XXI əsrin bəlası – SEXual anoreksiya. Siz ümumiyyətlə sexsə həvəsli deyilsiniz? Və bunun səbəblərini də anlamırsınız? Bəlkə bu sadəcə yorğunluqdur? Ancaq, çox güman ki, səbəb ciddi problem sayılan “Sexual anoreksiya”-da gizlənir. Bu kənarlaşma fiziki çatışmamazlıqla bağlı bir məsələ deyil. Bu daha çox insanın ruh halından və əhvalından aslı olur. Nəticədə sevişməklə bağlı olan həvəslər aradan qalxmış olur.

Problem daha çox fiziki yaxınlıqla bağlı olmur, sadəcə tərəflərin birinin özünü məşuq rolunda olmaq istəməməsi ilə bağlıdır. Bu kimi insanlar öz gücləri hesabına düşdükləri çətinliklə mübarizə apara bilirlər. Onların fikrincə öğz həyatlarını daha çox nəzarət altında saxlaya bilir və anlaşıqlı şəkildə sexdən imtina onun həyatını daha da yaxşılaşdırır.

Əgər siz də, özünüzdə bu kimi sexual apatiya hiss edirsinizsə, zamana buraxmadan təcili şəkildə psixoterapevtə və ya sexsopotoloqa müraciət edin. Ancaq, siz hazırılaşana və çətinliyi tam dərk edənə qədər, bu mövzu ilə bağlı məqaləmizi oxumağı təklif edərdik. Bəlkədə yazıda olan bir çox açıqlamalar sizə özünüzü daha yaxşı tanımağa və anlamağa yardımçı ola bilər.

Sexual anereksiyanın xüsusiyyətləri nədən ibarətdir?

Sexual anoreksiyanın tarixi daha qədim zamalara, orta əsirlərə təsadüf edir. Bu zamanlar cinsi əlaqə daha utancverici və ayıb vir məsələ hesab edilirdi. Sözü gedən diaqnoza sahib insanlar özlərinə ümumiyyətlə istənilən sexsual həzzi qadağada qoyurlar. Onlar ətraf mühütə qarşı bağlı, daha soyuq olurlar. Problem gender xüsusiyyəti daşımır, yəni həm kişilər, həm də qadınlar üçün keçərlidir.

Keçmişdən qalıqlar

Əks hallarda sexsual anoreksiya öz başlanğıcını uşaqlıq illərindən götürür. Misal olaraq, əgər uşaq kiçik yaşlarında sexual zorlanmaya məruz qalırsa, illər keçdikcə bu psixoloji təsir rahat şəkildə özünü anoreksiya kimi biruzə verə bilər. Zorlanmaya məruz qalmış qadınlarda eyni zamanda hadisədən uzun müddət sonra sexual yaxınlığa qarşı aqressiv yanaşırlar.

Bununla yanaşı, bəzi insanlar bəyəndikləri insan tərəfindən çox vaxt “yox” cavabı aldıqdan sonra sexual maraqlarını itirə bilərlər. Bu cür inkar cavablar insanın özünə inamını ciddi şəkildə sındıra, güclü psixoloji təsirə məruz qoya bilər. Nəticədə onlar anlaşıqlı şəkildə bilərəkdən sexual yaxınlıqdan qaçmağa can atarlar. Yenidən “yox” cavabını almaqdan qorxarlar.

XXI əsrin bəlası – SEXual anoreksiya 2

Kənarlaşmanı necə müəyyən etmək mümkündür?

