Yol hәrәkәti iştirakçılarının әsas vәzifәlәri vә hüquqları (maddə 36)

353
Yol hәrәkәti iştirakçılarının әsas vәzifәlәri vә hüquqları (maddə 36)
Yol hәrәkәti iştirakçılarının әsas vәzifәlәri vә hüquqları (maddə 36)
I.Yol hәrәkәtinin iştirakçıları:

1)yol hәrәkәti Qaydalarına riayәt etmәli, YH haqqında Qanunun yol hәrәkәtinin tәhlükәsizliyi mәsәlәlәrinә dair tәlәblәrini bilmәli vә yerinә yetirmәlidirlәr;

2)yol hәrәkәtinin nizama salınmasında istifadә olunan nizamlayıcının vә svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlәrindә istifadә olunan sәs vә işıq siqnallarına, bәzi nәqliyyat vasitәlәrinin fәrqlәndirici nişanlarına vә nәqliyyat vasitәsi sürücülәrinin siqnallarına tabe olmalıdırlar;

3)yol hәrәkәti üçün tәhlükәsiz şәrait yaratmalı, öz hәrәkәtlәri vә ya hәrәkәtsizliyi ilә digәr hәrәkәt iştirakçılarına, onların NV-nә vә başqa әmlaka zәrәr vurmamalıdırlar;

4)yol örtüyünü zәdәlәmәmәli vә ya çirklәndirmәmәli; yol nişanlarını çıxarmamalı, qarşısını kәsmәmәli; zәdәlәmәmәli, özbaşına yol nişanları, svetoforlar vә hәrәkәtin tәşkilinin digәr texniki vasitәlәrini quraşdırmamalıdırlar;

5)hәrәkәtә maneçilik törәdәn әşyaları vә ya materialları ataraq, boşaldaraq vә ya yolda qoyaraq yol hәrәkәtini çәtinlәşdirmәmәli vә ya onun tәhlükәsizliyi üçün qorxu törәtmәmәlidirlәr (bu cür maneәnin vә ya tәhlükәnin yaranmasına yol vermәmәk mümkün olmadıqda, onların mümkün qәdәr tez aradan qaldırılması üçün lazımi tәdbirlәr görmәli, bunu dәrhal etmәk mümkün olmadıqda isә, әl altında olan vasitәlәrlә digәr hәrәkәt iştirakçılarının xәbәrdar edilmәsini vә Azәrbaycan Respublikasının müvafiq icra hakimiyyәti orqanına mәlumat verilmәsini tәmin etmәlidirlәr);

6)yol hәrәkәti qanunvericiliyinә riayәt olunması barәdә Azәrbaycan Respublikasının müvafiq icra hakimiyyәti orqanlarının sәrәncamlarını yerinә yetirmәlidirlәr;

7)nәqliyyat, yol, kommunal vә digәr müәssisә vә tәşkilatların vәzifәli şәxslәri, yolda hәr hansı bir iş aparan fәhlәlәr, elәcә dә digәr şәxslәr müәyyәn edilmiş yol hәrәkәti qaydalarına tәsir göstәrә bilәcәk maneәlәr yaratmaqdan vә başqa hәrәkәtlәrdәn çәkinmәlidirlәr.

II.Yol hәrәkәti qaydalarına riayәt edәn yol hәrәkәtinin hәr bir iştirakçısı digәr şәxslәrdәn hәmin qaydaların tәlәblәrini gözlәmәyi tәlәb edә bilәr.

III.Yol hәrәkәti iştirakçılarının:

1)tәhlükәsiz vә rahat yol hәrәkәti şәraitinә malik olmaq, yolların, küçәlәrin, meydanların vә dәmiryol keçidlәrinin hәrәkәtin tәhlükәsizliyi tәlәblәrinә uyğunsuzluğu nәticәsindә dәymiş zәrәrin ödәnilmәsini tәlәb etmәk;

2)Azәrbaycan Respublikasının müvafiq icra hakimiyyәti orqanları vә yol sahiblәri qüvvәdә olan qanunvericiliyi pozduqda, onların hәrәkәtlәrindәn mәhkәmәyә şikayәt etmәk;

3)hidrometeorologiya, yol, kommunal vә başqa tәşkilatlardan yol hәrәkәt şәraiti haqqında mәlumat almaq hüquqları vardır.

