dönməyə icazə verən nişanı həmin qolaqdan geriyə dönməyə də icazə verir. Yolayrıcının qarşısında quraşdırılmış 5.8.1 və 5.8.2 nişanlarının qüvvəsi yolayrıcının bütün ərizəsinə şamil edilir (əgər yolayrıcıda başqa tələblərlə digər 5.8.1 və 5.8.2 nişanları quraşdırılmamışdırsa).

-5.8.3 “Zolağın başlanğıcı”. Yoxuşda əlavə zolağın və ya tormozlama zolağının başlanğıcı. Əgər əlavə zolağın qarşısında quraşdırılmış nişanın üzərində 4.7 “Minimum sürətin məhdudlaşdırılması” nişanı göstərilmişdirsə, belə olan halda əsas zolaqla 4.7 nişanında olan həddə bərabər və ya ondan artıq sürətlə hərəkət edə bilməyən NV-nin sürücüləri əlavə zolağa keçməlidirlər.

-5.8.4 “Zolağın başlanğıcı”. Üç zolaqlı yolun eyni istiqamətdə hərəkət üçün təyin olunmuş orta zolağın başlanğıc sahəsi.

-5.8.5 “Zolağın qurtaracağı”. Yoxuşda əlavə zolağın və ya sürətlənmə zolağının qurtaracağı.

-5.8.6 ”Zolağın qurtaracağı”. Üç zolaqlı yolun eyni istiqamətdə hərəkət üçün təyin olunmuş orta zolağının qurtaracağı.

-5.8.7, 5.8.8 “Zolaqlarda hərəkət istiqamətləri”. Əgər 5.8.7 nişanının üzərində hər hansı NV-nin hərəkətini qadağan edən nişan göstərilmişdirsə, onda bu NV-nin müvafiq zolaqda hərəkəti qadağandır. 5.8.7, 5.8.8 nişanları 3 (üç) və daha artıq hərəkət zolağı olan yollarda quraşdırılır.

-5.9 “Ümumi istifadədə olan NV üçün zolaq”. NV-nin axını ilə eyni istiqamətdə hərəkət edən və ancaq ümumi istifadədə olan NV-nin hərəkəti üçün təyin olunmuş zolaq. Nişanın qüvvəsi onun üzərində yerləşdiyi zolağa şamil edilir. Yoldan sağda quraşdırılmış nişanın qüvvəsi yolun sağ zolağına şamil edilir.

-5.10.1 “Ümumi istifadədə olan NV üçün zolağı olan yol”. Bütün NV-nin axınına qarşı ümumi istifadədə olan NV-nin hərəkəti üçün xüsusi olaraq təyin edilmiş hərəkət zolağı olan yol.

-5.11.1 “Geriyədönmə yeri”. 4 və daha çox zolağı olan yolda geriyə dönmə yerini bildirir.

5.11.2 “Geriyədönmə sahəsi”. Nişandakı rəqəm geriyə dönmə sahəsinin uzunluğunu bildirir.

-5.16.1, 5.16.2 “Piyada keçidi”. Bu nişanlar 1.14.1 (1.14.2) nişanlama xətləri ilə birgə və ya ayrıca tətbiq olunur. 5.16.2 nişanı yolun sağında, keçidin yaxın sərhədi qarşısında, 5.16.1 nişanı isə solunda, keçidin uzaq sərhədindən sonra quraşdırılır.

-5.18 “Tövsiyə edilən sürət”. Yolun müəyyən edilmiş sahəsində tövsiyə edilən sürət. Bu nişanın qüvvəsi yolun birinci yolayrıcına kimi olan sahəsinə şamil edilir, 5.18 nişanı xəbərdarlıq nişanı ilə birgə quraşdırıldığı hallarda isə təhlükəli sahənin uzunluğu ilə təyin edilir.
-5.19.1-5.19.3 “Dalan”. Davamı (ardı, digər yola çıxışı) olmayan yol.

-5.26 “Obyektin adı”. Obyektlərin (çay, göl, keçid, küçə, tarixi abidələr və s) adını və yerini bildirir.

-5.27 “Məsafələr göstəricisi”. Marşrut üzrə yerləşmiş yaşayış məntəqələrinədək olan məsafələri (km) göstərir.

-5.28 “Kilometr göstəricisi”. Yolun başlanğıcından qutaracağına qədər olan məsafənin hər 1000 metrinin sonuna quraşdırılır.

