Xalqların və kütlənin psixologiyası – Gustave Le Bon

1
2

Xalqların və kütlənin psixologiyası – Gustave Le Bon

Annotasiya

Fransız psixoloqu Lebon Qustavın “Xalqlar və kütlə psixologiyası” əsəri böyük sosial qrupların psixologiyasının tədqiqinə həsr olunub. Mütəşəkkil kütlənin davranış qanunlarını ilk dəfə məhz Lebon ifadə edib. Əsərində o yazır ki, izdiham zamanı adamlarda “indiyədək sahiblənə bilmədikləri yeni keyfiyyətlər meydana çıxır”. Belə vəziyyətdə fərd “fors-major şüur əldə edir və bu şüur onu elə instinktlərə tabe olmağa vadar edir ki, tək olduğu zamanlarda heç vaxt onlara azadlıq vermir”.

Lebon bunu belə izah edir: birincisi, “kütlə anonimdir və ona görə məsuliyyət daşımır. Ayrı- ayrılıqda fərdləri həmişə çəkindirən məsuliyyət hissi, izdiham zamanı tamamilə ortadan qalxır”. İkincisi, izdihamda “hər bir hiss, hər cür fəaliyyət sirayətedicidir, özü də o dərəcədə ki, fərd öz şəxsi maraqlarını çox asanlıqla kollektiv maraqlara qurban verir”. Müəllifin müşahidələrinə görə, izdihamda fərdin üçüncü əsas xüsusiyyəti, “bir növ təlqinə həssas olmasıdır, bu zaman o, öz iradəsinə malik olmur”.

I Kitab
XALQLARIN PSİXOLOGİYASI
Giriş
MÜASİR BƏRABƏRLİK İDEYALARI VƏ TARİXİN PSİXOLOJİ ƏSASLARI

Bərabərlik ideyalarının təşəkkülü və inkişafı. – Onun doğurduğu nəticələr. – Baxın, onun tətbiqi nəyə gətirib çıxarıb. Onun kütlələrə hazırkı təsiri. – Bu əsərdə nəzərdə tutulmuş məsələlər. – Xalqların ümumi təkamülünün başlıca faktorlarının tədqiqi. – Bu təkamül təsisatlardanmı təşəkkül tapır? – Hər bir sivilizasiyanın elementləri özündə ayrılıqda götürülmüş hər bir xalqa xas olan təsisat, incəsənət, etiqad və s. kimi məlum psixoloji əsasları əks etdirirmi? – Tarixdə hadisənin əhəmiyyəti və dəyişilməz qanunlar. – Bəlli subyektdə irsi ideyaların dəyişdirilməsinin çətinliyi.

Xalqları idarə edən təsisatların ideyaları ən uzunmüddətli təkamülə məruz qalırlar. Çox astagəlliklə təşəkkül tapan bu ideyalar, elə tədricən də yoxa çıxırlar. Ağıllı zəkaların aşkar nöqsan kimi qəbul etdikləri həmin ideyalar, kütlə tərəfindən uzun zaman ərzində şəksiz həqiqət kimi qəbul edilir və qara xalq kütləsinə öz təsirini göstərməkdə davam edir. Yeni ideyanı təlqin etmək nə qədər çətindirsə, köhnəsini aradan qaldırmaq da bir o qədər asan deyil. Bəşəriyyət ölü ideyalardan və ölü tanrılardan daim möhkəm yapışıb, qopmaq bilmir.

İbtidai insan tarixinə aid olan və onun ruhi quruluşunun müxtəlifliyini və irsi qanunlarını əks etdirən olduqca cahil ideyalara qarşı şair və filosofların, dünyada insanların və irqlərin bərabərliyi ideyasını ortalığa atmasından, demək olar ki, bir əsr yarım vaxt keçib.

Kütlə üçün çox şirnikləndirici olan bu ideya onların ruhuna çox tezliklə hakim kəsildi və öz bəhrəsini də çox tez verməyə başladı. O, köhnə cəmiyyətin əsaslarını sarsıtdı, ən qorxunc inqilablardan birinə gətirib çıxardı və qərb dünyasında bir sıra güclü qıcolmalar doğurdu və onların sonu hələ də görünmür.

Şübhəsiz, fərdləri və irqləri bir-birindən ayıran bəzi bərabərsizliklər o dərəcədə aşkar idi ki, uğrunda ciddi mübarizə apara biləsən. Lakin adamlar həmin bərabərsizlikləri yalnız verilən tərbiyənin nəticəsi hesab etdiklərindən, bütün insanların eyni cür ağıllı və xeyirxah doğulduqlarını, lakin sonradan onların yalnız müxtəlif təsisatlar tərəfindən korlandıqlarını düşünərək, çox tez sakitləşirdilər. Buna qarşılıq olan çox sadə vasitə var idi: təsisatlar qurmalı və bütün adamlara eyni tərbiyə verməli.

Beləliklə, təsisatlar və maarifləndirmə, müasir demokratiyanın məşhur sehrli iksirinə – böyük prinsiplər üçün alçaldıcı olan bərabərsizlikləri aradan qaldıran, müasirliyin tək ilahi vasitəsinə çevrilmişdi.

Buna baxmayaraq, elmin ən yeni nailiyyətləri eqalitar nəzəriyyələrin əhəmiyyətsizliyini üzə çıxardı və təsdiq etdi ki, keçmişdə insanlar və irqlər arasında yaradılan əqli uçurum, yalnız irsən toplanmışlarla, özü də tədricən doldurula bilər. Müasir psixologiya sərt təcrübə dərsləri ilə birlikdə göstərdi ki, məşhur şəxslər və məşhur xalqlardan ötrü uyğunlaşdırılmış tərbiyə sistemi və təsisatlar, digərləri üçün çox ziyanlı ola bilər.

Lakin özləri tərəfindən dünyada dövriyyəyə buraxılmış ideyaların uydurma olduğuna əminlik yarandıqda, filosoflar onları dövriyyədən çıxarmaq səlahiyyətinə malik olmurlar. Həmin ideyalar yatağından çıxmış çaya bənzər, heç bir bənd onun qarşısını saxlaya bilməz, ideya dağıdıcı, nəhəng və dəhşətli axın olaraq davam edər.

Və baxın, ideyalar necə məğlubedilməz gücə malikdirlər! Nə bir psixoloq, nə bir mədəni dövlət insanı və xüsusilə – nə də hər hansı bir səyahətçi tapa bilməzsən ki, dünyanın altını üstünə çevirmiş, Avropada nəhəng inqilablara gətirib çıxarmış və Amerikada Cənub Ştatlarını Şimali Amerika İttifaqından ayırmaq uğrunda qanlı müharibəyə sövq etmiş insanların bərabərliyi anlayışının nə qədər yalançı, xəyali olduğunu başa düşməsin; bizim təsisatlar və tərbiyənin, ibtidai xalqlar üçün nə qədər məhvedici olduğunu inkar etməyə heç kimin mənəvi haqqı yoxdur.

Bütün bunlarla yanaşı, bir adam da tapa bilməzsən ki, – ən azı Fransada – hakimiyyətə gələndən sonra ictimai rəyə qarşı çıxsın və ona müqavimət göstərə bilsin, bu tərbiyə və təsisatları bizim müstəmləkələrdəki yerli əhali üçün də tələb etməsin. Bizim bərabərlik ideyasından qaynaqlanan sistemlərin tətbiqi müstəmləkələri viran qoyur və tədricən bütün müstəmləkələrimiz acınacaqlı vəziyyətə düşür. Lakin sistemin başlanğıc olaraq mənbəyini təşkil edən prinsiplər, hələ də sarsımaz olaraq – qalmaqdadır.

Bununla belə, tənəzzüldən uzaq olan bərabərlik ideyası hələ də genişlənməkdədir. Bu bərabərlik naminə sosializm zərurətə çevrilib, görünür, o, yaxın gələcəkdə Qərbin əksər xalqlarını öz köləsinə çevirəcək, onların xoşbəxtliyinin təminatı üçün çalışacaq. Onun adı ilə müasir qadın özünə kişilərlə bərabər hüquq və eyni tərbiyə tələb edir.

Bu, bərabərlik prinsiplərinin gətirdiyi siyasi və sosial çevrilişlər və bundan sonra onun doğuracağı daha mühüm dəyişikliklər, kütləni heç də qayğılandırmır, dövlət adamlarının siyasi ömrü isə o qədər qısadır ki, onlar bundan narahat belə, olmurlar. Bununla belə, müasirliyin baş hakimi – ictimai rəydir və ona riayət etməmək mümkünsüzdür.

Hər hansı bir ideyanın sosial əhəmiyyətini müəyyən etmək üçün zəkalar üzərində hökmranlıq edən gücdən yaxşı ölçü meyarı yoxdur. Onda olan həqiqət və yalan payı yalnız fəlsəfi nöqteyi-nəzərdən maraq doğura bilər. Nə vaxt ki, həqiqi və yaxud yanlış ideya kütlə üçün hissə çevrilir, bu zaman ondan törəyən nəticələr də tədricən ortaya çıxır.

Beləliklə, maarifçilik və təsisatların köməyilə, bərabərliklə bağlı müasir arzuların həyata keçirilməsinə başlamaq lazımdır. Onların yardımı ilə biz ədalətsiz təbiət qanunlarını təshih etməklə Martinika, Qvadelupa və Seneqaldan olan zəncilərin, Əlcəzairdən olan ərəblərin və nəhayət, asiyalıların beyinlərini oxşar formaya salmağa cəhd edirik. Əlbəttə, bu – tamamilə həyata keçməyən xülyadır, lakin indiyədək bəşəriyyətin əsas məşğuliyyəti elə xəyalların arxasınca qaçmaqdan ibarət olmayıbmı? Müasir insan, əcdadlarının tabe olduqları qanundan boyun qaçıra bilməz.

Mən, başqa bir yerdə avropalılar tərəfindən primitiv xalqlar arasında aparılan tərbiyə və təsisatların hansı acınacaqlı nəticələrə gətirib çıxardığını göstərmişəm. Eləcə də qadınların müasir təhsil nəticələrini izah etmişəm və həmin deyilənlərə burada yenidən qayıtmaq istəmirəm. Bu əsərdə bizim öyrənməyi qəsd etdiyimiz məsələlər, daha ümumi xarakterdə olacaq.

Müfəssəlliyi bir kənara qoyub və yaxud təfsilatlara yalnız ifadə olunmuş prinsipləri təsdiq etmək üçün lazım olan qədər toxunmaqla, mən, tarixi irqlərin əmələ gəlməsi və mənəvi sistemlərini, yəni müəyyən tarixi zamanlarda təsadüfi işğallar, mühacirət və siyasi dəyişikliklər nəticəsində süni irqlərin formalaşmasını tədqiq edəcəyəm və onların tarixinin elə bu mənəvi sistemin nəticəsi olaraq ortaya çıxmasını sübut etməyə çalışacağam.

Mən irqlərin möhkəmlik dərəcəsi və xarakter dəyişikliklərini müəyyən edəcək, eləcə də fərdlərin və xalqların bərabərliyə nə qədər meylli olduqlarını və yaxud əksinə, bir-birlərindən niyə daha çox fərqlənməyə cəhd etdiklərini öyrənməyə səy göstərəcəyəm. Sivilizasiyanın təşəkkül elementləri (incəsənət, təsisat və etiqad) – onu əmələ gətirir, bilavasitə irqi ruhun məhsuludurlar və buna görə də onlar bir xalqdan digərinə keçə bilmir.

Müəyyənləşdirəcəyəm ki, öhdəsindən gəlinə bilməyən qüvvələrin təsirindən sivilizasiyalar tutqunlaşır və sonda da sönürlər. Bax, Şərq sivilizasiyaları haqqında əsərlərimdə dəfələrlə müzakirə etdiyim məsələlər bunlardır. Bu kiçik cildə onların qısa sintezi kimi baxmaq lazımdır.

Müxtəlif ölkələrə uzun sürən səyahətlərimdən sonra məndə yaranan ən parlaq təəssürat ondan ibarət oldu ki, hər bir xalq anatomik xüsusiyyətləri ilə bərabər, həm də dayanıqlı mənəvi quruluşa malikdir və elə buradan da onun hisləri, düşüncələri, təsisatları, etiqad və incəsənəti təşəkkül tapır. Tokvil və digər görkəmli mütəfəkkirlər, xalqların təsisatlarında onların inkişafının səbəblərini tapmağı düşünürdülər.

Mən isə tam əksini düşünürəm və ümid edirəm ki, elə Tokvilin tədqiq etdiyi ölkələrin nümunəsində təsisatların sivilizasiyaların inkişafına olduqca zəif təsir göstərdiyini sübut edə biləcəyəm. Onlar daha çox nəticədirlər, çox nadir hallarda səbəb ola bilərlər.

Şübhəsiz ki, xalqların tarixini çoxlu müxtəlif faktorlar müəyyən edir. Bu tarix, müxtəlif hadisələr, təsadüflər ilə doludur; onlar mövcud olub, amma olmaya da bilərdilər. Lakin bu təsadüflərlə, kənar müdaxilələrlə yanaşı, hər bir sivilizasiyanın ümumi gedişatını idarə edən nəhəng, dəyişilməz qanunlar da var. Bu dəyişilməz, ən ümumi və ən başlıca qanunlar irqin mənəvi quruluşundan irəli gəlir.

Xalqın həyatı, onun təsisatı, etiqadı və incəsənəti, onun gözlə görünməyən ruhunun, yalnız görünən məhsullarının mahiyyətidir. Hər hansı bir xalqın öz təsisatını, etiqad və incəsənətini yaratması üçün o, ilk növbədə, öz ruhunu dəyişməlidir; öz sivilizasiyasını başqasına ötürməsi üçün isə o, həm də öz ruhunu verməyə hazır olmalıdır. Şübhəsiz, tarix bizə başqa şeyləri deyir. Lakin biz əks fikirləri qeydə almaqla, asanlıqla sübut edə biləcəyik ki, o, özünü boş görüntülərlə yanlışlığa sürükləyir.

Bu əsərimdə inkişaf etdirilən ideyalardan bəzilərini bir dəfə böyük konqres qarşısında izah etmişəm. Yığıncaq bir çox millətlərin müxtəlif mənşəli görkəmli adamlarından: nazirlər, müstəmləkələrin qubernatorları, admirallar, professorlar, elm adamlarından təşkil olunmuşdu. Mən həmin toplantıda başlıca məsələlərlə bağlı bəzi fikir birliyi əldə oluna biləcəyinə ümid edirdim. Lakin bu olmadı.

Deyilən fikirlər, onları söyləyənlərin mədəniyyətlilik dərəcəsinə tamamilə uyğun belə gəlmirdi. Həmin düşüncələr başlıca olaraq konqres iştirakçılarının mənsub olduqları müxtəlif irqlərin irsi hislərindən ibarət idi. Buradan mənə tam aydın oldu ki, hər bir irqi təmsil edən adamlar, sosial vəziyyət baxımından müxtəlifliyə baxmayaraq, əcdadlarından miras qalan və tərkibini dayanıqlı ideya ehtiyatları, ənənələr, hislər, düşüncə tərzləri təşkil edən şüursuz sərvətə malikdilər və istənilən arqumentlər onlara qarşı gücsüzdür.

Həqiqətdə isə insanların düşüncələri şüurun təsiri altında formalaşmır. İdeyalar yalnız tədricən emal olunaraq hislərə çevrildikdən və ardınca fikirlərimizin istehsal olunduğu qaranlıq sahəyə keçdikdən sonra öz təsirlərini göstərməyə başlayırlar. Kitab ideyalarının təlqini, sözdən daha çox qüvvəyə malik deyil.

Digər tərəfdən, filosoflar zamanlarını yazmağa ona görə sərf eləmirlər ki, kimlərisə nəyəsə inandırsınlar, onlar bunu daha çox əylənmək məqsədilə yazırlar. Yalnız insan yaşamağa məhkum olduğu mühitin adi ideyalar dairəsindən kənara çıxa bilir, o, öncədən hər bir təsirdən imtina etməlidir və özü müstəqil şəkildə oxşar ideyalara gəlib çıxan və onları müdafiə edən, dar çərçivədə olan oxucularla da olsa, kifayətlənməlidir.

Yalnız qəti şəkildə etiqad edən həvarilər özlərini dinləməyə məcbur etmək qüdrətinə, axınının əksinə üzmək və bütöv bir nəslin ideallarını dəyişdirmək bacarığına malikdilər, lakin bu da onların düşüncə darlığı və müəyyən dozada fanatizmindən asılıdır ki, bu məsələdə də onlara qibtə etmək mümkün deyil. Bununla belə, onlar hər hansı bir etiqada ruh yüksəkliyini heç də kitab yazmaqla bəxş etmirlər. Ədəbiyyatçılar nəsə yazmaq fikrinə düşənə kimi, barələrində əfsanələr uydurulana, onları danışmağa məcbur edənə qədər uzun zaman torpaqda yatırlar.

Birinci bölmə
İRQLƏRİN PSİXOLOJİ XÜSUSİYYƏTLƏRİ
I fəsil
İRQLƏRİN RUHU

Naturalistlər növləri necə təsnif edirlər. – Onların metodlarının insana tətbiq olunması. – İnsan irqlərinin müasir təsnifatının zəif tərəfi. – Psixoloji təsnifatın əsasları. – İrqlərin orta tipi. – Hansı dərəcəyə qədər müşahidə etməyə imkan verilir. – İrqin orta tipini müəyyən edən psixoloji faktorlar. – Əcdadların və bilavasitə valideynlərin təsiri. Məşhur irqin bütün fərdlərinin malik olduğu ümumi psixoloji nailiyyətlər.

– Ölən nəsillərin müasir nəslə nəhəng təsirləri. – Bu təsirlərin riyazi əsasları. – Kollektiv ruh ailədən kəndə, şəhərə və əyalətə necə yayılır. – Şəhərin bir vahid tam kimi formalaşmasından ortaya çıxan üstünlüklər və təhlükələr. – Kollektiv ruhun formalaşmasını mümkünsüz edən şərait. – Məsələn, İtaliya. – Orada təbii irqlər öz yerlərini tarixi irqlərə veriblər.

Naturalistlər növlərin təsnifatını irsiyyət tərəfindən ötürülən düzgünlük və daimilik kimi məşhur anatomik xüsusiyyətlərin iştirakı ilə əsaslandırırlar. Biz isə artıq bilirik ki, bu xüsusiyyətlər irsi olaraq toplanılan, müşahidə edilə bilməyən dəyişikliklərin təsiri ilə dəyişikliyə uğrayırlar. Lakin qısa tarixi zaman mərhələsindən baxdıqda, demək mümkündür ki, növlər dəyişilməzdir.

Naturalistlərin təsnifat metodlarının insana tətbiqi, çox sayda, tamamilə yeni tiplərin meydana çıxmasına imkan verdi. Dərinin rəngi, kəllənin forma və həcmi kimi yalnız anatomik əlamətlərə əsaslanaraq, insan nəslinin bir çox müxtəlif növlərdən təşkil olunduğunu və ehtimal ki, müxtəlif cür törəndiyini öyrənmək mümkün oldu. Mifoloji ənənələrə ehtiramla yanaşan alimlər üçün bu növlər irqlərdən daha əhəmiyyətli mahiyyət daşımır.

Lakin kiminsə əsaslı surətdə dediyi kimi, “əgər, zənci və qafqazlı ilbiz olublarsa, onda bütün zooloqlar bir nəfər kimi təsdiq edərlər ki, onlar tamamilə müxtəlif növlərdəndilər, heç vaxt bir, yəni eyni cütlükdən törəyib, ayrıla bilməzdilər”.

Bizim təhlilə aidiyyəti olan, bu anatomik xüsusiyyətlər onların yalnız ümumi, çox kobud bölmələri ehtimal olunur. Onların müxtəlifliyi yalnız insan növlərində üzə çıxır və bir-birindən kəskin şəkildə fərqlənirlər, məs, ağlar, zəncilər və sarılarda olduğu kimi.

Lakin xalqlar öz zahiri görünüşlərinə görə bir-birinə çox bənzəyirlər, amma onlar bir-birlərindən öz hissiyyat və fəaliyyətlərinə görə və nəticə etibarilə, öz sivilizasiyaları, etiqadları və incəsənətləri ilə kəskin fərqlənə bilərlər. İspan, ingilis və ərəbi bir qrupda birləşdirmək olarmı? Onların arasında olan psixoloji fərqlər hamının gözünə girmirmi və bütün bu fərqlər onların tarixlərinin hər səhifəsindən bizə boylanmırmı?

Məşhur xalqların müxtəlif elementlərə təsnifatı üçün, anatomik xüsusiyyətlərindəki çatışmazlıqlara, məsələn, dil, etiqad və siyasi təsisatlar, istinad etmək istəyirlər, ancaq belə təsnifatlar ciddi tənqidlərə dözmür. Vaxtı çatanda biz görəcəyik ki, bir çox xalqlar yad dilləri, etiqad və təsisatları o dərəcə də dəyişdiriblər ki, assimilyasiyaya uğrayıblar, deməli, həm də onların ruhi tərzi ilə razılaşıblar.

Anatomiya, dillər, mühit, siyasi qruplar təsnifat üçün əsas verə bilməyəndə, bunu bizə psixologiya verir. Sonuncu təsdiq edir ki, hər bir xalqın təsisat, incəsənət, etiqad və siyasi çevrilişlərinin arxasında məşhur əxlaq və intellektual xüsusiyyətləri dayanır, onların təkamülü doğur. Elə bu xüsusiyyətlər də, belə adlandırsaq, yekun olaraq irqin ruhunu formalaşdırır.

Hər bir irq özünün anatomik orqanizmi ilə yanaşı, həm də dayanıqlı psixoloji orqanizmə malikdir. Bunlardan ikincisi beynin quruluşundan asılıdır ki, buna da şübhə etmək belə, mümkün deyil. Lakin elm hələ o dərəcədə inkişaf etməyib ki, onun mexanizminin detallarını göstərə bilsin, bu səbəbdən, biz onun əsasından yapışa bilmirik. Bununla belə, onunla yaxından tanışlıq heç bir halda psixoloji orqanizmin təsvir olunmasını dəyişdirə bilməz, çünki ondan əmələ gəlir və bizə müşahidə imkanları yaradır.

Əxlaqi və intellektual xüsusiyyətlərin məcmusu xalqın ruhunu əks etdirir, özlüyündə onun bütün keçmişini, bütün əcdadlarının irsini və davranışını şövqləndirən səbəbləri sintez edir. Həmin irqdən olan ayrı-ayrı fərdlərdə bunlar üzün cizgiləri kimi dəyişkəndilər; lakin müşahidələr göstərir ki, bu irqdən olan fərdlərin əksəriyyəti həmişə müəyyən sayda ümumi psixoloji xüsusiyyətlərə malikdilər, lap növlərin təsnifatındakı möhkəm dayanıqlı anatomik xüsusiyyətlər kimi. Bu sonuncular, psixoloji xüsusiyyətlər, irsən, düzgün və daimi olaraq yenidən hasil edilir.

Ümumi psixoloji xüsusiyyətlərin bu aqreqatı əsaslı olaraq milli xarakter adlandırılan bir şeyi təşkil edir. Onların məcmusu xalqı müəyyən etməyə imkan verən orta tipi təşkil edir. Təsadüfən götürülmüş min fransız, min ingilis və min çinli, əlbəttə ki, bir-birindən fərqlənəcək.

Amma onlar öz irqlərindən əxz etdikləri gücə malikdirlər, onun əsasında fransız, ingilis və çinlinin ideal tipini yaratmaq mümkündür, lap naturalist, ümumi cizgilərdə it və atı təsvir etdiyi kimi. İt və atların müxtəlif növlərinin oxşar təsviri, hamısı üçün ümumi olan əlamətləri birləşdirə bilər, lakin o fərqləri yox ki, bunların vasitəsilə onların çoxsaylı cinslərini fərqləndirmək mümkün olsun.

Əgər irq çox qədimdirsə, deməli, yekcinsdir, belədə onun orta tipi daha aydın müəyyənləşir ki, müşahidəçinin beynində daha tez möhkəmlənsin.

Yad xalqa baş çəkəndə, etiraf edək ki, bizi heyrətləndirən, getdiyimiz ölkə əhalisinin ümumi xüsusiyyətləridir, çünki təkrarlanan yalnız bu xüsusiyyətlərdir.

Fərdlərə görə fərqlər nadir hallarda təkrarlanırlar, bu səbəbdən də diqqətimizdən yayınırlar. Tezliklə biz nəinki ilk baxışdan ingilis, italyan, ispana xas olan əxlaqi və intellektual xüsusiyyətləri – bu onların əsas cizgilərini təşkil edir və bir qədər irəlidə biz ondan danışmışdıq – müşahidə edirik. İngilis, qaskoniyalı, normandiyalı, flamand bizim ağlımızda artıq müəyyən tipə uyğun gəlir, onları asanlıqla təsvir edə bilərik.

Təsvirin ayrıca götürülmüş fərdə tətbiqi mümkündür ki, kafi dərəcədə olmasın, bəzən hətta yanlış da ola bilər. Lakin təsvirin həmin irqin fərdlərinin əksəriyyətinə tətbiqi, onun ən düzgün təsvirini verir. Beynin qeyri-iradi fəaliyyəti, onun köməyilə hər hansı bir xalqın fiziki və psixoloji tipi müəyyən edilir, tamamilə oxşar metod ilə naturalistə növləri təsnif etməyə imkan verir.

Hər hansı bir irqin fərdlərinin əksəriyyətinin bənzər psixoloji təşkilatları, çox sadə fizioloji əsaslara malikdir. Hər bir fərd, əsl həqiqətdə təkcə öz valideynlərinin bilavasitə məhsulu deyil, həm də öz irqinin, yəni əcdadlarının bəhrəsidir. Elm adamı, iqtisadçı Şeyson hesablayıb ki, Fransada əgər bir yüzilliyə üç nəsil hesablasaq, istənilən minillik üçün hər birimizin damarlarında ən azı 20 milyon müasirimizin qanı axır…

“Eyni ərazidən, eyni vilayətdən olan əhali yeri gəlsə, ümumi əcdadlara malikdirlər, oxşar gildən düzəldiliblər, eyni nişanəni daşıyırlar və daim uzun və ağır zəncirlə geriyə, orta tipə doğru çəkilirlər, çünki əslində, onlar həmin zəncirdə yalnız son halqaları təşkil edirlər. Vətəni bizlər üçün ikinci ana edən yalnız hislər deyil, həm də fiziologiya və irsiyyətdir”.

Fərdlərin düçar olduqları və onları idarə edən təsirləri mexaniki dilə çevirsək, demək mümkündür ki, onlar üç tərzdə olurlar. Birincisi və ən əhəmiyyətlisi – əcdadların təsiri; ikincisi – bilavasitə valideynlərin təsiri; üçüncüsü, adətən ən güclü və eyni zamanda ən zəif hesab olunanı – mühitin təsiri.

Sonuncu – müxtəlif fiziki və əxlaqi təsir kimi başa düşülür və insan həyatı boyu onun təsirlərinə məruz qalır – əlbəttə ki, öz tərbiyəsini davam etdirdikcə, yalnız çox zəif dəyişikliklərə gətirib çıxarır. Mühit yalnız o vaxt real təsirini göstərməyə başlayır ki, irsiyyət uzun zaman ərzində onları eyni istiqamətdə yığa bilir.

İnsanın hər nə etməsindən asılı olmayaraq, o, həmişə, hər şeydən əvvəl öz irqinin nümayəndəsidir. İdeyalar və hislər ehtiyatı, – eyni irqin bütün fərdləri doğularkən onları özləri ilə birlikdə dünyaya gətirirlər, – irqin ruhunu təşkil edir. Mahiyyətcə gözlə görünməyən bu ruh, zahirən özünü kəskin təzahür etdirə bilir. Belə ki, əsl həqiqətdə o, xalqın bütün təkamülünü idarə edir.

İrqi canlı orqanizmi təşkil edən hüceyrələrin birləşməsi ilə müqayisə etmək olar. Bu, milyardlarla hüceyrələrin ömrü qısa olsa da, onların birlikdə təşkil etdikləri canlının ömrü kifayət qədər uzundur; hüceyrələr nəticə etibarilə, eyni zamanda həm şəxsi, həm də kollektiv həyata malikdilər, orqanizmin həyatı üçün onlar maddə kimi xidmət göstərirlər.

Eləcə də istənilən irqə məxsus hər bir individ fərdi həyat üçün çox qısa, kollektiv həyat üçün isə uzun sürən ömrə malik olurlar. Sonuncu, elə irqin ömrüdür, orada dünyaya göz açıb, irqin davam etməsinə o, kömək edir və elə özü də həmişə həmin irqdən asılı olur.

Elə buna görə də irq zamana tabe deyil, ona əbədiyaşar orqanizm kimi baxmaq lazımdır.

Bu, əbədiyaşar orqanizm indiki an üçün yalnız ömür sürən fərdlərdən təşkil olunmayıblar, eləcə də onlar əcdadları olan uzun bir ölülər sırasından təşkil olunublar. İrqin həqiqi əhəmiyyətini başa düşmək üçün onu eyni vaxtda həm keçmiş, həm də gələcəklə birlikdə izləmək lazımdır. Onlar qeyri-iradiliyin ölçülə bilməyən ağıl və xarakterin bütün təzahürlərini öz təsiri altında saxlayır, sahəsini idarə edirlər. Xalqın taleyini dirilərdən daha çox ölülər idarə edirlər. İrqin əsası da yalnız onlar tərəfindən qoyulub.

Yüz illər ərzində onlar, ideyalar və hislər, nəticə etibarilə, bizim davranışlarımızı müəyyən edən vadaredici səbəbləri yaradıblar. Ölən nəsil bizə təkcə fiziki təşkilatları vermirlər; onlar bizə həm də öz fikir və düşüncələrini təlqin edirlər. Ölülər cənab dirilərin yeganə danılmaz mahiyyətidir. Bizlər onların səhvlərinin ağırlığını çəkirik, eyni zamanda ləyaqətlərinin mükafatlarını da alırıq.

Xalqın psixoloji tərzi heyvan növlərinin əmələ gəlməsində olduğu təki geoloji mərhələləri, hesablamamıza sığmayan nəhəng dövrü tələb etmir. Lakin bunun üçün xeyli zamana da ehtiyac duyulur. Xalq kimi toplumda, hətta az dərəcədə onun ruhunu təşkil edən hislər birliyini yaratmaq üçün bizə onlarla əsr vaxt lazım gələrdi.

Həmin dövr, salnamələrimiz üçün uzunmüddətli görünsə də, əsl həqiqətdə çox qısadır. Əgər bu cür məhdud zaman müddəti məlum xüsusiyyətlərin möhkəmlənməsi üçün kifayət edirsə, fəaliyyətini davam etdirən məlum zamanın bir istiqamətdə hərəkəti nəticəsində hər hansı bir səbəbin tezliklə böyük nəticələr verə biləcəyini təsdiq edir. Riyaziyyatçılar sübut ediblər ki, həmin səbəb eyni nəticələri istehsal etdikcə, onda səbəblər riyazi silsilə şəklində artır (1, 2, 3, 4, 5…), nəticə isə – həndəsi silsilə şəklində (2, 4, 8, 16, 32…).

Loqarifmin mahiyyətinin səbəbləri nəticədir. Buğda dənələrinin şahmat taxtasında xanaların nömrəsinə uyğun iki mislində artımı ilə bağlı məşhur məsələni də elə loqarifm sayına misal çəkmək olar. Eləcə də kapitalın mürəkkəb faizlər şərti ilə kredit kimi verilməsində də böyümə qanunu belədir, illərin sayı artan kapitalın loqarifmini təşkil edir. Elə sosial hadisələrin əksəriyyətinin çox sürətlə həndəsi əyriliklə artması da bununla, həmin mülahizə ilə izah oluna bilər.

Digər bir əməyimdə mən onların parabola və ya hiperbola analitik tənliyi kimi özünü göstərə biləcəyini sübut etməli olmuşam.

Bəlkə də, fransız inqilabının ən əhəmiyyətli işi, onun kiçik millətləri – pikardilər, flamandlar, burqundlar, qaskonlar, bretonlar, provansallar və sair – məhv etməsi sayıla bilər, Fransa onlar arasında demək olar ki, param-parça edilmişdi. Bununla belə, birlik tam olmalıdır, fransızlar isə olduqca müxtəlif irqlərdən təşkil olunmuşlar və müxtəlif ideya və hislərə malik idilər və məhz bu, nəticə etibarilə onları çəkişmələrin qurbanı etmişdi, həmcins xalqlar, məsələn, ingilislər arasında belə ixtilaflar baş vermir.

Sonuncular, anqlosaks, normand və qədim bretanlar, lap sonda bir-birinə qarışaraq olduqca bircinsli tipi təşkil etdilər, buna görə də onların fəaliyyət obrazı da bənzər oldu. Bu qovuşma nəticəsində onlar, nəhayət, xalq ruhunun üç başlıca möhkəm təməlini əldə etdilər: ümumi hislər, ümumi maraqlar, ümumi etiqad. Hər hansı bir millət bu birliyə çatdıqdan sonra, üzvlər arasında bütün böyük məsələlər üzrə instinktiv razılıq əldə olunur və onların arasında bir daha ciddi fikir ayrılığı baş qaldırmır.

Tədricən, irsən toplanaraq əmələ gələn hislər, ideyalar, etiqad və maraqlar birliyi xalqın psixoloji tərzinə eyniyyət və möhkəmlik verir, bu isə öz növbəsində onu böyük güc, qüvvə ilə təmin edir. Bu güc qədimdə Roma imperiyasını yaratmışdı, müasir dönəmdə isə ingilislərə üstünlük vermişdir. Həmin birlik, güc aradan qalxan kimi, xalqlar da parçalanır. Həmin birlik və gücün aradan qalxması, Romanın da sonunu gətirib çıxardı.

Həmişə, çox və ya az dərəcədə, bütün əsrlərdə istənilən insan birliyinin ruhunu təşkil edən bu irsi hislərə, ideya, ənənə və etiqada bütün xalqlar malik olmuşlar, lakin onun artan şəkildə genişlənməsi olduqca zəif getmişdir. Başlanğıcda bu məhdud birlik özünü ailədə göstərib və sonra tədricən kəndə, şəhərə, əyalətə yayılmağa başlayıb, kollektiv ruh bütün ölkənin əhalisini o qədər də qədim keçmişdə əhatə eləməyib, bu, yaxın zamanlarda baş verib. Yalnız o vaxt, indiki kimi başa düşdüyümüz vətən anlayışı həmin anlamda qəbul olunub. Bu yalnız o vaxt – milli ruh təşəkkül tapanda mümkün olur.

Yunanlar heç vaxt şəhər anlayışından yuxarı yüksələ bilməyiblər və onların şəhərləri həmişə bir-birinə qarşı vuruşublar, çünki onlar həmişə bir-birlərinə yad olublar.

Hindistan 2000 min il ərzində kənd birliyindən başqa bir birləşmə növü tanımayıb, ona görə də iki min il ərzində daim yad hökmdarların hakimiyyəti altında yaşayıblar, efemer (tez dağılan) monarxiyalar, asanlıqla yarandıqları kimi, elə asanlıqla da dağılıb-gedirlər.

Şəhərlər, müstəsna vətən anlayışı baxımından hərbi qüdrət nöqteyi-nəzərinə görə, çox zəif olsalar da, sivilizasiyanın inkişafına nisbətdə, əksinə, hədsiz güclü olublar. Vətən ruhuna nisbətən yığcam olan şəhər ruhu bəzən daha bəhrəli olur. Afina – qədimdə, Florensiya və Venesiya – orta əsrlərdə, elə də çoxsaylı olmayan insan toplumunun, sivilizasiyanın hansı dərəcəyədək yüksələ biləcəyinin bariz nümunəsidir.

Kiçik şəhər və əyalətlər uzun zaman müstəqil həyat sürdükdə, sonda o dərəcədə möhkəm ruha malik olurlar ki, onların qonşu şəhər və ya əyalətlərlə birləşərək milli ruhu formalaşdırması, demək olar ki, mümkünsüz olur. Hətta belə bir birləşmə alınsa belə, məlum olacaq ki, təmas elementləri olduqca uyğunsuz gəlir və bu uyğunluğun alınması nəinki bir günün, hətta bütöv bir əsrin işi deyil.

Bu işi başa çatdırmaq üçün Rişelye və Bismarklara ehtiyac duyulur. Lakin hətta bu cür adamlar da həmin işi yalnız uzun zaman ərzində görülən hazırlıqlardan sonra yekunlaşdıra bilirlər. Əlbəttə, hansısa bir ölkə, tutaq ki, İtaliya xüsusi şəraitdən yararlanmaqla dərhal vahid dövlətdə birləşə bilər, amma bu onun həm də milli ruha yiyələnəcəyi demək deyil, belə düşünmək kökündən səhvdir. Mən İtaliyada pyemontları, venesiyalıları, romalıları və sair aydın görür, lakin hələ orada italyanları sezə bilmirəm.

İndi gördüyümüz irq, baxmayaraq ki, yekcinsdir və ya deyil, yalnız bir faktın gücünə əsasən çoxdan tarixə sivilizasiyalı irq kimi düşə bilər, amma ona həmişə təbii yox, süni irq kimi baxmaq lazım gələcək. Təbii irqləri hazırkı dövrdə yalnız vəhşilərdə tapmaq olar. Yalnız onlarda bütün qatqılardan təmiz xalqları, müşahidə etmək olar. Sivilizasiyalı irqlərin böyük əksəriyyəti indiki dövrdə yalnız tarixi irqlərdir.

Biz indi həmin irqlərin necə təşəkkül tapması ilə məşğul olmaq fikrində deyilik. Onlar təbiətən və yaxud tarixən təşəkkül tapıblar, bu, mühüm deyil. Bizi maraqlandıran uzun çəkən keçmişin onlarda hansı xüsusiyyətləri yetişdirməsidir. Yüzilliklər ərzində eyni şəraitdə yaşayaraq və irsən əxz etməklə, bu xüsusiyyətlər, sonda olduqca dayanıqlılıq qazanıblar və hər bir xalqın tipini müəyyənləşdiriblər.

II fəsil
İRQLƏRİN XARAKTER DƏYİŞKƏNLİYİNİN HƏDDİ

Sən demə, qaydaları irqlərin sabitliyi deyil, onların xarakterinin dəyişkənlikləri təşkil edirmiş. – Bu görünüşün əsası – əsas cizgilərin dəyişməzliyi və ikinci dərəcəlilərin isə dəyişkənliyidir. – Heyvan növlərinin psixoloji xüsusiyyətlərinin assimilyasiyası dəyişilməz və dəyişilən əlamətləri ilə. – Mühit, şərait, tərbiyə ikinci dərəcəli psixoloji əlamətlərə təsirini göstərir. – Xarakterin gizli imkanları. – Müxtəlif dövrlər tərəfindən təqdim edilən nümunələr. – Terror adamları. – Görəsən, başqa zamanlarda onlar nə ola bilərdilər. – İnqilablara baxmayaraq, milli xarakterlər necə olur ki, dəyişilməz qalır. – Müxtəlif nümunələr. – Nəticə.

Yalnız sivilizasiyaların inkişafını diqqətlə öyrənməklə, irqlərin psixoloji xüsusiyyətlərinin sabitliyini müəyyən etmək olar. İlk baxışda, ümumi qaydalar, demə, onun sabitliyi yox, dəyişkənlikləri imiş. Xalqların tarixi həqiqətən, bəzən belə güman etməyə əsas verir ki, onların ruhu zamanla olduqca tez və həm də əhəmiyyətli dəyişikliklərə uğrayır. Sizə elə gəlmirmi ki, məsələn, Kromvel zamanının ingilis xarakteri ilə müasir ingilis xarakteri arasında mühüm fərqlər var?

Sizə görə, müasir italyan, Benvenuto Çellinin memuarlarında təqdim etdiyi coşqun və qəzəbli insandan daha ehtiyatlı və hiyləgər deyilmi? Çox uzaqlara getməyib, Fransa sərhərdləri ilə kifayətlənməyə çalışaq. Bir neçə əsr və ya bəzən hətta bir neçə il ərzində fransızların xarakterində nə qədər gözlə görünən dəyişikliklər baş verib. Hansı tarixçi XVII və XVIII əsrlərin xarakterləri arasında fərqləri qeyd etməyib ki?

Və bizim günlərdə: sizə elə gəlmirmi ki, sarsılmaz Konvent üzvləri ilə Napoleonun sözəbaxan qullarının xarakterləri arasında uçurum mövcuddur? Baxmayaraq ki, eyni insanlar idilər və bir neçə il ərzində görün onlar nə qədər dəyişiblərmiş.

Bu dəyişikliklərin səbəblərini izah etmək üçün biz, ilk növbədə xatırlamalıyıq ki, psixoloji növ, anatomik növ kimi kiçik saylı, əsas dəyişilməz xüsusiyyətlərdən təşkil olunub və onların ətrafında dəyişilən, daimi olmayan ikinci dərəcəli əlamətlər qruplaşır.

Hər hansı bir heyvanın görünən strukturunu dəyişdirən maldar və ya hansısa bitkinin zahiri görünüşünü o dərəcədə, təcrübəsiz gözün onu çətinliklə tanıya biləcəyi formada düzəldən bağbanın elədikləri, həmin növlərin əsas xüsusiyyətlərinə zərrə qədər də təsir göstərmir. Bu onların yalnız ikinci dərəcəli əlamətlərinə təsir edir. İncəsənətin bütün cidd-cəhdlərinə baxmayaraq, əsas xüsusiyyətlər həmişə yeni nəsildə özünü büruzə verir.

Psixoloji təsisatların da lap anatomik növlərin əlamətləri kimi dəyişilməyən əsas xüsusiyyətləri var. Lakin bununla yanaşı, onlar həm də çox yüngül dəyişilə bilən ikinci dərəcəli xüsusiyyətlərə də malikdilər. Bu, sonuncular isə mühiti, şəraiti, tərbiyə və müxtəlif faktorları asanlıqla dəyişdirə bilirlər.

Həmçinin yaddan çıxarmaq olmaz ki (həm də bu, çox mühümdür) psixoloji təsisatlarımızda biz xarakterin bütün mümkün təmayüllərinə malikik, hansı ki, şərait onların üzə çıxmasına heç də həmişə imkan vermir. Əgər onlar təsadüf nəticəsində tətbiq ediliblərsə, həmin andaca az və ya çox dərəcədə keçici, yeni şəxsiyyət təşəkkül tapır. Nəhəng dini və siyasi böhranlar zamanı xarakterdə müşahidə olunan sarsıntılar, elə məhz bununla izah olunur, sanki hər şey dəyişikliyə uğrayıb: adətlər, ideyalar, davranışlar və s.

Həqiqətən də hər şey, sanki fırtınadan sonra sakitləşmiş göl səthinə bənzəyir, lakin çox nadir hallarda olur ki, bu, uzun müddət çəksin.

Xarakterdəki bu təmayüllərin gücü, məşhur, qeyri-adi hadisələr nəticəsində hərəkətə keçir, nəhəng dini və siyasi böhranların görkəmli xadimləri özümüzlə müqayisədə – biz özümüzü zavallı, rəzil qismində görürük – azman kimi görünürlər. Halbuki onlar da bizim kimi adi adamlar idi lakin şərait hamının xaraktercə malik olduğu təmayülləri onlarda hərəkətə gətirmişdi.

Elə “konventin nəhənglərini” götürək, hərbiləşdirilmiş Avropaya meydan oxurcasına baxırdılar və öz rəqiblərini sadə ziddiyyətə görə gilyotin altına göndərirdilər. Mahiyyətcə onlar da bizim kimi hörmətli və sülhpərvər sakinlər idilər. Adi vaxtlarda çox güman ki, özlərini idarələrindəki kabinetlərinin divarları arxasında çox sakit və yekrəng aparırdılar. Müstəsna hadisələr, adi vaxtlarda tətbiq olunmadan qalan, beyinlərdəki bəzi hüceyrələri hərəkətə gətirdi və onlar nəsillərin anlaya bilməyəcəyi azman fiqurlara çevrildilər.

Yüz il sonra Robespyer şübhəsiz ki, öz keşişi ilə yaxın dost olan, vicdanlı dünya hakimi ola bilərdi; Fukye Tenvil ola bilsin ki, öz həmkarlarından daha çox sərtliyi və adamlarla münasibətdə peşəsi ilə bağlı təkəbbürlülüyü ilə seçilən məhkəmə müstəntiqi ola bilərdi ki, onu cinayətkarları izləmək bacarığına görə çox yüksək qiymətləndirə və paxıllığını çəkə bilərdilər; Sen-Jüst öz rəisləri tərəfindən hörmət edilən əla məktəb müəllimi ola bilərdi və çox yəqin ki, xidmətlərinə görə sülh simvolu sayılan akademik palma budağı ilə təltif oluna bilərdi.

Bununla belə, öncəgörmələrimizin qanuniliyinə şübhə etməmək üçün, Napoleonun hələ bir-birinin başını qoparmağa macal tapmayan zalım terrorçulara nə etdiyinə baxmaq kifayətdir. Onların böyük əksəriyyəti dəftərxana rəisləri, müəllimlər, hakim və ya prefekt oldular. Yuxarıda qeyd etdiyimiz, tufanın qaldırdığı dalğalar sakitləşdi və həyəcanlanmış göl yenidən öz rahat görünüşünü aldı.

Hətta ən qarmaqarışıq, şəxsiyyətlərdə ən qəribə dəyişikliklərə gətirib çıxaran dövrlərdə, çox asanlıqla irqin əsas cizgilərinin yeni formalarını tapmaq mümkündür. Məgər, yakobinçilərin sərt mərkəzçi, müstəbid və istibdad rejimi, əsl həqiqətdə on beş əsr ərzində fransızların ruhlarında dərin kök salmış mərkəzçi və istibdadçı monarxiyadan çoxmu fərqlənirdi? Bütün inqilablardan sonra latın xalqlarında həmişə sərt rejimlər meydana çıxır, bu sağalmaz tələbat idarə olunmalıdır, çünki o, bir növ özündə irqlərin instinktlərinin sintezini ifadə edir.

Bonapart yalnız özünün məşhur qələbələri hesabına hökmdar olmamışdı. O, respublikanı diktaturaya çevirdiyi dönəmdə irqin irsi instinktləri hər gün özünü daha güclü, daha intensivliyi ilə göstərməyə başlamışdı və əgər həmin topçu zabit olmasaydı belə, başqa bir avantürist ortaya çıxacaqdı.

Əlli il ötəndən sonra onun adından varisin ortaya çıxması, bütöv bir xalqın səsini almaq üçün kifayət etdi, çünki xalq azadlıqdan əziyyət çəkirdi və qul olmağa can atırdı. Napoleonu Napoleon edən brümer deyil, xalqın ruhu idi, demək olar, özü könüllü olaraq onun dəmir dabanı altına gedirdi.

“Onun ilk sehrli işarəsi ilə, – deyə Ten yazırdı – fransızlar itaətə məcbur edildilər və təbii halda hüzura gəldilər; aşağı təbəqə – kəndlilər və əsgərlər – heyvan sadiqliyi ilə; ali təbəqə – əyanlar və məmurlar – isə bizans yaltaqlığı ilə. Respublikaçılar tərəfindən – heç bir müqavimət olmadı; əksinə, o, məhz bu sıradan olanların içindən özünün ən yaxşı idarəçilərini tapa bildi: senatorlar, deputatlar, dövlət şurasının üzvləri, hakimlər, hər növdən olan inzibatçılar.

Həmin andaca azadlıq və bərabərlik moizələri ilə o, onların müstəbidlik instinktlərini, əmr etmək yanğılarını, tabeçilik qaydasında kimlərisə sıxışdırmaq istəklərini və bundan əlavə onların çoxunda pula və eyş-işrətə olan iştahalarını təxmin etdi. İctimai Xilas Komitəsinin nümayəndəsi və hansısa nazir və yaxud İmperiya prefekti arasında çox kiçik fərq var: eyni insandır, lakin müxtəlif kostyumlardadır, əvvəl inqilabçı, sonra isə məmur mundirində”.

Əgər mühit insana bu qədər böyük təsir göstərirsə, bunun əsas səbəbi onun əlavə və müvəqqəti xüsusiyyətlərlə və ya yuxarıda qeyd etdiyimiz kimi, xarakterin gizli təmayülləri ilə bağlılığıdır. Əsl həqiqətdə, dəyişikliklər o qədər də dərin deyil. Ən sülhpərvər insan belə aclığın təsiri altında qızğınlıq dərəcəsinə gəlib çata, bu da onu istənilən cinayətə gətirib çıxara bilər, bəzi hallarda isə həmin şəxs öz yaxınlarını belə məhv edə bilər. Buna istinad edərək, demək olarmı ki, onun adi xarakteri qəti şəkildə dəyişilib?

Sivilizasiyaların yaratdığı şərait bəzilərini var-dövlətə, sərvətə və digər qüsurlara və bunların da öz növbəsində qarşısıalınmaz təsirlərinə gətirib çıxarır, digərlərində isə böyük tələbatlar yaratsa da, onların ödənilməsi üçün vasitələr vermir, bu ümumi narazılıqlara və narahatlıqlara gətirib çıxarır ki, o da öz növbəsində davranışa öz təsirini göstərir və hər cür çevrilişlərə yol açır. Lakin həmin narazılıqlarda, çevrilişlərdə həmişə irqin əsas cizgiləri də ortaya çıxır.

Birləşmiş Ştatlardan olan ingilislər nə vaxtsa öz aralarında baş verən çəkişmələr zamanı, daxili müharibələrə sərf etdikləri həmin inadkarlıqlarını, qarşısıalınmaz enerjilərini, bu gün şəhərlərin, universitet və fabriklərin salınmasına sərf edirlər. Xarakter dəyişilməyib. Yalnız onun tətbiq edildiyi mövzu dəyişilib.

Xalqların psixoloji xarakterinə təsir göstərən müxtəlif amilləri bir-birinin ardınca tədqiq edə-edə, biz qeyd edə bilərik ki, onlar xarakterin əlavə, müvəqqəti tərəflərinə təsirini göstərir. Lakin həmin amillər xalqların əsas cizgilərinə heç vaxt toxunmur və ya onlarla yalnız çox zəif irsi ehtiyatlar yolu ilə təmas edə bilirlər.

Bu deyilənlərdən belə nəticəyə gəlmək olmaz ki, irqin psixoloji xüsusiyyətləri ümumiyyətlə, heç bir dəyişikliyə məruz qalmır. Amma anatomik əlamətlərdə olduğu kimi onlar çox yüksək dayanıqlığa malikdilər. Məhz irqin ruhunun bu dayanıqlığının nəticəsi olaraq, onlar əsrlər ərzində tədricən dəyişikliyə uğrayırlar.
III fəsil
İRQİN PSİXOLOJİ İYERARXİYASI

Psixoloji təsnifat anatomik təsnifata uyğun elə də çox olmayan dəyişilməz və əsas cizgilərə əsaslanır. – İnsan irqinin psixoloji təsnifatı. – İbtidai irqlər. – Primitiv irqlər. – Orta irqlər. – Ali irqlər. – Bu təsnifatı müəyyən edən psixoloji elementlər qruplaşması. – Daha çox əhəmiyyətlilik daşıyan elementlər. – Xarakter. – Əxlaq.

– Zəka keyfiyyətləri tərbiyə vasitəsilə dəyişilə bilər. – Xarakterin keyfiyyəti daimidir və hər bir xalqın dəyişilməz elementini təşkil edir. – Tarixdə onların rolu. – Primitiv xalqı yüksək sivilizasiyanı qəbul etməyə məcbur etməyin mümkünsüzlüyünün səbəbləri.

Təbiət elmləri sahəsində növlərin təsnifatı üçün təməl qurduqdan sonra, çəkilən zəhmət ona görə asanlaşır ki, dəyişilməz və nəticə etibarilə, hər bir növü müəyyən edən əsas əlamətlər, elə də çoxsaylı deyil. Onların sıralanması həmişə bir neçə sətir yer tutur. Bu ona görə belədir ki, əsil həqiqətdə naturalist yalnız dəyişilməz əlamətlərlə məşğul olur, müvəqqəti olanlara heç bir diqqət ayırmır. Buna baxmayaraq, həmin əsas əlamətlər, labüd olaraq bir sıra digər əlamətləri də öz ardınca çəkib aparır.

İrqin psixoloji əlamətləri ilə də eyni şey baş verir. Təfərrüatlara varsaq, onda bir xalq ilə digərinin, bir fərd ilə digəri arasında saysız-hesabsız, çox incə fərqləri müşahidə edə bilərik. Lakin bütün diqqəti əsas əlamətlərə yönəltsək, etiraf etmək lazım gələcək ki, hər bir xalq üçün onların sayı elə də çox deyil. Bu, azsaylı əsas əlamətlərin (tezliklə onlardan ən xarakterik olanları biz təqdim edəcəyik) xalqların həyatına necə təsirini yalnız nümunə olaraq aydın şəkildə göstərə bilərik.

yatına necə təsirini yalnız nümunə olaraq aydın şəkildə göstərə bilərik. İrqlərin psixoloji təsnifatının əsasları, müxtəlif xalqların psixologiyasının yalnız müfəssəl öyrənilməsindən sonra izah etmək olar. Belə bir əmək üçün cildlər lazım gələrdi; biz isə onların psixoloji əlamətlərini iri ştrixlərdə göstərməyə çalışacağıq. İnsan irqlərinin yalnız əsas psixoloji əlamətlərinə diqqət yetirməklə, biz onları aşağıdakı dörd qrupa ayıra bilərik: ibtidai, primitiv, orta və ali irqlər.

İbtidai irqlər – bizim əcdadların daş dövründə yaşadıqlarını, bu gün də yaşamaqdadırlar, ibtidai, heyvani mərhələyə xas həyat sürürlər və onlarda mədəniyyətin kiçik bir izini də tapmaq mümkün deyil: indiki ficililər və avstraliyalılar onlara aiddirlər.

İbtidai irqlərdən başqa həm də primitiv irqlər də var və onların əsas nümayəndələri zəncilərdir. Onlar sivilizasiyanın rüşeym halına qabildirlər, yalnız rüşeym halına. Onlara sivilizasiyanın barbar formasından yüksəyə qalxmaq heç vaxt nəsib olmayıb, baxmayaraq ki, təsadüfi hadisə onları (məsələn, San-Dominqodan olan zəncilər) ali sivilizasiyanın varisi edə bilib.

Orta irqlərə biz çinliləri, yaponları, monqolları və semit xalqlarını aid edirik. Assuriyalılar, monqollar, çinlilər, ərəblər yüksək tipli sivilizasiyalar yarada biliblər, onları yalnız avropalı xalqlar ötüb keçə biliblər.

Ali irq sırasında yalnız hind-avropalı xalqlar yer tuturlar. Qədim dövrdə olduğu kimi, elə indinin özündə də yalnız yunanlar və romalılar incəsənət, ədəbiyyat və fəlsəfə, elm və sənaye sahələrində ən nəhəng kəşfləri etməyə müvəffəq olublar. Sivilizasiyanın indi nail olduğu belə yüksək səviyyəyə görə bizlər yalnız onlara minnətdar olmalıyıq.

Buxar və elektrik enerjisi, onların əllərinin məhsuludur. Bu irqlər arasında ən az inkişaf etmiş hindlilər, məsələn, incəsənət, ədəbiyyat və fəlsəfə sahələrində elə bir səviyyəyə yüksəliblər ki, monqol, çinli və semitlər heç vaxt buna çata bilməyiblər.

İndi sadaladığımız dörd böyük qrupların qovuşması mümkün deyil; onları ayıran zəka fərqləri aşkardır. Çətinliklər, yalnız bu qrupları hissələrə böləndə ortaya çıxır. İngilis, ispan, rus ali xalqlar qrupuna aiddirlər; ancaq onların arasında olduqca böyük fərqlərin olduğunu biz yaxşı bilirik. Həmin fərqləri müəyyən etmək üçün hər bir xalqın xarakterini ayrılıqda təsvir etmək lazımdır.

Çox tezliklə biz onlardan ikisinin belə bir təsvirini aparacağıq ki, bu da metodumuzun tətbiq olunmasına imkan verməklə yanaşı, həm də alınan nəticənin vacibliyini ortaya çıxaracaq. Hələlik isə irqləri bir- birindən fərqləndirmək mümkün olsun deyə, onların yalnız başlıca psixoloji elementlərinin təbiətini ən ümumi cizgilərdə təsvir edəcəyik.

Etiraf etmək lazımdır ki, ibtidai və primitiv irqlər arasında (bunu əsl vəhşilər arasında axtarmağa ehtiyac yoxdur, belə ki, avropalı cəmiyyətin primitiv qatı ibtidai məxluqlara bənzərdir) həmişə az və ya çox dərəcədə müzakirə qabiliyyətsizliyi var. Yəni onların bir-biri ilə uyğunluğunu müqayisə etmək və fərqləndirmək üçün beyin ideyalarının təsəvvürlər yaratmaq qabiliyyətindən söhbət gedir – keçmiş hislər və ya onların əlamətləri kimi ortaya çıxan sözlərin indiki hislərin istehsalı olan ideyalarla əlaqəsinin olub-olmamasından.

Bu, müzakirə qabiliyyətsizliyindən böyük sadəlövhlük yağır və tənqidi düşüncə tamamilə yox dərəcəsindədir. Ali varlıqda, əksinə, ideyaları assosiasiyalaşdırmaq və onlardan nəticə çıxarmaq qabiliyyəti çox yüksəkdir, tənqidi fikir və dəqiq təfəkkür qabiliyyəti yüksək inkişaf edib.

Primitiv irqdən olan insanlarda diqqət və düşüncə dərəcəsinin də çox zəif olduğunu qeyd etmək olar, onlarda böyük təqlidçilik ağlı, xüsusi hadisələrdən ümumi, düzgün olmayan nəticələr çıxarmaq vərdişləri var, müşahidə etmək və onlardan faydalı nəticə çıxarmaq qabiliyyətləri çox zəifdir, xarakterləri fövqəladə dərəcədə dəyişkəndir və olduqca ehtiyatsızdılar. An instinkti – onların yeganə yol göstərənidir. İsavu tək – ibtidai insan tipi – onlar da gələcəkdə birinciliyə olan hüquqlarını böyük məmnuniyyətlə əsl mərcimək şorbasına sata bilərlər. İnsan özünə yaxın marağa qarşı çıxa bilirsə, qarşısına gələcəklə bağlı məqsəd qoyursa və ona doğru qəti addımlarla irəliləyirsə, o, artıq böyük inkişafa nail ola bilib.

Öz addımlarının uzaq nəticələrini görə bilməyən və ani niyyətlərdən başqa digər yol göstəricisinə meyllənməyən fərdləri, eləcə də irqləri, daim primitiv səviyyədə qaldıqlarına görə mühakimə edirlər.

Yalnız bir xalq olaraq instinktlərinə hakim kəsilməyi bacardıqda və nəticə etibarilə, ixtiyar sahibi ola bildikdə, onlar qaydaların vacibliyini, ideallar uğrunda qurban verməyin mühümlüyünü anlamağa başlayır və sivilizasiya səviyyəsinə yüksəlirlər. Əgər bir ölçü ilə tarixdə xalqların sosial səviyyəsini müəyyən etmək lazım gələrsə, onda mən böyük həvəslə öz instinktlərini idarə etmək qabiliyyətinin miqyas dərəcəsindən istifadə edərdim. Qədimdə romalılar, indiki zamanda anqloamerikanlar bu cür ən yüksək dərəcəli keyfiyyətlərə cavab verən xalqlar hesab olunurlar. Bu isə öz növbəsində onların əzəmətliliyini qoruyub saxlamağa kömək edib.

Ümumi qruplaşdırma və müxtəlif psixoloji elementlərin inkişafına uyğun olaraq, psixoloji təsisatların tipləri formalaşır ki, onlara istinad etməklə, fərdlərin və irqlərin təsnifatını müəyyən etmək mümkün olur. Bu psixoloji elementlərdən bəziləri xarakterə, digərləri isə ağıla aiddirlər.

Ali irqlər primitivlərdən həm xarakter, həm də zəkaya görə fərqlənirlər. Lakin öz aralarında isə yalnız xarakterə görə. Bu bölmə böyük ictimai əhəmiyyət daşıdığından, onu daha aydın izah etmək lazımdır. Xarakter müxtəlif elementlərin müxtəlif nisbətində formalaşır, psixoloqlar indi onu hiss adlandırırlar.

Onlardan daha mühüm rol oynayanlardan ən əsaslarını qeyd edək: israr, enerji, özünə hakim kəsilməyi bacarmaq kimi iradədən asılı olan qabiliyyətlər. Xarakterin əsas elementləri sırasına əxlaqı da qeyd etmək olar. Baxmayaraq ki, o, olduqca mürəkkəb hislərin sintezidir. Bu, sonuncu sözü biz irsi olaraq qaydalara hörmət mənasında götürürük, cəmiyyətin varlığı ona söykənir. Xalq üçün əxlaqın varlığı – onun üçün möhkəm davranış qaydalarının mövcudluğu və onlardan bir addım da olsun geri çəkilməmək deməkdir.

Belə ki, həmin qaydalar zaman və ölkələr üzrə rəngarəng olduqlarından, əxlaq bunun nəticəsi olaraq çox dəyişkəndir və əsl həqiqətdə o, belədir. Lakin konkret xalq və konkret an üçün o, tamamilə dəyişməz olmalıdır. Ağlın deyil, xarakterin törəməsi o vaxt dayanıqlı, möhkəm hesab olunur ki, irsi və nəticə etibarilə qeyri-şüuri olur. Ümumiyyətlə, demək olar ki, xalqların böyüklüyü başlıca olaraq onların əxlaqının səviyyəsinin dərəcəsindən asılı olur.

Zəka keyfiyyətləri tərbiyənin təsiri altında çox asanlıqla dəyişə bilər; xarakterin keyfiyyəti isə demək olar ki, onun, yəni tərbiyənin təsirindən yayına bilir. Əgər tərbiyə onlara təsir edirsə, bu yalnız heç bir iradəsi olmayan və nəticə etibarilə itələndikləri tərəfə meyil edən etinasız, xasiyyətcə mülayim olanlarda baş verə bilər. Belə mülayim xasiyyətlilərə ayrı-ayrı fərdlər arasında rast gəlinir, lakin bütöv xalq arasında buna çox nadir halda rast gəlmək olar, əgər belə bir xalq varsa da, deməli, bu, onların ən tənəzzül dövrlərini yaşadıqlarını göstərir.

Ağlın kəşfi bir xalqdan digərinə çox asanlıqla ötürülə bilir. Xarakterin keyfiyyəti isə ötürülə bilmir. Bu, dəyişilməz, başlıca elementlərdir, ali xalqların psixoloji xüsusiyyətini fərqləndirməyə imkan verir. Kəşflər ağla minnətdardılar, bütün bəşəriyyətin ümumi sərvətidilər; xarakterin üstünlükləri və ya çatışmazlıqları isə hər bir xalqın müstəsna sərvətidir.

Bu, dalğaların əsrlər ərzində hər gün sarsılmaz qayalığa çırpılaraq onun cizgilərini yonmasına bənzəyir; o, növün spesifik əlamətinə, balığın üzgəcinə, quşun dimdiyinə, yırtıcının dişinə uyğun gəlir. Xalqın tarixinin inkişafını onun ağlı yox, xarakteri müəyyən edir. Xarakterin təsirini həmişə tamamilə zəif hadisənin görünən şıltaqlıqlarında və ya olduqca əzəmətli taledə axtarmaq lazımdır, o, müxtəlif şəriətlərə görə, insanların əməllərinə rəhbərlik edir.

Xarakter insan həyatına təsir edən ən güclü amildir, amma ağlın təsiri əsil həqiqətdə çox zəifdir. Romalılar tənəzzül dövründə kobud əcdadları ilə müqayisədə daha incə ağla sahib idilər, lakin onlar xarakterlərinin əvvəlki keyfiyyətini itirmişdilər: səbatlılıq, enerji, yenilməz mətanət, ideallar uğrunda özünü qurban verə bilmək, qanunlara olan toxunulmaz hörmət, əcdadların əzəməti ilə yaradılmışdı.

60 minlik ingilis 250 milyon hindlini yalnız xarakterləri sayəsində öz hakimiyyətləri altında saxlaya bilirdi, halbuki, onlardan çoxu ağılca demək olar ki, bərabər səviyyədə idilər, bəziləri isə estetik zövqlərinə və fəlsəfi dünyagörüşlərinin dərinliyinə görə hətta ingilislərdən də üstün idilər. Yalnız xarakterləri sayəsində ingilislər tarixin indiyə qədər tanıdığı ən nəhəng müstəmləkə imperiyasının başında durublar.

Cəmiyyət, din və imperiyalar ağla deyil, xarakterə söykənirlər. Xarakter xalqlara hiss etmək və fəaliyyət göstərmək imkanı verir. Onlar müzakirə etmək və yaxud həddən çox düşünməklə heç vaxt qələbə qazana bilməyiblər.

Peşəkar psixoloqların işlərinin fövqəladə dərəcədə zəif alınması və praktiki maraqlarının əhəmiyyətsizliyinin əsas səbəbi, özlərini bütünlüklə zəkanın öyrənilməsinə həsr etmələri və xarakterin öyrənilməsini isə tamamilə kənara qoymaları ilə əlaqədardır. Tanıdıqlarımdan təkcə Ribo, öz əsərində bu məsələyə toxunub, xarakterin əhəmiyyətindən söz açıb və etiraf edib ki, xarakter mənəvi inkişafın həqiqi təməlini təşkil edir, amma təəssüflər olsun ki, o, buna cəmi bir neçə səhifə yer ayırıb.

“Ağıl – “College France”nin elm xadimi, professoru tamamilə əsaslı olaraq yazır – psixoloji təkamülün yalnız ikinci dərəcəli formasıdır. Onun əsas tipi xarakterdir. Ağıl isə həddən çox inkişaf eləyəndə həmişə məhvə aparır”.

Mən burada sübut etməyə çalışacağam ki, əgər xalqların psixologiyaları ilə müqayisəli şəkildə tanış olmağı arzu edirlərsə, onda hər şeydən öncə xarakterin öyrənilməsinə başlasınlar. Fakt odur ki, bu cür mühüm elm sahəsi (çünki tarix və siyasət ondan qaynaqlanır) heç vaxt tədqiqat obyekti olmayıb, əgər bizə məlum olmasaydı ki, bu elmi nə laboratoriyalar, nə də kitablar vasitəsilə əldə oluna bilir, yenə də tamamilə anlaşılmaz qalardı, onu yalnız uzun sürən səyahətlər vasitəsilə öyrənmək mümkündür.

Yeri gəlmişkən, heç nə əsas vermir deyəsən ki, onunla çox tezliklə peşəkar psixoloqlar məşğul olacaq. Onlar hazırda, vaxtilə özlərinə aid olan bu sahə ilə məşğul olmağı bir kənara qoyub, özlərini anatomik və fizioloji tədqiqatlara həsr ediblər.

Beynin anatomiyasını öyrənmək, mikroskop altında hüceyrələri tədqiq etmək, həvəs və reaksiyanı bir-birinə bağlayan qanunları öyrənmək, bütün bunlar ümumi fiziologiyaya aiddir, həm insana, həm də qurbağaya eyni dərəcədə xasdır, lakin o, bizim növün müxtəlif tiplərinin psixoloji xüsusiyyətinin dərk olunması üçün tətbiqindən kənarda qalır. Ona görə də Pollakın bu yaxınlarda çapdan çıxmış “Les caracteres” adlı maraqlı tədqiqat əsərini və ümumilikdə, bu tip əsərləri təşviq etməmək mümkün deyil.

Əməyimizin həcmi çox məhdud olsa da, bütün hallarda onlar bizə xarakterin xalqların taleyini hansı dərəcədə müəyyən etdiyini daha aydın nümunələrdə göstərməyə imkan yaradır. Mən bütün tarixi, görünmə dərəcəsinə baxmayaraq, irqin psixoloji xüsusiyyəti formalaşdıqda, demək olar ki, növün anatomik əlamətləri kimi möhkəm əlamətlərə malik olması ilə bağlı başqa örnəklər də gətirəcəyəm.

İrqin psixoloji xüsusiyyətindən onların dünya və həyat haqqındakı bilikləri formalaşır, eləcə də davranışları və nəhayət, tarixləri. Zahiri cisimləri məlum, təəssürat üsulu ilə dərk etməklə, hər bir fərd hiss edir, düşünür, amma bunu mükəmməl surətdə, əla psixoloji xüsusiyyətə malik olanların hiss etdiklərindən, düşündüklərindən fərqli şəkildə edir. Bundan məlum olur ki, tamamilə müxtəlif tiplərə uyğun qurulan psixoloji təsisatlar, tam qovuşmaya çata bilmir.

İrqlərin əsrlər boyunca bir-biri ilə toqquşması, başlıca olaraq onların xarakterindəki barışmazlıqla bağlıdır.

Əgər müxtəlif irqlərin eyni cür hiss etmədikləri, düşünmədikləri, eyni cür hərəkət etmədikləri və bir-birlərini başa düşmədikləri, daim nəzərə alınmazsa, onda tarixdən heç nə anlaşıla bilməz. Şübhəsiz ki, müxtəlif xalqların dillərində ümumi sözlər var, onları sinonimlər adlandırırlar, lakin bu ümumi sözlər onları eşidənlərdə oxşar olmayan hislər, ideyalar və təfəkkür üsulu oyadır.