Mexaniki nәqliyyat vasitәsi sürücüsünün vәzifәlәri (maddə 37)

I.Mexaniki nәqliyyat vasitәsinin sürücüsü:

1)sürücülük vәsiqәsini (fәrdi nәqliyyat vasitәsinin sahibi olmadıqda, sürücünün icarə və ya digər əşya hüquqlarına dair müqaviləsini; nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsini); sürücülük vәsiqәsi müәyyәn edilmiş qaydada Azәrbaycan Respublikasının müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn alınmış olduqda isә onu әvәz edәn xüsusi arayışı; nәqliyyat vasitәsinin qeydiyyat şәhadәtnamәsini; bu Qanunun 6-1-ci maddəsinin I hissəsində nəzərdə tutulmuş daşımaları həyata keçirən NV-nə münasibətdə taxoqrafın yoxlanması haqqında şəhadətnaməni (taxoqrafın yoxlanmasına dair möhür vurulmadığı halda); avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişin daşımalarıxidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası müqaviləsinin “icbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanmasını təsdiq edən icbari sığorta şəhadətnaməsini, nəqliyyat vasitəsindən kommersiya məqsədləri üçün istifadə edildikdə xüsusi razılıq və ya yol (marşrut) vərəqəsini və daşınan yüklərə dair sənədləri özündə saxlamalıdır;

2)Azәrbaycan Respublikasının müvafiq icra hakimiyyәti orqanı әmәkdaşının tәlәbi ilә nәqliyyat vasitәsini dayandırdıqda, hәmin әmәkdaş yaxınlaşdıqdan sonra bu maddәnin birinci hissәsinin 1-ci bәndindә göstәrilәn sәnәdlәri yoxlanılması üçün ona tәqdim etmәlidir vә zәruri olduqda hәmin әmәkdaşın tәlәbi ilә nәqliyyat vasitәsindәn çıxmalıdır;

3)yola düşmәzdәn qabaq NV-lәrinin istismara buraxılmasına dair YH haqqında Qanunun 1.  saylı әlavәsinә uyğun olaraq, NV-nin texniki cәhәtdәn sazlığını yoxlamalı vә onu yol boyu tәmin etmәlidir;

4)yol hәrәkәti şәraitini, nәqliyyat vasitәsinin vә yükün xüsusiyyәtlәrini nәzәrә almaqla, nәqliyyat vasitәsini müәyyәn edilmiş mәhdudiyyәtdәn artıq olmayan sürәtlә idarә etmәlidir;

5)hәrәkәt zolağının dәyişmәsi, dönmә, ötmә, hәrәkәtә başlama vә dayanma ilә bağlı manevrlәr edәrkәn, xarici işıq siqnallarının kömәyi ilә, bunlar olmadıqda vә ya nasaz olduqda isә, әl işarәlәri ilә digәr hәrәkәt iştirakçılarını xәbәrdar etmәlidir;

6)konstruksiyasında nәzәrdә tutulmuş tәhlükәsizlik kәmәrlәri ilә tәchiz edilmiş avtomobildә hәrәkәt edәrkәn kәmәri bağlamalı vә sәrnişinlәrin dә kәmәri bağlamasını tәmin etmәli (12 yaşınadәk uşaqların, geriyә hәrәkәt manevri edәn sürücülәrin, hamilә qadınların, sürücülüyü öyrәnәn şәxs nәqliyyat vasitәsini idarә edәrkәn onu öyrәdәnin, yaşayış mәntәqәlәrindә isә bunlardan başqa, operativ nәqliyyat vasitәsi sürücülәrinin vә sәrnişinlәrinin kәmәri bağlamamasına yol verilir), motosikletdә isә motoşlemi düymәlәmәli vә sәrnişinlәrin dә motoşlemi düymәlәmәsini tәmin etmәlidir;