-5.29.1 “Marşrut nömrəsi”. 5.29.2 “Marşrut nömrəsi və istiqaməti”. 5.29.1-yola (marşruta) verilmiş nömrə yolun (marşrutun) əvvəlində qoyulur və hər 15-20 km-dən sonra təkrarlanır, 5.29.2-yolun (marşrutun) nömrəsini və istiqamətini göstərir, yolayrıcların qarşısında quraşdırılır.

-5.30.1-5.30.3 “Yük avtomobilləri üçün hərəkət istiqaməti”. Yolayrıcında yük avtomobilləri, traktorlar və özügedən maşınların hərəkəti hər hansı bir istiqamətdə qadağan edildikdə, bu nişanlar onların hərəkətinin məsləhət görülən istiqamətini bildirirlər.

-5.31, 5.32.1-5.32.3 “Kənardankeçmə sxemi”. 5.31-hərəkət üçün müvəqqəti bağlı olan yol sahəsinin kənardankeçmə sxemini, 5.32.1-5.32.3 nişanları isə kənardankeçmənin istiqamətini bildirir.

-5.33 “Stop-xətt”. Svetoforun (nizamlayıcının) qadağan siqnalında NV-nin dayandırılması yerini bildirir.

-5.34.1, 5.34.2 “Başqa işlək hissəyə yerdəyişmənin ilkin göstəricisi”. Ayırıcı zolaqlı yolun hərəkət üçün bağlı olan hərəkət hissəsi sahəsinin kənardankeçmə və ya sağ hərəkət hissəsinə qayıtmaq üçün hərəkət istiqamətlərini göstərir.

-5.35 “Qarşılıqlı hərəkət”. Bir və ya bir neçə hərəkət zolağında hərəkətin əks-istiqamətdə dəyişməsi mümkün olan yolun başlanğıcı.

III. 5.40, 5.42, 5.44, 5.46 yol nişanları müvafiq zonanın başladığı yerdə, 5.41, 5.43, 5.45, 5.47 yol nişanları həmin zonanın qurtardığı yerdə quraşdırılır. 5.40, 5.42, 5.44, 5.46 yol nişanları müvafiq zonada yerləşən bütün yollarda qüvvədə olur.

IV. Qəza dayanacağı yerləri təcili rabitə telefonu və yanğınsöndürənlə təchiz edildikdə 5.48.1 və 5.48.2 “Qəza dayanacağı yeri” yol nişanlarının aşağı hissəsində müvafiq olaraq 6.17 və 6.18 yol nişanları quraşdırılır.

V. 5.49.1, 5.49.2 və 5.49.3 yol nişanları tunellərdə maksimum 50 metr bir-birindən aralı olmaqla 1-1.5 metr hündürlükdə yan divarlarda quraşdırılır və qəza çıxışlarının istiqamətini və məsafəsini göstərir.

VI. 5.50.1, 5.50.2 və 5.50.3 yol nişanları avtomagistraldan çıxış yerlərinədək olan məsafəni göstərir.

VII. 5.53 nişanı svetoforla nizamlanan yolayrıcında daimi sağa dönməyə icazə vermək məqsədilə tətbiq olunur (5.53 nişanı tətbiq edilməklə daimi sağa dönməyə icazə verilmi yolayrıcında sağa dönən sürücü digər istiqamətlərdən gələn NV-yə, habelə dönməyə başladığı və dönəcəyi yolların hərəkət hissələrini keçməkdə olan və hərəkətinə icazə verilmiş piyadalara yol verməlidir).

Servis nişanları

I. Servis nişanları yollarda müvafiq obyektlərin yerləşməsi barədə məlumat verir.

II. Servis nişanlarının düzbucaq forması, enli mavi haşiyəsi vardır. Müvafiq rəmzlər ağ fon üzərində təsvir olunur. Servis nişanları yaşayış məntəqələrində bilavasitə obyektlərin yanında və ya onlara dönəcək yerlərdə quraşdırılır. Yaşayış məntəqələrindən kənar yollarda nişanlar əvvəlcədən göstərilən obyektdən 60-80 km, 15-20 km və 400-800 metr məsafədə (aralıda) quraşdırılır. Yaşayış məntəqələrinin yollarında onları əvvəlcədən, göstəriləcək obyektlərdən 100-150 metr irəlidə (aralı məsafədə) və onlara yaxın dönəcək yerlərdə quraşdırırlar.

