Yırtıcı və ailədağıdan qadınlar – bürclərə görə. Deyilənə görə qədim zamanlarda özünə hömət edən istənilən astroloq aylı gecədə göyə baxaraq kişilərə qadınlar tərəfindən gələn istənilən təhlükədən xəbər verə bilərdi. Eyni zamanlar onlar bürcündən aslı olaraq hansı qadının nə kimi problemlər yarada biləcəklərini təxmin edirdilər. Bəzən cütlükdə olan kişilərə ehtiyyatlı olmğa, burulğana düşməməyə və ya ümumiyyətlə məşuqənin caynağından qaçmağın yollarını izah edirdi.

Astrologiya tam ciddi şəkildə qadının hansı bürc altında doğulmasından aslı olaraq yarada biləcək çətinlikləri və onun xarakeri barəsində elmi, əsaslandırılmış cavablar təqdim etməyə çalışır.

12-ci yer: Tərəzi qadınlar

O – kişilər üçün ən arzuolunandır. Ona nəyisə sübut etməyə, öz fikirlərini sırımağa ehtiyac yoxdur. Tərəzi qadınlar olduqca mülayim və sadə insanlardırlar. Sözü gedən xarakterlər kişini olduqca maraqlandırır və onlar bu xüsusiyyət sayəsində ailədə sözkçərliliklərini daha da artırmaq istəyərlər.  Xanım kişinin əhval-ruhiyyəsinə uyğunlaşmağa çalışar, onun arzularını və istəklərini öncədən təxmin edər. Tərəzi qadınların yeganə çatışmayan xasiyyətləri özlərinin sərbəst qərar verə bilməməklərindədir. Onlar tam olaraq öz məsələlərini ərlərinin üzərinə atarlarkı, bu da bəzən kişiləri yorar. Ümumilikdə isə təhlükəli hesab olunmazlar, qayğıkeşlikləri ilə ailə münasibətlərini qorumağa çalışarlar.

11-ci yer: Dolça bürcündən olan xanımlar

İncə, ünsiyyətcildirlər. Öz incəlikləri ilə istənilən kişini yoldan çıxara bilərlər. Əgər kiminsə başına pis bir iş gələrsə, dolça qadınlar mənəvi dəstək üçün az zaman içərisində orda olarlar. Təsəlli üçün xüsusi sözlər tapar, ürək ovundurarlar. Lakin, bundan uzağa getməzlər. Qısa zaman ərzində ürəkyumuşqlıq rolu onları yorar. Bir müddət sonra aradan çıxar və rəfiqələri ilə istirahətə yollanarlar. Bu müddət ərzində isə, kişi tək qalar, öz problemlərini özü həll etməyə çalışar.

10-cu yer: Oğlaq

Bu bürcün nümayəndələri olan qadınlara bir növ kalkulyator da demək mümkündür. Onlar hesablamalara olduqca həssasdırlar. Sevgiyə belə riyazi düsturla yanaşaraq vaxtaşırı hər şeyi öz rəfinə uyğun yerləşdirməyə başlayarlar. Onlar nigah mərasimindən öncə nigah müqaviləsinin hər bəndini ayrıca düşünərlər. Yüksək bağlılıq və kiməsə hislər duymaq hər zaman ağıllı düşüncədən sonra gələr. Romantik münasibət yaşamaq istəyən kişilər onlardan yan qaçarlar.

9-cu yer: Oxatan

Onlar sankı may ayında əsən küləkdirlər. Daimi olmazlar, əksinə hər zaman axtarışdadırlar. Oxatan qadınlar ev işlərinə nifrət edərlər. Onların fikrincə mətbəxtə olan qaz sobası gələcəyin qarşısını kəsən ən böyük maneədir. Sevgi mövzusunda seçimləri tez-tez dəyişir. Öz seçdikləri kişiyə sevdiyini desədə, gözləri kənarda axtarışda ola bilir. Ailəli qadın satatusu oxatan qadına kənarda əlavə bir sığınacaq tapmağa mane olmaz. Adətən kişilər özləri bu qadınlara yanaşar və tez zamanda zavallı rolunu oynamağa razılaşarlar.

8-ci yer: Balıqlar

Yazılanlara inansaq balıq bürcündən olan xanımlar ya quyu suyu kimi tərpənməz və sakit olarlar, ya da göz yaşları tökərək özlərni yada salarlar. Onlar hər zaman özlərinə diqqət və xüsusi qulluq tələb edərlər. Hər zaman qeydlərinə qalınmaqların istərlər. İlk baxışdan görünən incəlik və sözə baxımlılıq kişiləri aldadır. Eyni zamanda onlar deyingən olurlar. Kişi ilə yaşananlar çox vaxt rəfiqələrin yanında müzakirə olunar və zaman keçdikcə bu şikayətə çevrilər. Kişiləri günahkar çıxarmağa və özlərini yazıq kimi görsətməyi sevərlər.