7)üstün keçid hüququ olan, qırmızı vә ya göy sayrışan işıq vә xüsusi sәs siqnalı ilә işarә verәn NV yaxınlaşdıqda, sağa dönmә işıq göstәricisini yandırmalı; hәmin nәqliyyat vasitәlәri üçün zolağı boşaltmalı vә ya yol qırağına mümkün qәdәr yaxın hәrәkәt etmәli; zәrurәt olduqda isә nәqliyyat vasitәsini dayandırmalıdır, üstün keçid hüququ olan, qırmızı vә ya göy sayrışan işıq vә xüsusi sәs siqnalı ilә işarә verәn nәqliyyat vasitәsinin müşayiәt etdiyi mütәşәkkil nәqliyyat dәstәsinә qoşularaq hәrәkәt etmәmәlidir. (şəkil 1);

Yol hərəkəti iştirakçılarının əsas vzifələri və hüquqları şəkil 1

8)hәrәkәt tәhlükәsizliyi üçün qorxu törәdәn alkoqol, narkotik vasitәlәr, psixotrop maddәlәr vә ya güclü tәsir göstәrәn digәr maddәlәrin istifadә edilmәsi nәticәsindә, diqqәti vә çevikliyi azaldan dәrman vasitәlәrinin tәsiri altında, xәstә vә әzgin, yorğun vәziyyәtdә nәqliyyat vasitәsini idarә etmәmәli, habelә nәqliyyat vasitәsini idarә etmәk ixtiyarını bu cür vәziyyәtdә olan vә ya eyni kateqoriyalı (altkateqoriyalı) nәqliyyat vasitәsini idarә etmәk hüququ olmayan şәxsә vermәmәlidir;

9)yolda su vә ya palçıq olduqda, nәqliyyat vasitәsini idarә edәrkәn, onların piyadalara, binalara vә başqa nәqliyyat vasitәlәrinә sıçramamasına çalışmalıdır;

10)hәrәkәtdә olan nәqliyyat vasitәsinin dövlәt qeydiyyat nişanının görünmәsi üçün onun tәmiz saxlanılmasını tәmin etmәlidir;

11)yol hәrәkәtinin әn müdafiәsiz iştirakçılarının — uşaqların, əlilliyi olan şəxslərin, velosipedçilәrin vә qocaların tәhlükәsiz hәrәkәtini tәmin etmәk üçün mümkün olan bütün tәdbirlәri görmәli, küçәni keçәn kor piyadanın siqnalı ilә (siqnal — ağ әsanın qaldırılmasıdır) nәqliyyat vasitәsini dәrhal dayandırmağa borcludur;

12)Az. Res-nın müvafiq icra hakimiyyәti orqanının әmәkdaşı tәrәfindәn sağ әlindәki üfüqi vәziyyәtdә olan jezllә vә ya onların NV-dәki qırmızı vә ya göy sayrışan işıqla vә yaxud xüsusi sәs siqnalı ilә ona verilәn işarәyә NV-i dayandırmalıdır;

13)Azәrbaycan Respublikasının müvafiq icra hakimiyyәti orqanı әmәkdaşlarının tәlәbi ilә alkoqol, narkotik vasitәlәr, psixotrop maddәlәrdәn vә ya güclü tәsir göstәrәn digәr maddәlәrin istifadә edilmәsi nәticәsindә sәrxoşluq vәziyyәtinin yoxlanılması üçün müayinәdәn keçmәlidir;

14)nәqliyyat vasitәsini idarә etmәk qabiliyyәtinin tәsdiqi üçün müәyyәn olunmuş hallarda tibbi müayinәdәn keçmәlidir;

15)tәcili tibi yardıma ehtiyacı olan şәxslәri daşımalıdır.

II.Bu maddә ilә müәyyәn edilmiş sәnәdlәr özündә olmayan nәqliyyat vasitәsinin sahibi Azәrbaycan Respublikasının qanunvericiliyi ilә müәyyәn edilmiş qaydada mәsuliyyәt daşıyır.