Nömrə İşarə Mənası
6.1
Yol nişanları İlk tibbi yardım məntəqəsi
6.2
Yol nişanları Xəstəxana
6.3
Yol nişanları Yanacaqdoldurma məntəqəsi
6.4
Yol nişanları Avtomobillərə texniki xidmət
6.5 Yol nişanları Avtomobillərin yuyulma məntəqəsi
6.6
Yol nişanları Telefon
6.7
Yol nişanları Yeməkxana
6.8
Yol nişanları İçməli su
6.9
Yol nişanları Mehmanxana və ya motel
6.10
Yol nişanları Kempinq
6.11
Yol nişanları Dincəlmə yeri
6.12
Yol nişanları Yol polisinin daimi məntəqəsi
6.13
Yol nişanları Polis hissəsi
6.14
Yol nişanları İnformasiya stendi
6.15
Yol nişanları Tualet
6.16
Yol nişanları Çimərlik
Əlavə məlumat nişanları (Lövhəcikləri)

I. Əlavə məlumat nişanları (lövhəciklər) birlikdə tətbiq olunduğu nişanların təsirini dəqiqləşdiri və ya məhdudlaşdırır.

II. Lövhəciklər birlikdə tətbiq olunduqları yol nişanının bilavasitə altında yerləşdirilir. Yolun hərəkət hissəsinin qırağında və ya səkinin üstündə asıldıqda, 7.2.2-7.2.4, 7.13 əlavə məlumat nişanları yol nişanlarının yan tərəfində yerləşdirilir.

Nömrə İşarə Mənası
7.1.1
Obyektə qədər məsafə
7.1.2
Obyektə qədər məsafə
7.1.3
Obyektə qədər məsafə
7.1.4
Obyektə qədər məsafə
7.2.1
Qüvvədə olma zonası
7.2.2
Qüvvədə olma zonası
7.2.3
Qüvvədə olma zonası
7.2.4
Qüvvədə olma zonası
7.2.5
Qüvvədə olma zonası
7.2.6
Qüvvədə olma zonası
7.2.7
Qüvvədə olma zonası
7.3.1
Qüvvədə olma istiqaməti
7.3.2
Qüvvədə olma istiqaməti
7.3.3
Qüvvədə olma istiqaməti
7.4.1
Nəqliyyat vasitəsinin növü
7.4.2
Nəqliyyat vasitəsinin növü
7.4.3
Nəqliyyat vasitəsinin növü
7.4.4
Nəqliyyat vasitəsinin növü
7.4.5
Nəqliyyat vasitəsinin növü
7.4.6
Nəqliyyat vasitəsinin növü
7.4.7
Nəqliyyat vasitəsinin növü
7.5.1
Şənbə, bazar və bayram günləri
7.5.2
İş günləri
7.5.3
Həftənin günləri
7.5.4
Qüvvədə olma vaxtı
7.5.5
Qüvvədə olma vaxtı
7.5.6
Qüvvədə olma vaxtı
7.5.7
Qüvvədə olma vaxtı
7.6.1
Nəqliyyat vasitələrinin duracağa qoyulma üsulu
7.6.2
Nəqliyyat vasitələrinin duracağa qoyulma üsulu
7.6.3
Nəqliyyat vasitələrinin duracağa qoyulma üsulu
7.6.4
Nəqliyyat vasitələrinin duracağa qoyulma üsulu
7.6.5
Nəqliyyat vasitələrinin duracağa qoyulma üsulu
7.6.6
Nəqliyyat vasitələrinin duracağa qoyulma üsulu
7.6.7
Nəqliyyat vasitələrinin duracağa qoyulma üsulu
7.6.8
Nəqliyyat vasitələrinin duracağa qoyulma üsulu
7.6.9
Nəqliyyat vasitələrinin duracağa qoyulma üsulu
7.7
İşləməyən mühərriklə durma
7.8
Pullu xidmətlər
7.9
Durma müddətinin məhdudlaşdırılması
7.10
Avtomobillərə baxış üçün yer
7.11
İcazə verilən kütlənin məhdudlaşdırılması
7.12
Təhlükəli yol qırağı
7.13
Baş yolun istiqaməti
7.14
Hərəkət zolağı
7.15
Kor piyadalar
7.16
Yaş örtük
7.17
Əlillər
7.18
Əlillərdən başqa
7.19
Faranın yaxın işığı ilə hərəkət
Niaşanlar barədə açıqlamalar:

-7.1.1-7.1.4 “Obyektə qədər məsafə”. 7.1.1-hərəkət istiqaməti üzrə nişandan sonra olan təhlükəli sahəyə qədər, tətbiq edilən məhdudiyyətlərin başlanğıcına qədər və ya obyektə (yerə) qədər qalan məsafəni göstərir. 7.1.2-2.4 nişanından yolayrıcına qədər (əgər qarşıdakı yolayrıcının önündə 2.5 nişanı quraşdırılmışdırsa) olan məsafəni göstərir. 7.1.3, 7.1.4-yoldan kənarda olan obyektə qədər məsafəni göstərir.