Kiçicik bir narahatlıq hiss etdiyiniz zaman özünüzə aşağıdakı sualları verməyinizi məsləhət görərdik:

  • Dostlarınızla nə qədər uzun müddət zaman keçirmisiniz?
  • Dostların əhatəsində olan zaman özünüz haqqında danışmaqdan çəkinməyinizi hiss etmisinizmi?
  • Özünüzü yanlız hiss edirsinizmi?
  • Əks cinsin nümayəndələri ilə ünsiyyətdən qaçırsınızmı?
  • Əks cinsin nümayəndəsi sizə toxunan zaman, həyəcan və diskomfort hissi keçirirsinizmi?
  • Sizə yardım təklif edən və ya öz himayələrinə almaq istədikləri zaman narahatlıq və utanğaclıq hiss edirsinizmi?
  • Qarşı tərəflə münasibətləriniz sadəcə sex üçün görüş olarsa və özlüyündə ciddi öhdəlik yaratmarsa, siz bu münasibətlərdən imtina edərsinizmi?
  • Özünüzü olduqca utancaq biri hiss edirsiniz, ya kifayət qədər ciddi, çəkinməyən birisiniz?
  • Sizin üçün sex mövzusunda söhbətlər qadağan edilmiş mövzu kimi görünürmü? İnsanların əhatəsində olan zaman bu mövzuda söhbətlər zamanı narahtlıq keçirirsinizmi?
  • Fiziki əlaqənin özü sizə iyrənc və mənasız görünürmü?
  • Sizə elə gəlirmi ki, sexual həvəsinizi sıxıb saxlasanız, insanla daha çox dost ola və ona həyatda daha çox yardımçı ola bilərsiniz?

Əgər sualların bir çoxuna müsbət cavab verirsinizsə, deəmli mənəvi-ruh halınızla bağlı ciddi düşünməyə dəyər. Nə qədər tez zamanda mütəxəsizlərə müraciət etsəniz, o qədər də tez sexual anoreksianın qarşısını almış olarsınız.

Real hekayələr
  • “Yadımdadır növbəti dəfə xoşuma gələn qız mənə necə imtina etmişdir. Bundan sonra sankı bütün sexsə həvəsim azalıb. Heç özümdə nə baş verdiyini anlamadım. Problemimlə bağlı hara müraciət edəcəyimi bilmədim. Aydındır ki, bu problemlə bağlı nə ailə üzüvlərimlə, nədə bir stol arxasında dostlarla danışmaq mümkün deyil. Xeyli müddət ərzində həvəsin yenidən yaranacağına ümüd etdim, gözlədim. Ancaq, mənasız idi. Psixoterapevtə müraciət etməli oldum. Onunla bir neçə seans keçirdikdən sonra daimi sexlə mşğul olmalı olduğumu örgəndim. Bunu xoşlamasamda, özümü məcbur etməli idim. Zamanla yenidən həvəslənməyə başladım.”
  • “Mən də özümü tamami ilə işə verdikdən bir müddət sonra həvəssizlikdən əziyyət çəkməyə başladım. İlk vaxtlar sexsual əyləncələrə zaman ayırmağa ümumiyyətlə vaxtım yox idi. Eyni zamanda, axşamlar daim yorğun olurdum. Sonradan, işlərimi səhməna saldıqdan sonra özümü başqa cür hiss etməyə başladım. Əks tərəfə marağımı itirdim sankı. Hətda düşündüm ki, bəlkə orientasiyam dəyişib, ancaq sonradan müəyyən oldu ki, sexsual anoreksiyadır. Sexsoloqun yardımı sayəsində artıq iki ildirki, aktiv sexual həyat tərzimi yaşayıram.”
  • “ Psixoterapevtim bu diqanozu mənə qoyarkən ilk vaxtlar onun yanıldığını düşündüm. Mənə elə gəlirdiki, anoreksiya uzun müddət pəhrizdə oolanlar və özlərini ac saxlayanlarda rast gəlinən bir haldır. Ancaq, həkimim bu mövzuda xeyli söhbətlər apardıqdan sonra anladım. Bəs onun mənə yardımı dəydimi? Hə, ancaq daha çox özüm özümə yardımçı oldum. Həyat yoldaşımla sexsual yaxınlıq yaratmaq üçün özümü məcbur etməyə başladım.”

Əgər siz hələ ciddi bir şeylər hiss etmirsinizsə, bacardıqca çox sexlə məşğul olun. Ən azından ictah yemək zamanı yaranır.

Kunnilinqus: kişilərin oral sex barədə 10 səmimi cavabıHər dördüncü kişi sex məcburiyyətini normal hesab edir

Fikirlərinizi bildirin.