Yol nişanları (maddə 61)

93

Yol nişanları (maddə 61)

I.Yollarda yol hәrәkәtinin qaydaları vә şәraiti barәdә müәyyәn mәlumat saxlayan vә yol hәrәkәtini nizamlayan әsas vasitәlәrdәn biri yol nişanlarıdır.

II.Yol nişanları 7 nişan qrupundan ibarәtdir: xәbәrdarlıq, üstünlük, qadağan, mәcburi hәrәkәt istiqamәti, mәlumatverici-göstәrici, servis, әlavә mәlumat (lövhәciklәr).

III.Hәr bir yol nişanının öz nömrәsi olur ki, onun birinci rәqәmi qrupun nömrәsinә uyğun olur, sonrakı rәqәmlәr qrupda ardıcıl nömrәni vә müxtәliflik mövcud olduqda onun ardıcıl nömrәsini әks etdirir.

IV.Müxtәlif qruplardan toplanan üstünlük nişanlarından başqa, hәr qrup yol nişanlarının özünә mәxsus rәngi vә forması vardır.

V.Yol nişanlarının sutkanın hәr bir vaxtı fәrqlәndirilmәsi vә oxunması üçün, onlar daxili vә xarici işıqlandırılma vә ya işıqqaytarıcı sәth ilә (nәqliyyat vasitәlәrinin işıq cihazlarının işığını әks etdirәn xırda şüşә kürәciklәrinin әsasında xüsusi nazik pәrdә) tәchiz edilirlәr. Daxildәn işıqlandırılmış nişanlar yolun süni işıqlandırılmış yerlәrindә qurulur. Süni işıqlandırılmamış yollarda işıqqaytarıcı sәthli nişanlar tәtbiq olunur. İşıqqaytarıcı sәthli nişanların 100 metrdәn az olmayan mәsafәdәn görünmәsi tәmin edilәrsә, onların stasionar işıqlandırılmış yollarda da qurulmasına yol verilir.

VI.Müvəqqəti yol nişanları texniki göstəricilərinə və quraşdırılma yerinə görə daimi nişanlardan fərqlənməlidir. Müvəqqəti yol nişanlarının istifadə edilməsinə ehtiyac qalmayıbsa, bu nişanlar təcili çıxarılmalıdır.

VI-I.Eyni yol sahəsində quraşdırılmış yol nişanlarının tələbləri, habelə müvəqqəti yol nişanları və müvəqqəti nişanlama xətləri istisna olmaqla yol nişanları ilə digər texniki vasitələrin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq yolverilməzdir. Aşkar olunmuş hər hansı ziddiyyət və ya uyğunsuzluq təxirəsalınmaz aradan qaldırılmalıdır. Müvəqqəti yol nişanlarının tələbləri ilə daimi yol nişanlarının, nişanlama xətlərinin və digər texniki vasitələrin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq olarsa, müvəqqəti yol nişanlarına üstünlük verilməlidir. Müvəqqəti yol nişanları ilə müvəqqəti nişanlanma xətləri arasında ziddiyyət və ya uyğunsuzluq yolverilməzdir.

VII.Yolun eyni kәsiyindә üçdәn artıq yol nişanının qurulmasına icazә verilmir (tәkrar olunan nişanlar vә әlavә lövhәciklәr nәzәrә alınmamaqla). Xüsusi qeyd olunmuş hallardan başqa yolun sağ tәrәfindә bütün yol nişanları qurulur. İki vә ya artıq zolaqlarla bir istiqamәtdә hәrәkәti olan yollarda yol nişanları vaxtlı-vaxtında sürücü tәrәfindәn çәtinliklә qavranılarsa, onlarda olan mәlumat nәzәrә alınmaqla nişanlar tәkrar qurulmalıdır. Tәkrar nişanlar ayırıcı zolaqlarda, әgәr ayırıcı zolaq yoxdursa vә әks istiqamәtli hәrәkәt üçün iki hәrәkәt zolağından artıq hәrәkәt zolağı nәzәrdә tutulmamışdırsa, belә yol nişanları yolun sol tәrәfindә qurulurlar. Yolun solunda yerlәşdirilәn yol nişanının görünmәsinin tәmin olunması mümkün deyilsә vә ya әks istiqamәtli hәrәkәt üçün üç vә artıq hәrәkәt zolağı vardırsa, onda yol nişanları yolun hәrәkәt hissәsinin üstündә qurulurlar.

VIII.Yol nişanlarının qavranması üçün münasib şәraitin yaradılmasının tәmin olunması mәqsәdilә, onlar dәqiq müәyyәnlәşdirilmiş yerdә yolun hәrәkәt hissәsinә nisbәtәn yerlәşdirilirlәr (şəkil 1-5). Yol nişanlarının qurulmasından asılı olaraq, onun alt hissәsindәn örtüyә qәdәr olan mәsafә:

Yol nişanları şəkil 1-2

1) yaşayış mәntәqәlәrindәn kәnar olan yolların qırağında — 1,5—2,2 metr;

2) eyni ilә yaşayış mәntәqәlәrindә — 2—4 metr;

3) tәhlükәsizlik adacıqlarında vә yolun hәrәkәt hissәsindә — 0,6 metrdәn az olmadan;

4) yolun hәrәkәt hissәsinin üstündә — 5—6 metr tәşkil etmәlidir.

IX.Yolun hərəkət hissəsinin kənarından, yol çiyninin isə torpaq örtüyünün kənarından quraşdırılmış nişana qədər məsafə 0,5-2,2 metr, 5.20.1, 5.21.1-5.27 nişanlarınn qırağına qədər olan məsafə isə 0,5-5 metr olmalıdır.

X.Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı olmadan müvafiq ərazidə yerləşən yollarda yol nişanları qurmaq qadağandır.

XI.Yollarda yol nişanlarının qurulması və onların lazımi vəziyyətdə saxlanılmasına nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.

XII.Müvafiq qərar olmadan yol nişanlarının qurulması üçün onları quraşdıran şəxslər məsuliyyət daşıyırlar.

Yol nişanlarını yada salaqİlk tibbi yardım qutusunun tərkibi

Əvvəlki məqaləArtıq gözlərdən sexual arientasiyanı anlamaq olur
Növbəti məqaləNiyə biz soyuq havalarda yağlı yeməkləri daha çox istəyirik?

Fikirlərinizi bildirin.