Yanacağa qənaət etməyin effektiv yolları

345
Yanacağa qənaət etməyin effektiv yolları 2

Yanacağa qənaət etməyin effektiv yolları. Avtomobil sürən hər bir insan yanacağa qənaət yollarından məlumatlı olmalıdır. Bu gün sizə olduqca asan, lakin diqqət yetirilməli dəyərli məsləhətlər vermək istərdik. Bunlara əməl etmək və diqqətdə saxlamaq sizi tez-tez yanacaq doldurma məntəqələrinə girməkdən və xərclərdən müəyyən qədər qurtulmuş olarsınız.

Sürüş tərzi

Sürət rejiminə riayət olunması – Bu yanacaq qənaətinə effektiv təsirdir. Magistral yolda hərəkət zamanı bu cür fərq çox hiss olunur. Sürəti artırdığınız zaman mühərrikin dövür sayı artır ki, bu da öz nüvbəsində sərfiyyatı çoxaldır.

Pik saatlarda sükan arxasına əyləşməyin – Bizlərdən heç birimiz tıxacda qalmağı sevmirik. Bu xoş olmamaqla yanaşı yanacaq sərfiyyatını da çoxaltmış olur. Daim sürəti artırmaq və əyləci basmaq məcburiyyəti yaranır. Nəticədə yanacaq çəni azalır. Bu cür gəzintilərdən çəkinin. Sürməmişdən öncə maşın axınlarını nəzərə alın. Ən yaxşısı yüksək olmayan və stabil sürətdə hərəkət etməkdir.

Rəvan sürətlənin – Saatda 80 km sürət ideal variant hesab edilir. Düzdür, vaxtaşırı ötmə əməliyatı etmək üçün sürəti artırmaq lazım olacaq, ancaq şəhər mühitində sürəti artırmağın bir mənası yoxdur. İstənilən halda növbəti işıqforda digərləri ilə birlikdə gözləməli olacaqsınız. Siz hər dəfə qaza basdıqca daha çox yanacaq sərf edilir.

Səliqəli şəkildə əyləci basın – Avtomobil sürətlənmək üçün çox yanacaq tələb etdiyindən bu ehtiyacı minimuma salın. Bu halda əyləcdən bacarıqlı şəkildə istifadə etmək lazımdır. Mütəxəsislərin məsləhətlərinə əsasən STOP işarəsində çatmamış əyləci asta şəkildə basmaq gərəklidir. Piyada keçidlərini, işıqforları və digər gərəkli nişanları görərkən qazdan ayağınızı öncədən çəkməyə çalışın. Bu eyni zamanda sizə qarşıdakı maşınla məsafəni saxlamağa da yardımçı olacaqdır.

Sürətlər qutusunu duzgün çevirin – Mexanika sürətlər qutusu olan avtomobillərdə necə qənaət etmək olar? Əgər siz mexaniki transmisiya istifadə edirsinizsə, imkan yarandığı anda dəyişiklik etməyiniz daha məsləhətli olar. Eyniz amanda daha aşağı sürətə də sonuncu anda düşmək yaxşı olardı.

Müərrikin sürüş göstəricisi – Müasir güc aqreqatları uzun müddətli qızdırılmağa ehtiyac duymurlar. Adətən mühərriki işə salaraq 30 saniyyə gözləmək kifayət edir. Hərəkət zamanı mühərrik daha tez qızır. Bu eyni zamanda yanacağa qənaət etməyə imkan yaradır.

Mühərriki vaxtında söndürün – Əgər siz dəmir yol keçidlərində dayansanız və ya ciddi tıxacda qalsanız ən yaxşı qənaət yolu mühərriki söndürməkdir. Bu həm ekalogiyanın səviyyəsinə müsbət təsir edər, həm də yanacaq çox işlənməz.

“Avtomat” karobkada yanacağa qənaət – Əgər avtomobiliniz avtomat transmisya ilə təchiz edilmişdirsə, magistral yolda kruiz-kontroldan istifadə daha məsləhətli olardı. Bu gərəksiz sürətlənmələrin qarşısını alar. Elektronika öncədən müəyyən edilmiş sürətdə qalmış olar. Şəhər yollarında isə “N” rejimindən istifadəni unutmayın.

Əlavə məsləhətlər

Pəncərələri və lüku bağlayın – Bu əsasən şəhər kənarı maşın sürən sürücülərə şamildir. Aerodinamika – önəmli faktordur. Buna görə də avtomobilə qarşı olan nüyansları maksimum şəkildə azaltmaq lazımdır. İstehsalçı tərəfindən istehsal zamanı buraxılmış çatışmamazlıqları aradan qaldırın. Qeyd edək ki, şəhər rejimində (böyük tıxaclar zamanı) pəncərələri açmaq kondisioner çalışdırmaqdan daha yaxşıdır.

Kondisioneri söndürün – Əlbətdə, kondisionerlə yola çıxmaq daha rahatdır. Lakin, yanacağa qənaət aspektindən bu əlverişli variant hesab edilmir.

Kruiz-kontroldan istifadə edin – Əgər sizin avtomobiliniz bu gərəkli funksiya ilə təchiz edilmişdirsə onu maksimum şəkildə istifadə etməyə çalışın. Bu sizə stabil sürəti saxlamağa kömək edəcəkdir.