-7.2.1-7.2.6 “Qüvvədəolma sahəsi”. 7.2.1-xəbərdarlıq nişanları ilə göstərilmiş təhlükəli sahənin və ya qadağan və məlumatverici-göstərici nişanların qüvvədə olduğu sahənin mövcud uzunluğunu göstərir. 7.2.2-3.27-3.30 qadağan nişanlarının qüvvədə olduğu sahəni göstərir. 7.2.3-3.27-3.30 qadağan nişanlarının qüvvədə olduğu sahənin qurtaracağını göstərir, yəni nişanların qüvvədə olduğu sahə ancaq ona kimidir. 7.2.4-sürücüləri məlumatlandırır ki, onlar 3.27-3.30 qadağan nişanlarının qüvvədə olduğu sahədə yerləşirlər, yəni nişanların qüvvədə olduğu sahə həm nişana kimi, həm də nişandan sonra mövcuddur. 7.2.5, 7.2.6 meydanın hər hansı bir tərəfində, binanın fasad hissəsi qarşısında və bunlara oxşar yerlərdə 3.27-3.30 qadağan nişanlarının qüvvədə olduğu sahəni və istiqaməti göstərir.

-7.3.1-7.3.3 “Qüvvədəolma istiqaməti”. Yolayrıcları qarşısında quraşdırılmış nişanların təsir istiqamətlərini və ya nişanlarla göstərilən və bilavasitə yola yaxın olan obyektlərə hərəkətin istiqamətini göstərir.

-7.4.1-7.4.7 “Nəqliyyat vasitəsinin növü”. Bu lövhələr birgə quraşdırıldıqları nişanların qüvvəsinin hansı növ NV-yə şamil edilməsini göstərir.

-7.5.1 “Şənbə, bazar və bayram günləri”, 7.5.2 “İş günləri”, 7.5.3 “Həftənin günləri”, 7.5.4-7.5.7 “Qüvvədəolma vaxti”. Bu lövhələr birgə quraşdırıldıqları nişanların qüvvəsinin həftənin hansı günündə, həftənin hansı gününün və ya sutkanın hansı zaman ərzində qüvvədə olduqlarını dəqiqləşdirir.

-7.6.1-7.6.9 “Nəqliyyat vasitəsinin duracağa qoyulma üsulu”. 7.6.1, 7.6.4 və 7.6.5 lövhəciklərinin tətbiq edildiyi parklanma yerlərində icazə verilən maksimum kütləsi 3.5 t-dan artıq olan yük avtomobillərinin parklanması qadağandır.

-7.6.2, 7.6.3, 7.6.6-7.6.9 lövhələri isə yalnız minik avtomobilləri və motosikletlərin səkidə və səkikənarı hissədə təşkil edilmiş parklanma yerlərində parklanma üsulunu göstərir. Bu parklanma yerlərində icazə verilmiş maksimum kütləsindən asılı olmayaraq yük avtomobillərinin parklanması qadağandır (m.52.I,II, IV).

-7.7 “İşləməyən mühərriklə durma”. 5.15 nişanı ilə işarələnmiş duracaqda ancaq mühərrik söndürülmüş vəziyyətdə durmağa icazə verilir.

-7.8 “Pullu xidmətlər”. Bu lövhə göstərir ki, təqdim edilən xidmət pulludur.

-7.9 “Durma müddətinin məhdudlaşdırılması”. Bu lövhə 5.15 nişanı ilə işarələnmiş duracaqda maksimum durma vaxtını göstərir.

-7.10 “Avtomobillərə baxış üçün yer”. Bu lövhə 5.15 və ya 6.11 nişanı ilə işarələnmiş sahədə avtomobillərə baxış üçün estakadanın (qazmanın) olmasını göstərir.

-7.11 “İcazə verilən kütlənin məhdudlaşdırılması”. Bu lövhə birgə quraşdırıldığı nişanın qüvvəsinin icazə verilmiş maksimum kütləsi lövhədə göstərilən həddən artıq olan NV-yə çamil olunduğunu bildirir.

-7.12 “Təhlükəli yol qırağı”. Bu lövhə 1.23 nişanı ilə birgə quraşdırılır və xəbərdar edir ki, yolda təmir işlərinin aparılması ilə əlaqədar olaraq yol çiyninə (hərəkət hissəsindən sağ tərəfə) çıxmaq təhlükəlidir.

-7.13 “Baş yolun istiqaməti”. Yolayrıcında baş yolun istiqamətini göstərir.