Psixoloji xüsusiyyətləri bizimkindən hissolunacaq dərəcədə fərqlənən xalqlar arasında dərin uçurumu başa düşmək üçün, onlarla birlikdə yaşamaq lazımdır. Bunu, hətta onların sırasından yalnız bizim dildə danışa bilənlər və bizim tərbiyəni alanlarla öz ölkəmizdə də etmək mümkündür.

Uzaq səyahətlərə çıxmadan da sivilizasiyalı kişi və qadın arasında mövcud olan dərin psixoloji fərqləri qeyd etməklə, hətta qadının daha savadlı olması halında belə, bu barədə bəzi təsəvvürləri tərtib etmək olar. Onlar ümumi maraqlara, ümumi hislərə malik ola bilərlər, lakin onlarda heç vaxt oxşar ideya assosiasiyası ola bilməz.

Onlar əsrlər boyu öz aralarında bir-birlərini başa düşmədən danışırlar, çünki mənəvi orqanizmləri müxtəlif tiplərə uyğun qurulduğundan, zahiri şeyləri eyni cür qavraya bilməzlər. Təkcə məntiqlərində olan fərq kifayətdir ki, onların arasında keçilməz bir uçurum yaransın.

Elə müxtəlif irqlərin psixoloji xüsusiyyətləri arasındakı bu uçurumun özü izah edir ki, ali xalqlar niyə primitiv xalqları öz sivilizasiyalarına daxil etməyə, heç vaxt məcbur edə bilmirlər. Geniş yayılmış belə bir fikir də var ki, təhsil bu işin öhdəsindən gələ bilər – bu, təmiz zəka nəzəriyyəçilərinin nə vaxtsa yaratdıqları ən qəmgin xəyallarından biridir.

Şübhəsiz ki, təhsil yaddaş sayəsində – ən primitiv varlıqlar belə ona malikdilər və o, insanın müstəsna imtiyazını təşkil etmir – bəşəriyyət silsiləsinin ən aşağı pilləsində duran fərdə, avropalıların malik olduğu məcmu idrakdan verib. Zəncidən və ya yapondan bakalavr və ya vəkil hazırlamaq çox asandır. Lakin bu ona yalnız zahiri parlaqlıq verə bilir, o, bundan heç bir fayda götürə bilmir, çünki bu onun psixoloji təbiətinə heç bir təsir göstərmir.

Bunu hər hansı bir təhsil verə bilməz (çünki onları yalnız irsiyyət verə bilir) – bu, düşüncə forması, məntiq və başlıcası, qərb insanlarının xarakteridir. Həmin zənci və yaxud yapon istənilən sayda diplom ala bilər, lakin heç vaxt adi avropalının səviyyəsinə qalxa bilməz. On il ərzində ona çox asanlıqla ən elmli ingilisə xas təhsil vermək mümkündür.

Lakin ondan əsl ingilis, yəni müxtəlif həyat şəraitlərində ingilis kimi davrana bilən insan yetişdirmək üçün min il də azlıq edər. Yalnız zahirən xalq öz dilini, dövlət quruluşunu, dinini və öz incəsənətini bu cür kəskin dəyişə bilər. Bu dəyişikliklərin əsil həqiqətdə baş verməsi üçün onun ruhunu dəyişdirmək lazımdır.

IV fəsil
FƏRD VƏ İRQLƏRİN MÜTƏRƏQQİ TƏBƏQƏLƏŞMƏSİ

İrq nə qədər alidirsə, onun müxtəlif fərdləri arasında bərabərsizlik də bir o qədər yüksəkdir. – Primitiv irqlərdə bütün fərdlər arasında psixoloji bərabərlik olur. – İrqləri bir-birindən ayırmaq, onları bir-birindən fərqləndirib qiymətləndirmək üçün orta təbəqədən deyil, ali təbəqədən istifadə etmək lazımdır.

– Sivilizasiyaların uğurları get-gedə fərdlərin və irqlərin daha çox təbəqələşməsinə gətirib çıxarır. – Bu təbəqələşmənin nəticələri. – Təbəqələşmənin daha geniş olmasına mane olan psixoloji əsaslar. – İrsiyyət həmişə orta irqin fərdi üstünlüyünə necə gətirib çıxara bilir. – İrqlərin, fərdlər və cinslərin mütərəqqi psixoloji təbəqələşməsini təsdiq edən anatomik müşahidələr.

Ali irqlər primitivlərdən təkcə psixoloji və anatomik xüsusiyyətlərinə görə deyil, həm də onların dərinliyinə daxil olan elementlərin rəngarəngliyi ilə fərqlənirlər. Primitiv irqlərdə bütün fərdlər, hətta onlar müxtəlif cinslərə aid olunsa belə, demək olar ki, hamı eyni psixoloji səviyyəyə malikdilər. Hamı bir-birinə bənzədiyindən, onlar özlüyündə, sözün tam mənasında, bir çox müasir sosialistlərin arzuladıqları bərabərliyin təsvirini ifadə edirlər. Ali irqlərdə isə əksinə, fərdlər və cinslər arasında bərabərsizliyi qanunlar təşkil edir.

Ona görə də xalqları orta təbəqə ilə deyil, ali təbəqə ilə, əgər onlarda beləsi varsa, öz aralarında müqayisə etməklə, fərqləndirən böyüklüyü ölçmək olar. Hindlilər, çinlilər, avropalılar orta təbəqələri ilə bir-birindən elə də çox fərqlənmirlər, eyni zamanda ali təbəqələr arasında isə kəskin fərqlər mövcuddur.

Sivilizasiyaların uğurlarından təkcə irqlər deyil, həm də hər bir irqin fərdləri, ən azı ali irqlərin fərdləri bəhrələnirlər, təbəqələşməyə can atırlar. Bərabərlik haqqında arzularımıza baxmayaraq, müasir sivilizasiyalar nəticə baxımından insanlara daha çox bərabərlik verməklə bağlı xəyalları doğrultmur, bunun əksi baş verir – onlar daha da fərqlənməyə başlayıblar.

Sivilizasiyaların ən başlıca nəticələrindən biri, bir tərəfdən, irqin təbəqələşməsi yolu ilə, mədəniyyətin yüksək pilləsinə gəlib çatan xalqın üzərinə qoyulan əqli əməyin günü-gündən artması, digər tərəfdən isə hər bir sivilizasiyalı xalqın təşkil olunduğu müxtəlif təbəqələşmənin durmadan daha da dərinləşməsi, dərəcələrə bölünməni bir qədər də sürətləndirir.

Əsl həqiqətdə sivilizasiyalı xalqların aşağı təbəqələri, müasir sənaye inkişafının gətirdiyi şəraiti, əməyi hədsiz dərəcədə ixtisaslaşdırdığına görə mühakimə edirlər, onlara görə bu, əqli qabiliyyətlərin yüksəlişinə yox, əksinə daha da məhdudlaşmasına gətirib çıxaracaq. Yüz il bundan əvvəl işçi hər hansı bir mexanizmi, məsələn, saatı, bütün xırda hissələrinə qədər düzəltməyi bacaran mahir usta idi.

Bu gün isə sadə manipulyasiya prosesi gedir: heç vaxt bu və ya digər, ayrı-ayrı hissələr istehsal edilmir, işçi bütün həyatı boyu hər hansı bir dəlik açmağa və yaxud eyni əşyanı cilalamağa məcbur edilir, nəticədə onun əqli yaxın zamanlarda tamamilə ölgünləşəcək. Kəşflər və rəqabət arasında sıxışdırılan sənayeçi və ya ona rəhbərlik edən mühəndis, əksinə, həmin sənayeçidən və ya yüz il əvvəlki mühəndisdən daha çox bilik ehtiyatı, güc, təşəbbüs və ixtiraçılıq qabiliyyəti toplamağa məcburdur.

Onun daim məşğul olan beyni qanunlara tabedir, oxşar halda onun bütün orqanları buna tabe olur: o, getdikcə daha çox inkişaf etməyə başlayır.

Tokvil aşağıda misal gətirilən sözlərlə sosial təbəqələrin mütərəqqi təbəqələşməsini çox aydın göstərmişdir, özü də sənayenin müasir zamandakı inkişaf pilləsindən hələ çox uzaq olduğu dövrdə… “Əməyin bölünmə prinsipi geniş tətbiq olunduqca, fəhlə daha zəif, məhdud və asılı olmağa başlayır. İncəsənət uğurlar qazanır, sənətkarlıq isə geriləyir. Sahibkar və işçi günlər ötdükcə bir-birindən daha çox fərqlənirlər”.

Müasir zamanda intellektual nöqteyi-nəzərdən sivilizasiyalı xalq pilləvarı piramidaya bənzəyir, onun alt hissəsi, təməli əhalinin qara kütləsi tərəfindən tutulub, orta pillələr – təhsilli təbəqə və ali pillələr, yəni piramidanın zirvəsi – az sayda ən yaxşı alimlər, ixtiraçılar, artistlər, yazıçılar tərəfindən mənimsənilib, əhalinin yerdə qalan hissəsi ilə müqayisədə sayları çox cüzidir, amma buna baxmayaraq, ölkənin sivilizasiya şkalasında səviyyəsini məhz, həmin azlıq müəyyənləşdirir. Yetər ki, o yoxa çıxsın, onunla eyni zamanda millətin əzəmətini təşkil edən hər bir şeyin yox olduğunu görə bilərsiniz.

“Əgər Fransa, – deyə Sen-Simon yazır, – özünün hər əlli nəfərdən bir alimini, fabrik sahibini, aqronomunu qəfildən itirsəydi, onda millət hissiz bədənə çevrilər, başsız qalardı. Amma əksinə bütün xidməti personalını itirsəydi, bu olay fransızları yalnız məyus edərdi, çünki onlar xeyirxah insandılar, lakin ümumilikdə ölkə üçün bu, çox kiçik itki olardı”.

Sivilizasiyaların uğurları ilə əhalinin təbəqələri arasında təbəqələşmə çox sürətlə artır, hətta həndəsi yüksəlişlə artmağa can atır. Beləliklə, əgər irsiyyətin məşhur təsiri onun qarşısına sədd çəkməsəydi, onda zaman keçdikcə hər hansı bir xalqın ali təbəqəsi aşağı təbəqədən əqli cəhətdən o qədər uzaqlaşardı ki, bu zəncinin ağ adam və ya hətta zəncinin meymunla arasında olan məsafə qədər olardı.

Lakin bir çox səbəblər sosial təbəqələrin bu, intellektual təbəqələşməsinə mane olur, onun daha da genişlənməsi, nəzəri cəhətdən mümkün olan sürətlə getməsinin qarşısını alır. Birincisi, əslində təbəqələşmə yalnız şüura yayılır, xarakterə çox az toxunur və ya heç toxunmur; biz isə bilirik ki, xalqların siyasi həyatında şüur deyil, xarakter əsas rol oynayır. İkincisi, indiki zamanda kütlələr öz təşkilatları və nizamintizamları ilə hər şeyə qadir bir qüvvəyə çevrilməyə səy göstərirlər.

İndi bəyan edilən bu, iki süni səbəbdən – çünki onlar sivilizasiyaların gətirdiyi şəraitdən ortaya çıxır və müxtəlifləşmək qabiliyyətinə malikdilər – başqa, daha mühüm olanı da var (çünki o, təbiətin məğlubedilməz qanunudur), həmişə millətin seçmə hissəsinin intellektual baxımdan aşağı təbəqələrdən kəskin sürətlə təbəqələşməsinə mane olur.

Sivilizasiyalarda eyni irqdən olan adamları daha da təbəqələşdirən süni şərtlərlə yanaşı, irsiyyətin möhkəm qanunları da mövcuddur və onlar açıq-aşkar, yuxarı pillədə duran fərdləri ya məhv etməyə, ya da ki orta təbəqəyə daxil etməyə səy göstərir.

Artıq qədim müşahidələr, irsiyyəti tədqiq edən bütün müəlliflərin əsərləri, təsdiq edir ki, ən məşhur ağıl sahibi olan ailələrin nəsilləri gec və ya tez onları məhv edən təmayülə, nəsil kəsilməsinə məruz qalır. Böyük intellektual üstünlük yalnız cırlaşmadan kənarda qalanlarda baş verə bilər. Əslində, sosial piramidanın təpəsi, yuxarıda ondan söz açmışdım, məhsuldar güclərini yalnız özlərindən aşağıda yerləşən elementlərdən əldə etmək şəraitində daim mövcud ola bilər.

Əgər bu qəbildən olan fərdlərin hamısını kimsəsiz adaya toplasalar, müxtəlif formalarda təsirlərə məruz qalmış və nəticə etibarilə tezliklə yox olmağa məhkum olunmuşlarla, çarpazlaşdırma yolu ilə irq yaratmaq olar. Böyük intellektual üstünlükləri, bağban tərəfindən mahiranə formada yaradılmış botaniki eybəcərliklərlə müqayisə etmək olar. Onları özbaşına buraxdıqda ya məhv olurlar, yaxud da növün orta tipinə doğru qayıdırlar, həmin tip yeganədir və ən qüdrətlidir, çünki o, əcdadlarının uzun bir sırasını təmsil edir.

Beləliklə, hər hansı bir irqin fərdləri əsrlər ərzində daha çox təbəqələşərək daim bu irqin orta tipinin ətrafında dövr edir, çünki uzun zaman ərzində ondan ayrı yaşamağa qabil deyil. Bu orta tipə, hansı ki, tədricən daha çox yüksəlir, məlum millətin böyük əksəriyyəti aiddir. Bu, əsas, ən qüdrətli tip, ən azından ali xalqlarda, məşhur zəka sahiblərindən ibarət çox incə təbəqə ilə örtülüb, bu isə özlüyündə sivilizasiya nöqteyi-nəzərindən əhəmiyyətlidir, lakin irq nöqteyi-nəzərincə heç bir əhəmiyyət daşımır.

Aramsız məhv olmaqla, o, orta təbəqənin hesabına durmadan bərpa olunur, biri dəyişikliyə uğrayır, amma çox aramla, çünki ən xırda dəyişikliklər belə, dayanıqlı olmaq üçün irsən, özü də eyni istiqamətdə uzun əsrlər boyunca toplanmalıdır. Əslində, mütərəqqi təbəqələşmə, bəzi irqlərin səviyyəsini tədricən yüksəldib, digərləri isə səviyyəcə yüksələ bilməyiblər – onlar ilə inkişaf edə bilməyən irqlər və xalqlar arasında dərin uçurum yaradıb – yüksək intellektual zəkalar tərəfindən deyil, orta təbəqə tərəfindən əldə olunur və yalnız irsən, mükəmməl surətdə toplanır (çünki dahilik nəsildən nəslə ötürülmür).

Hələ bir neçə il bundan əvvəl, bütünlüklə anatomik tədqiqatlara söykənərək, mən, bu cür ideyalara – bayaq yuxarıda fərdlər və irqlərin təbəqələşməsi xüsusunda izah etdiyim və indi bunu sübut etmək üçün onlara yalnız psixoloji dəlil kimi istinad etdiyim – gəlib çıxdım. Belə ki, iki üsulla aparılan tədqiqatlar bir, eyni cür oxşar nəticələrə gətirib çıxarır, mən ilk əsərimdən bəzi xülasələri burada xatırlatmağı özümə borc bilirəm. Həmin nəticələr müxtəlif irqlərə aid bir çox minlərlə qədim və müasir insan kəllələri üzərində aparılmış ölçmələrə əsaslanır. Budur, onlardan ən əhəmiyyətli olanları:

“Əgər ayrı-ayrı hadisələri bir kənara qoyub və diqqəti yalnız onların say çoxluğuna yönəltsək, belədə kəllənin həcmi və əqli qabiliyyətləri ilə sıx asılılıq olduğu tamamilə aydın olur. Lakin kəllələrin orta həcmi arasındakı bu xırda fərqlər, o əlamətləri təşkil etmirlər ki, onların vasitəsilə primitiv irqləri ali irqlərdən fərqləndirmək olsun, ən əhəmiyyətli fakt odur ki, ali irqdə inkişaf etmiş şüura malik şəxslərin sayı çoxdur, buna adekvat olaraq demək olar ki, primitiv irqlərdə belələrinə rast gəlinmir.

Beləliklə, irqlər öz aralarında xalq kütlələri ilə deyil, ayrı-ayrı yüksək nümayəndələri ilə fərqlənirlər. Müxtəlif xalqlarda kəllələrin həcmi arasındakı orta fərq, primitiv irqlər istisna olmaqla, heç vaxt elə də böyük olmur.

… İndiki və keçmiş zamanlarda yaşayan insan irqlərinin kəllələrini müqayisə etməklə, görmək olur ki, kəllələrin həcmində böyük fərdi fərqlər olan irqlər sivilizasiyanın daha ali pilləsində dururlar, belə demək olarsa, hansısa irq daha sivilizasiyalı olursa, onu təşkil edən fərdlərin kəllələri öz aralarında daha çox – fərqlənirlər. Bunun da nəticəsi odur ki, sivilizasiya bizlərini əqli bərabərliyə deyil, daha çox, daha artıq dərin bərabərsizliyə doğru aparır.

Anatomik və fizioloji bərabərlik yalnız inkişafın ən aşağı pilləsində duran irqlərin nümayəndələri arasında rast gəlinir. Hansısa vəhşi qəbilə üzvləri arasında, hamı özünü eyni məşğuliyyətə həsr edir, onların arasında fərq çox kiçikdir. Əksinə, leksikonunda üç yüzdən çox söz olmayan hansısa kəndli ilə alim arasında, müvafiq anlayışlarda onların söz ehtiyatı yüz minlərlədir, fərq çox böyükdür”.

Yuxarıda söylədiklərimə əlavə etməliyəm ki, sivilizasiyaların inkişafı nəticəsində meydana çıxan fərdlər arasında təbəqələşmə, cinslər arasında da baş verir. Primitiv xalqlarda və yaxud ali xalqların aşağı təbəqələrində kişi və qadın əqli nisbətdə bir- birinə çox yaxındılar. Lakin elə ki, xalqlar mədəniləşir, cinslər bir-birindən daha çox fərqlənməyə can atır.

Qadın və kişi kəlləsinin həcmi hətta eyni yaşda, eyni boyda və çəkidə olduqda belə, mədəniləşmənin yüksəlişi ilə aralarındakı fərqlər çox sürətlə artır. Primitiv irqlərdə bu fərqlər, çox zəif, ali irqlərdə isə çox böyük olur. Ali irqlərdə qadın kəllələri çox vaxt primitiv irqlərdəki qadın kəllələrindən bir az artıq inkişaf edir.

Bununla yanaşı, parisli qadının kəlləsinin orta həcmi, əgər kəlləni ən böyük, məşhur kəllələrlə yanaşı qoysalar, onun orta həcmi ən kiçik kəllələrin həcmindən heç nə ilə fərqlənmir, çinli və yaxud hətta Yeni Kaledoniyadan olan qadınların kəllələrinin həcminə yaxın olur”.

V fəsil
TARİXİ İRQLƏRİN TƏŞƏKKÜLÜ

Tarixi irqlər necə təşəkkül tapmışlar. – Müxtəlif irqlərə bir irqin təşəkkülü üçün qaynayıb-qarışmağa imkan yaradan şərait. – Öz aralarında bir-biri ilə toqquşan fərdlərin sayının, bərabərsizlik əlamətlərinin, mühitin və s. təsiri. – Çarpazlaşmanın nəticələri.

– Metislərdə növün böyük eniş səbəbləri. – Çarpazlaşmanın yaratdığı yeni psixoloji əlamətlərin dəyişkənliyi. – Bu əlamətlər necə möhkəmlənir. – Tarixin böhranlı mərhələləri. – Çarpazlaşma yeni irqlərin təşəkkülündə əhəmiyyətli amil rolunu oynayır və eyni zamanda sivilizasiyaların dağılmasında da güclü amil kimi çıxış edir. – Kastaların təsisinin əhəmiyyəti. – Mühitin təsiri.

– Çarpazlaşma əcdadlardan irsən keçən əlamətləri dağıtdığına görə mühit yalnız təşəkkül mərhələsində olan yeni irqlərə təsir göstərə bilir. – Mühit qədim irqlərə heç bir təsir göstərə bilmir. – Müxtəlif nümunələr. – Avropanın tarixi irqlərinin əksəriyyəti hələ təşəkkül mərhələsindədirlər. – Siyasi və sosial nəticələr.

– Tarixi irqlərin təşəkkül mərhələsi niyə çox tezliklə sona çatmalıdır

Artıq yuxarıda qeyd etmişdik ki, sivilizasiyalı xalqlar arasında indi əsl irqlərə daha rast gəlinmir, bu, sözün elmi mənasında, başa düşülməlidir, yalnız tarixi irqlərə rast gəlmək olur, onlar isə təsadüfi işğallar, mühacirət, siyasət və sair nəticəsində əmələ gəliblər ki, nəticə etibarilə, müxtəlif cür təşəkkül tapan adamların bir-birinə qarışmasından yaranıblar.

Bu müxtəlifcinsli irqlər necə qaynayıb-qarışır və ümumi psixoloji əlamətlərə sahib olmaqla, eyni tarixi irqi necə təşkil edirlər? Bu bizim yaxında toxunacağımız mövzu olacaq.

Hər şeydən əvvəl qeyd etməliyik ki, hər hansı bir olay nəticəsində ortaya çıxan elementlər, heç də həmişə bir-birinə qovuşmur. Avstriya hökmranlığı altında yaşayan almanlar, macarlar və slavyanlar tamamilə müxtəlif irqləri təşkil edirlər və heç vaxt onlarda qovuşmağa meyillilik özünü büruzə verməyib. İngilislərin hökmranlığı altında yaşayan irlandiyalı da onunla o qədər də qovuşa bilməyib.

İnkişafın ən aşağı pilləsində dayanan xalqlara gəldikdə, məsələn, hindilər, avstraliyalılar, tasmaniyalılar və sair onlar ali xalqlarla təkcə qovuşmurlar, həm də onlarla təmasdan sonra çox tezliklə qeyb olub gedirlər. Ali xalq ilə toqquşan istənilən primitiv xalq, tezliklə qeyb olmağa məhkumdur, yəni bu labüdlükdür.

İrqlərin qovuşması az və ya çox dərəcədə bircinsli yeni irqin formalaşması üçün bir çox şərtlər lazımdır.

Bu şərtlərdən birincisi ondan ibarətdir ki, çarpazlaşdırılan irqlərin əhalisinin say fərqi elə də çox olmasın; ikincisi – onlar əlamətləri ilə bir-birindən o qədər də kəskin fərqlənməsinlər; üçüncüsü – onlar uzun zaman ərzində eyni mühitin təsirinə məruz qalsınlar.

Hazırda misal çəkdiyim şərtlər arasında ən əhəmiyyətlisi birinci şərtdir. Çoxsaylı zənci qəbilələri arasında məskunlaşmış ağ adamlardan ibarət azsaylı əhali, adətən, bir neçə nəsildən sonra yoxa çıxır və özündən sonra gələn nəslin qanında heç bir iz – qoymurlar. Həddən artıq çoxsaylı xalqları fəth edən bütün qaliblər bax, bu cür yox olub getmişlər. Onlar orada mədəniyyətlərini, incəsənətlərini və öz dillərini saxlaya biliblər; amma öz qanlarını heç vaxt qoruyub saxlaya bilməmişlər.

Şərtlərdən ikincisi də böyük əhəmiyyət daşıyır. Şübhəsiz ki, bir-birindən kəskin fərqlənən irqlər, məsələn, ağlar və zəncilər, qovuşa bilərlər, lakin onlardan doğulan metislər, özlərinin aid olduqları irqdən daha aşağı irqi formalaşdırırlar, sivilizasiyanı nəinki tamamilə yaratmaq, hətta dəstəkləmək qabiliyyətində belə olmurlar.

Əks tərəfdən gələn irsilik onların əxlaq və xarakterini pozur. Metislər təsadüfən (San – Dominqoda olduğu kimi) ali mədəniyyəti irsən qəbul edəndə isə bu sivilizasiya çox tezliklə acınacaqlı vəziyyətə düşür. Çarpazlaşma yalnız ali, bir-birinə yaxın irqlər arasında, məsələn, amerikalı ingilisləri və almanları, mütərəqqiliyin elementinə çevrilə bilər. Lakin onlar həmişə cırlaşmanın elementlərini təşkil edirlər, o vaxt ki, bu irqlər, hətta ali irq olsalar belə, öz aralarında kəskin fərqlənirlər.

Çoxlu sayda metis əhalidən ibarət ölkələr, əgər həmin ölkələri dəmir əl idarə etmirsə, təkcə elə bu səbəbdən daimi anarxiyaya məhkumdular. Braziliya bu cür taleyə məhkumdur. Bu ölkədə ağların sayı əhalinin üçdə birinə bərabərdir. Yerdə qalan əhalini zəncilər və mulatlar təşkil edir. Məşhur Aqassis tam əsasla deyir ki, “Braziliyada olmaq kifayətdir ki, çarpazlaşmanın nəticəsi kimi ortaya çıxan nəslin cırlaşmasını fakt kimi etiraf edəsən, bu ölkədə çarpazlaşma digər yerlərə nisbətən daha böyük ölçülərdə gedib.

Bu çarpazlaşma, – o deyir, – qohumların ən yaxşı irqi keyfiyyətlərini hamarlayır, onun zənci, hindi və ya avropalı olmasından asılı olmayaraq, təsvir edilə bilməyəcək bir tip istehsal edir ki, həmin tipdə fiziki və ruhi enerji çox zəifləyib”.

İki xalqı çarpazlaşdırmaq – deməli, bir dəfəyə onun həm fiziki, həm də ruhi xüsusiyyətlərini dəyişdirmək deməkdir. Bununla belə, çarpazlaşdırma hər hansı bir xalqın xarakterini əsaslı şəkildə dəyişdirmək üçün bizim malik olduğumuz yeganə düzgün vasitədir. Belə ki, yalnız bir irsiyyət o qədər güclüdür ki, onunla mübarizəyə qalxa biləsən. Onlar zamanla, yeni fiziki və psixoloji əlamətlərə malik təzə irqin təşəkkülünə imkan verirlər.

Bu minvalla, yaradılmış əlamətlər, başlanğıcda dayanıqsız və zəif olurlar. Onların möhkəmləndirilməsi üçün həmişə sürəkli irsi yığım çox vacibdir. Müxtəlif irqlər arasında çarpazlaşdırmanın ilk təsiri, nəticə etibarilə, həmin irqlərin ruhunu məhv edir, yəni, ümumi ideya və hislərin məcmusunu, xalqların gücünü təşkil edirlər və bunsuz nə millət, nə də vətən yaşaya bilir.

Bu, irqin tarixində böhranlı mərhələdir, bütün irqlərin keçdiyi ilk təcrübə və yoldan azma dövrüdür, çünki bir avropalı xalq belə tapa bilməzsən ki, digər xalqların qalıqlarından yaranmış olsun. Bu, hələ ki, yeni psixoloji əlamətlər möhkəmlənmədiyinə görə, indiyədək davam edən, bütünlüklə daxili çəkişmələr və müxtəlif gözlənilməzliklər dövrüdür.

Yuxarıda deyilənlər bizə göstərir ki, çarpazlaşmaya eyni vaxtda yeni irqlərin təşəkkülünün başlıca elementi və qədim irqlərin məhvinin güclü faktoru kimi baxmaq lazımdır. Sivilizasiyanın ən yüksək pilləsinə yüksələn bütün xalqlar, gəlmələrlə qarışmaqdan ciddi-cəhdlə qaçmağa çalışıblar və bu cür davranışın tamamilə əsaslı olduğu şübhə belə, doğurmur.

Son dərəcə fövqəladə bir kasta quruluşu olmadan 3000 il bundan əvvəl Hindistanı fəth edən bir ovuc ari çox tezliklə onu hər tərəfdən əhatə edən çoxsaylı qara qəbilələr tərəfindən udulardı və bu böyük yarımada mühitində heç bir mədəniyyət yaranmazdı.

Əgər ingilislər bizim günlərdə təcrübədə həmin sistemi qoruyub saxlamasaydılar və yerlilərlə çarpazlaşsaydılar, onda nəhəng Hindistan imperiyası onlardan çoxdan qurtulmuş olardı. Xalqlar çox şeyi itirə, müxtəlif faciələrlə üzləşə bilərlər, amma yenə də ayağa qalxmaq iqtidarında olurlar. Lakin əgər xalq ruhunu itirərsə, onda o heç vaxt dikələ bilməz.

Tənəzzül dövrünü yaşayan sivilizasiyalar işğalçıların asan qənimətinə çevrilirlər, çarpazlaşma əvvəlcə dağıdıcı rol oynayır, sonra isə qurucu, elə indi bu haqda danışdım. Onlar qədim sivilizasiyaları məhv edirlər, çünki xalqın malik olduğu ruhu puç edirlər. Onlar yeni sivilizasiyanın təşəkkülünə imkan verirlər. Belə ki, irqlərin toqquşması nəticəsində köhnə psixoloji əlamətlər məhv edilib və mövcudolma ilə bağlı yeni şərtlərin əsasında çox tezliklə yeni əlamətlər formalaşacaq.

Yalnız formalaşma mərhələsində olan irqlərdə irsən keçmiş cizgilər, irsiyyətin əks fəaliyyətləri onları darmadağın edir, bu bölümdə xatırladılan amillərdən ən axırıncısı, mühitin təsiri ortaya çıxır. Qədim irqlərə zəif təsir edə bilən həmin amillər, yeni irqlərə çox güclü təsirə malikdilər.

Çarpazlaşma əcdadlardan irsən keçmiş psixoloji əlamətləri məhv edərək, bir növ tabula rasa (tabula rasa, insan beyninin başlanğıcda “boş bir lövhə” olduğunu qabardan fəlsəfi görüş) yaradır, mühitin əsrlər boyunca davam edən təsiri nəticəsində, sonucda yeni psixoloji əlamətlər formalaşdırır və tədricən onları möhkəmləndirir. Yalnız və yalnız onda hesab etmək olar ki, yeni tarixi irq təşəkkül tapıb. Fransız irqi bu cür yaranıb.

Mühitin həm fiziki, həm də mənəvi təsirinin şəraitə uyğun olaraq, ya çox güclü, yaxud əksinə çox zəif olması buradan aydın olur və elə bununla izah etmək mümkündür ki, onların təsiri niyə bu xüsusda ən zidd rəylərdə özünü büruzə verir. Biz elə indicə yaranmaq mərhələsində olan irqlərə həmin təsirlərin çox güclü olduğunu görə bildik. Lakin lap əvvəldən irsən möhkəm oturuşmuş qədim irqlərə baxsaq, onda demək olar ki, mühitin təsiri, əksinə sıfıra bərabərdir.

Mənəvi mühitə nisbətdə: onun təsirinin çox əhəmiyyətsiz olduğuna dair sübutumuz var, məsələn, Qərb sivilizasiyaları Şərq xalqlarına təsir göstərməkdə acizdilər, hətta bir neçə nəsil ərzində qaynayıb-qarışsalar belə, buna Birləşmiş Ştatlarda yaşayan çinliləri nümunə göstərə bilərik. Fiziki mühit üçün biz onun hökmünün, mühitə uyğunlaşmanın çətinliyi üzündən çox zəif olduğunu etiraf edə bilərik.

Özündən əvvəlkindən tamamilə fərqlənən yeni mühitə daşınan qədim irq – fərqi yoxdur, burada söhbət insan, heyvan və ya bitkidən gedir – dəyişilməkdən daha çox məhv olmağa məhkumdur. Ardıcıl olaraq onlarla müxtəlif xalqlar tərəfindən zəbt edilən Misir, həmişə onlar üçün məzar olub. Həmin xalqlardan heç biri yeni iqlimə uyğunlaşa bilməyib. Yunanlar, romalılar, farslar, ərəblər, türklər və s. öz qanlarının izlərini heç vaxt orada saxlaya bilməmişlər.

Orada rast gəlinən yeganə tip, cizgiləri ilə dəyişməz qalan həmin fəllahdır – misirli rəssamlar onu yeddi min il bundan əvvəl firon sərdabələrində və saraylarında naxışlarla həkk ediblər.

Avropanın tarixi xalqlarının əksəriyyəti hələ yaranma ərəfəsindədirlər və bu faktın özü, tarixi başa düşmək üçün çox mühümdür. Yalnız bir tək müasir ingilis, özlüyündə tam müəyyənləşmiş mükəmməl irqi təmsil edir. Yeni, olduqca birnövlü tipi yaratmaq üçün ona qədim bretan, anqlosaks və normandiyalı qarışıb. Fransada isə əksinə, provanslı bretandan, overntsdən və normandiyalıdan tamamilə fərqlənir.

Baxmayaraq ki, hələ fransızın orta tipi mövcud deyil, ən azı məlum vilayətlərin orta tipləri mövcuddur. Təəssüflər olsun ki, həmin tiplər, ideya və xarakterlərinə görə kəskin fərqlənirlər. Buna görə, onların hamısı üçün eyni dərəcədə faydalı ola bilən təsisatlar tapmaq çətindir. Onların hisləri və dinləri arasında olan dərin fərqlər və buradan qaynaqlanan siyasi çevrilişlər başlıca olaraq, ruhi xüsusiyyətlərlə bağlı fərqlər üzərində dayanır, gələcəkdə onları aradan qaldırmaq mümkün ola biləcək.

Nə vaxt ki, şərait müxtəlif irqləri eyni ərazidə birgə yaşamağa məcbur edib, həmişə belə olub. Bir-birilə təmasda olan irqlər nə qədər fərqli olublarsa, çəkişmə və daxili müharibələr də həmişə intensivliyi ilə seçilib. Aralarındakı uyğunsuzluq ifrat həddə olduqda, onları eyni təsisatlar, eyni qanunlar altında yaşamağa məcbur etmək tamamilə mümkünsüz olur. Müxtəlif irqlərdən təşəkkül tapan böyük imperiyaların tarixi həmişə eyniyyət təşkil edib.

Onlar çox vaxt öz baniləri ilə birlikdə qeyb olublar. Müasir millətlərdən yalnız hollandlara və ingilislərə özlərindən tamamilə fərqlənən asiya xalqlarını əsarətləri altına almaq nəsib olub, çünki onlar bu xalqların adət və ənənələrinə, qanunlarına hörmətlə yanaşmağı bacarıblar, onlara əslində özünüidarəetmə imkanı veriblər və vergi yığımı, ticari əlaqələr və sülhün qorunması işlərində öz iştiraklarını isə məhdudlaşdırıblar.

Bu nadir istisnaları çıxmaq şərti ilə bir-birinə uyğun gəlməyən xalqları birləşdirən bütün böyük imperiyalar, yalnız zor gücünə yaradıla bilər və elə güc yolu ilə də məhvə məhkumdular.

Millətin təşəkkülü və uzun müddət yaşaması üçün onun, aramla, bir-birindən elə də kəskin fərqlənməyən, daim öz aralarında çarpazlaşan, eyni ərazidə yaşayan, eyni mühitin təsiri altında olan, eyni təsisatlar və eyni dinə malik olan irqlərin tədricən bir- birinə qarışması lazımdır. Bu müxtəlif irqlər yalnız o zaman, bir neçə əsrdən sonra yekcins milləti formalaşdıra bilərlər.

Dünya qocaldıqca irqlər daha çox dayanıqlı olur və onların bir-birinə qarışması yolu ilə dəyişməsi çox nadir hallarda baş verə bilir. Dünya yaşa dolduqca, bəşəriyyət hiss edir ki, irsi yük necə də ağırlaşır və dəyişikliyin baş verməsi getdikcə çətinləşir. Avropaya gəldikdə, demək mümkündür ki, onun üçün tarixi irqlərin formalaşması erası yaxın vaxtlarda başa çatacaq.
İkinci bölmə
İRQLƏRİN PSİXOLOJİ ƏLAMƏTLƏRİ SİVİLİZASİYALARIN MÜXTƏLİF ÜNSÜRLƏRİNDƏ NECƏ AŞKAR OLUNUR
I fəsil
XALQLARIN TARİXİ XARAKTERİN NƏTİCƏSİ KİMİ

Xalqın tarixi həmişə onların ruhi xarakterinin nəticəsi olaraq ortaya çıxır. – Müxtəlif nümunələr. – Fransanın siyasi təsisatları irqin xarakterindən doğur. – Onların həqiqi dəyişməzliyi zahirən görünən dəyişkənlikdir. – Bizim ən fərqli siyasi partiyalarımız müxtəlif cür adlansalar da eyni siyasi məqsədlər güdürlər. – Mərkəzləşmə və şəxsi təşəbbüslərin aradan qalxması, dövlətin xeyrinədir. – Fransız inqilabı qədim monarxiyanın proqramını necə yerinə yetirdi.

– Anqlosakson irqi və latın idealı arasında ziddiyyət. Vətəndaş təşəbbüsünün dövlət təşəbbüsü ilə əvəz olunması. – Məlum əsərdə izah olunmuş prinsiplərin Şimali Amerika Birləşmiş Ştatlarının və ispan-amerikan respublikalarının inkişafının müqayisəli öyrənilməsində tətbiqi. – Eyni siyasi təsisatlara baxmayaraq, birilərinin çiçəklənməsi və digərlərinin isə tənəzzülünün səbəbləri. – İdarəçilik formaları və təsisatlar xalqların taleyinə çox zəif təsir göstərirlər. – Bu tale, başlıca olaraq onların xarakterindən asılı olaraq ortaya çıxır.

Tarixə, özünün başlıca xüsusiyyətləri ilə irqin əsas psixoloji ardıcıllığının istehsal etdiyi nəticələrin sadə ifadəsi kimi baxmaq olar. O, həmin ardıcıllıqdan doğur, lap balıqların nəfəsalma orqanlarının sudakı həyatında nəfəsalma orqanları kimi. Xalqın ruhi xüsusiyyətlərini öncədən bilməyəndə, onun tarixi yalnız təsadüflər tərəfindən idarə olunan hansısa hadisələrin hərc-mərcliyi kimi nəzərə çarpır.

Əksinə, xalqın ruhu bəlli olanda, onun həyatı bizə psixoloji əlamətlərin nəticəsi kimi düzgün və qədərlənmiş kimi görünür. Millətin həyatının özünü büruzə verən bütün təzahürlərində həmişə görürük ki, irqin dəyişilməz ruhu öz taleyini özü – müəyyənləşdirir.

Xüsusilə də siyasi təsisatlarda irqin ruhunun ali hakimiyyəti daha aşkar nəzərə çarpır. Bunu bir neçə nümunə ilə asanlıqla sübut edə bilərik.

Öncə daha çox köklü çevrilişlərə məruz qalmış, dünyanın ən önəmli ölkələrindən biri olan Fransanı götürək, orada bir neçə il ərzində təsisatlar köklü şəkildə elə dəyişikliyə uğrayıblar ki, partiyalar yalnız fərqli deyil, həm də öz aralarında bir-birləri ilə tamamilə uyuşmaz kimi nəzərə çarpırlar. Lakin əgər biz psixoloji nöqteyi-nəzərdən baxsaq, etiraf etməliyik ki, bu cür uyuşmaz, bir-birləri ilə daima mübarizə aparan partiyalar, həqiqətdə onların irqinin idealını dəqiq təmsil edən tamamilə eyni ümumi fondlara malikdilər.

Barışmaz radikallar, monarxiyaçılar, sosialistlər, bir sözlə, fərqli yarlıqlar altında, tamamilə eyni məqsəd güdən müxtəlif doktrinaları həyata keçirirlər: şəxsiyyətlərin dövlət tərəfindən udulması. Onların hər birinin qızğıncasına istədikləri nədir – bu, əski mərkəzçi və sezarçı rejimdir, hamını idarə edən, hər şeyi tənzimləyən, hər şeyi mənimsəyən, vətəndaşların həyatında ən kiçik xırdalıqlara qədər hər şeyi nizama salan və onları düşünmək və ən kiçik təşəbbüs irəli sürməkdən belə, məhrum etmək.

Dövlətin başında duran hakimiyyət, necə adlanmasından asılı olmayaraq, istər kral, imperator, prezident, kommuna, fəhlə sindikatı və ya başqa cür, adlansın, bütün hallarda hakimiyyətdir və mütləq, eyni ideala malik olacaq və həmin ideal da irqi ruhun hissiyyat təzahürüdür. O, başqa nəyəsə imkan verməz.

“Fransanın fövqəladə dahiliyi budur, – çox dərin müşahidəçi olan Düpon Uayt yazırdı, – əgər, öz hökuməti tərəfindən dəstəklənməzsə və təşviq olunmazsa, onda o, zinət əşyaları və yaxud hətta mədəniyyətlə bağlı bəzi əhəmiyyətli və arzulanan şeylərlə belə ayaqlaşa bilməzdi”.

Beləliklə, ekstremal əsəbiliyimiz, mövcud narazılığa olan meyllənməyimiz, o ideyadan irəli gəlir ki, yeni hökumət taleyimizi daha xoşbəxt edə biləcək, bunun nəticəsi də olaraq biz fasiləsiz şəkildə öz təsisatlarımızı dəyişirik, ölmüş əcdadlarımızın ulu səsi isə bizləri yalnız sözləri və zahirimizi dəyişdirdiyimizə görə mühakimə edir. rqimizin ruhlarının qeyri-iradi hökmü o dərəcədə güclüdür ki, biz hətta qurbanına çevrildiyimiz illüziyaların fərqinə belə varmırıq.

Əgər yalnız zahirə diqqət yetirilirsə, onda, əlbəttə ki, başqa bir rejimi təsəvvür etmək çox çətindir, hansı ki, belə olmasaydı, böyük inqilabımız nəticəsində yaranan hakimiyyət köhnəsindən daha kəskin fərqlənərdi. Amma əslində buna da şübhə etmək olmur, çünki o, yalnız krallıq ənənələrini davam etdirir, monarxiya tərəfindən bir neçə əsr əvvəl başladılmış mərkəzləşdirmə işini başa çatdırır.

Əgər XIII və XIV Lüdoviklər inqilab işini mühakimə etmək üçün qəbirlərindən çıxsaydılar, inqilab zamanı müşayiət olunan hadisələr zamanı bəzi zorakılıqlara yol verildiyini qınayardılar, lakin onlar da baş verənlərə qəti şəkildə ənənələr və proqramlar çərçivəsində baxardılar və etiraf edərdilər ki, həmin proqramın icrası hər hansı bir nazirə tapşırılsaydı, o, bundan daha yaxşı yerinə yetirə bilməzdi.

Deyərdilər ki, Fransanın indiyədək tanıdığı hökumətlərdən inqilabiliyi ilə ən az fərqlənəni, elə inqilab hökumətidir. Bundan əlavə təsdiq edərdilər ki, yüzillik ərzində Fransada bir- birini əvəz etmiş müxtəlif rejimlər, bu məsələyə toxunmağa cəhd göstərməyiblər: bu, o dərəcədə düzgün inkişafın bəhrəsidir ki, monarxiya idealının davamı və irqin dahiliyinin təzahürüdür.

Şübhəsiz, bu, o dünyadan gəlmə məşhurlar, böyük təcrübələrindən çıxış edərək, bəzi tənqidi qeydlər edə bilərlər və bəlkə də “yeni quruluşun” hökumətdə aristokratik kastanı, bürokratik kasta ilə əvəz etdiyinə, həmin bürokratik kastanın dövlət içində köhnə aristokratiyanın hakimiyyətindən də simasız hakimiyyətə yiyələndiyinə diqqət yetirə bilərdilər.

Çünki yalnız bürokratiya siyasi dəyişikliklərdən yan ötməklə, hökmən dövlətdə yeganə hökmranlığa aparıb çıxaran, ənənələrə, korporativ üsul, məsuliyyətsizlik, dəyişilməzlik və sair kimi bir sıra şərtlərə malikdir. Bununla belə, güman edirəm ki, onlar buna elə də kəskin etiraz etməzdilər, latın xalqlarının azadlığın qayğısına az, bərabərliyin isə daha çox qaldıqlarını diqqətə alaraq, onların istənilən despotizmi – ən azı bu despotizm simasız olsun – çox asanlıqla həzm etdiklərini bilirdilər.

Ola bilsin ki, onlar saysız-hesabsız qətnamələri, hazırda həyatı ən xırdalıqlarına qədər əhatə edən həmin minlərlə yolu lazımsız və çox qəddar hesab edərdilər və diqqəti daha çox bir şeyə yönəldərdilər. Əgər dövlət hər şeyi öz əlinə alarsa, hər şeyə məhdudiyyətlər tətbiq edib, vətəndaşları istənilən təşəbbüsdən məhrum edərsə, onda biz könüllü formada, heç bir yeni inqilab baş vermədən, sözün əsl mənasında, sosializmə düşəcəyik.

Lakin onda yuxarı “mühiti” nurlandıran ilahi işıq və yaxud onun çatışmazlıqlarını bizlərə anladan riyazi dərketmə, yəni, nəticə həndəsi inkişaf etdikcə, həmin səbəblər hələ də fəaliyyət göstərir, bu isə onlara sosializmin monarxiya ideyalarının ifrat təzahürü olduğunu, inqilabın isə bunun üçün sürətləndirici faza rolunu oynadığını başa düşməyə imkan verir.

Beləliklə, istənilən xalqın təsisatlarında biz, bu əsərin başlanğıcında misal gətirdiyimiz təsadüfi səbəbləri və daimi qanunları, hansılar ki, müəyyən etməyə cəhd etmişdik, eyni vaxtda görə bilirik. Təsadüfi səbəblər yalnız adı və zahiri görünüşü yaradır. Əsas qanunlar isə xalqın xarakterindən axıb gəlir və millətin taleyini müəyyən edir.

Yuxarıda təqdim etdiyimiz nümunəyə qarşı digər irqi – ingilisi qoya bilərik, onun psixoloji xüsusiyyətləri fransızdan tamamilə fərqlənir.

Elə bircə bu fakta görə onun təsisatları fransızlarda olduğundan kökündən fərqlənir.

İngilislər, hakimiyyətdə kimin, İngiltərədə olduğu kimi monarxın və ya Birləşmiş Ştatlarda olduğu kimi prezidentin olmasından asılı olmayaraq, onların idarəetmə sistemi eyni əsas əlamətlərə malik olacaq: dövlətin fəaliyyəti minimuma qədər azaldılacaq, xüsusi şəxslərin fəaliyyəti isə maksimuma qədər artırılacaq, bu isə latın idealının tam əksidir. Limanlar, kanallar, dəmiryolları, təhsil müəssisələri həmişə şəxsi təşəbbüslər nəticəsində yaradılacaq və dəstəklənəcək, lakin bu heç vaxt dövlətin təşəbbüsü ilə olmayacaq.

Nə inqilab, nə konstitusiya, nə də despotlar hansısa xalqa onların malik olduğu xarakterin keyfiyyətlərini verə bilməz və yaxud keyfiyyətlərindən irəli gələn təsisatlarını da ondan ala bilməz. O fikir, yəni hər bir xalq layiq olduğu hakimiyyət formasını haqq edir, düşüncəsi dəfələrlə təkrar edilir. Onun başqa bir hakimiyyət formasına malik ola biləcəyini çətin ağla gətirmək olar.

Əvvəlki qısa mühakimələr də göstərdi ki, xalqın təsisatları onun ruhunun təzahürüdür və zahirən bunu dəyişdirmək onun üçün nə qədər asandırsa, əsaslarını dəyişdirmək mümkün deyil. Biz indi hansısa xalqın ruhunun, onun taleyini hansı dərəcəyədək idarə etdiyini və təsisatların onun taleyində çox kiçik rol oynadığını daha aydın misallarla göstərəcəyik.

Bu örnəkləri mən bir ölkədən gətirirəm, çiyin-çiyinə eyni mühit şəraitində iki avropalı irq yaşayır, onlar eyni dərəcədə sivilizasiyalı və inkişaf etmiş irqlərdir, yalnız xarakterlərinə görə bir-birlərindən fərqlənirlər: Amerika haqqında söz açmaq istəyirəm. O, bir-birilə bərzəxlə birləşmiş, iki ayrı-ayrı materikdən ibarətdir. Hər iki materik böyüklüyünə görə bir-birinə bərabərdir, mühit də demək olar ki, eynidir. Onlardan biri ingilislər tərəfindən ələ keçirilib və ingilis irqi tərəfindən məskunlaşıb, digəri isə ispanlar tərəfindən.

Bu iki irq eyni, respublika quruluşlu, konstitusiyalı idarəçilik sistemi altında yaşayırlar, Cənubi Amerikanın bütün respublikaları öz konstitusiyalarını Birləşmiş Ştatların konstitusiyasından köçürüblər. Beləliklə, həmin xalqların fərqli talelərə malik olmasını izah etmək üçün əlimizdə irqi müxtəliflikdən başqa heç nə yoxdur. İndi həmin fərqlərin səbəblərini araşdırmağa çalışaq.

Öncə Birləşmiş Ştatları məskunlaşdırmış anqlosakson irqinin əlamətlərini bir neçə sözlə yekunlaşdıraq. Dünyada bu irqin nümayəndələri qədər daha çox eynicinsli və daha çox təyin olunan ruhi xüsusiyyətlərə malik olan ikinci bir irq tapmaq mümkün deyil.

Bu, nöqteyi-nəzərdən xarakterin həmin ruhi xüsusiyyətlərinin üstünlük təşkil edən əlamətləri bunlardır: iradə ehtiyatı, buna çox az xalqlar malikdir, (yalnız romalılar istisna oluna bilər) qarşısıalınmaz enerji, olduqca böyük təşəbbüskarlıq, mütləq soyuqqanlılıq, müstəqillik hissi, ifrat dərəcədə ünsiyyətsizlik, güclü fəaliyyət, əbədiyaşar dini hislər, olduqca möhkəm əxlaq və borc haqqında (vəzifə) aydın təsəvvür.

ntellektual nöqteyi-nəzərdən, həmin xüsusi əlamətləri, digər sivilizasiyalarda tapmaq mümkün deyil, xüsusi xarakterizə etmək çox çətindir. Yalnız unudulmaqda olan şeylərin əməli və müsbət tərəflərini əhatə etməyə imkan verən sağlam düşüncəni qeyd etmək olar və həyata keçməz zərifliklərlə özünü aldatmaq lazım deyil; bir də faktlara olduqca fəal və ümumi ideya və dini ənənələrə mülayim-sakit münasibəti.

Bu ümumi xarakteristikaya, həyat yolu tamamilə aydın olan və daha yaxşısını seçməyi güman belə etməyən insanın həmin bütöv nikbinliyini də, əlavə etmək lazımdır. O, vətənin, ailəsinin və dinin özündən nə tələb etdiyini həmişə yaxşı bilir. Bu nikbinlik onda o dərəcəyə yüksəlib ki, bütün yad şeylərə nifrətlə baxır.

Əcnəbilərə və onların ənənələrinə bu cür nifrət İngiltərədə o dərəcədə ifrat həddə yüksəlib ki, bir vaxtlar ən böyük yüksəliş dövrünü yaşayan romalıların barbaralara olan nifrəti qədər. Bu isə ondan ibarətdir ki, əcnəbiyə münasibətdə hər cür əxlaqi qayda yoxa çıxır. Bir nəfər də olsun ingilis siyasətçisi tapa bilməzsən ki, həmin hərəkəti digər millətlərə münasibətdə qanuni hesab etməsin, əgər o əməllər öz həmvətənlərinə qarşı tətbiq olunsaydı, o zaman bu onlarda, ən dərin və ümumi hiddət kimi riskə gətirib çıxarardı.

Şübhəsiz, əcnəbiyə qarşı olan bu nifrət, fəlsəfi nöqteyi-nəzərdən, çox rəzil xüsusiyyətlərdən doğan hislərdir; lakin xalqın rifahı nöqteyi-nəzərindən, bu, çox faydalıdır. İngilis generalı Uolslinin düzgün olaraq qeyd etdiyi kimi, bu, İngiltərənin gücünü yaradan keyfiyyətlərindən biridir. İngiltərəni materiklə əlaqəsini asanlaşdıran La-Manş boğazı altından tikilməsi nəzərdə tutulan tunelin çəkilməsinə olan etirazı bir nəfər çox uğurla izah etmişdi (özü də əsaslı olaraq), ingilislər də, çinlilər kimi, yad təsirlərin onlara gəlib çatmaması üçün bütün səylərini ortaya qoyublar. Yeri gəlmişkən, amma həmin etirazlara baxmayaraq, bu tunel artıq çəkilib və neçə illərdir fəaliyyət də göstərir.

Tərəfimizdən elə indi qeyd olunan bütün əlamətləri müxtəlif ictimai təbəqələrdə axtarıb tapmaq olar; ingilis sivilizasiyasının bir elementini də tapa bilməzsən ki, nədəsə öz dərin izlərini qoymamış olsun. Məgər İngiltərəni ilk dəfə ziyarət edən istənilən əcnəbini bu, həmin andaca heyrətləndirmirmi?

Ən təvazökar işçinin sərbəst həyatla bağlı tələbatı üçün daxmanı seçməsini, əcnəbi o saat müşahidə edə bilər – düzdür, həmin daxma darısqaldır, lakin hər cür məcburiyyətdən müdafiə olunub və qonşuluqdan da təcriddədir; ən çox ziyarət olunan vağzallarda, kütlə fasiləsiz olaraq hərəkətdədir – lap maneə arxasında olan və ora-bura sürülən qoyun sürüsü kimi – jandarm tərəfindən mühafizə edilirlər, elə bil, insanların təhlükəsizliyini yalnız güc vasitəsilə təmin etmək olar, bir-birini əzməmək üçün lazım olan diqqət və qabiliyyət payı sanki onların özlərində yoxdur.

O, irqin enerjisini həm gərgin işləyən işçi əməyində, həm də təhsildəki əzmkarlığında tapa biləcək, kiçik yaşlarından özünü təkbaşına idarə etməyə öyrənir, artıq bilir ki, həyatda onun taleyi ilə bağlı özündən başqa heç kim məşğul olmayacaq; professorlarda elmə olduqca mötədillik var, amma xarakterin yaranması üçün güclü diqqət olmalıdır, onlar bunu dünyanı hərəkətə gətirən ən güclü mühərrik hesab edirlər.

İngiltərə kraliçası tərəfindən Vellinqton Kollecində hər il verilən mükafatın təqdim olunması ilə bağlı şərtləri müəyyən etmək üçün vəkil edilmiş şahzadə Albert belə qərara gəlib ki, mükafat elmdə daha böyük uğurlar qazanmış tələbəyə deyil, daha yüksək xarakterə malik gəncə təqdim ediləcək. Bütün təhsilimiz (bizlər bunu ali təhsil hesab edirik) nəticə etibarilə, gəncləri mühazirələri təkrar danışmağa məcbur etməkdən ibarətdir. Bunun nəticəsində də həmin vərdişə o dərəcədə adət edilir ki, onlar çoxdan əzbərlənmişləri həyatlarının bütün qalan hissəsi boyu təkrarlayırlar.

Vətəndaşın ictimai həyatın nüfuz edəndə, o, görür ki, əgər kəndə hansısa mənbəni yaxşılaşdırmaq lazımdırsa, dəniz limanı və yaxud dəmiryolu inşa etmək üçün həmişə dövlətə deyil, şəxsi təşəbbüslərinə müraciət edirlər. Müşahidələrini davam etdirməklə, o, çox tezliklə öyrənir – tək bu xalq, çatışmazlıqlara baxmayaraq, onu əcnəbilər üçün ən dözülməz millətə çevirib – həqiqətən, ən azad xalqdır, çünki yalnız tək o, özünüidarə mədəniyyətinə yiyələnib və hökumət üçün hakimiyyət fəaliyyətini minimuma endirməyə nail olub.

Tarixə nəzər salanda görürsən ki, məhz o, ilk olaraq hər cür qaydalardan, hökmranlıqdan – həm kilsənin, həm də avtokratların – azad ola bilib. Artıq XV əsrdə Forteskyü latın xalqlarının irsi olan Roma qanunlarına qarşı ingilis qanunlarını qoydu: “Onlardan biri avtokratizmin məhsulu olub, bütünlüklə şəxsiyyətin qurban verilməsinə əsaslanır; digəri – ümumi iradəyə söykənir və həmişə şəxsiyyəti müdafiə etməyə hazırdır”.

Bu cür xalq dünyanın istənilən yerinə məskunlaşarsa belə, o, dərhal ağalıq edəcək və güclü imperiyaların əsasını qoyacaq. Əgər onlar tərəfindən əsarət altına alınmış irq, məsələn, Amerikada qırmızıdərililər (hindilər) həddən çox zəifdilər, lakin kifayət qədər faydalı deyillər, onda həmin irq sistemli olaraq məhv ediləcək. Lakin əgər əsarət altına alınmış irq, məsələn, Hindistan xalqları məhv edilmək üçün həddən artıq çoxsaylıdılar və yeri gəlmişkən, məhsuldar əmək gətirmək üçün çox sərt vassal asılılığı vəziyyətinə salınmışlar və öz ağaları üçün çalışmağa son dərəcə vadar olunublar.

Xüsusilə Amerika kimi yeni ölkə də, öz varlığı üçün yalnız ingilis irqinin ruhi xüsusiyyətlərinə borcludur, həmin fövqəladə uğurları izləmək mümkündür. Mədəniyyəti olmayan, az qala bir qədər vəhşi səviyyədə olan əhali yaşayan bir ölkədə məskunlaşan ingilislər, arxalanmaq üçün özlərindən qeyri kimsə olmadığı yerlərdə, yalnız özlərinə güvənməklə nələrə nail ola biliblər, hamıya məlumdur. Onlara yalnız bir yüzillik bəs etdi ki, dünya gücləri arasında ilk sıraya yüksəlsinlər və indi onlarla yarışa biləcək gücdə olan birini tapmaq mümkün deyil.

Mən kütləvi təşəbbüslər və böyük ölkənin vətəndaşları tərəfindən sərf edilən şəxsi enerjinin həcmi barədə aydın təsəvvürə malik olmaq istəyənlərə, M.Ruzyenin Birləşmiş Ştatlar haqqında yazdığı kitabı oxumağı tövsiyə edirəm. Adamların özünüidarəetmədə, iri müəssisələr qurmaq, şəhərlər, məktəblər, limanlar, dəmiryolları və s. salmaq üçün birləşmək qabiliyyətləri elə yüksək həddə çatıb, dövlətin bu sahədə fəaliyyəti o dərəcədə minimuma enib ki, söyləmək olar, orada dövlət hakimiyyəti demək olar ki, qalmayıb. Polis və diplomatik nümayəndəliklər olmasaydı, hətta söyləmək olardı ki, o, yəni hakimiyyət nəyə xidmət edəcəkdi.

Ancaq burası var ki, Birləşmiş Ştatlarda yalnız sözügedən xarakterin keyfiyyətlərinə malik olmaqla, rifah içində yaşamaq mümkündür, mən elə indicə qeyd etmişdim və elə buna görədir ki, əcnəbilər irqin əsas ruhunu niyə dəyişə bilmirlər. Yaşamaq üçün şərtlər belədir, kimlər ki, həmin keyfiyyətlərə malik deyillər, çox tezliklə məhvə məhkumdular. Bu cür mühitdə yalnız müstəqillik və enerji ilə yüklənmiş anqlosakslar yaşaya bilər. İtalyan orada aclıqdan ölür, irlandiyalı primitiv işlərdə çalışmaqla bir növ sürünür.

Əlbəttə, böyük respublika mövcuddur, azad torpaqlardır, lakin bununla yanaşı, bu torpaqlarda nə bərabərlik, nə də qardaşlıq var. Dünyanın heç bir ölkəsində təbii seçim öz dəmir pəncəsini güclü hiss etməyə imkan verməyib. O, burada özünü amansızcasına göstərir. Lakin məhz elə onun rəhmsizliyinin nəticəsi olaraq yaranan irq özünün gücünü və enerjisini qoruyub saxlaya bilir.

Birləşmiş Ştatlar torpağında zəiflərə, adi insanlara və qabiliyyətsizlərə tamamilə yer yoxdur. Ayrı-ayrı fərdlər və bütöv irqlər yalnız bir fakta, primitiv olduqlarına görə məhvə məhkum olublar. Qırmızıdərililər faydasız olduqlarına görə dəmir və aclıqla yox edildilər; çinli işçilər, hansı ki, əməkləri olduqca xoşagetməz rəqabət təşkil edir, tezliklə eyni aqibətlə üzləşəcəklər. Onların tamamilə qovulmasına hesablanmış qanun, yalnız həddən çox böyük xərclər tələb etməsi üzündən tətbiq olunmayıb.

Amma bu qanundan əlavə də onlar sistemli olaraq məhv edilməyə məruz qalırlar, bəzi dairələrdə bu təcrübədən keçirilir. Bu yaxınlarda səsə qoyulan digər qanunlar isə Amerika ərazisinə kasıb mühacirlərin girişini qadağan etməyə yönəlib.

Zəncilərə gəldikdə – abolisionist1 müharibələrin, qul sahibləri ilə qullara sahib olmayanlar və başqalarının da onlara sahib olmasını istəməyənlər arasında başlanması üçün bəhanə olublar – daim primitiv məşğuliyyət sahibi olduqlarından, cəmiyyət onlara qarşı çox dözümsüzdür və heç bir Amerika vətəndaşı onları öz yanına almaq istəmir. Nəzəri olaraq, onlar bütün hüquqlara malikdilər; praktik olaraq isə onlarla bir növ faydalı heyvanlarla olduğu kimi davranırlar, təhlükəli olduqda, belələrindən can qurtarmağa çalışırlar.

Onlara qarşı tətbiq olunan linçlə bağlı qanuna əsaslanan hesablaşma hər yerdə tamamilə məqbul sayılır. İlk ciddi cinayətlər törədən zaman onları ya güllələyirlər, ya da edam edirlər. Bununla bağlı statistika belədir: son yeddi il ərzində belə edamların 1100-nü qeydə alınıb, deməli yalnız həmin edamların müəyyən hissəsi nəzərə alınır.

Bu, əlbəttə, təsvirin qaranlıq tərəfidir. Bu o qədər parlaq görünür ki, onları görünməz etmək belə, mümkün deyil. Əgər Avropa qitəsi ilə Birləşmiş Ştatlar arasındakı fərqi bircə sözlə ifadə etmək lazım gələrdisə, demək mümkündür ki, birinci, maksimum olaraq şəxsi təşəbbüsü əvəz edən rəsmi reqlament verə bilər; ikinci isə maksimum olaraq hər bir rəsmi reqlamentdən tamamilə azad şəxsi təşəbbüslər verə bilər.

Bu, xarakterin başlıca fərqlilikləridir. Avropa sosializminin sərt respublika mühitində aşılanması şansı yoxdur. Müstəbid dövlətin son təzahürü olaraq, o, əsrlər boyunca özünü idarəetməni tamamilə onun əlindən almış rejimə tabe olan, yalnız köhnə irqlərdə çiçəklənə bilər.

Biz elə indicə iradə və enerjinin üstünlük təşkil etdiyi, məlum ruhi xüsusiyyətlərə malik irqin, Amerikanın bir hissəsində nələrə nail ola bildiyini görə bildik. Bizə yalnız o qalır ki, çox inkişaf etdiyinə baxmayaraq, amma indi söylədiyim xarakter keyfiyyətlərinə malik olmayan, başqa bir irqin əlində olan, demək olar ki, eyni ölkənin başına nələr gəldiyini göstərək.

Cənubi Amerika – təbii sərvətlər nöqteyi-nəzərindən – dünyanın ən varlı ölkələrindəndir. Ərazisinə görə Avropadan iki dəfə böyükdür və on dəfə az məskunlaşdırılıb, orada torpaq çatışmazlığı yoxdur və belə demək mümkünsə, hər bir fərdin sərəncamındadır. Orada əhalinin böyük əksəriyyəti – ispan mənşəlidir və bir çox respublikalara bölünüb: Argentina, Braziliya, Çili, Peru və s. və i.a. Onların hamısı siyasi quruluşlarını Birləşmiş Ştatlardan götürüblər və nəticə etibarilə, eyni qanunlar altında yaşayırlar.

Və bütün bunlardan sonra demək olur ki, yalnız bir irqi fərqin, yəni Birləşmiş Ştatları məskunlaşdıran irqin malik olduğu həmin başlıca keyfiyyətlərin çatışmazlığı üzündən, həmin respublikaların hamısı istisnasız olaraq, daima ən qanlı anarxiyaların qurbanlarına çevrilirlər və ərazilərinin fövqəladə dərəcədə zənginliyinə baxmayaraq, bir-birinin ardınca bütün mümkün oğurluq, iflas və despotizmə yuvarlanırlar.

Onların süqutunun səbəblərini qiymətləndirmək üçün T.Çayldın Amerikanın ispandilli respublikaları barədə qələmə aldığı gözəl və qərəzsiz əsərinə baxmaq lazımdır. Bunun səbəblərinin kökü, nə enerji, nə iradə, nə də ki əxlaqa malik olmayan irqin ruhi xüsusiyyətlərində gizlənir. Xüsusilə də əxlaq qaydalarının yoxluğu, Avropada pis hesab etdiyimiz hər bir şeyi belə ötüb keçir.

Ən əhəmiyyətli şəhərlərdən biri olan Buenos-Ayresi nümunə gətirən müəllif, azacıq da olsa vicdan və əxlaqını qoruyub saxlayanlardan ötrü oranı yaşamaq üçün tamamilə mümkün olmayan yer elan edir. Belə bir enişə nisbətən daha çox yuvarlanan Cənubi Amerika respublikası Argentina ilə bağlı həmin yazıçı əlavə edir: “Bu respublikanı kommersiya nöqteyi- nəzərindən öyrənin və siz əxlaqsızlığın orada demək olar ki, hər yerdə qabarıq nəzərə çarpmasından heyrətlənəcəksiniz”.

Təsisatlara gəldikdə, onlardan hər hansı birini yaxşı nümunə olaraq gətirmək belə mümkün deyil, həmin təsisatlar o dərəcədə irqi xarakterin məhsuludurlar ki, onları bir xalqdan digərinə ötürmək belə, mümkün deyil. Bilmək maraqlı olardı, Birləşmiş Ştatların liberal təsisatları primitiv irqlərə tətbiq edilsəydi, o vaxt görəsən nə olardı?

“Bu ölkələr, – müxtəlif ispandilli Amerika respublikaları haqqında danışan Çayld qeyd edir, – türk sultanı qədər qeyri-məhdud hakimiyyətə malik prezidentlərin nəzarəti altındadırlar. Hətta bir qədər də məhdudiyyətsiz, çünki onlar avropa diplomatiyasının bezikdiriciliyindən və təsirlərindən müdafiə olunublar.

İnzibati personal yalnız onların əlaltılarından ibarətdir, vətəndaşlara hər şey yaxşı gəlir və ona səs verirlər, lakin o bu səslərə ümumiyyətlə, heç bir əhəmiyyət vermir… Argentina respublikası – yalnız adına görə respublika hesab olunur; əsl həqiqətdə isə o, siyasətdən özünə ticarət quran adamların oliqarxiyasıdır”.

Bu dərin enişdən bir qədər yayına bilən yeganə ölkə Braziliyadır, o da hakimiyyəti müsabiqələrdən müdafiə edən monarxiya rejimi sayəsində buna nail ola bilib. O da belə enerjisiz və iradəsiz irqlər üçün həddən çox liberal olduğundan, sonunda qala bilməyib yıxıldı. Ölkə həmin andaca bütünlüklə anarxiyaya düşdü və iki və ya üç il ərzində orada hakimiyyətdə olan adamlar xəzinəni elə çalıb-taladılar ki, vergiləri 60% artırmaq lazım gəldi.

Əlbəttə, Cənubi Amerikanı məskunlaşdıran latın irqinin tənəzzülü, təkcə siyasətdə deyil, sivilizasiyanın bütün elementlərində özünü büruzə verir. Əgər özbaşına buraxılsaydılar, bu bədbəxt respublikalar tamamilə barbarlığa qayıdardılar. Bütün sənaye və bütün ticarət əcnəbilərin – ingilis, amerikalı və almanların – əlində cəmlənib.

Valparaiso ingilis şəhərinə çevrilib, əgər əcnəbiləri oradan qoparsaydılar, onda Çilidə də heç nə qalmazdı. Yalnız əcnəbilərin sayəsində bu ölkələr hərdən Avropa sivilizasiyasının parıltısını verən zahiri görünüşlərini hələ də qoruyub saxlaya bilmişlər.

Latın irqinin belə dəhşətli tənəzzülü özlüyündə, qonşu ölkədə ingilis irqinin çiçəklənməsi ilə müqayisədə ən kədərli olanı və eyni zamanda mənim izah etdiyim psixoloji qanunların təsdiqi üçün nümunə gətirə biləcəyim ən ibrətamiz təcrübəni təşkil edir.

Bu nümunələrdən də görürük ki, onun ruhi xüsusiyyətlərinin nəticəsi olaraq ortaya çıxanlardan, xalq xilas ola bilmir; əgər bu ona nəsib olursa da, onda bu çox nadir hallarda sanki fırtına nəticəsində cazibə qüvvəsindən azad olaraq havaya qalxan toza bənzəyir. Fikrimizcə, idarəçilik formaları və konstitusiyanın xalqın taleyində müəyyənedici əhəmiyyət daşıdığına inanmaq – uşaq arzularına qapılmaq kimi bir şeydir.

Xalqın taleyi onun öz əlindədir, xarici amillərdən asılı deyil. Hökumətdən yalnız tələb oluna bilər ki, idarə etdiyi xalqın hiss və ideyalarının ifadəçisi olsun. Bu və ya digər hökumətin varlığı əksər vaxtlarda yalnız bir faktın, onun xalqın mənafeyini dəqiq əks etdirməsi ilə müəyyən olunur. Elə bir idarəçilik forması və ya təsisat yoxdur ki, onlara nisbətdə hər şeyin əla və yaxud pis olduğunu deyə biləsən.

