Xarici kişilərin sevgi adətləri. Yəqinki bir çoxlarına dünyanın müxtəlif yerlərində müxtəlif kişilərin sevişmək tərzləri və qadına diqqət göstərməsi, onların ürəklərini ovsunlaması yolları maraqlı gəlmişdir. Bir çox qadınlar bu səbəb görə ispaniyalı, fransız, ingilis, puertorikalı, meksikalı, hollandiyalı, afrikalı və s. kişilərlə eyni yataqda bir gün keçirməyin arzusunda olurlar. Sevginin coğrafi sərhədləri olmadığından bu gün sizə müxtəlif ölkələrdə sevgi adətləri barədə danışmağı qərarlaşdırdıq.

İngiltərə

Hamı tərəfindən qəbul olunmuş fikirlərə görə ingilislər olduqca soyuq və özünüsevmə xarakterinə sahib xalqdırlar. Bir qayda olaraq ingilislərin münasibətləri uzun müddətli dostluğa dayanır. Kişilər isə öz növbəsində münasibətlər zamanı qadınlardan gələn ilk addımları sevmirlər. İngilis kişilər ilk görüş zamanı qadına böyük pullar xərcləməyə cəhd göstərməzlər. Əksinə, kinoya getmək və ya bir fincan kofe ilə kifayətlənərlər. Lakin, kişi qadınla ciddi münasibətdə olmağa hazır olduğunu anladığı zaman o geri çəkilməz və sevdiyi qadına tez-tez bahalı və gündəmdə olan hədiyyələr almağa başlayar. Sex mövzusunda isə olduqca ehtiyyatlı davranarlar. Beləki, İngiltərədə sex mövzusunda olan adi söhbət belə sexsual məcburetmə hesab edilə bilər və cərimələrlə, hətda həbs cəzası ilə yekunlaşa bilər. İngilislər sexlə tələsmədən məşğul olmağa adət etmişlər. Onlar üçün sexsual mühüt olduqca önəmlidir. Bu zaman içkili olmamağa çalışırlar və uzun-uzadı sağollaşmaları sevmirlər.

Fransa

Fransızlar hər zaman mahir sevgili, xəyanətkar və sex həvəskarları kimi tanınmışlar. Onlar qadını necə təmin etməyin yollarını yaxşı bilirlər. Bu səbəbdən də, bir çox qadın Parisin mərkəzində, Eyfel qülləsinə mənzərəsi olan bahalı bir oteldə fansız kişisi ilə gecə keçirtməyə yox deyə bilmir. Fransızlar sexlə tez-tez və sürətli şəkildə məşğul olmağı sevirlər. Bu isə bir çox hallarda xarici qadınları qane etmir. Eyni zamanda kişilər adətən romantikanı sevmir və güllər hədiyyə etmirlər. Kişilər ilk görüşü adətən kafedə təyin edirlər, səhər yeməyinə və ya nahara dəvət edirlər. Olduqca nadir hallarda görüş axşam yeməyinə təsadüf edə bilər. Mütləq qaydada yemək zamanı hər iki tərəf hesabı hərə özününkünü ödəyir.

Almaniya

Almanlar öz dəqiqlikləri, ciddilikləri və qaydalara ciddi riayət etmələri ilə seçilirlər. Bu ölkədə sexsə olduqca rahat yanaşırlar. Onlar bunu tam təbii və sağlamlıq üçün xeyirli hesab edirlər. Öz intim həyatlarını dostları və ya iş yoldaşları ilə müzakirə etmək adi bir haldır. Deyilənlərə görə alman kişilər olduqca bacarıqlı, texniki baxımdan dəqiq, yenilikci, kəşflərə meyilli olurlar. Nticədə nadir hallarda qadınlar narazı ayrılmış olurlar. Almanyada müqavilə əsasında ailə qurmaq geniş hal aldığından, qadınlar tərəfindən ilk addımın atılması və ya təklifin verilməsi kişiləri qorxuza bilməz.

