Xüsusi siqnalların tətbiqi (maddə 74)

134

Xüsusi siqnalların tətbiqi (maddə 74)

I.Üstün keçid hüququ olan nəqliyyat vasitəsinin sürücüsü yol hərəkətinin digər iştirakçıları üçün təhlükəli vəziyyət yaratmamaq şərtilə YH haqqında Qanunun tələblərindən kənara çıxa bilər. Üstün keçid hüququ olan operativ nəqliyyat vasitəsinin xüsusi səs siqnalı və sayrışan işıq siqnalı olmalıdır.

II.Hərəkətin başqa iştirakçıları qarşısında üstünlük almaq üçün belə nəqliyyat vasitəsinin sürücüləri sayrışan işıq və xüsusi səs siqnalını qoşmalıdırlar (şəkil 1). Həmin sürücülər, onlara yol verildiyini yəqin etdikdən sonra üstünlükdən istifafə edə bilərlər.

III.Üstün keçid hüququ olan; qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı ilə işarə verən nəqliyyat vasitəsi yaxınlaşdıqda, hərəkətin digər iştirakçıları sağa dönmə işıq göstəricisini yandırmalı; üstün keçid hüququ olan nəqliyyat vasitəsi üçün zolağı boşaltmalı və ya yol qırağına mümkün qədər yaxın hərəkət etməli; zərurət olduqda isə nəqliyyat vasitəsini dayandırmalıdırlar.

IV.Dövlət standartları ilə müəyyən edilmiş rəng qrafikası sxemlərindən və rənglərin birləşməsindən, habelə gücü dəyişən işıqlardan və avazı dəyişən çoxavazlı siqnallardan digər nəqliyyat vasitəsinin istifadə etməsi qadağandır.

V.Narıncı və ya sarı rəngli sayrışan işıq siqnalları quraşdırılmış xüsusi nəqliyyat vasitəsinin sürücüləri yolda, təmir və ya təmizlik işləri görərkən hərəkət təhlükəsizliyini təmin etmək şərti ilə, yol nişanlarının və niaşnlama xətlərinin tələblərindən kənara çıxa bilərlər. Başqa sürücülər onların işinə maneçilik törətməməlidirlər. Narıncı və ya sari rəngli işartılı məşəl hərəkət zamanı üstünlük vermir və hərəkətin digər iştirakçılarını təhlükə barədə xəbərdar etməyə xidmət edir (şəkil 2; 3).

VI.Xüsusi səs və işıq siqnalları quraşdırılmış nəqliyyat vasitəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xüsusi qeydiyyatdan keçməlidirlər. Belə səs və işıq siqnallarının quraşdırılmasına YH haqqında Qanunda nəzərdə tutulmuş hallarda icazə verilir.

VII. Az. Res-nın müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan, xüsusi çoxavazlı səs və sayrışan işıq siqnalları ilə və ya sürəti ölçməyə maneçilik törədən, yaxud ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrlə və yaxud operativ xidmətlərin nəqliyyat vasitəsi üçün müəyyən edilmiş rənglənmə sxemləri ilə təchiz olunmuş nəqliyyat vasitəsinin sahibləri Az. Res-nın qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Sürücülük vәsiqәlәrinin verilmәsi, dәyişdirilmәsi vә qaytarılmasıAvtombil (Boyanma) – Qurumuş boyanın yoxlanması və yekun boyama

Əvvəlki məqaləQoç ♥ Buğa
Növbəti məqaləTestosteron gücləndiriciləri

Fikirlərinizi bildirin.