III.Mexaniki nәqliyyat vasitәlәri:

1)tәcili tibbi yardım göstәrmәk üçün eyni sәmtә gedәn sәhiyyә işçilәrinә;

2)yol-nәqliyyat hadisәlәri vә ya nasazlıq nәticәsindә zәdәlәnmiş NV-nin daşınması üçün (yalnız yük daşıyan NV-lәrini); tәbii fәlakәt yerlәrinә getmәk üçün; elәcә dә qanunla nәzәrdә tutulmuş digәr tәxirәsalınmaz hallarda, Az. Res-nın müvafiq icra hakimiyyәti orqanlarının әmәkdaşlarına tәqdim edilmәlidir.

Qeyd: 1) bu maddәnin üçüncü hissәsindә nәzәrdә tutulmuş mәqsәdlәr üçün NV-nin tәqdim edilmәsi tәlәbi diplomatik korpusa vә digәr şәxslәrә mәxsus NV-lәrinә şamil edilmir; 2) nәqliyyat vasitәsindәn istifadә etmiş şәxslәr sürücünün tәlәbi ilә yol getmә müddәtini, gedilmiş mәsafәni, özünün soyadını, vәzifәsini, xidmәti vәsiqәsinin nömrәsini, işlәdiyi tәşkilatın adını göstәrmәklә arayış vermәli vә ya yol vәrәqәsindә qeyd aparmalıdırlar, tibb işçilәri isә sürücüyә müәyyәn edilmiş nümunәdә arayış vermәlidirlәr; 3) NV-nin Az. Res. müvafiq icra hakimiyyәti orqanının әmәkdaşına tәqdim edilmәsi ilә әlaqәdar xәrclәr nәqliyyat vasitәsi sahibinin tәlәbi ilә müәyyәn edilmiş qaydada hәmin orqanlar tәrәfindәn ödәnilir.

IV.Mexaniki nәqliyyat vasitәsinin sürücüsü yol-nәqliyyat hadisәsi zamanı:

1)nәqliyyat vasitәsini yerindәn tәrpәtmәmәli, qәza dayanma nişanını qurmalı, qәza işıq siqnalını yandırmalı, ya da yanıb-sönәn qırmızı işıq fәnәrini qoymalı, hadisәyә aidiyyәti olan әşyaların yerini dәyişmәmәlidir;

2)zәrәrçәkәnlәrә ilk tibbi yardım göstәrilmәsi üçün mümkün olan tәdbirlәri görmәli; “Tәcili tibbi yardım” maşını çağırmalı; zәrәr çәkәnlәri hәyat üçün tәhlükәli xәsarәt aldığı hallarda isә, onu sәmt üzrә gedәn NV ilә yaxınlıqdakı tibbi müәssisәyә göndәrmәli; bu mümkün olmadıqda isә, özünün NV-si ilә aparmalı; orada şәxsiyyәtini tәsdiq edәn sәnәd vә ya vәsiqә, nәqliyyat vasitәsinin qeydiyyatı sәnәdini tәqdim etmәklә özünün soyadını, nәqliyyat vasitәsinin qeydiyyat nömrә nişanını bildirmәli, sonra hadisә yerinә qayıtmalıdır;

3)başqa nәqliyyat vasitәlәrinin hәrәkәti qeyri- mümkün olduqda, yolun hәrәkәt hissәsini boşaltmalıdır. Yolun hәrәkәt hissәsini boşaltmaq vә ya zәrәr çәkәnlәri öz nәqliyyatında müalicәxanaya aparmaq zәrurәti olduqda, şahidlәrin iştirakı ilә әvvәlcә nәqliyyat vasitәsinin vәziyyәtini; izlәri vә hadisәyә aidiyyәti olan әşyaları qeyd etmәli vә onların qorunması; nәqliyyat vasitәlәrinin hadisә yerinin yanından keçmәsini tәşkil etmәk üçün mümkün olan bütün tәdbirlәri görmәlidir;

4)hadisә haqqında Az. Res-nın müvafiq icra hakimiyyәti orqanına xәbәr vermәli, hadisәni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı vә Az. Res-nın müvafiq icra hakimiyyәti orqanı әmәkdaşlarının gәlmәsini gözlәmәlidir;

5)Azərbaycan Respublikası inzibati Xətalar Məvəlləsinin 327-ci maddəsinin “Qeyd” hissəsinin 7-1-ci bəndində nəzərdə tutulmuş hallarda yol-nəqliyyat hadisəsi yerini tərk edə bilər.