Daqomeya kralının (Daqomeya krallığı Afrikada müasir Benin dövlətinin ərazisində XVIII əsrin əvvəlində yaranıb və XIX əsrdə ərazisini xeyli genişləndirib. Qul alveri krallığın əsas məşğuliyyəti olub. Dövləti iki kral idarə edib, biri gündüzlər, digəri isə gecələr) idarəçiliyi – güman ki, idarə etdiyi xalq üçün əla idarəçilik olub.

Hətta ən mükəmməl Avropa konstitusiyası belə, həmin xalq üçün rejimin işləyib hazırlaya biləcəyindən aşağı səviyyəli görünə bilərdi. Bax, dövlət adamlarının bir çoxunun əhəmiyyət vermədiyi, məsələ təəssüf ki, budur, onlar elə təsəvvür edirlər ki, idarəetmə forması daşına bilən bir şeydir və müstəmləkələr də metropoliya təsisatları tərəfindən idarə oluna bilərlər.

Belə bir məntiqlə balıqların da havada yaşaya biləcəyinə inandırmağa cəhd etmək olar, o əsasla ki, bütün ali heyvanlar hava ilə nəfəs alırlar, balıqlar niyə ala bilməsin ki. Yalnız bir səbəbdən, ruhi xüsusiyyətlər fərqliliyindən, müxtəlif xalqlar eyni rejimdə uzun müddət yaşaya bilməzlər. İrlandiyalı və ingilisi, slavyan və macarı, ərəb və fransızı eyni qanunlar altında böyük çətinliklə və fasiləsiz inqilablar nəticəsində saxlamaq olar.
Müxtəlif xalqlardan təşkil olunmuş böyük imperiyalar həmişə müvəqqəti mövcud olmağa məhkumdurlar. Müəyyən vaxtlarda moğol imperiyasının və ya sonrakı dövrdə ingilislərin Hindistanda uzun zaman ərzində mövcud ola bilmələrinin bir səbəbi, yerli irqlərin həddən artıq çoxsaylı və fərqli olmaları və nəticə etibarilə bir-birlərinə qarşı son dərəcə düşmən kəsilmələri ilə əlaqəli olub, bu da ona gətirib çıxarıb ki, onlar əcnəbilərə qarşı birləşmək haqqında belə düşünə bilməyiblər; digər tərəfdən, bu, gəlmə hökmdarlarda fəth etdikləri xalqların adət-ənənələrinə hörmət etmək və onlara öz qanunları ilə yaşamağa icazə vermək kimi olduqca doğru siyasi instinkt olub.

Əgər tədqiqatçılar qarşılarına xalqların psixoloji xüsusiyyətlərindən irəli gələn bütün nəticələri göstərmək məqsədi qoysaydılar, onda çoxlu sayda kitablar yazmaq və bütün tarixi tamamilə yeni nöqteyi-nəzərdən hazırlayıb, düzəltmək lazım gələrdi. Onu daha dərindən öyrənmək, siyasət və pedaqogika üçün əsas təşkil etməlidir. Hətta demək olar ki, onun tədqiqi insanları səhvlərin girdabından və bir çox çevrilişlərdən xilas edə bilərdi, əgər xalqlar öz irqlərinin xüsusiyyətlərindən irəli gələn uğursuzluqlardan, ümumiyyətlə, qaça bilsəydilər, əgər onların idrakının səsi həmişə əcdadlarının amiranə səsləri ilə boğulmasaydı.

II fəsil
SİVİLİZASİYALARIN MÜXTƏLİF ELEMENTLƏRİ XALQIN RUHUNUN ZAHİRİ TƏZAHÜRÜ KİMİ

Sivilizasiya təşəkkül tapdığı elementlər onu yaradan xalqların ruhunun zahiri təzahürlərini təşkil edir. – Həmin müxtəlif elementlərin mühümlüyü bir xalqdan digərinə keçdikcə müxtəlifləşməsindədir. – İncəsənət, ədəbiyyat, təsisatlar və sair müxtəlif xalqlarda fərqli rol oynayırlar. – Qədimdə misirlilər, yunanlar və romalılar tərəfindən gətirilmiş nümunələr. – Sivilizasiyaların müxtəlif elementləri, onun ümumi inkişafından tamamilə müstəqil şəkildə inkişaf edə bilər.

– İncəsənətin təqdim etdiyi nümunələr. – O, nə verir. – Sivilizasiyaların hansısa bir elementində onun səviyyəsini təyin etmək üçün ölçü tapmağın mümkünsüzlüyü. – Hansısa xalqın üstünlüyünü təmin edən elementlər. – Fəlsəfi nöqteyi-nəzərdən əhəmiyyət kəsb etməyənlər, ictimai nöqteyi-nəzərdən çox mühüm ola bilərlər.

Sivilizasiyaların təşəkkül tapdığı müxtəlif elementlər: dil, təsisatlar, ideyalar, din, incəsənət, ədəbiyyata, onları yaradan insanların ruhunun zahiri təzahürləri kimi baxmaq lazımdır. Amma dövrlər və irqlərdən asılı olaraq, həmin elementlərin mühümlüyü, hansısa xalqın ruhunun ifadəsi kimi çox fərqlidir.

Hazırda incəsənət əsərlərinə həsr olunmuş, çətin, bir kitab tapa bilərsən ki, orada bu əsərlərin xalqların düşüncələrini düzgün şərh edildiyini və sivilizasiyaların əhəmiyyətli dərəcədə ifadə etməsinə xidmət göstərdiyi təkrarlanmasın.

Şübhəsiz, çox vaxt belə də olur, qaydaların mütləqliyi və incəsənətin inkişafının millətin intellektual inkişafına həmişə uyğun gəlməsi üçün hələ çox şey çatmır. Əgər elə xalqlar varsa ki, onlar üçün incəsənət əsərləri qəlblərinin ən əhəmiyyətli ifadəsini təşkil edir, öz növbəsində, digərləri də var ki, sivilizasiyanın ən yuxarı pilləsində durmalarına baxmayaraq, onlar üçün incəsənət yalnız ikinci dərəcəli rol oynayır.

Əgər hər bir xalqın sivilizasiya tarixini onun yalnız bir elementini diqqətə almaqla, yazmaq lazım gələrdisə, onda bu element bir xalqdan digərinə keçdikcə müxtəlifləşərdi. Bəzi xalqlar incəsənəti daha yaxşı öyrənmək imkanı yaradardılar; digərləri – siyasi və hərbi təsisatları, sənaye və sair.

Bu maddəni başlanğıcdan nəzərə almaq çox vacibdir, çünki o, bir qədər sonra bizə sivilizasiyaların müxtəlif elementlərinin bir xalqdan digərinə keçməsi ilə niyə bu qədər çox eyni olmayan dəyişikliklərə uğradığını başa düşməyə kömək edəcək.

Qədim xalqlar arasında misirlilər və romalılar – sivilizasiyaların müxtəlif elementlərinin inkişafı və hətta müxtəlif sahələr üzrə hər bir adıçəkilən elementlər formalaşır – bu bərabərsizliyin tipik nümunələrini çox gözəl ifadə edirlər.

Öncə misirliləri götürək. Onlarda həmişə ədəbiyyat çox zəif olub, rəssamlıq – isə orta həddə olub. Əksinə, memarlıq və heykəltəraşlıqda isə şah əsərlər yaradılıb. Onların abidələri hələ də bizlərdə heyrət doğurur. Onların bizlərə qoyub getdikləri – heykəllər, bu gün də nümunədilər, yunanlara isə bu sahədə onları ötüb keçmək üçün qısa bir dövr lazım gəlmişdi.

Misirlilərdən romalılara keçirik, hansılar ki, tarixdə hökmran rol oynamışlar. Onlar nə tərbiyəçilər, nə də nümunə sarıdan yoxluq çəkməyiblər, çünki misirlilər və yunanların şəxsində sələfləri var idi. Lakin onların orijinal incəsənət nümunələri yaratmağa vaxtları çatmayıb. Heç vaxt onlar qədər öz bədii əsərlərində daha az orijinallıq tapa bilən ikinci bir xalq olmayıb.

Romalılar incəsənətə çox az qayğı göstəriblər, yalnız mənfəət nöqteyi-nəzərindən və daşınması mümkün olan əşya, digər məhsullar kimi baxırdılar, başqa xalqlardan metallar, ətirli şeylər və ədviyyat və s. tələb edirdilər. Hətta dünyaya hökmranlıq etdikləri dövrdə də romalılar milli incəsənətə malik deyildilər.

Bütün dünyanın, sərvətə və cah-calala tələbat duyduğu mərhələ də onlarda bədii hisləri zəif inkişaf etdirə bilmişdi, onlar yalnız Yunanıstandan nümunələr gətirir və rəssamlar çağırırdılar. Roma memarlıq və heykəltəraşlığı tarixi, yunan memarlıq və heykəltəraşlığı tarixinin əlavə bir fəslindən artıq bir şey deyil.

Lakin incəsənətdə uğur qazana bilməyən həmin, böyük Roma xalqı sivilizasiyanın üç digər elementində heç kimin nail ola bilmədiyi yüksəkliyə ucala bilib. Roma xalqı dünya ağalığını təmin edən hərbi təşkilata; siyasi və məhkəmə təsisatlarına; – biz indiyədək onlara nümunə kim baxırıq – nəhayət, ədəbiyyata malik idi; bu əsrlər boyunca onlara ilham verib.

Beləliklə, iki millətdə sivilizasiyanın elementlərinin inkişafının bərabərsizliyini biz son dərəcə aydın görürük. Mədəniyyətin yüksək pilləsi mübahisə belə doğura bilməz və ona görə səhvləri öncədən söyləmək olur. Kimsə riskə yol verə bilər, kimsə miqyasına görə onlardan yalnız bir elementi, məsələn, incəsənəti seçə bilər və sair. Biz elə indicə misirlilərdə rəssamlıq və orta səviyyəli ədəbiyyat istisna olmaqla, fövqəladə dərəcədə orijinal və gözəl incəsənəti görə bildik. Romalılarda isə – orijinallıqdan kiçik bir iz belə olmayan çox ortabab bir incəsənəti, amma qarşılığında çox gözəl ədəbiyyat və nəhayət birinci dərəcəli siyasi və hərbi təsisatları görə bildik.

Yunanlar da o xalqlardandır ki, ən çeşidli sahələrdə özlərinin üstünlüklərini təsdiq edə bilmişlər, onları da sivilizasiyaların müxtəlif elementlərinin inkişafında paralelliyin olmamasını göstərmək üçün nümunə gətirmək olar. Homer zamanında ədəbiyyat artıq özünün parlaq dövrünü yaşayırdı.

Hələ indinin özündə də Homerin nəğmələrinə nümunə kimi baxılır, əsrlər boyunca Avropanın universitet gəncləri onun əsasında tərbiyə olunurlar; hər halda müasir arxeologiyanın kəşfləri göstərdi ki, Homer nəğmələrinin yarandığı mərhələdə yunan memarlığı və heykəltəraşlığı kobud, barbarcasına idi və yalnız misirlilərin və assuriyalıların çirkin təqlidlərindən başqa bir şey deyildi.

Lakin bu bərabərsizliyi ən yaxşı hindlilərin inkişafı göstərə bilir. Memarlıq nöqteyi-nəzərindən, çox az xalq tapılar ki, onları bu sahədə qabaqlaya bilsin. Fəlsəfi nöqteyi-nəzərindən, onların abstrakt mühakiməsi elə dərinliyə enmişdi ki, Avropa düşüncəsi ora yalnız bu yaxınlarda çata bilib. Baxmayaraq ki, hindlilərin ədəbiyyatı yunan və romalılarınkından aşağıda dayanır, bütün hallarda onlar bizlərə bəzi gözəl şeylər verə biliblər. Memarlıq sahəsində hindlilər, əksinə, çox ortababdılar, yunanlardan xeyli aşağıda dayanırlar.

Elm və tarixi biliklər sahəsində isə tamamilə yarıtmazdılar və bunu onlarda dəqiqliyin olmaması ilə izah etmək olar, bu sahələrdə heç bir xalq inkişafın buna bənzər pilləsində dayanmayıb. Onların elmi – yalnız uşaq abstrakt mühakiməsidir; tarixi kitabları özündə hər hansı bir xronoloji zamanı göstərməyən və çox güman ki, heç bir dəqiq hadisəyə söykənməyən əfsanələrdən ibarətdir. Aydın olur ki, bu xalqın sivilizasiyadakı səviyyəsini müəyyən etmək üçün yalnız incəsənəti öyrənmək, kifayət etməz.

Söylənilənləri təsdiq etmək üçün digər çoxsaylı nümunələr də gətirmək olar. İrqlər də var ki, heç vaxt yüksək mövqedə olmayıblar, amma özlərinə əvvəlki nümunələrlə heç bir əlaqəsi olmayan, tamamilə fərdi incəsənət yaratmağa nail ola biliblər. Məsələn, ərəblər. Köhnə yunan-Roma dünyasına axınından yüz il keçməmiş, onlar ilk növbədə, Bizans memarlığından iqtibas etdiklərini o dərəcədə dəyişdirə biliblər ki, əgər, gözlərimiz önündə qarışıq üslubdan ibarət abidələr görməsəydik, bu yaradıcılığın hansı nümunələrdən ilham aldığını təyin etmək belə, mümkün olmazdı.

Bununla belə, hətta hansısa xalq heç bir bədii və ədəbi qabiliyyətlərə malik olmadığı zamanda da çox yüksək mədəniyyət yarada bilər. Ticarət qabiliyyətindən başqa digər üstünlüyə malik olmayan finikiyalılar məhz belə olublar. Yalnız öz vasitəçilik qabiliyyətləri sayəsində dünyanın bir hissəsini digər hissələri ilə əlaqələndirmək yolu ilə qədim dünyanı sivilizasiyalaşdırmışdılar. Lakin özləri bu sahədə heç nə yarada bilməmişdilər, onların mədəniyyəti yalnız tarixdən və ticarətdən ibarət olmuşdur.

Nəhayət, xalqlar da var ki, incəsənət istisna olmaqla, sivilizasiyanın digər bütün elementləri olmasına baxmayaraq, çox aşağı səviyyədə qalmışlar. Moğolları buna misal çəkmək olar. Məsələn, onlar tərəfindən Hindistanda ucaldılan abidələr, üslub baxımından özlərində hindlilərdən heç nə əks etdirmir, lakin o dərəcədə gözəldilər ki, onlardan bəziləri səlahiyyətli rəssamlar tərəfindən insan əlləri tərəfindən yaradılmış ən şahanə əsərlər hesab olunurlar. Amma moğolları ali irqlər sırasında yerləşdirmək heç kimin ağlına belə gələ bilməz.

Amma hətta ən sivilizasiyalı xalqlarda belə, incəsənət ən ali pilləyə, inkişafının heç də həmişə kulminasiya mərhələsinə çatmayıb. Misirlilər və hindlilərin ən mükəmməl, eyni zamanda, ən qədim abidələri var; Avropada möcüzəvi qotik incəsənət özünün çiçəklənmə dövrünü keçirib – yaradılan bu heyrətamiz əsərlərin, orta əsrlərdə tayı-bərabəri olmayıb – yarımbarbar mərhələ dövrünə təsadüf edir.

Beləliklə, hansısa xalqın inkişaf səviyyəsini yalnız onun incəsənətinin inkişafı ilə müəyyən etmək ümumiyyətlə mümkün deyil. Təkrar edirəm, bu, onun mədəniyyətinin yalnız bir elementini təşkil edir; o da sübut olunmayıb ki, həmin element, lap ədəbiyyat kimi ən yüksəyidir. Əksinə, sivilizasiyanın lap zirvəsində yer alan xalqlarda (qədimdə romalılar, müasir dövrdə amerikalılar) bu bədii əsərlər çox vaxt ən zəifləri hesab olunurlar. Çox vaxt xalqlar öz ədəbi və bədii sahədə incilərini yarımbarbar əsrlərdə yaradıblar.

Belə hesab etmək olar ki, incəsənətdə fərdiyyətçilik mərhələsi, onun uşaqlıq və ya gənclik zamanının çiçəklənməsi dövrüdür, heç də kamillik dövrü deyil və əgər, diqqətə alsaq ki, yeni dünyanın mənfəət güdən qayğılarında – şəfəqlərini yalnız çətinliklə fərqləndirə bilirik – incəsənətin rolu zəif nəzərə çarpır, yəqin, elə bir gün gələcək ki, o, aşağı yerdə qoyulmasa da, ən azı sivilizasiyanın tamamilə ikinci dərəcəli göstəriciləri arasında yer alacaq.

Yenə də, incəsənətin sivilizasiyanın başqa elementləri ilə birlikdə eyni zamanda inkişaf edir fikrinə qarşı bir çox əsaslar gətirmək olar: o, özü sərbəst və xüsusi təkamülə malik olur. İstər Misiri, Yunanıstanı, yaxud Avropanın müxtəlif xalqlarını götürək, biz həmişə eyni qanunu, yəni təkcə incəsənətin məlum səviyyəyə yüksəldiyini qeyd edirik, məşhur inciləri yaratdıqdan sonra, ardınca dərhal təqlid mərhələsi gəlir, daha sonra isə istər-istəməz tənəzzül dövrü başlayır ki, bütün bunlar sivilizasiyanın digər elementlərinin hərəkətindən ümumiyyətlə, asılı olmur.

Həmin tənəzzül dövrü incəsənətə yeni elementlər gətirə bilən hansısa siyasi inqilablar, işğallar, yeni dinin qəbulu və digər amillər ortaya çıxana qədər davam edir. Bu minvalla orta əsrlərdəki xaç yürüşləri özü ilə incəsənətin inkişafına təkan verən biliklər və yeni ideyalar gətirdi, bunların nəticəsində roman stil, qotik stil kimi dəyişildi. Eyni təsir üzündən, bir neçə əsr sonra yunan-roma həyatının öyrənilməsinin bərpası, öz ardınca qotik incəsənətin İntibah dövrünün incəsənəti kimi kökündən dəyişilməsinə gətirib çıxardı. Müsəlmanların Hindistana hücumu da eyni ilə hind incəsənətinin kökündən dəyişilməsi ilə nəticələndi.

Qeyd etmək çox mühümdür ki, incəsənət ümumi cizgilərdə sivilizasiyaların məlum tələbatlarını ifadə edir və məlum hislərinə uyğun gəlir, belədə o, həmin tələbatların dəyişilməsi, hətta tamamilə yoxa çıxması ilə barışmağa məhkumdur, əgər bu tələbatları yaradanların özləri və hisləri təsadüfən dəyişilirlər və ya ümumiyyətlə, yoxa çıxırlarsa.

Bundan hələ belə nəticə çıxmır ki, sivilizasiya tənəzzüldədir və biz burada yenə də incəsənətin təkamülü və sivilizasiyaların digər elementlərinin tədrici inkişafı ilə paralellik görmürük. Heç bir tarixi mərhələdə sivilizasiya indiki zamanda olduğu kimi belə yüksək olmayıb və heç bir dövrdə, ola bilsin ki, belə bayağı və fərd cəhətdən bu qədər zəif sivilizasiya da olmayıb.

Belə ki, müxtəlif mərhələlərdə incəsənətdən sivilizasiyaların əhəmiyyətli elementlərini yaradan dini inanclar, ideya və tələbatlar yoxa çıxıb, onda məbədlər və saraylar müqəddəs hesab olunurdu, elə incəsənətin özü də ikinci dərəcəli bir şeyə, əyləncə predmetinə çevrilib, ona ayırmaq üçün çoxlu zaman və pul da yoxdur. Bundan sonra tələbat duyulan bir şey olmadığından, o, yalnız sənətkarlıq və təqlidçilik xüsusiyyəti ola bilər. İndiki zamanda milli incəsənətə malik bir xalq da tapa bilməzsən və hər bir xalq memarlıq, heykəltəraşlıqda uzaq dövrlərin az və ya çox uğurlu alınan surətləri ilə yaşayır.

İncəsənət – məlum mərhələnin tələbatlarının, ideya və hislərinin təzahürü rolunu oynamaqdan qalanda, yalnız sənayenin aşağı bir növü kimi çıxış etməyə başlayır. Mən indi o vaxt üçün böyük əhəmiyyət daşıyan və həyatın əsas mərkəzini təşkil edən – müqəddəsləri, cənnət və cəhənnəmi rəsmə alan orta əsr rəssamlarının bu qədər səmimi olmalarına çox təəccüblənirəm. Lakin əsl etiqadları olmayan rəssamlar indi, başqa əsrin texnikasının gücü ilə həmin süjetlərlə bizim divarları örtəndə, müasir dövr üçün heç bir maraq doğurmayan və gələcəkdə nifrət oyada biləcək zavallı təqlidçilik edirlər. Uşağa məxsus zərif sadəlövhlüklər, qocalar tərəfindən təqlid edildikdə, çox eybəcər görünür.

Rəssamlıq haqqında indi söylənilənləri, bizim memarlığa da aid etmək olar, bizdə artıq olmayan, uyğun gələn tələbatlara və inamlara əl atmaqla, hazırkı zamanda təqlidçilik formaları ilə keçinməyə çalışır. Bizim günlərin yeganə, səmimi memarlığı – çünki təkcə o, bizim sivilizasiyanın tələbatlarına və ideyalarına uyğun gəlir – bu, beşmərtəbəli evlər, dəmiryol körpüləri və vağzallarıdır.

Bu, mənfəət və fayda güdən incəsənət növü məlum mərhələ üçün nə vaxtsa qotik üslubda tikilmiş kilsə və ya feodal qəsri kimi çox xarakterikdir; gələcək arxeologiya üçün isə böyük, müasir otellər və qotik məbədlər eyni maraq kəsb edəcək, çünki onlar hər bir əsrin özündən sonra qoyub getdiyi daş kitabələrin ardıcıl vərəqlənən səhifələridir və eyni zamanda o, bütün müasir incəsənəti təşkil edən yaramaz sənədləri, zavallı saxtakarlıqları nifrətlə kənara tullayır.

Bizim rəssamların səhvi ondan ibarətdir ki, onlar artıq bizdə olmayan düsturları, uyğun gələn estetik tələbatları və ideyaları dirçəltmək istəyirlər. Bizim biçarə klassik tərbiyəmiz, onların başlarını vaxtı keçmiş anlayışlarla doldurub və bizim günlər üçün tamamilə maraqsız olan estetik ideallar təlqin edir. Əsrlər boyunca hər şey dəyişir – insanlar, onların tələbatları və inamları. Hansı prinsiplərə söykənib təsdiq etmək olar ki, yalnız tək estetika inkişaf qanunlarına tabe olmur, hansı ki, kainatı idarə edir? Hər bir estetika özlüyündə məlum dövrün və məlum irqin gözəllik idealıdır və gözəllik idealı isə daim dəyişilməlidir.

Fəlsəfi nöqteyi-nəzərdən, bütün ideallar eyni əhəmiyyətə malikdir, çünki onlar yalnız müvəqqəti simvollardır. Nə vaxt ki, Avropa şüurunu əsrlər boyu saxtalaşdıran yunanların və romalıların təsiri nəhayət ki, bizim tərbiyəmizdən yox olub gedəcək və ətrafımıza sərbəstcəsinə baxa biləcəyik, yalnız o vaxt bizim üçün aydınlaşacaq ki, dünyada Parfenon abidəsi tək estetik dəyərə malik və müasir xalqlar üçün yüksək maraq kəsb edən, estetik dəyəri olan oxşar abidələr çoxdur.

Bütün yuxarıda deyilənlərdən belə nəticəyə gəlmək olar, əgər incəsənət, sivilizasiyanın digər elementləri kimi xalqların ruhlarının zahiri təzahürünü təşkil edirsə, bu hələ o demək deyil ki, o, bütün xalqların fikirlərinin dəqiq ifadəçisidir.

Bu izahat çox önəmlidir. Zira, məlum xalq üçün sivilizasiyanın bu və ya digər elementinin əhəmiyyətliliyi, o xalq tərəfindən həmin elementə tətbiq edilən dəyişdiricilik gücü ilə ölçülür. O, həmin elementi yad irqdən götürür. Əgər onun fərdiyyətçiliyi, məs. başlıca olaraq incəsənətdə özünü göstərirsə, belədə o, kənardan gətirilmə nümunələrə öz möhürünü, yəni izini qoymasa, onları təqlid etmək qabiliyyətində olmayacaq. Əksinə, o, dühası üçün heç bir yozuma xidmət etməyən həmin elementləri çox az dəyişdirə bilər. Romalılar memarlığı yunanlardan əxz etdikdə, heç bir köklü dəyişikliklərə yol vermədilər, çünki onlar öz ruhlarını heç də öz abidələrinə yönəltməmişdilər.

Hətta bu cür, orijinal memarlıqdan tamamilə məhrum, lazımlı nümunələri və rəssamları xaricdə axtarmağa məcbur olan xalqda belə, incəsənət bir neçə əsr ərzində mühitin təsirinə tabe olmalı və təxminən özünə zidd olmasına baxmayaraq, özünü onu qəbul edən irqin təzahürü kimi göstərməlidir.

Məbədlər, saraylar, zəfər tağları, Roma antik barelyefləri – yunanların və ya onların şagirdlərinin işidir; amma bu abidələrin xarakteri, onların təyinatı, ornamentləri, hətta ölçüləri bizdə heç vaxt Afina dühasının poetik və zərif xatirələrini deyil, daha çox Roma ruhunu şövqləndirən güc, hökmranlıq, hərbi ehtiraslar doğuracaq. Beləliklə, hətta irqin daha az orijinal olduğu, hansısa bir iz qoya bilmədiyi sahədə də o, heç bir addım ata bilmir, yalnız özünə məxsus olan və öz ruhi xarakteri və gizli fikirlərindən nələrisə bizə çatdıra bilir.

Həqiqətən, əsl sənətkar, istər memar, ədib və ya şair olsun, məlum dövr və məlum irqin ruhunu möhtəşəm ümumiləşdirmələrlə ötürə bilmək kimi fövqəladə qabiliyyətə malikdilər. Çox təəssüratlı, demək olar qeyri-iradi, daha çox obrazlarla düşünən, bir az da belə demək mümkünsə, çox çürükçülük edən sənətkarlar, yaşadıqları cəmiyyətin ən düzgün aynasıdırlar; onların əsərləri hər hansı bir sivilizasiyanın ən düzgün obrazının canlandırılması üçün ən önəmli sənədlər hesab olunurlar – onlara istinad etmək mümkündür.

Onlar o qədər qeyri-iradidirlər ki, səmimi olmaya bilmirlər və ətraflarını saran mühitin təəssüratlarına o dərəcədə həssasdırlar ki, onun ideyalarını, hislərini, tələbat və arzularını dəqiqi şəkildə verməyə bilməsinlər. Onlarda hər hansı bir azadlıq yoxdur və elə bu onların gücünü təşkil edir. Onlar irqin ruhunun məcmusunu təşkil edən ənənələr, ideya və inanclar dairəsinə, dövrün irsən gələn hiss, düşüncə və nəsihətlərinin, öz üzərlərində güclü təsirinə malikdilər, onların sıx dairəsi ilə əlaqəlidirlər.

Çünki qeyri-iradiliyin qaranlıq sahəsini, o, idarə edir və onların əsərləri də orada yetişir,. Əgər bu əsərlər olmasaydı, biz ötən əsrlər haqqında yalnız qədim tarixçilərin rəvayət etdiyi mənasız hekayələr və qərəzkar yalanlardan bəhrələnməli olacaqdıq ki, hər bir xalqın həqiqi keçmişi bizim üçün demək olar ki, Platonun Sirli Atlantidanın sulara qərq olması ilə bağlı söylədikləri kimi qaranlıq qalacaqdı.

Bədii əsərin xüsusiyyəti ondan ibarətdir ki, onu doğuran tələbat və ideyaları səmimi əks etdirə bilsin. Yox, əgər bədii əsərlər – düzgün dildən ibarətdirsə, belədə həmin dili izah etmək çox vaxt olduqca çətin olur. Əsərlər və onu yaradan qeyriiradilik arasında intim əlaqə mövcuddur. Amma bizə birindən digərinə qalxmağa kömək edən əlaqəni necə tapmalı? Bu fikir günbəgün, saysız-hesabsız toplanan mühit təsirlərindən, inanclar, tələbatlardan irsən formalaşır, başqa irqdən və digər əsrdən olan adamlar üçün çox vaxt başa düşülməz olur.

Lakin o sözlə deyil, daşın köməkliyi ilə bizə gəlib çatanda, daha da anlaşılmaz olur; zira, söz – bir-biri ilə uyğun gəlməyən ideyaları belə, eyni libasla örtə bilən elastik formadır. İncəsənət əsərlərinin, xüsusi ilə də memarlıq əsərlərinin, keçmişindən danışan müxtəlif dillər – hələ ən anlaşılanıdır. Kitablardan daha səmimi, din və dildən az süni olan memarlıq abidələri, eyni zamanda hislər və tələbatları da ötürə bilirlər.

Memar – insanların mənzillərini və tanrıların yurdlarını inşa edir. Axı həmişə tarixi təşkil edən hadisələrin ilk səbəbləri məbədlərin hasarları və ya ev ocağına yaxın yerlərdə yetişirdi.

Yuxarıda söylənilənlərdən belə nəticəyə gələ bilərik, əgər, sivilizasiya təşəkkül tapdığı müxtəlif elementlər, onu yaradan xalqın ruhunun ən düzgün təzahürüdür, onlardan bəziləri, xalqın ruhunu digərlərindən daha yaxşı əks etdirirlər. Lakin həmin elementlərin təbiəti bir xalqdan digərinə, bir mərhələdən başqa bir mərhələyə nisbətdə müxtəlifləşdiyindən, görünür, onların arasında bir element də tapa bilməzsən ki, ondan müxtəlif sivilizasiyaları dəyərləndirmək üçün, ölçü kimi istifadə etmək mümkün olsun.

O da məlumdur ki, bu elementlər arasında iyerarxiya bölgüsü aparmaq da mümkün deyil, çünki həmin bölgü əsrlərdən əsrlərə, nəzərdən keçirilən elementlərin özlərinin sosial faydalılığına görə dövrə uyğun şəkildə dəyişir.

Əgər sivilizasiyaların müxtəlif elementlərinin mühümlüyünü ancaq faydalılıq nöqteyi-nəzərindən mühakimə etsək, demək mümkündür ki, ən vacib elementlər bir xalqa digərini istismar etmək imkanı verir, yəni bunlar hərbi təsisatlardır. Amma o zaman yunanları (rəssamlar, filosof və alimləri) ağır çəkili roma koqortalarından aşağıda qoymaq lazım gələrdi; müdrik və elmli misirliləri – yarımbarbar farslardan, hindliləri də yarımbarbar moğollardan aşağıda tutmaq lazım gələrdi.

Tarix belə incə müxtəlifliklərlə məşğul olmur. Yeganə üstünlük, hansı ki, tarix onun qarşısında həmişə baş əyir – bu, hərbdir; lakin sonuncu sivilizasiyanın digər elementlərinin uyğun üstünlüyü ilə nadir hallarda müşayiət olunur və ya ən azı ona öz yanında uzun müddət qalmağa imkan vermir.

Acınacaqlısı odur ki, hər hansı bir xalqın hərbi üstünlüyü, hətta həmin xalq çox tezliklə silinib-getməyə məhkum olmasa belə, zəifləyə bilməz. Həmişə belə olub, nə vaxt ki, ali xalqlar sivilizasiyanın zirvəsinə yüksəlirlər, ağılca özlərindən xeyli aşağıda duran, lakin xarakterin məlum keyfiyyətləri və döyüşkənliklərinə görə – ali sivilizasiyalarda bu keyfiyyətlər məhv edilir – onları üstələyən barbarlara təslim olurlar.

Deməli, belə acınacaqlı nəticəyə gəlmək lazımdır ki, sivilizasiyanın həmin elementləri, fəlsəfi nöqteyi-nəzərdən, çox aşağıdır, ictimai nöqteyi-nəzərdən ən vacibi hesab olunurlar. Əgər gələcəyin qanunları eyni ilə keçmişin qanunları kimi olmalıdırsa, onda demək olar ki, xalq üçün ən zərərlisi – onun inkişafın və mədəniyyətin ən ali pilləsinə qədəm qoymasıdır. Xalqlar onların ruhunun əsasını təşkil edən xarakterin keyfiyyətləri korlandığı zaman məhv olurlar və həmin keyfiyyətlər də özlüyündə onların sivilizasiyası yüksəlib, inkişaf edəndə korlanmağa başlayır.
III fəsil
TƏSİSATLAR, DİNLƏR VƏ DİLLƏRİN KÖKÜNDƏN DƏYİŞDİRİLMƏSİ

Ali irqlər də primitiv irqlər kimi öz sivilizasiyalarının elementlərini kəskin dəyişdirə bilmirlər. – Öz inancını, dilini və incəsənətini dəyişmiş xalqları təmsil edənlərin ziddiyyətləri. – Bu dəyişikliklər nədə görünür. Onları qəbul etmiş irqlərdən asılı olaraq, buddizm, brəhmənizm, İslam və xristianlığın məruz qaldıqları dərin dəyişikliklər. – Onları qəbul edən irqlərdən asılı olaraq, təsisatlar və dillərin məruz qaldıqları dərin dəyişikliklər.

– Müxtəlif dillərdə uyğun gələn sözlər kimi nəzərə çarpanlar, tamamilə bənzəməyən ideya və düşüncə üsullarını təmsil edirlər. – Bunun nəticəsi olaraq bəzi dillərdə həmin tərcümənin yad dillərə çevrilməsinin mümkünsüzlüyü. – Niyə tarixi əsərlərdə hansısa xalqın sivilizasiyası bəzən dərin dəyişikliklərə məruz qalır. – Müxtəlif sivilizasiyaların qarşılıqlı təsirinin hüdudları.

Əsərlərimdən birində mən ali irqin öz sivilizasiyasını primitiv irqə tətbiq etmək iqtidarında olmadığını göstərmişəm. Avropalıların sərəncamında olan ən güclü təsir vasitələrini – tərbiyə, təsisat və inanc – bir-birinin ardınca nəzərdən keçirərək, mən həmin təsir vasitələrinin primitiv xalqların sosial vəziyyətini dəyişdirmək üçün mütləq çatışmazlığını sübut etdim.

Mən həmçinin aydınlaşdırmağa cəhd etdim ki, əgər hansısa sivilizasiyanın elementləri irsiyyətin uzun sürən təsirləri nəticəsində yaranan məlum, tamamilə konkret ruhi xüsusiyyətlərə uyğun gələrsə, onda eyni zamanda onların meydana gəldiyi ruhi xarakteri dəyişdirmədən, onları əvəz etmək mümkün olmazdı. İstilaçılar deyil, yalnız zamanla, əsrlər bu cür işi yerinə yetirə bilərlər. Mən həmçinin göstərdim ki, bir sıra ardıcıl mərhələlərdən yalnız yunan-Roma sivilizasiyasını məhv etmiş barbarlar keçiblər.

Xalq sivilizasiya pillələrində yüksələ bilər. Əgər tərbiyə üsulu ilə xalqı bu mərhələlərdən məhrum etməyə cəhd göstərirlərsə, bununla onun yalnız əxlaq və zəka qabiliyyətləri məhv edilir, nəhayətdə isə onu özünün çatdığı səviyyədən də qat-qat aşağı səviyyəyə salırlar.

İbtidai irqlərə tətbiq olunan arqumentlər, ali irqlərə də tam şəkildə tətbiq oluna bilər. Əgər bu əsərdə izah edilmiş prinsiplər düzdürsə, onda biz təsdiq edə bilərik ki, ali irqlər də öz sivilizasiyalarını kəskin şəkildə dəyişdirə bilməzlər. Onlara da bunun üçün zaman və ardıcıllıqla mərhələləri adlamaq lazım gələcək. Bəzən elə gəlir ki, hansısa ali xalq öz əcdadlarında olanlardan tamamilə fərqli inanc, təsisat, dil və incəsənəti qəbul ediblər, əslində buna, onları yalnız tədricən və dərindən dəyişdirməklə, öz ruhi xüsusiyyətlərinə uyğunlaşdırmaqla nail olmaq mümkündür.

Ehtimal ki, tarixin hər bir səhifəsi elə indicə deyilənlərlə ziddiyyət təşkil edir. Orada tez-tez görmək olur ki, xalqlar öz sivilizasiyalarının elementlərini dəyişirlər, yeni dinləri, dilləri və yeni təsisatları qəbul edirlər. Bəziləri xristianlığa, buddizmə və ya İslama keçmək üçün öz çoxəsrlik inanclarını tərk edirlər; başqaları öz dillərini dəyişirlər; digərləri nəhayət, öz təsisatlarını və incəsənətlərini kökündən dəyişdirirlər. Hətta bəzən elə gəlir ki, buna bənzər dəyişiklikləri asanlıqla həyata keçirmək üçün hansısa fateh və ya həvari, yaxud hətta adi bir şıltaqlıq belə kifayət edər.

Lakin bizə bu cür kəskin çevrilişlər haqda məlumat verən tarix yalnız özünün adi işini yerinə yetirir: uzun illər ərzində yanlışları yaratmaq və yaymaqla. Bütün bu xəyali dəyişikliklərin hamısını tədqiq etdikdə, tezliklə görürsən ki, şeylərin yalnız adları asanlıqla dəyişir, həmin sözlər arxasında gizlənən mahiyyət isə yaşamaqda davam edir və onlar çox nadir hallarda, özü də tədricən dəyişilə bilir.

Buna əmin olmaq və eyni zamanda bu cür oxşar adların ardınca şeylərin tədrici inkişafını göstərmək üçün müxtəlif xalqlarda hər bir sivilizasiyanın elementlərini öyrənmək, belə demək mümkünsə, onların tarixini tamamilə yenidən yazmaq lazım gələrdi. Bu çətin işə mən artıq başlamışam, bir çox cildlər ona həsr edilib və burada onu yenidən təkrarlamaq fikrində deyiləm. Sivilizasiyanı təşkil edən saysız-hesabsız elementləri bir kənara qoyub, mən yalnız onlardan birini – incəsənəti götürəcəyəm.

Amma, bir xalqdan digərinə keçən incəsənətin ortaya çıxardığı təkamülün tədqiqinə (başlıca fəslə) keçməzdən öncə, sivilizasiyanın digər elementlərinin məruz qaldığı dəyişikliklər haqqında bir neçə söz demək istəyirəm. Bununla göstərmək istəyirəm ki, bu elementlərdən birinə tətbiq edilən qanunlar digərlərinə də tətbiq oluna bilər və nəticə etibarilə, kəskin dəyişilə və bir xalqdan digərinə verilə bilməz.

Bu nəzəriyyə paradoksal görünə bilər, çünki o, dini inanclara aiddir və baxmayaraq tarixdə məhz, bu inanclarda ən yaxşı nümunələr tapmaq olur, sübut edə biləsən ki, fərdlər boy və yaxud gözlərinin rəngini dəyişdirə bilmədikləri kimi, xalqlar da öz sivilizasiyalarının elementlərini kəskin şəkildə dəyişdirə bilmirlər.

Şübhəsiz, hamıya məlumdur ki, bütün böyük dinlər, brəhmənizm, buddizm, xristianlıq, İslam bir çox irqlər arasında formal olaraq dərhal kütləvi şəkildə qəbul edilib. Amma bu müraciətləri daha dərindən öyrənməyə başladıqda, dərhal sezirsən ki, xalqların dəyişdirdiyi yeganə şey köhnə dinlərinin adıdır, dinin özü yox; əsl həqiqətdə, qəbul edilmiş inanc köhnə dinə qoşulmaq üçün, onu əvəz etməyə gəlib və xeyli dəyişikliklərə məruz qalıb, ona münasibət yalnız sadə təklifdən ibarətdir.

İnancın bir xalqdan digərinə keçidi zamanı dəyişikliklər çox vaxt o qədər əhəmiyyətli olur ki, yeni qəbul edilən dinin adını qoruyub saxladığı ilə heç bir nəzərə çarpan yaxınlıq əlaqəsi belə olmur. Bu sahədə ən yaxşı nümunə buddizmdir, Çinə gələnə qədər o qədər tanınmaz hala salınmış, qəbul edən irq tərəfindən onun şəkli o dərəcədə dəyişdirilmişdi ki, elm adamları onu başlanğıcda müstəqil din olaraq qəbul etmişdilər və bunun sadəcə buddizm olduğunu öyrənmək üçün alimlərə xeyli zaman lazım gəlmişdi.

Çin buddizmi heç də Hindistan buddizmi deyil, Nepal buddizmindən də kəskin fərqlənir, sonuncu isə öz növbəsində Seylon buddizmindən xeyli uzaqdır. Buddizm Hindistanda yalnız brəhmənizmdən (mahiyyətcə elə də çox fərqlənmir) əvvəl mövcud olmuş təfriqəçilikdir. Eyni ilə Çində olduğu kimi – öncəki inancların təfriqəçiliyidir, onunla sıx bağlıdır.

Buddizm üçün qəti olaraq sübut olunanlar, brəhmənizm üçün də düz gəlir. Belə ki, Hindistan irqləri bir-birindən heyrətamiz dərəcədə fərqləndiklərindən, eyni ad altında onlarda fövqəladə dərəcədə müxtəlif dini inancların olmasını, asanlıqla qəbul etmək olar. Şübhəsiz ki, brəhmən qəbilələrinin hamısı Vişnanı və Şivanı baş ilahələri, Vedanı isə öz müqəddəs kitabları hesab edirlər. Lakin həmin baş ilahələr dində yalnız öz adlarını, müqəddəs kitablar isə təkcə öz mətnlərini saxlamışlar.

Onların yanında saysız-hesabsız pərəstiş obyektləri yaranıb, burada irqlərdən asılı olaraq ən rəngarəng inanclar tapmaq mümkündür: təktanrılıq, politeizm, fetişizm, panteizm, əcdadlara, iblislərə, heyvanlara sitayiş və s. Yalnız Vedada yazılanlara söykənib, Hindistandakı pərəstişlər haqqında mühakimə aparsaq, onda bu nəhəng yarımadada hökmran olan ilahə və inanclar haqqında xırda bir təsəvvür belə formalaşdırmaq mümkün olmaz.

Müqəddəs kitabların adları bütün brəhmənlər tərəfindən ehtiramla anılır, lakin bu kitabların öyrətdiyi dinlərdən, ümumiyyətlə heç nə qalmayıb.

Hətta İslamın özü təktanrılığın sadəliyinə baxmayaraq, bu qanundan yayına bilməyib: Fars, Ərəbistan və Hindistan İslamı arasında nəhəng məsafə mövcuddur. Hindistanda mahiyyətcə çoxtanrılıq hökm sürür və o, təktanrılığa söykənən bir dini çoxtanrılığa yönəltmək üçün üsullar tapa bilib. 50 milyonluq hindli-müsəlman üçün Məhəmməd və İslamın müqəddəsləri yalnız minlərlə digər tanrılara əlavə olunmuş tanrılardır.

Hətta İslam belə orada bütün adamların bərabərliyini hələ təmin edə bilməyib, digər yerlərdə onun uğurunun əsas səbəblərindən biri budur: Hindistan müsəlmanları da digər hindlilər kimi kasta sistemini tətbiq edirlər. Dekanda, dravid xalqları (Cənubi Hindistanda dil və mədəniyyətcə bir-birinə yaxın olan xalqlar qrupu) arasında İslam o dərəcədə tanınmaz olub ki, onu daha brəhmənizmdən fərqləndirmək mümkün deyil; Məhəmmədin adı və ilahiləşdirilmiş peyğəmbərə ibadət etmək üçün tikilən məscidlər olmasaydı, onu yəqin ki, ümumiyyətlə, ayıra bilməzdilər.

İslamın bir irqdən digərinə keçməsi ilə hansı dərin dəyişikliklərə məruz qaldığını görmək üçün Hindistana getmək lazım deyil. Əlcəzairə baxmaq kifayətdir. Bu ölkədə iki tamamilə müxtəlif irq var: ərəblər və bərbərlər, hər ikisi müsəlmandılar. Lakin birincilərin İslamı sonuncuların islamçılığından çox uzaqdır; Qurandakı poliqamiya bərbərlərdə monoqamiyaya çevrilib, din yalnız İslamla köhnə bütpərəstliyin birləşməsidir, hansı ki, onların arasında əsrlər boyu mövcud olmuşdur, o vaxt ki, hələ Karfagen hökmranlıq edirdi.

Avropanın dinləri də ümumi qanunlardan – onları qəbul edən irqlərin ruhuna uyğun olaraq şəklini dəyişdirməkdən yan keçə bilməmişdir. Hindistanda olduğu kimi, mətnlərlə təsbit edilmiş ehkamların sözləri kimi dəyişilməz qalmışdır. Lakin bunlar sadə formullardır, hansı ki, mənasını hərə özünə uyğun izah edir. Ümumi xristian adı altında biz Avropada əsl bütpərəstləri görürük, məsələn, bütə dua edən aşağı bretanları; həmayilə pərəstiş edən ispanları; polietistləri, məsələn, italyanları, onlarda hər bir kəndin dua etdiyi öz müxtəlif ilahələri, madonnaları var.

Tədqiqatları davam etdirməklə, çox asanlıqla göstərmək olur ki, böyük dini parçalanmalara gətirib çıxarmış islahatlar, eyni dini kitabın müxtəlif irqlər tərəfindən fərqli şəkildə izahının nəticəsi olaraq ortaya çıxıb: şimal irqləri dinlərini özləri tədqiq etməyi və həyatlarını da özləri tənzimləməyi xoşlayırlar; cənub xalqları isə müstəqillik nöqteyi-nəzərindən və fəlsəfi inkişafdan çox geridə qalıblar. Bu nümunələrdən heç biri daha inandırıcı ola bilməz.

Lakin bu faktlar, onların inkişafı bizi özünə daha çox cəlb edib, uzaqlara apara bilər. Belədə biz sivilizasiyanın digər iki, başlıca elementinə, təsisatlar və dilə az vaxt həsr etməli olacağıq, çünki texniki təfərrüatlara da yer vermək lazımdır. Bu isə əsərin hüdudlarından xeyli kənara çıxır. İnanc üçün doğru olanlar, eyni dərəcədə təsisatlar üçün də doğrudur; bu, sonuncular dəyişikliklərə məruz qalmadan, bir xalqdan digərinə verilə bilməz.

Oxucuları çoxsaylı nümunələrlə yormaq fikrində deyiləm, onlardan sadəcə bir məsələyə eyni, oxşar təsisatların, baxmayaraq ki, onlar eyni cür adlanır, güc və ya inandırmaq yolu ilə müxtəlif irqlərdə, yeni dövrdə hansı dərəcəyədək dəyişikliklərə gətirib çıxardığına, diqqət yetirməyi xahiş edirəm. Əvvəlki fəsildə, Amerikanın müxtəlif ölkələrinin nümunəsində bu haqda söhbət açmışam.

Əslində, təsisatlar yalnız zərurətlərin nəticəsi olaraq meydana çıxır, bir nəslin iradəsi ona heç bir təsir göstərmir. Hər bir irq və hər bir mərhələ üçün bu irqin inkişafı, mövcudluğunun şərtləri kimi ortaya çıxır, bəzi qurumların ehtimal etdiklərini, digərləri qəbul etməyə bilər, məsələn, hislər, düşüncələr, fikirlər, irsi təsirlər. Hökumət yarlıqları elə də böyük əhəmiyyət daşımır. Heç bir vaxt hər hansı bir xalqa ən yaxşı hesab etdiyi təsisatı seçmək imkanı verilməyib.

Əgər nadir hallarda bu seçim imkanı düşürsə də, onu qoruyub saxlamaq nəsib olmur. Çoxsaylı inqilablar, konstitusiyaya edilən fasiləsiz dəyişikliklər, əsrlər boyunca davamlı olaraq fransızlarda baş verir, bu bir təcrübə təşkil edir ki, artıq çoxdan dövlət adamlarında bununla bağlı müəyyən baxış formalaşmalıydı. Bununla belə, düşünürəm ki, mühüm ictimai dəyişikliklərin ancaq dekretlər yolu ilə həyata keçməsi ilə bağlı ideyalar, hələ də yalnız qaranlıq kütlənin başında və bəzi fanatiklərin dar düşüncələrində qala bilər.

Təsisatların yeganə faydalı rolu adətlər və ictimai rəy tərəfindən artıq qəbul edilən dəyişikliklərə qanuni sanksiya verməkdən ibarətdir. Onlar həmin dəyişikliklərin ardınca gedəcəklər, amma önündə olmayacaqlar. İnsanların xarakter və düşüncələri təsisatlar dəyişilmir. Bu vasitələrlə xalqları inanclı və ya skeptik etmək mümkün deyil, yaxşı olardı ki, nələrisə cilovlamağı daim dövlətdən tələb etmək əvəzinə, onlara bunu idarə etməyi öyrədəsən.

Mən dillər üzərində çox dayanmayacağam, yalnız onu xatırlatmaq istəyirəm ki, hətta dil yazı sayəsində bərqərar olduqdan sonra da bir xalqdan digərinə keçəndə dəyişikliyə uğrayır və məhz bu, dünya dili ilə bağlı ideyaların cəfənglikdən başqa bir şey olmadığını təsdiq edir. İşğaldan iki yüzillikdən də az müddət keçməmiş qallar, saylarının dəfələrlə çox olmasına baxmayaraq, latın dilini qəbul etdilər. Amma çox tezliklə də həmin dili öz tələbatlarına və xüsusilə də öz ağıllarının məntiqinə uyğunlaşdırdılar. Bax, bu cür şəkil dəyişdirmədən də nəhayətdə, müasir fransız dili təşəkkül tapdı.

Müxtəlif irqlər bir cür, eyni dildə uzun müddət danışa bilməzlər. Təsadüfi işğallar, kommersiya maraqları, şübhəsiz ki, hər hansı bir xalqı öz ana dilinin əvəzinə tamamilə yad bir dili qəbul etməyə məcbur edə bilər, lakin bir çox nəsillər dəyişdikcə, qəbul edilmiş dil də tamamilə dəyişikliyə uğrayır. Bu dəyişikliklər dilin alındığı irqdəkindən daha dərin olacaq və daha kəskin fərqlənəcək.

Müxtəlif irqlərin yaşadığı ölkələrdə həmişə bir-birinə uyğun gəlməyən dillərə rast gələ bilərsən. Hindistanı buna gözəl bir nümunə kimi göstərmək olar. Böyük yarımada çoxlu və olduqca fərqli irqlər ilə məskunlaşıb; alimlər orada 240-dan çox dil hesaba alıblar, onların bəziləri bir-birindən yunan dilinin fransızcadan fərqindən də daha çox fərqə malikdilər. İki yüz qırx dil, biz hələ üç yüzdən artıq dialektdən söz açmırıq!

Bu dillər arasında ən geniş yayılanı, hələ tamamilə yeni olanı – belə ki, o, üç yüzillikdən çox mövcud deyil; bu, hind dilidir, hansı ki, müsəlman istilaçıların danışdığı fars və ərəb dillərinin – işğal edilən ölkələrdə daha çox bu dillərdən istifadə olunurdu – hind dili ilə birləşməsindən yaranıb. Həm qaliblər, həm də məğlublar birlikdə yaşayan müxtəlif xalqların çarpazlaşması yolu ilə meydana çıxan yeni irqin tələbatlarına uyğunlaşmaq, yeni dildə danışmaq üçün çox tezliklə öz dillərini unutdular.

Bu məsələ üzərində daha artıq dayana bilməyəcəyəm və yalnız başlıca ideyaları göstərməklə kifayətlənməyə məcburam. Əgər təfərrüatlara varsam, onda bir qədər də irəli gedib, deməliyəm ki, fərqli xalqlar olduqda, bizim eynimənalı hesab etdiyimiz sözlər, əsl həqiqətdə bir-birindən o dərəcədə uzaq düşüncə üsulları və hisləri ifadə edirlər ki, onların bir dildən digərinə düzgün tərcüməsi belə mümkün deyil. Bunu başa düşmək elə də çətin deyil, çünki bir neçə əsrlər boyunca eyni ölkədə, eyni irqdə və eyni söz tamamilə oxşar olmayan anlayışlara uyğun gəlir.

Qədim sözlər əvvəlki zaman insanlarının anlayışlarını təmsil edir. Əvvəllər real şeylərin işarələri olan sözlər, ideya, adət və ənənələrdə baş verən dəyişikliklərin nəticəsində çox tezliklə öz mənasını itirdilər. Vərdiş edilən və dəyişdirilməsi çətin olan həmin işarələrin köməyi ilə düşünməyi davam etdirirlər, lakin onların indiki anda nəyi təmsil etdikləri və hazırkı zamanda hansı məna kəsb etmələri arasında artıq hər hansı bir uyğunluq yoxdur.

Bizdən çox uzaqlaşmış, bizimkilərlə heç bir oxşarlığı olmayan sivilizasiyalara aid xalqlardan söhbət gedəndə, tərcüməni yalnız öz orijinal mənasından tamamilə məhrum olan sözlər verə bilər, yəni onlar ağlımızda həmin sözlərin vaxtilə doğurduğu məna ilə heç bir əlaqəsi olmayan ideyalar yaradır. Bu hal Hindistanın qədim dilləri üçün xüsusilə son dərəcə xarakterikdir.

Bu, tərəddüd edən ideyalara sahib xalqın (hindlilər) məntiqinin bizimki ilə heç bir qohumluq əlaqəsi yoxdur, sözlər heç vaxt dəqiq və müəyyən məna kəsb etmir, yalnız zamanla əsrlər və şüurumuzun xüsusiyyətləri, bunu Avropada həmin sözlərə veriblər. Elə kitablar da var ki, məsələn, Vedalar, tərcüməsi mümkün deyil.

Birlikdə yaşadığımız elə fərdlər də var ki, fikirlərinə nüfuz etmək artıq çox çətindir, bizlərdən onları bir sıra yaş, cinsi münasibətlər, tərbiyə fərqləri ayırır; üzərinə əsrlərin tozu çökmüş irqlərin fikirlərinə nüfuz etmək o dərəcədə çətin əməkdir ki, öhdəsindən heç bir elm adamı belə, gələ bilməz. Bizə əlçatan olan bütün biliklər, ancaq belə cəhdlərin tamamilə faydasız olduğunu göstərməyə xidmət edir.

Əvvəl misal gətirdiyimiz nümunələr nə qədər bitkin və inkişaf etdirilməmiş olsalar da, başqa xalqlardan alınma sivilizasiya elementlərinin hansı dərəcədə dərin dəyişikliklərə məruz qaldığını göstərmək üçün, tamamilə yetərlidir. Alınma elementlər çox vaxt əhəmiyyətli olur, çünki, ada görə o bəzən çox qabarıq olur.

Amma mənimsənilməsi həmişə həqiqətən çox cüzidir. Əsrlər boyu, nəsillərin astagəl çalışmaları sayəsində və olunan əlavələrin tədriciliyi nəticəsində alınma element, öz başlanğıc prototipindən kəskin fərqlənir. Tarixin başlıca olaraq zahirinə toxunan tədrici dəyişikliklər, əslində hesaba alınmır. Deyəndə ki, məsələn, hansısa xalq yeni bir dini qəbul edib, reallıqda həmin an qəbul ediləni deyil, bizə hazırkı zamanda məlum olan dini təsəvvürümüzə gətiririk. Onların genezisini yaxşı başa düşmək və sözləri mahiyyətindən ayıran fərqləri sezmək üçün, bu, tədrici uyğunlaşmanı dərindən öyrənmək lazımdır.

Beləliklə, sivilizasiyanın tarixi aramla gedən uyğunlaşmalardan, olduqca əhəmiyyətsiz görünən tədrici dəyişikliklərdən ibarətdir. Əgər onlar bizə qəfil və əhəmiyyətli görünürlərsə, buna səbəb geologiyada olduğu kimi aralıq mərhələlərə əhəmiyyət verməyib, yalnız son mərhələlərə diqqət yetirməyimizlə əlaqədardır.

Həqiqətdə, hər hansı bir xalqın nə qədər inkişaf etməsi və xüsusi istedadlı olmasından asılı olmayaraq, onun sivilizasiyanın bu və ya digər yeni elementinin mənimsəmə qabiliyyəti həmişə məhduddur. Beyin hüceyrələri yaranması üçün əsrlər lazım gəlmiş, hislərə və tamamilə müxtəlif orqanizmlərin tələbatlarına uyğunlaşanları bir gün ərzində mənimsəyə bilməz. Yalnız tədricən və irsən əldə olunanlar belə assimilyasiyalara imkan yaradır.

Qədimdə ən inkişaf etmiş xalqlardan sayılan yunanlarda incəsənətin təkamülünü öyrənməyə keçəndə, görəcəyik ki, Assuriya və Misir obrazlarının kobud təqlidindən qurtarmaq və ardıcıl mərhələlərlə bu gün də bəşəriyyəti heyran edən incilər yaratmağa gəlib çatmaq üçün onlara neçə əsr zaman lazım gəlmişdir.

Misirlilər və xaldeylər (qədimdə Babilistan ovalığında yaşamış gildani xalqına mənsub adamlar) kimi bəzi ibtidai xalqlar istisna olmaqla, tarixdə bir-birinin ardınca gələn bütün xalqların etdikləri, yalnız keçmişin mirasını təşkil edən sivilizasiyaların elementlərini mənimsəyərək, onları öz ruhi xüsusiyyətlərinə uyğun dəyişdirməkdən ibarət olub.

Əgər onlar özlərinə qədər məlum olan materiallardan istifadə edə bilməsəydilər, onda sivilizasiyaların inkişafı müqayisə olunmayacaq dərəcədə ləng gedər və müxtəlif xalqların tarixləri yalnız daimi təkrarlanmalardan ibarət olardı. 7 və yaxud 8 min il bundan əvvəl Misir və Xaldey sakinlərinin yaratdığı sivilizasiyalar material mənbəyinə çevrilib, bütün millətlər lazım olanı götürmək üçün ora müraciət ediblər.

Yunan incəsənəti Dəclə və Fərat çayları sahillərində yaranmış incəsənətdən doğub. Yunan üslubundan Roma üslubu yaranıb, o da öz növbəsində Şərq təsirləri ilə qaynayıb-qarışıb, onun özü isə yarandığı, lakin ümumi təşəkkülə malik xalqların dühasından və yaşından asılı olaraq rəngarəngləşən Bizans, roman və qotik üslublara başlanğıc verib.

İndi incəsənət haqqında söylədiklərimiz sivilizasiyaların bütün elementlərinə, təsisat, dil və dinlərinə aid edilə bilər. Avropa dilləri bir, eyni ulu babanın dilindən, nə vaxtsa Mərkəzi Asiya yaylasında yaşamış sakinlərin danışdıqları dildən təşəkkül tapıb. Bizim hüquq – Roma hüququnun törəməsidir, o da öz növbəsində özündən əvvəlki hüquqlardan yaranıb.

Əsrlərin ləng işləməsi olmasaydı, bizim elmlər, indi təsvir etdiyimiz şəkildə, səviyyədə ola bilməzdi. Müasir astronomiyanın baniləri: Kopernik, Kepler, Nyuton Ptolomeylə bağlıdırlar, onun əsərləri XV əsrə qədər dərsliklər kimi xidmət göstərib; Ptolomeyin özü isə İsgəndəriyyə məktəbi vasitəsilə misirlilərə və xaldeylərə yaxınlaşır.

Beləliklə, görürük ki, dəhşətli boşluqlara baxmayaraq, sivilizasiya tarixi onlarla zəngindir, biliklərimizin ləng təkamülü, əsrlərdən və imperiyalardan keçməyə məcbur etməklə, bizləri həmin qədim sivilizasiyaların şəfəqlərinə doğru aparır. Həm də nəzərə almaq lazımdır ki, qədim sivilizasiyaları, müasir elm indi ibtidai zamanlarla əlaqələndirməyə cəhd edir, hansı ki, bəşəriyyət o zaman heç tarixə belə malik deyildi.

Əgər mənbə ümumidirsə, onda dəyişikliklər, alınma elementlərin hər bir xalqda, onun ruhi xüsusiyyətlərinə uyğun olaraq məruz qaldığı tərzdə – mütərəqqi və ya mürtəce – çox fərqli ola bilər. Həmin dəyişikliklərin tarixi elə sivilizasiyaların tarixini təşkil edir.

Elə indicə gördük ki, başlıca elementlərdən sivilizasiya yaranır və hər bir xalq üçün fərdidir, onlar təkcə nəticəni deyil, həm də onun ruhunun strukturunun ifadəsidir və nəticə etibarilə, bir irqdən digərinə dərin dəyişikliklərə uğramadan keçir. Həmçinin onu da gördük ki, həmin dəyişikliklərin böyüklüyünü bir tərəfdən bizləri tamamilə müxtəlif şeyləri eyni sözlərlə ifadə etməyə məcbur edən linqvistik tələbatlar pərdələyir, digər tərəfdən, diqqətimizi sivilizasiyaların yalnız ifrat formalarına yönəldən və bizə onları birləşdirən aralıq formaları görməyə imkan verməyən qarşısıalınmaz tarixi əsərlərin çatışmazlıqları.

İncəsənətin təkamülünün ümumi qanunları ilə bağlı növbəti fəslə keçməklə hər hansı bir sivilizasiyanın bir xalqdan digərinə keçdiyi zamanı əsas elementlərində baş verən dəyişikliklərin ardıcıllığını daha aydın göstərə biləcəyik.

IV fəsil
İNCƏSƏNƏT KÖKÜNDƏN NECƏ DƏYİŞDİRİLİR

Şərq xalqlarında incəsənətin təkamülünün öyrənilməsi ilə bağlı yuxarıda göstərilən prinsiplərin tətbiqi. – Misir. – Dini ideyalar, hansılardan ki, onun incəsənəti törəyir. – Müxtəlif irqlərə, efiopiyalılara, yunanlara və farslara keçdikdən sonra onların incəsənəti necə oldu. – Yunan incəsənətinin ibtidai primitiv səviyyəsi. – Onun inkişafının ləngliyi. – Farslarda yunan, Misir və Assuriya incəsənətinin qəbulu və inkişafı.

– İncəsənətin məruz qaldığı köklü dəyişikliklər, heç də dini inanclardan deyil, irqlərdən asılıdır. – İslamı qəbul edən irqlərin təsiri altında ərəb incəsənətinin məruz qaldığı böyük dəyişiklərin nümunələri. – Hind incəsənətinin təşəkkülü və inkişafındakı dəyişikliklərə bizim prinsiplərin tətbiqi. – Hind və yunan incəsənəti eyni mənbədən əxz olunmalarına baxmayaraq, irqlərin fərqliliyi ucbatından heç bir əlaqəyə malik deyil. – Məskunlaşan irqlərdən asılı olaraq və inancların oxşarlığına baxmayaraq, Hindistan memarlığının məruz qaldığı nəhəng dəyişikliklər.

Məlum xalqı bir-birinə bağlayan münasibətləri ruhi xüsusiyyətləri, onun təsisatları, inancları və dilləri ilə birlikdə tədqiq edərkən, mən bu barədə qısa təlimatlarla kifayətlənməli oldum. Bu kimi məsələləri hərtərəfli işıqlandırmaq üçün, cildlər yazmaq lazım gələrdi.

İncəsənətə gəldikdə, onu müqayisəolunmaz dərəcədə aydın və dəqiq ifadə etmək mümkündür. Təsisatlar və inanclar isə şübhəli müəyyənliyə aid şeylərdir və onların izahı çox çətindir. Hər bir mərhələdə dəyişilən və cansız mətnlər arxasında gizlənən mahiyyətləri öyrənmək, lap sonda mübahisəli nəticələrə gəlmək üçün özünü bütünlüklə arqumentlərə və tənqidlərə həsr etmək lazımdır. Bədii əsərlər, xüsusilə də abidələr, əksinə, müəyyənliyi aşkar olduğundan izahı da çox asandır.

Daş kitabələr – ən aydın və heç vaxt yalan danışmayan yeganə kitablardır və bu əsasda mən onlara Şərq sivilizasiyasının tarixi ilə bağlı öz əsərlərimdə başlıca yer ayırıram. Mən həmişə ədəbi sənədlərə böyük şübhə ilə yanaşmışam. Onlar çox vaxt çaşqınlığa səbəb olur və ədəbi əsərlərdən nadir hallarda nəsə öyrənmək mümkün olur. Abidə isə heç vaxt aldatmır və ondan həmişə öyrənmək mümkündür.

O, yox olmuş xalqların düşüncələrini hər şeydən yaxşı qoruyub saxlaya bilir. Abidələr üzərində həmişə təkcə yazılı nələrsə tapmağı arzulayan mütəxəssislərin əqli korluğuna ancaq təəssüf etmək olar.

Beləliklə, incəsənətin hansısa xalqın ruhi xüsusiyyətlərini necə ifadə etdiyini və onların bir sivilizasiyadan digərinə keçməklə necə dəyişikliklərə uğradığını qısaca tədqiq edək.

Bu tədqiqatda mən yalnız Şərq incəsənətindən istifadə edəcəyəm. Avropa incəsənətinin əmələ gəlməsi və dəyişilməsi eyni qanunlara tabe olub. Lakin müxtəlif xalqlarda onun təkamülünü göstərmək üçün təfərrüatlara varmaq lazımdır, hansı ki, tədqiqatların fövqəladə dərəcədə sıx çərçivələri buna yol vermir.

Öncə Misir incəsənətini götürək və baxaq görək, ardıcıllıqla üç müxtəlif irqə – Efiopiyadan olan zəncilərə, yunan və farslara – keçməklə hansı dəyişikliklərə uğrayıb.

Yer üzündə nə vaxtsa ən çiçəklənən sivilizasiya olmuş Misir sivilizasiyası öz incəsənətində bu çiçəklənməni tam əks etdirir. Bu sivilizasiya incəsənətdə elə güclü və aydın əks olunub ki, Nil sahillərində doğulmuş bədii tiplər yalnız Misir üçün yaraya bilərdi və digər xalqlar tərəfindən yalnız əhəmiyyətli dəyişikliklərə məruz qaldıqdan sonra qəbul edilə bilərdi.

Misir incəsənəti, ələlxüsus memarlığı, xüsusi idealın təcəssümüdür və 50 əsr ərzində o, bütün xalqı maraqlandırıb. Misir insanın müvəqqəti mövcudluğu üzündən onun üçün əbədi mənzil yaratmağı arzulayırdı. Bu irq digərlərindən fərqli olaraq, həyata həqarətlə baxırdı və ölüm haqqında fikirləri əzizləyirdi.

Onu ən çox mina qatı çəkilmiş gözləri ilə öz qızıl maskasında, qaranlıq mənzilinin dərinliyində sirli heroqliflərin əhatəsində əbədi seyrə dalıb, hərəkətsiz qalan mumiya cəlb edirdi.

Heç bir ehtiramsızlıqdan qorxmayaraq, özünün saray kimi nəhəng, divarları boyalı şəkillər və heykəllərlə örtülmüş saysız-hesabsız dəhlizlər arasındakı qəbir evində, həmin mumiyalar qısa maddi varlığı zamanı insanı valeh edən hər bir şeyi burada tapırdılar. Onlardan ötrü yerin altında torpaqlar qazılır, daş abidələr, pilonlar, piramidalar ucaldılır, onlar üçün öz daş taxt-tacında əyləşən düşüncəli, nəhəng, üzündə sakitlik və böyüklük təcəssüm olunan heykəllər yonulurdu.

Bu memarlıqda hər şey möhkəm və iridir, çünki o, əbədi olmağa can atırdı.

Əgər bütün qədim xalqlardan bizə yalnız misirlilər məlum olsaydı, onda biz onların hamısının əvəzində təsdiq edə bilərdik ki, incəsənət – onu yaratmış xalqın ruhi xüsusiyyətlərinin ən düzgün təcəssümüdür.

Bir-birindən çox fərqli xalqlar: efiopiyalılar (primitiv irq), yunanlar və farslar (ali irqlər), öz incəsənətlərini ya tək Misirdən, yaxud da bir hissəni Misirdən, digər hissəni isə Assuriyadan əxz etmişlər. İndi baxaq, bu onların əlinə keçdikdən sonra hansı vəziyyətə düşdü. Öncə sadalanan xalqlardan ən primitivini, efiopiyalıları götürək.

Məlum olduğu kimi, Misir tarixinin ən erkən çağlarında (XXIV sülalə) Misirdəki anarxiya və tənəzzüldən istifadə edən Sudan xalqları onun bəzi əyalətlərini ələ keçirdilər və ardıcıl olaraq Napatu və Meroe paytaxt olmaqla çarlıq yaratdılar. Həmin çarlıq bir çox əsrlər öz müstəqilliyini qoruyub saxlaya bildi.

Məğlubların sivilizasiyasından heyrətə gələn qaliblər, onların abidə və incəsənətini təqlid etməyə cəhd edirdilər; əlimizdə nümunələri olan belə bənzətmələr, əsasən kobud məsxərəyə qoyulan heykəlləri xatırladır. Həmin zəncilər barbarlar idi; beyinlərinin zəif inkişaf etməsi, onları durğunluğa məhkum etmişdi; həqiqətən də misirlilərin bir neçə əsr ərzində sürən mədəni təsirlərinə baxmayaraq, onlar barbarlıqdan heç vaxt qurtula bilmədilər.

Nə qədim, nə də müasir tarixdə bir nümunə belə tapmaq mümkün deyil ki, hansısa zənci qəbiləsi məlum sivilizasiya səviyyəsinə yüksələ bilsin; hər dəfə qədimdə Efiopiyada, bizim günlərdə isə Haitidə yaranan eyni təsadüflər üzündən yüksək sivilizasiya zənci irqinin əlinə keçib, həmin sivilizasiya tezliklə çox acınacaqlı forma alıb.

