Yaşınızdan asılı olmayaraq yenidən başlamanıza kömək edəcək 20 stat

419
Yaşınızdan asılı olmayaraq yenidən başlamanıza kömək edəcək 20 stat

Yaşınızdan asılı olmayaraq yenidən başlamanıza kömək edəcək 20 stat. Müsbət emosiyalar almağa davam etmək üçün heç bir halda təslim olmayın. Bədii ifadələr qurmağa çalışsaq, həyat dağ silsiləsi boyunca bir cığır kimidir: yuxarı-aşağı, sonra yenidən yuxarı və aşağı. Yaşadıqca daha çox yaylağa enmək, orda qalmaq, başqa heç bir yerə getmək istəmirsən. Hər kəsin öz seçimi vardır. Lakin, bir yerdə məskunlaşmaqla bu həyatda maraqlı heçnəyi kəşf etmək mümkün deyil. İstənilən yaşda, istənilən xoşagəlməz hadisələrdən sonra hər şeyi yenidən başlamaq mümkündür.

  • “Məqsədlər heç vaxt sadə olmamalıdır. Sizi işləməyə məcbur etmək üçün onlar narahatlıqlar gətirməlidir.” – Michael Fhelps
  • “Yaş sadəcə başınızda canlandırdığınız bir məhdudiyyətdir ” – Jackie Joyner-Kersee
  • “Uğursuzluqdan qorxma, çünki məhs bu yol – səni uğura aparan yoldur” – LeBron James
  • “Səbəb məhdudiyyətlər yaradır. Ancaq buna bütün qəlbinlə inansan, çox şey edə bilərsən.” – Arnold Schwarzenegger
  • “Bədən çox şeyi götürə bilər. Sadəcə bütün düşüncələrinizi buna inandırmalısınız.” – Endryu Merfi
  • “Həyatın sirri yeddi dəfə yıxılaraq səkkiz dəfə qalxmaqdır” – Paulo Coelho
  • “Uğursuzluq yenidən başlamaq üçün bir fürsətdir, lakin daha ağıllı başlamaq üçün.” – Henri Ford
  • “Həyatda ən böyük izzət heç vaxt yıxılmamaq deyil, hər yıxılanda ayağa qalxmaqdır.” – Ralph Waldo Emerson
  • “Uğur sonluq deyil, uğursuzluq ölümcül deyil: yola davam etmək üçün yalnız cəsarət vacibdir.” – Uinston Çörçill
  • “Uğursuzluğun öhdəsindən gələ bilirəm. Hər kəs bunu bir şəkildə yaşayır. Ancaq cəhd etmədiyimi qəbul edə bilmirəm.” – Michael Jordan
  • “Dünən mən ağıllı idim və buna görə də dünyanı dəyişmək istəyirdim. Bu gün müdrik oldum və buna görə də özümü dəyişirəm.” – Cəlaləddin Rumi
  • “Dəfələrlə dəyişə bilən insanlar, dəyişə bilməyənlərdən daha etibarlı və xoşbəxtdirlər.” – Stephen Fry
  • “Dəyişməsək, inkişaf etmərik. Əgər inkişaf etməsək, həqiqətən də yaşamırıq.” – Gail Sheehy
  • “Biz dünəni geri qaytara bilmərik, amma sabah nə olacağı bizə bağlı məsələdir.” – Lyndon Johnson, ABŞ-ın 36-cı Prezidenti
  • “Hər kəsin son nəfəsinə qədər dəyişmək və təkamül etmək imkanı var.” – M. F. Ryan
  • “Olmaq istədiyinizə çevrilmək üçün heç vaxt gec deyil və ya mənim vəziyyətimdə – heç vaxt tez deyil. Vaxt məhdudiyyəti yoxdur, istədiyiniz zaman başlaya bilərsiniz. Siz dəyişə və ya eyni qala bilərsiniz – heç bir qayda yoxdur.” – Francis Scott Fitzgerald
  • “Ən böyük şöhrət heç vaxt səhv etməməkdə deyil, hər yıxılanda ayağa qalxa bilməkdədir.” – Konfutsi
  • “Bütün karyeram ərzində 9000 dəfə hədəfi vura bilmədim. 300-ə yaxın oyunda məğlub olmuşam. 26 dəfə həlledici zərbəni mənə etibar etdilər və şansı itirdim. Həyatımda dəfələrlə uğursuzluğa düçar oldum. Məhs buna görə də mən uğurluyam.” – Michael Jordan
  • “Dünən yıxıldınsa, bu gün qalx” – HG Wells
  • “Əgər hər dəfə işim alınmayanda özümü pəncərədən atsaydım, bütün həyatımı uçuşda keçirərdim” – Dmitri Nağıyev

Kişilər haqqında statuslarStatistikaya görə neçə ildən sonra özünü ailə həyatında xöşbəxt hiss edə bilərsən?

Əvvəlki məqaləFiziki məşqlər qorxu və narahatlıqla mübarizədə necə kömək edir?
Növbəti məqaləQazlayterlər kimlərdir və onları necə tanımaq olar?

Fikirlərinizi bildirin.