Yaşınıza uyğun sex ehtiyacınız. Kimin intim həyatı daha rəngarəngdir? 20 yaşlı gəncin ya 40 yaşında olan orta yaşlı kişinin? İllər keçdikcə yaşaınıza uyğun olaraq nə qədər sexlə məşğul olmaq məqsədə uyğundur? Hansı yaşda təbil çalaraq narahat olmağa başlamalısınız?

Kinsi inisitutu İndonesiya universiteti ilə birlikdə müştərək araşdırma aprmışlar. Araşdırmanın nəticələri ilə tanış olan zaman diqqətimizi bəzi məqamlar çəkdi. Buyurun, sizdə tanış ola bilərsiniz.

Alimlər bu dəfə müxtəlif yaş kateqoriyalarında kişinin nə qədər sex yaşaya bilməsinin sayını müəyyənləşdirməyə çalışmışlar. Biz sizi sevindirmək istərdik ki: kişinin yaşı nə qədər çox olarsa, o qədər onun sexual həyatı daimilik əldə edir. Ancaq, təəssüf….

Nəticələrə əsasən gündəlik həyatlarında daha çox sex yaşayan insanların yaş kateqoriyası 18-29 yaş arasında var-gəl edir. Gənc və alovlu temperamentdə təxmini il ərzində 112 cinsi əlaqə yaşanılır. Bu isə təxmini həfdə ərzində iki dəfə mənasına gəlir.

30-39 yaş arasında olan kişilər isə il ərzində yalnız 89 sexual aktla kifayətlənməli olur. Yəni həfdə ərzində təxmini 1.6 dəfə. 1.6 rəqəmi sizə gülməli görünə bilər. Sadəcə statistik hesablama aparılarsa il ərzində olan həfdələri ümumi saya böldükdə bu rəqəm alınmış olur.

Nəhayət, tort üzərində 40 və daha çox şam söndürə bilmiş insanlar il ərzində cəmi 69 dəfə sex yaşayır. Düzdü, rəqəmin özündə belə sexsuallıq var, ancaq bu 20 yaşlı gəncdən iki dəfə aşağı göstəricidir. Alimlər göstəricinin bu qədər aşağı düşməsini libidonun səviyyəsi ilə əlaqələndirmirlər. Sadəcə yaş artıqca insanların ailə-məişət problemləri çox olur, özlərinə və yeni tanışlıqlara zamanları az qalır.

Maraqlıdır ki, əldə edilmiş nəticələrdə 49-yaşdan sonra üçün heç bir məlumat göstərilmir. Bir tərəfdən məşğuliyyət sayının azalması siklini nəzərə alsaq elə görsədilməməsi daha yaxşıdır.

Təəssüf ki, Kinsi inisitutunun və İndiana universitetinin alimlərinin araşdırmaları rəsmi sənəd kimi qəbul edilməmişdir. Ona görə də, imzalı şəkildə portnyorunuza göstərib, ilin sonuna qədər qalan normativi ondan tələb etmək imkanınız olmayacaq.

30 yaşına qədər kişilərin münasibətdə anlamalı olduqları 14 məsələ40 yaşdan sonra testesteronu normallaşdıran qidalar

1 rəy

Fikirlərinizi bildirin.