-7.14 “Hərəkət zolağı”. Nişanın və ya svetoforun hansı hərəkət zolağına şamil edildiyini göstərir.

-7.15 “Kor piyadalar” Piyada keçidindən korların istifadə etmələrini bildirir. Bu lövhə 1.20, 5.16.1 və 5.16.2 nişanları ilə tətbiq edilir.

-7.16 “Yaş örtük”. Bu lövhə bildirir ki, hərəkət hissəsinin səthi yaş olan müddət ərzində onunla birgə quraşdırılmış nişan qüvvədə olur.

-7.17 “Əlillər”. Bu lövhə bildirir ki, 5.15 nişanının qüvvəsi ancaq “Əlillər” tanınma nişanı ilə təchiz olunmuş motokolyaska və avtomobillərə şamil edilir.

-7.18 “Əlillərdən başqa”. Bu lövhə bildirir ki, onunla birgə quraşdırılan nişanların qüvvəsi “Əlillər” tanınma nişanı ilə təchiz olunmuş motokolyaska və avtomobillərə şamil edilmir.

Nəqliyyat vasitələrinin tanınma nişanları
İşarə
Mənası
Yol nişanlarını yada salaqYol nişanlarını yada salaq Avtomobil qatarının tanınma nişanı
Yol nişanlarını yada salaq Tikanlı şinləri olan nəqliyyat vasitəsinin tanınma nişanı
Yol nişanlarını yada salaq Qrupla uşaq aparan nəqliyyat vasitəsinin tanınma nişanı
Yol nişanlarını yada salaq Kar və ya lal-kar sürücü tərəfindən idarə edilən avtomobilin tanınma nişanı
Yol nişanlarını yada salaq Əlil tərəfindən idarə edilən avtomobilin tanınma nişanı
Yol nişanlarını yada salaq Sürücü-həkim tərəfindən idarə edilən avtomobilin tanınma nişanı
Yol nişanlarını yada salaq Təlim-nəqliyyat vasitəsi nişanı
Yol nişanlarını yada salaq Nəqliyyat vasitəsinin qabaritindən kənara çıxan yükün tanınma nişanı
Yol nişanlarını yada salaq Təhlükəli yük aparan avtomobilin tanınma nişanı
Yol nişanlarını yada salaq Uzunluğu 24 m-dən artıq olan nəqliyyat vasitələri tərkibinin tanınma nişanı
Yol nişanlarını yada salaq Qəza dayanma nişanı
Yol nişanlarını yada salaq Azərbaycan Respublikası nəqliyyat vasitələrinin beynəlxalq yol hərəkətlərində fərqlənmə nişanı
Yol nişanlarını yada salaq Təcrübəsiz sürücü

1) “Avtoqatar”-qoşqulu yük avtomobilərində və təkərli traktorlarda (1.4 ton və daha artıq yük götürən), habelə birləşdirilmiş avtobus və trolleybuslarda-kabinənin damında bir-birindən 150-300 mm aralı, üfüqi yerləşdirilmiş narıncı rəngli üç fənər şəklində.

2) “Tikanlı şinlər”-tikanlı şinlər qoyulmuş mexaniki nəqliyyat vasitələrinin arxasında-bərabərtərəfli, ağ rəngli, təpəsi yuxarı yönəldilmiş və qırmızı haşiyəyə alınmış, içərisində qara rənglə şin təsviti olan üçbucaq şəklində (üçbucağın tərəfləri azı 200 mm, haşiyənin eni üçbucağın tərəfinin onda biri qədər olur).

3) “Uşaqların daşınması”-avtobusda uşaq apararkən bu, nəqliyyat vasitələrinin qabağında və arxasında –qırmızı haşiyəyə alınmış və içərisində qara rənglə 1.21 yol nişanının simvolu təsvir edilmiş sarı rəngli kvadrat şəklində (kvaratın tərəfləri azı 250 mm, haşiyənin eni kvadratın tərəfinin onda biri qədər olur).

4) “Kar sürücü”-lal-kar və ya kar sürücülərin idarə etdiyi mexaniki nəqliyyat vaistələrinin qabağında və arxasında-diametri 160 mm olan, işərisində təpəsi aşağı yönəldilmiş bərabərtərəfli xəyali üçnucağın künclərində 40 mm diametrli üç qara dairəcik çəkilmiş sarı rəngli dairə şəklində.

5) “Əlil”– I və II qrup əlillər üçün xüsusi avadanlıqlar quraşdırılmış, onlar tərəfindən idarə olunan və qeydiyyat şəhadətnaməsində bu barədə müvafiq qeyd olan NV-nin qabaq və arxasında-tərəfləri 150mm ölçüsü, daxilində 7.17 simvolunun qara boya ilə təsviri olan sarı rəngli kvadrat şəklində.