V.Mexaniki nәqliyyat vasitәsinin sürücüsünә:

1)nәqliyyat vasitәsini qapıları bağlanmamış vәziyyәtdә yerindәn tәrpәtmәk vә ya onun hәrәkәti zamanı qapıları açmaq;

2)nəqliyyat vasitəsinin hərəkəti zamanı telefonu əldə saxlamaqla ondan istifadə etmək;

3)hәrәkәt zamanı sükanı әlindәn buraxmaq, mühәrriki söndürülmüş nәqliyyat vasitәsini әtalәtlә idarә etmәk;

4)nәqliyyat vasitәsinin tәkәrlәrindә vә ya banında yol örtüyünü zibillәyәn palçıq vә s. varsa; yaxud onlardan yanacaq-sürtkü materiallarının, kimyәvi maddәlәrin, tikinti vә digәr materiallarının axması olarsa, onlarla örtüyü tәkmillәşdirilmiş yollarda hәrәkәt qadağandır.

VI.Mexaniki nәqliyyat vasitәsinin sürücüsü Beynәlxalq yol hәrәkәtindә iştirak etdikdә:

1)nәqliyyat vasitәsinin qeydiyyat şәhadәtnamәsini, sürücülük vәsiqәsini vә daşınan yüklәrә dair sәnәdlәri özündә saxlamalıdır;

2)nәqliyyat vasitәsindә onu qeydә almış dövlәtin dövlәt qeydiyyat nişanı vә fәrqlәnmә nişanı olmalıdır;

3)bu Qanunun 6-1-ci maddəsinin I hissəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməlidir.

Velosipedçinin vәzifәlәri (maddə 38)

Mühәrriksiz velosipedi idarә edәn şәxs xüsusi velosiped zolaqları ilә, bunlar olmadıqda isә yolun, küçәnin hәrәkәt hissәsinin kәnarı vә ya yol çiyinlәri ilә hәrәkәt etmәli vә bunun üçün:

1) texniki cәhәtdәn saz vә lazımınca tәchiz olunmuş velosipeddәn istifadә etmәlidir;

2) velosipedi idarә etmәyә mane olan yük vә ya sәrnişin daşımamalıdır.

Mal-qara ötürәnlәrin vәzifәlәri (maddə 39)

Mal-qara ötürәnlәr:

1)mal-qaranı asfalt vә sement-beton örtüklü yollarla ötürmәmәlidirlәr;

2)sutkanın qaranlıq vaxtında vә mәhdudiyyәtli görünmә şәraitindә, dәmir yollarından, yolların, küçәlәrin, meydanların vә bu mәqsәd üçün xüsusi olaraq ayrılmayan yerlәrindәn, habelә yolun hәrәkәt hissәsindәn mal-qaranı ötürmәmәlidirlәr;

3)mal-qara sürüsünü yoldan son dәrәcә diqqәtli nәzarәt etmәklә ötürmәlidirlәr.