Digəri də, eyni ilə barbar olan, lakin ağ dərili, yunan irqi öz incəsənətinin ilk nümunələrini Misir və Assuriyadan götürüb və o da başlanğıcda yöndəmsiz bənzətmələrlə məhdudlaşıb. Bu iki böyük mədəniyyətlərə məxsus incəsənət əsərləri onlara, o dövrdə Aralıq dənizi sahillərini Kiçik Asiya xalqları ilə birləşdirən dəniz yollarının ağası və Ninəva və Babilistana aparan quru yollarının hökmdarı, finikiyalıların əli ilə çatdırılırdı.

Hamıya yaxşı məlumdur ki, nəhayət, sonunda yunanlar yaratdıqları nümunələrdən yüksək səviyyəyə yüksəlmişlər. Lakin müasir arxeologiya onların ilk heykəllərinin necə kobud və məsxərəçi olduğunu sübut etmişdir və özünə əbədilik qazanmış incilərə çatmaq üçün onlara əsrlər lazım gəlmişdi. Bu ağır əmək – xarici nümunələri geridə qoyub, orijinal incəsənət əsərlərinə gəlib çatmaq üçün yunanlara 700 il lazım gəlib.

Lakin onların bu sahədə son əsrdə qazandıqları uğurlar, bütün əvvəlki əsrlərdəkindən daha əhəmiyyətli olub. Sivilizasiyanın ali deyil, primitiv mərhələlərini keçmək üçün hansısa xalqa daha çox zaman tələb olunur. Yunan incəsənətinin ən qədim əsəri, bizim eradan əvvəl XII əsrə aid Mikena xəzinələridir ki, onlar tamamilə barbar təcrübəni göstərir, orada Şərq nümunəsində, amma kobud şəkildə hazırlanmış nizələr tapılıb.

Üstündən altı əsr sonra da incəsənət yenə də şərq incəsənəti olaraq qalırdı; Teneyalı Apollon və Orxomeniyalı Apollon heyrətamiz dərəcədə Misir heykəllərinə bənzəyirdi. Lakin tezliklə uğurlar sürətlənir və bir əsr sonra biz Fidiya və Parfenon kimi çox gözəl heykəllərə və abidələrə rast gəlirik, yəni uzun zaman ərzində ilham mənbəyi olan şərq mənşəyindən azad olduqdan sonra daha yüksəkdə dayanan nümunələr yaradıldığını görürük.

Memarlıqda da eyni cür olmuşdu, baxmayaraq ki, onun inkişaf mərhələlərini müəyyən etmək çox çətindir. Eramızdan əvvəl təxminən IX əsrə yaxın Homer poemalarındakı sarayların necə olduğunu biz bilmirik. Lakin mis divarlar, müxtəlif rənglərdə dam örtükləri, darvazaları qoruyan qızıldan və gümüşdən düzəldilmiş heyvan heykəlcikləri, qeyri-iradi olaraq bizlərə, bürünc lövhələr, rəngli kərpiclər və öküz heykəlləri ilə qorunan assuriya saraylarını xatırladır.

Bütün hallarda, bizə məlumdur ki, Dorida üslubunda yunan sütunlarının ən qədim tipinə, hansı ki, VII əsrə aid edilir, Misirdə Karnak və Bəni-Həsəndə rast gəlmək olur, İoniya sütunları öz hissələrindən bir çoxunu Assuriyadan götürmüşdür. Həmçinin onu da bilirik ki, öncə bir-birinin üstünə qoyulmuş həmin yad elementlər, sonra bir-birinə qovuşmuş və nəhayət tamamilə dəyişilərək, öz ibtidai nümunələrindən kəskin fərqlənən yeni sütunlar şəklində meydana gəlmişdir.

İqtibas edilmiş və inkişaf etmiş oxşar nümunəni qədim dünyanın digər kənarında, İranda görə bilərik, lakin orada bu inkişaf öz zirvəsinə yüksələ bilməmişdir, çünki yadelli işğalçıların qəfil hücumu onu dayandırmışdı. Farslar öz incəsənətlərini yaratmaq üçün yunanlar kimi yeddi əsr deyil, cəmi iki əsr zamana malik olmuşlar. İndiyədək, yeganə xalq ərəblərdir ki, bu cür qısa zamanda orijinal sənətlərini işləyib hazırlamağa nail ola bilmişlər.

Fars sivilizasiyası yalnız Kir və onun varislərindən başlayıb və onlar eramızdan əvvəlki beş əsr ərzində bütün Şərq dünyasında şöhrəti ilə tanınan iki nəhəng sivilizasiya mərkəzini, Babilistan və Misiri ələ keçirə bilmişdilər. Öz növbəsində hökmranlıq etməli olan yunanlar o zaman hələ hesaba alınmırdılar. İsgəndər tərəfindən devrilənə qədər, Fars imperiyası sivilizasiyaların mərkəzinə çevrilmişdi. Beləliklə, Makedoniyalı İsgəndər öz işğalı ilə dünya sivilizasiyasının mərkəzini də dəyişdirmişdi.

Heç bir incəsənət nümunəsinə malik olmayan farslar, Misir və Babilistanı ələ keçirdikdən sonra onların sənətkarlarını və sənət nümunələrini də mənimsəmişdilər. Hakimiyyətləri cəmi iki əsr sürdüyündən, farslar miras qalan incəsənəti dərindən dəyişdirmək üçün zamana malik olmamışlar. Lakin onlar da öz növbəsində başqaları tərəfindən fəth olunduqdan sonra artıq bu işə başladılar. Persopolisin günümüzə qədər gəlib çatan xarabalıqları, bu dəyişikliklərin mənşəyindən xəbər verir.

Biz orada şübhəsiz ki, qarışıq və ya daha dəqiq, bəzi yunan elementləri ilə qarışmış Misir və assur incəsənətinin laylarını tapırıq; lakin yeni elementlər də, məhz, uca farspolitan sütunları və qoşabaşlı kapitelin orada görünməsi, deməyə əsas verir ki, əgər farslar hökmranlıq üçün bu qədər məhdud zamana malik olmasaydılar, onda bu ali irq özünə hətta yunanlardakı qədər yüksək mədəniyyət olmasa da, çox orijinal incəsənət yarada bilərdi.

Buna on əsr sonra tapılmış fars abidələri sübut kimi göstərilə bilər. İsgəndər tərəfindən devrilmiş Əhəmənilər sülaləsini Selevkilər, sonra Ərşakilər və nəhayət, VII əsrdə ərəblər tərəfindən devrilmiş Sasanilər əvəz etdilər. Onlarla birlikdə İran yeni memarlıq əldə edir.

Abidələr inşa etməyə başlayanda, həmin abidələrə Əhəmənilərin qədim memarlığı ilə uyuşan ərəb incəsənəti, ellin mədəniyyəti ilə uyğunlaşan Ərşakilər mədəniyyəti (fasadın bütün yüksəkliyi boyunca uzanan nəhəng portallar, rəngli kərpiclər, çatma qübbələr və sair) orijinallıqları ilə mübahisəsiz öz möhürlərini vurmuşlar. Elə bu, yeni incəsənəti özlərinə uyğun dəyişdirən moğollar sonradan Hindistana keçiriblər.

Öncəki nümunələrdə biz bir xalqın digər xalqın incəsənətində irqinə və zamana uyğun olaraq, dəyişdirilən köklü dəyişikliklərin müxtəlif dərəcələrini görürük.

Öz sərəncamında əsrlər olan, lakin çox zəif psixoloji inkişafa malik aşağı irq olan efioplarda isə ələ keçirdikləri mədəniyyəti primitiv formaya saldıqlarını gördük. Yüksək irqdə və sərəncamında əsrlər olmuş, yunanlarda biz qeyd etdik ki, qədim incəsənət yeni, daha yüksək mədəniyyətə gəlib çatmışdı. Digər irqdə, yunanlardan daha az inkişaf etmiş və qısa zamana malik olan farslarda isə biz uyğunlaşmağa və dəyişikliklərə başlamaq üçün böyük qabiliyyəti kəşf edə bildik.

Lakin bu, böyük əksəriyyəti uzaq, bizim indi gətirdiyimiz nümunələrdən başqa, həmin dəyişikliklərin nəhəngliyini göstərən digər, daha müasirləri də var ki, bu və ya digər irq başqasından aldığı incəsənətdə həyata keçirir. Bu nümunələr daha tipikdir, söhbət indiki halda bir, eyni dinə etiqad edən, lakin müxtəlif mənşəli xalqlardan gedir.

Ərəblər bizim eranın VII əsrində qədim yunan-Roma dünyasının ən böyük hissəsini ələ keçirərək, bir ucu İspaniyadan başlayıb Mərkəzi Asiyaya qədər uzanan, Afrikanın bütün şimalını da ələ keçirməklə, nəhəng imperiyanın əsasını qoydular və xüsusi memarlığa malik Bizansla üz-üzə gəldilər. Başlanğıcda ərəblər öz məscidlərinin tikintisi üçün İspaniyada olduğu kimi, həm də Misir və Suriyada da həmin memarlığı bütünlüklə qəbul etdilər.

İndiyədək qorunub saxlanılmış Qüdsdəki Ömər və Qahirədəki Amru məscidləri və digər abidələr buna şahidlik edir. Lakin bu çox davam etməyib və biz ölkədən-ölkəyə, əsrdən-əsrə keçdikcə, abidələrin şəklini necə dəyişdirdiyini görürük. “Ərəb sivilizasiyasının tarixi” əsərimdə həmin dəyişikliklərin mənşəyini göstərmişəm. Bu dəyişikliklər o dərəcədə əhəmiyyətlidir ki, işğalın əvvəlində inşa edilmiş abidə, Qait-bəy məscidi ilə (1468-ci il) və böyük ərəb erasının sonuna yaxın tikilmiş Qahirədəki Amru məscidi (1742-ci il) arasında kiçik oxşarlıq belə yoxdur.

Mən öz izahlarım və rəsmlərimlə göstərmişəm ki, İslam qanunlarına tabe olan müxtəlif ölkələrdəki – İspaniya, Afrika, Suriya, İran, Hindistanda – abidələr o qədər böyük fərqlərə malikdilər ki, qotik üslubda tikilmiş abidələrdə olduğu kimi, aralarındakı fərqlərə baxmayaraq, onlarda da oxşarlıq tapmaq mümkündür, onları ümumi bir ad altında birləşdirmək tamamilə mümkünsüzdür.

Müsəlman ölkələrindəki memarlıqda olan köklü fərqlər dinlərdəki fərqlərdən asılı ola bilməzdi, belə ki, məlum məsələdə eyni, bir dindən söhbət gedir. Həmin fərqlər, imperiyaların taleyinə olduğu kimi, incəsənətlərinin inkişafına da təsir göstərə bilən, irqi fərqlərdən asılıdılar.

Əgər bu bəyanat doğrudursa, onda biz müxtəlif irqlərlə məskunlaşmış eyni ölkədə, eyni inanc və siyasi hakimiyyət birliyinə baxmayaraq, çox fərqli abidələrə rast gələ biləcəyik. Elə Hindistanda məhz bu müşahidə edilir. Bunu təsdiq etmək üçün gərəkli olan və bu əsərimdə ifadə olunmuş, həmin səbəbdən də mənim tez-tez müraciət etdiyim, ümumi prinsiplərə aid nümunələri Hindistanda tapmaq daha asandır.

Böyük yarımada belə demək mümkünsə, öz-özlüyündə tarixi kitablar arasında ən ibrətamizi və ən fəlsəfi kitabdır. Hazırkı dövrdə o, həqiqətən də yeganə ölkədir ki, orada arzuya uyğun zamanda yerini dəyişə və bəşəriyyətin sivilizasiyanın daha yüksək pillələrinə gəlib çatması üçün lazım olan və hələ də yaşayan bir sıra ardıcıl mərhələləri görə biləsən.

Hindistanda inkişafın bütün formalarına rast gələ bilərsən; orada həm daş dövrünün, həm də elektrik zəmanəsinin öz nümayəndələri mövcuddur. Sivilizasiyaların mənşəyi və inkişafını idarə edən ən böyük amillərin rolunu orada olduğu qədər heç bir yerdə bu cür yaxşı görə bilməzsən.

İnkişafın prinsiplərini bu əsərdə tətbiq etməklə, mən, daha bir, çoxdan həll edilməmiş problemi də çözməyə cəhd etmişəm; hind incəsənətinin mənşəyini. Belə ki, bu əsər az məlumdur və irqlərin psixologiyası haqqında ideyalarımı təşkil etdiyindən, biz burada onlardan ən əhəmiyyətli sətirləri nümunə gətiririk.

İncəsənət nöqteyi-nəzərindən, Hindistan tarixə gec qədəm basdığından abidələri də xeyli gec peyda olub. Onun ən qədim abidələri, Asoki sütunları, Karli, Rarut, Sançi və sair məbədləri yalnız miladdan əvvəl III əsrə gedib dayanır. Onlar inşa edilən zaman qədim dünyanın sivilizasiyalarının böyük əksəriyyəti Misir, Fars və Assuriya və hətta Yunanıstan sivilizasiyaları öz inkişaflarını başa vuraraq, tənəzzül qaranlığına dalmışdılar. Yeganə sivilizasiya olan Roma sivilizasiyası onların hamısını əvəz etmişdi. Dünya yalnız tək bir hökmdar tanıyırdı.

Tarixin qaranlığından belə gec çıxan Hindistan, bu səbəbdən sələfləri olan sivilizasiyalardan çox şeyləri götürə bilərdi. Lakin dərin təcridolunmaya baxmayaraq o, daim yaşamaqda davam edib abidələrinin heyrətamiz orijinallığı, onların digərlərilə heç bir qohumluq əlaqəsinin olmadığına, yadellilərdən heç nə əxz etmədiklərinə dair istənilən fərziyyələri uzun zaman ərzində rədd etməyə məcbur edirdi.

Danılmaz orijinallıq tərəfindən baxıldıqda Hindistanın ilk abidələri elə yüksək səviyyədə işlənib ki, ondan yuxarı bir daha qalxa bilməyib. Bu cür təkmil əsərlər əvvəl mövcud olanların uzun zaman ərzində öyrənilməsi ilə yaradıla bilərdi. Lakin abidələrdən heç birində bu cür çaşma izləri tapılmayıb.

Bu yaxınlarda yarımadanın şimali-qərb hissəsində yerləşən bəzi təcrid olunmuş ölkələrdə tapılan abidə və heykəl parçaları, nəhayət, Hindistanı öyrənənləri, bu irqdə şübhə doğurmayan yunan təsirlərinin olduğuna, yəni Hindistanın öz incəsənətini Yunanıstandan götürdüyünə inandıra bildi.

Hindistanda hələ də mövcud olan, yuxarıdakı prinsiplərin tətbiqi və abidələrin əksəriyyətinin dərin tədqiqi məni tamamilə başqa bir həllə gətirib çıxardı. Fikrimcə, yunan sivilizasiyası ilə təsadüfi təmaslara baxmayaraq, Hindistan öz incəsənəti üçün ondan heç nə əxz etməyib və götürə də bilməzdi. İki təmas quran irq çox fərqli idilər, düşüncələri də heç uyğun gəlmirdi, onların bədii dühası olduqca xarakterik olduğundan bir-birinə təsir göstərə bilməzdilər.

Hindistan boyunca səpələnmiş qədim abidələrin tədqiqatları aşkar şəkildə göstərir ki, onların incəsənəti ilə yunan incəsənəti arasında heç bir qohumluq bağı yoxdur. Avropa abidələri yunan incəsənətindən alınma elementlərlə zəngin olduqları halda, Hindistan abidələrində onun birinə də rast gəlmirik. Hətta ən səthi tədqiqatlar belə göstərir ki, burada tamamilə fərqli irqlər ilə təmasdayıq və ola bilsin ki, bu dərəcədə bir-birinə bənzəməyən, hətta deyərdim ki, yunanlar və hindlilər qədər bir- birinə nifrət edən dühalar heç vaxt olmayıb.

Hindistanda olan abidələri daha dərindən öyrəndikcə və onları yaradan xalqların intim psixologiyasını daha dərindən dərk etdikcə, bu ümumi təsəvvürlər daha çox aydınlaşmağa başlayır. Tezliklə sezirsən ki, hind dühası o qədər fərdidir ki, onun düşüncələri ilə heç uyuşmayan yad təsirlərə çətin ki, məruz qala bilsin.

Bu yad təsirlər, heç şübhəsiz, ola bilsin ona zorla qəbul etdirilib. Lakin nə qədər davam etsə belə, o yenə də tamamilə səthi və dayanıqsız olaraq qalmaqdadır. Görünür, Hindistanda olan müxtəlif irqlərin ruhi xüsusiyyətləri ilə digər xalqların ruhi xüsusiyyətləri, təbiət tərəfindən bu böyük yarımada ilə yer kürəsinin digər ölkələri arasında da eynilə böyük maneələr, dəhşətli əngəllər mövcuddur. Hind dühası o dərəcədə özünəməxsusdur ki, başqasından alınma istənilən əşya, həmin andaca dəyişikliyə uğrayır, hind əşyasına çevrilir.

Hətta memarlıqda, hansı ki, orada kənardan alınma şeyləri gizlətmək çox çətindir, bu özünəməxsus dühanın unikallığı və təhrif etmə qabiliyyəti o dərəcədə yüksəkdir ki, onu tez aşkar edə bilməzsən. Əlbəttə, hind memarını yunan sütunlarının surətini olduğu kimi yaratmağa məcbur etmək olar, lakin həmin sütunların şəklini dəyişdirməsinə mane olmaq mümkün deyil, ilk baxışdan onlar mütləq hind sütunları kimi qəbul ediləcək. Hətta indiki günlərdə, Hindistana Avropa təsirinin güclü olduğu vaxtlarda belə, şəkli dəyişdirilmiş nümunələri hər gün müşahidə etmək olur.

Hind sənətkarına hansısa Avropa nümunəsinin surətini işləyib hazırlamağı tapşırın, o, həmin nümunədən yalnız ümumi formanı götürəcək, bir hissəni böyüdəcək, çoxaldacaq, ilk iş olaraq naxış detallarını təhrif edəcək, nəticədə həmin əşyanın ikinci və yaxud üçüncü surəti Qərb xarakterini itirəcək və tamamilə hind surətinə çevriləcək.

Hind memarlığı, eləcə də ədəbiyyatı – bu, həddən artıq şişirtmələr, nəhayətsiz detallar bolluğu, mürəkkəblilikdir, yunan incəsənətini təşkil edən həqiqiliyin və soyuq adiliyin tam əksidir. Hind incəsənətini öyrənməklə, məlum irqin ruhi xüsusiyyətlərinin, əsərlərindəki plastika dərəcəsi ilə əlaqəsini daha yaxşı başa düşmək olur və bu onu izah etmək istəyənlər üçün də daha aydın bir dil təşkil edir.

Əgər, hindlilər də assuriyalılar kimi tarixdən tamamilə yox olsaydılar belə, barelyefləri, məbədləri, heykəl və abidələri onların keçmişini açmaq üçün kifayət edərdi. Həmin abidələr bizə deyərdi ki, yunanların metodoloji və aydın zəkası, hindlilərin özbaşına buraxılmış və qeyri-metodoloji təsəvvürlərinə heç bir vaxt kiçik də olsa belə, təsir göstərə bilməzdi. Onlar həm də bizə izah edərdilər ki, niyə yunan təsiri Hindistanda ancaq müvəqqəti və özü də yalnız məhdud sahədə ola bilərdi, hansı ki, qısa vaxt ərzində buna məcbur olublar.

Abidələrin arxeoloji tədqiqatları, bizə dəqiq sənədlərlə təsdiq etməyə imkan verir ki, Hindistan abidələri və hind ruhu ilə bağlı ümumi biliklər onları bilavasitə necə aça bilir. Bu bizə bir maraqlı faktı da qeyd etməyə imkan verir, belə ki, fars şahları Ərşakilər ilə, hansı ki, sivilizasiyalarında ellin (yunan) mədəniyyətinin izləri görünür, münasibətlər quran hind hökmdarları, dəfələrlə və xüsusilə də bizim eranın ilk iki əsrində Hindistana yunan mədəniyyətini gətirmək istəsələr də, buna heç vaxt nail ola bilməmişlər.

Bu, xalqın ruhuna aid edilən, amma məlum vəziyyətdə onun ruhu ilə heç bir əlaqəsi olmayan incəsənət bəhrələnməsi, tamamilə rəsmi olduğundan, onu əmələ gətirən siyasi təsirlərin nəticəsində həmişə yox olub getmişdir. Yeri gəlmişkən, belə mədəniyyət köçürmələri hətta kimlərinsə əli ilə məcburən yeridiləndə və milli incəsənətə hansısa təsir gücü olanda belə, hind dühasına həmişə iyrənc gəlib.

Həqiqətən, o zamanlar və son dövr abidələrində, yeraltı məbədlər çoxluq təşkil edir, yunan təsirinin izlərini tapmaq mümkün deyil. Digər tərəfdən, öz-özlüyündə də o dərəcədə xarakterikdilər ki, onları tanımamaq mümkün deyil. Həmişə xarakterik olan mütənasibliklə yanaşı, başqa, digər texniki təfərrüatlar da, ələlxüsus bəzək məharəti, var ki, həmin andaca yunan sənətkarının əlindən çıxdığını büruzə verir.

Yunan incəsənəti Hindistanda necə ani peyda olmuşdusa, elə o cür qəfil də yoxa çıxdı. Və elə bu anilik göstərir ki, o, hansı dərəcədə alınma, rəsmi olaraq kənardan sırınan, onu qəbul etməli olan xalqla heç bir qohumluq əlaqəsi olmayan bir mədəniyyətdir. Hansısa xalqda incəsənətin tamamilə yoxa çıxması mümkün deyil; onlar həmişə dəyişikliklərə uğrayırlar və yeni incəsənət əvəz etdiyi mədəniyyətdən həmişə nələrisə götürməyə çalışır.

Hindistana qəfil ayaq basan yunan incəsənəti isə oradan qəfil də yoxa çıxdı və orada iki əsr bundan əvvəl ingilislər tərəfindən inşa edilən Avropa abidələri tək son dərəcə əhəmiyyətsiz təsirini buraxmış oldu. Yüz ildən də çox qeyri-məhdud hökmranlığa baxmayaraq, Hindistanda Avropa incəsənətinin təsirinin mövcud olmaması, 18 əsr bundan əvvəlki yunan incəsənətinin cüzi təsiri ilə müqayisə edilə bilər.

Burada estetik hislərin hansısa barışmazlığının mövcud olmasını da inkar etmək olmaz, belə olmasaydı müsəlman incəsənəti, baxmayaraq ki, o da avropanınkı kimi yadelli mədəniyyət sayılır, yarımadanın bütün ərazisində yamsılanmazdı. Hətta o yerlərdə ki, müsəlmanlar heç vaxt hökmranlıq etməmişdilər, nadir hallarda məbədlərə rast gəlmək olardı ki, özündə bəzi ərəb ornamentlərini əks etdirməsin.

Şübhəsiz ki, uzaq Kanişka çarları dövründə olduğu kimi, indiki zamanda da biz əcnəbi hakimiyyətlərinin əzəmətinə heyran qalan Qvaliordan olan racələrin, özlərinə yunan-latın stilində saraylar tikdirdiklərini görürük. Lakin Kanişka zamanında olduğu kimi, bu cür qalaq-qalaq rəsmi incəsənət nümunələri indiki vaxtın özündə də yerli əhaliyə hər hansı bir təsir göstərmir/

Beləliklə, yunan və hind incəsənəti heç vaxt indiki dövrdə olduğu qədər bir-biri ilə yanaşı mövcud olmayıblar, lakin heç vaxt bir-birlərinə təsir də edə bilməyiblər. Təmiz hind abidələrinə gəldikdə, onların arasında bir dənəsini də tapa bilməzsən ki, ümumən və ya müəyyən elementlərinə görə yunan abidələri ilə ən uzaq bir oxşarlığa belə, malik olsun.

Yunan incəsənətinin Hindistana yayılmasının gücsüzlüyü çox heyrətamizdir və bunu yəqin ki, Hindistanın lap əvvəldən yad incəsənətləri mənimsəmək qabiliyyətinə malik olmaması ilə deyil, qeyd etdiyimiz iki irqin ruhları arasında olan barışmazlıqla əlaqələndirmək olar. Belə ki, öz ruhi xüsusiyyətləri ilə uyğun gələn incəsənətləri o, nəinki mənimsəməyə, hətta dəyişdirməyə belə, əla nail ola bilib.

Toplamağa nail olduğumuz arxeoloji sənədlər təsdiq edir ki, Hindistan öz incəsənətinin başlanğıcını həqiqətən də İranda axtarıb, lakin yüngülcə ellinləşmiş Ərşakilər dövrünün İranında deyil, qədim Assuriya və Misir sivilizasiyalarının əcdadı olan İranda. Məlumdur ki, miladdan əvvəl 330-cu ildə İsgəndər tərəfindən Əhəmənilər sülaləsinin varlığına son qoyulanda, farslar artıq iki əsr idi ki, parlaq sivilizasiyaya malik idilər.

Əlbəttə, onlar hansısa yeni incəsənət düsturu tapmamışdılar, lakin Misir və assurlardan irsən mənimsədikləri incəsənət qarışığından onlar əla əsərlər yaratmışdılar. Biz onlar haqqında bu günümüzə qədər qorunub saxlanılmış Persopolis xarabalıqlarına istinadən mühakimə yürüdə bilirik. Orada Misir pilonları, Assuriya qanadlı öküzləri və hətta bəzi yunan elementləri göstərir ki, Asiyanın bu məhdud vilayətində əvvəlki bütün böyük sivilizasiyalar qovuşa bilmişlər.

Hindistan İrana nələrisə götürməyə gəlmişdi və əslində oradan Xaldey və Misir incəsənətini apara bildi, halbuki farslar elə yenicə özləri mənimsəmişdilər.

Hindistan abidələrini öyrənmək bizə, mövcudluqları üçün onların nəyə borclu olduqlarını bilməyə imkan verir, lakin bunu təsdiq etmək üçün ən qədim abidələrə müraciət etmək lazım gəlir: hind ruhu o dərəcədə orijinaldır ki, alınma şeylərin onun anlayışına uyğunlaşması üçün çox böyük dəyişikliklərə məruz qalmalıdır, hansı ki, dəyişiklikdən sonra tanınmaz dərəcədə başqalaşır.

Görəsən, Yunanıstandan incəsənətlə bağlı nələrisə mənimsəməyə bu qədər qabil olmayan Hindistan, niyə həmin şeyləri farslardan götürməyə bu dərəcədə nail ola bilib? Çox güman ki, fars incəsənəti onun ruhi xüsusiyyətlərinə daha çox münasib gəlirdi, yunanlarınkı isə heç cür uyuşmurdu. Sadə formalı, səthi cüzi naxışlarla örtülmüş yunan abidələri hind ruhunun zövqünə uyğun gələ bilməzdi, eyni zamanda nəfis formalı, bol bəzəkli, naxışlarla zəngin fars abidələri onu heyran qoymaya bilməzdi.

Bununla belə, yalnız eramızdan əvvəlki uzaq dövrü, Misir və Assuriya incəsənətini təmsil edən İran, öz mədəniyyəti ilə Hindistana təsir göstərə bilmişdir. Bir çox əsrlər sonra yarımadada müsəlmanlar peyda oldu, onların sivilizasiyası İrandan keçib gəldiyindən, özünə fars elementlərini hopdurmuşdu; onların Hindistana gətirdikləri başlıca olaraq hələ də Əhəməni çarları tərəfindən davam etdirilən özündə qədim assuriya ənənələrinin izlərini daşıyan fars incəsənəti idi.

Nəhəng məscid darvazaları, xüsusilə də onların divarlarını örtən rəngli kərpiclər – Xaldey-Assuriya sivilizasiyasının əlamətləri idi. Bu incəsənəti Hindistan mənimsəyə bildi, çünki bu, onun irqinin ruhu ilə uyuşurdu, eyni zamanda qədim yunan və müasir Avropa incəsənəti hiss və düşüncə qabiliyyətinə tamamilə zidd gəldiyindən, daim ona təsirsiz qalıb.

Beləliklə, arxeoloqların hələ də təsdiq etməyə çalışdıqları kimi Hindistan Yunanıstana deyil, İranın vasitəçiliyilə Misir və Assuriyaya birləşir. Hindistan Yunanıstandan heç nə əxz etməyib, lakin onların ikisi də bir mənbədən – Misir və Xaldey xalqlarının əsrlər boyu yaratdıqları, bütün sivilizasiyaların təməli hesab olunan ümumi xəzinədən bəhrələnmişlər.

Yunanıstan bunu finikiyalıların və Kiçik Asiya xalqlarının vasitəçiliyi ala bilib; Hindistan isə İranın vasitəçiliyi ilə. Beləliklə, yunan və hind sivilizasiyaları ümumi mənbədən təşəkkül tapmışlar. Amma bu iki ölkədə həmin mənbədən başlanğıc götürmüş axın çox tezliklə, irqlərin ruhuna uyğun olaraq bir-birindən ayrılmışdır.

Lakin artıq söylədiyimiz kimi, əgər incəsənət irqin ruhi xüsusiyyətləri ilə sıx əlaqədədirsə və əgər bu əsasda eyni incəsənət bir-birinə bənzəməyən irqlər tərəfindən mənimsənilibsə, həmin andaca tamamilə fərqli formalar alır. Biz belə halla olduqca rəngarəng irqlərlə məskunlaşmış Hindistanda rastlaşırıq, eyni inanca sahib olmalarına baxmayaraq, tamamilə bir-birindən fərqli incəsənətlər, cüzi də olsa bir- birinə bənzəməyən memarlıq üslubları.

Müxtəlif vilayətlərdəki abidələrin tədqiqi də, həqiqətən hansı dərəcədə, məhz belə olduğunu təsdiq edir. Abidələr arasında fərqlər o dərəcədə dərindir ki, onları inşa edən, mənsub olduqları xalqlara uyğun yalnız ölkələr, irqlər üzrə təsnifləşdirə bilərik, dinə görə yox. Eyni dinə sitayiş edən, eyni dövrdə yaşayan xalqlar tərəfindən Hindistanın cənubunda və şimalında inşa edilən abidələr arasında heç bir oxşarlıq yoxdur.

Hətta müsəlmanların hökmranlığı dövründə, Hindistanda tam siyasi birlik var idi, müxtəlif vilayətlərdə tikilən təmiz müsəlman abidələri bir-birindən çox fərqlənirdi. Əhmədabad, Lahor, Aqra, Bijapurdakı məscidlər baxmayaraq ki, eyni kulta həsr olunublar, hətta İntibah dövrünün qotik mərhələsinə aid abidələri arasındakı əlaqədən də zəif qohumluq bağına malikdilər.

Hindistanda irqdən irqə təkcə memarlıq fərqlənmir, müxtəlif sahələrdə, təsvir edilmiş tipə, ələlxüsus də onların ötürülməsi dövrünə uyğun heykəltəraşlıq da müxtəlifləşir. Sançinin barelyefi və heykəlini demək olar ki, eyni dövrdə hazırlanmış Rarutanın barelyefi və heykəli ilə müqayisə edəndə, fərqləri həmən aşkar görmək mümkündür.

Oris əyalətindən olan barelyef və heykəlləri Byundelkundan olan barelyef və heykəllərlə və yaxud Misorun heykəllərini Cənubi Hindistanın budda məbədlərindəki böyük heykəllərlə müqayisə edəndə, həmin fərqlər daha qabarıq nəzərə çarpır. İrqlərin təsiri hər yerdə özünü büruzə verir.

Yeri gəlmişkən, həmin fərqlər kiçik bədii əşyalarda da özünü göstərir: hər kəsə məlumdur ki, Hindistanın müxtəlif hissələrində onlar öz aralarında nə qədər fərqlidirlər. Amma Misorda hazırlanmış oyma naxışlı taxta sandıqçanı eyni, amma Quzrada hazırlanmış, naxışlarla bəzədilmiş sandıqçadan və ya Oris sahillərində hazırlanmış qiymətli əşyanı Bombey sahillərində hazırlanmış qiymətli əşyadan ayırmaq üçün çox təcrübəli gözlər lazımdır.

Şübhəsiz ki, Hindistan memarlığı, bütün şərq xalqlarında olduğu kimi dini memarlıqdır; lakin dini təsir nə qədər böyük olsa da, ələlxüsus Şərqdə, buna baxmayaraq, irqin təsiri daha əhəmiyyətlidir.

Bu, xalqların taleyini idarə edən irqi ruh, həmçinin onların inanclarını, təsisatlarını və incəsənətlərini də idarə edir; sivilizasiyanın hansı elementini tədqiq etsək, onda bunu tapa bilərik. O – yeganə gücdür, digər heç bir qüvvə bunun öhdəsindən gələ bilməz. O, özündə minlərlə nəslin ağırlığını, düşüncələrinin sintezini daşıyır.

Üçüncü bölmə
İRQLƏRİN PSİXOLOJİ ƏLAMƏTLƏRİ NECƏ DƏYİŞİR
I fəsil
SİVİLİZASİYALRIN İNKİŞAFINDA İDEYALARIN ROLU

İstənilən sivilizasiyada rəhbər ideyalar həmişə elə də çox olmur. – Onların təşəkkülü və yox olmasının müstəsna astagəlliyi. – İdeyalar davranışa yalnız hislərə çevrildikdən sonra təsir göstərə bilir. – Onlar o vaxt xarakterin yaranmasında iştirak edirlər. – İdeyaların inkişafının ləngliyi, sivilizasiyaların məlum dayanıqlığını təmin edir. – İdeyalar necə meydana çıxır. – Düşüncələr kütlələrə əhəmiyyətsiz təsirə malikdilər.

– Özünütəsdiq və nüfuzun təsiri. – Etiqadçılar və həvarilərin rolu. – Sınaqdan keçirilən ideyalar kütləyə ötürülən zaman təhrif olunur. – Hamı tərəfindən qəbul edilən ideya çox tezliklə sivilizasiyaların bütün elementlərinə təsir göstərir. – İdeyaların ümumiliyi sayəsində hər bir əsrin insanları məlum orta anlayış ehtiyatına malikdilər, bu onları düşüncə və işlərində çox eyniləşdirir.

– Bu olduqca böhranlı mərhələdir – fikirlərin iddiası zamanı dözümlü olmaq üçün yeganə vasitədir. – Ehkamçılar yalnız tənqidin olmadığı yerdə duruş gətirə bilirlər. – Sivilizasiyalarını dəyişməyə məcbur olan xalqlar, öz ideya və ehkamlarını həmin saatdaca dəyişdirə – bilmirlər.

İrqlərin psixoloji əlamətlərinin böyük dayanıqlığa malik olduğunu və bu əlamətlərin nəticəsi olaraq xalqların tarixlərinin yarandığını göstərib, əlavə etdik ki, psixoloji elementlər də anatomik elementlər kimi sonda yavaş-yavaş toplanaraq, irsi ehtiyatları təşkil edirlər. Həmin dəyişikliklərin böyük hissəsi sivilizasiyaların inkişafından asılıdır.

Psixoloji dəyişikliklər yaratmağa qabil amillər olduqca rəngarəngdir. Tələbatlar, mövcud olmaq uğrunda mübarizə, məlum mühitin təsiri, elm və sənaye sahəsində uğurlar, tərbiyə, inanclar və sair bu sıraya daxildir. Onların öyrənilməsinə tam bir cildi həsr etmişəm və indi həmin predmeti təfərrüatı ilə danışmayacağam, sözügedən mövzuya yalnız onların hərəkət mexanizmini göstərmək üçün qayıdacağam, bu və növbəti fəsil həmin psixoloji dəyişikliklərə həsr olunacaq.

Dünyanın yaranışından bir-birini əvəz etmiş müxtəlif sivilizasiyaların tədqiqi göstərir ki, onların inkişafında həlledici rol həmişə çox az sayda əsas ideyalara məxsus olub. Əgər xalqların tarixi onların ideyalarının tarixi ilə müəyyən olunsaydı, onda o, heç vaxt bu qədər uzun olmazdı. Əgər hansısa sivilizasiya bir və ya iki əsr ərzində incəsənət, elm, ədəbiyyat və fəlsəfə sahəsində əsas ideyalar yaratmağa nail ola bilsəydi, ona olduqca parlaq bir sivilizasiya kimi baxmaq olardı.

Artıq bizə məlumdur ki, hər hansı bir sivilizasiyanın inkişafı başlıca olaraq, xarakterdən, yəni xalqın irsi hislərindən asılıdır, hansı ki, sivilizasiyanı yaradıb. Biz həmçinin gördük ki, həmin irsi hislər möhkəm dayanıqlığa malikdilər və onlar yalnız nəhayətdə müxtəlif amillərin təsiri altında dəyişilə bilirlər. Həmin amillər arasında ən sonuncu yerə ideyaların təsirini qoymaq lazımdır.

Lakin ideyalar xalqların ruhlarına əsl təsirini, yalnız onların olduqca ahəstə istehsalından, düşüncələrin mütəhərrik sahəsindən, hislərin möhkəm, qeyri-iradi sahəsinə düşməsindən sonra göstərə bilərlər, orada bizim əməlimizin motivləri hazırlanır. Onlar həmin an müəyyən mənada xarakterin bir hissəsini təşkil edirlər və onun davranışına təsir göstərə bilirlər. Həmin ideyalar çox yavaş, uzun sürən bir prosesdən keçdiklərindən, əhəmiyyətli gücə malik olurlar, çünki şüur onlar üzərində hökmranlığını itirir.

Nə qədər əsaslı olsa belə, üzərində istər dini, istərsə də digər hansısa ideya hökmranlıq edən inamlı insan, onu müzakirə etməyə belə qalxmayacaq. Onun cəhd edə biləcəyi yeganə şey, süni əqli üsullar və ya çox vaxt da fikirlərini rədd edən böyük təhriflər yolu ilə üzərində hökmranlıq edən anlayışlar dairəsini sınaqdan keçirə bilməsi ola bilər.

Əgər ideyalar yalnız şüurlu sahədən tədricən, yavaş-yavaş qeyri-iradi sahəyə enişdən sonra təsir göstərə bilirsə, onların hansı ləngliklə dəyişilə biləcəklərini, eləcə də hansısa sivilizasiyada idarəedici ideyaların niyə bu qədər azsaylı olduğunu və öz inkişafı üçün niyə bu qədər çox zaman tələb etdiyini başa düşmək, elə də çətin deyil. Bunun belə olmasına sevinməliyik, əks təqdirdə sivilizasiyalar heç bir dayanıqlığa malik olmazdılar.

Xoşbəxtlik həm də ondadır ki, yeni ideyalar sonda özlərini qəbul etdirməyi bacarırlar, belə olmasaydı, onda köhnə ideyalar tamamilə dəyişilməz qalar və sivilizasiyalar da heç bir tərəqqiyə nail ola bilməzdilər. Psixoloji dəyişikliklər ləng getdiyindən, bunun üçün çoxlu insan nəsli lazım gəlir, köhnələrin yox olması və yeni ideyaların təntənəsi üçün isə bundan da çox insan. Ən sivil xalqlar həmin idarəedici ideyalara söykənərək, dəyişkənlik və sabitlikdən bərabər məsafə saxlaya biliblər. Tarix bu tarazlığı qoruyub saxlaya bilməyənlərin qalıqları ilə döşənib.

Beləliklə, indi daha asan başa düşmək olur ki, niyə xalqların tarixləri öyrənilən zaman onların ideyalarının zənginliyi və yeniliyi deyil, əksinə, həmin ideyaların ifrat yoxsulluğu, dəyişikliklərin çox ləng gedişi və malik olduqları hökmranlıqları bizləri heyrətləndirir. Sivilizasiyalar bəzi başlıca ideyaların nəticəsi olaraq meydana çıxır; həmin ideyalar təsadüfən dəyişdiyi zaman, onlardan qidalanan sivilizasiyalar da tezliklə dəyişilməyə məhkumdular.

Orta əsrlərdə iki əsas ideya ilə yaşayırdılar: dini və feodal. Bu iki ideyadan onların incəsənəti, ədəbiyyatı və həyat haqqında anlayışları törəyirdi. İntibah dövründə bu iki ideya bir qədər dəyişikliyə uğrayır; qədim yunan-latın dünyasında tapılan ideal Avropa tərəfindən qəbul edilir və tezliklə həyat, incəsənət, fəlsəfə və ədəbiyyat haqqında anlayışlar kökündən dəyişilməyə başlayır. Sonra əfsanənin nüfuzu tərəddüd etməyə başlayır, elmi həqiqətləri tədricən aşkar həqiqət əvəz edir və sivilizasiya yenidən dəyişilir. Müasir zamanda köhnə dini ideyalar öz səlahiyyətlərinin böyük hissəsini aşkar şəkildə itirmişlər və tək bircə bunun nəticəsində tamamilə ona söykənən bütün ictimai təsisatların başı üzərini yıxılmaq təhlükəsi alıb.

İdeyaların təşəkkülünün tarixi, onların hökmranlığı, ömürlərini başa vurması, islahatı və yox olub getməsi, yalnız çoxsaylı nümunələrlə təsdiq edildiyi zaman qəti şəkildə izah oluna bilər. Əgər biz detallara vara bilsəydik, onda göstərə bilərdik ki, sivilizasiyanın hər bir elementi: fəlsəfə, din, incəsənət, ədəbiyyat və s. inkişafı fövqəladə dərəcədə ləng gedən çox az sayda idarəedici ideyalara tabedir. Elmlər özləri bu qanundan çəkinmirlər.

Bütün fizika enerji saxlanılması ideyasından qaynaqlanır, bütün biologiya – transformizmdən (heyvan və bitki aləmində növlərin dəyişməsi haqqında nəzəriyyə), bütün tibb – kiçik hissəciklərin sonsuz hərəkəti ideyasından və bu ideyaların tarixi göstərir ki, sonuncuların ən ziyalı ağıllara müraciət etmələrinə baxmayaraq, onlar tədricən və çox çətinliklə müəyyən edilir. İndiki zamanda, hər şey böyük sürətlə baş verir və xüsusi ilə də tədqiqatlar sahəsində, orada nə həyəcanlar, nə də maraqlar danışır, əsas elmi ideyanın oturuşması üçün ən azı iyirmi beş il vaxt lazımdır.

Mübahisələrə daha az əsas verən ən aydın, ən yüngül ideyaların sübutu üçün də, az zaman tələb olunmayıb, bunlar mübahisələr üçün (məsələn, qan dövranı ideyası) daha az əsas verməliydi.

Elmi, bədii, fəlsəfi, dini, bir sözlə, hansı ideya olmasından asılı olmayaraq, onun yayılması həmişə eyni üsulla baş verir. İdeyanın lap başlanğıcda az sayda həvarilər tərəfindən qəbul olunması vacibdir, çünki inanclarının gücü və ya adlarının nüfuzu həmin ideyaya hörmət gətirir. Onlar belədə sübutlardan daha çox təlqindən istifadə edirlər. Lakin hər hansı bir sübutun dəyərində inandırma mexanizminin əsas elementlərini axtarmaq lazımdır.

Öz ideyalarını malik olduqları nüfuzdan istifadə etməklə və ya hislərə müraciət edərək təlqin etmək olar, yalnız idraka müraciət olunsa, onda hər hansı bir təsir alınmayacaq. Kütlə heç vaxt özünü dəlillərlə inandırmağa imkan vermir, bunu yalnız iddialarla etmək mümkündür, özü də bu, həmin iddiaları ortaya qoyanın, söyləyənin nüfuzundan, cazibəsindən asılıdır.

Həvarilər öz şagirdlərindən ibarət kiçik dərnəyi inandırdıqdan və bununla da belə demək mümkünsə, yeni həvarilər yaratdıqdan sonra, yeni ideya mübahisə sahəsinə daxil olmağa başlayır. Öncə o, bütün müxalifəti özünə qarşı qaldırır, çünki bu, bir çox köhnə hislərə və qəbul olunmuş şeylərə toxunur.

Yeniliyi müdafiə edən həvarilər, təbii ki, həmin müxalifətdən, onları yalnız digər insanlar üzərində üstün olduqlarına inandırmağa çalışanların bu hərəkətlərindən, coşurlar və yeni ideyanı böyük enerji ilə ona görə müdafiəyə qalxmırlar ki, o, həqiqidir, çox vaxt onların özləri də heç bilmirlər ki, bu nədir, sadəcə onu qəbul etdikləri üçün müdafiə edirlər. Bu zaman yeni ideya daha tez-tez müzakirə olunmağa başlayır, yəni əslində biriləri tərəfindən şərtsiz qəbul olunur, digərləri tərəfindən isə rədd edilir.

Təsdiq və rəddetmələr, bir az da arqumentlərlə mübadilə gedir, belə ki, bunlar böyük insan çoxluğu tərəfindən yeni ideyanın qəbul olunması və ya rədd edilməsi üçün yeganə motiv olaraq, hislərin motivi kimi çıxış edə bilmir, burada düşüncə heç bir rol oynamır.

Bu, həmişə coşqun müzakirələrin sayəsində ideyalar olduqca yavaş inkişaf edir. Onun etirazlara səbəb olduğunu görən yeni nəsil, yalnız elə bu səbəbdən həmin ideyanı qəbul etməyə meylli olurlar. Həmişə müstəqilliyə can atan gənclik üçün qəbul olunmuş ideyalara qarşı bütünlüklə müxalifətdə olmaq, ona öz orijinallığını nümayiş etdirməkdən ötrü ən əlçatan forma kimi görünür.

Beləliklə, ideya genişlənməyə başlayır və çox tezliklə o, hər hansı bir dəstəyə ehtiyac duymayacaq. Artıq o, indi hər yerdə yalnız imitasiya, yoluxma yolu ilə, bu kimi qabiliyyətlər vasitəsilə yayılmağa başlayacaq, adamlar da insanabənzər meymunlar kimi bu sahədə eyni dərəcədə istedada malikdilər.

Yoluxma mexanizminin işə düşdüyü vaxtdan ideya onu çox tezliklə uğura çatdıracaq mərhələyə daxil olur. Çox tezliklə o, ictimai rəy tərəfindən qəbul edilir. Bundan sonra o, bütün ağılları fəth edən nüfuzedici və öhdəsindən gəlinə bilməyəcək bir gücə çevrilir, həm də xüsusi bir atmosfer, ümumi düşüncə tərzi yaradır.

Hər yerə keçməyi bacaran ən kiçik toz hissəcikləri təki, o, məlum dövrün bütün anlayışlarına və ruhi məhsullarına çökəcək. İdeya və ondan çıxan nəticələr həmin vaxt bizlərə tərbiyə vasitəsilə qəbul elətdirilən irsi bayağılıq ehtiyatının bir hissəsini təşkil edir. O, artıq qalib gəlib və hislər sahəsinə daxil olub ki, bu da onu uzun müddət üçün hər cür müdaxilədən mühafizə edir.

Sivilizasiyaya rəhbərlik edən müxtəlif ideyalardan bəziləri, məsələn, incəsənətə və ya fəlsəfəyə aid olanlar, yuxarı qatlarda qalır; digərləri, xüsusilə də dini və siyasi anlayışlara aid olanlar, bəzən kütlənin dərinliyinə enir. Sonuncular ora adətən çox təhrif olunmuş halda gəlib çatırlar, lakin elə ki, ora keçməyə müvəffəq oldular, onların malik olduqları güc, geridə qalmışlar, düşünməyə qadir olmayanlar üzərində nəhəng qüvvəyə çevrilir.

İdeya həmin vaxt özlüyündə bir məğlubedilməzlik təşkil edir və nəticədə güclü axın kimi yayılmağa başlayır ki, qarşısında heç bir maneə dayana bilmir. Elə o zaman həmin böyük hadisələr baş verir ki, tarixi çevrilişlərə gətirib çıxarır və yalnız kütlə tərəfindən həyata keçirilir. Nə yeni dinlər, nə bir yarımkürədən digərinə qədər uzanan, dünyanı idarə edən nəhəng imperiyalar, nə də, Avropanı yerindən oynadan böyük dini və siyasi inqilablar, elm adamları, sənətkarlar, filosoflar tərəfindən yaradılmayıb, həyata keçirilməyib, onlar məlum ideya ilə kifayət qədər yüklənmiş və onun yayılması üçün öz həyatlarını belə qurban verməyə hazır olan insanlar tərəfindən yaradılıb, həyata keçiriliblər.

Nəzəri olaraq çox əhəmiyyətsiz, lakin praktikada çox güclü baqajla Ərəbistan çöllərinin köçəriləri qədim yunan-Roma dünyasının bir hissəsini ələ keçirdilər və tarixin indiyə qədər tanıdığı ən böyük imperiyalardan birini yaratdılar. Elə oxşar əxlaqi baqajla, ideyaya sadiq olan qəhrəman Konvent əsgərləri Avropanın silahlı koalisiyasının hücumlarını qətiyyətlə dəf edə bilmişdilər.

Güclü əqidə, özü təki güclü əqidə ilə rastlaşmayana qədər yenilməzdir: sonuncu birinci üzərində qələbə çalmaq üçün müəyyən şans daxilində mübarizə apara bilər. İnam üçün inamdan daha ciddi düşmən yoxdur. O, qələbəyə əmindir, fiziki qüvvə hansı ki, ona qarşı qoyulur, zəif hislərə və zəifləmiş etiqadlara xidmət edir. Lakin nə vaxt ki, o, eyni gücdə inamla üzbəüz gəlir, mübarizə daha gərgin xarakter alır və həmin vaxt uğuru daha çox mənəviyyatla bağlı təsadüfi hallar, intizam ruhu və əla təşkilatçılıq həll edir.

Elə indi söz açdığımız ərəblərin tarixi ilə daha yaxından tanış olduqda, müşahidə etdik ki, ilk qələbələrində, həmin qələbələr isə həmişə ən çətini, ən mühümü olur, onlar mənəvi cəhətdən ən zəif rəqiblə qarşılaşmışlar, baxmayaraq ki, onların hərbi təşkilatı çox yüksək idi. Öncə ərəblər öz silahlarını Suriyaya qarşı yönəltdilər. Orada qarşılarına muzdlulardan təşkil olunmuş və özlərini kimin üçünsə və ya hər hansı bir iş üçünsə qurban verməyə hazır olmayan bizans döyüşçüləri çıxdılar.

Güclərini on qat artıran canlı imanla ruhlanmış ərəblər, qarşılarındakı idealsız dəstələri, vaxtilə bir ovuc yunanın vətən sevgisi ilə ruhlanaraq Kserksin çoxsaylı qoşunlarını seyrəltdikləri kimi darmadağın etdilər. Əgər, hadisələr bir neçə əsr əvvəl baş versəydi, nəticə tamamilə başqa cür olardı, onlar roma kaqortaları ilə qarşılaşardılar. Tarix çoxsaylı nümunələr əsasında təsdiq edir ki, eyni qüdrətdə olan mənəvi güclər bir-biri ilə qarşılaşanda, həmişə daha yaxşı təşkil olunanı qalib gəlir. Vandeylilər yəqin ki, olduqca güclü inama malik olublar; bu adamlar çox güclü etiqad sahibi idi; digər tərəfdən, Konventin əsgərləri də həmçinin çox israrlı inam sahibi olublar və hərbi cəhətdən daha yaxşı təşkil olunduqlarından məhz onlar qalib gəliblər.

Siyasətdə olduğu kimi, dində də uğur həmişə dindarların tərəfində olur, skeptiklərin tərəfində yox. Əgər sosialistlərin təlimlərinin kamala yetməməsinə baxmayaraq indiki zamanda kimlərsə gələcəyin sosialistlərə aid olduğunu güman edirlərsə də, bu yalnız sosialistlərin öz ideallarının xilasediciliyinə qızğın inamlarından irəli gəlir. Müasir dövrdə idarə edən siniflər öz fəaliyyətlərinin səmərəliliyinə inamı itiriblər. Onlar heç nəyə inanmırlar, hətta hər tərəfdən əhatə olunduqları barbarlardan gözlənilən hədələrdən müdafiə oluna biləcəklərinə belə.

Hər hansı bir ideya az və ya çox zaman ərzində dolaşdıqdan, yenidən işləndikdən, təbliğatdan sonra müəyyən forma almaqla kütlənin ruhuna hakim kəsilirsə, onda o, mübahisə doğurmayan mütləq həqiqətə, ehkama çevrilir. O, xalqların mövcud olmasını təmin edən həmin ümumi inamın bir hissəsini təşkil edir. Universal xarakteri ona həmin vaxt üstün rol oynamağa imkan verir.

Avqust və yaxud XIV Lüdovik öz əsrləri kimi möhtəşəm tarixi dövrlərdən, sərgərdanlıq və müzakirə mərhələlərindən keçib, təsdiq olunmuşdular, insanların düşüncələrinin əsas hökmdarlarına çevrilmişdilər. Həmin vaxt bir növ işıq verən mayaka çevrilirlər və öz şölələrində işıqlandırdıqları hər bir şey onların rəngini alır

Yeni ideya dünyada bərqərar olduqdan sonra, o, sivilizasiyanın kiçik elementlərinə öz möhürünü vurur; lakin bu ideyanın öz izini hər yerdə göstərməsi üçün, onun kütlənin ruhuna hakim kəsilməsi gərəkdir. İntellektual zirvədən, harda ki, ideya daha tez-tez orada doğulur, qatdan qata düşür, aramsız dəyişilir və şəkildən şəklə düşür, xalqın ruhundan ötrü əlçatan olmayana qədər forma almır, hansı ki, elə ona zəfər hazırlayır.

Bu zaman o, bir neçə sözlə ifadə oluna bilir, bəzən hətta bir sözlə, amma həmin söz parlaq obrazlar doğurur, bəzən cazibədar, bəzən qorxulu və nəticə etibarilə, həmişə güclü təəssüratlar oyadır. Orta əsrlərdəki cənnət və cəhənnəm kimi sözlər, hər şeyə cavab verməyi bacaran sehrli gücə malik və sadə insanlara hər şeyi izah edən, o cür qısa sözlərdən hesab olunur. Sosializm sözü – özlüyündə, müasir fəhlə üçün insan qəlbinə hökmranlıq etməyə qabil sirli sintetik düsturlardan biri kimi özünü təqdim edir. Daxil olduğu mühitdən asılı olaraq müxtəlif obrazlar doğurur, hətta başlanğıc halında olmasına baxmayaraq, o, adətən çox güclü təsir edir.

Fransız nəzəriyyəçi üçün “sosializm” sözü cənnət təəssüratı yaradır, orada bütün insanlar bərabərdir, ədalətlidir, xeyirxahdır və hami işçi olduqdan sonra dövlətin himayəsi altında ideal xoşbəxtlikdən zövq alacaqlar. Alman fəhlə üçün isə təsvir edilən obraz siqaret çəkilən meyxana şəklində canlanır, orada hökumət hər ziyarətçiyə turşuya qoyulmuş kələmdə nəhəng sosiska piramidası və sonsuz sayda pivə parçı təklif edir.

Aydındır ki, turşuya qoyulmuş kələm və bərabərlik haqda arzular quran həmin xəyalpərəstlərdən heç biri bölünməli olan şeylərin həqiqi qiyməti və yaxud həmin bölgüdə iştirak edənlərin sayını öyrənməklə bağlı özünə əziyyət verməyib. Həmin ideyanın özəlliyi ondadır ki, o, qəti şəkildə təsir edir və qarşısında istənilən etiraz gücsüzdür.

İdeya tədricən hissə çevrildikdən və ehkam olduqdan sonra, təntənəsi uzun dövr üçün artıq təmin edilir və onu sarsıtmağa yönələn bütün cəhdlər uğursuzluğa məhkumdur. Şübhəsiz, yeni ideyanı da sonda özündən əvvəlkilərin aqibəti gözləyir.

Bu ideya da köhnələcək və tənəzzülə uğrayacaq; lakin tamamilə yararsız olana qədər bir çox reqressiv dəyişikliklərə və anlaşılmaz təhriflərə məruz qalacaq və həyata keçirilməsi üçün çoxlu nəsillər tələb olunacaq. Tam yox olmazdan əvvəl o, uzun müddət köhnə irsi ideyaların bir hissəsini təşkil edəcək, hansılar ki, xurafat adlandırılır, amma biz onlara hörmətlə yanaşırıq. Köhnə ideya hətta söz, səs, ilğımdan o yana keçmədiyi vaxtlarda belə, yenə bizi öz təsirinə sala biləcək qədər ovsunlayıcı gücə malik olur.

Ömrünü başa vurmuş ideyalar, fikirlər, şərtiliklərdən ibarət köhnə miras özünü bax, bu cür qoruyub saxlayır. Biz onları ehtiramla qəbul edirik, amma əgər ağlımıza onları tədqiq etmək fikri düşsəydi, kiçik bir tənqidə belə dözə bilməzdilər. Öz şəxsi düşüncələrindən baş çıxarmağı bacaran adamlar və ən səthi tədqiqatdan sonra belə, onların qarşısında dayana biləcək düşüncələr kifayət qədərdimi?

Ən yaxşısı bu qorxulu tədqiqatlara baş vurmamaqdır. Xoşbəxtlikdən, biz buna az meyilliyik. Tənqidə qabil ruh ali, çox nadir keyfiyyətdir, halbuki o, təqlidçi şüur kimi özlüyündə olduqca geniş yayılmış qabiliyyətdir: adamların böyük çoxluğu ictimai rəyin ona çatdırdığı və tərbiyələndirdiyi bütün oturuşmuş ideyaları tənqidsiz qəbul edirlər.

Beləliklə, irsiyyət, tərbiyə, mühit, təqlidçilik və ictimai rəy vasitəsilə hər bir əsrin, hər bir irqin adamları orta anlayışların məlum yekununu alırlar, bu onları bir-birinə oxşar edir, özü də o dərəcədə ki, əsrlərin ağırlığı altına düşürlər və bədii, fəlsəfi və ədəbi əsərlərdən biz onların yaşadığı dövrü öyrənə bilirik. Əlbəttə, hamısının tamamilə bir-birinin eyni ilə oxşarı olduğunu söyləmək mümkün deyil; amma aralarındakı ümumilik – oxşar hissetmə və düşünmə qabiliyyətləri – bir zərurət kimi ortaya çıxdığından, olduqca yaxın əsərlərin yaranmasına gərib çıxarıb.

İşlərin belə olduğuna sevinmək lazımdır, başqa cür ola da bilməz; zira məhz bu, ümumi ənənələr, ideyalar, hislər, inanclar, düşüncə qabiliyyətləri kimi ümumi şəbəkə, xalqların ruhunu təşkil edir. Sözügedən şəbəkə nə qədər möhkəmdirsə, həmin ruhun bir o qədər çox dayanıqlı olduğunu biz artıq gördük. Əslində, milləti yalnız və yalnız bir tək o, qoruyur, həmin millətlərin bir andaca yox olmasına imkan vermir.

Bu, eyni vaxtda onların əsil gücünü və əsil hökmranlığını göstərir. Bəzən asiya monarxlarını öz fantaziyalarından başqa heç nəyi rəhbər tutmayan müstəbid kimi təsəvvür edirlər. Əksinə, həmin fantaziyalar fövqəladə dərəcədə məhdud həddə olur. Bu ənənələr şəbəkəsi xüsusilə Şərqdə çox möhkəmdir. Bizlərdə həddən artıq sarsıdılmış dini ənənələr, Şərqdə öz gücünü qoruyub saxlayıb və ən şıltaq müstəbid belə, həmin ənənələri və ictimai rəyi – onun özündən də qüvvətli olan bu iki hakimi – heç vaxt təhqir etməyə yol etməz.

Müasir sivil insan öz tarixinin ən böhranlı mərhələlərindən birini yaşayır, belə ki, onun sivilizasiyasının təşəkkül tapdığı köhnə ideyalar artıq öz hökmranlığını qeyb ediblər, yeni ideyalar isə hələ yaranmayıb, ona görə də tənqidə dözümlü münasibət var. Ona lazımdır ki, xəyalən qədim sivilizasiyalar dövrünə keçid etsin və ya bir neçə əsr geriyə qayıtsın ki, o zamankı adət və ictimai rəyin necə olduğunu başa düşsün və öyrənsin ki, bu iki qüvvəyə hücum üçün yenilikçi nə qədər böyük mənəvi cəsarətə malik olmalıdır.

Cahil boşboğazların fikrinə görə, yunanlar azadlıqdan zövq alıblarmış, həqiqətdə isə onlar ictimai rəyin və adətlərin əsarətində olublar. Hər bir vətəndaş qəti şəkildə sarsılmaz inanclar şəbəkəsi ilə əhatə olunmuşdu; hamı tərəfindən qəbul olunmuş ideyalara qarşı kimsə nəinki çıxa bilər, hətta bu haqda heç düşünə də bilməzdi və hamı onlara etirazsız itaət edirdi. Yunan dünyası nə dini, nə şəxsi həyatda azadlıq tanıyırdı, orada, ümumiyyətlə, heç bir azadlıq yox idi. Afina qanunları vətəndaşlara hətta xalq yığıncaqlarından kənarda yaşamağa və ya milli dini bayramlarda iştirakdan yayınmağa belə imkan vermirdi.

Qədim dünyanın yalnız xəyali azadlığı var idi və bu səbəbdən vətəndaş tam köləliyə əsaslanan mükəmməl formada olan şəhər əsarətinin boyunduruğu altında idi. Ümummüharibə vəziyyətində yaşayan o zamankı dünyada, düşüncə və sərbəst hərəkət etmək azadlığı olan cəmiyyət bir gün də yaşaya bilməzdi. Tanrılar üçün tənəzzül əsri, təsisatlar və ehkamlar üçün tənəzzül günü onların tənqid olunduğu andan başlanır.

Adətlər və ictimai rəy üçün təməl rolunu oynayan köhnə ideyalar müasir sivilizasiyalarda demək olar ki, məhv edilib, nəticədə onların ruh üzərində hakimiyyəti çox zəifləyib. Nə vaxtkı köhnə ideya artıq xurafat vəziyyətinə keçir, onlar dağılma dövrünə daxil olurlar. Yeni ideyalar onları əvəz etməyənə qədər, ağıllarda anarxiya hökmranlıq edəcək. Tənqidə dözümlü münasibət də məhz, elə həmin anarxiyanın sayəsində mümkün olur.

Yazıçılar, mütəfəkkirlər və filosoflar hazırkı əsrə xeyir-dua verməli və ondan bəhrələnməyə tələsməlidirlər, çünki belə bir imkan bir daha əlimizə düşməyəcək. Bu, ola bilsin, tənəzzül əsridir, amma tarixin ən nadir anlarından biridir, orada düşüncələr azaddır. Yeni ehkamlar, çox tezliklə təşəkkül tapacaqlar, onlar da təsdiq olunduqdan sonra özlərindən əvvəlkilər tək heç bir tənqidi qəbul etməyəcək və buna dözümlülük nümayiş etdirməyəcəklər.

Müasir insan hələ də gələcək quruluşa təməl olaraq xidmət edə biləcək yeni ideyalar axtarışındadır və elə bunun özündə onun üçün bir təhlükə gizlənir. Xalqların tarixi üçün mühüm olan və onların taleyinə dərin təsir edən nə inqilablardır, nə də müharibələr – onların viran izləri çox tezliklə hamarlanır – əsas ideyalarda baş verən dəyişikliklərdir. Həmin ideyalar isə sivilizasiyaların bütün elementləri eyni zamanda dəyişikliklərə hazır olduqda, həyata keçə bilir. İndiki inqilablar, məlum xalqın varlığı üçün həqiqətən təhlükəlidir – bunlar onun düşüncələrinə toxunanlara aiddir.

Yeni ideyaların qəbulu hansısa xalq üçün təhlükə doğurmur, qorxulu olan onların fasiləsiz sınaqdan keçirilməsidir, çünki köhnəni əvəz etmək, yeni gələnlərin arasından sosial tapşırığın möhkəm oturuşması üçün vacib olan ideyanın axtarışı xeyli zaman aparır.

Yeri gəlmişkən, ideya ona görə təhlükəli deyil ki, o səhv ola bilər, ona görə qorxuludur ki, ideyanın, qəbul edən cəmiyyətin tələbatlarına uyğunlaşıb- uyğunlaşmamasını öyrənmək üçün uzunmüddətli sınaqlar lazımdır. Təəssüf ki, onun nə dərəcədə faydalı olub-olmaması, kütlə üçün yalnız təcrübənin nəticəsindən sonra aydın olur…

Tarix göstərir ki, məlum dövr üçün qəbulolunmaz sayılan ideyaların sınaqları nələrə gətirib çıxarıb, lakin iş ondadır ki, insan heç vaxt tarixin dərslərindən nəticə çıxarmır. Böyük Karl Roma İmperiyasını bərpa etməyə səmərəsiz cəhdlərdə bulunmuşdu. İdeyanın universallığı o dövrdə həyata keçməsi mümkün olmayan bir şey idi və onun bu işi də özü ilə birlikdə məhv oldu, sonrakı dövrlərdə Kromvel və Napoleon da eyni aqibətlə üzləşdi.

II Fillip öz dühasını və gücünü faydasız yerə İspaniya üçün, protestantizm adı altında Avropada yayılmaqda olan və o zaman hələ də üstünlük təşkil edən azad tədqiqatlar ruhuna qarşı mübarizəyə sərf etmişdi. Onun yeni ideyaya qarşı bütün cəhdləri yalnız rədd edildi. İspaniya isə səfalət və tənəzzül vəziyyətinə düşmüşdü ki, ondan bir daha çıxa bilmədi.

Bizim günlərdə öz irqinin sağalmaz sentimentallığından ruhlanan taclandırılmış xəyalpərəstin fantastik ideyaları İtaliya və Almaniyanın birliyini təmin etdi, amma bu, Fransaya iki əyaləti bahasına və dünya üçün də uzun zamana başa gəldi.

Sayını ordunun gücü təşkil edən həmin, olduqca yalançı ideya bütün Avropanı bir növ silahlı milli müdafiə qüvvələri ilə örtüb və onu qarşısıalınmaz iflasa sürükləyir. Əmək, kapital haqqında sosialist ideyaları, şəxsi mülkiyyətin dövlət mülkiyyətinə çevrilməsi o xalqların axırına çıxacaq, hansılar ki, daim ordulardan və iflas olmaqdan qaçırlar.

Dövlət xadimləri üçün həmişə əziz olan və siyasətlərinin yeganə əsasını təşkil edən milli prinsip, ola bilsin ki, rəhbəredici ideyaların sırasına daxil ola bilər və dünya da zərərli təsirlərini öz üzərində hiss edə bilər. Onun həyata keçməsi Avropanı ən fəlakətli müharibələrə gətirib çıxarıb, onu silah altına qoyub və tədricən bütün müasir dövlətləri iflasa və tənəzzülə gətirib, çıxaracaq.

Bu prinsipin müdafiəsi üçün çəkə biləcəyimiz yeganə ağıllı motiv, həmin ən böyük və ən çox məskunlaşmış ölkələrin, həm də hücumlardan ən çox müdafiə olunanları olmasıdır. Həmçinin onların işğallara ən qabil ölkələr olması haqqında fikirlər də bu anda gizlicə ağlımızdan keçdi. Lakin indiki zamanda, sən demə, məhz kiçik və əhalisi az olan ölkələr – Portuqaliya, Yunanıstan, İsveçrə, Belçika, İsveç, kiçik Balkan knyazlıqları – hücumlardan daha az ehtiyat edə bilərlər.

Bu birləşdirmə ideyası vaxtilə xoşbəxt olan İtaliyanı o dərəcədə viranə qoyub ki, bu ölkə hazırda inqilab və müflisolma qarşısındadır. Bütün italyan dövlətlərinin büdcəsi İtaliyanın birləşdirilməsinə qədər 550 milyon təşkil edirdisə, indiki vaxtda bu 2 milyarda çatıb.

Lakin ideyalar ruhlara hakim kəsiləndə, onların gedişini saxlamaq insanların gücündə deyil; o zaman yalnız onların təkamülünün başa çatmasını gözləmək lazım gəlir. Elə onların müdafiəçiləri, ən çox nəzərdə tutulan ilk qurbanları olurlar. İdeyalara münasibətdə yalnız müti şəkildə bizi sallaqxanaya aparan rəhbərin ardınca gedən qoyunlarıq.

İdeyanın gücü qarşısında baş əyirik. Öz inkişafında məlum mərhələyə çatanda, onu nə müzakirələr, nə də dəlillər məğlub edə bilir. Xalqların hər hansı bir ideyanın əsarətindən azad olmaları üçün əsrlər və ya zorakı inqilab lazımdır, bəzən isə hər ikisi. Bəşəriyyətə yalnız xam xəyalları saymaq qalır, onlar özləri özlərinə uydururlar və nəticədə özləri də onların qurbanlarına çevrilirlər.

II fəsil
DİNİ İNANCLARIN SİVİLİZASİYALARIN İNKİŞAFINDA ROLU

Dini inancların dominant təsiri. – Onlar həmişə xalqların həyatının ən mühüm elementlərini təşkil ediblər. – Siyasi və sosial təsisatlar kimi, tarixi hadisələrin də böyük əksəriyyəti dini ideyalardan törəyir. – Yeni dini ideya ilə həmişə yeni sivilizasiya təşəkkül tapır. – Dini idealın gücü. – Onun xarakterə təsiri.

– O, həmişə bütün qabiliyyətlərini bir məqsədə istiqamətləndirir. – Xalqların siyasi, bədii və ədəbi tarixi inanclarının törəməsidir. – Hansısa xalqın dini inanclarındakı istənilən kiçik dəyişiklik, onun mövcudluğundakı bir sıra dəyişikliklərin nəticəsi olaraq meydana çıxır. – Müxtəlif nümunələr.