6) “Həkim”-sürücü –həkimlərin idarə etdiyi nəqliyyat vasitələrinin qabağında və arxasında-tərəflərinin ölçüsü 140 mm olan, içərisinə ağ dairədə (diametri 125 mm) qızıl xaç (ştrixin hündürlüyü 90 mm, eni 25 mm) təsviri vurulmuş, göy rəngli kvadrat şəklində.

7) “Təlim nəqliyyat vasitəsi”-sürücülük öyrətmək üçün istifadə olunan mexaniki NV-nin qabağında və arxasında-bərabərtərəfli, ağ rəgli, təpəsi yuxarı yönəldilmiş və qırmızı haşiyəyə alınmış (üçbucağın tərəfləri azı 200 mm, haşiyənin eni üçbucağın tərəfinin onda biri qədər) və içərisində qara rəngdə “T” hərfi yazılmış üçbucaq şəklində (minik avtomobilinin damında ikitərəfli nişan qoyulmasına yol verilir).

8) “Nəqliyyat vaistəsinin qabartitindən kənara çıxan yük”-400×400 mm ölçüdə, dioqanal boyu 50 mm enində, növbə ilə qırmızı və ağ zolaqlar çəkilmiş, işıqqaytarıcı səthə malik lövhəcik şəklində.

9) “Təhlükəli yük”-belə yüklər daşıyan nəqliyyat vasitələrinin qabağında və arxasında -690×300 mm ölçüdə, onun 400×300 mm ölçüdə sağ hissəsi narıncı, sol hissəsi isə 15 mm enində qara haşiyəyə alınmış ağ rəngdə olan düzbucaq şəklində (nişanda yükün təhlükəli xassələrini xarakterizə edən işarələr çəkilir).

10) “Uzunölçülü nəqliyyat vasitəsi”-yüklü və ya yüksüz iki və daha çox qoşusu olan uzunluğu 24 metrdən artıq olan avtoqatarların arxasında-40 mm enində qırmızı haşiyəsi olan sarı rəngli, azı 1200×1200 mm ölçülü, işıqqaytarıcı səthə malik düzbucaq şəklində (göstərilən ölçüdə nişanı yerləşdirmək mümkün olmadıqda, azı 600×200 mm ölçüdə iki eyni nişanı nəqliyyat vasitəsinin oxuna simmetrik yerləşdirməyə yol verilir).

11) “Qəza dayanma nişanı”-yolun hərəkəthissəsində nəqliyyat vasitəsi məcburi dayandığı hallarda quraşdırılır.

12) “AZ” fərqlənmə nişanı-beynəlxalq yol hərəkətlərində iştirak edən NV-nin Azərbaycan Respublikasına mənsubiyyətini bildirmək məqsədilə quraşdırılır.

13) “Təcrübəsiz sürücü”-nəqliyyat vasitəsini idarə edən şəxsin sürücülük vərdişlərinə mükəmməl malik olmadığı barədə yol hərəkətinin başqa iştirakçılarını xəbərdar etmək məqsədilə quraşdırılır.

Yol işlərində istifadə olunan işarələr

I. Yol işləri aparılarkən, habelə yolun zədələnmiş sahələrində təlükəsisiz və fasiləsiz hərəkəti təmin etmək məqsədi ilə aşağıdakı işarələrdən istifadə olunur:

Nömrə İşarə Mənası
1
Yol nişanlarını yada salaq Görülməli işlərin sahəsini müəyyənləşdirən lövhə və səyyari konuslar
1
Yol nişanlarını yada salaq Görülməli işlərin sahəsini müəyyənləşdirən lövhə və səyyari konuslar
2
Yol nişanlarını yada salaq Nizamlayıcı göstərişləri olan hərəkət lövhələri
2
Yol nişanlarını yada salaq Nizamlayıcı göstərişləri olan hərəkət lövhələri
2
Yol nişanlarını yada salaq Nizamlayıcı göstərişləri olan hərəkət lövhələri
3
Yol nişanlarını yada salaq İş sahəsini müəyyənləşdirən qırmızı və ya narıncı rəngli sayrışan işıqlar
4
Yol nişanlarını yada salaq Hərəkətin istiqamətini göstərən maneə
5
Yol nişanlarını yada salaq Görülən yol işlərindən yan keçməni göstərən maneələr
6
Yol nişanlarını yada salaq Yol işləri sahəsinin müəyyən edilməsi üçün bayraqlar

II. Yol işlərinin görülməsinə, onun xarakteri və davametmə müddətindən asılı olaraq, yalnız Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırıldıqdan, xüsusi yol nişanlarının və ya işəq siqnallarının qurulmasından sonra başlanıla bilər.