7-ci yer: Qoç xanımlar

Onlar kişilər üçün ilk növbədə doğruluğun özüdürlər. Ən azından qoç xanımlar özləri haqqında belə düşünər və sonda bildkləri kimi hərəkət edərlər. Ailə səliqə-səhmanına xüsusi diqqət yetirər və sona qədər mücadilə aprarlar. Kişilər isə bildiyimiz kimi komfortu çox sevərlər və buna görə müəyyən mənada azadlıqlarından keçməyə razı olurlar. Yalnız zaman keçdikcə düşdükləri çıxılmaz vəziyyəti anlamış olarlar. Düzü heç sonradan da əks tərəfin fikirləri qoçlara maraqlı olmaz və bu mühitdə özlərini olduqca rahat hiss edərlər.

6-cı yer: Qızlar

Olduqca ciddi, inadkar, gördükləri işə və hərəkətlərə məsuliyyətli biridirlər. Onlar bəzən tələbkar müəlliməyə bənzəyərlər. İnsanı valeh edən gözlərinə baxdıqda belə bəzən yaxınlaşan ildırımı hiss etmək mümkündür. İlk görüşdən başlayaraq kişilər qızların yanında özlərini məktəbli kimi hiss etməyə başlayarlar. Əvvəlcə hər cəhtlə onun qəlbini oğurlamağa çalışar, sonra isə dəli kimi sevməyə başlayarlar. Bir müddətdən sonra isə güclü cinsin nümyəndələri ayılar və özləri haqqında kobud zarafatları anlayarlar. Bəzən bu söz atmalar və qəlbə toxunmaqlar evdə başqa adamın olub-olmamasına məhəl qoyulmadan edilə bilər.

5-ci yer: Əkizlər

Əgər kişi daimi davanı və mübarizəni istəyirsə, buyursun. Xanım əsəbləri yerindən oynatmağı və vaxtından əvvəl peşman etməyi yaxşı bacarır. Onlar vahid prinsipə əsaslanan həyat tərzi sürürlər – sevgidən nifrətə bir addım məsafə var. Ruhları sadiqlik və daimilik anlayışları ilə tərs mütanasiblik təşkil edir. Lakin bu kimi fikirlər əsl kişiləri sarsıtmamalıdır.

4-cü yer: Buğa bürcünün xanımları

Bütün astronomlar yetkinliklə bildirirlər ki, buğalar gözlənilməz insanlardırlar və kişiləri hər cür çətinliyə sala bilərlər. Buğa qadın romantik və ecazkar tərzdə gözlərini süzdür bilir. Qarşısındakı kişi isə beynini qurcalayaraq ən ürəyəyatımlı şeirləri və sözləri axtarmağa başlayar. Ancaq əziyyətin bir mənası yoxdur. Xanım özünü zəif göstərərək qarşısındakı kişini bütün bacarıqlarını analiz etməyə çalışar. Bir müddət sonra isə kişinin pul qabında azalma hiss olunar. O buğa xanımı üçün bütün cənnət həzzini yaşatmağa çalışar.

3-cü yer: Xərçəng

O kişilər üçün əsl tələdir. Özünü daim subay kimi aparır.Kişi ayılmadan belə necə idarə edildiyini başa düşər. Bir müddətdən sonra isə ər hardasa mətbəxin bir küncündə dayanaraq özünə sual verər: “Niyə mən valideyinləri rəhmətə getmiş bir qadınla evlənmədim?”. Sevimli qadının valideyinləri ilə hər gün bir damın altında yaşamaq inanılmaz əzabdır. Xərçəng qadın üçün koryera olduqca önəmlidir. Bu halda kişi sadəcə evdar, zavallı mətbəx qulluqçusu ola bilər.

2-ci yer: Şirlər

İstənilən vəhşi kralı o ustalıqla ram edə və onun yerinə taxta otura bilər. Bu zaman müddətində isə kişi hələdə özünü önəmli şəxsiyyət hesab etməkdə davam edər. İlk başdan güclü cinsin nümayəndələri dəyişiklikləri hiss etməz. Əksinə onu enerjili və cazibəli heab edər. Şir ürəkləri ram etməkdə peşakardır. Ayılanda hər şey çox gec olur. Xanım şir heyvanların kralı sayılaraq zamanla kişinin həyatındakı bütün boşluqları dolduracaq. O həddə çatacaq ki, kişi özünü tamamı ilə ondan aslı və onun qərarları ilə hərəkət edən olduğunu hiss edəcək.

1-ci yer: Əqrəb

Olduqca yaraşıqlı, ehtiraslı və istənilən kişini yoldan çıxara bilərlər. Kişilər bir mənalı olaraq onların toruna keçirlər, nə zamansa bu gözəlliyin sancacağını unudarlar. Qarşı tərəf çox vaxt həyatı ilə barışıb qanını içməyinə göz yumurlar. Əks halda böyük narazılıq və söz-söhbət yarana bilərlər. Qadın əqrəblərin intiqamları olduqca sarsıdıcı ola bilir. Misal olaraq, yeni il qabağı ona yeni tüklü üst geyimi almasanız, gül buketi ilə yola verməyə çalışsanız həyatınızın sonuna qədər olduqca qəddar düşmən qazanmış olarsınız.

Əqrəblərdə olan – digər bürclərdə olmayan 5 keyfiyyətQrup sex sevən və sevməyən bürc nümayəndələri

Fikirlərinizi bildirin.