Xalqları idarə edən müxtəlif ideyalar, tarixlərinin mayakını və sivilizasiyaların təzadlarını təşkil edənlər arasında dini ideyalar olduqca aparıcı və mühüm rol oynamışlar, buna görə də onlara ayrıca bir fəsil həsr etməmək mümkün olmazdı.

Dini inanclar xalqların həyatının həmişə ən mühüm elementini təşkil ediblər və təbii ki, tarixlərinin də. Tanrıların təşəkkülü və ölümü öz əzəmətli təsirini göstərmiş, ən əhəmiyyətli tarixi hadisələr hesab olunur. Yeni dini ideya ilə birlikdə yeni sivilizasiya da doğulur. Bütün zamanlarda, həm qədimdə, eləcə də indinin özündə, həmişə insan üçün əsas sualları, dinlə bağlı olanlar təşkil edib.

Əgər bəşəriyyət özünün bütün tanrılarına ölmək imkanı verə bilsəydi, həmin vəziyyət haqqında demək olardı ki, o öz nəticələrinə görə ilk sivilizasiyaların təşəkkül tapdığı dövrdən indiyədək bizim planetdə nə vaxtsa baş verən ən mühüm hadisə sayıla bilərdi.

Həqiqətən yaddan çıxarmaq lazım deyil ki, tarixi zamanın ilk çağlarından bəri bütün siyasi və sosial təsisatlar dini inanclara əsaslanıb və dünya səhnəsində tanrılar həmişə aparıcı rol oynayıblar. Sevgidən başqa, hansı ki, o da öz növbəsində inanc kimi bir şeydir, lakin şəxsi və müvəqqətidir, yalnız dini inanclar xarakterə bu cür tez təsir göstərə bilərlər.

Ərəb işğalları, xaç yürüşləri, inkvizisiya dövrünün İspaniyası, puritan dövrünün İngiltərəsi, Varfolomey gecəsini yaşayan Fransa və dini müharibələr göstərir ki, öz inancları ilə fanatikləşən xalqlar nələrə yol verə bilərlər. Dini inanclar öz növbəsində o dərəcədə daimi güclü hipnoz yarada bilir ki, bütün ruhi xüsusiyyətlər məhz onun tərəfindən dərin dəyişikliyə uğrayır. Şübhəsiz, tanrıları insan yaradıb, lakin yaratdıqdan sonra özü də çox tezliklə onun əsarəti altına düşüb. Onlar qorxunun deyil, ümidlərin övladlarıdırlar, bax, buna görə onların təsiri əbədi olacaq.

Tanrıların insana verdiyi və indi də buna yalnız onlar qadirdilər – bu, xoşbəxtlik gətirən ruhi vəziyyətdir. Heç bir fəlsəfə, heç bir vaxt bunu etməyə qadir deyil.

Nəticə, əgər bütün sivilizasiyaların, fəlsəfələrin, bütün dinlərin məqsədi olmasa da, hər halda əsas məsələ məlum ruhi vəziyyətin yaranmasından ibarətdir. Amma həmin ruhi vəziyyəti bir qisim özü üçün xoşbəxtlik kimi qəbul edirsə, başqaları belə qəbul etmir. Xoşbəxtlik zahiri şəraitdən çox az asılıdır, o, daha çox ruhumuzun vəziyyətindən asılı olur. Qurbanlar yandıqları tonqallarda çox güman ki, özlərini daha xoşbəxt hiss ediblər, nəinki onların cəlladları.

Dəmiryolunda gözətçi işləyən və qayğısız şəkildə üzərinə sarımsaq sürtülmüş çörəyini yeyən şəxs, ola bilsin, qayğıların əhatəyə aldığı milyonerdən daha xoşbəxtdir. Sivilizasiyaların inkişafı, təəssüf ki, müasir insan üçün çoxlu tələbatlar yaradıb, amma onların ödənilməsi vasitələrini verməyib və bununla da qəlblərdə ümumi narazılıq doğurub. Sivilizasiya, şübhəsiz – inkişafın anasıdır, lakin o həm də sosializm və anarxiyanın da anasıdır, ümidsiz kütlənin bu qorxunc özünüifadəsini isə artıq heç bir din dəstəkləmir. Daim narahat, həyəcanlı, taleyindən narazı avropalını, həmişə öz taleyindən razı, xoşbəxt Şərqin sakini ilə müqayisə edin.

Onlar ruhi vəziyyətlərindən başqa nə ilə fərqlənə bilərlər ki? Anlayış üsulu dəyişdikdə, xalq da dəyişir və nəticə olaraq həm də düşüncə və fəaliyyət də onun kimi. İnsanı xoşbəxt edə biləcək ruhi vəziyyət yaratmaq üçün vasitələr tapmaq lazımdır – öz varlığının yox olacağından qorxan cəmiyyət, hər şeydən öncə bax, bunu axtarıb tapmalıdır. Bütün yaranan cəmiyyətlərin hamısı ruhu tabe etdirmək üçün indiyə qədər idealda dəstək tapırdılar və ideal öz təsirini itirəndə, onlar da yox olub gedirdilər. Müasir əsrin ən böyük səhvlərindən biri – insan qəlbinin xoşbəxtliyi yalnız zahiri şeylərdə tapa biləcəyinə dair inamdır.

O bizim özümüzdədir, öz tərəfimizdən yaradılıb, amma heç vaxt – bizdən kənarda olmayıb. Köhnə əsrlərin ideallarını məhv edən bizlər, yalnız indi müşahidə edirik ki, onlarsız yaşamaq mümkün deyil və mütləq məhvolma qorxusu altında, onların yeniləri ilə əvəz olunması müəmmasını həll etməliyik.

Bəşəriyyətin həqiqi xilaskarlarına, onlara minnətdar olan xalqlar tərəfindən ehtiram əlaməti olaraq nəhəng qızıl heykəllər ucaldıblar – həmin güclü sehrbazlar, idealların yaradıcılarıdır, bəşəriyyət, onları çox nadir hallarda yetişdirir. Mənasız təzahürlər axını qarşısında, insanın dərk edə bildiyi yeganə reallıq, dünyanın soyuq və ölü mexanizmi üzərində onlar üçün güclü və barışdırıcı xülyalar doğurur, insan taleyinin qaranlıq tərəflərini bağlayır, cazibədar yurd arzuları və ümidlərini yaradır.

Özünü yalnız müstəsna olaraq siyasi baxışlara yönəldib, orada da dini inancların geniş təsiri olduğunu müşahidə etmək olar. Yeganə amil təşkil etmələri, onların dəfedilməz gücünü yaradır, bu isə həmin andaca hansısa xalqa maraqların, hislərin və düşüncələrin tam birliyini verə bilir.

Beləliklə, dini ruh milli ruhun təşəkkülü üçün lazım olan, tədricən irsən qazanılanları dərhal əvəz edir. Hansısa dinə ibadət edən xalq təbii ki, ruhi xüsusiyyətlərini dəyişdirmir, lakin onun bütün qabiliyyətləri bir məqsədə yönəlib: inancının təntənəsinə və elə bu gücün qüvvəsindən də o, qorxuya düşür. Yalnız dini dövrlərdə, dərhal yenidən təşkil edilmiş xalqlar, tarixi heyrətə salan həmin imperiyaların əsasını qoymaq üçün böyük səylərə qadirdilər.

Belə ki, Məhəmməd haqqında düşüncələrin birləşdirdiyi bir neçə ərəb tayfası, bir neçə il ərzində hətta adlarını belə eşitmədikləri millətlərə qalib gəldilər və özlərinin nəhəng imperiyalarının əsasını qoydular. Əsas olan imanın keyfiyyəti yox, onun qəlblər üzərində malik olduğu hökmranlığın dərəcəsidir. Çağırış edən tanrı istər Molox olsun, istərsə də başqası, daha barbarı olsun, bu mühüm deyil.

Həddən ziyadə dözümlü və mülayim tanrılar öz pərəstişkarlarına heç bir hakimiyyət vermirlər. Məhəmmədin sərt ardıcılları dünyanın böyük bir hissəsində uzun zaman ərzində hökmranlıq ediblər və hələ də qorxu hissi yaradırlar; Buddanın sülhsevər ardıcılları heç vaxt bu cür uzun sürən nəsə yarada bilməyiblər və artıq tarix tərəfindən unudulublar.

Beləliklə, dini ruh xalqların mövcudluğunda başlıca siyasi rol oynayır. Əlbəttə, tanrılar ölümsüz deyillər, lakin dini ruh əbədidir. Müvəqqəti olaraq təsirdən düşmüş ruh, yeni din yaranan kimi, yenidən oyanır. Bir əsr bundan əvvəl o, Fransaya silahlı Avropa qarşısında cəsarətlə duruş gətirməyə imkan verdi. Dünya yenidən, bir daha dini ruhun nəyə qadir olduğunu gördü.

Çünki o vaxt həqiqətən də yeni din yaranmaqda idi, hansı ki, öz nəfəsi ilə bütün xalqı ruhlandırmışdı. Yeni təşəkkül tapan səcdəgahlar, uzun zaman ərzində mövcud olmaq üçün çox kövrək idilər. Amma mövcud olduqları dövrdə, qeyri-məhdud hakimiyyətdən istifadə edirdilər.

Dinlərin malik olduğu ruhu kökündən dəyişdirə bilən güc, çox müvəqqəti olur. İnanc, çox və ya az zaman ərzində, xarakteri tamamilə dəyişdirməyə qabil dərəcədə intensivlikdə nadir hallarda qorunub, qala bilir. Röyalar, nəhayət solğunlaşır, hipnozdan yavaş-yavaş oyanma baş verir və xarakterin köhnə çaları yenidən görünməyə başlayır.

İnancın çox qüdrətli olduğu zamanlarda, milli xarakter həmişə inanc qəbul edilən andan və doğurduğu təzahürlərdən tanınır. Eyni bir dinə İngiltərə, İspaniya və Fransada nəzər yetirin: görün, hansı fərqlər var! Məgər, İspaniyada nə vaxtsa islahat keçirilə bilərdimi və ya məgər, İngiltərə nə vaxtsa dəhşətli inkvizisiya əsarətinə tabeçiliyə razı olardımı? Məgər, islahatı qəbul etmiş xalqlarda inancın hipnozuna baxmayaraq, irqin başlıca əlamətlərini, müstəqillik, enerji, düşünmək vərdişi və hökmdarın kölə qanununa tabe olmamaq kimi, ruhi xüsusiyyətlərin spesifik cizgilərinin qorunub saxlanıldığını görmək çətindir?

Xalqların siyasi, bədii və ədəbi tarixləri – onların inanclarının törəməsidir. Lakin bu sonuncular onların xarakterini tamamilə dəyişərək, öz növbəsində özləri də onlara uyğun dərin dəyişikliklərə uğrayırlar. İnancın başlıca elementləri dəyişməzdir və məhz buna görə o, dəyişilmir, hansısa xalqın tarixi həmişə məlum birliyini qoruyub saxlayır. İnanc da dəyişilə bilər və məhz, dəyişilə bildiyinə görə tarix bu qədər çevrilişləri qeydə alır.

Hansısa xalqın inancla bağlı vəziyyətində cüzi dəyişiklik, onun mövcudluğu şəraitində bir sıra dəyişikliklərin zəruri nəticəsi olaraq ortaya çıxır. Bundan əvvəlki fəsildə qeyd etmişdik ki, Fransada XVIII əsrdə yaşamış insanlar, XVII əsrdə yaşayanlardan tamamilə fərqlənmişlər. Lakin bu fərqin mənşəyi nədir? Ümumiyyətlə, bu iki əsrin qovşağında fikir ilahiyyatdan elmə keçid etməklə, ənənə idrakı və əldə edilmiş həqiqətləri – açıq-aşkar həqiqətlərlə qarşı qarşıya qoymuşdu.

Anlayışda baş verən bu sadə dəyişikliklərin gücü ilə əsrin siması dəyişdi və əgər biz buradan qaynaqlanan nəticələri izləmək istəsək, onda görərdik ki, Böyük Fransa İnqilabı, eləcə də ondan sonra baş verən və bu gün də davam edən hadisələr, dini doktrinaların təkamülünün adi nəticəsidir. Və əgər bu gün köhnə cəmiyyət öz dayaqlarında tərəddüd edirsə və bütün öz təsisatlarının laxladığını görürsə, bu adamların indiyədək yaşadığı öz köhnə inanclarını, sürətlə itirməsindən qaynaqlanır .

Tarix təsdiq edir ki, xalqlar öz tanrılarının qeyb olmasına uzun zaman dözə bilmir. Onlarla eyni vaxtda təşəkkül tapan sivilizasiyalar, elə onlarla birlikdə məhv olurlar. Tanrıların ölümü qədər məhvedici ikinci bir şey yoxdur.

III fəsil
SİVİLİZASİYALARIN İNKİŞAFINDA ŞƏXSİYYƏTLƏRİN ROLU

İstənilən sivilizasiyaya ən böyük uğurları həmişə bir ovuc ali zəka sahibləri qazandırıb. – Onların rolunun mahiyyəti.

– Onlar məlum irqin bütün səylərini sintezləşdirirlər. – Böyük kəşflərin gətirdiyi nümunələr. – Görkəmli adamların siyasi rolu. – Onlar öz irqlərinin hökmran ideyalarını təcəssüm etdirir.

– Hallüsinasiyadan əziyyət çəkən görkəmli şəxslərin təsiri.

– Dahi ixtiraçılar sivilizasiyaları dəyişdirirlər. – Fanatiklər və hallüsinasiyalardan əziyyət çəkənlər tarix yaradırlar. İrqlərin iyerarxiyasını və dərəcələrini öyrənərkən gördük ki, avropalı xalqları Şərq xalqlarından ayıran həqiqi fərq, yalnız birincilərin az sayda seçilmiş ali insanlara malik olmalarıdır. Onların təsirlərinin hüdudlarını bir neçə sətirdə qeyd etməyə çalışaq.

Sivil xalqların malik olduğu bu, az sayda seçilmişlər, görkəmli adamlar – hər nəsildə həmin şəxsləri məhv etmək yetərdi ki, o xalq sivil millətlərin sırasından silinsin – irqin həqiqi gücünün təcəssümünü təşkil edirlər. Elmdə, incəsənətdə, sənayedə, bir sözlə, sivilizasiyaların bütün sahələrində olan inkişafa görə bizlər onlara, yalnız onlara minnətdar olmalıyıq.

Sivilizasiyaların tədqiqi göstərir ki, həqiqətən də qazanılmış bütün müvəffəqiyyətlərə görə biz həmin bir ovuc seçilmiş insanlara minnətdar olmalıyıq.

Baxmayaraq ki, kütlə həmin uğurlardan istifadə edir, amma o öz üzərində aşkar üstünlüyü elə də sevmir və ən böyük mütəfəkkirlər və ixtiraçılar çox tez-tez onun qurbanına çevrilmişlər. Amma bütün nəsillər, məlum irqin bütün keçmişi, köhnə insan ağacının lətif güllərini təşkil edən həmin gözəl dühalarda çiçəkləyirlər. Onlar – millətin və cəmiyyətin hər bir üzvünün, yuxarıdan ta aşağıya kimi, fəxr olunası əsl şöhrətidirlər. Onlar nə təsadüf, nə də möcüzə nəticəsində yaranırlar, amma sanki zamanının və öz irqinin böyüklüyünü cəmləşdirərək özlüyündə uzun keçmişin nailiyyətini ifadə edirlər.

Onların yaranmasına və inkişafına şərait yaratmaq, inkişafın çiçəklənməsinə şərait yaratmaq deməkdir, bundan bütün bəşəriyyət bəhrələnəcəkdir. Əgər universal bərabərlik arzularımıza həddən ziyadə aludə olsaydıq, onda həmin arzuların elə ilk qurbanları də özümüz olardıq. Bərabərlik yalnız ən aşağı pillədə ola bilər. Bütün dünyada bərabərliyin hökm sürməsi üçün məlum irqdən ötrü dəyər təşkil edən hər bir şeyi, onda olan ən aşağı dərəcəyədək, son səviyyəyə kimi düşürmək lazımdır. Kəndlilərdən ən sonuncunun intellektual dərəcəsini hansısa dahinin, məsələn, Lavuazyenin, səviyyəsinə qədər yüksəltmək mümkün deyil.

Əgər, görkəmli şəxsiyyətlərin sivilizasiyaların inkişafındakı rolu əhəmiyyətlidirsə də, amma bu qətiyyən adətən hesab olunduğu kimi deyil. Onların fəaliyyəti, bir daha təkrar edirəm, bu, hər hansı bir irqin bütün səylərinin sintezindən ibarətdir; onların kəşfləri həmişə özündən əvvəlki çoxlu sayda kəşflərin nəticəsi kimi ortaya çıxır; onlar əcdadları tərəfindən tədricən yonulan daşlardan binalar tikirlər.

Tarixçilər adətən çox səthi olurlar, həmişə zənn edirlər ki, hər bir kəşfin altına bir insanın adını yazmaq olar; lakin dünyanı dəyişdirən, kitab çapı, barıt və buxarın, elektrik teleqrafı kimi ən məşhur kəşflərin belə arasında bir dənəsi yoxdur ki, onun tək bir insan tərəfindən yaradıldığını söyləyə biləsən. Belə kəşflərin mənşəyini öyrənəndə görürsən ki, onlar bir çox hazırlıq cəhdlərindən sonra doğulublar: ixtiranın finalı onun tacıdır.

Qalileyin müşahidələrinin asma qəndillərin rəqsi ilə eyni vaxt təsadüf etməsi, dəqiq xronometrlərin kəşfini hazırladı, bu isə öz növbəsində dənizçilərə okeanda yolu düz müəyyən etməyə imkan yaratdı. Top barıtı tədricən şəklini dəyişə bilən yunan alovundan alınıb.

Buxar maşını özlüyündə hər biri böyük əmək tələb edən bir sıra ixtiraların, məhsulu kimi ortaya çıxıb. Arximeddən yüz dəfə dahi olsa belə, yunan, lokomotivi icad edə bilməzdi, çünki belə bir məsələni həll etmək üçün o, mexanikanın uğurlar qazanmasını gözləməliydi, bunun üçün isə iki minillik boyunca böyük səylər tələb olunmuşdu.

Zahirən görkəmli dövlət adamlarının siyasi rolu keçmişdən o qədər də asılı görünmür, əslində o, görkəmli ixtiraçıların rolu ilə müqayisədə çox da müstəqil deyil. Xalqların siyasi mövcudluğunu kökündən dəyişdirmiş, bəşəriyyətin bu güclü mühərriklərinin səs-küylü parlaqlığından gözləri qamaşan Hegel, Kuzen, Karleyl kimi yazıçılar və başqaları onlardan hamının qarşılarında baş əyəcəyi yarımtanrılar düzəltmək və xalqların taleyinin bununla da yalnız dahilər tərəfindən müəyyən olunduğunu göstərmək istəyirdilər.

Şübhəsiz, onlar hansısa cəmiyyətin təkamülünü poza bilərlər, lakin onun axınını dəyişdirmək onların gücündə deyil. Hansısa Kromvel və yaxud Napoleonun dühası belə işi yerinə yetirmək iqtidarında deyil.

Məşhur fatehlər od və qılıncla şəhərləri, adamları və imperiyaları məhv edə, incəsənət inciləri ilə dolu muzeyə uşaq təki od vurub yandıra bilərlər. Lakin bu dağıdıcı qüvvə, bizi xarakterin rolu ilə bağlı yanlışlığa yönəltməməlidir. Görkəmli siyasi xadimlərin təsiri, Sezar və Rişelye kimi, öz səylərini yalnız dövrlərinin tələbatının ruhuna uyğun istiqamətləndirə bildikləri ana qədər davam edə bilir; uğurlarının əsl səbəbi onları özü tapıb.

İki və ya üç əsr əvvəl Sezar böyük Roma imperiyasını monarxın hökmranlığına tabe etdirə bilməzdi, Rişelye də Fransanın birləşdirilməsini həyata keçirməkdə aciz qalardı. Siyasətdə əsl görkəmli şəxsiyyətlər o adamlardır ki, əvvəlki dövrlər tərəfindən hazırlanmış, inkişaf etməkdə olan ehtiyacları, hadisələri təxmin edə və irəliləmək lazım gələn istiqaməti göstərə bilirlər.

Həmin yolu ola bilsin heç kim görməyib, lakin təkamülün qaçılmaz şərtləri, talelərini müvəqqəti olaraq həmin güclü dahilərin idarə etdiyi xalqları çox tezliklə ora itələyəcək. Onlar da məşhur ixtiraçılar kimi keçmiş dövrlərdə toplanmışların nəticələrini sintezləşdirirlər.

Lakin bu analogiyanı həddən ziyadə uzağa aparmaq lazım deyil. İxtiraçılar sivilizasiyaların inkişafında mühüm rol oynayırlar, lakin xalqların siyasi tarixində bilavasitə heç bir rolları yoxdur. Bəşəriyyətin ümumi nailiyyətləri hesab olunan bütün mühüm ixtiralara görə (kotandan tutmuş teleqrafa qədər), minnətdar olduğumuz görkəmli adamlar, dinlərin əsası və ya imperiyaların işğalları üçün vacib olan, yəni tarixi gözəçarpacaq dərəcədə zahirən dəyişdirmək üçün lazım olan xarakter keyfiyyətlərinə malik deyillər.

Mütəfəkkir problemlərin mürəkkəbliyini çox aydın görür, həmin problemlərdən heç olmasa birini təqib etməsi üçün o, nə vaxtsa dərin inama sahiblənməli və səylərinə layiq çox az siyasi məqsədlər güdməlidir. İxtiraçılar sivilizasiyaları zahiri görünüşünü dəyişdirə bilirlər; məhdud ağıllı, lakin enerjili – xarakterə və güclü həvəsə malik fanatiklər yalnız dinlərin və imperiyalarını əsasını qoya və kütlələri ayağa qaldıra bilərlər.

Hansısa Amyenli Petrusun çağırışı ilə milyonlarla adam Şərqə can atmışdı, hallüsinasiyadan əziyyət çəkən Məhəmmədin şöhrəti elə bir güc yaratmışdı ki, yunan-Roma dünyası üzərində təntənə qazana bilmişdi; hansısa naməlum bir monax olan Lüter Avropanı alovun və qanın ağuşuna atmışdı. Hansısa Qaliley və ya Nyutonun zəif səsini kütlə eşidə bilməzdi. Dahi ixtiraçılar sivilizasiyaların inkişafını sürətləndirirlər. Fanatiklər və hallüsinasiyadan əziyyət çəkənlər isə tarix yaradırlar.

Tarix reallıqda nədən ibarətdir, ən azından kitablardan tanış olduğumuz rəvayət edilən o mübarizədənmi? Hansı ki insan aparır, ideal yaradır, ona təzim edir və sonra da onu məhv edir, bundanmı? Lakin məgər, bu cür ideallar təmiz elm qarşısında, səhrada hərəkət edən qumlar üzərində işığın yaratdığı ilğımdan daha yüksək dəyərə malik ola bilərlərmi?

Lakin həmin ilğımlara bənzər hallüsinasiyadan əziyyət çəkən bəzi görkəmli yaradıcılar dünyanı dərindən dəyişdirə bilmişlər. Qəbirlərinin dərinliyindən onlar hələ də kütlələrin ruhunu öz düşüncələrinin əsarəti altında saxlayırlar. Onların rolunun mühümlüyünü inkar edə bilmərik, lakin eyni zamanda unutmayaq ki, cəhd etdikləri işi yalnız qeyri-iradiliklə, öz irqlərinin və zamanlarının hökmranlıq edən idealını təcəssüm etdirmək üçün həyata keçiriblər. Xalqın arzularını həyata keçirmədən onun rəhbəri ola bilməzsən.

Musa Misir qamçısından əziyyət çəkən, illərlə qul olduqları üçün azadlıq ruhunu qəlblərində daşıyan yəhudilərin gözündə elə azadlığın özünü təcəssüm etdirirdi. Budda öz dövrünün sonsuz fəlakətlərini gördü və dində sevgi və mərhəmətə ehtiyac olduğunu anlaya bildi. Dünya ümumi şəkildə bundan əziyyət çəkirdi. Məhəmməd min yerə parçalanmış, bir-birinə düşmən kəsilən qəbilələri dinin köməyilə xalqın siyasi birliyinə çevirməyə nail oldu.

Artileriyaçı Napoleon o zaman xalqın əsas əlamətlərini təşkil edən hərbi şöhrət, şan-şövkət və inqilabi təbliğat idealını həyata keçirərək, on beş il ərzində ən çılğın macəralarla müşayiət olunan səfərlə bütün Avropanı dolandırdı.

Nəhayətdə ideyalar, nəticə etibarilə onları həyata keçirən və yayan adamlar, dünyanı idarə edirlər. Müdafiəçiləri arasında hallüsinasiyalardan əziyyət çəkənlərin və etiqadlı insanların olması, bu, həmin andan onların təntənəsini təmin edir. Gücünün hərəkətə keçməsi üçün onların həqiqət və ya yalan olmaları elə də böyük əhəmiyyət daşımır. Tarix göstərir ki, ən cəfəng ideyalar insanları daha çox fanatikləşdirir və daha mühüm rol oynayırlar.

Ən yalançı xəyallar üzündən dünya indiyə kimi çox güclü sarsıntılara məruz qalıb: əbədi hesab olunan sivilizasiyalar dağılıb, digərləri yaranıb. Dünya yoxsul ruhlara məxsusdur, lakin bir şərtlə ki, onlar dağları yerindən oynadan kor-koranə imana malik olsunlar. Filosoflar nəyinsə məhvi üçün özlərini əsrlərlə buna sərf edirlər, halbuki dərin etiqadlı insan bunu bir gündə yarada bilir, buna görə onun qarşısında baş əyməlidirlərmi? Həmin dərin etiqadlılar sanki dünyanı idarə edən gizli qüvvələrin tərkibində iştirak edirlər. Onlar tarix tərəfindən qeydə alınmış ən mühüm hadisələrin yaradıcılarıdırlar.

Şübhəsiz, fanatiklər yalnız xülyalar yayırdılar, eyni zamanda qorxulu, yoldançıxaran və boş xülyalar. Bəşəriyyət indiyədək bunları çox görüb, şübhəsiz ki bundan sonra da görməkdə davam edəcək. Onlar yalnız kölgədir, lakin onlara hörmət etmək lazımdır. Onların sayəsində atalarımız ümidin nə olduğunu öyrənmiş və həmin kölgələrin ardınca aparılan qəhrəmancasına və şiddətli mübarizə bizləri ibtidai barbarlıqdan çıxararaq, indiki zamanda olduğumuz məntəqəyə gətirib, çıxarıb.

İllüziyalar sivilizasiyaların inkişafında demək olar ki, bütün amillərdən ən qüvvətli olanlarıdır. İllüziyalar ehramları meydana gətirmiş və beş min il ərzində Misiri azman heykəllərlə örtmüşlər. İllüziyalar əsrlərin ortasında bizim nəhəng kilsələri ucaltmışlar və Qərbi işğalların fiksiyası üçün Şərqə hücum etməyə məcbur etmişlər. İllüziyaların təqibi ilə dinlərin əsası qoyulmuş və onların sayəsində bəşəriyyətin yarısını özlərinə tabe etdirə bilmişlər, ən nəhəng imperiyalar da elə onlar tərəfindən yaradılmış və məhv edilmişlər.

Bəşəriyyət öz səylərinin çoxunu həqiqəti təqib etməkdən daha çox, yalanların ardınca getməyə sərf etmişdir. Təqib etdikləri xülyalar onları məqsədlərinə çatdırmadı, lakin bu təqib zamanı o, heç axtarmadığı bir tərəqqiyə çatdı.

Dördüncü bölmə
İRQLƏRİN XARAKTERİNİN DAĞILMASI VƏ ONLARIN TƏNƏZZÜLÜ
I fəsil                         
SİVİLİZASİYALAR NECƏ SOLURLAR VƏ SÖNÜRLƏR

Psixoloji növlərin dağılması. – Öz təşəkkülü üçün əsrlərin tələb etdiyi irsi qabiliyyət, çox tez itirilə bilər. – Məlum xalqın sivilizasiyanın ən yuxarı pilləsinə yüksəlməsi üçün həmişə uzun zaman lazım gəlir və bəzən – çox az vaxt gərək olur ki, oradan düşsün. – Hansısa xalqın tənəzzülünün başlıca amili – onun xarakterinin enişi ilə bağlıdır.

– Sivilizasiyaların dağılmasının indiyə qədər bütün xalqlar üçün bir, eyni mexanizmi olub. – Bəzi latın xalqları təmsilçilərinin tənəzzül simptomları. – Eqoizmin inkişafı. – Təşəbbüslərin və iradənin zəifləməsi. – Xarakter və əxlaqın enişi. – Müasir gənclik.

Anatomik növlər kimi psixoloji növlər də eyni ilə əbədi deyil. Onların əlamətlərinin dəyişilməzliyini dəstəkləyən mühit şərtləri həmişə mövcud olmur. Əgər həmin mühit təsadüfən dəyişilərsə, onun təsiri ilə dəstəklənən ruhi xüsusiyyətlər də nəhayətdə onları yoxluğa aparan mürtəce dəyişikliklərə məruz qalır.

Bütün canlılarda müşahidə olunan fizioloji qanunlara görə, orqanın yox olmasından ötrü onun yaranışı üçün lazım olandan həmişə son dərəcə az vaxt tələb olunur.

Hərəkətsiz qalan istənilən orqan, çox tezliklə öz fəaliyyət qabiliyyətini itirir. Mağara göllərdə yaşayan balıqların gözü sonda ölgünləşir və bu, atrofiya nəhayətdə irsi olur. Hətta qısa individual həyatı ərzində orqanın təşəkkülünə tədricən uyğunlaşması üçün irsi meyllər tələb olunub, ola bilsin ki, min əsrlər lazım gəlib. Əgər hərəkətə gətirilməsəydi, yəqin ki, çox tez atrofiyaya uğrayardı.

Varlıqların ruhi xüsusiyyətləri həmin fizioloji qanunlardan yan qaça bilmirlər. Məşq etdirilməyən beyin hüceyrəsi də öz növbəsində fəaliyyətdən qalır və təşəkkülünə əsrlər tələb olunan psixoloji keyfiyyətlər də çox tez yox olur. Tədricən qazanılan cəsurluq, təşəbbüskarlıq, enerji, işgüzarlıq kimi ruhi xarakterin müxtəlif keyfiyyətləri, əgər, daha onlara məşq etmək əsası verilməzsə, çox tez silinib gedə bilər. Hansısa xalqa mədəniyyətin ən yüksək pilləsinə qalxması üçün həmişə uzun zaman və cırlaşaraq uçuruma düşməsindən ötrü isə bəzən çox az vaxt gərək olur, bu faktla izah olunur.

Bütün müxtəlif xalqları tədricən məhvə aparan səbəbləri tədqiq etdiyin zaman, tarix bizə danışır ki, istər fars, romalı və yaxud digər xalq olsun, onları tənəzzülə uğradan başlıca amil, həmişə xarakterlərinin enişindən doğan ruhi xüsusiyyətlərində gedən dəyişikliklərlə bağlı olub. Hələ elə bir xalq tanımıram ki, əqli qabiliyyətlərinin enişi nəticəsində yoxa çıxsın.

Bütün keçmiş sivilizasiyalar üçün dağılma mexanizmi eyni olub və o dərəcədə eyni ki, bir şairin etdiyi kimi, o qalır ki, özündən soruşasan, bu qədər kitabdan ibarət tarixin mahiyyətini yalnız bir səhifəmi təşkil edir? Hansısa xalq sivilizasiyanın və qüdrətin pilləsinə yüksəldikdən sonra, təhlükəsizliyinə əmin olur, sərvətinin ona verdiyi dünyanın firavanlığı və rifahından zövq almağa başlayır, onun hərbi şücaəti yavaş-yavaş itməyə başlayır, sivilizasiyanın israfçılığı onda yeni tələbatları inkişaf etdirir, eqoizm artır.

Qızğınlıqla yalnız tez əldə edilən xoşbəxtliklərin ardınca qaçan vətəndaşlar, ictimai işlərin icrasını dövlətin öhdəsinə buraxırlar və çox tezliklə, vaxtilə onların əzəmətini yaratmış keyfiyyətləri itirirlər. O zaman çox az tələbatlara və çox intensiv ideala malik qonşu barbarlar və yarımbarbarlar, olduqca sivil xalqın üzərinə hücuma keçib, onu məhv edirlər və dağıdılan sivilizasiyanın xarabalıqları üzərində yenisini yaradırlar. Beləliklə, romalıların və farsların qorxunc hərbi təşkilatına baxmayaraq, barbarlar birincilərin, ərəblər isə ikincilərin imperiyalarını məhv ediblər.

Amma işğala məruz qalan xalqlarda çatışmayan əqli inkişaf deyildi. Bu nöqteyi- nəzərdən, qaliblərlə məğlubları müqayisə etmək belə mümkün deyildi. Məhz həmin dövrdə Roma artıq özündə yaxınlaşan tənəzzülün rüşeymini daşıyırdı, yəni, ilk imperatorlar dövründə imperiya daha çox rəssamlar, ədiblər və elm adamlarından ibarət idi. Onun əzəmətini vəsf edən əsərlərin demək olar ki, hamısı tarixin həmin mərhələsinə aiddir. Lakin o, əsas elementini itirmişdi, heç bir əqli inkişaf onu əvəz edə bilməzdi: xarakteri.

“Adətlər korlanmış, ailələr dağılmış, xarakterlər çox incəlmişdi. Mütləq hakimiyyətin əli altında cırlaşmış insanlar büzüşkənləşmişdilər. O qədər dəhşətli zülmün qarşısında, xırda bir etiraz belə yox idi”. Qədim əsrlərin romalıları çox zəif tələbatlara və olduqca güclü ideala malik idilər. Həmin ideal – Romanın əzəməti – bütün qəlblər üzərində mütləq hakim idi və hər bir vətəndaş öz ailəsini, sərvətini və canını ona qurban verməyə hazır idi. Roma dünya mərkəzinə çevrildikdən, dünyanın ən varlı şəhəri olduqdan sonra, ora bütün ölkələrdən əcnəbilər axışdı və sonda onlara vətəndaşlıq hüququ verildi.

Onlar yalnız cah-calaldan zövq alır, şöhrətləri ilə isə demək olar ki, maraqlanmırdılar. Əzəmətli şəhər nəhəng karvansaraya çevrilmişdi, lakin bu artıq Roma deyildi. Barbarlar qapısının ağzını kəsdirəndə o, hələ də yaşayırdı, lakin onun qəlbi artıq çoxdan vurmurdu.

Analoji tənəzzül səbəbləri bizim zərifləmiş sivilizasiyalar üçün də təhlükədir, amma onlara təkamül nəticəsində müasir elmi kəşflərin şüurda yaratdığı digər səbəblər də qoşula bilər. Elm bizim ideyaları yeniləyib, dini və sosial anlayışlarımızın bütün nüfuzunu aradan qaldırıb. Elm insana kainatda tutduğu miskin yerini və təbiətin ona qarşı tam etinasız olduğunu göstərib.

İnsan gördü ki, onun itaət etdiyi azadlıq, yalnız səbəbləri bilməzlikdən irəli gəlir və ehtiyaclar sistemində, onları idarə edir, beləliklə bütün canlıların təbii rolu köləliyə hesablanıb. O, duydu ki, təbiət bizim mərhəmət adlandırdığımız şeydən xəbərsizdir və bütün əldə edilmiş tərəqqi, aramsız aparılan və zəifləri güclülərin xeyrinə susdurulması kimi amansız seçim yolundan ibarətdir.

Bütün bu soyuq, qan donduran anlayışlar, atalarımızı heyran edən qədim inancların söylədikləri ilə o qədər ziddiyyət təşkil edir ki, müasir nəsillərin qəlbində həyəcanlı şübhələr doğurub. Orta səviyyəli başlarda onlar, müasir insan üçün daha xarakterik hesab edilən anarxist ideyaların yaranmasına şərait yaratdı. Gənc nəsil rəssamlarında və təhsilli adamlarda, bu daxili ziddiyyətlər öz növbəsində hansısa işlə məşğul olmaq, bilavasitə ayinlərdən və şəxsi maraqlardan ruhlanmaq üçün gərəkli olan külli-iradə üçün məhvedici sayılan kədərli etinasızlıq hisləri doğurur.

De Voquenin “nisbilik hisləri müasir düşüncə üzərində hökmranlıq edir” kimi olduqca düzgün düşüncəsini şərh edən, xalq maarif naziri, bu yaxınlarda etdiyi çıxışında böyük məmnuniyyətlə bəyan etmişdir ki, “insan biliklərinin bütün sahələrində abstrakt anlayışların nisbi ideyaları əvəz etməsi, elmin əldə etdiyi ən böyük nailiyyətləri təşkil edir”.

Yeni elan edilən qələbə, əslində çox köhnədir. Hind fəlsəfəsi onu artıq çox əsrlər bundan əvvəl həyata keçirib. Biz buna xüsusi sevinə bilmərik ki, o, indi artıq yayılmağa səy göstərir. Müasir sivilizasiya üçün əsl təhlükə, elə onun söykəndiyi mütləq dəyərlər prinsiplərinə adamların bütün inamlarını itirməsidir. Bilmirəm, dünyanın yaranışından bəri heç olmasa bir sivilizasiya, təsisat və inanc göstərmək olarmı ki, yalnız nisbi dəyərlərə malik olan prinsiplərə söykənərək özünü qoruyub saxlaya bilsin.

Və əgər gələcəyin sosializm doktrinalarına məxsus olduğunu deyirlərsə, hansı ki, onlar mütləq elan ediblər, bunu məhz, onların həvarilərinin həqiqət naminə söylədiklərinə görə edirlər. Kütlə həmişə ona, mütləq həqiqətləri deyənlərə müraciət edəcək, başqalarından isə üz döndərəcək. Dövlət adamı olmaq üçün kütlənin ruhuna nüfuz etməyi bacarmaq, arzularını başa düşmək və onun üçün fəlsəfi abstraksiyalar vermək lazımdır. Şeylər öz-özlüyündə dəyişilmirlər. Yalnız onlar üçün hazırlanmış ideyalar tamamilə dəyişilə bilərlər. Elə həmin ideyalara da təsir etməyi bacarmaq lazımdır.

Əlbəttə, həqiqi dünyadan olan bizlər dəyəri güman ki, nisbi olan yalnız təzahürləri, şüurun sadə vəziyyətini görə bilərik. Lakin məsələyə ictimai nöqteyi- nəzərdən yanaşdıqda, deyə bilirik ki, məlum əsr, məlum cəmiyyətin varlığı üçün mütləq dəyərlər təşkil edən əxlaq qanunları, təsisatlar mövcuddur və cəmiyyət bunlarsız yaşaya bilməz. Nə vaxt ki, onların dəyərləri müzakirə obyektinə çevrilir və ağıllarda onlarla bağlı şübhələr yaranır və yayılır, bu həmin cəmiyyətin tezliklə ölümə məhkum olacağını göstərir.

Bax, budur həqiqətlər, cəsarətlə elan etmək olar, çünki bunlar hansısa elmin onlar üzərində birincilik iddia etməsinə imkan vermir. Ziddiyyət təşkil edən doktrina yalnız ən fəlakətli nəticələr verə bilər. Müasir dövlət adamları daha çox təsisatların mühümlüyünə inanırlar, ideyaların vacibliyinə isə az əhəmiyyət verirlər. Elm isə onlara göstərir ki, birincilər həmişə ikincilərin övladıdır və onlara söykənmədən mövcud ola bilməzlər. İdeyalar özlüyündə şeylərin gözəgörünməz hərəkətverici qüvvəsidirlər. Onlar yoxa çıxanda, təsisatlar və sivilizasiyaların gizli dirəkləri də sınıb- tökülür. Xalq üçün ən dəhşətli an köhnə ideyaların ölü tanrıların dəfn olunduğu qaranlıq yeraltı mağaraya enişidir.

Nəticələri öyrənmək üçün səbəbləri bir kənara qoyaq, etiraf etməliyik ki, böyük Avropa millətlərinin çoxunu, xüsusilə də latın adlandırılanları və qanı ilə olmasa da, ən azı ənənələri və tərbiyələri ilə onlara aid edilənləri, cırlaşma kimi ciddi təhlükə təhdid edir. Onlar hər gün keçdikcə öz təşəbbüskarlıqlarını, enerjilərini, iradə və fəaliyyət göstərmək qabiliyyətlərini itirməkdədirlər. Daim artan maddi tələbatlarının ödənilməsi, onların yeganə idealı olmağa can atır. Ailələr dağılır, sosial hərəkətverici qüvvələr zəifləyir.

Bütün siniflər, həm varlılar, həm də ən kasıblar arasında narazılıqlar və narahatlıqlar artır. Kompasını itirmiş və taleyini küləklərin öhdəsinə buraxan gəmi tək müasir insan da özünü məkanlarda hadisələrin taleyinə buraxıb, halbuki o tanrılar tərəfindən məskunlaşdırılmış və hər şeyi düşünən bilik indi oranı səhralığa çevirib. Çox təəssüratlı və olduqca dəyişkən, artıq heç bir maneə tərəfindən qarşısı alına bilməyən kütlə, görünür, ən qudurğan anarxiya ilə ən kobud istibdad arasında daim tərəddüd etməyə məhkum edilib.

Onlar bir sözdən çox asanlıqla coşur və onların birgünlük tanrıları, çox tez elə özlərinin də qurbanlarına çevrilirlər. Elə görünür ki, kütlə acgözlüklə azadlığa can atır. Həqiqətdə isə onlar həmişə azadlığı rədd edir və daim dövlətdən özləri üçün zəncirlər hazırlamağı tələb edir. Onlar ən qaranlıq sektantlara və ən məhdud müstəbidlərə kor-koranə itaət edirlər. Boşboğazlar, kütləni idarə etməyi arzu edənlər və çox vaxt elə onların da ardınca gedənlər, səbirsizlik və əsəbilik yaradırlar, əsl müstəqil ruhlu hakimləri daim dəyişdirməyə məcbur edərək, beləliklə, onları da hansısa hökmdara itaət etməyi tərgitdirirlər.

Dövlət, hansı nominal rejim olmasından asılı olmayaraq, tanrı hesab olunur və bütün partiyalar ona müraciət edirlər. Ondan hər gün həyatın ən xırda məsələlərinə toxunan və ən müstəbid rəsmiləşdirmələrə dair daha ağır nizama salmalar və himayə tələb edirlər. Diqqət, təşəbbüskarlıq, enerji, şəxsi səylər və iradə tələb edən gənclik, get-gedə daha çox karyeradan imtina etməyə başlayıb; ən xırda məsuliyyət belə, onu qorxudur. Məhdud sahə funksiyaları, hansı ki, dövlətdən buna görə məvacib alır, onu tamamilə qane edir.

Enerji və fəaliyyəti, dövlət adamlarında qorxunc, bəhrəsiz didişmələr, kütlədə – günün sevinc və qəzəbi, təhsilli adamlarda isə – hansısa ağlağanlıq, zəiflik və qeyri- müəyyən sentimentalizm və həyatın çətinlikləri barədə solğun müzakirələr əvəz edib. Hər yerdə hüdudsuz eqoizm inkişaf edir. Nəhayətdə, hər kəs sonda yalnız özü ilə məşğul olmağa başlayıb. Vicdan çox üzüyola olub, ümumi əxlaq aşağı düşür və tədricən sönür. İnsan öz üzərində hakimiyyəti itirməyə başlayır. O, daha özünü idarə edə bilmir; özünü idarə edə bilməyənlər isə çox tezliklə başqalarının hökmranlığı altına düşürlər.

Əxlaqın enişi məhkəmə və notariat kimi sahələrdə müşahidə edildikdə, çox ciddi hal alır, hansı ki, vaxtilə onlar üçün düzlük, hərbiçilər üçün igidlik kimi adi hal idi. Notariatlara gəldikdə, əxlaq indiki zamanda onlar üçün çox aşağı səviyyəyə düşüb. Həmin düşkünlüyün dərin simptomları, təəssüflər olsun ki, bütün latın xalqlarında müşahidə olunmaqdadır.

İtaliyanın dövlət bankları ilə bağlı qalmaqal, orada yüksək siyasi xadimlər tərəfindən geniş yayılmış böyük məbləğlərdə oğurluqlar, Portuqaliyanın müflis olması, İspaniyanın zəif maliyyə vəziyyəti, İtaliyanın qənaətbəxş olmayan maliyyə vəziyyəti, Amerikanın latın respublikalarının dərin tənəzzülü təsdiq edir ki, məlum xalqın xarakter və əxlaqı sağalmaz xəstəlikdən əziyyət çəkir və dünyada onların rolu sona yaxınlaşır.

Bütün bunları əvəz etmək çox çətin iş ola bilərdi. Hər şeydən əvvəl bizim acınacaqlı vəziyyətdə olan tərbiyəni dəyişdirmək lazımdır. O, hər cür təşəbbüsü və hər cür enerjini zorla alır, hətta o kəslərdə ki, bu, irsən onlara verilib. O, intellektual sərbəstliyin hər cür işartısını söndürür, gənclərə yalnız yeganə ideal olaraq nifrətdoğurucu müsabiqələr təklif edir.

Bu müsabiqələr isə yaddaşın möhkəmləndirilməsindən başqa onlardan heç nə tələb etmir, nəticədə əqli inkişaf hər şeydən üstün hesab olunmağa başlayır; lakin məhz kölə vərdişinə alışması, onu fərdi və şəxsi səylər ifadə etmək sahəsində bacarıqsız edir. “Mən uşaqların qəlbini dəmir kimi möhkəmliyə öyrədəcəm” – Böyük Britaniya məktəbini ziyarət edən nazir Gizə pedaqoq belə demişdi. Hardadır latın xalqlarında eyni arzunu həyata keçirməyə hazır olan pedaqoqlar və proqramlar?

Xarakterin bu, ümumi enişi vətəndaşların özlərini idarə etmək bacarıqsızlığı və onların eqoistcəsinə biganəliyi, başlıca olaraq, avropa xalqlarının əksəriyyətinin hiss etdiyi çətinliklərdən qaynaqlanır – həm despotizmdən, eyni zamanda, həm də anarxiyadan uzaq liberal qanunların hökmü altında yaşamaqdan.

Belə qanunlara kütlənin rəğbət bəsləmədiyini asan başa düşmək olur, çünki sezarizm onlara azadlıq vəd etməsə də, hansı ki, bu onları o qədər qayğılandırmır da, köləlikdə, ən azı daha çox bərabərlik var. Əksinə, respublika qurumları ziyalı siniflər tərəfindən böyük həvəslə qəbul oluna bilər, əgər əcdadların təsir etmək gücü lazımı şəkildə dəyərləndirilərsə, bunu anlamaq elə də çətin deyil. Elə bu təsisatların sayəsində hər cür üstünlük, xüsusilə də əqli sahədə, göstərmək üçün daha çox imkanlar ortaya çıxmırmı?

Hətta belə demək olar, mütləq bərabərlik arzulayanlar üçün bu təsisatların əslində yeganə çatışmazlığı, onların qüvvətli əqli aristokratiya formalaşmasına səbəb olmasıdır. Əksinə, xarakter və zəka üçün ən zülmkar rejim, onun müxtəlif formalarında sezarizmdir. Yalnız o, çox asanlıqla aşağılarda bərabərliyə, köləlikdə itaətkarlığa gətirib çıxara bilər. Təşəkkül tapmaqda olan xalqların zəif tələbatlarına tez uyğunlaşdığına görə, yalnız tək ona imkan verilir, onlar da ona tərəf geri dönür. Hansısa generalın ilk rast gəlinən sultanı onları onun yanına aparır. Hansısa xalq buna çatdığı anda, deməli, onun zamanı çatıb, vaxtı tamamlanıb.

Bu, qədim əsrlərin həmin sezarizmi, hansı ki, tarix həmişə bütün sivilizasiyalarda, onların ilk təşəkkülü və tənəzzüllərinin lap sonunda, müşahidə edib, indi aydın təkamülə məruz qalır…

II fəsil
ÜMUMİ NƏTİCƏLƏR

Bu əsərin girişində onun özlüyündə yalnız qısa xülasədən ibarət, sivilizasiyaların tarixinə həsr etdiyimiz cildlərin bir növ sintezi olduğunu qeyd etmişdik. Onu təşkil edən hər bir fəslə əvvəlki əsərlərdən çıxarılan bir nəticə kimi baxmaq lazımdır. Ona görə də onsuz da xeyli qısaldılmış ideyaları, bundan artıq yığcam etmək çox çətindir. Buna baxmayaraq, zamanı dəyərləndirən oxucular üçün bu əsərin fəlsəfəsini təşkil edən başlıca prinsiplərin çox qısa müddəalar şəklində təqdimatına cəhd etmək istəyirəm.

– Anatomik əlamətlərdə olduğu kimi, irq, psixoloji əlamətlərdə də eyni dayanıqlılığa malikdir. Anatomik növlər kimi, psixoloji əlamətlər də yalnız çoxəsrlik toplananlardan sonra dəyişilə bilir.

– Anatomik növlərdə olduğu kimi möhkəm və irsi psixoloji əlamətlərə, mühitin müxtəlif dəyişikliklərinin yaratdığı ikinci dərəcəli elementlər də qoşulur. Aramsız yenilənən həmin elementlər, irqə zahirən dəyişilməsi üçün geniş meydan verir.

– İrqin psixoloji xüsusiyyətləri yalnız onu təşkil edən canlı varlıqların sintezini yox, həm də onun yaranmasına kömək edən əcdadların sintezini təmsil edir. Hansısa xalqın müasir həyatında təkcə canlılar deyil, həm də ölülər üstün rol oynayır. Onlar onun əxlaqının yaradıcılarıdır və onun davranışının qeyri-iradi mühərrikləridir.

– Müxtəlif insan irqlərini bir-birindən ayıran olduqca böyük fərqlər, bundan az əhəmiyyətli olmayan psixoloji fərqlərlə müşayiət olunur. Hər bir irqi öz aralarında ortalama müqayisə etdikdə, psixoloji fərqlər çox vaxt olduqca zəif nəzərə çarpır. Yalnız müqayisəni hər bir irqin ən ali elementlərinə tətbiq etdikdə, onda böyük fərqlər aşkar görünür. O zaman müşahidə etmək mümkündür ki, ali xalqları ibtidailərdən ayıran başlıca fərq, birincilərin öz mühitlərindən xeyli sayda çox inkişaf etmiş beyinlər ortaya çıxarmasıdır, hansı ki, ikincilərdə bu yoxdur.

– İbtidai irqləri təşkil edən fərdlər, öz aralarında aşkar bərabərliyə malikdilər. İrqlər sivilizasiya pillələri ilə yüksəldikcə, onların üzvləri öz aralarında daha çox fərqlənməyə cəhd edirlər. Sivilizasiyaların labüd nəticəsi – fərdlərin və irqlərin təbəqələşməsidir. Beləliklə, xalqlar bərabərliyə doğru yox, böyük bərabərsizliyə doğru gedirlər.

– Hansısa xalqın həyatı və onun sivilizasiyasının bütün təzahürünü, ruhunun sadə inikası təşkil edir, görünən əlamətlər görünməzdir, lakin çox real şeylərdir. Kənarda baş verən hadisələr onun yalnız gizli məzmununu təşkil edən görünən səthini təşkil edir.

– Nə hadisə, nə kənar hallar, nə də xüsusilə siyasi təsisatlar hansısa xalqın tarixində əsas rol oynayır.

– Hansısa xalqın sivilizasiyasının müxtəlif elementləri, onun psixoloji xüsusiyyətlərinin yalnız zahiri əlamətləridir, həmin xalqa xas olan məlum hiss və düşüncə qabiliyyətlərinin izharı, dəyişikliyə uğramadan tamamilə fərqli psixoloji xüsusiyyətlərə malik xalqa ötürülə bilməz. Yalnız zahiri, səthi və əhəmiyyəti olmayan formalar ötürülə bilər.

– Müxtəlif xalqların psixoloji xüsusiyyətləri arasında mövcud olan dərin fərqlər, ona gətirib çıxarır ki, onlar zahiri dünyanı tamamilə fərqli qəbul edirlər. Buradan belə çıxır ki, onlar tamamilə fərqli hiss edir, düşünür və hərəkət edirlər, bir-birləri ilə təmasda olduqları vaxt, aralarında bütün məsələlər üzrə fikir ayrılığı mövcud olur. Tarixin gördüyü müharibələrin böyük hissəsi bu ziddiyyətlər üzündən baş verib. İşğalçı, dini və sülalə müharibələri həmişə əslində irqi müharibələr olub.

– Müxtəlif mənşəli insanların bir araya gəlməsi, irqi yaradır, yəni özlüyündə kollektiv ruh yalnız o vaxt formalaşır ki, əsrlərlə təkrarlanan çarpazlaşma yolu ilə və bənzər mühitdə eyni həyat sürməklə, o, ümumi hislər, ümumi maraqlar və ümumi inanclar qazanır.

– Sivil xalqlarda artıq təbii irqlər qalmayıb, tarixi şərait tərəfindən yaradılmış yalnız süni irqlər mövcuddur.

– Yeni, mənəvi və fiziki mühit yalnız təzə yaranmış irqlərə dərin təsir göstərir, yəni, qədim irqlərin qatışığında, çarpazlaşma əcdadlardan irsən alınmış cizgiləri dağıdır. İrsiyyətlə mübarizə aparmağa yalnız irsiyyət qadirdir. O irqlərə, hansılarda ki, çarpazlaşma hələ əlamətlərin möhkəmliyini məhv edə bilməyib, mühit yalnız dağıdıcı təsiri göstərir. Yeni mühitə uyğunlaşması tələb edilən qədim irq dəyişikliklərə məruz qalmaqdansa, ölməyi üstün tutur.

– Qazanılmış, möhkəm cəmlənmiş kollektiv ruh, məlum xalq üçün özlüyündə onun əzəmətinin ən yüksək zirvəsidir. Həmin ruhun dağılması, həmişə onun eniş saatını göstərir. Yad elementlərin müdaxiləsi bu dağılmaya çatmaq üçün ən doğru vasitələrdən birini təşkil edir.

– Psixoloji növlər də anatomik növlər kimi zamanın təsirinə məruz qalır. Onlar həmçinin yaşlaşmağa və sönməyə məhkumdurlar. Həmişə çox ləng yaranan növlər, əksinə çox sürətlə yox ola bilirlər. Reqressiv dəyişiklərə məruz qoymaq üçün, hansı ki, nəticəsi çox vaxt tez məhv olmağa gətirib çıxarır, onların orqanlarının funksiyalarını dərindən pozmaq kifayətdir.

Müəyyən psixoloji xüsusiyyətləri qazanmaq üçün xalqlara çox əsrlər lazım gəlir və onlar bəzən həmin xüsusiyyətləri çox qısa zamanda itirirlər. Sivilizasiyaları ən yüksək pilləyə aparan yüksələn yol, həmişə çox uzun olur; onları tənəzzülə aparan maillik isə çox vaxt olduqca qısa olur.

– Hansısa sivilizasiyanın təkamülü üçün başlıca amillərin sırasına xarakterlə yanaşı ideyaları da qoymaq lazımdır. Onlar yalnız çox yavaş gedən təkamül nəticəsində hislər kökündən dəyişildikdən sonra hərəkətə keçirlər. Həmin vaxt etirazdan sığorta olunurlar və yoxa çıxmaları üçün olduqca uzun zaman tələb olunur. Hər bir sivilizasiya az sayda olan, ümumqəbul olunmuş əsas ideyalardan təşəkkül tapır.

– Dini ideyalar hansısa sivilizasiyanı idarə edən mühüm ideyalar arasında yerləşir. Tarixi hadisələrin böyük əksəriyyəti bilavasitə dini inancların dəyişilməsi üzündən baş verib. Bəşəriyyətin tarixi həmişə tanrıların tarixi ilə paralel gedib. Bu, bizim arzularımızın uşaqları o qədər güclü hakimiyyətə malikdilər ki, hətta dünyanı sarsıtmamaq üçün onların adı belə dəyişdirilə bilmir. Yeni tanrıların doğuşu həmişə yeni sivilizasiyanın şəfəqlərinin başlanğıcını ifadə edir və yoxa çıxması isə tənəzzülünü. Biz indi o tarixi mərhələdə yaşayırıq ki, müəyyən zaman üçün göylər boş qalıb. Təkcə elə bu səbəbdən dünya dəyişilməlidir.

II Kitab
KÜTLƏ PSİXOLOGİYASI
Ön söz

Bundan əvvəlki əsəri biz irqlərin ruhunun təsvirinə həsr etdik; indi isə kütlənin ruhunun öyrənilməsi ilə məşğul olaq.

Eyni irqin bütün fərdlərində irsən şərtlənən ümumi əlamətlər, həmin irqin ruhunu təşkil edir. Lakin həmin fərdlərin məlum sayı fəaliyyətdə olan kütləni formalaşdırır, müşahidələr göstərir ki, bir irqin bu cür yaxınlaşmasının nəticəsi yeni psixoloji əlamətlər yaradır ki, onlar nəinki irqin xarakteri ilə uyğun gəlmir, çox vaxt ondan əhəmiyyətli dərəcədə fərqlənir.

Təşkilatlanmış kütlə xalqların həyatında həmişə böyük rol oynayıb, lakin həmin rol heç vaxt indiki qədər məhz bu dəqiqə üçün olduğu qədər mühüm əhəmiyyət kəsb etməyib. Bizim dövrün başlıca xarakterik əlaməti kimi məhz fərdlərin şüurlu fəaliyyətinin, kütlənin qeyri-iradi fəaliyyəti ilə əvəz olunmasıdır.

Mən kütlənin çətin problemlərini ancaq elmi üsullarla öyrənməyə cəhd etmişəm, yəni düşüncə, nəzəriyyə və doktrinaları bir kənara qoyub, başqa metod tapmağa çalışmışam. Güman edirəm bu, həqiqətin heç olmasa müəyyən hissəsini açmağa kömək edən, xüsusilə də ağılları son dərəcə narahat edən məsələdə, yeganə üsuldur.

Hər hansı təzahürü öyrənməyə başlayan elm adamı, onun kəşflərinin təsir edə biləcəyi maraqları diqqətə almağa ehtiyac duymamalıdır. Müasir mütəfəkkirlərdən biri bu yaxınlarda belə bir mülahizə söyləmişdi, mən müasir məktəblərdən heç birinə aid deyiləm, ona görə, bütün məktəblərin fikir və mülahizələrinə qarşı çox vaxt müxalifətdə oluram. Mənim bu, yeni əsərim, çox güman ki, oxşar fikirlər doğuracaq. Hər hansı bir məktəbə mənsub olmaq – onların bütün zehniyyət və fikirlərini hansısa formada bölüşmək deməkdir.

Amma oxucularıma tədqiqatlarımda ilk baxışda gözlənildiyindən niyə bəzən özgə nəticələrə gəlib çıxdığımı izah etməliyəm: məsələn, kütlənin əqli cəhətdən olduqca aşağı səviyyədə olduğunu deyirəm, seçilmişlərin məclisini də hətta bura əlavə edirəm və eyni zamanda məclislərin təşkilatlarına toxunmağın çox təhlükəli olduğunu da bəyan edirəm.

Tarixi faktları diqqətli müşahidələrim, məni belə bir qənaətə gəlməyə məcbur etdi ki, sosial orqanizmlər də bütün canlı varlıqların orqanizmləri kimi çox mürəkkəbdir və onlarda dərin dəyişikliklər yaratmaq hökmümüzdə deyil. Təbiət bəzən çox radikal təsir göstərir, lakin heç vaxt bizim başa düşdüyümüz mənada yox; bax, böyük islahatların maniyası, nəzəri baxımdan nə qədər yaxşı olsa da, xalq üçün niyə belə fəlakətlidir.

Onlar yalnız bir halda, əgər bir anda xalqın ruhunu dəyişdirə bilsəydilər, fayda gətirə bilərlər, lakin buna yalnız əlahəzrət zaman qabildir. İnsanları ideyalar, hislər, adətlər, özümüzdə daşıdıqlarımız idarə edir. Təsisatlar və qanunlar bizim qəlbimizin inikasıdır, bizim tələbatların təzahürləridir; buna görə də onlar xalqların ruhunu dəyişdirə bilməzlər, çünki elə özləri xalqdan təşəkkül tapırlar.

Sosial hadisələrin öyrənilməsi xalqların tədqiqindən ayrılıqda gedə bilməz, hansı ki, onlarda müşahidə edilir. Fəlsəfi baxımdan həmin hadisələr özlərini hətta mütləq dəyər kimi təqdim edə bilərlər, lakin praktik anlamda onların dəyəri həmişə nisbidir. Ona görə də hər hansı sosial hadisəni öyrənərkən, onlara məntiqi surətdə iki müxtəlif yöndən baxmaq lazımdır. Beləliklə, təmiz şüurun diktə etdikləri çox vaxt praktik əqlin nəsihətləri ilə birbaşa ziddiyyətdə olur şəraiti, daha aydın çıxış edir.

Bu hər yerdə, hətta iş fizika ilə bağlı dəlillərə aid olanda belə, müşahidə olunur. Mütləq həqiqət nöqteyi-nəzərindən kub və dairə özlüyündə qəti şəkildə məlum düsturlarla müəyyən edilən dəyişilməz həndəsi fiqurları təmsil edirlər. Lakin gözlərimiz üçün həmin fiqurlar ən müxtəlif forma ala bilirlər. Belə ki, perspektivdə kubu piramidaya və ya kvadrata, dairəni isə ellips və ya hətta düz xəttə çevirmək olar və bu saxta formalar bizim üçün real olanlardan daha əhəmiyyətlidir, çünki yalnız onları görürük, foto və ya təsvir təkcə həmin formaları təkrar edə bilir.

Real olmayanlar, bəzi hallarda hətta doğru olandan da real ola bilir. Əşyaları yalnız dəqiq həndəsi formalarda təsəvvür etmək, təbiətin təhrifi olardı və onu tanınmaz edərdi. Belə bir dünyanı təsəvvür edək, hansı ki, sakinləri müxtəlif əşyaların yalnız fotosunu və şəklini çəkə bilirlər, onlara bilavasitə toxunmağa isə imkanları olmur; həmin əşyaların formaları haqqında düzgün anlayış formalaşdırmaq onlara çətin olardı. Yeri gəlmişkən, bu formalar yalnız az sayda elm adamlarına əlçatandır, yoxsa onlar üçün bu, elə də xüsusi maraq doğurmazdı.

Sosial hadisələri öyrənən filosoflar həmişə yadda saxlamalıdırlar ki, nəzəri əhəmiyyətlə yanaşı onlar üçün həm də praktiki dəyərlər də var və sivilizasiyaların təkamülü nöqteyi-nəzərindən bu, sonuncu – yeganə, müəyyən əhəmiyyətə malik olanıdır. Bu nöqteyi-nəzər, onu nəticə çıxararkən ehtiyatlı edir, görünür, bu ona məntiq tərəfindən təlqin edilir. Lakin digər motivlər də onu öz rəylərində təmkinli olmağa məcbur edir.

Sosial faktların mürəkkəbliyi bundadır ki, onların hamısını eyni anda əhatə etmək olmur və onların qarşılıqlı təsirlərini də öncədən görmək mümkün deyil. Bundan əlavə, görünən faktların arxasında çox vaxt minlərlə görünməyən səbəblər gizlənir. Sosial hadisələr isə nəhəng, qeyri-iradi əməyin nəticəsidir, böyük hissəsi də bizim təhlilimiz üçün əlçatmazdır. Bu, görünən hadisələri bizə bəlli olmayan, okeanın dibində gedən sarsıntıların onun səthində yaratdığı dalğalarla müqayisə etmək olar.

Kütlənin əksər əməllərini müşahidə edərkən görürük ki, bunlar çox vaxt onun son dərəcə primitiv əqli səviyyəsinin ifadəçisi kimi xidmət edir. Lakin elə vaxt da olur ki, kütlənin hərəkətləri idarə olunur, görünür sirli qüvvələr, qədimdə tale, təbiət, ilahi qüvvə, indi isə ölülərin səsi adlandırılan qüvvələr tərəfindən idarə olunur. Biz həmin qüvvələrin qüdrətli gücünü etiraf edə bilmirik, baxmayaraq ki, onların mahiyyətindən xəbərsizik. Bəzən elə gəlir ki, millətin dərinliyində onların hərəkətlərini idarə edən gizli qüvvələr var. Məsələn, xalqın dilindən daha mürəkkəb, məntiqi və heyrətdoğurucu başqa nə ola bilər?

Giriş
KÜTLƏ ERASI

Müasir dövrün təkamülü. – Sivilizasiyaların böyük dəyişiklikləri xalqların düşüncələrindəki təbəddülatların mahiyyətinin nəticəsidir. – Müasir inancın kütlənin gücündə yeri. – O, dövlətin ənənəvi siyasətini kökündən dəyişdirir. – Ən ibtidai siniflər necə çıxış edir və onların gücü necə aşkara çıxır. – Kütlə yalnız dağıdıcı rol oynaya bilir. – Kütlə köhnəlmiş sivilizasiyaların dağılması prosesini başa çatdırır. – Kütlə psixologiyası sahəsindən ümumi xəbərsizlik. – Qanunvericilər və dövlət adamları üçün kütlənin öyrənilməsinin vacibliyi.

Sivilizasiyaları dəyişdirən böyük çevrilişləri, məsələn, Roma imperiyasının süqutu və ərəb imperiyasının yaranması, ilk baxışdan başlıca olaraq siyasi dəyişikliklər, yad qəbilələrin işğalları, sülalələrin süqutu müəyyən edir. Lakin həmin hadisələrin diqqətlə araşdırılması göstərir ki, bu, güman edilən səbəblərin arxasında çox vaxt xalqların ideyalarında baş verən dərin dəyişikliklər gizlənir.
Bizləri öz əzəməti və gücü ilə heyran qoyan həqiqi tarixi çevrilişlər deyil. Sivilizasiyanın yenilənməsindən irəli gələn yeganə əhəmiyyətli dəyişikliklər, ideyalarda, anlayışlarda və inanclarda baş verir. Nəhəng tarixi hadisələr insanların düşüncələrində gedən görünməz dəyişikliklərin yalnız görünən nəticələridir. Bu dəyişikliklər, amma çox nadir hallarda baş verir, çünki hər bir irqdə ən möhkəm olanı – düşüncələrinin irsi təməlidir.

Müasir dövr özlüyündə belə böhranlı anlardan birini, insan düşüncəsinin dəyişikliklərə hazırlığından xəbər verir. Həmin dəyişikliklərin təməlində iki başlıca amil dayanır. Birincisi, bizim sivilizasiyanın bütün elementlərinə başlanğıc vermiş dini, siyasi və sosial inancların dağılması; ikincisi – elm və sənaye sahəsində müasir kəşflərə gətirib çıxaran mövcudluq üçün yeni vəziyyət və tamamilə yeni ideyaların ortaya çıxması.

Köhnə dövrün ideyaları, baxmayaraq ki, yarıya qədər bərbad olmuş vəziyyətdədir, hələ kifayət qədər güclüdür; onları əvəz edəcək ideyalar isə hələ özünün təşəkkül dövründədirlər – bax, müasir dövrün keçici və anarxiya zamanı olmasının səbəbi budur.

Bu cür, ixtiyarsız xaotik xarakterli dövrdən çıxmağın mümkünlüyünü proqnozlaşdırmaq çox çətindir. Əvəz etmək üçün gələn yeni cəmiyyətin gətirdiyi başlıca ideyalar necə olacaq? Biz bunu hələ bilmirik. Lakin indidən də görə bilirik ki, öz təşkilatları olduğu zaman onlar yeni güclə, müasir dövrün sonuncu məlikəsi – kütlənin qüdrəti ilə hesablaşmalı olacaqlar.

Həmin güc bir çox ideyaların xarabalıqları üzərində təşəkkül tapıb, vaxtilə həqiqi hesab edilən, indi isə ardıcıl inqilablar nəticəsində dağılaraq yoxa çıxmış çoxlu güclərin, görünür, digərlərini də yox etməyə hazırdır. Bütün qədim inanclarımızın tərəddüd etdiyi, cəmiyyətin köhnə sütunlarının bir-birinin ardınca yıxıldığı zamanda, kütlənin qüdrəti özlüyündə yeganə gücü təmsil edir, heç bir şey onu təhdid etmir və əhəmiyyəti də durmadan artır. Yeni qədəm qoyan dövr həqiqətən də kütlə əsri olacaq.

Yüz il bundan əvvəl dövlətlərin ənənəvi siyasəti və hökmdarların bir-biri ilə rəqabəti hadisələrin başlıca amilləri idi. Kütlənin rəyi hesaba alınmırdı, daha dəqiq desək, o heç mövcud da deyildi. İndiki zamanda isə siyasi ənənələr, hökmdarların şəxsi meylləri, rəqabətləri artıq hesaba alınmır və əksinə, kütlənin səsi üstünlük təşkil etməyə başlayıb. Kütlə hökumətə özünü necə aparmağı diktə edir və o da elə ilk növbədə onların arzularını yerinə yetirməyə çalışır. Millətlərin taleləri artıq hökmdarların toplantılarında deyil, kütlənin qəlbində hazırlanır.

Xalq siniflərinin siyasi həyat səhnəsinə daxil olması, yəni əslində onların tədricən idarəedici siniflərə çevrilmələri, bizim keçici dövrün ən görkəmli xarakterik cizgilərindən biridir. Bu daxilolma əslində heç də ümumi səsvermə yolu ilə baş verməyib, uzun zaman idarəedici rol baxımından heç sərbəst də deyildi və kənar təsirlərə də çox tez tabe olurdu. Kütlənin qüdrətinin artan yüksəlişi, ilk növbədə məlum ideyaların yayılması yolu ilə genişlənir, tədricən şüurlarda yerləşib və sonra – fərdlərin assosiasiyalarının tədricən təşəkkülü yolu ilə nəzəri mühakimələrin həyata keçirilməsi məqsədi daşıyır.