III. İş aparılacaq sahələri aydın görünən stendlərlə, şlaqbaumlarla, ayırıcı dirəklərlə və ya digər xüsusi vasitələrlə işarə etmək lazımdır.

IV. Yuxarıda göstərilən vasitələr işıqqaytarıcı olmazsa, axşamlar qırmızı və narıncı rəngli daimi və ya sayrışan işıqlar quraşdırılmalıdır.

V. Yolun zədələnmiş hissəsində hərəkəti nizamlamaq üçün xüsusi yol nişanları və işıq siqnalları quraşdırılır, zəruri hallarda isə yaranmış vəziyyətə uyğun olaraq yolun nişanlanması aparılır. Əgər vəziyyət tələb edərsə, yol hərkəti yol fəhlələri tərəfindən nizamlanmalıdır.

VI. Yol işlərinin aparılması müddətində qurulmuş xüsusi yol nişanları və ya işıq siqnalları, işlər qurtardıqda isə ilkin vasitələr bərpa edilir və zəruri olduqda yeni yol hərəkəti şəraitinə müvafiq olaraq dəyişikliklər edilir.

VII. Yolun hərəkət hissəsində işləyən şəxs narıncı qolsuz paltar geyinməlidir, gecə isə həmin geyim işıq qaytaran olmalıdır və yaxud onun üzərində işıqqatarıcı elementlər nəzərdə tutulmalıdır.

VIII. Yol işlərinin aparılması ilə əlaqədar hərəkətin bağlanılması və ya onun məhdudlaşdırılması, eləcə də işin aparıldığı yerin, yaxud zonanın nişanlanması dövlət standartı ilə müəyyən edilir.

Yolların nişanlanması

 