Gərəksiz yüklərdən və çəkidən çəkinin – Əgər siz maşının tavanına quraşdırlmış əlavə baqajdan istifadə edirsinizsə, onu çıxarın. Artıq çəki ilə yanacağa qənaət olduqca çətindir. Burda söhbət yalnız çəkidən getmir. Bu halda aerodinamika göstəricilərində ciddi fırq yaranmış olur. Əks halda yanacaq sərfiyyatı artmış olar. Baqajın yoxlanılmasına diqqət ayırın. Bəzən bu hissədə xeyli sayda qarajda saxlanılmalı olan alətlər mövcut olur. Yalnız gərəkli əşyaları saxlayın.

Tuningdən imtina edin – Əgər yanacağa qənaət etmək istəyirsinizsə, tuningdən çəkinin. Enli disklər böyük aerodinamik maneələr yaratmış olur. Nəticədə sürüş zamanı daha çox yanacaq işlənir.

Qış aylarında mühərriki qızdırın – Avtomobil nə qədər tez qızdırılarsa, o qədər də az yanacaq sərf edilər. Avtomobil örtükləri yanğın əlehinə maddələrdən ibarət olduğundan onu uzun müddət isti saxlaya bilər. Beləliklə maşın daha gec soyuyar və yenidən qızdırılmağa az yanacaq sərf edilər.

Avtomobilin vəziyyəti

Təkərlərdə təzyiqin yoxlanılması – Mütəxəsislərinn məsləhətlərinə əsasən bu göstəricilər ay ərzində iki dəfə yoxlanılmalıdır.Ən yaxşısı istehsalçının məsləhət bildiyi göstəricilərə riaət etməkdir. Havasız təkərlərlə sürüş yanacaq sərfiyyatını artırır və rezin vaxtından əvvəl yararsız hala düşür. Hava gözlənilməz şəkildə dəyişərkən təkərlərdə olan hava təzyiqi dəyişə bilər. Məsləhət olardı ki, kompakt manometr alaraq göstəricini mütamadi şəkildə yoxlayasınız. Qış təkərlərini yay aylarında işlətməyin.

Mühərrik tənzimlənməsi – Avtomobil mühərrikləri vaxt aşırı qulluq tələb edirlər. Mühərrikin düzgün tənzimlənməsi injektor və karbiratorda yanacaq sərfiyyatını azaltmağına imkan yaradar.

Filtirləri dəyişmək – Filtirlərdə simiclik etməyin. Dimi olaraq onları yeniləyin. Xüsusi ilə əgər sıx şəhər mühütündə yaşayırsınızsa. Təmiz filterlər sayəsində yanacaq sərfiyyatı azalır.

Uyğun mühərrik yağlarından istifadə edin – Əgər siz hansı yağdan istifadə edəcəyinizdən əmin deyilsinizsə, avtomobil istehsalçılarının məsləhətləriə diqqətlə yanaşın. Eyni zamanda internet-forumlarda avtomobil sürücülərinin bu mövzuda fikirlərini də oxuya bilərsiniz.

Gərəkli adətlər

Gəzintilərinizi birləşdirin – Görməli olduğunuz işləri planlaşdırmağınız gərəklidir. Yenidən maşın sürməli olmamağınız üçün imkan olduqca onları eyni vaxtda həll etməyə çalışın. Bəzi məsələləri maşınsız da həll etmək mümkündür. Ümumi nəqliyyatdan və ya velosipetdən istifadə edə bilərsiniz. Bəzən tıxaclı zamanlarda parking yeri axtarmaqdansa piyada gəzinti daha əlverişli variant ola bilər.

Yol yoldaşı axtarın – İnternet məkanında xüsusi resurslar vasitəsi ilə digər insanlarla eyni məsafədə yol yoldaşı ola bilərsiniz. Eyni zamanda işə gedərkən belə iş yoldaşınızla danışıb hər gün birinizin maşını ilə yola çıxmaq mümkündür.

Tıxacları nəzərə alaraq gedəcəyiniz yolu müəyyənləşdirin – Bu halda online servislər sizin işinizi rahatlaşdıracaqdır. Yollarda olan tıxacalar yanacaq sərfiyyatını artıra bilir. Minimal sayda işıqfor olan küçələrlə sürməyiniz daha məsləhətlidir. Unutmayın ki, ən qısa yol heç də hər zaman sərfəli yol demək deyildir.

Qiymət və yanacağın keyfiyyəti – əgər siz hər zaman eyni yanacaq doldurma məntəqəsindən yanacaq doldurmağa vərdiş etmisinizsə vaxt aşırı olaraq yoxlamğınız məsləhət görülür. Digər məntəqələrdən vurulan yanacağın keyfiyyəti ilə maraqlanmağı unutmayın.

Bonuslardan istifadə edin – Bir çox yanacaq doldurma şəbəkərləri müxtəlif endirimlər edərək bonuslar təklif edirlər. Bunları unutmamağa çalışın. Bu kimi proqramlar həqiqətəndə qənaət etməyə yardımçı olur.

Birinci heç vaxt sərfəli olmur – Uzun magistral yol sürdüqdən sonra qarşınıza çıxan yanacaq doldurma məntəqəsi adətən sərfəli olmur. Onların yanacaqları adətən tez bitir. İmkan varsa, biraz da qabağa sürüb növbəti yanacaq doldurma məntəqəsindən yanacaq doldurmaq daha məsləhətli olardı.

Avtombil (Mühərrik) – Yanacaq vurma sisteminin yoxlanmasıAvtombil (Elektrik) – Komfort sistemlərinin diaqnostikası/ təmiri

Əvvəlki məqaləAvtombil (Şassi) – Baraban əyləc sisteminin təmiri
Növbəti məqaləJude Law həyat qanunları

Fikirlərinizi bildirin.