Assosiasiyalar yolu ilə kütlə öz maraqları üçün ideyalar (əgər tam ədalətli olmasa da, bütün hallarda tamamilə müəyyən olunmuş) hazırlamışlar və beləliklə də öz gücü barədə anlayış əldə edir. Kütlə sindikatlar təşkil edir, qarşısında bütün hakimiyyətlər bir-birinin ardınca təslim olur və öz iş şəraitlərini və əmək haqlarını idarə etməklə bağlı əmək birjaları qururlar. Kütlə hökumət yığıncaqlarına, hər cür təşəbbüslərdən məhrum və hər şeydən öncə onları seçən komitələrin əlində adi alət olan öz nümayəndələrini göndərirlər.

Hazırda kütlənin tələbləri daha qəti olmağa başlayıb. İş saatının qısaldılması, mədənlərin, dəmiryollarının, fabriklərin müsadirə edilməsi, bütün ərzaqların bərabər bölüşdürülməsi və sair – baxın, kütlənin tələbləri nədən ibarətdir.

Nəzəri düşüncələrə az meylli olan kütlə, qarşılığında fəaliyyət göstərməyə çox meyillidir. Hazırkı təşkilatlarının sayəsində kütlə çox nəhəng bir güc əldə edib. Yenicə doğulan ehkamlar, çox tezliklə köhnə ehkamların qüvvəsini, ali müstəbidlik gücünü alacaqlar, onlar heç bir müzakirəni yaxın belə qoymurlar. Kütlələrin ilahi hüquqları, kralların ilahi hüquqlarını əvəz etməlidir.

Müasir burjuaziyanın rəğbətindən yararlanan və onun bir neçə məhdud ideyasını daha yaxşı ifadə etməyi bacaran yazıçıların, məhdud səthi skeptisizmi, bəzən həddən artıq eqoizmi, gözlər önündə yaranan yeni növ gücün qarşısında özlərini itirir və ağıllarda hökmranlıq edən “qarışıqlığa” hansı yollasa qalib gəlmək üçün kilsənin mənəvi qüvvələrinə fədakarcasına çağırışlar edirlər, halbuki bir vaxtlar onlara xor baxırdılar. Onlar elmin iflasından söz açır və Romadan olan günahkarlar kimi tövbə etməyə başlayırlar və bizləri nazil olan həqiqətləri öyrənməyə səsləyirlər.

Lakin bütün bu “təzə dönmüşlər”, yaddan çıxarırlar ki, artıq çox gecdir! Yalançı möminlərin silahlandığı, bu “təzə dönmüşlər” hətta İlahi onlara mərhəmət göstərsəydi belə, az maraq doğuran məsələlərlə, qəlblər üzərində yenə də lazım olan hökmranlığı qazana bilməzdilər. Kütlə artıq onların tanrılarını istəmir, yaxın vaxtlara kimi özləri də onlara inanmır və hətta onları devirməyə belə kömək etmişlər. Elə bir ilahi və yaxud bəşəri güc yoxdur ki, çayı öz mənsəbindən mənbəyinə tərəf geri axmağa məcbur etsin!

Elmdə heç bir iflas baş verməyib və indi nə ağıllarda gedən anarxiya, nə də həmin anarxiyanın ortasında genişlənən və yaranmaqda olan yeni güclə bağlı onun heç bir əlaqəsi yoxdur. Elm bizə həqiqəti və ya ən azından ağlımızın qavraya biləcəyi həmin münasibətlərin biliklərini vəd edir, lakin heç vaxt nə sülh, nə də xoşbəxtlik vəd edir. Hislərimizə qarşı tamamilə etinasız olan elm bizim şikayətlərimizi eşitmir. Ona köklənməliyik, çünki onun seyrəltdiyi illüziyaları heç nə bizə qaytarmayacaq.

Bütün millətlərdə müşahidə olunan ümumi simptomlar, kütlənin sürətlə öz qüdrətini artırdığını göstərir və həmin qüdrətin tezliklə artmayacağı ilə bağlı heç bir düşüncəni yaxın qoymur. Özü ilə nəsə gətirməsə də, biz onunla barışmalı olacağıq. Onun qüdrətinə qarşı hər cür mühakimə və çıxışlar – boş sözlərdir. Əlbəttə, mümkündür ki, kütlənin səhnəyə çıxışı Qərb sivilizasiyasının son mərhələlərindən birini təşkil etsin, tamamilə tutqun keçici zaman dövrünə qayıdış, görünür, özündən əvvəlkilər kimi hər bir inkişaf etmiş yeni cəmiyyətin başına gəlir. Buna necə mane olmaq olar?

İndiyədək kütlənin ən müəyyənedici rolu köhnəlmiş sivilizasiyaları sıradan çıxarmaqdan ibarətdir. Həmin rol isə bu gündən başlamayıb. Tarix göstərir ki, sivilizasiyanın arxalandığı mənəvi güclər, qüvvədən düşən kimi, yekun məhv ədalətli olaraq barbarlar adlandırılan, qeyri-iradi və kobud kütlə tərəfindən başa çatdırılır. Sivilizasiyalar bir ovuc intellektual aristokratiya tərəfindən yaradılır və qorunur, kütlə tərəfindən heç vaxt. Kütlənin gücü yalnız məhvetməyə istiqamətlənib. Kütlənin hökmranlığı həmişə barbarlıq mərhələsinin göstəricisidir.

Sivilizasiyalar müəyyən qaydaların, intizamın, instinktiv olandan rasionala keçidi, bəsirəti, yüksək dərəcəli mədəniyyəti nəzərdə tutur, bütün bu şərtləri isə özü-özünə qapanan kütlə heç vaxt həyata keçirə bilməz. Öz əlahiddə dağıdıcı gücü sayəsində kütlə, zəifləmiş orqanizmin və ya meyitin dağılması prosesini sürətləndirən mikroblar kimi fəaliyyət göstərir. Əgər hansısa sivilizasiyanın binası oyulmuşsa, kütlə həmişə onun yıxılmasına rəvac verir. Bax, həmin anda kütlənin başlıca rolu üzə çıxır və say fəlsəfəsi müəyyən zaman üçün, görünür, tarixin yeganə fəlsəfəsinə çevrilir.

Bizim sivilizasiyanı da eyni aqibətmi gözləyir? Biz bundan qorxuya düşə bilərik, lakin bunu hələ bilə bilmərik. Nə olmasından asılı olmayaraq, itaət etməli və kütlənin səltənətini yaşamalıyıq.

O kütlə haqqında, hansı ki, barəsində bu qədər danışılmağa başlanılıb, biz çox az şey bilirik. Kütlədən uzaqda duran peşəkar psixoloqlar, həmişə ona etinasızlıq göstərmişlər, son zamanlar diqqət yetirsələr də, bu yalnız cinayətkarlıq nöqteyi- nəzərini əhatə edib. Şəksiz, cinayətkar kütlə var, lakin səxavətli, qəhrəman və sair digər kütlə də var. Kütlənin cinayəti onun psixologiyasının yalnız bir xüsusi halını təşkil edir; kütlənin mənəviyyatını onun yalnız cinayətlərini öyrənməklə bilmək olmadığı kimi, hər hansı bir şəxsin mənəviyyatını da yalnız onun qüsurlarını öyrənməklə bilmək olmaz.

Yeri gəlmişkən, düzünü desək, dünyanın bütün hökmdarları, bütün dinlərin və dövlətlərin baniləri, bütün inancların həvariləri, görkəmli dövlət adamları və kiçik insan icmalarının sadə rəhbərləri, həmişə qeyri-iradi psixoloqlar olublar, kütlənin ruhunu instinktiv olaraq çox vaxt düzgün anlayıblar. Məhz bunun sayəsində onlar kütlənin hakimləri olublar.

Napoleon hökmranlıq etdiyi ölkənin kütlələrinin psixologiyasını gözəl dərk edirdi, lakin digər xalq və irqlərin kütlələrinin psixologiyası ilə bağlı çox vaxt tamamilə anlaşılmazlıq nümayiş etdirirdi. Elə qüdrətinə böyük zərbə vuran və sonunu gətirib çıxaran İspaniya və Rusiyaya qarşı müharibəyə həmin psixologiyanı bilmədiyinə görə başlamışdı.

Kütlə psixologiyası sahəsində bilgi hazırkı zamanda dövlət adamlarının əlində mövcud olan yeganə vasitəni təşkil edir – o da kütləni idarə etmək üçün deyil, çünki bu, onlara öz üzərində daha çox ixtiyar verməmək üçün mümkünsüzdür.

Yalnız kütlənin psixologiyasına daha dərindən nüfuz etməklə, təlqin edilmiş ideyaların onun üzərində hansı dərəcəyədək gücə malik olduğunu başa düşmək olar. Yalnız bütünlüklə nəzəri ədalətə əsaslanan qaydalar vasitəsilə kütləni idarə etmək olmaz, onda təəssürat oyadan, onu cəlb edən şeyləri axtarıb tapmaq lazımdır. Məsələn, hansısa qanunverici yeni vergi tətbiq etmək istəyirsə, seçim edərkən, bunun ən ədalətli vergi olmasına fikir verməlidirmi?

Heç vəchlə! Praktik cəhətdən ən haqsız vergi kütlə üçün ən yaxşısı ola bilir. Əgər, tətbiq edilən vergi gözə elə də çarpmırsa və daha yüngüldürsə, o, kütlə tərəfindən daha asan qəbul olunur. Bu baxımdan, dolayı vergi, nə qədər böyük olsa belə, kütlənin etirazına səbəb olmur, çünki o, vərdişləri məhdudlaşdırmır və kütlədə təəssürat oyatmır; çünki gündəlik istehlak malları alınarkən tutulduğundan gözə çarpmır. Amma bunu əməkhaqqına və yaxud digər gəlirlərə proporsional vergi olaraq həmin andaca tətbiq etməyə cəhd edin – o dəqiqə həmrəylik təşkil edən etirazlarla qarşılaşarsınız, baxmayaraq ki, nəzəri cəhətdən həmin vergi birincidən on dəfə daha yüngül olardı.

Gündəlik ödənilən və nəzərə çarpmayan qəpiklərin əvəzinə, burada müqayisədə yüksək məbləğ tətbiq edilir və elə həmin gündə ödəndiyindən, məbləğ onlara həddən çox görünür və belə təəssürat oyadır. Tədricən qəpik-quruşla ödəniləndə, o, gözə elə də çarpmır, lakin oxşar iqtisadi fənd tədbirliliyin əlamətidir, kütlə bu sahədə, ümumiyyətlə, bacarıqsızdır.

Gətirilən nümunə çox sadədir və onun ədalətliliyi gözə çarpır. Napoleon kimi bir psixoloq, əlbəttə ki, bunu başa düşürdü, lakin kütlənin ruhundan xəbərsiz olan qanunvericilərin çoxu bu xüsusiyyəti müşahidə edə bilməyəcəklər. Təcrübə hələ onları kütləni yalnız şüurun vasitəsilə idarə etməyin mümkünsüzlüyünə lazımi səviyyədə inandıra bilməyib.

Kütlə psixologiyası digər bir çox hallarda da tətbiq edilə bilər. O, bir çox tarixi və iqtisadi faktların üzərinə işıq salır, bunlarsız onlar tamamilə izah oluna bilməzdilər. Burada qeyd etməliyəm ki, əgər müasir tarixçilərin ən görkəmlilərindən biri sayılan, Ten bəzi hallarda böyük inqilabımızı ona görə yaxşı dərk edə bilməyib ki, o, kütlənin ruhunu öyrənmək barədə heç vaxt düşünməyib.

O, həmin mürəkkəb dövrü, naturalistlərin qeyd metodunu rəhbər tutmaqla öyrənib. Lakin axı naturalistlərin müşahidə etdikləri təzahürlər arasında tarixin həqiqi hərəkətverici qüvvəsini təşkil edən mənəvi qüvvələri görmürük.

Beləliklə, kütlə psixologiyasını praktiki nöqteyi-nəzərdən öyrənmək daha arzuolunandır, lakin əgər o, hətta nəzəri cəhətdən maraq doğursaydı belə, bu halda da diqqətəlayiqdir. İnsanların fəaliyyətini idarə edən mühərrikləri duymaq, hansısa mineralı və yaxud çiçəyi duymaqdan az maraq kəsb etmir.

Kütlənin ruhu ilə bağlı tədqiqatlarımız, bizim əvvəlki tədqiqatlarımızın qısa izahı ilə bağlı sadə sintezdən başqa bir şey ola bilməz. Oçerkimizdən bizə bəzi yol göstərən düşüncələrdən başqa nələri isə tələb etmək olmaz. İndiyədək az tədqiq olunan məsələdə biz hələ də səthi araşdırmalar aparmışıq, digərləri, o hüdudları dərinləşdirəcək.

Birinci bölmə
KÜTLƏNİN RUHU
I fəsil
KÜTLƏNİN ÜMUMİ XARAKTERİSTİKASI. ONUN RUHİ BİRLİYİNİN PSİXOLOJİ QANUNU

Psixoloji nöqteyi-nəzərdən kütləni təşkil edən nədir?

–Çoxsaylı fərdlərin bir araya toplanması kütlənin yaranması üçün kifayət deyil. – İlahiləşdirilmiş kütlənin xüsusi xarakteri. – Kütləni təşkil edən fərdlərin ideya və hislərinin təsbit edilməsi və şəxsiyyət olaraq özlərinin arxa plana keçməsi. – Kütlədə həmişə qeyri-iradilik üstünlük təşkil edir. – Beyin yarımkürələrinin fəaliyyətinin dayanması və onurğa beyninin üstünlük təşkil etməsi. – Əqli qabiliyyətlərin zəifləməsi və hislərin tamamilə dəyişməsi. – Birlikdə kütləni təşkil edən dəyişilən hislər ayrı-ayrı fərdlərə xas hislərdən, pis və yaxud yaxşı ola bilər. – Kütlə çox asan cinayətkar ola bildiyi kimi, çox asan da qəhrəman ola bilir

Milliyyətindən, peşəsindən və cinsindən həmin yığıncağın təsadüfənmi və ya başqa səbəbdənmi yığışmasından asılı olmayaraq, “kütlə” sözü altında adi mənada fərdlərin yığıncağı başa düşülür. Lakin psixoloji nöqteyi-nəzərdən həmin söz artıq tamamilə başqa məna alır. Məlum şəraitdə – həm də yalnız belə şəraitdə – adamların yığıncağı, onun heyətinə daxil olan ayrı-ayrı fərdlərinkindən fərqlənən tamamilə yeni xüsusiyyət alır.

Şüurlu şəxsiyyət yoxa çıxır, həm də hər bir fərdin hiss və ideyaları, kütlə adlandırılan bir küll təşkil edən vahid eyni istiqamətə yönəlir. Əlbəttə, müvəqqəti xarakter daşıyan və lakin olduqca müəyyən əlamətlər alan kollektiv ruh təşəkkül tapır. Yığıncaq, belə hallarda, onu daha dolğun ifadə etməli olsam, vahid varlığı təşkil edən və kütlənin ruhən birliyi qanununa tabe olan, təşkil olunmuş kütlə və yaxud ilahiləşdirilmiş kütlə olur.

Heç şübhəsiz, çoxlu fərdlərin təsadüfən bir yerdə olması faktı kütlənin təşkil olunmuş izdiham xarakteri alması üçün kifayət deyil; bunun üçün bəzi hərəkətverici təsirlər gərəkdir və onların təbiətini müəyyən etməyə cəhd edəcəyik.

Şəxsiyyətin fərd olaraq arxa plana keçməsi və hiss və düşüncələrin məlum istiqamətə səmt götürməsi – təşkilatlanmağa yol alan kütləni xarakterizə edən başlıca əlamətlərdir – bir neçə fərdin hökmən və eyni zamanda bir yerdə olmasını tələb etmir. Bir-birindən məsafəcə müxtəlif yerlərdə olan minlərlə fərdlərin məlum anda eyni vaxtda bəzi güclü emosiyaların və ya hansısa böyük milli hadisənin təsiri altında ilahiləşdirilmiş kütlənin bütün əlamətlərini əldə edə bilər. Hər hansı təsadüfi bir hadisənin bu fərdləri bir araya gətirməsi yetərlidir ki, onların bütün hərəkətləri və əməlləri kütlə xarakteri alsın.

Məlum anlarda ruhlandırılmış kütləni yaratmaq üçün hətta altı nəfər də kifayət edir, eyni zamanda başqa vaxtlarda, lazımi şərtlərin yoxluğunda yüzlərlə adam bir yerə toplaşsa da, oxşar kütləni yarada bilməz. Digər tərəfdən, yığıncağı müvafiq mənada təsəvvür etmədən belə, bəzən məlum təsirlərin altında bütöv bir xalq kütləyə çevrilə bilər. İlhamlanmış kütlə yarandıqdan sonra müvəqqəti, lakin tamamilə aşkar görünən ümumi əlamətlər almağa başlayır. Bu ümumi əlamətlərə, kütləni təşkil edənlərin və öz növbəsində onun ruhi tərkibini dəyişdirməyi bacaran elementləri ilə müvafiq xüsusi elementlər də qoşulur.

Ruhlanmış kütlə məlum təsnifata məruz qala bilər. Sonra biz görürük ki, müxtəlif növlü elementlərdən təşkil olunmuş müxtəlif formalı kütlə, az və ya çox dərəcədə qohum elementlərdən (sekta, kasta və siniflər) təşkil olunub, yekcins kütlə ilə bir çox oxşar, ümumi cizgilərə malikdir. Amma bu ümumi cizgilərlə yanaşı kəskin çıxış edən xüsusiyyətlər də var ki, kütlənin hər iki növünü fərqləndirməyə imkan verir.

Kütlənin fərqli kateqoriyaları haqqında söz açmazdan öncə onun ümumi cizgilərini öyrənməliyik və bir ailədə yaşayan bütün fərdlərdə mövcud olan ümumi əlamətləri qeyd etməkdən başlayan və yalnız bundan sonra həmin ailənin növ və cinsini fərqləndirməyə imkan verən hissələrə keçid edən bir naturalist kimi fəaliyyət göstərməliyik.

Kütlənin ruhunu dəqiqliyi ilə təsvir etmək asan deyil, çünki onun təşkil olunması yalnız irqə və yığıncağın tərkibinə uyğun olaraq dəyişmir, həm də bu yığıncağın tabe olduğu təbiətə və onu həyəcanlandıran gücə müvafiq dəyişir. Yeri gəlmişkən, biz ayrıca götürülmüş fərdi psixoloji cəhətdən öyrənməyə başlayarkən də belə bir çətinliklə qarşılaşırıq. Ayrı-ayrı şəxslərin xarakterləri bütün ömrü boyu yalnız romanlarda dəyişilməz qalır; əslində isə mühitin yekrəngliyi xarakterlərin yalnız yekcinsliyi görüntüsünü yaradır.

Başqa bir yerdə artıq qeyd etmişdim ki, hər bir mənəvi təşkilat özündə xarakterin müəyyən təmayüllərini daşıyır, ətraf mühitdə qəfil dəyişiklik baş verən kimi, onlar həmin anda öz mövcudluqlarını büruzə verirlər. Məsələn, Konventin ən sərt üzvləri arasında tamamilə zərərsiz burjua nümayəndələri var idi ki, adı şəraitdə çox yəqin ki, onlar notarius və yaxud hakim vəzifəsi tutaraq, sadə, sakit vətəndaşlar kimi çalışardılar. Təhlükə sovuşan kimi, onlar yenidən normal, sakit, burjua həyatlarına döndülər və Napoleon da özünə itaətkar qulluqçuları məhz onların arasından tapa bildi.

Burada kütlənin təşkil olunmasının bütün dərəcələrini öyrənmək imkanı olmadığından, daha çox artıq təşkil olunmuş kütləni öyrənməklə kifayətlənəcəyik. Beləliklə, bu izahdan yalnız kütlə necə ola bilər, bu görünəcək, onun həmişə necə olduğu yox. Yalnız kütlənin təşkilinin son fazasında irqin dəyişilməz və üstünlük təşkil edən başlıca əlamətləri arasında yeni, xüsusi cizgiləri seçilməyə başlayır, hislərin və düşüncələrin bir, eyni istiqamətə yönlənməsi baş verir və yalnız o vaxt yuxarıda xatırlatdığımız kütlənin ruhi birliyini təmin edən psixoloji qanun öz gücünü aşkar edir.

Kütlənin xarakterinin bəzi psixoloji əlamətləri ayrı-ayrı fərdlərdə olduğu kimi ümumidir; digərləri isə əksinə, yalnız tək ona xasdır və yalnız yığıncaqlarda rast gəlinir. Biz onların mühüm əhəmiyyətini daha yaxşı aydınlaşdırmaqdan ötrü hər şeydən əvvəl məhz həmin xüsusi əlamətlərə diqqət yetiririk.

Ruhlanmış kütlədə müşahidə olunan ən fövqəladə fakt aşağıdakıdır; təşkil edən fərdlərin kimliyi, onların həyat obrazı, məşğulluğu, xarakter və ağlının necəliyindən asılı olmayaraq, yalnız izdiham halını alması kifayətdir ki, onlarda hər birinin ayrılıqda hiss etdiklərindən və davrandıqlarından tamamilə fərqli hiss etməyə və davranmağa məcbur edə bilən, bir növ, kollektiv ruh meydana gəlsin. Elə ideyalar və hislər də var ki, yalnız kütləni təşkil edən fərdlərdə yaranır və onların fəaliyyətində özünü göstərir.

Ruhlanmış kütlə özlüyündə, müxtəlif növlü elementlərdən təşəkkül tapan və ani olaraq bir yerə cəmlənmiş, lap canlı orqanizmin tərkibinə daxil olan və sonra həmin birləşməni yeni canlıya çevirən, hər bir hüceyrənin ayrılıqda malik olduğundan fərqli xüsusiyyətlərə malik hüceyrələrin birləşdiyi müvəqqəti orqanizmi xatırladır.

Herbert Spenser kimi fərasətli filosofda rast gəlinən və təəccübümüzə səbəb olan fikrinin əksi olaraq kütləni yaradan aqreqatda nə dəyər, nə də tərkibinə daxil olan elementlərin orta həddi olur. Lakin həmin elementlərin kombinasiyası və yeni xüsusiyyətlərinin təşəkkülü, kimyada baş verən bəzi elementlərin birləşməsi zamanı meydana çıxan əsas və turşularda olduğu kimi gedir. Məsələn, yeni vücudun yaranması zamanı, tamamilə başqa xüsusiyyətlərə malik, təşəkkülünə xidmət edən elementlərə malik olur.

Təcrid olunmuş fərdin, izdihamda olan fərddən nə qədər fərqləndiyini müşahidə etmək elə də çətinlik doğurmur, lakin həmin fərqin səbəblərini müəyyən etmək bundan qat-qat çətindir. Həmin səbəbləri özümüz üçün müəyyən qədər aydınlaşdırmaqdan ötrü biz müasir psixologiyanın müddəalarından birini xatırlamalıyıq, məhz onu ki, qeyri-iradilik təkcə orqanik həyatda deyil, həm də ağlın göndərişlərində əhəmiyyətli rol oynayır.

Düşüncəli həyat, qeyri-iradi həyatla müqayisədə çox kiçik hissəni təşkil edir. Ən həssas analitik, ən bəsirətli müşahidəçi belə itaət etdiyi qeyri-iradi mühərriklərin çox az sayını ayırd edə bilir. Bizim şüurlu hərəkətlərimiz, ələlxüsus, irsiyyətin təsirləri altında yaradılmış qeyri-iradilik substratından qidalanır. Həmin substrat irqin ruhunu təşkil edən saysız-hesabsız irsi qalıqlardan ibarətdir.

Hərəkətlərimizi idarə edən, tərəfimizdən açıq etiraf olunan səbəblərlə yanaşı, gizli səbəblər də mövcuddur, biz onları etiraf etmirik, lakin həmin gizli səbəblərin arxasında daha sirliləri də var, çünki onlar özümüzə də məlum deyil. Gündəlik hərəkətlərimizin əksəriyyəti müşahidələrimizdən yayınan gizli mühərriklərin təhriki ilə baş verir.

Məhz irqin ruhunu yaradan qeyri-iradiliyin elementləri, bir-birindən başlıca olaraq şüurlu elementlərə görə fərqlənən həmin irqin fərdləri arasındakı oxşarlığın səbəbini təşkil edirlər – belə ki, onlar tərbiyənin bəhrəsi və yaxud müstəsna olaraq irsiyyətin nəticəsi kimi ortaya çıxır. Şüurluluq səviyyəsinə görə bir-birinə tamamilə bənzəməyən adamlar, oxşar ehtiraslar, instinktlər və hislərə malik ola bilirlər; hislər, din, siyasət, əxlaq, bağlılıq və antipatiya və s. gəldikdə, ən görkəmli adamlar belə, adi fərdlərin səviyyəsindən çox nadir hallarda üstün ola bilirlər.

Məşhur riyaziyyatçı ilə çəkməçi arasında intellektual həyat nöqteyi-nəzərindən böyük uçurum mövcud ola bilər, amma xarakter baxımından aralarında çox vaxt heç bir fərq olmur və ya çox kiçik fərq ola bilir.

Qeyri-iradiliyin idarə etdiyi və irqin normal fərdlərinin əksəriyyətində demək olar ki, eyni dərəcədə mövcud olan xarakterin bu ümumi keyfiyyətləri, izdiham zamanı bir yerə toplanır. Kollektiv ehtirasda fərdlərin intellektual qabiliyyətləri və nəticə etibarilə, onların fərdiliyi yoxa çıxır; müxtəliflik öz yerini yekcinsliyə verir və qeyriiradi keyfiyyətlər üstünlük təşkil edir. İzdiham zamanı üzə çıxan məhz, bu cür gözəçarpmayan keyfiyyət birləşmələri, əzəmətli ağlın tələb etdiyini kütlə tərəfindən həmişə niyə yerinə yetirilməməsini bizə izah edir.

Müxtəlif peşə sahələrini təmsil edən hətta ən görkəmli adamların toplaşdığı yığıncağın ümumi maraqlar üzrə qəbul etdiyi qərar, sarsaqların yığıncağında qəbul olunmuş qərardan elə də çox fərqlənmir, çünki hər iki halda heç də hansısa ən möhtəşəm keyfiyyətlər birləşmir, yalnız hamıda rast gəlinən adi keyfiyyətlər birləşir. İzdihamda ağıl deyil, yalnız səfehliklər toplana bilər. Çox vaxt deyildiyi kimi, “bütün dünya” heç vaxt Volterdən ağıllı ola bilməz, əksinə, Volter demək olar ki, “bütün dünyadan” ağıllı ola bilər, əgər həmin söz altında kütlə nəzərdə tutulursa.

Əgər izdihamdakı fərdlər hər birinin sahib olduğu, yalnız adi keyfiyyətlərin birləşməsi ilə kifayətlənsəydilər, onda biz orta həcmi alardıq, heç də yeni cizgilərin formalaşmasını deyil. Bəs həmin yeni cizgilər hansı yolla ortaya çıxır? Bax, həmin məsələ ilə indi məşğul olacağıq.

Kütlə üçün xarakterik olan və onun tərkibinə daxil olan ayrı-ayrı fərdlərdə rast gəlinməyən bu yeni, xüsusi cizgilərin yaranması, müxtəlif səbəblərlə şərtlənir. Bunlardan birincisi ondan ibarətdir ki, yalnız say çoxluğu sayəsində fərd izdihamda qarşısıalınmaz gücü dərk edir və həmin hiss tək olduğu zaman həmin hissə heç vaxt qol-qanad açmağa ixtiyar vermədiyi halda, kütlə arasında belə instinktlərin təsiri altına düşür. İzdihamda isə o, həmin instinktləri cilovlamağa az meyllidir, çünki kütlə anonimdir və heç bir məsuliyyət daşımır. Ayrı-ayrılıqda fərdləri həmişə bundan qoruyan məsuliyyət hissi, izdihamda tamamilə yoxa çıxır.

İkinci səbəb də – sirayətedicilik və ya keçicilikdir – həmçinin kütlədə xüsusi xassələr yaradır və onların istiqamətini müəyyənləşdirir. Keçicilik elə bir haldır ki, onu müəyyən etmək çox asandır, amma izah etmək yox; onu indi söz açmağa hazırlaşdığımız hipnotik hadisələr kateqoriyasına aid etmək lazımdır. İzdihamda hər cür hiss hər cür hərəkət sirayətedicidir, özü də o dərəcədə ki, fərd şəxsi maraqlarını çox asanlıqla kollektiv maraqlara qurban verir. Amma bu cür davranış insan təbiətinə ziddir və insan buna yalnız özünü kütlənin bir hissəsi hiss edərkən qabil olur.

dir və insan buna yalnız özünü kütlənin bir hissəsi hiss edərkən qabil olur. Üçüncü səbəb, həm də ən başlıcası, izdiham zamanı fərdlərdə bu cür xüsusi xassələrin yaranmasını şərtləndirən, təcrid olunduqları zaman rast gəlinməyən – bu, təlqinə həssaslıqdır; indi söz açdığımız sirayətedicilik, yalnız həmin həssaslığın nəticələrinə xidmət edir. Bu halı başa düşmək üçün fiziologiya sahəsində olan bəzi yeni kəşfləri xatırlamaq lazımdır.

Biz indi bilirik ki, fərdi, müxtəlif vasitələrlə elə bir vəziyyətə gətirib çıxarmaq olur ki, onda dərkedilən şəxsiyyət yoxa çıxır və o, özünü belə vəziyyətə düşməyə məcbur edən şəxsin bütün təlqinlərinə tabe olur, çox vaxt öz şəxsi xarakteri və vərdişlərinə tamamilə zidd olan, əmrlərinə uyğun hərəkət edir. Müşahidələr isə göstərir ki, fəaliyyət göstərən kütlə arasında müəyyən vaxt ərzində olan fərd, bu izdiham axınının və yaxud bəlli olmayan digər səbəblərin təsiri altında çox tezliklə elə bir vəziyyətə düşür ki, hipnoz altında olan subyekti xatırladır.

Öz dərkolunan şüurlu həyatının iflic olması səbəbindən həmin subyekt, onurğa beyninin fəaliyyətinin qeyri-iradi quluna çevrilir, hansı ki, hipnozçu öz iradəsinə uyğun idarə edir. Hipnoz altında olan insanda dərkolunan şəxsiyyət tamamilə yoxa çıxır, eləcə də iradə və idrak və bütün hislər və düşüncələr hipnozçunun iradəsi ilə yönləndirilir.

İlahiləşdirilmiş kütlənin zərrəsini təşkil edən fərdin vəziyyəti təxminən belə olur. Artıq öz əməllərini dərk etmir və hipnoz altında olan şəxsdə olduğu kimi onda da bəzi qabiliyyətlər yoxa çıxır, digərləri isə ən son həddə qədər gərginləşir. Təlqinin təsiri altında belə subyekt məlum əməlləri qarşısıalınmaz cəldliklə həyata keçirəcək; izdihamda isə həmin qarşısıalınmaz cəldlik daha böyük qüvvə kimi üzə çıxır, çünki təlqin hamı üçün eynidir və qarşılıqlı yolla genişlənir. Bu təlqinə qarşı durmağa kifayət edəcək qədər fərdi gücə malik insanlar, izdihamda çox az sayda olur və həmin səbəbdən onlar axına qarşı mübarizə aparmaq iqtidarında olmurlar.

Onların edə biləcəyi yeganə şey – hansısa yeni təlqin vasitəsilə kütlənin başını qata bilmələri ola bilər. Məsələn, uğurlu bir söz, hansısa obraz, yeri gəlmişkən, kütlənin özü tərəfindən xəyala gətirilmiş, izdihamın diqqətini bəzən ən qəddar əməllərdən yayındıra bilər.

Beləliklə, dərkedən şəxsiyyətin yoxa çıxması, qeyri-iradi şəxsiyyətin üstünlük qazanması, təlqin yolu ilə müəyyən edilən hiss və ideyaların oxşar istiqamətidir və təlqin edilən ideyaların dərhal həyata keçirilməsinə cəhddir – bax, fərdi, izdihamda xarakterizə edən başlıca cizgilər bunlardır. O, artıq öz-özünü idarə edə bilmir və öz iradəsi mövcud olmadığından, bir növ avtomatlaşır.

Bu minvalla, təşkil olunmuş izdihamın zərrəsinə çevrilən insan sivilizasiya pilləkənində bir neçə pillə aşağı enir. Təcrid olunmuş vəziyyətdə o, mədəni insan da ola bilərdi; izdihamda isə – o, barbardır, yəni instinktiv canlıdır. Onda özbaşınalığa, azğınlığa, şiddətə meyillilik üzə çıxır, amma eyni zamanda, ibtidai insanlara xas olan ruh yüksəkliyi və qəhrəmanlığa da, bu oxşarlıq həm də o səbəbdən daha da güclənir ki, təcrid olunmuş vəziyyətdə ona heç bir təsir göstərməyən şeylər, izdihamda fərqli təsirə malik olur, insan kütlə içərisində sözlərə və təsəvvürlərə çox asanlıqla tabe olur və öz maraqlarına və vərdişlərinə aşkar zidd olan əməlləri törədir.

Fərd izdihamda – küləyin qaldırıb apardığı çoxlu zərrəciklər içərisində bir zərrəcikdir. Kütlənin məhz, bu xüsusiyyəti sayəsində biz növbəti dəfə andlıların çıxardığı hökmü müşahidə etmiş oluruq, onlardan hər biri ayrılıqda heç vaxt belə hökmü bəyan etməzdi; biz görürük ki, parlament yığıncağı elə tədbirlərə və qanunlara razılıq verir ki, ayrılıqda həmin parlament üzvlərinin hər biri onları pisləyərdi. Konvent üzvlərinin hər biri ayrılıqda götürdükdə, sülhpərvər vərdişlərə malik maarifçi burjua nümayəndələri idi.

Lakin kütlə halında birləşdikdən sonra, onlar heç bir tərəddüdə yol vermədən elə şiddətli təkliflər verib və gilyotinin bıçağı ağzına tamamilə günahsız adamları göndərirdilər ki; əlavə olaraq, öz şəxsi maraqları əleyhinə gedərək, öz toxunulmazlıq hüquqlarından imtina etdilər və beləliklə, özlərini də cəzalandırdılar.

Özü-özündən təcrid olunmuş vəziyyətdə olan fərd izdihamda yalnız əməlləri ilə fərqlənmir. Hər cür sərbəstliyi itirməzdən öncə onun ideya və hislərində dəyişikliklər baş verməlidir və o dərəcədə köklü dəyişikliklər ki, bu onu qənaətcildən israfçıya, skeptikdən – dindara, təmiz insandan – cinayətkara, qorxaqdan – qəhrəmana çevirir. 1789-cu ilin məşhur 4 avqust gecəsi aristokratiya ruh yüksəkliyinin təsiri altında öz imtiyazlarının ləğv edilməsinə səs vermişdi, amma belə bir səsvermə ayrılıqda keçirilsəydi, onların heç biri təklikdə buna səs verməzdi.

Yuxarıda söylənilənlərdən belə nəticə çıxır ki, kütlə intellektuallıq baxımından həmişə təcrid olunmuş fərddən aşağıda dayanır, ancaq hislər və əməllər nöqteyinəzərindən, həmin hislərin təsiri altında şəraitdən asılı olaraq o, yaxşı və yaxud pis ola bilər. Hər şey ondan, kütlənin hansı təlqinə itaət etməsindən asılıdır. Kütləni tək cinayətkarlıq nöqteyi-nəzərdən tədqiq etmiş bütün yazıçılar, məhz, həmin şəraiti tamamilə diqqətdən qaçırmışlar.

Kütlə əksər vaxtlarda cinayətkar olur – bu həqiqətdir, lakin çox vaxt həm də rəşadətli olur. Kütlə hansısa inanclar və ya ideyalar naminə ölümə də gedər; izdihamda ruh yüksəkliyi oyadıb, onu şərəf və vicdan naminə acqarına və əliyalın, xaç yürüşlərində olduğu kimi, müqəddəs məzar kilsəsini kafirlərin əlindən xilas etməyə və yaxud 93-cü ildə olduğu kimi doğma torpaqları azad etməyə məcbur etmək olar. Bu qəhrəmanlıqdır, əlbəttə, bir qədər qeyri-iradi ortaya çıxır, amma məhz elə onun köməyi ilə tarix baş verir. Əgər xalqların hesabına yalnız soyuqqanlılıqla düşünülmüş böyük işlər diqqətə alınsaydı, onda dünya siyahısında belə işlərin sayı elə də çox olmazdı.

II fəsil
KÜTLƏNİN HİSSLƏRİ VƏ ƏXLAQI

1.Kütlənin impulsivliyi, səbatsızlığı və əsəbiliyi.

– İzdihamın itaətkarlıq göstərdiyi impulslar, o qədər güclüdür ki, şəxsi maraq

2.Kütlənin təlqinə qarşı elastikliyi və sadədilliyi. İzdihamda alimlə ağılsızın arasındakı fərqin yoxa çıxması. – Kütlənin ifadəsinə inamsızlıq. – Çoxsaylı şahid ifadələrindəki yekdillik, hansısa bir faktın təsdiqi üçün daha az uyğun gəlir. – Tarixi əsərlərin az dəyərliliyi.

3.Kütlənin hislərinin mübaliğəsi və səthiliyi.

4.Kütlənin dözümsüzlüyü, nüfuzu və mühafizəkarlığı.

– Kütlədə keçici inqilabi instinktlərin baş qaldırması, onun mühafizəkar olmasına maneçilik törətmir.

5.Kütlənin əxlaqı. – Ayrı-ayrı fərdlərin əməllərində istisnasız olaraq, məhz, şəxsi maraqları çox vaxt mühərrik kimi xidmət göstərsə də, kütlə nadir hallarda şəxsi maraqları rəhbər tutur.

– Kütlənin nəsihətverici rolu.

Kütlənin başlıca xüsusiyyətlərinin ümumi cizgilərdə göstərdikdən sonra, onları daha ətraflı izahına keçək.

Kütləni xarakterizə edən xüsusi xassələrin arasında, məsələn, biz bunları görürük: impulsivlik, əsəbilik, düşünmək qabiliyyətsizliyi, mühakimə və tənqidin yoxluğu, şişirdilmiş hissiyyat və sair. Bu təkamülün aşağı formalarına aid edilən canlılarda müşahidə edilir, bir növ: qadınlarda, vəhşilərdə və uşaqlarda.

Bu antologiyaya, baxmayaraq, mən ona ötəri toxunuram, belə ki, əgər onu sübut etmək istəsəydim, onda bu işin hüdudlarını pozmuş olardım. Yenə də bu, ibtidai insan psixologiyasından xəbərdar olan adamlardan ötrü faydasız ola bilərdi, eyni zamanda bundan xəbərsiz olanlar üçün isə həmin dəlillər, bütün hallarda kifayət qədər inandırıcı olmayacaqdı.

İndi isə izdihamda əksər hallarda müşahidə edilən müxtəlif xassələrin ardıcıllıqla izahına keçirəm.

1.KÜTLƏNİN İMPULSİVLİYİ, SƏBATSIZLIĞI VƏ ƏSƏBİLİYİ

Kütlənin başlıca xassələrini öyrənərkən, göstərmişdik ki, onlar demək olar ki, bütünlüklə qeyri-iradi idarə olunur. Onun fəaliyyəti baş beyindən daha çox, onurğa beyninə tabe olur və bu baxımdan onlar tamamilə ibtidai canlılara yaxınlaşırlar. İzdihamın həyata keçirdiyi əməllər özlüyündə mükəmməl ola bilər, lakin onları şüur idarə etmədiyindən fərd izdihamda təsadüflərə uyğun hərəkət edir. Kütlə bütün zahiri ehtiraslara oyuncaq kimi xidmət edir və həmin dəyişikliklərin hamısını əks etdirir; nəticə etibarilə o, aldığı impulslara kölə kimi itaətkarlıq göstərir.

Ayrılıqda götürülmüş fərd də izdihamda həmin ehtirasların təsirinə məruz qala bilər, lakin kütlədən təcrid halında o, artıq mühakimələrinə tabe olur və həmin ehtirasların təsirinə müqavimət göstərə bilir. Fizioloji olaraq onu bu cür ifadə etmək olar: təcrid olunmuş fərd öz reflekslərini sakitləşdirə bilir, kütlənin isə belə qabiliyyətləri yoxdur.

Kütlənin itaətkarlıq göstərdiyi müxtəlif impulslar ehtirasın xarakterindən asılı olaraq comərdlik və ya qəddarlıq, cəsurluq və ya qorxaqlıq da ola bilər, lakin həmişə o qədər güclü olurlar ki, heç bir şəxsi maraq, hətta özünüqoruma instinkti belə, onları sakitləşdirmək iqtidarında deyil. Belə ki, kütləni hərəkətə gətirən təsirləndiricilər o qədər rəngarəngdir və izdiham da həmişə onlara o dərəcədə itaətkarlıq göstərir ki, onun fövqəladə dəyişkənliyi də bundan qaynaqlanır. Biz izdihamda ən dəhşətli qəddarlıqdan comərdliyə və hətta bəzən ən mütləq qəhrəmanlığa keçidi bu səbəbdən müşahidə edirik.

Kütlə çox asanlıqla cəllada çevrilə bilir, həm də asanlıqla şəhidliyə doğru gedə bilir. Onun dərinliyindən hansısa bir inancın təntənəsi üçün lazım olan qanlar axın-axın axa bilər. Məhz həmin nöqteyi-nəzərdən kütlənin nəyə qadir olduğunu görmək üçün qəhrəmanlıq əsrinə müraciət etməyə də bir lüzum yoxdur. Hiddətlənmiş kütlə heç vaxt öz canının hayına qalmır və elə bu yaxınlarda qəfildən məşhurlaşan bir general əgər, tələb etsəydi, işi uğrunda ölməyə hazır olan yüz minlərlə insanı çox asanlıqla tapa bilərdi.

Kütlədə qəsdən heç nə edilmir; o, bütün ziddiyyətli hislər məktəbini ardıcıllıqla keçə bilər, lakin həmişə həyəcanlandırıcı dəqiqənin təsiri altında olacaq. Kütlə yarpağı yerdən qaldırıb müxtəlif istiqamətlərə aparan tufana bənzər, sonra da sakitcə yerə düşən yarpağa. Ardınca inqilabi kütlənin bəzi növləri haqqında söz açarkən, biz onun hislərinin dəyişkənliyi barədə bir neçə nümunə gətirəcəyik.

Bu qərarsızlığı üzündən kütləyə rəhbərlik etmək, xüsusilə də əgər, ictimai hakimiyyətin bir hissəsi onun əlindədirsə, çox çətindir. Əgər adi həyatın ehtiyacları bir növ şeylərin görünməz tənzimləyicisi kimi çıxış etsəydi, onda xalqın hökmranlığı uzun sürməzdi. Baxmayaraq ki, kütlənin bütün arzuları həmişə çox coşqun olur, onlar bütün hallarda uzun çəkmir və həm də izdiham mühakiməlilik kimi israrlı iradə nümayiş etdirməyə də çox az qabildir.

Kütlə təkcə impulsiv deyil, həm də qərarsızdır; lap vəhşi kimi, istək və həmin istəyin həyata keçməsi arasında nəyinsə dayanmasına imkan vermir. Kütlə say çoxluğunun özündə qarşısıalınmaz güc hissi yaratdığını da çox az etiraf edir. Fərd üçün izdihamda mümkünsüzlük anlayışı mövcud olmur. Təcrid edilmiş fərd özünün təklikdə hansısa bir sarayı yandıra və yaxud mağazanı talan edə bilməyəcəyini anlayır, hətta əgər, belə şeylər onu cəlb etsə belə, asanlıqla həmin istəyə qarşı dura bilər.

Kütlə arasında isə o, izdihamın say çoxluğunun verdiyi gücü hiss edir və öldürmək və ya talan etməklə bağlı təlqin yetərli olur ki, o dərhal başdan çıxsın. İstənilən gözlənilməz maneələr özünə xas cəldliklə kütlə tərəfindən məhv ediləcək və əgər insan orqanizmi tükənməyən qəzəb vəziyyətini alıbsa, onda demək mümkündür ki, bu izdiham üçün normal vəziyyətdir, maneə rast gələn də elə qəzəbin özüdür.

Kütlənin əsəbiliyində, impulsivliyi və səbatsızlığında, həmçinin bütün xalq hislərində olduğu kimi, həmişə bizim bütün hislərimizin inkişafını təmin edən, dəyişməz əsaslarını yaradan irqin əsas xüsusiyyətləri özünü göstərir. Hər bir izdiham həmişə əsəbi və impulsiv olur – şübhəsiz bu, belədir. Lakin həmin əsəbilik və impulsivliyin dərəcəsi fərqli olur. Belə, məsələn, latın kütləsi ilə anqlosakson kütləsi arasında bu baxımdan heyrətamiz fərq var və hətta yeni tarixdə bunu göstərən faktlar da mövcuddur.

Məsələn, iyirmi beş il bundan əvvəl, diplomatik nümayəndə heyətini təhqir edəcək sadə bir teleqram dərc olunsaydı, bu şiddətli qəzəbin yaranmasına, nəticədə dərhal dəhşətli müharibənin başlanmasına gətirib, çıxarardı. Bir neçə il sonra Lanqsondakı kiçik uğursuzluqdan bəhs edən teleqraf bildirişi yenidən partlayışa gətirib çıxardı və hökumətin devrilməsi ilə nəticələndi. Eyni zamanda, Hartumda ingilis ekspedisiyasının uğradığı daha əhəmiyyətli müvəffəqiyyətsizli İngiltərədə yalnız kiçik həyəcanlara səbəb olmuşdu və bundan heç bir nazirlik zərər də çəkməmişdi.

Kütlə həmişə qadın xarakterinin xüsusiyyətlərini özündə göstərir və həmin xüsusiyyətlər daha çox latın izdihamında özünü büruzə verir. Kim ona arxalanırsa, həmişə sürətlə çox yüksəyə qalxa bilər, lakin daim Tarpey qayasına toxunar və həmişə də günlərin birində həmin qayadan aşırıla biləcəyini gözləməlidir.

2.KÜTLƏNİN TƏLQİNƏ QARŞI ELASTİKLİYİ VƏ SADƏDİLLİYİ

Biz artıq kütləni şərh edərkən demişdik ki, onun ümumi xassələrindən biri təlqinə həddən çox elastikliyidir. Göstərmişdik ki, istənilən insan toplumunda təlqin çox sirayətedici olur və hislərin məlum istiqamətə sürətlə yönlənməsi də məhz bununla izah edilir.

Kütlə nə qədər bitərəf olsa da, o bütün hallarda daha çox gözləmə mövqeyində olur, bu hər cür təlqini asanlaşdırır. İlk ifadə edilmiş təlqin həmin andaca digər ağıllara da sirayət edir və dərhal müvafiq əhval-ruhiyyə yaranır. Bütün canlılarda olduğu kimi təlqinin təsiri altında şüura hakim kəsilən ideyalar, fəaliyyətə keçməyə can atır. Kütlə həmçinin çox asanlıqla sarayı yandıra və ya hansısa ali fədakarlıq aktını icra edə bilər; hər şey həyəcanlandırıcıların təbiətindən asılıdır, təcrid olunmuş fərdlərdə isə bu, təlqin edilmiş akt və onu həyata keçirməyə mane olan düşüncə ilə bağlı münasibətlərdən asılı olur.

Həmişə qeyri-iradiliyin sərhədində dolaşan, hər cür təlqinə asanlıqla itaət edən və düşüncənin təsirinə tabe olmayan varlıqlara xas olan azğınlıq hislərinə malik kütlə, hər cür ifrat qabiliyyətlərdən məhrum izdiham, fövqəladə dərəcədə sadədil olmalıdır. Onun üçün mümkün olmayan bir şey yoxdur və bunu yadda saxlamaq lazımdır, belə ki, əfsanələr və ən inanılmaz hekayələrin belə asanlıqla yaranması və yayılması elə bununla əlaqədardır.

Mühasirə zamanı Parisdə olan adamlar, kütlənin sadədilliyinə dair bu cür çoxsaylı nümunələri görüblər. Yuxarı mərtəbədə yandırılan şam dərhal düşmən tərəfə işarə vermək kimi qəbul edilirdi, halbuki bir dəqiqəlik düşüncə kifayət edərdi ki, bunun cəfəng fərziyyə olduğuna əmin olasan, belə ki, bir neçə millik məsafədən düşmən əlbəttə, şam alovunu sezə bilməzdi.

Kütlə arasında asanlıqla yayılan əfsanələrin yaranması, təkcə onun sadədilliyi ilə yox, həm də hadisələrin izdihamda toplanan adamların təəssüratlarında təhrif olunmuş şəkildə əks olunması ilə əlaqədardır. Ən sadə hadisə kütlənin gözündə çox tez daha böyük ölçü ala bilir. Kütlə obrazlarla düşünür və onun təsəvvüründə canlanan obraz öz növbəsində digər, birinci ilə heç bir məntiqi əlaqəsi olmayan obrazları doğurur. Hansısa faktı xatırlayanda, fikirlərin bir-birinə qəribə bağlılığı bəzən bizdə xatirələr doğurur, bunu yada salsaq, onda biz həmin vəziyyəti çox asan dərk edə bilərik.

İdrak bizə həmin obrazlardan ibarət mənasız şeyləri göstərir, lakin izdiham bunu özünün təhrif olunmuş təəssüratları tərəfindən canlandırıldığını görmür və hər şeyi həqiqət kimi qəbul edir. Kütlə subyektiv olanı obyektiv olandan ümumiyyətlə, ayırmır; şüur tərəfindən törənən və əksər vaxtlarda müşahidə edilən faktla çox uzaq əlaqəsi olan hadisələri, izdiham real obrazlar hesab edir.

Elə görünür ki, kütlənin gözündə hər hansı bir hadisənin təhrifə məruz qalması, çoxşaxəli xarakter alacaq, çünki izdihamı təşkil edən fərdlər tamamilə müxtəlif temperamentlərə malikdilər. Amma qətiyyən elə deyil. Sirayətediciliyin təsiri altında bu təhriflər bütün fərdlər üçün həmişə eyni xarakter daşıyır. Fərdlərdən birinin xəyalına gətirdiyi ilk təhrif, sirayətedici təsirin nüvəsi rolunu oynayır. Müqəddəs Georginin Yerusəlimdə divarlarda və bütün pəncərələrdəki təsvirini başlanğıcda izdihamda yalnız bir nəfər görmüşdü, təlqin yolu ilə və sirayətedici möcüzə nəticəsində həmin andaca o, digərləri tərəfindən də qəbul edildi.

Tarixdə tez-tez danışılan və həqiqiliyi minlərlə insan tərəfindən təsdiq edilən bütün kollektiv hallüsinasiya mexanizmi həmişə bax, belə olur. Yuxarıda deyiləni, kütləni təşkil edən fərdlərin şüur keyfiyyətlərinə bağlamaqla təkzib etmək, artıq bir şey olardı. Həmin keyfiyyətlər əhəmiyyət daşımır; cahil və alim, əgər onlar artıq izdihamda iştirak edirlərsə, müşahidə qabiliyyətindən eyni dərəcədə məhrum olurlar.

Həmin vəziyyət paradoksal görünə bilər, lakin sübut etmək üçün o qədər çox tarixi faktlar var ki, bunun üçün cildlər lazım gələrdi. Amma oxucunu dəlilsiz təsdiqlərin təəssüratları altında qoymamaq üçün sitat gətirdiyim həmin külli faktların arasından təsadüfən seçdiklərimdən bir neçəsini nümunə olaraq göstərəcəyəm.

Kollektiv qarabasmaya aid ən tipik hadisə barədə – həm də nəzərə almaq lazımdır ki, həmin hadisə zamanı kütlə hər növ fərdlərdən, ən cahildən tutmuş, ən təhsilliyə qədər, təşkil olunmuşdu – leytenant Jülyen Feliks dəniz axınları barədə yazdığı və sonradan “Revue Scientifique”də çap olunmuş kitabında qələmə alıb. “La Belle Poule” freqatı güclü tufan nəticəsində ayrı düşdüyü “Berceau” korvetini axtararaq, dənizdə üzürdü. Hadisə gündüz baş vermişdi və günəş parlayırdı.

Birdən növbətçi tərk edilmiş gəmini gördü. Heyət diqqətini həmin məntəqəyə yönəltdi və bütün zabitlər və dənizçilər adamlarla dolu, yedək ipi ilə qayıqlara bağlanmış və həyəcan siqnalı SOS! görünən salı aşkar müşahidə etdilər. Amma bütün bunlar kollektiv qarabasmadan başqa bir şey deyildi. Admiral Defosse həmin andaca ölümə məruz qalanların köməyinə qayıqlar göndərdi.

Fəlakət yerinə yaxınlaşdıqca zabitlər və dənizçilər narahatlıq içində və əllərini uzadan bir dəstə adamı aşkar görür və çoxlu səslərdən ibarət qarışıq hay-küy eşidirdilər. Nəhayət, qayıqlar həmin yerə çatanda orada küləyin qonşu sahildən gətirdiyi yarpaqlı bir neçə budaqdan başqa heç nə görmədilər. Bu cür aşkar dəlildən sonra, əlbəttə, qarabasma yoxa çıxmışdı.

Bu nümunədə biz kollektiv hallüsinasiya yaranması mexanizmini aşkar izləyə bilirik. Bir tərəfdən, burada gözləmə diqqətində olan kütləni, digər tərəfdən – – dənizdə tərk edilmiş gəmini görən növbətçi tərəfindən olunan təlqini görürük; həmin təlqin, sirayətedici yolla orada olanların hamısı, həm zabitlər, həm də dənizçilər arasında yayılmışdı.

Qarşısında baş verənləri düzgün görməyə imkan verən qabiliyyətin məhv olması və real faktların yerinə heç bir əlaqəsi olmayan qarabasmaların gəlməsi üçün kütlənin çoxsaylı olması mütləq deyil. Bir neçə fərd bir yerə toplaşdıqdan sonra – hətta ən görkəmli elm adamları olsalar belə – onlar artıq kütləni təşkil edirlər. Bəzən onlar hər halda kütlənin öz peşələrindən kənara çıxan hər bir şeyə münasibətdə, bütün xassələrini mənimsəyirlər. Ayrılıqda həmin alimlərin hər birində mövcud olan tənqidi müşahidə eləmək bacarığı, izdihamda dərhal yoxa çıxır.

Fərasətli psixoloq Davenin “Annales des Sciences psychiques”də yazdıqları, həmin vəziyyəti təsvir etmək üçün bizə olduqca maraqlı nümunə verir. Aralarında İngiltərənin ilk elm adamlarından biri Uollesin də olduğu görkəmli müşahidəçiləri bir araya toplayan Dave onların qarşısına (öncədən otaqda olan bütün əşyaları onlara tədqiq etməyi və hər şeyə möhür vurmağı təklif edir) spiritlə bağlı (spirit, ölülərin ruhları ilə münasibətə girmək və onların verdikləri cavablarla bilinməyən şeyləri, ruhlar aləminə aid bilgiləri öyrənmək): ruhların maddiləşməsi, taxta üzərində yazma və s. kimi bütün klassik fenomenləri qoydu.

Ardınca da onlardan gördüklərini yazılı şəkildə təsdiq edən cavablar aldı, hansı ki, orada deyilirdi ki, yuxarıda sadalanan fenomenlər yalnız fövqəltəbii güclərin köməyi sayəsində ortaya çıxır. Dave etiraf edirdi ki, bütün bu təzahürlər çox sadə hiylənin nəticəsində ortaya çıxmışdı. “Davenin təcrübələrində ən qəribəsi, – hekayə müəllifinin dediyinə görə, – heç də fokusların özü yox, yeri gəlmişkən, həmin fokusların arasında çox əcaibləri də var idi, şahidlərin ifadələrinin onun irəli sürdüyü məqsədə həsr olunmaması ilə bağlı böyük uyğunsuzluq idi.

Buradan belə çıxır ki, çoxsaylı şahidlərin müsbət hekayələri tamamilə yanlış ola bilər, belə ki, məlum hadisədə, əgər həmin ifadələr həqiqi qəbul olunarsa, onda qeyd edilən təzahürlərin heç bir hiylə ilə izah etməyin mümkünsüzlüyü ilə razılaşmaq lazım gələr. Amma Davenin istifadə etdiyi metodlar o qədər sadə idi ki, onlardan istifadə etmək cəsarətinə heyrətlənməmək mümkün deyil. Lakin kütlənin ağlı üzərində elə gücə malik idi ki, o, əslində olmayan şeyi gördüyünə hamını inandıra bilirdi”.

Bu hadisədə yenə də hipnozçunun, hipnoz edilənlər üzərində hökmranlığının təzahürünü görürük və əgər həmin gücə ən yüksək ağıllar belə tabe olursa, öncədən həyəcanlanan adi kütlə çox asanlıqla ona itaət edəcək!

Bu cür nümunələr kifayət qədərdir. Elə bu sətirləri yazarkən, bütün qəzetlər suda boğulmuş iki balaca uşağın Sena çayından çıxarılması haqda hekayətlərlə dolu idi. Ən azından bir çox şahidlər həmin uşaqların şəxsiyyətlərini qəti şəkildə tanıdıqlarını etiraf etmişdilər. İfadələri o qədər bir-birinə bənzəyirdi ki, işi aparan müstəntiq heç bir şübhə yeri qalmadığından, ölüm haqqında şəhadətnaməni də yazmışdı.

Lakin basdırılma anında güman edilən qurbanların sağ olduğu ortaya çıxdı və məlum oldu ki, boğulanlar müəyyən qədər həmin uşaqlara bənzəyirmişlər. Əvvəlki nümunələrdə olduğu kimi, burda da şahidin illüziyalara qapılma halı baş vermiş və bu da dərhal təlqinin yaranmasına və bütün şahidlərə təsir göstərməsinə gətirib çıxarmışdı.

Bütün belə hallarda təlqinin mənbəyi hansısa bir fərdin az və ya çox dərəcədə anlaşılmaz xatirələrinə söykənən illüziyalardır. Bu ilkin illüziya möhkəmlənəndən sonra sirayətedici mənbəyə çevrilir. Həssas insan üçün azacıq da olsa təsadüfi oxşarlıq kifayət edir ki, hansısa bənzər sifəti məhz, onun tanıdığı insanın üzü kimi qəbul edə bilsin. Beləliklə, yaranan həmin təəssürat sonrakı kristallaşma üçün nüvə rolunu oynayır, ağlın bütün sahələrini doldurur və bütün tənqidi qabiliyyətləri iflic edir.

Məsələn, həmin qəribə fakt bununla, ananın səhvən yad uşağı özününkü kimi qəbul etməsi ilə izah olunur, hansı ki, həmin hadisə zamanı baş vermişdi və qəzetlər indi o haqda yazmışdılar. Həmin olayda da artıq qeyd etdiyim kimi, eyni təlqin mexanizmini görürük.

“Bir uşaq öləni öz yoldaşı kimi qəbul edir, lakin o səhvə yol verir, yanlışlıq həmin andaca bəzi oxşar səhvləri doğurur, ardınca da qəribə şey baş verir: uşağın meyitini görən bir qadın ucadan qışqırıb deyir:

“Of, ilahi, bu ki, mənim övladımdır!” Daha yaxından baxanda, alnındakı çapığı görür və söyləyir: “Hə, bu mənim oğlumdur, iyul ayından yoxa çıxan övladım. Onu məndən oğurlayıb öldürmüşlər!”

Bu, dü-Fur küçəsində dalandar işləyən Şavodre adında qadın idi. Dəvət edilən kürəkən də heç bir tərəddüd etmədən elan etdi: “Bu balaca Filiberdi”. Küçənin daha bir neçə sakini ölən uşağın Filiber Şavodre olduğunu etiraf etdilər, hətta uşağın üzərində medalı görən müəllimi də, ölənin keçmiş şagirdi olmasını etiraf elədi.

Nə baş verirdi? Qonşular, kürəkən, məktəb müəllimi və ana – hamı səhv edirdi! Üstündən altı həftə keçəndən sonra uşağın şəxsiyyəti son olaraq müəyyən edildi: sən demə, həmin uşaq Bordodan imiş və orada öldürüldükdən sonra dilicanla (minik arabası) Parisə gətirilmişdi (“Eclair”, 21 aprel 1895-ci il).

Bu cür səhv müəyyən etmələrə, qeyd olunduğu kimi, daha çox qadınlar və uşaqlar yol verirlər, yəni daha həssas subyektlər və bu da eyni zamanda həmin şahidliyin hüquq-məhkəmə sistemində nələrə gətirib çıxara biləcəyini ortaya qoyur. Uşaqlara gəldikdə, onların ifadələrini heç zaman diqqətə almaq lazım deyil.

Uşaqlar heç vaxt yalan danışmır, deməyi təkrar etməyi xoşlayan hakimlər, əgər psixologiyanı az-çox bilsəydilər, aydın olardı ki, əksinə, məhz uşaq yaşında həmişə yalan danışırlar. Yalan, şübhəsiz, məsumanə, amma bütün hallarda yalandır. Hakimlər hansısa müttəhimin taleyi ilə bağlı qərarı uşaqların ifadələri əsasında çıxarmaqdansa, bunu püşkatma yolu ilə edəydilər!

İzdiham tərəfindən ortaya çıxan, belə demək mümkünsə, kollektiv müşahidələrə qayıtsaq, onlar hamıdan daha artıq yanlış olanlarıdır və çox vaxt da bir fərdin illüziyalarından qaynaqlanır və sonra da sirayət yolu ilə təlqin doğurur. Kütlənin – ifadələrinə inamsız yanaşmaq lazım olduğuna dair çoxsaylı faktları sonsuzluğa qədər toplamaq olar.

Məsələn, Sedan döyüşü zamanı baş verən məşhur süvari hücumunda minlərlə adam iştirak edib, lakin şahidlərin bir-birinə zidd ifadələrindən həmin hücuma kimin komandanlıq etdiyini bu günə kimi öyrənmək mümkün olmayıb. İngilis generalı Uolsli özünün yeni əsərində göstərir ki, Vaterloo yaxınlığındakı döyüşlə bağlı ən əhəmiyyətli amillər ətrafında indiyədək ən səhv təəssüratlar mövcuddur, baxmayaraq ki, həmin faktlar yüzlərlə şahidlər tərəfindən təsdiq edilir.

Biz hansısa döyüş barəsində əsil həqiqətdə nə baş verdiyini bilə bilərikmi? Mən buna qəti şübhə edirəm. Kimin məğlub, kimin qalib olduğunu bilirik, lakin bizim biliklərimiz, çox güman ki, bundan o yana getmir. Solferino döyüşünün iştirakçısı və şahidi D`Arkurun bu döyüş haqqında söylədiklərini bütün döyüşlərə şamil etmək olar:

“Yüzlərlə şahiddən məlumat alan generallar əlbəttə, onların əsasında öz rəsmi hesabatlarını hazırlayıblar; əmr etmək həvalə edilən zabitlər həmin sənədləri dəyişdirir və hesabatın son layihəsini hazırlayırlar; baş qərargahın rəisi onu təkzib edib və onu yenidən hazırlayıb. Sənəd marşala çatanda o çığıraraq deyib: “Siz qəti surətdə səhvə yol verirsiniz!” və hesabatı yeni redaksiyada tərtib edir.

Başlanğıc hesabatdan demək olar ki, heç nə qalmır”. Bu faktı misal çəkən D`Arkur ən heyrətamiz və ən məşhur hadisəyə dair həqiqəti belə, nisbi də olsa üzə çıxarmağın mümkün olmadığına diqqət çəkir.

Bu növ faktlar kütlə ifadələrinin hansı əhəmiyyət daşıdığına bariz nümunədir. Məntiqlə, çoxsaylı şahidlərin yekdil ifadələrini, görünür, hər hansı bir faktın ən danılmaz sübutları sırasına daxil etmək lazımdır. Lakin kütlə psixologiyasından bizə məlum olanlar təsdiq edir ki, məhz, bu mənada məntiq müşahidəsini tamamilə dəyişdirmək lazımdır.

Ən şübhə doğuran hadisələr məhz daha çox sayda adamlar tərəfindən müşahidə olunanlardır. Hər hansı bir fakt minlərlə şahidlər tərəfindən eyni zamanda təsdiq edilirsə, əksər hallarda demək olar ki, həqiqi fakt barəsində mövcud olan hekayələrlə tamamilə uyğun gəlmir.

Yuxarıda deyiləndən açıq-aşkar görünür ki, tarixi əsərlərə yaxşı müşahidə olunmayan və sonradan edilən müşayiətedici izahlardan ibarət təmiz fantaziya, faktlar haqqında fantastik hekayələr kimi yanaşmaq lazımdır. Əhəng yoğurmaq – belə kitablar yazmaqdan daha faydalıdır. Əgər keçmiş bizə öz ədəbi və bədii əsərlərini və abidələrini miras qoymasaydı, biz keçmişdə olanlar barədə əsil həqiqətləri öyrənə bilməzdik.

Məgər, bəşəriyyət tarixində görkəmli rol oynamış, məsələn, Herkules, Budda və ya Məhəmmədin həyatı haqqında həqiqət olan heç olmasa, bircə söz də olsun, bilirikmi? Çox güman ki, yox! Əslində, burası da var ki, onların həqiqi həyatı bizlər üçün elə də böyük əhəmiyyət daşımır; həmin məşhur insanları xalq əfsanələrinin yaratdığı kimi bilmək bizə daha maraqlı gəlir. Həqiqi qəhrəmanlar deyil, məhz bu cür əfsanəvi qəhrəmanlar kütlə ruhuna təsir etmək gücündə olurlar.

Təəssüf ki, əfsanələr, bütün hallarda, hətta yazılı şəkildə olanda belə, özlüyündə heç bir sabitlik nümayiş etdirmirlər. Kütlənin təxəyyülü daim onları zamana və xüsusilə də irqlərə müvafiq olaraq dəyişdirir. Məsələn, müqəddəs Terezanın ibadət etdiyi İncildən olan qaniçən Yeqova sevgi İlahəsindən nə qədər fərqlənib; Çində pərəstiş edilən Buddanın Hindistanda ibadət edilən Budda ilə heç bir bağlılığı yoxdur!

Kütlə təxəyyülünün onlara dair əfsanələri tamamilə şəklini dəyişdirməsi üçün hətta qəhrəmanların ölümündən yüz il keçməsinə də lüzum qalmır. Əfsanələrin dəyişilməsi bəzən bir neçə il ərzində baş verir. Biz tarixin ən böyük qəhrəmanlarından biri ilə bağlı əfsanənin əlli ildən də az müddətdə bir neçə dəfə dəyişilməsini müşahidə etmişik.

Burbonlar zamanında Napoleon idilliya tərzində filantrop və liberal, əzilənlərin dostu kimi təsvir olunurdu, şairlərin sözünə görə, barəsində xatirələr uzun zaman komaların tavanı altında yaşayacaqdı. Otuz il sonra mərhəmətli qəhrəman qaniçən müstəbidə çevrildi, hakimiyyət və azadlığa yiyələndikdən sonra yalnız öz şöhrətpərəstliyini təmin etmək üçün o, üç milyon insanı məhv etmişdi. Artıq biz həmin əfsanənin yeni çalarda dəyişikliyini müşahidə etməkdəyik.

Üstündən daha onlarla yüzilliklər ötəndən sonra, gələcəyin elm adamları, qəhrəmanla bağlı bu cür ziddiyyətli əfsanələr üzündən onun ümumiyyətlə, həqiqətən mövcud olub-olmaması ilə bağlı – indi Budda ilə bağlı belə şübhələr var və ola bilsin ki, bu dastanlarda hansısa əsatir və yaxud Herkules haqqında əfsanələrin davam etdirilməsi kimi – şübhəyə düşəcəklər. Lakin o alimlər çox güman ki, həmin şübhələrlə daha tez razılaşacaqlar, çünki onlar kütlə psixologiyası ilə bağlı bizdən daha çıx bilgiyə malik olacaqlar və əlbəttə, tarixin yalnız mifləri əbədiləşdirdiyini də çox yaxşı biləcəklər.

3.KÜTLƏNİN HİSLƏRİNİN MÜBALİĞƏLİLİYİ VƏ SƏTHİLİYİ

Kütlənin hislərinin necə olmasından, yaxşı və ya səfeh, asılı olmayaraq, onlar üçün xarakterik olan cizgilər səthilik və mübaliğəlilikdir. Bu baxımdan və digər bir çox məsələlərdə izdihamdakı fərd primitiv canlılara yaxınlaşır. Çalarları hiss etmədən o, bütün təəssüratları topdan qəbul edir və heç bir keçid tanımır. Kütlədə hislərin artması həm də onunla əsaslanır ki, həmin hiss təlqin və sirayətedicilik vasitəsilə sürətlə yayıldığından, hamı tərəfindən qəbul edilir, elə bu da onun gücünü əhəmiyyətli dərəcədə artırır.

İzdihamda hislərin səthiliyi və böyüməsi ona gərib çıxarır ki, o, nə şübhə, nə də tərəddüd edir. Kütlə qadın təki həmişə ifrata varır. İfadə olunan şübhə dərhal danılmaz həqiqət kimi qəbul edilir. Ayrıca fərddə yenicə təşəkkül tapmaqda olan antipatiya və bəyənməzlik hissi, izdiham zamanı onda dərhal ən yırtıcı nifrətə çevrilir.