Nömrə İşarə Mənası
1.1
1.1 – əks istiqamətli nəqliyyat axınlarını ayırır və yolların təhlükəli yerlərində hərəkət zolaqlarının sərhədini, yolun hərəkət hissəsinin giriş qadağan edilən sərhədlərini, nəqliyyat vasitələrinin duracaq yerlərinin sərhədlərini və avtomagistrallara aid edilməyən yolların hərəkət hissəsinin kənarlarını göstərir
1.2
1.2 – avtomagistrallarda hərəkət hissəsinin kənarını göstərir (enli bütöv xətlər)
1.3
1.3 – dörd və daha çox hərəkət zolağı olan yollarda əks istiqamətli nəqliyyat axınlarını ayırır;
1.4
1.4 – dayanma qadağan olunan yerləri bildirir, müstəqil və ya 3.27 nişanı ilə birlikdə tətbiq edilir və hərəkət hissəsinin kənarına və ya bordürün üst hissəsində çəkilir;
1.5
1.5 – iki və ya üç zolağı olan yollarda əks istiqamətli nəqliyyat axınlarını ayırır, bir istiqamətdə hərəkət üçün iki və daha çox zolaq olduqda, hərəkət zolaqlarının sərhədlərini göstərir;
1.6
1.6 – əks istiqamətli və ya eyni istiqamətli nəqliyyat axınlarını ayıran 1.1 və ya 1.11 nişanlanma xətlərinə yaxınlaşma barədə xəbərdarlıq edir (yaxınlaşma xətti – cizgilərinin uzunluğu onların aralarındakı məsafədən üç dəfə böyük olan qırıq xətlər);
1.7
1.7 – yolayrıcının hüdudlarında hərəkət zolaqlarını göstərir (cizgiləri qısa və onların aralarındakı məsafə cizginin uzunluğuna bərabər olan qırıq xətlər);
1.8
1.8 – sürətləndirmə və ya tormozlama zolağı ilə yolun hərəkət hissəsinin əsas zolağı arasında sərhədi göstərir (enli qırıq xətlər müxtəlif səviyyələrdəki yolayrıclarında, kəsişmələrdə, avtobus dayanacaqları zonasında və sair yerlərdə);
1.9
1.9 – reversiv hərəkətlə nizamlanma tətbiq edilən hərəkət zolaqlarının sərhədlərini göstərir, qarşılıqlı hərəkətlə nizamlanma tətbiq olunan yollarda əks istiqamətli (qarşılıqlı hərəkət svetoforları söndürülən zaman) nəqliyyat axınlarını ayırır;
1.10
1.10 – duracağın qadağan olunduğu yerləri bildirir, müstəqil və ya 3.28 nişanı ilə birlikdə tətbiq olunur və hərəkət hissəsinin kənarına və ya bordürün üst hissəsində çəkilir;
1.11
1.11 – yalnız bir zolaqdan çıxaraq yerdəyişməyə icazə verilən yol sahələrində əks və ya eyni istiqamətli nəqliyyat axınlarını ayırır və yalnız bir tərəfə hərəkət etməyə icazə verilən yollarda duracaqlara girmək və çıxmaq, geriyə dönmək və sair üçün nəzərdə tutulmuş yerləri göstərir;
1.12
1.12 (stop-xətt) – 2.5 nişanı olduqda və ya svetoforun (nizamlayıcının) qadağan siqnalı verildikdə, sürücünün dayanmalı olduğu yeri göstərir;
1.13
1.13 – kəsişən yolla hərəkət edən nəqliyyat vasitələrinə yol vermək üçün sürücünün lazım gəldikdə, dayanmalı olduğu yeri göstərir;
1.14.1
1.14.1 – nizamlanmayan piyada keçidini,
1.14.2
1.14.2 – piyadaların hərəkət istiqamətini,
1.14.3
1.14.3 – hərəkətin svetoforla nizamlandığı piyada keçidini göstərir;
1.15
1.15 – velosiped yolunun yolun hərəkət hissəsi ilə kəsişdiyi yeri göstərir;
1.16.1-1.16.3
1.16.1-1.16.3 – nəqliyyat axınlarının ayrıldığı və ya birləşdiyi yerlərdə istiqamətləndirici adacıqları göstərir; 1.16.1 əks istiqamətli nəqliyyat axınlarını ayırır;
1.16.2
1.16.2 eyni istiqamətli nəqliyyat axınlarını ayırır;
1.16.3
1.16.3 eyni istiqamətli nəqliyyat axınlarını birləşdirir;
1.17
1.17 – ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaqlarını və taksi duracaqlarını göstərir;
1.18
1.18 – yolayrıcında hərəkətin zolaqlar üzrə icazə verilmiş istiqamətlərini göstərir, müstəqil, yaxud 5.8.1, 5.8.2 nişanları ilə birlikdə tətbiq edilir, dalan təsviri çəkilmiş nişanlama xətti göstərir ki, yaxınlıqdakı hərəkət hissəsinə dönmək qadağandır, sol kənar zolaqdan sola dönməyə icazə verən işarə həmin zolaqdan geriyə dönməyə də icazə verir;
1.19
1.19 – yolun hərəkət hissəsinin daralan sahəsinə (həmin istiqamətdə zolaqların sayının azaldığı sahəyə), yaxud əks istiqamətlərdə nəqliyyat axınlarını ayıran 1.1 və 1.11 nişanlama xətlərinə yaxınlaşmanı göstərir. Birinci halda 1.19 nişanlama xətti 1.18.1-1.18.3 nişanları ilə birlikdə tətbiq oluna bilər;
1.20
1.20 – 1.13 nişanlanma xəttinə yaxınlaşmanı bildirir;
1.21
1.21 («stop» yazısı) – 2.5 nişanı ilə birlikdə tətbiq olunduğu hallarda 1.12 nişanlanma xəttinə yaxınlaşmanı bildirir;
1.22
1.22 – yolun (marşrutun) nömrəsini göstərir;
1.23
1.23 – ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi zolağı göstərir.
1.24
1.24 – əlillərin nəqliyyat vasitələri
2.1-2.2
2.1 – yol qurğularının hərəkətdə olan nəqliyyat vasitələri üçün təhlükə doğuran ünsürlərini (körpülərin dayaqlarını və s.) göstərir; 2.2 – tunellərin, körpülərin aşırımlarının aşağı kənarını göstərir;
2.3-2.4
2.5-2.6
2.3 – ayırma zolaqlarında və ya təhlükəsizlik adacıqlarında düzəldilmiş dairəvi adacıqları göstərir; 2.4 – istiqamətləndirici dirəkcikləri, yolkənarı kötükcükləri, çəpərlərin dayaqlarını və s. göstərir 2.5 – kiçik radiuslu döngələrdə, sərt enişlərdə, digər təhlükəli sahələrdə yol sədlərinin yan səthini göstərir; 2.6 – başqa sahələrdə yol sədlərinin yan səthini göstərir;
2.7
2.7 – təhlükəli sahələrdə yol səthindən hündürə çıxan təhlükəsizlik adacıqlarını göstərir.

Online sürücülük testləri 15 (şərhlərlə) – Yol hərəkəti qaydaları

Fikirlərinizi bildirin.