Brazilya

Brazilyada olmayan insanların stereotiplərinə əsasən bu ölkə ehtirasın və əxlaqsızlığın mərkəzi olaraq qəbul olunur. Lakin, Brazilyalılar əksinə olduqca romantik və diqqət göstərə biləcək bir xalqdır. Onlarda daha çox ənənəvi qadın ürəyini ram etmək üsulları istifadə edilir. Adətən restoranda yemək yeməyi, parklarda piknikdə olmağı, birlikdə film izləməyi, rəqs etməyi çox sevirlər. Bir sözlə, brazilyalı kişi ilə zaman keçirərkən qadınlar özlərini məmnun hiss edirlər. Brazilyalı kişilərlə qurulan ailə həyatında qocalığa qədər ehtirası qoruyub saxlamaq mümkündür.

Yaponiya

Günəşin parladığı ölkədə kişinin məşuqəsinin olması normal hal kimi qəbul oluna bilər. Buna baxmayaraq, yaponiyalı kişi heç vaxt öz həyat yoldaşını atmaz. Onun üçün ailə qurduğu qadın güvəndiyi və həyatının son günlərini keçirəcəyi xanımdır. Xarici qadınlara bu kişiləri yoldan çıxarmaq olduqca qəliz görünür. Onlar öz mədəniyyətlərinə olduqca həssaz yanaşırlar və adətən yapon qadınlarına üstünlük verirlər. Yapon kişiləri sığalları, diqqəti olduqca çox sevər, geyşa tərzində xanımlara üstünlük verirlər. Qadınla gecə keçirdikdən sonra oğlanlar cütlük kimi deyil, dost kimi münasibət saxlaya bilərlər.

İspaniya

İspanlar hamıya məlum olduğu kimi olduqca ehtiraslı xalqdırlar. Bu ölkə öz adət-ənənələrinə olduqca böyük dəyər verir, ailə qurmaq məsələsinə çox ciddi yanaşır. Əgər ispan kişi ailə qurmağa hazır deyilsə, heç vaxt öz rəfiqəsini ailəsi ilə tanış etməz. Yeri gəlmişkən, ispan qadınları da olduqca temperamentli, sərbəst və aktiv qadınlardır. Bəzən kişilərin onların yerlərinə hesabı ödəməsini, xüsusi diqqət göstərməsini düzgün anlamazlar və inciyərlər. Yataqda ispan kişilər ehtiraslı olduqlarından bəzən incəliyi, bəzən isə kobud eksperimentləri sevə bilirlər.

Xarici kişilərin sevgi adətləri

ABŞ

Bəzən elə düşünülür ki, amerikalılar hər şeyi ala bilərlər, eyni zamanda sevgini. Onlar segililərinə maddi vəziyyətlərindən aslı olaraq müxtəlif zinyət əşyaları, texnika, geyim, kosmetika, avtomobil, ev və s ala bilərlər. Lakin, Amerika vətəndaşları romantik də ola bilirlər. Bəzən sevgi hislərini və evlənmə təkliflərini insanların çox olduğu yerlərdə bəyan etməyi sevirlər. Əgər qadınlar pafoslu hislər, daha çox diqqət, bu diqqətin rəngarəng nümayişini istəyirlərsə deməli american boyla münasibət qurmağa çalışmalıdırlar. Ancaq, onlarla sex adi sexdən heçnə ilə fərqlənmir. Onlar həm romantik, həm kobud, həm yenilikci, həm də fərqlilikləri sevən ola bilərlər.

Vyetnam

Vyetnamlılar öz hərəkətlərində və fikirlərini ifadə etməkdə olduqca sərt biriləridirlər. Ancaq, qadına diqqət göstərməkdə əvəzsiz hesab edilirlər. Buna baxmayaraq, onlar yeni tanıdıqları qadına toxunmağa və ya tez-tez ona baxmağa cəht göstərməzlər. Adətən güllər, yumuşaq oyuncaqlar hədiyyə edər, şeirlər yazarlar.

İlk toy gecəsi: dünyada qəribə adətlərKunnilinqus: kişilərin oral sex barədə 10 səmimi cavabı

Fikirlərinizi bildirin.