Piyadanın vәzifәlәri (maddə 40)
  1. Piyada:

1)sәki ilә, piyada zolağı ilә, yol çiyinlәri ilә, bunlar olmadıqda isә velosipedçilәrin hәrәkәtini çәtinlәşdirmәmәk şәrti ilә velosiped yolu ilә hәrәkәt etmәli vә ya ayırıcı zolağı olan yollarda hәrәkәt hissәsinin xarici kәnarı ilә getmәlidir (iri әşyalar daşıyan vә ya aparan piyadaların, habelә əlilliyi olan şəxs üçün mühәrriksiz arabalarda gedәn şәxslәrin sәki vә ya yol çiyini ilә hәrәkәti başqa piyadalar üçün maneә yaratdıqda, onlar yolun hәrәkәt hissәsinin kәnarı ilә gedә bilәrlәr);

2)dәmiryolunu, avtomobil yolunun hәrәkәt hissәsini, küçәlәri piyada keçidlәri ilә, o cümlәdәn yeraltı vә yerüstü keçidlәrlә, bunlar olmadıqda isә yolayrıclarında sәki xәtti vә ya yol çiyni xәtlәri boyunca keçmәlidir;

3)yaşayış mәntәqәlәrindәn kәnarda yolun hәrәkәt hissәsi ilә hәrәkәt etdikdә nәqliyyat vasitәlәrinin hәrәkәti istiqamәtinә qarşı getmәlidir (əlilliyi olan şəxs üçün mühәrriksiz arabalarda hәrәkәt edәn, motosiklet, moped, velosiped sürәn şәxslәr belә hallarda nәqliyyat vasitәlәrinin hәrәkәti istiqamәtindә getmәlidirlәr);

4)ümumi istifadәdә olan nәqliyyat vasitәsini vә taksini, yalnız yolun hәrәkәt hissәsindәki nisbәtәn azca hündürә qaldırılmış minik meydançalarında; onlar olmadıqda isә, sәkidә vә ya yol çiyinlәrindә gözlәmәlidir (azca hündürә qaldırılmış minik meydançalarının olmadığı dayanacaq mәntәqәlәrindә nәqliyyat vasitәsinә minmәk üçün yolun hәrәkәt hissәsinә yalnız nәqliyyat vasitәsi dayandıqdan sonra çıxmağa icazә verilir. Nәqliyyat vasitәsindәn düşdükdәn sonra lәngimәdәn yolun hәrәkәt hissәsini tәrk etmәk lazımdır);

5)hәrәkәtin nizamlandığı yerlәrdә nizamlayıcının vә ya piyada svetoforunun, o olmadıqda isә, nәqliyyat svetoforunun işarәsini әsas tutmalıdır;

6)yolun hәrәkәt hissәsindә zәrurәt olmadan lәngimәmәli vә dayanmamalıdır;

7)üstün keçid hüququ olan, qırmızı vә ya göy sayrışan işıq vә xüsusi sәs siqnalı ilә işarә verәn nәqliyyat vasitәsi yaxınlaşdıqda, yolun hәrәkәt hissәsini keçmәmәlidir (hәrәkәt hissәsindә olanlar isә bu nәqliyyat vasitәlәrinә yol vermәli vә hәrәkәt hissәsini dәrhal boşaltmalıdırlar);

8)dayanmış nәqliyyat vasitәsinin vә ya görmә sahәsini mәhdudlaşdıran başqa maneәnin arxasından yolun hәrәkәt hissәsinә çıxmazdan әvvәl yaxınlaşan nәqliyyat vasitәsinin olmadığını yәqin etmәlidir;

9)görünmә zonasında keçid vә ya yolayrıcı olmadıqda, ayırıcı zolaq olmayan vә sәdd çәkilmәyәn, hәr iki tәrәfdәn yaxşı görünәn sahәlәrdә hәrәkәt hissәsinin kәnarına nisbәtәn yolu düzbucaq altında keçmәlidir;

10)sutkanın qaranlıq vaxtı yolun işıqlanmayan hissәlәrindә yalnız görünüş dairәsindә nәqliyyat vasitәsi olmadıqda keçmәlidir.

II.Piyada, nizamlanmayan piyada keçidlәrindә yolun hәrәkәt hissәsinә yalnız yaxınlaşmaqda olan NV-dәk mәsafәni, onların sürәtini qiymәtlәndirdikdәn vә yolu keçmәyin onlar üçün tәhlükәsiz olacağını yәqin etdikdәn sonra çıxa bilәr.

