Yol hərəkəti təhlükəsizliyinin (YHT) təmin edilməsində nəzarətin həyata keçirilməsi (maddə 83)

248
Yol hərəkəti təhlükəsizliyinin (YHT) təmin edilməsində nəzarətin həyata keçirilməsi (maddə 83)

Yol hərəkəti təhlükəsizliyinin (YHT) təmin edilməsində nəzarətin həyata keçirilməsi (maddə 83)

I.Yol hərəkəti haqqında Qanunun tələblərinə ciddi əməl etməklə yollarda hərəkət təhlükəsizliyinə nəzarəti yalnız Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşları həyata keçirirlər.

II.Yollarda hərəkət təhlükəsizliyinin təmin edilməsinə nəzarət Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşları tərəfindən stasionar və digər postlarda; eləcə də xüsusi avadanlığı olan nəqliyyat vasitələrində və ya xüsusi texniki vasitələrin tətbiqi ilə həyata keçirilir. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan; foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır.

III.Müəyyən edilmiş hərəkət sürəti həddini aşmaq, texniki cəhətdən nasaz nəqliyyat vasitələrinin istismarı faktını və nəqliyyat vasitələrinin alkoqol; narkotik vasitələr; psixotrop maddələrdən və onların analoqlarından və ya güclü təsir göstərən digər maddələrin istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi halları müəyyənləşdirmək üzrə nəzarəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşları yalnız xüsusi cihazlar vasitəsi ilə həyata keçirirlər. (narkotik sərxoşluq vəziyyətinin; narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi üçün aparılan tibbi müayinə dövlət narkoloji-tibb müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir). Belə halları müəyyənləşdirmək üçün başqa üsullardan istifadə edilməsi yolverilməzdir.

Online sürücülük imtahan testləri 49 (şərhlərlə) -; Yol hərəkəti qaydalarıOnline sürücülük imtahan testləri 47 (şərhlərlə) -Yol hərəkəti qaydaları

Əvvəlki məqaləBir çoxlarımızın səhv etdiyimiz 4 asan qol məşqi
Növbəti məqaləBuğa ♥ Qoç

Fikirlərinizi bildirin.