Məsuliyyətin olmaması, xüsusilə də tərkibcə müxtəlif olan izdihamda hislərin gücünü daha da artırır. Özünəəminlik və cəzasızlıq çoxsaylı izdihamdan daha güclüdür, müvəqqəti olsa da əhəmiyyətli hislərdir, say çoxluğunun verdiyi üstünlük isə insanlar yığnağında elə hislər doğurur, ona elə hərəkətlər etməyə imkanlar yaradır ki, ayrılıqda heç bir fərd buna getməyə qabil deyil. Səfeh, cahil və paxıl, izdihamda öz miskinlik və zəifliyindən azad olur, bunu kobud, həm də hədsiz güc əvəz edir.

Təəssüf ki, bu artıq kütlənin səfeh hislərində, ibtidai insanların instinktlərinin atavizmlə bağlı qalıqlarında daha çox üzə çıxır, təklikdə olduqda isə fərd cəzalandırılmaqdan qorxduğundan, özünü daha məsuliyyətli aparır. Elə kütləni ən ağılsız hərəkətləri etməyə asanlıqla sövq edən səbəb də budur.

Amma buradan heç də belə anlaşılmamalıdır ki, kütlə qəhrəmanlığa, fədakarlığa və çox yüksək comərdliyə qabil deyil. İzdiham belə qəhrəmanlıqları göstərməyə ayrı- ayrı fərdlərdən daha çox qabildir. Biz kütlənin əxlaqını tədqiq edərkən, tezliklə həmin fənnin öyrənilməsinə qayıdacağıq.

Şişirdilmiş hislərə malik kütlə, yalnız elə bu cür digər böyüdülmüş hislərin təsirinə tabe ola bilir. İzdihamın diqqətini özünə çəkmək istəyən natiq çox güclü ifadələrdən istifadə etməlidir. Hər şey şişirdilməli, güclü əminliklə söylənilməli, təkrar edilməli və heç vaxt mühakimələrlə nəyisə sübut etməyə çalışmamalıdır – ictimai görüşlərdə hamıya yaxşı tanış olan natiqlərin əsaslandırmaları bunlardan ibarətdir.

Kütlə öz qəhrəmanlarında da bu cür mübaliğə edilmiş hislər görmək istəyir; onların zahiri keyfiyyəti və səxavəti həmişə artıq ölçülərdə olmalıdır. Ədalətli olaraq qeyd edilmişdir ki, teatrda izdiham pyes qəhrəmanından həyatda heç zaman tətbiq edilməyən qəhrəmanlıq, əxlaq və comərdlik kimi keyfiyyətlər tələb edir. Bununla yanaşı, tamamilə düzgün olaraq vurğulanır ki, teatrda xüsusi optik şərait mövcuddur, lakin yenə də teatr optikası qaydalarının çox vaxt sağlam düşüncə və məntiqlə heç bir ümumi bağlantısı olmur.

İncəsənət kütləyə heç şübhəsiz deyir ki, o, aşağı dərəcəli incəsənətə mənsubdur, lakin eyni vaxtda xüsusi qabiliyyətlər tələb edir. Çox vaxt teatr pyeslərini oxuyanda, onların bəzilərinin necə uğur qazandığını özünə izah edə bilmirsən.

Teatrların direktorları belə pyesləri təqdim edəndə çox vaxt özləri onların uğuruna əmin olmurlar, çünki, pyes haqqında mühakimə yürütmək üçün onlar kütləyə çevrilməlidirlər. Və burada biz təfərrüatlara varsaq, irqin möhtəşəm təsirini hökmən qeyd etməliyik. Ölkənin bir tərəfində izdiham teatr tamaşasını böyük coşqunluqla qarşılasa da, başqa bölgədə çox vaxt heç bir uğura imza atmır və yaxud şərti uğur qazanır, çünki o, yeni tamaşaçıları coşdurmaq üçün lazım gələn həmin hərəkətverici qüvvəyə təsir göstərmir.

Bütün direktorlar tərəfindən rədd edilən pyeslərin, bəzən hansısa səhnədə təsadüfən oynanılan zaman heyrətamiz uğur qazanmasının səbəbi də, elə bununla izah olunur. Məsələn, on il ərzində bütün teatrlar tərəfindən rədd edilən Koppenin “Pour la couronnee” pyesi bu yaxınlarda böyük uğur qazanıb; “Marraine de Charley”in bəxtinə də bu cür uğur rast gəlib, belə ki, bütün teatrların yaxına buraxmadığı pyes, hansısa birja dəllalının hesabına səhnəyə qoyulur, bundan sonra həmin pyes Fransada 200, İngiltərədə isə min dəfədən çox səhnələşdirilib.

Əgər bu düşünməklə kütləyə çevrilməyin mümkünsüzlüyü olmasaydı, onda həmin məsələdə həm səlahiyyətli, həm də maraqlı olan teatr direktorları tərəfindən yol verilən bu cür kobud səhvləri, sadəcə izah etmək mümkün olmazdı. Burada həmin məsələni ətraflı araşdıra bilmərəm, bununla məşğul olmağa teatr bilicisi və eyni zamanda Sarse kimi mahir psixoloqun daha çox haqqı çatır .

Mübaliğə yalnız hislərdə izhar edir, izdihamın əqli qabiliyyətlərində yox, deyiminə mən, heç bir əlavə etmək istəmirəm. Artıq əvvəldə demişəm ki, intellektual səviyyənin dərhal və əhəmiyyətli dərəcədə enişi üçün izdihamda iştirak etmək faktı yetərlidir. Hüquqşünas alim Tard da öz tədqiqatlarında kütlənin cinayətlərini etiraf etmişdi. Kütlə yalnız hislər sahəsində həddən çox yüksələ və yaxud həddən artıq aşağı enə bilər.

4.KÜTLƏNİN DÖZÜMSÜZLÜYÜ, NÜFUZU VƏ MÜHAFİZƏKARLIĞI

Kütləyə yalnız sadə və ifrat hislər tanışdır; ona təlqin edilən istənilən fikir, ideya və ya inancı kütlə bütünlüklə ya qəbul, ya da rədd edir və yaxud mütləq həqiqət, ya da eyni ilə mütləq şübhə kimi yanaşır. Müzakirələr nəticəsində deyil, təlqin yolu ilə qəbul edilmiş inanclarla həmişə belə olur. Dini dözümsüzlüyün necə güclü və dini inancların qəlblər üzərində hansı istibdad hakimiyyətinə malik olduğu hamıya məlumdur.

Həqiqət və ya yanlışla bağlı heç bir şübhə yeri olmadığından kütlə öz mülahizələrində təkcə dözümsüzlük yox, etibarlılıq da nümayiş etdirir. Fərd ziddiyyətləri və iddiaları təxirə sala bilər, amma kütlə heç vaxt onları sonraya saxlamır. Açıq toplantılarda hansısa natiq tərəfindən bildirilən kiçik etiraz, dərhal ən sərt təpkilərlə və söyüşlərlə müşayiət olunur, əgər natiq dediyində israr edərsə, kütlə tərəfindən qovulacaq. Çox vaxt mübahisəyə qalxan şəxsin həyatını yalnız hakimiyyət agentlərinin oradakı iştirakı xilas edə bilir.

Dözümsüzlük və nüfuz rəyləri bütün kateqoriyalardan olan izdihamlar üçün ümumidir, amma bütün hallarda müxtəlif dərəcələrdə özünü göstərir. Burada həmçinin insanları bütün hiss və düşüncələrinin əksəriyyətini yatıran kütlənin başlıca xassələri də çıxış edir. Latın kütləsində dözümsüzlük və nüfuz əsasən yüksək dərəcədə inkişaf etmişdir və o qədər ki, fərdi müstəqillik hissini tamamilə məhv edir, hansı ki, anqlosakslarda bu çox yüksək inkişaf edib.

Bu kütlə yalnız öz sektasının kollektiv müstəqilliyinə həssas yanaşır; həmin müstəqilliyin xarakterik xüsusiyyəti, bütün əks-fikirliləri dərhal və zorakılıqla öz inancına tabe etdirmək tələbatıdır. Latın kütləsində bütün dövrlərin yakobinçiləri, inkvizisiya dövründən başlayaraq, heç vaxt başqa azadlıq anlayışına yüksələ bilməmişlər.

Nüfuz və dözümsüzlük özlüyündə o qədər müəyyənedici hislərdir ki, kütlə tərəfindən asan başa düşülür və qəbul edilir, həmçinin elə ki, irəli sürülür, təcrübədə də çox asanlıqla qəbul edilir. Kütlə yalnız gücü qəbul edir, mərhəmət onları elə də çox özünə çəkmir, belə ki, onlar rəhmdilliyə zəiflik kimi baxırlar. Kütlənin rəğbəti həmişə onları özünə tabe edən zülmkarların tərəfində olur, rəhmli hökmdarın tərəfində yox və onlar ən uca heykəlləri də elə birincilərin şərəfinə ucaldırlar.

Əgər kütlə devrilmiş müstəbidi həvəslə ayaqlayırsa, bu yalnız ondan irəli gəlir ki, o, gücünü itirdiyindən, zəiflər kateqoriyasına düşüb, ona nifrət edirlər, çünki ondan qorxmurlar. Kütlənin ürəyinə əziz olan qəhrəman tipi həmişə Sezarı xatırlayacaq. Dəbilqəsi kütləni məftun edən, hakimiyyəti ona hörmət təlqin edən, qılıncı isə qorxmağa məcbur edən Sezarı.

Zəif hakimiyyətə qarşı həmişə üsyan etməyə hazır olan kütlə, güclü hakimiyyət qarşısında köləcəsinə itaət edir. Əgər, hakimiyyətin gücü əvəz edilən xarakter alırsa, həmişə ifrat hislərə tabe olan kütlə növbə ilə anarxiyadan köləliyə, köləlikdən də anarxiyaya keçid edir.

Kütlədə inqilabi instinktlərin üstünlük təşkil etməsinə inanmaq – onun psixologiyasını bilməmək deməkdir. Bizi burada yanıldan yalnız həmin instinktlərin çox sürətli olmalarıdır. Qəzəb partlayışları və onların həllinə canatma kütlədə həmişə keçici olur. Kütlə daha çox qeyri-iradi idarə olunur, əslində həddən çox mühafizəkar olmamaqdan ötrü bu səbəbdən daha çoxəsrlik irsi təsirlərə tabe olur. Özü ilə baş- başa qalan kütlə, çox tezliklə iğtişaşlardan bezir və instinktiv olaraq köləliyə can atır. Bonapart bütün hüquqları məhv edib Fransanı öz dəmir əlinə tabe etdiyi zaman, onu böyük coşqunluqla salamlayanlar məhz ən qürurlu və ən barışmaz yakobinçilər oldu.

Kütlənin mühafizəkar instinktlərini dərindən, yaxşı aydınlaşdırmadan, tarixi, xüsusilə də xalq inqilabları tarixini çətin başa düşmək olar. Kütlə öz təsisatlarının adını dəyişməyə hazırdır və bəzən belə dəyişikliklərə nail olmaq üçün coşqun inqilablar da baş verir, lakin həmin təsisatların təməli irqin irsi tələbatlarının təzahürlərinə xidmət etdiyinə görə, kütlə həmişə onlara doğru qayıdış edir.

Kütlənin dəyişkənliyi yalnız səthi şəkildə ifadə olunur; mahiyyətdə isə kütlədə bütün ibtidai insanlarda olduğu təki sarsılmaz mühafizəkar instinktlər fəaliyyət göstərir. O, ənənələrə ən müqəddəs hörmət bəsləyir və içində mövcudluğunun şərtlərini real olaraq dəyişdirə biləcək qabiliyyətlərə, hər növ yeniliyə qeyri-iradi qorxu olur.

Əgər demokratiya indi olduğu tək o dövrdə də, maşın sənayesi, buxar və dəmiryollarının icad olunduğu zamanda, bu cür güclü olsaydı, həmin kəşflər mümkün olmazdı və yaxud onlar təkrar inqilablar və çarpışmalar yolu ilə həyata keçərdi. Sivilizasiyanın inkişafı üçün böyük xoşbəxtlikdir ki, kütlənin hökmranlığı yalnız sənaye və elmdə böyük kəşflər həyata keçdikdən sonra təşəkkül tapmağa başlayıb.

5.KÜTLƏNİN ƏXLAQI

Əgər “əxlaq” sözünü məlum sosial sərəncamlara dəyişilməz hörmət və eqoist meyllərin daim yatırılması kimi anlasaq, əxlaqi adlandıra bilməmiz üçün kütlə, şübhəsiz, həddən artıq impulsiv və həddən çox dəyişkəndir. Lakin bura müvəqqəti təzahür edən məlum keyfiyyətləri də əlavə etsək, məsələn, fədakarlıq, sədaqətlilik, təmənnasızlıq, özünü qurban vermə, ədalət hissi, onda etiraf etməliyik ki, kütlə bəzən çox yüksək əxlaq nümayiş etdirir.

Kütləni tədqiq edən çox azsaylı psixoloqlar, izdihama yalnız cinayətkar hərəkətlər nöqteyi-nəzərindən baxıblar, onlar belə qənaətə gəliblər ki, kütlənin əxlaqi səviyyəsi çox aşağıdır. Əksər hallarda bu düzdür, lakin niyə belədir? Sadəcə ona görə ki, ibtidai zamanların qalıqlarını təşkil edən və hər birimizin qəlbində mürgüləyən instinktlər dağıdıcılıq şiddətindədir. Təcrid olunmuş fərd üçün həmin instinktlərə boyun əymək çox təhlükəlidir, amma məsuliyyətsiz izdihamda cəzasızlığı təmin olunduğundan, o, çox sərbəstliklə həmin instinktlərin təsiri altına düşə bilir.

Adi vaxtlarda həmin yırtıcı instinktlərimizi yaxınlarımız üzərində həyata keçirə bilmədiyimizdən, bizlər bunu heyvanlar üzərində sınamaqla özümüzü məhdudlaşdırırıq. Ovçuluğa olan böyük həvəs və kütlənin yırtıcı hərəkətlərə meyilliliyi eyni, bir mənbədən qidalanır. Hansısa müdafiəsiz qurbanını aramla döyən kütlə, əlbəttə, hədsiz rəzilliyini büruzə verir, lakin filosof üçün həmin azğınlıqda, bir düjün ovçunun yalnız həzz almaq xətrinə toplaşaraq, itlərin bədbəxt maralı necə təqib etdiyini və onu necə parçaladıqlarını görmək kimi vəhşiləşmiş ehtirasları ilə bir çox ümumiliklər vardır.

Lakin kütlə əgər öldürməyə, yandırmağa və hər cür cinayətə getməyə qabildirsə, o həm də ayrıca götürülmüş fərddən daha çox böyük sədaqətlilik, fədakarlıq və təmənnasızlıq göstərməyə qadirdir. İzdihamda fərdə təsir göstərməklə və şöhrət, şərəf, dini və vətənpərvərlik kimi hislər oyatmaqla, onu çox asanlıqla hətta özünü belə qurban verməyə məcbur etmək olar. Xaç yürüşləri və 93-cü il fədailərinin misalında tarix belə nümunələrlə çox zəngindir.

Ən böyük fədakarlığa və ən böyük sədaqətə yalnız kütlə qadirdir. Hansısa inanc, söz və ya ideya uğrunda kütlə dəfələrlə qəhrəmancasına həlak olub, baxmayaraq ki, özü onları hələ çox çətinliklə başa düşürdü! Tətillərə başlayan kütlə, həmin etirazları ona görə təşkil etmir ki, öz cüzi məvacibini artırsın, buna, verilən əmrə tabe olduğuna görə başlayır. İzdihamda şəxsi maraq çox nadir hallarda qüdrətli mühərrik ola bilir, amma ayrılıqda fərd üçün isə o, birinci sırada durur.

Əksər müharibələrdə kütləyə əlbəttə, hansısa maraq yox, daha çox onun anlayışı üçün əlçatmaz olanlar rəhbərlik edib, lakin o, ölümə doğru gedirdi və ölümü çox adi, lap ovçunun tutduğu güzgünün təsirindən hipnoz vəziyyətinə düşüb özünü ona çırpıb öldürən qaranquş kimi qəbul edirdi.

Elə də olur ki, hətta ən mükəmməl əclaflar belə izdihamda, müvəqqəti olsa da əxlaq prinsiplərinə ən ciddi əməl edənlərə çevrilirlər. Ten deyir ki, sentyabr qatilləri öz qurbanlarının üzərindən götürdükləri pulları və zinət əşyalarının hamısını komitələrə gətirib təhvil verirdilər, halbuki onlar bunu asanlıqla gizlədə bilərdilər. Çoxsaylı səfillərdən ibarət və ulartıya oxşar səslər çıxaran kütlə, 1848-ci ildə Tüilri sarayını tutandan sonra gözlərini qamaşdıran möhtəşəm şeylərdən heç nəyə toxunmamışdılar, halbuki həmin əşyalar onları bir neçə gün ərzində yeməklə təmin edə bilərdi.

Kütlənin ayrı-ayrı fərdlərə bu cür əxlaqi təsirləri daimi qayda təşkil etməsə də, hər halda belə hallara tez-tez rast gəlinir. Hətta indi misal gətirdiyim hadisələrdən daha az ciddilik kəsb edən olaylar zamanı da bu müşahidə olunur. Teatrda izdihamın pyes qəhrəmanlarından şişirdilmiş məziyyətlər tələb etdiklərini artıq söyləmişdim və ən sadə müşahidələr də göstərir ki, hətta ən aşağı dərəcədən olan elementlərdən təşkil olunmuş yığıncaqlarda bu məsələ ilə bağlı adətən böyük vasvasılıq ortaya çıxır.

Peşəkar gəzəyən (kişi nəzərdə tutulur), masqaraçı, səfil və sutenyor belə, pyesdə riskli səhnələr və ədəbsiz söhbətlərdən qəzəblənirlər, hansı ki, həmin səhnələr onların gündəlik istifadə etdikləri danışıq tərzlərinin yanında çox məsum görünməlidir.

Beləliklə, əgər kütlə primitiv instinktlərin təsiri altına tez-tez düşürsə, bütün hallarda bəzən o, çox yüksək əxlaqi nümunə də göstərə bilir. Əgər qərəzsizliyi, – itaətkarlığı əxlaqi keyfiyyəti, xam xəyala və ya real ideala mütləq sədaqət hesab etsək, etiraf etmək lazımdır ki, kütlə həmin keyfiyyətlərə daha tez-tez və özü də o dərəcədə malik olur ki, demək lazımdır ki, hətta ən müdrik filosoflarda buna az-az rast gəlinir.

Kütlə həmin keyfiyyətlərə qeyri-iradi müraciət edir, nə olsun ki, bu da pis deyil! Kütlənin başlıca olaraq qeyri-iradi instinktlər tərəfindən idarə olunmasından və tamamilə düşünmədən hərəkət etməsindən gileylənməyə dəyməz. Əgər izdiham bəzən düşünərək və bilavasitə öz maraqlarından çıxış edərək hərəkət etsəydi, onda çox yəqin ki, bizim planetin səthində heç bir sivilizasiya inkişaf etməzdi və bəşəriyyət də heç bir tarixə malik olmazdı.

III fəsil
KÜTLƏNİN İDEYALARI, MÜLAHİZƏLƏRİ VƏ TƏXƏYYÜLLƏRİ

1.Kütlənin ideyaları. – Əsas və əlavə ideyalar. – Ən ziddiyyətli ideyalar eyni vaxtda necə mövcud ola bilir. – Kütlədən ötrü əlçatan olması üçün çevrilməyə məruz qalacaq ali ideyalar. downloaded from KitabYurdu.org

2.Kütlənin düşüncələri. – Kütlə ilə bağlı ideyalar, yalnız zahirən ardıcıllıq təsəvvürü yaradır.

3.Kütlənin təxəyyülü. – Kütlə obrazlarla düşünür və həmin obrazlar heç bir əlaqə olmadan ard-ardınca gedir. – Kütlə ecazkar olana qarşı xüsusilə həssasdır. – Möcüzəvi və əfsanəvi olanlar sivilizasiyaların həqiqi dayaqlarıdır.

1.KÜTLƏNİN İDEYALARI

Bu kitabın (“Xalqların psixologiyası”) birinci hissəsində ideyaların xalqların təkamülündə rolunu öyrənərkən göstərmişdik ki, hər bir sivilizasiya başlıca ideyaların olduqca nadir hallarda yenilənən çox kiçik sayından əmələ gəlir. Həmin ideyaların kütlənin ruhunda necə təsdiq olunmasını, hansı çətinliklə onun qəlbinə nüfuz etməsini və möhkəmləndikdən sonra böyük qüvvəyə çevrilməsini təsvir etmişdik. Böyük tarixi çevrilişlərin çox vaxt kütlənin başlıca ideyalarındakı dəyişikliklərin nəticəsi olaraq ortaya çıxmasını da görmüşdük.

Bu barədə kifayət qədər danışdığımdan, indi bir daha ona qayıtmayacağam; yalnız kütləyə əlçatan olan ideyalar haqda və onların izdiham tərəfindən hansı formada mənimsənilməsi barədə bir neçə kəlmə söz deyəcəm.

Həmin ideyaları iki dərəcəyə bölmək olar. Birinciyə dəqiqənin təsiri altında əmələ gələn müvəqqəti və tez keçici ideyaları aid edirik; məsələn, hansısa fərdin və yaxud doktrinanın qarşısında boyun əyən; ikinciyə isə bütün əsas ideyalar, mühit, irsiyyət, ictimai rəy böyük dayanıqlılıq verir, köhnə dini inanclar və indiki sosial və demokratik ideyalar aiddir.

Əsas ideyaları öz axınını tədricən genişləndirən hansısa çayın su kütləsinə bənzətmək olar, müvəqqəti ideyaları isə böyük su kütləsi səthində daim dəyişən və qəzəblənən kiçik dalğalara; həmin dalğalar həqiqi əhəmiyyətə malik olmurlar, belə demək mümkünsə, çayın özünün hərəkətindən daha çox gözlərin görməsi üçün əhəmiyyət daşıyırlar.

Əcdadlarımızın vaxtilə yaşadığı böyük, başlıca ideyalar indiki zamanda laxlamağa başlayıb; onlar bütün möhkəmliklərini itiriblər və nəticədə həmin ideyalara söykənən bütün təsisatlar da həmçinin. İndi biz hər gün, elə indicə söylədiyim keçici xırda ideyaların əmələ gəlməsini müşahidə edirik, lakin həmin ideyalardan çox azı daha da inkişaf edir və güclü təsiretmə qabiliyyətinə malik olur.

Kütləyə təlqin edilənlərin hansı ideyalar olmasından asılı olmayaraq, üstünlük qazanma şəraitində onlar ən qəti və sadə formanı ifadə edə bilərlər. Belə halda həmin ideyalar obrazlar formasında ortaya çıxır və yalnız həmin formada kütlə üçün əlçatan olur. Bu cür ideya obrazları öz aralarında oxşar və ya ardıcıl ideyalarla heç bir məntiqi bağlantıya malik olmurlar və fokusçunun sehrli fənərində olduğu kimi yeşiyə bir yerdə yerləşdirilən şüşələrdən birinin sehrbazın o biri əli ilə dəyişdirilməsinə bənzəyir, yəni bir-birlərini əvəz edirlər. Bax, bir-birinə zidd ideyaların kütlədə yanaşı dayana bilmələrinin səbəbi bundadır.

Kütlə dəqiqələr ərzində ortaya çıxan uyğun təsadüflərə müvafiq ehtiyatında olan rəngarəng ideyalardan birinin təsiri altına düşür və buna görə də bir-birinə əks əməllər törədilir; tənqidi qabiliyyətlərin olmaması isə həmin ziddiyyətləri müşahidə etməyə mane olur.

Amma bu təzahürlər kütlənin xüsusi xassələrini təşkil etmirlər; bunu bir çox təcrid olunmuş fərdlərdə, özü də təkcə ibtidai insanlarda yox, eləcə də əqlinin hansısa tərəfinə görə onlara yaxın olanlarda, məs, inancı kəskin şəkildə təzahür edən hansısa dinin ardıcıllarında müşahidə etmək olur. Mən belə halı bizim Avropa universitetlərində tərbiyə olunaraq, diplom almış hindlilərdə müşahidə etmişəm. Onların sarsılmaz başlıca dini və irsən keçən xüsusi ideyalarında heç bir qohumluq əlaqəsi olmayan qərb ideyalarının da bir qatı qoyulub, amma bu, əvvəlki təməlləri az da olsa dəyişdirə bilməyib.

Təsadüfi dəqiqələrin təsiri altında həmin ideyalardan bu və ya digəri önə çıxır, müvafiq əməllərə və çıxışlara gətirib çıxarır, bir, eyni fərd bu əsasda ən kəskin ziddiyyətlər doğurur. Yenə də bütün bu ziddiyyətlər həqiqət olmaqdan daha çox zahirən görünənlərdir, çünki təcrid olunmuş fərddə onun bütün əməllərini yalnız irsi ideyalar idarə etmək gücündədir. Nə zaman ki, insan çarpazlaşma nəticəsində müxtəlif irsi impulsların təsiri altına düşür, yalnız o vaxt əməlləri həqiqətən bir-biri ilə ziddiyyət təşkil edir.

Burada həmin hallar üzərində israr etmək artıq olardı, baxmayaraq ki, onların psixoloji əhəmiyyəti çox mühümdür; lakin düşünürəm ki, onları daha yaxşı başa düşmək üçün ən azından on illik müşahidələr və səyahətlər lazımdır. İdeyaların kütləyə ən sadə formada əlçatanlığı üçün populyarlaşması vacibdir, bundan ötrü isə onlar dərin dəyişikliklərə məruz qalmalıdır. Fəlsəfi və elmi sahələrdə, daha yüksək ideyalarda, xüsusilə həmin dərin dəyişiklikləri müşahidə etmək olur.

O, ideyaları tədricən kütlə üçün anlaşılan səviyyəyə qədər endirə bilir. Həmin dəyişikliklər kütlənin mənsub olduğu kateqoriya və irqdən asılıdır, lakin o heç də həmişə sadələşdirici və zəiflədici xarakterə malik olmur.

Bax, niyə sosial nöqteyi-nəzərdən, əslində ideya iyerarxiyası mövcud deyil, o cümlədən də çox və ya az şəkildə daha yüksək ideyalarda. Elə təkcə bir fakt, ideyanın kütləyə sirayət etməsi və onun əməllərində təzahürü kifayətdir ki, başlanğıcda həqiqiliyindən və nəhəngliyindən asılı olmayaraq, ideyanı həmin yüksəklikdən, möhtəşəmlikdən məhrum edəsən.

Sosial nöqteyi-nəzərdən ideyanın iyerarxiya tabeliyi dəyəri, yenə də əhəmiyyət daşımır, yalnız onun nəticələrini diqqətə almaq lazımdır. Orta əsrlərin mistik, ötən əsrin demokratik və müasir dövrün sosial ideyalarını elə də yüksək ideyalar adlandırmaq olmaz. Fəlsəfi nöqteyi-nəzərdən onları həddən artıq hüznlü nöqsan hesab etmək olmaz, bununla yanaşı, onların rolu çox böyük olub və olacaq da, hələ uzun zaman dövlətin davranışlarında ən əhəmiyyətli amillər hesab ediləcəklər.

Lakin kütlə üçün əlçatan olan dəyişikliklərə məruz qaldıqdan sonra da ideya yalnız o halda təsir göstərir ki, əgər məlum proseslər vasitəsilə – bu barədə başqa yerdə söhbət gedəcək – o, qeyri-iradi sahəyə nüfuz edib və hislərə çevrilib, bunun üçün isə həmişə uzun zaman lazım gəlir.

Yalnız ədalətliliyi sübut olunduqdan sonra ideyanın hətta mədəni zəkalarda belə təəssürat oyatdığını düşünmək lazım deyil. Hətta ən sarsılmaz dəlillərin belə adamların əksəriyyətinə necə zəif təsir göstərdiyinə müşahidələr nəticəsində əmin olmaq mümkündür. Aşkarlığı, əgər gözə daha çox dəyirsə, mümkündür ki, izdihamda olan hansısa təhsilli fərd həmin məqamı tutsun, lakin kütləyə yenicə qoşulan və qeyri-iradiliyin təsiri altında olan insan isə hər halda öz erkən baxışlarına çox tez dönəcəkdir.

Əgər, eyni adamla bir neçə gündən sonra rastlaşsanız, o yenidən sizə öz əvvəlki arqumentlərini, özü də eyni tərzdə, təqdim edəcək, belə ki, şəxs hislərə çevrilmiş köhnə ideyaların təsiri altındadır; bu hislər isə bizim çıxışlarımız və əməllərimizin əsas mühərrikləri tək xidmət göstərirlər. Kütlədə də eyni proseslər baş verir.

Nəhayət, məlum proseslərin vasitəsilə ideya kütlənin ruhuna daxil olduqdan sonra onun üzərində qarşısıalınmaz gücə çevrilir və bir sıra nəticələr doğurur, və buna dözmək lazım gəlir. Fransız inqilabına gətirib çıxaran fəlsəfi ideyaların kütlənin qəlbində möhkəmlənməsi üçün yüzillik bir zaman lazım gəlmişdi. Kütlənin qəlbində möhkəmləndikdən sonra onun, hansı gücə qabil olduğu, artıq məlumdur. Bütöv bir xalqın sosial bərabərlik, abstrakt hüquqlar və imtiyazlara can atması bütün taxt- tacları laxlatmış və qərb dünyasını dərindən sarsıtmışdı.

İyirmi il ərzində xalqlar bir- birlərinə doğru can atdılar və Avropa elə bir hekatombanı (kütləvi insan tələfatı) yaşadı ki, bunlar Çingiz xanı və Teymurləngi belə qorxuya salardı. Hələ dünyada indiyədək hər hansı bir ideyanın bu səviyyədə hökmranlığı müşahidə olunmamışdı.

İdeyaların kütlənin ruhuna hakim kəsilməsi üçün xeyli zaman lazım gəlir, eləcə də yox olmaları üçün də az vaxt tələb olunmur. Ona görə də kütlə ideyalar baxımından alimlərdən və filosoflardan bir neçə nəsil geri qalır. Bütün dövlət adamları bilirlər ki, indiki zamanda başlıca ideyalar özlərində nə qədər çox səhvlər daşıyır, hansı ki, elə indi onlardan söz açdım, lakin həmin ideyaların təsiretmə qüvvəsi hələ də o qədər güclüdür ki, dövlət xadimləri həqiqiliyinə artıq özlərinin də inanmadıqları prinsiplər əsasında idarə etməyə məcburdurlar.

2.KÜTLƏNİN DÜŞÜNCƏLƏRİ

Mütləq şəkildə iddia etmək olmaz ki, kütlə düşünmür və düşüncələrə tabe olmur. Lakin istifadə edilən və ona təsir göstərən dəlillər məntiqi nöqteyi-nəzərdən elə kateqoriyaya mənsubdur ki, yalnız bənzərlik əsasında onları düşüncə adlandırmaq olar.

Kütlənin düşüncələri, ləyaqət baxımından elə də şərəfli yer tutmasa da, onlar da daha yüksək düşüncələr təki təsəvvürlər doğurur, amma bir-biri ilə yalnız zahiri bənzərlik və ardıcıllıqla bağlıdırlar. Onlarda da eskimosların ideyalarında müşahidə edilənlərə oxşar əlaqə hiss edilir.

Eskimoslar təcrübədən bilirlər ki, buz şəffafdır və ağızda əriyir və buradan da belə qənaətə gəlirlər ki, şüşə də şəffaf cisimdir və o da ağızda əriməlidir; yaxud cəsur düşmənini öldürüb, ürəyini yeməklə, onun təki cəsarətli olacağını düşünən vəhşi kimi; və yaxud öz sahibkarı tərəfindən istismara məruz qalan fəhlələrin ideyalarında olduğu kimi, onlar bundan belə nəticə çıxarırlar ki, bütün təsərrüfatlar istismar etməlidirlər.

Bir-biri ilə yalnız zahirən bağlı görünən müxtəlif şeylərin və təsadüfi hadisələrin dərhal ümumiləşdirilməsi – kütlənin düşüncələrinə xarakterik olan cizgilər bax, bunlardır. Kütləni idarə etməyi bacaranlar tərəfindən həmişə bu növ dəlillər ortaya atılır və bunlar izdihama təsir göstərə biləcək yeganə vasitədir.

Bir-birinə bəndlənmiş məntiqi fikirlər izdiham üçün tamamilə anlaşılmazdır, bax, elə bu səbəbdən də biz kütlənin düşünməyərək və yaxud yanlış düşünərək və həmin düşüncələrin təsirinə məruz qalmadıqlarını deməyə cəsarət edə bilirik. Kütləyə çox güclü təsirə malik olanların izdiham qarşısında etdikləri nitqlərin necə bərbad vəziyyətdə olduğuna az təəccüblənməmişik.

Unutmamalıyıq ki, həmin nitqlər məhz o kütləni cəlb etməyə yönələn çıxışlardır, onlar filosofların oxuması üçün nəzərdə tutulmayıb. Kütlə ilə sıx ünsiyyətdə olan natiq, izdihamı cəlb edə biləcək obrazları yarada bilir. Əgər o buna nail ola bilirsə, məqsədə çatılacaq və sonradan düşünərək hazırlanmış iyirmi cildlik nitq toplusu, vacib dəqiqədə söylənilmiş və lazımi adamları əmin etmək üçün şüurlara təsir edə biləcək bir neçə uğurlu cümləyə dəyməz.

Kütlənin düzgün düşünməklə bağlı bacarıqsızlığının, hər hansı bir şeyə tənqidi yanaşa bilməməsi, həqiqəti yanlışdan ayıra bilməməsi və nə baş verməsindən asılı olmayaraq, müəyyən fikrə malik olmasını bura əlavə etmək, hesab edirik, artıq olardı. Düşüncələr izdihama həmişə kənardan verilir və heç vaxt hərtərəfli müzakirələrin nəticəsi olmur. Amma bu halda izdihamın səviyyəsindən yüksəkdə duran adamlar onsuz da elə də çox deyil! Məlum düşüncələrin bəzən çox asanlıqla yayılması, məhz, adamların əksəriyyətinin şəxsi düşüncələrinə əsaslanan şəxsi fikirlərini təşkil edə bilməmələrindən asılıdır.

3.KÜTLƏNİN TƏXƏYYÜLÜ

Düşünməyə qabil olmayan bütün canlılarda olduğu kimi, kütlənin təxəyyülləri canlandırma qabiliyyəti də çox inkişaf edib, olduqca fəaldır və təəssüratlara qarşı çox həssasdır. Hansısa şəxs tərəfindən kütlənin şüurunda hər hansı bir hadisə və ya olayla bağlı canlandırılan obrazlar demək olar ki, real obrazlara çox yaxın olur.

İzdiham o dərəcədə mürgülü vəziyyətdədir ki, şüur müvəqqəti olaraq fəaliyyətsiz qalır və beyində fövqəladə dərəcədə canlı obrazlar yaranır, lakin onları düşüncəyə tabe etdirmək mümkün olsaydı, həmin obrazlar çox tez aradan qalxardı. Nə düşünməyə, nə də mühakimə etməyə qadir olmayan kütlə üçün bax, bu səbəbdən inanılmaz şeylər olmur, axı məhz fövqəladə olanlar həmişə hər şeydən daha güclü təsirə malik olur.

Bax, ona görə izdiham həmişə daha çox hadisələrin möcüzəvi və əfsanəvi tərəflərinə heyran qalır. Hər hansı sivilizasiyanı təhlil edəndə biz görürük ki, həqiqətən də onun əsil dayağı möcüzəvi və əfsanəvi olanlardır. Tarixdə zahirən görünənlər, həmişə həqiqətlərdən daha mühüm rol oynayıblar və real olmayanlar, real olanlar üzərində daha çox üstünlük qazanıblar.

Yalnız obrazlarla düşünməyi bacaran izdiham, ancaq obrazlara qarşı da həssas olur. Yalnız obrazlar onu özünə cəlb edə bilər və ya qorxu hissi yaradıb, onu öz əməllərinin mühərrikinə çevirə bilər

İzdihama apaydın obrazlar təqdim edən teatr tamaşaları həmişə ona böyük təsir gücünə malik olur. Vaxtilə Romanın qara camaatı üçün ideal xoşbəxtliyi çörək və tamaşalar təşkil edib və onlar bundan başqa heç nə tələb etməyiblər. Əsrlər ötüb keçdi, lakin həmin ideal elə də böyük dəyişikliyə uğramadı. Bütün kateqoriyalardan olan kütlələrin təxəyyülünə, teatr tamaşaları qədər heç nə yaxşı təsir göstərmir.

Zaldakı bütün tamaşaçılar eyni emosiyaları yaşayırlar və əgər dərhal hərəkətə keçmirlərsə, bu ondan irəli gəlir ki, tamaşaçılar arasında ən şüursuzu belə, həmin anda bilmir ki, o – illüziyalarının qurbanıdır və həqiqi baş verənlərə görə yox, təxəyyülünün yaratdıqlarından təsirlənərək ağlayıb gülürdü. Bununla belə, obrazlarla təlqin edilən hislər bəzən o qədər güclü olur ki, hərəkət zamanında təlqin edilənlərdən, elə də çox fərqlənmir.

Səhnəsində həmişə yalnız nifrət doğuran dram əsərləri oynanılan bir xalq teatrında baş verənlərdən çox sitat gətirilib. Satqın rolunda çıxış edən aktyor teatrdan çıxarkən, daim təhdidlərlə üzləşib, belə ki, törətdiyi “cinayətlərin” təsirindən hiddətlənən tamaşaçılar onu tikə-tikə etmək istəyirmişlər, bu səbəbdən aktyoru qorumaq üçün xüsusi adamlar ayırmalı olmuşdular.

Güman edirəm ki, bu, kütlənin əqli vəziyyətini nümayiş etdirən ən yaxşı göstərici və xüsusilə də onun təlqinin təsirinə necə asanlıqla meylləndiyinə bariz nümunədir. Qeyri-real olanlar da izdihama demək olar ki, real hadisələr qədər güclü təsir edir və onları bir- birindən fərqləndirmək belə, çox çətindir.

Qaliblərin əzəməti və dövlətin gücü məhz, başlıca olaraq, elə xalqın təxəyyüllünə söykənir. Kütləni həmişə öz ardınca başlıca olaraq onun təxəyyülü çəkib aparır. Bütün tarixi hadisələr – buddizm, xristianlıq, İslam, islahatlar və inqilablar və bizim günlərdə sosializmin doğurduğu qorxu – bilavasitə kütlənin təxəyyülündə əmələ gələn və yaxud ayrı-ayrı hadisələrin təsiri altında yaranan güclü təəssüratların təzahürləridir.

Beləliklə, bütün əsrlərin və ölkələrin dövlət adamları, bura mütləq müstəbidləri də əlavə etmək olar, həmişə xalqın təxəyyülünə öz əzəmətlərinin təməli kimi baxıblar və onun iradəsinə qarşı çıxmağa cəsarət etməyiblər. “Özümü katolik kimi təqdim edib – dövlət şurasında Napoleon belə demişdi – mən Vandey müharibəsinə son qoydum; müsəlman kimi təqdim edib, Misirdə möhkəmləndim, ultramontan kimi təqdim edib italyan rahiblərini öz tərəfimə çəkdim.

Əgər, mənə yəhudi xalqını idarə etmək lazım gəlsəydi, onda Süleymanın məbədini bərpa edərdim”. Makedoniyalı İsgəndər və Sezarın dövründən bu yana Napoleon qədər xalqın təxəyyülünə bu cür güclü təsir göstərməyi bacaran ikinci bir şəxs olmayıb. Napoleon daim xalqın təxəyyülünü necə heyrətləndirə biləcəyi haqda düşünürdü; o özünün bütün qələbələri zamanı, etdiyi hər çıxışında, bütün hərəkətlərində və hətta ölüm yatağında belə bunun qayğısını çəkirdi.

Kütlənin təxəyyülünə necə təsir etməyin mümkünlüyünü – biz tezliklə görəcəyik. İndi isə yalnız bir qeydlə kifayətlənək ki, bunu onun şüuru və düşüncəsinə təsir göstərməklə, yəni, dəlillər yolu ilə etmək mümkün deyil. Məsələn, Antoniy xalqı Sezarın qatilinə qarşı xalqı bəlağətli nitqi ilə deyil, onun vəsiyyətini oxuyaraq və meyitini nümayiş etdirərək qaldıra bilmişdi.

Kütlənin təxəyyülünü heyran qoyan obrazlar, həmişə, heç bir izahla müşayiət olunmayan sadə və aydın olur və nadir hallarda onlara hansısa möcüzəvi və yaxud sirli faktlar əlavə edilir: böyük qələbə, böyük möcüzə, nəhəng cinayət, böyük ümidlər. İzdihama həmişə şeyləri bütöv obrazlar şəklində, onların mənşəyini göstərmədən, təqdim etmək lazımdır.

Xırda cinayətlər və bədbəxt hadisələr kütlənin təxəyyülünü heç vaxt məşğul etmir, hətta nə qədər çoxsaylı olsalar belə; əksinə, hər hansı bir nəhəng bədbəxt hadisə və ya cinayət baxmayaraq ki, nəticə etibarilə azsaylı hadisələrdə olduğundan daha az itki ilə müşayiət olunub, kütləyə çox dərindən təsir göstərir.

Bir neçə il bundan əvvəl Parisdə 5000 nəfərin canını almış qrip epidemiyası xalqın təxəyyülünə elə də çox təsir göstərməmişdi. Bu, əsl hekatomba aydın obrazlarda təzahür etməmişdi, ondan yalnız həftəlik statistik hesabatlarda bəhs olunurdu. Lakin hansısa digər iri bədbəxt hadisə, məs, Eyfel qülləsinin aşması, özü də orada 5000 deyil, 500 nəfər, özü də hamı eyni vaxtda ölsəydi, kütlənin təxəyyülünə bu dəfələrlə daha güclü təsir bağışlayardı.

Bir transatlantik buxar gəmisinin güman edilən məhvi barədə xəbər, hansı ki, xeyli zaman ərzində bu haqda məlumat belə olmayıb, həmin əsasda kütlənin təxəyyülünə daha qüvvətli təsir göstərə bilər, bununla yanaşı, rəsmi statistikaya görə təkcə 1894-cü ildə 850 yelkənli və 203 buxar gəmisi qəzaya uğramışdı. İnsan həyatı və mal itkisi nöqteyi-nəzərindən baxdıqda, gəmilərin məhvi, transatlantik buxar gəmisinin qəzasından daha ciddi faciələr hesab olunmalıydı, amma izdihamda həmin hadisələr heç bir təəssürat oyatmamışdı.

Buradan belə nəticə hasil olur ki, özlüyündə faktlar xalqın təxəyyülünə heç bir təsir göstərmir, əsas olan həmin faktların necə yerləşdirilməsi və kütləyə necə təqdim olunmasıdır. Əgər, icazə verilsəydi, belə demək mümkünsə, mən həmin faktları elə heyrətdoğurucu obrazlarda, elə qatı çalarlarda təqdim edərdim ki, onlar kütlənin şüuruna tam hakim kəsilər və onun bütün anlayış sahəsini doldurardı. Kimlər ki, kütlənin təxəyyülündə mahirliklə təəssüratlar oyada bilirlər, izdihamı da elə onlar idarə etmək bacarığına malik olurlar.

IV fəsil
KÜTLƏNİN BÜTÜN MƏSLƏYİNİ İFADƏ EDƏN İNANC FORMALARI

Dini hisləri təşkil edən nədir. – O, hər hansı bir tanrıya pərəstişdən asılı deyil. – Onun xarakteristikası. Dini formada ifadə olunmuş düşüncələrin əzəməti. – Müxtəlif nümunələr. – Xalq tanrıları heç vaxt yox olmur. – Onların təşəkkül tapdığı yeni formalar. Ateizmin dini formaları. – Bu anlayışların tarixi nöqteyi-nəzərdən əhəmiyyəti. – İslahatlar, Varfolomey gecəsi, terror və oxşar hadisələr ayrı-ayrı fərdlərin deyil, kütlənin dini hislərinin təzahürləridir.

Artıq söyləmişik ki, kütlə fikirləşmir, o, ideyaları bütövlükdə ya qəbul edir, yaxud da kənara atır, nə mübahisələri, nə də ziddiyyətləri xoşlayır, təlqin onun bütün düşüncə qabiliyyətlərinə tamamilə hakim kəsilir və dərhal hərəkətə keçməyə can atır. Qeyd etmişdik ki, kütlə müvafiq təlqinin təsiri altında ona təlqin edilən ideal uğrunda özünü qurban verməyə hazırdır və ona yalnız güclü və ən ifrat hislər xasdır, həm də nəzərə almaq lazımdır ki, onda simpatiya çox tez pərəstişə, yenicə yaranmaqda olan antipatiya isə həmin andaca nifrətə çevrilir. Bu ümumi göstərilənlər bizə kütlənin etiqadını sezməyə imkan verir.

Kütlənin inanclar dövründəki, həmçinin siyasi çevrilişlər zamanındakı etiqadından, misal üçün, ötən əsrdəki çevrilişlərdən, görə bilirik ki, həmişə bu etiqadlar xüsusi forma alır, hansı ki, mən düzgün müəyyən edə bilmədiyimdən, onları dini hislər adlandırıram. Həmin hiss çox sadə xarakterizə olunur: güman edilən ali varlığa pərəstiş, ona aid edilən sehrli gücdən qorxu, onun göstərişlərinə kor-koranə tabe olmaq, onun ehkamlarına etirazın mümkünsüzlüyü, onları yaymaq istəyi, onu etiraf etməyənlərin hamısına düşmən kimi baxmağa can atmaq – bax, budur, həmin hissin başlıca xassələri.

Bu hiss gözə-görünməz Tanrıya, daş və ya ağacdan olan bütə və ya qəhrəmana, siyasi ideyaya aiddirmi – yuxarıda göstərilən xassələr onda özünü göstərdiyi anda, artıq o, dini mahiyyət daşıyır. Fövqəltəbii və möcüzəli olanlar, onda eyni dərəcədə rast gəlinir. Kütlə həmin anda fanatizmini qidalandıran siyasi formulu və ya qalib lideri, qeyri-iradi sirli güclə mükafatlandırır.

Dindarlıq yalnız hansısa tanrıya pərəstiş etməkdən irəli gəlmir; şüurun bütün vasitələri iradəyə tabe olanda, fanatizmin coşqunluğu bütünlüklə hansısa işin və yaxud varlığın xidmətinə veriləndə də o, özünü göstərir, onun məqsədinə çevrilir və kütlənin məramı və fəaliyyətinə rəhbərlik edir.

Hər bir dini hiss üçün vaciblik təşkil edən dözümsüzlük və fanatizm, bu dünyanın və yaxud əbədi xoşbəxtliyin sirrini bildiyini düşünənlərdən ötrü də labüddür. Hər hansı bir etiqad uğrunda mübarizəyə qalxan hər bir insan qrupunda da bu hislərə rast gəlinir. Terror zamanının yakobinçiləri də, inkvizisiya dövrünün katolikləri kimi çox qatı dindar olublar və onların azğınlaşmış ehtirası da bir mənbədən qidalanır.

Kütlənin bütün etiqadı dini hissə xas olan kor-koranə tabeolma xüsusiyyətinə, şiddətli dözümsüzlüyə, ən çılğın təbliğat tələbatına malikdir; bax, kütlənin inancının həmişə dini formaya malik olduğunu söyləməkdə biz nəyə görə haqlıyıq. Kütlənin pərəstiş etdiyi qəhrəman, həqiqətən onun üçün Tanrıdır. Napoleon on beş il ərzində kütlə üçün belə olub və indiyədək heç bir səcdəgah bu dərəcədə sədaqətli pərəstişkarlara malik olmayıb və onlardan heç biri adamları bu qədər asanlıqla ölümə yollamayıb.

Bütpərəst və xristian tanrıları heç vaxt qəlbləri fəth olunanlar üzərində bu dərəcədə mütləq hakimiyyətdən istifadə etməyib. Dini və ya siyasi əqidə baniləri məqsədlərinə ona görə çatıblar ki, insanı xoşbəxtliyini pərəstişkarında tapmağa və onu öz həyatını səcdəgahı üçün qurban verməyə məcbur edən fanatizm hislərini kütləyə təlqin etməyi bacarıblar. Bütün dövrlərdə belə olub.

Füstel de Kulanj Roma Qalliyası haqqında yazdığı gözəl kitabında göstərib ki, Roma imperiyası güc hesabına yox, dini heyranlıq hissinin təlqini sayəsində ayaqda qalırdı. “Bu tarixdə baş verən misli görünməmiş hadisə idi – o, əsaslı olaraq deyirdi – xalqın nifrət etdiyi bir rejim, düz, beş əsr ərzində hökmranlıq etmişdi…

İmperiyaya məxsus otuz legionun yüz milyonluq xalqı bu qədər uzun müddətdə özünə itaət etməyə necə məcbur etdiyini, heç cür izah etmək olmazdı. Həmin milyonlarla adam yalnız ona görə itaət edirdilər ki, imperator onların gözündə Romanın əzəmətini təcəssüm etdirirdi, ona ümumi razılıq əsasında səcdəgaha baş əyən təki pərəstiş edirdilər. İmperiyanın ən kiçik kəndində belə, imperatorun şərəfinə səcdəgahlar tikirdilər.

İmperiyanın bir tərəfindən digər tərəfinədək xalqların ruhunda yeni din yaranırdı, səcdəgahlar isə imperatorlar idi. Xristian erasından bir neçə il əvvələ qədər altmış şəhərdən ibarət bütün Qalliya məsləhətləşərək Lion yaxınlığında Avqusta məbəd ucaltmışdı… Qalliya şəhərlərindəki yığıncaqlar tərəfindən seçilən din xadimləri ölkənin ən önəmli simaları hesab olunurdular… Bütün bunları qorxu hissinə və yaltaqlığa aid etmək olmaz.

Bütöv xalqlar köləliyə meylli ola bilməzdilər və ya hər halda üç əsr ərzində özlərini köləcəsinə aparmazdılar. İmperatora saray xadimləri pərəstiş etmirdilər, Roma pərəstiş edirdi, özü də təkcə Roma yox, bütün Qalliya, İspaniya, Yunanıstan və Asiya da”.

Hazırkı zamanda qəlbləri fəth edənlərə daha səcdəgahlar tikmirlər, amma heykəllər ucaldırlar və indi onlara göstərilən pərəstiş, keçmiş zamanlarda olanlardan elə də çox fərqlənmir. Tarixin fəlsəfəsi yalnız o vaxt bizə aydın olacaq ki, biz kütlə psixologiyasının başlıca bəndlərini, yəni, kütlə üçün ya səcdəgah olmaq lazımdır, ya da heç bir şey, tam mənimsəyəcəyik.

Fikirləşmək lazım deyil ki, keçmiş əsrlərin zehniyyəti tamamilə düşüncəmizdən silinib. Şüura qarşı əbədi mübarizədə hiss heç vaxt məğlub olmayıb. Kütlə uzun müddət köləlik etdiyi “səcdəgah” və “din” sözlərini daha eşitmək istəmir. Lakin o da var ki, heç vaxt son yüzillikdəki qədər bu sayda bütə malik olmamış və öz köhnə tanrılarına heç vaxt bu qədər ibadətgah və abidələr də ucaltmamışdı.

Bulanjizm adı altında məlum olan, son illərdə gedən xalq hərəkatını tədqiq edənlər, kütlənin dini instinktlərinin hansı asanlıqla dirçəlişinə əmin ola bilərlər. Hətta bir kənd mehmanxanası da tapmaq mümkün deyildi ki, orada qəhrəmanın təsviri olmasın. Bütün fəlakətləri aradan qaldırmağa və ədaləti bərpa etməyə qabil güc, həmin qəhrəmanın adına yazılırdı; minlərlə adam onun uğrunda öz həyatını qurban verməyə hazır idi. Əgər onun xarakteri bu əfsanələrdən yüksəkdə olsaydı, görəsən, o tarixdə hansı yeri tutardı!

Bu arada kütlənin dinə ehtiyacı olduğunu təkrar etməyə lüzum qalmır, belə ki, bütün inanclar, siyasi, ilahi və sosial, yalnız mübahisəsiz qəbul edilən dini forma aldıqda mənimsənilir. Əgər, kütləni ateizmi də mənimsəməyə məcbur etmək mümkün olsaydı, o da hər bir dini hiss kimi belə hərarətli dözümsüzlük nümayiş etdirərdi və öz zahiri formaları ilə çox tezliklə əsil ayinə çevrilərdi. Pozitivçilərin kiçik sektasının təkamülü həmin vəziyyəti bariz şəkildə təsdiq edir. Onunla həmin nihilistlə də bağlı, görkəmli yazıçı Dostoyevskinin bizə nəql etdiyi oxşar hadisə baş vermişdi.

Gözəl günlərin birində zəkanın işığı ilə nurlandırılmış həmin nihilist kiçik kilsənin mehrabını bəzəyən tanrıların və müqəddəslərin təsvirlərini qırıb-tökdü, mum şamları söndürdü və bir dəqiqə belə itirmədən, məhv etdiyi təsvirləri Byüxner və Moleşot kimi ateist-filosofların yaradıcılıq işləri ilə əvəz etdi və yenidən ehtiramla şamları yandırdı. Onun dini inanclarının predmeti dəyişmişdi, lakin demək olarmı ki, əslində onun həm də dini hissi dəyişilib?

Bəzi tarixi hadisələr, həm də ən əhəmiyyətliləri, yalnız o zaman anlaşıqlı görünəcək ki, həmin dini forma özümüzə tamamilə aydın olacaq və nəhayətdə kütlənin inamını ifadə edəcək. Sosial hadisələr var ki, onları naturalist kimi yox, daha çox psixoloji nöqteyi-nəzərdən öyrənmək lazımdır. Görkəmli tarixçimiz Ten inqilabları yalnız naturalist kimi tədqiq etdiyindən, hadisələrin genezisi çox vaxt onun gözündən yayınırdı. O, faktları əla müşahidə edirdi, amma kütlə psixologiyasını bilmədiyindən, heç də həmişə onların mənbəyinə qədər gedib çata bilmirdi.

Faktlar öz yırtıcı, anarxist və azğın xarakteri ilə onu qorxuya salırdı; o, həmin möhtəşəm dövrün qəhrəmanlarında öz instinktlərinə maneəsiz itaət edən yalnız vəhşi epileptik sürüsü görürdü; amma inqilabların istənilən zorakılıqlarına, qətllərə, təbliğata olan zərurətə, krallara qarşı elan edilən müharibələrə, sadəcə, kütlənin ruhunda yaranan yeni dini inancların təşəkkülü kimi baxsaq, onda hər şey çox asanlıqla izah olunur.

İslahatlar, Varfolomey gecəsi, dini müharibələr, inkvizisiya, terror – bütün bunlar dini hislərdən ruhlanan kütlə tərəfindən həyata keçirilən oxşar hadisələrdir və yeni inancın möhkəmlənməsinə müqavimət göstərən hər bir şeyi, bütün maneələri od və qılınc vasitəsilə məhv edilməsini bir zərurət kimi tələb edir. İnkvizisiya metodları – bütün səmimi insanların metodlarıdır və həmin adamlar digər metodları tətbiq etsəydilər, onlar belə olmazdılar.

Əgər kütlənin ruhu indi nümunə gətirdiyim çevrilişləri çağırmasaydı, onlar mümkün olmazdı. Heç bir mütləq müstəbid onları çağıra bilməzdi. Varfolomey gecəsinin kralların əməli olduğunu söyləyən tarixçilər, bununla da kütlənin, eləcə də kralların psixologiyasından xəbərsiz olduqlarını nümayiş etdirirlər.

Bu növ nümayişlər, yalnız kütlənin ruhu ilə əmələ gəlir; yalnız hökmdarların ən absolyut olanı, ən zalımı onların əmələ gəlməsini həm sürətləndirə, həm də zəiflədə bilər. Varfolomey gecəsini, dini müharibələri krallar təşkil etməmişdi və terroru da nə Robespyer, Danton və ya nə də Sen-Jüst törətməmişdilər. Bütün həmin hadisələrdə kralların əzəməti yox, kütlənin ruhu əsas rol oynamışdı.

İkinci bölmə
KÜTLƏNİN DÜŞÜNCƏSİ VƏ İNANCI
I fəsil KÜTLƏNİN DÜŞÜNCƏ VƏ İNANCLARININ KƏNAR AMİLLƏRİ

Kütlənin inanclarının hazırlıq amilləri. – Həmin inancların inkişafı əvvəlkilərin emalının nəticəsidir.

1.İrq. – Onun üstünlük təşkil edən təsiri. – Həmin təsirdə əcdadların təlqini özünü göstərir.

2.Ənənələr. – Ənənələr irqin ruhunun sintezinin ifadəsinə xidmət edir. – Ənənələrin sosial əhəmiyyəti. – Onların zərəri nədən ibarətdir. – Kütlə ənənəvi ideyaların ən möhkəm mühafizəedicisidir.

3.Zaman. – O, ardıcıllıqla inancın möhkəmlənməsini, sonra isə məhvini hazırlayır. – Onun təsiri sayəsində xaosdan qayda-qanun bərpa olunur.

4.Siyasi və sosial təsisatlar. – Onların rolu barədə yanlış təsəvvürlər. – Onlar səbəbləri deyil, nəticələri təmsil edirlər. – Təsisat – bir-birinə bənzəməyən şeylərin ümumi ad altında pərdələməkdən başqa bir şey deyil. – Konstitusiyalar necə yaradılır. Bəzi xalqların mərkəzləşdirmə kimi məlum, nəzəricə səfeh təsisatlara olan tələbatı.

5.Təhsil və tərbiyə. – Təhsilin kütləyə təsiri ilə bağlı müasir yanlış təsəvvürlər. – Statistik göstərişlər. – Latın tərbiyəsinin pozğunlaşmış rolu. – Təhsilin icra edə biləcəyi rol. – Müxtəlif xalqlarda rast gəlinən nümunələr.

Kütlənin mənəvi quruluşunu, onun düşünmək, hiss və mühakimə etmək tərzini öyrəndikdən sonra, indi onun düşüncə və inanclarının necə əmələ gəlməsi və bərqərar olmasının tədqiqinə keçirik.

Kütlənin düşüncə və inanclarını müəyyən edən amillər ikili növdə olur; bilavasitə və bilavasitə amillər

Bilavasitə amillər – bunlar o amillərdir ki, kütlənin məlum inamları qavramasını onun üçün əlçatan edir və bəzi digər baxışlarla nüfuzetmə bacarıqsızlığını ortaya çıxarır. Həmin amillər sonradan öz qüvvəsi və nəticələri ilə hamını heyrətdə qoya biləcək hər hansı bir ideyanın qəfil inkişafı üçün təməl hazırlayır. Amma yalnız elə görünür ki, həmin ideyalar qəfil ortaya çıxıb. Həqiqətdə, bəzi ideyalar çox vaxt izdihamda ortaya çıxır və ildırım sürəti ilə icraya yönəlir, Lakin bu, ilk baxışda belə görünür, əslində həmin partlayış həmişə özündən əvvəlki işlərin uzun sürən nəticələrinin yekunudur.

Kütləyə təsirini göstərən bilavasitə amillər isə artıq bilavasitə amillərin öncədən hazırlanmış təməlində fəaliyyət göstərir və onsuz heç bir nəticə də doğurmazdılar; onlar kütlədə fəal özünə etibar yaradırlar, yəni məlum formanı ifadə edirlər və onu bütün nəticələri ilə inkişaf etdirirlər. Bilavasitə amillərin sayəsində kütlədə onu aludə edən hallar yaranır; onların sayəsində qiyam başlanır, tətillər təşkil edilir və yaxud böyük əksəriyyət qəfildən hər hansı bir adamı hakimiyyətə gətirir və ya hansısa hökuməti hakimiyyətdən devirir.

Bütün böyük tarixi hadisələrdə bu ikili amillərin ardıcıl fəaliyyətini müşahidə edə bilirik. Bunlardan ən heyrət doğuracaq bir nümunəni – fransız inqilabını – götürək. Həmin hadisələrin bilavasitə amilləri filosofların yaradıcılığı, aristokratiyanın zorakılığı, elmi düşüncələrin uğurlarıdır. Beləliklə, bilavasitə amillərlə – natiqlərin nitqləri və ən cüzi islahatlara qarşı çıxan sarayın müqaviməti – hazırlaşdırılan kütlənin ruhu artıq asanlıqla aludə vəziyyət alır

Bilavasitə amillərə bütün inancların dərinliyində və kütlənin düşüncələrində rast gəlinən irqlər, ənənələr, zaman, təsisatlar və tərbiyə kimi ümumi amillər aiddir.

1.İRQ

İrq amili ilk yerdə dayanmalıdır, belə ki, öz əhəmiyyətinə görə o, digərlərini üstələyir. Bundan öncə biz irqin təsirindən söz açdığımızdan, bir daha həmin məsələyə qayıtmayacağıq. Əvvəlki əsərdə biz tarixi irqin nə olduğunu və onun yekun xüsusiyyətləri formalaşdıqdan sonra irsiyyət qanunu sayəsində hansı qüvvəyə malik olduğunu göstərmişdik; həmin vaxt inancları, təsisatları və incəsənəti, bir sözlə, sivilizasiyasının bütün elementləri onun ruhunun zahiri təsvirindən başqa bir şey deyil.

İrqin təsiri elədir ki, həmin elementlərdən heç biri dərin dəyişikliklərə uğramadan bir xalqdan digərinə keçə bilmir. Mühit, şərait və hadisələr, yalnız dəqiqələrin sosial təlqini kimi xidmət edir. Bütün bunlar əhəmiyyətli təsir göstərə bilər, lakin əgər irqin təlqin edilmiş ideyalarına zidd gedərsə, yəni əcdadlara qarşı çıxarsa, onda həmişə qısamüddətli olur.

Biz irqlərin həmin təsiri məsələsinə hələ dəfələrlə müraciət edəcəyik və göstərəcəyik ki, o, necə əzəmətlidir və hətta kütlənin ruhunun xüsusi xassələrində o, hansı üstünlüyə malikdir. Müxtəlif ölkələrdən olan kütlələrin öz inanc və əməllərində böyük fərqlərə malik olmaları və ona eyni şəkildə təsir etmənin mümkün olmadığı, bununla izah olunur.

2.ƏNƏNƏLƏR

Keçmiş irqin ideyaları, tələbatları və hisləri ənənələrdə ifadə olunur; özünün bütün ağırlığı ilə bizə təzyiq edən irqin sintezi ona bağlıdır.

Söylədiyim fikir hələ yeni olduğundan – tarixi isə onsuz çox çətin anlaşılır – əvvəlki əsərimdə (“Xalqların psixologiyası”) ona dörd fəsil həsr etmişəm. Oxucu həmin fəsillərdən başa düşəcək ki, aldadıcı zahiri görünüşünə baxmayaraq, nə dil, nə din, nə incəsənət, bir sözlə, sivilizasiyaların elementlərindən heç biri toxunulmaz şəkildə bir xalqdan digərinə verilir.

Embriologiyanın (biologiyanın rüşeymlərin (embrionların) inkişafından bəhs edən şöbəsi) canlı varlıqların təkamülünə keçmişin necə böyük təsir etdiyi aşkarlandıqdan sonra, bioloji elmlər böyük dəyişikliklərə uğradı. Keçmişin təsiri haqqında ideya geniş yayıldıqdan sonra tarix elmində də bənzər dəyişikliklər baş verəcək. Hələlik isə o, istənilən səviyyədə yayılmayıb və dövlət adamlarının bir çoxu hələ də ötən əsr nəzəriyyəçilərinin ideyaları ilə yaşayırlar, düşünürlər ki, əgər zəka işığını əsas götürsələr, cəmiyyət öz keçmişi ilə əlaqəni kəsə və bütün istiqamətlərdə dəyişə bilər.

Xalq – keçmiş tərəfindən yaradılmış orqanizmdir və hər bir orqanizm kimi o da uzun sürən irsən toplananların vasitəsilə dəyişilə bilər.

Adamlar xüsusilə izdiham zamanı ənənələri əldə rəhbər tuturlar, özü də yalnız adlar və zahiri formalar asanlıqla dəyişir.

Bununla bağlı təəssüflənməyin yeri yoxdur. Ənənələrsiz nə milli ruh, nə də sivilizasiyalar ola bilər. Buna görə də insanın təşəkkül tapdığı andan ən əsas məşğuliyyətlərindən biri ənənələr şəbəkəsi qurmaq və ənənələrin xilaskarlıq fəaliyyəti tükənəndə isə onları dağıtmaqdan ibarət olub. Ənənəsiz sivilizasiya mümkün deyil; ənənələr məhv edilmədən heç bir inkişaf gedə bilməz. Sabitliklə dəyişkənlik arasında tarazlığın tapılmaması, çətinlik yaradır, həm də böyük çətinlik.

Əgər hər hansı bir xalq vərdişlərin bir neçə nəsil ərzində hədsiz möhkəmlənməsinə imkan verirsə, o artıq dəyişilə bilmir və Çin kimi təkmilləşməyə qadir olmur. Zorakı inqilablar bu məsələdə heç nəyə qadir deyillər, çünki parçalanmış zəncirin qırıqları ya yenidən bir-birinə qovuşur və heç bir dəyişikliyə uğramayan keçmiş öz gücünü bərqərar edir, ya da həmin qırıqlar səpələnmiş vəziyyətdə qalır və onda anarxiyanın ardınca tezliklə tənəzzül baş verir.

Beləliklə, hər bir xalqın idealını keçmişin təsisatlarının qorunub saxlanılması və onların tədricən yavaş-yavaş, hiss olunmadan dəyişilməsi təşkil edir. Lakin həmin ideala çatmaq çox çətindir. Bu idealı yalnız qədim romalılar və müasir ingilislər həyata keçirə biliblər.

Ənənəvi ideyaların ən möhkəm mühafizləri məhz kütlə hesab olunur və dəyişikliklərə də ən güclü müqavimət onlar tərəfindən göstərilir – xüsusilə də izdihamın kasta adlandırılan kateqoriyası. Mən artıq kütlənin həmin mühafizəkar ruhuna diqqət çəkmişəm və demişəm ki, ən şiddətli qəzəblər yalnız sözün dəyişilməsinə gətirib çıxarır.

Ötən yüzilliyin sonlarında dağıdılan kilsələri, din xadimlərinin edamları, sürgünləri və katolik ruhanilərin ümumən təqib edilmələrini nəzərə alanda, köhnə dini ideyaların öz gücünü tamamilə itirdiyini düşünmək olardı. Amma üstündən cəmi bir neçə il keçdi və ləğv edilmiş kult ümumi tələb nəticəsində yenidən bərqərar oldu. Müvəqqəti sıxışdırılan ənənələr yenidən öz hökmranlıqlarını geri qaytardılar.

Tenin sitat gətirdiyi Konventin keçmiş üzvü Furkruanın məruzəsində bu mövzu ilə bağlı tamamilə aydın şəkildə deyilir:

“Bazar günlərinin geniş qeyd olunması və kilsələrin ziyarəti göstərir ki, fransızların böyük hissəsi köhnə adət-ənənələrə qayıtmaq istəyirlər və indi bu milli meylə qarşı çıxmaq zamanı deyil… Böyük insan kütləsinin dinə, ayinlərə və din xadimlərinə ehtiyacı var. Bir neçə müasir filosofun səhvi məni də özünə cəlb etmişdi və məhz onu nəzərdə tuturdu ki, guya təhsil xalq arasında lazımi səviyyədə yayılardısa, dini xurafatı məhv edə bilər.

Bu zehniyyət, böyük sayda olan bədbəxtlər üçün təskinlik mənbəyi kimi xidmət göstərir… Ardıcıl olaraq xalq kütləsinə onun ruhanilərini, kilsə və ayinlərini qaytarmaq lazımdır”.

Heç bir nümunə, ənənələrin kütlənin ruhu üzərində hansı gücə malik olduğunu bundan yaxşı nümayiş etdirmir. Ən təhlükəli zırramaları məbədlərdə axtarmaq lazım deyil, eləcə də ən qaniçən müstəbidlər heç də saraylarda yaşamırlar. Həm o, həm də digəri, hər ikisi bir dəqiqə ərzində məhv ola bilər. Amma qəlbimizdə şahlıq edən həqiqi, gözəgörünməz hakim, hər cür qəzəb cəhdindən yan ötə bilir və yalnız əsrlərin tədricən göstərdiyi fəaliyyətə güzəştə gedir.

3.ZAMAN

Bioloji problemlərdə olduğu kimi sosial problemlərdə də ən ciddi amillərdən biri zamandır. Zaman yeganə həqiqi yaradıcı və yeganə böyük dağıdıcıdır. Zaman zərrəciklərdən dağlar ucaldır və geoloji dövrlərin insan ləyaqəti səviyyəsinədək yüksələn naməlum hüceyrəyə qədər. Hər hansı bir təzahürün tamamilə dəyişikliyə məruz qalması üçün əsrlərin müdaxiləsi kifayətdir.

Çox ədalətli deyilib ki, əgər qarışqaya zaman verilsəydi, o, Monblan dağını hamarlayıb düzəldə bilərdi. Əgər hansısa canlı, zamanın gedişatını öz arzusuna uyğun dəyişdirməyi bacarsaydı, onun əldə etdiyi hakimiyyət, dindarlar tərəfindən yalnız tanrıların adına yazılan qüvvəyə bənzər gücə bərabər olardı.