III.Keçidi başa çatdıra bilmәmiş piyadalar nәqliyyat vasitәlәrinin әks istiqamәtli hәrәkәtlәrini ayıran xәttin üstündә dayanıb gözlәmәlidirlәr. Piyadalar yalnız hәrәkәtin tәhlükәsizliyinә әmin olduqdan sonra vә svetoforun (nizamlayıcının) siqnalını nәzәrә almaqla yolu keçmәyә davam edә bilәrlәr.

IV.Mütәşәkkil piyada dәstәlәrinә yalnız nәqliyyat vasitәlәrinin hәrәkәti istiqamәtindә, yolun hәrәkәt hissәsinin sağ tәrәfi ilә, bir sırada dörd nәfәrdәn çox olmayan dәstә ilә getmәyә icazә verilir. Dәstәnin qabağında vә arxasında — sol tәrәfdә müşayiәtçilәr olmalıdırlar, onlar әllәrindә qırmızı bayraqcıqlar, sutkanın qaranlıq vaxtında vә mәhdudiyyәtli görünmә şәraitindә isә, yandırılmış fәnәrlәr: qabaqda — ağ, arxada — qırmızı işıq fәnәri tutmalıdırlar.

V.Uşaqları dәstә halında yalnız sutkanın işıqlı vaxtı vә böyüklәrin müşayiәti ilә ancaq sәki ilә, piyada yolu ilә; bunlar olmadıqda isә yol çiyini ilә aparmağa icazә verilir.

Sәrnişinin vәzifәlәri (maddə 41)

Sәrnişin:

1)nәqliyyat vasitәsinә yalnız xüsusi minik meydançasından, belә meydança olmadıqda isә, sәkidәn vә ya yolun çiyini tәrәfdәn yalnız nәqliyyat vasitәsi tam dayandıqdan sonra minib-düşmәlidir (sәrnişinlәrin sәki vә ya yolun çiyini tәrәfdәn minib-düşmәsi mümkün olmayan halda, onlar yolun hәrәkәt hissәsindәn o şәrtlә minib-düşә bilәr ki, bu, tәhlükәli olmasın vә hәrәkәtin digәr iştirakçıları üçün maneә yaratmasın);

2)hәrәkәt vaxtı sürücünün diqqәtini nәqliyyat vasitәsini idarә etmәkdәn yayındırmamalıdır;

3)tәhlükәsizlik kәmәri olan avtomobildә gedәrkәn kәmәri bağlamalı, motosikletdә isә motoşlemi geyinmәlidir.

Velosipedlәrin, mopedlәrin hәrәkәtlәrinә dair tәlәblәr (maddə 46)

I.Velosipedlәr vә mopedlәr yalnız yolun sağ kәnar zolağında, yol nişanları vә ya yol nişanlanmasının tәlәblәrinә riayәt etmәklә, mümkün qәdәr sağ tәrәfdә bir cәrgә ilә hәrәkәt etmәlidirlәr. Piyadalar üçün maneә yaratmamaq şәrti ilә velosipedlәrin yol çiyini ilә hәrәkәtinә icazә verilir. Velosiped dәstәlәri yolun hәrәkәt hissәsi ilә getdiklәri vaxt hәrәsi 10 velosipedçidәn çox olmayan qruplardan ibarәt olmalıdırlar. Nәqliyyat vasitәlәrinin ötmәsini asanlaşdırmaq üçün dәstәlәrin arasındakı mәsafә 80—100 metr olmalıdır.

II.Velosiped vә moped sürücülәrinә:

1)sükanı tutmadan vә ya tәhlükәsizlik dәbilqәlәrindәn istifadә qaydalarını pozmaqla hәrәkәt etmәk;

2)velosipedin vә mopedin uzunu vә ya eni üzrә qabaritlәrindәn 0,5 metrdәn artıq kәnara çıxan vә ya velosipedi, mopedi idarә etmәyә mane olan yük aparmaq;

3)velosiped yolu olduğu halda, onun yanındakı yolla hәrәkәt etmәk;

4)tramvay hәrәkәti olan yollarda vә hәmin istiqamәtdә hәrәkәt üçün birdәn artıq zolağı olan yollarda sola vә ya geriyә dönmәk;

5)sәrnişin daşımaq;

6)nasaz, müәyyәn olunmuş qaydada tәchiz edilmәyәn velosipeddәn istifadә etmәk;

7)velosiped vә ya mopedlә birgә istismar üçün nәzәrdә tutulan qoşqunun yedәyә alınması istisna olmaqla, velosipedlәri vә mopedlәri; elәcә dә velosipedlәrlә vә mopedlәrlә yedәyә almaq qadağandır.

