Xarakterini § örgən Neyrotizm-Emosyanal dözümlülük

Müasir psixologiyada insanın 5 əsas xarakteri müəyyənləşdirilmişdir.

  • Ekstraversiya-İntroversiya;
  • Neytrotizm (yüksək emosyanal reaksiya)-Emosyanal dözümlülük;
  • Yeni təcrübələrə açıq-qapalı olmaq;
  • Anlaqlı olmaq-Anlaqsız yanaşmaq (reflekslərlə yanaşma və impulsiv reaksiya);
  • Xoş məramlılıq-Rəqabətlilik

Bu bölgü böyük araşdırmalar nəticəsində müəyyən edilmişdir. Aşağıda göstərilən test xarakter baxımından böyük beşlikdən hansına aid olduğunuzu müəyyən edəcək.

Zəhmət olmasa tam səmimi cavab verin. Sualların cavabları arasında "düzgün" və ya "səhf" variant yoxdur. Suallar üzərində çox düşünməyin. Ağlınıza gələn ilk variantı seçin.
1. Mən xüsusi səbəb olmadan belə bəzən özümü ya şən, yada kədərli hiss edə bilirəm.
2. Mənim əhvalım asanlıqla dəyişir.
3. Bəzən o qədər həyəcanlanıramki, yerimdə düzgün otura bilmirəm.
4. Eyni tərz şeylər məni yorur. Darıxıram.
5. Bəzən səbəbsiz yerə özümü yorğun hiss edirəm.
6. Məncə sakit xarakterli biri deyiləm.
7. Tez-tez fərqli səbəblərdən şübhələrə düşürəm.
8. Məndə insanların əhatəsində işləmək tək işləməkdən daha yaxşı alınır.

Xarakterini örgən Xoşgörülü olmaq-Acıqlı olmaq (rəqabət)Xarakterini örgən Anlaqlı olmaq-Özünü toparlamamaq (refleksiv, impulsiv olmaq)Xarakterini örgən Yeni təcrübələrə açıq-qapalı olmaqPortnyorunuz nə dərəcədə eqoist biridir?

Xarakterini örgən Neyrotizm-Emosyanal dözümlülük. Xarakter (yun. χαρακτηρ — əlamət, fərqləndirici xüsusiyyət, işarə) — şəxsiyyətin münasibət və davranış xüsusiyyətlərini müəyyənləşdirən davamlı, nisbətən daimi psixi keyfiyyət strukturu. Xarakter konkret şəxsiyyət üçün tipik olan fəaliyyət və ünsiyyət prosesində formalaşan və təzahür edən, tipik şəraitdə üzə çıxan və şəxsiyyətin bu şəraitə olan münasibətilə müəyyən edilən özünəməxsus fərdi psixoloji xüsusiyyətlər məcmusudur.

Xarakter bir növ insanın yalnız özünəməxsus davranış formasını əks etdirir. Onun ən mühüm cəhəti şəxsiyyətin hər cür xüsusiyyətlərini deyil, mühüm və davamlı fərdi xüsusiyyətlərinin məcmusu olmasıdır. Digər tərəfdən xarakteri bir psixi fenomen kimi fərqləndirən başlıca cəhət onun həmişə fəaliyyət və ünsiyyət prosesində, insanın onu əhatə edən gerçək aləmə və insanlara münasibətdə təzahür etməsidir. Xarakter həyatda qazanılmış davranış formasıdır. Heç kim tənbəl və ya işgüzar, kobud və ya mehriban, qəddar və ya humanist, səliqəli və ya pinti, təvazökar və ya qeyri-təvazökar doğulmur. Bu kimi keyfiyyətləri həyat prosesində, tipik şəraitin, təlim və tərbiyəsinin təsiri altında qazanır. Bu əlamətlər həmin insanın xarakterini təşkil edən tipik əlamətlər kimi formalaşır və tipik şəraitdə dərhal özünü göstərməyə başlayır.

Bütün bunlarla bərabər insan xarakteri onun dünyagörüş və əqidəsilə də sıx bağlıdır. İnsanın münasibətlər sistemini təşkil edən dünyagörüşü və əqidəsi istər-istəməz onun xarakter əlamətlərinin formalaşmasına zəmin yaradır. Adətən, xarakter formalaşdıqdan sonra bu və ya digər davranış tərzini həyata keçirməyə təhrik edir.

Psixoloqların apardıqları tədqiqatlar belə bir qənaətə gəlməyə imkan vermişdir ki, şəxsiyyətin münasibətləri xarakter əlamətlərinin fərdi özünəməxsusluğunu iki cəhətdən müəyyənləşdirir. Birincisi, insanın düşdüyü hər bir tipik şəraitdə emosional həyəcanların fərdi özünəməxsusluğu şəxsiyyətin münasibətlərindən asılıdır. Həyati faktlar xarakterin hər bir xüsusiyyətinin məhz bu cür tipik şəraitdə özünü büruzə verdiyini göstərir. İkincisi, hər bir tipik şəraitdə şəxsiyyətin təzahür edən davranış fomasının özünəməxsus fərdi xüsusiyyətləri də onun münasibətindən asılıdır.

Fikirlərinizi bildirin.