Yol işlərində istifadə olunan işarələr (maddə 71)

459

Yol işlərində istifadə olunan işarələr (maddə 71)

I. Yol işləri aparılarkən, habelə yolun zədələnmiş sahələrində təlükəsisiz və fasiləsiz hərəkəti təmin etmək məqsədi ilə aşağıdakı işarələrdən istifadə olunur:

Nömrə İşarə Mənası
1
Yol nişanlarını yada salaq Görülməli işlərin sahəsini müəyyənləşdirən lövhə və səyyari konuslar
1
Yol nişanlarını yada salaq Görülməli işlərin sahəsini müəyyənləşdirən lövhə və səyyari konuslar
2
Yol nişanlarını yada salaq Nizamlayıcı göstərişləri olan hərəkət lövhələri
2
Yol nişanlarını yada salaq Nizamlayıcı göstərişləri olan hərəkət lövhələri
2
Yol nişanlarını yada salaq Nizamlayıcı göstərişləri olan hərəkət lövhələri
3
Yol nişanlarını yada salaq İş sahəsini müəyyənləşdirən qırmızı və ya narıncı rəngli sayrışan işıqlar
4
Yol nişanlarını yada salaq Hərəkətin istiqamətini göstərən maneə
5
Yol nişanlarını yada salaq Görülən yol işlərindən yan keçməni göstərən maneələr
6
Yol nişanlarını yada salaq Yol işləri sahəsinin müəyyən edilməsi üçün bayraqlar

II. Yol işlərinin görülməsinə, onun xarakteri və davametmə müddətindən asılı olaraq, yalnız Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırıldıqdan, xüsusi yol nişanlarının və ya işəq siqnallarının qurulmasından sonra başlanıla bilər.

III. İş aparılacaq sahələri aydın görünən stendlərlə, şlaqbaumlarla, ayırıcı dirəklərlə və ya digər xüsusi vasitələrlə işarə etmək lazımdır.

IV. Yuxarıda göstərilən vasitələr işıqqaytarıcı olmazsa, axşamlar qırmızı və narıncı rəngli daimi və ya sayrışan işıqlar quraşdırılmalıdır.

V. Yolun zədələnmiş hissəsində hərəkəti nizamlamaq üçün xüsusi yol nişanları və işıq siqnalları quraşdırılır, zəruri hallarda isə yaranmış vəziyyətə uyğun olaraq yolun nişanlanması aparılır. Əgər vəziyyət tələb edərsə, yol hərkəti yol fəhlələri tərəfindən nizamlanmalıdır.

VI. Yol işlərinin aparılması müddətində qurulmuş xüsusi yol nişanları və ya işıq siqnalları, işlər qurtardıqda isə ilkin vasitələr bərpa edilir və zəruri olduqda yeni yol hərəkəti şəraitinə müvafiq olaraq dəyişikliklər edilir.

VII. Yolun hərəkət hissəsində işləyən şəxs narıncı qolsuz paltar geyinməlidir, gecə isə həmin geyim işıq qaytaran olmalıdır və yaxud onun üzərində işıqqatarıcı elementlər nəzərdə tutulmalıdır.

VIII. Yol işlərinin aparılması ilə əlaqədar hərəkətin bağlanılması və ya onun məhdudlaşdırılması, eləcə də işin aparıldığı yerin, yaxud zonanın nişanlanması dövlət standartı ilə müəyyən edilir.

Avtomobilin cihazlar lövhəsində yerləşdirilən işarələrGil vasitəsi ilə avtomobilin təmizlənməsi

Əvvəlki məqaləBakirəlik mifi: niyə həqiqətən mövcud deyil
Növbəti məqaləBəysiz toy: iki qadın hamını aldatmağı bacardı

Fikirlərinizi bildirin.