III.Yolayrıcından kәnarda yolun velosiped yolu ilә nizamlanmayan kәsişmәsindә velosiped vә moped sürücülәri bu yolla hәrәkәt edәn nәqliyyat vasitәlәrinә yol vermәlidirlәr.

At arabalarının sürülmәsinә vә mal-qaranın ötürülmәsinә dair tәlәblәr (maddə 47)

I.At arabalarının (kirşәlәrin), yük vә minik heyvanlarının yalnız yolun sağ kәnar zolağından mümkün qәdәr sağ tәrәfdә bir cәrgәdә hәrәkәtlәrinә icazә verilir. Piyadalar üçün maneә yaratmamaq şәrtilә onların yol çiyni ilә dә hәrәkәt etmәlәri mümkündür.

II.Yola bitişik әrazidәn vә ya ikinci dәrәcәli yoldan çıxan zaman görünmә mәhdud olan yerdә at arabasının (kirşәnin) sürücüsü heyvanı cilovundan tutaraq әsas yola çıxarmalıdır.

III.Ötmәni asanlaşdırmaq üçün yük vә minik heyvanları sürülәrә, at arabaları (kirşәlәr) isә sayı 5-dәn çox olmayan dәstәlәrә bölünmәlidirlәr, bu dәstә vә sürülәr arasındakı mәsafә әn azı 80—100 metr olmalıdır.

IV.Mal-qaranı yolda sutkanın işıqlı vaxtı vә nәzarәt etmәklә ötürmәk lazımdır. Mal-qara ötürәnlәr mal-qaranı yolun mümkün qәdәr sağ kәnarı ilә ötürmәlidirlәr.

V.Mal-qara dәmiryol xәtlәrinin vә yolun hәrәkәt hissәsinin üstündәn keçirildikdә, sürü mal-qaranı ötürәnlәrin sayı nәzәrә alınmaqla elә sayda dәstәlәrә bölünmәlidir ki, mal-qaranın tәhlükәsiz keçirilmәsini tәmin etmәk mümkün olsun.

VI.At arabası nәqliyyatının (kirşәsinin) sürücüsünә, yük vә minik heyvanlarını sürәnlәrә, mal-qaranı ötürәnlәrә:

1)mal-qaranı yolda nәzarәtsiz qoymaq;

2)mal-qaranı dәmiryol xәtlәrinin vә yolların üstündәn xüsusi olaraq bu mәqsәd üçün ayrılmış yerlәrdәn kәnarda; habelә sutkanın qaranlıq vaxtında vә mәhdud görünmә şәraitindә keçirmәk (müxtәlif sәviyyәlәrdә mal- qaranı ötürmә yerlәrindәn başqa);

3)mal-qaranı asfalt vә sement-beton örtüklü yollarla ötürmәk qadağandır.

Qeyd: At arabaları (kirşәlәr) işığı әks etdirәn qurğu ilә, sutkanın qaranlıq vaxtı isә, hәm dә fәnәrlәrlә tәchiz olunmalıdırlar.

Online sürücülük imtahan testləri 65 (şərhsiz) – Yol hərəkəti qaydalarıOnline sürücülük imtahan testləri 52 (şərhlərlə) – Yol hərəkəti qaydaları

Əvvəlki məqaləAlimlər gənc kişilərdə impotensiyanın qəribə səbəbini aşkar ediblər
Növbəti məqaləAnabolik komplekslər

Fikirlərinizi bildirin.