Biz burada zamanın kütlənin düşüncələrinin genezisinə təsirinə baxmaqla məhdudlaşacağıq. Bu baxımdan onun fəaliyyəti çox böyükdür və ona irq kimi əzəmətli güclər tabe olurlar, hansılar ki, yalnız zamanla yaranırlar. Zaman inancların yaranmasına, inkişafına və məhvinə imkan yaradır; zaman onlara güc və qüvvə verir, elə həmin güc və qüvvədən onları məhrum eləyən də zamanın özüdür. Zaman kütlənin düşüncə və inanclarını, ən azından onların inkişaf etməsi üçün təməl hazırlayır.

Bax, nəyə görə bəzi ideyaların yalnız məlum dövrlərdə həyata keçməsi də bununla bağlıdır, belə ki, onlar heç də qəfildən və ya təsadüfən ortaya çıxmır, hər birinin kökü daha uzaq keçmişə gedib çıxır. Əgər həmin ideyalar özlərinin çiçəklənmə dövrünə daxil olursa, deməli, zaman onları hazırlayıb. Və həmin ideyaların genezisi yalnız biz keçmişə müraciət etdiyimiz zaman aydınlaşır. İdeyalar – onlar keçmişin qızları və gələcəyin analarıdır və həmişə zamanın köləsidirlər!

Beləliklə, həqiqi hakimimiz zamandır və bizə hər şeydə dəyişikliyi görmək üçün ona yalnız fəaliyyət imkanı yaratmaq lazımdır. Hazırda bizi kütlənin qorxunc iddiaları, həmin dağıntılar və çevrilişlər, çox güman ki, onlar bizə hazırlayırlar, narahat edir. Amma zaman tarazlığın bərpasının qayğısına qalır. “Heç bir rejim bir gün içində yaranmayıb, – Lavoss belə deyir, – siyasi və sosial təşkilatlar əsrlər ərzində formalaşır. Feodalizm məlum qaydalara tabe olana qədər, uzun əsrlər boyu biçimsiz və xaotik şəkildə mövcud olub. Mütləq monarxiya da düzgün hökumət rejimi tapılmayana qədər uzun əsrlər mövcud olub və bütün bu keçid dövrləri həmişə böyük çalxantılarla müşayiət edilib”.

4.SİYASİ VƏ SOSİAL TƏSİSATLAR

Belə bir ideya geniş yayılıb ki, hər hansı bir təsisat cəmiyyətdəki çatışmazlıqları düzəltməyə xidmət edir. Xalqların inkişafı guya həmin təsisatların və hökumətlərin təkmilləşdirilməsinin nəticəsində baş tutur və sosial dəyişiklikləri dekretlərin köməyilə həyata keçirmək olur. Fransa inqilabı öz başlanğıc nöqtəsi kimi məhz, həmin ideyanı əsas götürüb və müasir sosial nəzəriyyələr də öz dayaq nöqtəsini onda tapırlar.

Bu, uzun çəkən təcrübə bütün hallarda həmin təhlükəli xülyanı ciddi sarsıda bilməzdi və çox lüzumsuz yerə tarixçilər və filosoflar bunun əsassızlığını sübut etməyə çalışmışlar. Amma bütün təsisatların özlüyündə ideya, hiss və adətlərin məhsulu olduğunu sübut etmək, onlar üçün elə də çətinlik törətməzdi. Həmin ideya, hiss və adətləri təkcə məcəllələri düzəltməklə asan şəkildə dəyişmək mümkün deyil. Xalq özünə göz və saç rənglərini seçə bilmədiyi kimi, təsisatları da seçə bilmir.

Təsisatlar və hökumətlər – bunlar irqin məhsullarıdır onlar dövrü deyil, dövr onları yaradır. Xalqlar onların xarakterlərinin tələb etdikləri kimi idarə olunmurlar. Hər hansı bir siyasi rejimin yaranması üçün uzun əsrlər lazım olduğu kimi, onların dəyişilməsi üçün də əsrlər lazımdır. Təsisatlar özlüyündə nə yaxşı, nə də pis ola bilər və indiki anda hansısa xalq üçün yaxşı olan, başqa zamanda onun üçün tamamilə yararsız ola bilər.

Ona görə də həmin təsisatları əsl həqiqətdə dəyişdirmək xalqın iradəsi daxilində deyil; o, zorakı inqilablar yolu ilə yalnız təsisatların adını dəyişə bilir, amma onların mahiyyəti dəyişməz qalır. Ad, yeri gəlmişkən heç bir əhəmiyyət daşımır – bu, etiketdən başqa bir şey deyil və şeylərin mahiyyətinə nüfuz edən tarixçi, onlara elə də xüsusi diqqət yetirmir.

Beləliklə, məsələn, dünyada ən demokratik ölkə sayılan İngiltərə monarxiya üsul-idarəsi ilə idarə olunur, eyni zamanda ispan-Amerika respublikalarında, baxmayaraq ki, orada respublika təsisatları mövcuddur, ən ağır müstəbidlik hökm sürür. Xalqların taleyini onların xarakterləri müəyyən edir, heç də hökumətlər deyil. Əvvəlki əsərimdə bunu aydın nümunələrlə sübut etməyə səy göstərmişəm.

Bu, hətta Birləşmiş Ştatların ən qabaqcıllarından olan respublikaçılar tərəfindən də etiraf olunur. Amerika jurnalı “Forum” bu məsələ ilə bağlı qəti fikir yazmışdı, hansı ki, mən “Review of Reviews”in 1894-cü il dekabr nəşrindən götürmüşəm:

“Aristokratiyanın ən qatı düşmənləri belə unutmamalıdırlar ki, İngiltərə dünyada ən demokratik ölkədir, orada şəxsiyyətin hüquqlarına ən yüksək dərəcədə hörmət bəslənilir və şəxsiyyət ən böyük azadlıqlardan istifadə edir”.

Beləliklə, hətta diqqətlə hazırlanmış konstitusiya belə tamamilə dəyərsiz və faydasız ritorikadan başqa bir şey deyilmiş, belə ki, əgər biz bu iki amilə fəaliyyət imkanı versək, zaman və ehtiyac özləri münasib konstitusiya formasının işlənib hazırlanması qayğısına qalacaqlar. Anqlosakslar məhz, belə hərəkət etmişlər, hansı ki, bunu biz böyük ingilis tarixçisi Makoleyin dediklərindən öyrənmişik.

Onun bu münasibətlə söylədiklərini, təmiz zəka nöqteyi-nəzərindən cəfəng və ziddiyyətli yığıncaqlarda hazırlanan qanunlarla nə qədər böyük xeyirxahlıq etdiklərini iddia edən latın ölkələrinin bütün siyasətçiləri, əzbərləsəydilər, çox yaxşı olardı. Avropa və Amerikanın latın xalqları tərəfindən baş verən iğtişaşlar zamanı məhv edilən konstitusiyaları İngiltərə “konstitusiyası” ilə müqayisə edən Makoley deyir ki, sonuncu çox az, hissələr üzrə, bilavasitə zərurət yarandıqda dəyişilib, lakin heç vaxt spekulyativ müzakirələr əsasında deyil.

“Daha çox faydalar haqqında düşünmək, – Makoley deyir, – amma simmetriyanın qayğısına qalmamaq; anomaliyadır deyib, tək həmin əsasda anomaliyanı aradan qaldırmamaq; mənasızlıq hissi duyulmayana qədər, yeniliyi tətbiq etməmək, həm də bu yeniliyin həmin hissin aradan qaldırılması üçün lazım olduğunu bilə-bilə; kömək etmək lazım gələn yerdə həmin hadisədən kənara çıxmamaq – Bax, İoahan zamanından Viktoriya dövrünə kimi mövcud olmuş 250 parlamentin adətən əldə rəhbər tutduqları qaydalar bunlardır”.

Qanunlar və təsisatların irqlərin tələbatlarını hansı dərəcəyədək ifadə edə biləcəyi barədə aydın təsəvvür olsun deyə, hər bir xalqın qanun və təsisatlarını ayrıca öyrənmək lazımdır və məhz, buna görə onlar zorakılıq yolu ilə dəyişdirilməməlidir. Məsələn, nümunə kimi fəlsəfi nöqteyi-nəzərdən mərkəzləşmənin üstünlükləri və zərərləri ilə bağlı düşünmək olar, amma xatırlayanda ki, böyük inqilab keçmişin bütün təsisatlarını devirməyə can atsa da, bütün hallarda həmin mərkəzləşməyə yenə də hörmət etməyə məcbur olub, hətta onu bir qədər də genişləndirib.

İstər-istəməz etiraf etməliyik ki, təsisat – son dərəcə zəruriliyin məhsuludur və o, xalqın mövcudluğunun şərtlərini təşkil edir; buna görə də onları məhv etməyi tələb edən bəzi siyasi xadimlərin dünyagörüşlərinin məhdudluğundan bizə yalnız təəssüflənmək qalır. Əgər onlar təsadüfən öz məqsədlərinə çata bilərlərsə, bu, dəhşətli vətəndaş müharibəsinin başlanması üçün dərhal bir işarə olar, yenə də əvvəlkindən daha ağır yeni mərkəzləşməyə gətirib çıxara bilər.

Əgər biz Fransada başlıca olaraq irqi məsələ ilə bağlı müxtəlif partiyalar arasında mövcud olan indiki dərin dini və siyasi fikir ayrılıqları və inqilab dövründə üzə çıxan və fransa-prussiya müharibəsinin sonuna yaxın yenidən özünü göstərən separatçı təmayüllər arasında paralellər aparsaq, görərik ki, Fransada mövcud olan irqlər heç də bir-biri ilə qaynayıb-qarışmamışlar. Fəal mərkəzləşmə və süni departamentlərin təsis olunması ilə əvvəlki əyalətlərin bir-birinə birləşməsi, heç şübhəsiz, inqilabın ən faydalı işi ola bilərdi.

Lakin diqqətsiz adamların bu qədər çox izah etdikləri desentralizasiyanı həyata keçirmək mümkün olsaydı, onda bu çox tezliklə ən qanlı toqquşmalara gətirib çıxarardı. Bunu etiraf etməmək ölkəmizin bütün tarixinə məhəl qoymamaq deməkdir.

Yuxarıda deyilənlərdən belə bir nəticəyə gəlirik ki, təsisatlar vasitəsilə kütlənin ruhuna təsir etmək olmur. Bəzi ölkələrin, məsələn, demokratik təsisatlara malik olan Birləşmiş Ştatlar ən yüksək çiçəklənmə dərəcəsinə nail olub, başqalarında isə, məsələn, ispan-Amerika respublikaları baxmayaraq ki, oxşar təsisatlara malikdilər, onlarda ən kədərli anarxiya hakimdir, deməli, birinin inkişafda yüksəlişə, digərlərinin isə tənəzzülə uğramasında təsisatlar heç bir rol oynamır.

Xalqlar öz xarakterlərinin xassələri tərəfindən idarə olunurlar və irqin xarakterinə dəqiq şəkildə uyğun gəlməyən bu təsisatlar, bir növ müvəqqəti istifadə üçün götürülmüş geyimə bənzəyir. Təsisatların tətbiqi məqsədilə, hansı ki, onlara da müqəddəs sayılan şeylər, insanlara xoşbəxtlik gətirən fövqəladə güc kimi istinad edilir, qanlı müharibələr və coşqun inqilablar dəfələrlə baş verib və bundan sonra da baş verəcək.

Müəyyən mənada, əlbəttə təsisatların kütlənin ruhuna təsir etdiyini söyləmək də olar, çünki onlar bənzər inqilablar doğururlar, lakin əslində burada təsisatların heç bir rolu yoxdur, belə ki, aradan qaldırılacaqlar və ya təntənə çalacaqlar hələ bilinmir, bütün hallarda onlar özlüyündə heç bir keyfiyyətə malik olmurlar. Kütləyə yalnız xəyali və güclü illüziyalar və xüsusilə də sözlər təsir edir, çox tezliklə onların izdihama necə fövqəladə təsiretmə qabiliyyətindən söz açacağıq.

5.TƏHSİL VƏ TƏRBİYƏ

Hansısa dövrdə xəyali xarakterinə və az sayda olmasına baxmayaraq, üstünlük təşkil edən və gücə malik ideyalar arasında bizim indiki zamanda birinci sıraya layiq bildiklərimiz bunlardır: təhsil, o, adamları əhəmiyyətli dərəcədə dəyişdirə və qəti surətdə yaxşılaşdıra və hətta onlar arasında bərabərlik yarada bilər. Təkrar yolu ilə bu inandırma demokratiyanın ən sarsılmaz ehkamlarından birinə çevrilib və vaxtilə kilsə ehkamlarına olduğu kimi, hazırkı zamanda da ona toxunmaq çox çətindir.

Bu bənd və eləcə də digərləri xüsusunda, psixoloji əlamətlər və təcrübə baxımından demokratik ideyalar, tamamilə ziddiyyət təşkil edirlər. Məşhur filosofların çoxu, o cümlədən Herbert Spenser təhsilin insanı nə daha ədəbli, nə də daha xoşbəxt etmədiyini və nə onun instinktlərini, nə də irsi ehtiraslarını nəinki dəyişdirdiyini, əgər səhv istiqamətə yönəldilərsə, bəzən hətta xeyirdən çox, zərər gətirdiyini çətinlik çəkmədən sübut ediblər.

Statistika həmin baxışı təsdiq edib, təhsilin ümumiləşdirilməsi və yaxud ən azından məlum təhsil növünün ümumiləşdirilməsi ilə birlikdə cinayətkarlığın artdığını da göstərib. Adolf Hillo bu yaxınlarda yazdığı əsərində göstərib ki, 1000 nəfər təhsilsiz cinayətkara hazırda 3000 təhsilli düşür və 50 il ərzində 100000 min nəfər əhaliyə düşən cinayətkarların sayı 227-dən 552-yə yüksəlib, yəni 143% artıb.

Şübhəsiz, heç kim etiraz etməz ki, düzgün istiqamətlənmiş təhsil əxlaqın yüksəlməsi baxımından olmasa da, hər halda peşəkar qabiliyyətlərin inkişafı baxımından, olduqca faydalı praktik nəticələr verə bilir. Təəssüflər olsun ki, Brül, Füstül de Kulanj, Ten və başqa ən məşhur adamların söylədiklərinə baxmayaraq, latın xalqları, xüsusilə də son 25 il ərzində öz təhsil sistemlərini tamamilə yanlış prinsiplər əsasında qurublar və həmin məşhurlar öz kədərli səhvlərində israr etməkdə davam edirlər.

Mən əvvəlki əsərlərimdən birində müasir tərbiyə sisteminin, həmin tərbiyəni alanların cəmiyyətin düşmənlərinə çevirdiyini və onun sosializmin ən pis növünün ardıcıllarını hazırladığını qeyd etmişəm.

Tamamilə ədalətli olaraq, latın sistemi adlandırılan həmin tərbiyə sisteminin əsas təhlükəliliyi ondadır ki, o, dərsliklərin əzbər öyrədilməsi, guya zəkanı inkişaf etdirir kimi psixoloji yanlışlığa əsaslanır. Bu qənaətdən çıxış edərək gənc insanı ibtidai məktəbdən başlayaraq, ali dərəcə alana qədər yalnız daha çox kitab oxumağa məcbur edirlər, özü də nə mühakimə yürütmək, nə də təşəbbüskarlıq baxımından onları inkişaf etdirmirlər. Bütün təhsil həmin gənc üçün əzbərçilikdən cavab və qulaq asmaqdan ibarətdir.

“Dərsləri öyrənmək, – keçmiş xalq maarif nazirlərindən biri, Jül Simon yazır, – qrammatikanı və ya konspekti əzbər bilmək, onları yaxşıca təkrar və təqlid etmək – budur, qəribə təhsil sistemi, hansı ki, hər şey yalnız müəllim qüsursuzluğuna inam aktı kimi təsvir olunur, bizi hörmətdən salır və əlacsız duruma düşürür”.

Əgər, bu cür tərbiyə sistemi təkcə səmərəsiz olsaydı, onda talesiz uşaqlarla bağlı yalnız təəssüflənməklə kifayətlənmək olardı, ibtidai məktəbdə hər hansı faydalı bir şeyi öyrətmək əvəzinə, onlara Klotoriyanın oğlanlarının genealogiyasını və ya Nevstriya və Avstroziya arasında gedən mübarizənin tarixini və yaxud zooloji təsnifatı öyrədirlər.

Lakin belə bir tərbiyə sistemi özlüyündə daha ciddi təhlükə kəsb edir: həmin sistem öz ictimai vəziyyəti ilə bağlı şərtlərə bu tərbiyəni alanlarda ikrah hissi oyadır, belə ki, kəndli artıq kəndli olaraq qalmaq istəmir və ən son burjua nümayəndəsi belə öz oğlu üçün məvacibi dövlət tərəfindən ödənilən vəzifədən başqa bir karyera görmür. Adamları həyata hazırlamaq əvəzinə, məktəb onları heç bir xırda təşəbbüskarlıq belə irəli sürmədən və sərbəstcəsinə fəaliyyət göstərmədən, ictimai vəzifələr tutmağa hazırlaşdırır.

Belə tərbiyə sistemi aşağı pillədə hiddətlənməyə hazır, öz talelərindən narazı olan proletarlardan ibarət böyük bir ordu yaradır, yuxarılarda isə qeyri-ciddi, hər şeydən şübhələnən və sadəlövh, dövlətin providensial qüvvəsinə mövhumatçı inam bəsləyən burjuaziyanı yaradır və onlar da daim şəxsi səbəblərə görə narazılıq edirlər və öz səhvlərində həmişə hökuməti təqsirkar çıxarırlar, baxmayaraq ki, özləri hakimiyyətin müdaxiləsi olmadan heç bir şeyi həll etməyə qadir deyillər.

Həmin diplomlu cənabları istehsal edən dövlət, onların yalnız az hissəsindən istifadə edir, başqaları işsiz qalır və beləliklə də o, birilərini qidalandırır, digərlərindən isə belə demək mümkünsə, özünə düşmənlər yetişdirir. Diplomlu böyük kütlə hazırda bütün rəsmi vəzifələri mühasirəyə alıb və hər bir, hətta ən sadə vəzifə yerinə, rəsmi namizədlərin sayı minlərlə ölçülür, eyni zamanda, məsələn, hər hansı bir iri tacir, onların arasından özünə müstəmləkə yerlərində onu təmsil edə biləcək bir agenti tapa bilmir.

Təkcə Sena departamentində məşğuliyyətsiz qalan, sənətkarlıq və tarla işlərinə nifrət bəsləyən 20000 min müəllim var və onlar öz yaşayışlarını təmin etmək üçün dövlətə müraciət edirlər. Seçimlə bağlı say məhdud olduğundan, narazıların sayı istər-istəməz artır və onlar məqsəd və rəhbərin nə və kim olmasından asılı olmayaraq, istənilən etirazlarda iştirak etmək üçün potensial narazılar hesab olunurlar. Bu cür biliklər sonradan işə tətbiq edilə bilmir, onlar insanda narazılıqların baş qaldırması üçün əla vasitədir.

Bu hal təkcə latın xalqlarına xas deyil; eyni şeyi mötəbər mandarinlər iyerarxiyası tərəfindən idarə olunan ölkədə, Çində də müşahidə etmək olur. Bizdə olduğu kimi, onlarda da mandarin rütbəsinə müsabiqə yolu ilə çatmaq olur və həm də bütün test özündə qalın təlimatları səhvsiz olaraq yadda saxlamağı ehtiva edir. Heç bir məşğuliyyəti olmayan alimlər ordusu hazırkı Çin üçün əsil milli problem hesab olunur.

Belə vəziyyətlə, ingilislərin məktəblər açdığı Hindistanda da qarşılaşırsan, çünki həmin məktəblər İngiltərədə olduğu kimi tərbiyə etməyi yox, yalnız yerlilərə təhsil verməyi nəzərdə tuturdu. Bunun nəticəsində Hindistanda “babu” adlanan elmli adamlardan ibarət xüsusi sinif yarandı və məşğuliyyət üçün nəsə tapa bilmədiklərindən, onlar ingilis hökmranlığına qarşı barışmaz düşmənə çevrildilər.

Bütün babularda – məşğul olub-olmamaqlarından asılı olmayaraq – təhsilin ilk nəticəsi olaraq əxlaq səviyyəsinin aşağı enməsi müşahidə edilirdi. Həmin fakt, mən “Les Civilizations de L”Inde” adlanan kitabımda bundan çox söz açmışam, Hindistana səyahət edən bütün müəlliflər tərəfindən etiraf edilir.

ndi geriyə qayıtmaq, zənnimizcə, çox gecdir. Xalqların son tərbiyəçisi olan təcrübə, yalnız bizlərə səhvlərimizi göstərməyi öz üzərinə götürə bilər, təkcə təcrübə iyrənc idarəçiliyimizi, peşəkar tərbiyə sahəsindəki zavallı müsabiqələrimizi dəyişdirməyin labüdlüyünə inandıra bilər və hazırda bütün vasitələrlə bundan uzaq durmağa çalışan gənclərimizi yenidən tarlalara, emalatxanalara və müəssisələrə qaytara bilər.

ndi həmin peşəkar tərbiyə, hansı ki, bütün ziyalı zəkalar nail olmaq istəyir, bizdə vaxtilə mövcud olub və hazırda öz iradəsi, təşəbbüskarlığı və işgüzarlıq mənəviyyatı ilə dünyada hökmranlıq edən xalqlar onu qoruyub saxlaya bilmişlər. Böyük mütəfəkkir Ten, öz gözəl əsərində aydın şəkildə isbat edib ki, vaxtilə bizdə mövcud olmuş tərbiyə sistemi ilə İngiltərə və Amerikada indi mövcud olan tərbiyə sistemi demək olar ki, eyniyyət təşkil edir.

Latın və anqlosakson tərbiyə sistemləri arasında əla paralellər aparan Ten hər iki metodun doğurduğu nəticələri aşkar göstərib. Əgər bu qədər çox biliklərin səthi mənimsənilməsi, çoxsaylı təlimatların əzbər öyrənilməsi həqiqətən ağıl səviyyəsini yüksəldə bilsəydi, ola bilsin, ekstremal halda bizim klassik tərbiyənin bütün əyər-əskiklikləri ilə barışmaq olardı, baxmayaraq ki, o, həll edilməmiş problemlər və narazılar ordusu yaradırdı.

Təəssüflər olsun ki, belə deyil! İdrak, təcrübə, təşəbbüs və xarakter – həyatda uğur qazanmağın şərtləri bunlardır; kitablar isə bunu vermir. Kitablar – lüğətlər, məlumat toplamaq üçün çox faydalıdır, amma onlardan uzun çıxarışları yaddaşda saxlamaq tamamilə faydasızdır!

Peşəkar təhsilin əqlin klassik inkişafına nə qədər çox təsir göstərə biləcəyini Ten aşağıdakı şəkildə izah edir:

“İdeyalar yalnız öz təbii və normal mühitində formalaşır. Həmin ideyaların başlanğıcda inkişafına saysız təəssüratlar kömək edir, hansı ki, gənc onları gündəlik olaraq emalatxanada, mədəndə, gəmidə, sinifdə, tərsanədə, hospitalda, alətlər, materiallar, əməliyyatlar şəklində, müştərilərin, işçilərin iştirakıyla, yaxşı və ya pis düzəldilmiş, zərər və ya gəlir gətirən əmək və iş zamanı, qazanır.

Bütün bu göz, qulaq, əllər və hətta iybilmə ilə bağlı xırda, özəl qavrayışlar, özündən asılı olmayaraq yaddaşda qorunan və gizli olaraq emal edilənlər, insanın əqlində təşkil olunub ki, ona gec və ya tez, bu və ya digər yeni kombinasiya, sadələşdirmə, qənaət, təkmilləşdirmə və ya ixtiranı təlqin etsin. Gənc fransız bütün bu qiymətli qavrayışlardan, asan – mənimsənilən və vacib olan elementlərlə təmasdan məhrumdur, özü də ən məhsuldar yaş dönəmində. Yeddi və ya səkkiz il ərzində o, məktəbə qapadılır, həmin gənc, ona şeylər, adamlar barədə və onlarla necə davranmaqla bağlı dəqiq və dərin anlayışlar verən, birbaşa və şəxsi təcrübədən, uzaq tutulur.
… Ən azı həmin gənclərin on nəfərindən doqquzu, öz zamanlarını və əməklərini bada vermişlər, ömürlərinin bir neçə ilini, özü də ən fəal, mühüm və ən həlledici illərini, həmin məktəblərdə keçirmişlər. Onlardan yarısını və ya üçdə ikisini çıxın, çünki imtahanlara girsələr də müsbət nəticə əldə etmirlər; sonra qəbul olunanların – sırasından elmi dərəcə, şəhadətnamə və diplom alanlardan da yarısını və ya üçdə ikisini çıxın – mən yorulub, taqətdən düşənləri nəzərdə tuturam.

Onlardan çox şey tələb edirdilər, hər hansı bir gün stul üzərində oturtmaqla və ya hər hansı bir şəkil qarşısında dayandırmaqla, onlarla iki saat ərzində bir qrup alimin iştirakı ilə bütün bəşəri anlayışların canlı ehtiyatı kimi davranmışlar. Onlar həqiqətən o gün iki saat ərzində o qədər çox əziyyət çəkmişdilər ki, bir ay sonra yenidən həmin imtahana dözmək iqtidarında deyildilər. Mənimsənilən biliklər kifayət qədər çoxsaylı və həddən artıq ağır olduğundan, daim hafizələrindən silinir, yenilərini isə onlar daha qavramırdılar.

Zehni gücləri tərəddüd edir, münbit şirələri tükənmək üzrə idi; qarşımızda artıq “hazır” və çox vaxt da tamamilə tükənmiş insan dayanırdı. Sanki mexanizm kimi qurulan, ailə həyatı quran və eyni dairədə dövr vurmağa alışan bu insan, özünün dar, xidməti hüdudlarına qapılır, nəzakətlə öz işlərini yerinə yetir, lakin bundan o yana gedə bilmir…

Məşhur psixoloq bunun ardınca bizim sistemlə, anqlosaks sistemi arasında mövcud olan fərqləri bizə göstərir. Anqlosaks sistemində bizdə olduğu qədər çoxsaylı xüsusi məktəblər yoxdur; onlarda kitabları deyil, fənnin özünü başa salırlar.

Onlarda mühəndisliyi məktəbdə deyil, birbaşa emalatxananın özündə öyrənirlər və bu onların hər birinə, əqli qabiliyyətlərinə cavab verən bilikləri mənimsəməyə imkan verir, yəni, kimsə bundan o yana gedə bilmirsə, sadə fəhlə kimi qalır və ya usta kimi yetişir və yaxud da qabiliyyəti imkan verirsə, mühəndisliyə kimi yüksəlir. Bu, şübhəsiz, 18 və ya 20 yaşlı insanların öz karyeralarını cəmi bir neçə saat davam edən təcrübədən asılı qoyan metoddan, daha çox demokratik və cəmiyyət üçün ən faydalı metoddur.

“Hospitalda, mədəndə, fabrikdə, memarın, vəkilin yanında gənc yaşlarından şagird kimi qəbul edilən şəxs, bizdə kontor xidmətçisi və ya emalatxanada rəssam kimi bənzər təhsil kursu və ya təcrübə keçir. Oxumağa daxil olanadək, artıq hər hansı bir qısa, ümumi kurs keçir ki, bu da yeni biliklərin yığılması üçün bir növ təməl kimi xidmət göstərir.

Bundan əlavə çox vaxt asudə vaxtlarda əlinin altında olan hansısa texniki kurslara da getməklə, öz gündəlik təcrübə xarakterli müşahidələrindən çıxış edərək, burada mənimsədiklərini qaydaya salır. Belə bir rejimdə şagirdin praktiki bacarıqları genişlənir və inkişaf edir, özü də təbii istedadına cavab verən dərəcəyədək və onun gələcək fəaliyyəti üçün özünü həsr etmək istədiyi xüsusi işdən ötrü lazım olan istiqamətdə.

Beləliklə, İngiltərədə və Birləşmiş Ştatlarda gənc öz istedad və bacarıqlarından çox tezliklə faydalana, bəhrələnə bilir. Əgər, zəkasında çatışmazlıq yoxdursa, 25 yaşında o, təkcə faydalı icraçı yox, hətta sahibkar, təkcə maşın deyil, həm də mühərrik ola bilər. Fransada isə, hansı ki, tamamilə əks sistem üstünlük təşkil edir, çin xarakteri nəsildən-nəslə orada daha geniş vüsət alır, itirilən güclərin ümumi dəyəri də çox böyükdür”.

Və dahi filosof belə bir qənaətə gəlir ki, latın tərbiyəsi ilə bizim həyatımız arasında uyğunsuzluq getdikcə dərinləşməkdədir:

“Təhsilin bütün üç mərhələsində – uşaqlıq, yeniyetməlik və gənclik yaşlarında – kitabların köməyi ilə verilən nəzəri və məktəb bilikləri çox darıxdırıcıdır, vaxt aparandır, imtahanlar və dərəcə almalar, diplomlar və şəhadətnamələr üzündən əziyyətlidir. Bu uzadılmalar və məktəb məşğələlərinin çətinliyi, qeyri-təbii rejimin tətbiqindən, praktik biliklərin kənara qoyularaq, yerinə süni məşğələlər keçilməsi yolu ilə beynin lüzumsuz məlumatlarla doldurulması və yorulmasından qaynaqlanır.

Bu zaman böyük insanların üzərinə düşən sonrakı illər və öhdəliklər diqqətə alınmır – bir sözlə, gəncin qədəm basmalı olduğu nə real dünya, nə qabaqcadan uyğunlaşmalı olduğu onu əhatə edən cəmiyyət, nə də gəncin qarşılaşmalı olduğu həyati məsələlər, hansı ki, öncədən bunlara qarşı hazırlıqlı, dayanıqlı olmalıdır (yoxsa bunların qarşısında o, nə dayana, nə də özünü müdafiə edə bilər), həmin sistem tərəfindən hesaba alınmır.

Bizim məktəblər şagirdlərinə hər şeydən daha çox vacib olan bu cür hazırlığı vermir, onu ümumi mənada zəruri olan sərtlik, iradə və əsəb sistemi ilə təmin etmir. Əksinə, şagirdi gələcək həyat şərtlərinə hazırlamaq əvəzinə, məktəb onu bunun üçün zəruri olan keyfiyyətlərdən məhrum edir.

Elə buradan da belə görünür ki, o, həyata qədəm basarkən, praktiki fəaliyyət sahəsində atdığı ilk addımlar zamanı xoşagəlməz məğlubiyyətlərlə müşayiət olunur ki, bu da onda məyusluq və təhqir hisləri doğurur və bunlar uzun zaman davam etdiyindən, hətta həmin insan ömrü boyu mənəvi cəhətdən şikəst qala bilər. Bu olduqca ağır və təhlükəli sınaqdır; əxlaqi və əqli tarazlıq bundan zərər görə bilər və bir daha bərpa olunmamaq riski var. Ümidsizlik olduqca qəfil və hərtərəfli gəlir; böyük yanılma olduğundan, xoşagəlməzliklər də çox geniş olur”.

Bunlar Ten tərəfindən yazılmış təxminən sonuncu səhifələrdir. Onlar dahi filosofun uzun sürən təcrübələrinin nəticələrini heyranedici şəkildə ümumiləşdirir. Düşünürəm ki, bütün bunlar universitetimizin xaricdə olmayan professorları üçün təəssüflər olsun ki, tamamilə anlaşılmazdır. Tərbiyə – xalqın ruhuna az da olsa təsir göstərmək üçün imkanımızda olan yeganə vasitədir və kədərlə düşünürük ki, Fransada demək olar, bir kimsə yoxdur baş düşsün ki, bizim müasir tərbiyə sürətli tənəzzülün təhlükəli elementlərini təşkil edir və gəncliyimizi inkişaf etdirmək əvəzinə, onu daha da pozur və alçaldır.

Tenin qələmə aldığı bu səhifələri Amerika tərbiyə sistemi ilə bağlı Pol Burjenin apardığı müşahidələr əsasında yazdıqlarının toplandığı “Outre-Mer” adlı məşhur kitabla müqayisə etmək faydalı olardı. Həm də etiraf etmək lazımdır ki, bizim tərbiyə sistemi yalnız təşəbbüs sarıdan məhdud burjualar və iradəsiz anarxistlər ortaya çıxarır – “eyni dərəcədə təhlükəli iki tipi – zəif vulqarlıqlar arasında səmərəsiz yerə dövrə vuran və yaxud dağıntılara çılğıncasına aludə olanları” – müəllif hörmətə haqq edən müqayisələr aparır.

O bizim fransız liseylərini, bu degenerasiya fabriklərini, insanı həyata mükəmməl hazırlayan amerika məktəbləri ilə müqayisə edir. Buradan da demokratik xalqlarla, demokratik ideyaların düşüncələrdə deyil, nitqlərdə mövcud olan xalqlar arasında hansı uçurumun mövcud olduğunu aşkar görmək mümkündür.

Biz əvvəlki sətirlərdə kütlə psixologiyasından heç də uzaqlaşa bilməmişik. İndiki dəqiqədə kütlədə yuva salmış və sabah tam inkişafda özünü göstərməyə hazır olan ideya və inancları başa düşməkdən ötrü, onun üçün təməlin necə hazırlandığını bilmək lazımdır. Hər hansı bir ölkədə gənc nəslə verilən təhsil, bizə həmin ölkəni hansı aqibət gözlədiyini görməyə imkan verir. Müasir nəsillər tərəfindən alınan tərbiyə bu baxımdan ən tutqun proqnozları doğruldur.

Təhsil və tərbiyə müəyyən dərəcəyədək kütlənin ruhunu yaxşılaşdıra və yaxud korlaya bilər. Müasir sistemin ona necə təsir göstərdiyini və biganə və neytral fərdlər kütləsinin tədricən hər cür utopistlərin və natiqlərin təlqinlərinə itaət etməyə hazır olan böyük narazılar ordusuna necə çevrildiyini müəyyən etmək lazımdır. Latın xalqlarının gələcək tənəzzülü elə, məhz, məktəblərdə hazırlanır.

II fəsil
KÜTLƏ DÜŞÜNCƏLƏRİNİN BİLAVASİTƏ AMİLLLƏRİ

1.Obrazlar, sözlər və formullar. – Sözlər və formulların sehrli gücü. – Sözlərin qüdrətli təsiri obrazlarla bağlıdır, hansı ki, onlar tərəfindən çağırılır və onların real dəyərindən asılı deyil. – Obrazlar zamana və irqə uyğun olaraq dəyişilir. – Sözlərin köhnəlməsi.

– Sözlərin mənasının irqə müvafiq dəyişilməsi. – “Demokratiya” sözünün Avropa və Amerikada müxtəlif mənaları.

2.İllüziyalar. – Onların əhəmiyyəti. – Onlar bütün sivilizasiyaların təməlində dayanırlar. – İllüziyaların sosial labüdlüyü.

– İzdiham həmişə onların həqiqətinə üstünlük verir.

3.Təcrübə. – Yalnız təcrübə kütlənin ruhunda lazım olan həqiqətləri möhkəmləndirə və təhlükəyə çevrilmiş illüziyaları dağıda bilər. – Bax, izdihamı inandırmaq üçün zəruri olan təcrübə neçəyə başa gəlir.

4.Ağıl. – Onun izdihama təsirinin zəifliyi. İzdihama onun qeyri-iradi hislərinə nüfuz etməklə təsir göstərmək mümkündür. – Tarixdə məntiqin rolu. – Ağlasığmaz hadisələrin gizli səbəbləri.

Əvvəlki fəsildə biz kütlənin ruhunda fövqəladə həssaslığı inkişaf etdirən, bilavasitə (kənar) və hazırlıq amillərini öyrəndik. Bunun sayəsində izdihamda məlum hislər və ideyalar yaranır. İndi isə biz izdihama bilavasitə təsir edən amilləri nəzərə almalıyıq. Növbəti fəsildə biz həmin amillərlə necə rəftar etmək lazım olduğunu göstərəcəyik ki, onlar öz təsirlərini göstərə bilsinlər.

Əsərimizin birinci hissəsində biz kütlənin hisləri, ideyaları və düşüncələrini öyrəndik və bundan izdihamın ruhuna təsir üsulları haqqında ümumi nəticə çıxara bilərik. Biz artıq kütlənin təsəvvürünü nə çəkdiyini, təlqinin, xüsusilə də obrazlar şəklində təqdim edilən, hansı güc və təsirə malik olduğunu bilirik.

Lakin təlqinin mənşəyi rəngarəng olduğundan, izdihamın ruhuna təsir edən amillər də çox müxtəlif ola bilir. Buna görə də onları ayrı-ayrılıqda öyrənmək lazımdır və belə tədqiqat heç də faydasız iş olmayacaq. Kütlə bir növ, antik nağıllardakı sfinksi xatırladır: ya onun psixologiyası tərəfindən təklif olunan müəmmaları tapmağı öyrənmək lazımdır, ya da izdihamın bizi məzlumcasına həzm etməsinə tabe olmalıyıq.

1.OBRAZLAR, SÖZLƏR VƏ FORMULLAR

Kütlənin təxəyyülünü öyrənərkən gördük ki, ona çox asan, xüsusilə də obrazlarla, təsir etmək olur. Həmişə sərəncamımızda bu cür obrazlar olmur, lakin sözlərdən və formullardan məharətlə istifadə yolu ilə onları tətbiq etmək mümkündür. Ustalıqla seçilmiş formullar, vaxtilə sehrbazların tərəfdarlarının adına çıxılan həmin sehrli gücü həqiqətən ala bilir. Onlar kütlənin qəlbində həm ən qorxunc fırtınalar doğura bilər, həm də onu sakitləşdirə bilər. Söz və formulların qüdrəti qarşısında qurban gedən insanların təkcə sümüklərindən Xeops ehramından daha hündür piramidalar ucaltmaq olardı.

Sözlərin qüdrəti onlar tərəfindən çağırılan obrazlarla sıx əlaqədə olur və onların real mənasından heç bir asılılığı yoxdur. Əksər vaxtlarda, həqiqi mənada tamamilə qeyri-müəyyənlik daşıyan bir söz izdihama ən böyük təsiretmə gücünə malik olur. Məsələn, bu terminlər: demokratiya, sosializm, bərabərlik və s. o dərəcədə qeyri- müəyyəndilər ki, hətta ən qalın cildlər belə onların mənasını dəqiqliyi ilə izah edə bilmir. Eyni zamanda, sanki bütün problemlərin həlli elə heç şübhəsiz onların ovsunlayıcı gücündə gizlənir. Bütün qeyri-iradi müxtəlif təşəbbüslər və onların həyata keçirilməsinə olan ümidlərin sintezini də onlar yaradırlar.

Nə düşüncə, nə də inam məlum söz və formullara qarşı mübarizə aparmaq iqtidarında deyil. Onlar izdiham qarşısında ehtiramla tələffüz olunur və həmin anda üzlər hörmət ifadə edir, qarşısında da başlar əyilir. Bir çoxları onlara təbiətin gücü kimi və ya fövqəltəbii qüvvə təki baxırlar. Onlar qəlblərdə əzəmətli və tutqun obrazlar doğururlar və onları əhatə edən qeyri-müəyyənlik də onların sirli qüdrətini daha da artırır. Onlar səyyar məbəd arxasında gizlədilmiş sirli tanrılardılar, möminlər ona ehtiram əsməcəsi ilə yaxınlaşırlar.

Baxmayaraq ki, formulların özləri dəyişilməz qalırlar, sözlər tərəfindən çağırılan obrazlar isə mənalarından asılı olmayaraq, zamana və xalqlara uyğun dəyişilirlər. Bəzi sözlər tərəfindən çağırılmış, hamıya məlum obrazlar müvəqqəti olaraq onlarla bağlı olurlar. Bu halda söz, onların gəlişini bildirən zəng rolunu oynayır.

Heç də bütün sözlər və formullar, obrazlar çağırmaq qabiliyyətinə malik deyillər. Elə də olur ki, əvvəllər obrazlar çağıra bilən sözlər, köhnəlir və artıq ağıllarda heç nə oyatmır. Həmin vaxt boş səslərə çevrilirlər, onların yeganə faydası istifadə edənləri düşünmək öhdəliyindən azad etmələridir. Gənclik dövründə öyrəndiyimiz belə formulların kiçik ehtiyatı və ümumi yerlər bizə, özümüzü düşüncələrlə yormadan həyatımızı yaşamaq üçün lazım olan hər cür imkanı verir.

Hər hansı bir müəyyən, məlum dilin tərkibinə daxil olan sözlər, əsrlər ərzində çox ləng dəyişikliyə uğrayırlar, amma onların çağırdığı obrazlar və onların verdiyi düşüncələr aramsız dəyişilir. Bax, nəyə görə mən artıq bundan əvvəl belə bir fikir söyləmişdim ki, hər hansı bir dilin dəqiq tərcüməsinin ifadəsi, xüsusilə də əgər söhbət yox olmuş xalqdan gedirsə, bu, tamamilə mümkün olmayan bir işdir. Əslində, məs, biz latın, yunan və yaxud sanskrit dilinin əvəzinə fransız terminini qoyanda və yaxud üç əsr bundan əvvəl doğma dilimizdə yazılmış kitabı başa düşməyə çalışarkən, nə edirik?

Biz, sadəcə və sadəcə, tamamilə başqa şərtlər altında, qədim həyatın təsiri ilə irqin ruhunda təşəkkül tapan, bizimkilərə ümumiyyətlə oxşamayan obrazlar və ideyaları, müasir həyatın təsiri altında ağlımızda yaranmış, obrazlar və ideyalarla əvəz edirik. İnqilab insanları qədim yunanları və romalıları təqlid edəndə məgər, onlarda heç zaman olmayan qədim sözlərə, məhz, həmin mənanı vermişdilərmi? Məsələn, qədim yunanlardakı təsisatlarla, indiki zamanda bizdə eyni cür adlanan təsisatlar arasında hansı oxşarlıqlar ola bilər?

Həmin dövrdə mövcud olan respublika əslində qullar kütləsi üzərində mütləq hakimiyyətə malik aristokratik təsisatlardan, xırda müstəbidlərin yığıncaqlarından ibarət deyildimi? Köləliyə söykənən bu kommunal aristokratiya, onlarsız bir dəqiqə belə mövcud ola bilməzdi.

Bəs “azadlıq” sözü, məgər, o, indi daşıdığı mənanı, həmin dövrdə, hətta azad düşünməyə belə imkan olmadığı, tanrılar, dövlətin qanunları və ənənələri ilə bağlı nələri isə müzakirə etməyin belə ağır nadir cinayət hadisəsi sayıldığı zamanlarda, daşıya bilirdimi? “Vətən” anlayışı, məsələn, hansısa afinalı və ya spartalının qəlbində yalnız Afina və ya Spartaya olan pərəstiş idi, öz aralarında rəqib olan, daim bir-biri ilə müharibə aparan şəhərlərdən təşkil edilən bütün Yunanıstana yox.

Bəs, həmin “vətən” sözü öz irqi, dili və dini ilə bir-birindən fərqlənən, daim bir-biri ilə rəqabət aparan qəbilələrə bölünmüş və Sezar tərəfindən asanlıqla məğlub edilmiş, belə ki, o, daim onların sırasından özünə müttəfiqlər tapa bilirdi, qədim qallar üçün hansı məna kəsb edirdi? Yalnız Roma siyasi və dini birlik verməklə, qallara vətən bəxş edə bilmişdi. Lap uzağa boylanmaq lazım deyil, cəmi iki əsr bundan əvvəl “vətən” sözünün fransız aristokratları tərəfindən, məsələn, məşhur Konde tipli, indikindən tamamilə fərqli şəkildə başa düşüldüyünü görə bilərik, onlar öz hökmdarlarına qarşı əcnəbilərlə ittifaq qurmuşdular.

Və məgər eyni söz Fransaya qarşı vuruşmaqla şərəf qanunlarına tabe olduqlarını düşünən mühacirlər üçün də başqa məna kəsb etmirdimi? Öz nöqteyi-nəzərlərindən onlar, şübhəsiz, həmin qanunlara tabeçilik göstərirdilər, zira feodal qanunu, vassalı torpağa deyil, öz hökmdarına bağlayırdı və nəticə etibarilə, həmin ağa harada hökmranlıq edirdisə, ora da onların həqiqi vətəni sayılırdı.

Bu şəkildə mənasını itirən sözlər kifayət qədərdir və onların başlanğıc mənasına qədər gedib çatmaq heç də asan məsələ deyil. Ədalətli olaraq deyirlər ki, kral, kral soyu kimi sözlərin əcdadlarımız üçün hansı məna kəsb etdiyini az-çox özünə aydınlaşdıra bilmək üçün, öncə çoxlu oxumaq lazımdır. Belə olduğu vəziyyətdə, daha mürəkkəb terminlərlə bağlı nə demək olar?

Beləliklə, sözlərin mənası daimi yox, müvəqqətidir və əsrlər və xalqlara uyğun dəyişilir. Əgər, biz həmin sözlərlə kütləyə təsir etmək istəyiriksə, hər şeydən əvvəl onların indiki anda hansı məna kəsb etdiyini bilməliyik, vaxtilə nə məna daşıyıblar və ya tamamilə başqa mənəvi təşkilatlara malik fərdlər üçün nə kəsb etdiklərini yox.

Beləliklə, müxtəlif siyasi danışıqlardan və dini inanclardakı dəyişikliklərdən sonra izdihamda məlum sözlər tərəfindən çağırılan obrazlara qarşı dərin antipatiya baş qaldırdığından, əsil dövlət adamının birinci vəzifə borcu sözləri dəyişdirməkdən ibarət olmalıdır. Bununla birlikdə təbii ki, o şeylərin mahiyyətinə toxunmamalıdır, belə ki, sonuncular xalqların irsi təşkilatları ilə həddən artıq sıx əlaqəli olduqlarından, onları dəyişdirmək çox çətindir.

Dərrakəli Tokvil konsulluq və imperiyanın əsərlərinin başlıca olaraq, keçmiş təsisatların əksəriyyətini yeni sözlərlə bəzəməkdən, yəni izdihamın təsəvvüründə xoşagəlməz obrazlar doğuran sözləri, yeniləri ilə əvəzləməkdən ibarət olduğuna çoxdan diqqət yetirmişdi. Bütün bunlar həmin obrazların yaranmasına mane ola bilərdi. Beləcə, məs, vergilərin adlandırılması dəyişdirilmişdi, baxmayaraq ki, vergilər və onların yığımı mahiyyətcə eyni olaraq qalmışdı.

Nəticə etibarilə, dövlət adamlarının başlıca vəzifəsi həmin şeyləri, hansılar ki, kütlə artıq köhnə adları ilə qəbul edə bilmir, yeniləri ilə dəyişdirməkdən, daha populyar və yaxud bitərəf adlarla əvəz etməkdən ibarətdir. Sözlərin qüdrəti o dərəcədə əzəmətlidir ki, hər hansı bir ən mənfur şeyə belə, incə bir ad vermək kifayət edir ki, kütlə onu həmin andaca qəbul etsin.

Ten haqlı olaraq qeyd edir ki, yakobinçilər hamını məhz azadlıq və qardaşlığa – həmin zamanlarda çox populyar olan sözlər – dəvət etməklə müstəbidliyi bərqərar edə, “Daqomeyə, inkvizisiya məhkəməsinə layiq və qədim Meksika hekatombalarını xatırladan insan hekatombaları təşkil edə bilmişdilər”. Hökmdarların, eləcə də vəkillərin məharəti məhz, onların sözlərlə bacarıqla davrana bilmələrindədir. Bu sənətin əsas çətinliyi ondan ibarətdir ki, eyni cəmiyyətdə, lakin müxtəlif sosial təbəqələrdə eyni sözlər çox vaxt tamamilə müxtəlif mənalar daşıyır. İctimai təbəqələrdə zahirən eyni dəqiq sözlər işlədilir, lakin bu sözlər heç vaxt həmin mənanı daşımırlar.

Bundan əvvəlki nümunələrdə biz, zamanı sözlərin mənasını dəyişdirə biləcək başlıca amil kimi göstərmişik. Əgər bura irqi də əlavə etsək, onda görəcəyik ki, eyni dövrdə, oxşar sivil xalqlarda, lakin fərqli irqlərdə eyni sözlər, əksər vaxt çox müxtəlif ideyalar ifadə edirlər.

Çoxsaylı səyahətlər etmədən həmin fərqləri başa düşmək çox çətindir, ona görə də mən bunda israr etməyəcəyəm. Yalnız kütlə tərəfindən daha çox istifadə edilən sözlərin, müxtəlif xalqlarda müxtəlif mənalara malik olduğunu qeyd etməklə kifayətlənəcəyəm. Bunlara indiki zamanda daha tez-tez istifadə edilən məs, “demokratiya” və “sosializm” kimi sözləri aid etmək olar. Həmin sözlər əslində roman və anqlosakson xalqlarının ruhunda tamamilə bir-birinə zidd obrazlar doğururlar.

Latınlarda “demokratiya” sözü başlıca olaraq dövlət tərəfindən icmaya verilən iradə və təşəbbüskarlıq qarşısında fərdin iradə və təşəbbüskarlığının itirilməsini ifadə edir. Burada dövlətin üzərinə daha çox öhdəliklər qoyulur, hər şeyi mərkəzləşdirmək, inhisara almaq, fabrik yolu ilə istehsal etmək və s. istisnasız olaraq bütün partiyalar – radikallar, sosialistlər və ya monarxiyaçılar – daim dövlətə müraciət edirlər.

Amerikada, anqlosakslarda isə həmin “demokratiya” əksinə iradənin və fərdin ən geniş inkişafını və dövlətin bu işlərdən daha çox kənarlaşdırılmasını, polis, ordu və diplomatik əlaqələr istisna olmaqla, ona hətta xalq maarif işləri ilə məşğul olmağa belə imkan verilmir. Beləliklə, eyni söz bir xalqda iradənin və fərdi təşəbbüsün kənarlaşdırılmasını və dövlətin daha üstün mövqeyə – yüksəlməsini, digərində isə tamamilə başqa məqsəd daşıyır, məhz, fərdi iradə və təşəbbüsün həddən çox inkişafını və dövlətin bu işlərdən bütünlüklə kənarlaşdırılması mənasını kəsb edir.

Bu əsərin birinci kitabında (“Xalqların psixologiyası”) mən roman və anqlosaks xalqlarının demokratik idealları arasında mövcud olan fərqləri xüsusi vurğulamışam. Tamamilə asılı olmayaraq Pol Burje səyahətləri əsasında “Outre-Mer” adlı son əsərində demək olar ki, eyni nəticəyə gəlmişdi.

2.Xülyalar

Sivilizasiyaların doğuşundan başlayaraq, kütlə həmişə xülyaların təsiri altına düşüb. Çoxlu sayda məbədlər, heykəllər və qurbangahlar məhz xülya yaradıcılarının şərəfinə ucaldılıb. Vaxtilə dini illüziyalar hökmranlıq edirdisə, indi fəlsəfi və sosial xülyalar səhnəyə çıxıb, amma bu qorxunc hökmdarlar həmişə ardıcıl olaraq dünyamızda inkişaf edən sivilizasiyaların başında durublar.

Xülyaların şərəfinə Misirdə Xaldey məbədi, orta əsrlərdə dini binalar ucaltmışlar və həmin xülyaların adı ilə yüz il bundan əvvəl Misirdə çevriliş baş vermişdi. Bütün bədii, siyasi və sosial anlayışlarımız özlərində mütləq illüziyaların əzəmətli izlərini daşıyırlar. İnsan bəzən həmin illüziyaları dəhşətli çevrilişlər yolu ilə darmadağın edir, lakin o, həmişə yenidən onları dağıntılar altından çıxarmağa məcbur olur.

Bu illüziyalar olmadan ona primitiv barbarlıq vəziyyətindən çıxmaq nəsib olmazdı və onlarsız, o, çox tezliklə həmin vəziyyətə düçar olardı. Bütün bunlar boş kölgədir, arzularımızın hökmranlıq istəkləridir, lakin onlar indi xalqları bizim sivilizasiyaların incəsənətinin şöhrətini və əzəmətini təşkil edən şeyləri yaratmağa məcbur ediblər.

“Əgər inancdan ruhlanaraq yaradılan hər şeyi, muzey və kitabxanaları məhv edib, bütün əsərləri və bədii abidələri kilsə kandarındakı daşlar kimi sındırsaq, böyük bəşəri arzulardan geriyə nə qalardı? İnsanlara ümid və illüziyalar bəxş etmək, hansı ki, onlar bunsuz mövcud ola bilməzdilər – bax, tanrıların, qəhrəmanların və şairlərin təyinatını bu təşkil edir.

Elm əlli il ərzində həmin vəzifənin öhdəsindən gəlmək üçün səy göstərdi. Amma elmin bundan artığını vəd etməklə bağlı cəsarətə malik olmaması, lazım olan qədər yalan danışa bilməməsi, ideala susamış ürəklərdə onu məhv eləyən əsas amil oldu”.

Ötən əsrin filosofları böyük şövqlə əcdadlarımızın yaşadıqları dini, siyasi və sosial xülyaları məhv etməyə cəhd göstərdilər. Həmin xülyaları məhv etməklə bərabər, onlar eyni zamanda ümid mənbəyini və təvazökarlığı da bərbad qoydular. Və məhv edilmiş xəyallardan sonra onlar təbiətə məxsus amansız zəifliyə qarşı rəhmsiz və mərhəmətsiz kortəbii və gizli güclər ilə rastlaşdılar.

Bütün tərəqqilərə baxmayaraq, fəlsəfə indiyədək izdihama kütləni özünə cəlb edə bilən heç bir ideal verə bilməyib; amma kütlə heç nəyə baxmayaraq, illüziyalara böyük ehtiyac duyduğundan, instinktiv olaraq, işığa doğru uçan kəpənəyi xatırladır, işığı kim verirsə, ona doğru can atır. Xalqların təkamülünün başlıca amili heç vaxt həqiqət olmayıb, həmişə yanlış fikirlər olub. Və əgər hazırda sosializm ona görə bu qədər qüdrətlidir ki, çünki o, özlüyündə salamat qalmış yeganə illüziyadır.

Elmi nümayişinə baxmayaraq, o, bütün hallarda böyüməkdə davam edir və hazırda keçmişin bütün qalıqları üzərində sosial illüziya hökmranlıq edir və gələcək də ona aiddir. İzdiham heç vaxt həqiqətə doğru can atmayıb; o, xoşuna gəlməyən həqiqətdən üz çevirib və əgər yanlış onu özünə cəlb edirsə, ona itaət etməyə üstünlük verir. Kim izdihamı yoldan çıxarmağı bacarırsa, o da kütlənin yeganə hökmdarına çevrilir; kimsə onu ağıllandırmağa cəhd edirsə, o, həmişə izdihamın qurbanı olur.

3.TƏCRÜBƏ

Təcrübə çox yəqin ki, hər hansı bir həqiqətin kütlənin ruhunda qəti şəkildə möhkəmlənməsi və həddən artıq təhlükəli olmuş illüziyaların məhv edilməsi üçün yeganə həqiqi vasitədir. Amma təcrübənin geniş ölçülərdə həyata keçirilməsi və bir neçə dəfə təkrarlanması lazımdır. Bir nəslin təcrübəsi adətən növbəti nəsil üçün fayda gətirmir, bu səbəbdən tarixi faktlardan nümunə kimi istifadə etmək, artıq bir işdir. Belə nümayişlərin yeganə əhəmiyyəti ondan ibarətdir ki, bu, əsrdən-əsrə təcrübəni təkrar etməyin nə dərəcədə vacib olduğunu önə çıxarır və nəticədə kütlənin ruhunda qəti şəkildə kök salmış ən azından bir-yeganə yanlışı da olsa, təsir göstərməklə, onu yerindən oynatmaq mümkün olur.

Bizim əsr, eləcə də bundan əvvəlki əsr, çox güman ki, tarixçilər tərəfindən maraqlı eksperimentlər dövrü kimi nümunə göstəriləcək. Və həqiqətən də digər əsrlərin heç birində bu qədər çox eksperiment aparılmayıb!

Bütün təcrübələrin ən nəhəngi heç şübhəsiz, Fransa inqilabı idi. Hər hansı bir cəmiyyətdə yalnız ağla söykənib, hər cəhətdən nələrisə düzəldə bilməyin mümkünsüzlüyü ilə bağlı həqiqəti aşkar etmək üçün, bir neçə milyon insan həyatını məhv etmək və iyirmi il ərzində Avropanı narahatlıqda saxlamaq lazım gəlmişdi. Sevincli qışqırıq sədaları altında salamlanan Sezarların xalqlara necə baha başa gəldiyini təcrübədə sübut etmək üçün, əlli ərzində bir sıra dağıdıcı təcrübələr gərək olmuşdu, lakin bütün aydınlıqlarına baxmayaraq, onlar hələ də görünür, yetərincə inandırıcı deyildilər.

Bununla yanaşı, həmin təcrübələrdən birincisi üç milyon insan həyatı bahasına başa gəlmişdi və işğallara səbəb olmuşdu; ikincisi isə pozğunluğa səbəb olmuş və daimi ordu saxlamaq zərurətini ortaya qoymuşdu. Üçüncü təcrübə bu yaxınlarda az qala həyata keçiriləcəkdi, çox güman ki, o da gec ya tez bütün hallarda baş tutacaq. Bütöv bir xalqı nəhəng alman ordusunun, otuz il əvvəl tədris olunduğu kimi, yalnız zərərsiz milli qvardiya olmadığına inandırmaq üçün, bizə çox baha başa gələn dəhşətli müharibədən keçmək lazım gəldi.

Həmin hadisədə kütlənin rəyi, bir-birilə tamamilə uyğun gəlməyən kobud subyektlərin assosiasiyası yolu ilə təşkil olunub, hansı ki, yaranma mexanizmini yuxarıda ifadə etmişdim. Həmin dövrlərin milli qvardiyası intizamdan əsər-əlaməti olmayan sülhpərvər dükançılardan təşkil olunmuşdu və ona ciddi münasibət bəsləmək olmazdı; ona görə də bu cür oxşar adlar eyni obrazları doğurur və nəticə etibarilə, eyni ziyansız təsisatlar hesab olunurdular; kütlənin yanlışlığı, ümumiyyətlə, çox vaxt olduğu kimi, həmin zamanda da hansısa ümumi rəylər və liderlərin fikirləri əsasında haçalanırdı.

1887-ci il dekabrın 31-də Tyerin deputatlar palatasında etdiyi çıxışında və sonralar E.Olivyenin qələmə aldığı kitabda yer almış həmin nitqdə, çox vaxt izdihamın rəyinin ardınca gedən, lakin heç vaxt həmin rəyləri qabaqlaya bilməyən Tyer, sübut etməyə çalışırdı ki, Prussiyada mövcud olan ordu təxminən fransız ordusuna bərabərdir və ordudan başqa fransız milli qvardiyasına bənzər milli qvardiyaya malikdir ki, nəticə etibarilə o, elə də ciddi əhəmiyyət daşımır. Həmin dövlət xadiminin yuxarıda ifadə olunan iddiaları, onun dəmiryollarının əhəmiyyətsiz gələcəyə malik olması ilə bağlı bəsirətlərinə bənzəyirdi.

Nəhayət, proteksionizmin, hansı ki, onu özlərində tətbiq edirlər, xalqları müflis etdiyini etiraf etmək üçün ən azından iyirmi il çəkən fəlakətli təcrübə lazım gələcəkdi. Belə nümunələri sonsuzluğa qədər artırmaq olar.

4.DƏRRAKƏ

İzdihamın qəlbində təəssürat oyada biləcək amilləri sadalamaqla, dərrakədən, ümumiyyətlə söz açmaya bilərdik, əgər, onun mənfi əhəmiyyətini göstərmək zərurəti lazım gəlməsəydi.

Biz izdihama düşüncələrlə təsir etməyin mümkünsüzlüyünü qeyd etmişik, belə ki, ona yalnız ideyaların kobud assosiasiyası əlçatandır. İzdihamda təəssürat oyada bilən amillər məhz, ona görə ağla deyil, həmişə hislərə müraciət edir. Məntiq qanunları ona heç bir təsir göstərmir.

İzdihamı inandırmaq üçün öncə onu ruhlandıran hislərlə tanış olmaq, özünü onları bölüşdüyünü göstərirmiş kimi aparmaq, ardınca da ibtidai assosiasiyalar vasitəsilə kütləni cəlb edə bilən hansısa obrazları canlandırmaq lazımdır. Lazım olduqda geriyə dönməyi və ən başlıcası izdihamda yarada bildiyin o hisləri dəqiqəbədəqiqə sezməyi bacarmaq lazımdır.

İzdihamda təəssürat oyatmaqla bağlı məharət və həmin anda məntiqin necə az təsirə malik olması ilə əlaqəli müşahidələrim Parisin mühasirəsi zamanına aiddir. Həmin gün acıqlı kütlənin istehkam planını çəkərək onu prussiyalılara satmaq məqsədi güdməkdə ittiham etdikləri marşal B-ni, hökumətin iclas keçirdiyi Luvr sarayına necə gətirdiklərini görmüşəm. Hökumət üzvlərindən biri, məşhur natiq Q.P öz əsirini dərhal edam etməyi tələb edən izdihamın qarşısına çıxıb, onları sakitləşdirmək istədi.

Gözləyirdim ki, natiq kütləyə günahkar hesab etdikləri marşalın həmin istehkamları inşa edənlərdən biri olduğunu və o, istehkam planlarının bütün kitab satanlar tərəfindən hər yerdə satıldığını söyləyəcək və bu ittihamların əsassız olduğunu sübut edəcək. Böyük təəccübümə baxmayaraq (o zaman çox gənc idim), tamamilə başqa bir çıxışın şahidi oldum. “Cəzasını alacaq – əsirə yaxınlaşan natiq qışqırdı – özü də ən amansız şəkildə.

Milli müdafiə hökumətinə təhqiqatlarınızı başa çatdırmağa imkan verin. Biz isə hələlik əsri həbsdə saxlayaq”. Bununla da tələbinin yerinə yetirilməsindən razı qalan izdiham sakitləşdi və üstündən on beş dəqiqə keçəndən sonra marşal rahat şəkildə evinə qayıtdı. Əgər həmin anda natiq qeyzlənmiş kütləyə məntiqi dəlillər gətirməyə başlasaydı, gənclik dövründə bunlar mənə daha inandırıcı görünürdü, onu tikə-tikə edərdilər.

Çıxışı daimi, həmin dəqiqəyə uyğun təəssüratların təsiri altında dəyişdirmək zərurəti, öncədən hazırlanmış və əzbərlənmiş hər cür nitqləri öncədən uğursuzluğa məhkum edir. Belə çıxışı ilə natiq onu dinləyənlərin düşüncələrinin inkişafını deyil, yalnız öz şəxsi düşüncələrinin inkişafını izləyir və artıq buna görə onun izdihama təsir etməsi tamamilə məhduddur.

Həmişə bir-birindən doğan bütöv fikirlər zənciri ilə işləməyə vərdiş edən məntiqi zəkalar, izdihama müraciət edəndə, hökmən inandırmaq üsulundan istifadə edirlər və həmişə də öz arqumentlərinin bu cür təsirsizliyindən heyrətə gəlirlər. Fikirlərlə ibtidai beyinlərə, məs, vəhşilərə və ya uşaqlara təsir göstərməyə cəhd etməyi sınaqdan keçirin və belə dəlillər metodunun çox əhəmiyyətsiz olduğuna tamamilə əmin olacaqsınız.

Hislərə qarşı mübarizə aparmağa məcbur olduqda, onların mühakimələrinin bütünlüklə uğursuzluğa uğramasına əmin olmaq üçün heç də ibtidai canlıların səviyyəsinə qədər enməyə gərək yoxdur. Hətta ən sadə məntiqlə belə, ziddiyyət təşkil edən dini xurafatın uzun əsrlər boyunca necə inadla yaddaşlarda qaldığını yada salaq. İki min ildən də artıq zaman ərzində ən parlaq zəkaların belə, onların gücü qarşısında baş əymələrini və yalnız müasir dövrdə onların həqiqiliyinə etiraz etmək imkanı yarandı.

Orta əsrlərdə və İntibah dövründə kifayət qədər təhsilli adamlar olub, lakin bir nəfər də olsun tapılmayıb ki, ağılla bütün bu xurafatların uşaq xarakterli olmasına inandıra və şeytanın hiylələrinə uymamaq üçün kiçik bir şübhə belə oyada bilsin və cadugərlərdən ötrü tonqallara ehtiyac olmadığına onu inandırsın.

İzdihamın heç vaxt ağılla idarə olunmamasına təəssüflənmək lazımdırmı? Biz bunu təsdiq etməyə cəsarət etmədik. Çətin ki, ağlın səsi bəşəriyyəti sivil yola səsləsin və xülyaların doğurduğu şövq və cəsarəti ona versin. Şübhəsiz, qeyri-iradiliyin hökmündən doğan həmin xülyalar lazım idi. Hər bir irq öz mənəvi təşkilatlarını taleyini idarə edən qanunlara bağlayır və mümkündür ki, o, məhz bütün niyyətlərində həmin, qaçılmaz, hətta ən ehtiyatsız instinktlər tərəfindən hərəkətə gətirilən qanunlara itaət edir. Bəzən bizə elə gəlir ki, xalqlar gizli qüvvələrə tabedirlər, lap palıd qozasını tədricən palıd ağacı olana kimi inkişafa və kometanı öz orbiti ətrafında hərəkət etməyə məcbur etməyə bənzər qüvvələr kimi.

Həmin qüvvələr barədə biz təkamülü təşkil edən ayrı-ayrı faktlardan deyil, xalqların ümumi təkamülünün gedişindən müəyyən qədər nələrisə öyrənə bilərik. Əgər, yalnız bu cür fərdi faktları diqqətə alsaq, onda belə görünə bilər ki, tarixi idarə edən təsadüflərdir. Məgər, məsələn, səhradan çıxmış bir neçə ərəb dəstəsinin köhnə yunan-roma dünyasının böyük hissəsində qələbə çalaraq, İsgəndərin imperiyasından da böyük, əzəmətli bir imperiyanın əsasını qoya bilməsi, qeyri-adi fakt olaraq qəbul edilməzdimi? Həmçinin köhnə Avropa iyerarxiyasında hansısa adsız-sansız artilleriya leytenantının bir çox xalqlar və krallar üzərində hökmranlıq edə bilməsi, qəribə təsir bağışlamazdımı?

Bu səbəbdən, belə təsəvvür edək ki, bunlar filosofların ağlının işidir, lakin insanların idarə olunması ilə bağlı onlardan elə də çox şey tələb etməyək. Şərəf, fədakarlıq, dini inanc, vətən və şöhrət kimi hislər, hansılar ki, istənilən sivilizasiyanın başlıca hərəkətvericisidir, ağlın köməyi ilə yox, daha çox ondan yan keçməklə, törəyiblər.

III fəsil
KÜTLƏ LİDERLƏRİ VƏ ONLARIN İNANDIRMA ÜSULLARI

1.Kütlə liderləri. – İzdihamdakı bütün fərdlərin liderə itaət etməklə bağlı instinktiv tələbatları. – Liderlərin psixologiyası. – Yalnız liderlər inam yarada və kütləni təşkil edə bilərlər. – Liderlərin zorakı müstəbidliyi. – Onların təsnifatı. – İradənin oynadığı rol.

2.Liderlərin fəaliyyət üsulları. – Təsdiq etmə, təkrar və sirayətedicilik. – Bütün bu amillərin nisbi rolu. – Sirayətedicilik aşağı təbəqələrdən ali təbəqəyə necə yayılır. – Populyar fikir çox tez ümumi fikrə çevrilir.

3.Cazibə qüvvəsi. – Cazibənin anlayışı və təsnifatı.

– Qazanılmış və şəxsi cazibə. – Müxtəlif nümunələr. – Cazibə necə yox olur.

Kütlənin mənəvi təşkilatları bizə artıq məlumdur və həmçinin biz nələrin izdihamın ruhuna təsir göstərdiyini də bilirik. İndi bizə həmin mühərrikləri işə salmaq üsullarına baxmalı və onlardan kimlərin istifadə edə biləcəyini göstərməliyik.

1.KÜTLƏ LİDERLƏRİ

Yalnız, təkcə məlum sayda canlılar bir araya gəldikdə, istər heyvan sürüsü olsun, istər insan kütləsi olsun, onlar instinktiv olaraq, öz liderlərinin hökmünə tabe olurlar. İnsan kütləsində rəhbər çox vaxt elə lider olaraq qalırlar, lakin buna baxmayaraq, onların rolu əhəmiyyətlidir. Onun iradəsi elə bir nüvə təşkil edir ki, ətrafında fikirlər büllurlaşır və birləşir. O özlüyündə müxtəlif növlü kütləni təşkil edən elementi özündə ehtiva edir və onda sektaların təşkilini hazırlayır. Bu əmələ gəlməyənə qədər o, onları idarə edir, çünki izdiham özlüyündə hökmdarsız keçinə bilməyən kölə kimi sürünü xatırladır.

Rəhbər adətən özü də başlanğıcda həmin sürüdəkilərdən biri olur; o, ideyanın təsirindən hipnoz altına düşərək həvari olub. Bu ideya o dərəcədə hakim kəsilir ki, bütün ətrafda baş verənlər onun gözünə görünmür və hər hansı bir əks fikir ona yanlış və xurafat kimi görünür. Bu səbəbdən Russonun ideyaları ilə hipnoza düşən Robespyer həmin ideyaların yayılması üçün inkvizisiya metodlarından istifadə edib.

Adətən, rəhbərlər mütəfəkkirlər sırasına aid edilmirlər – onlar fəaliyyət adamlarıdırlar. Onlar açıq-gözlülüyə malik deyillər, belə ki, bəsirətlilik adətən şübhələrə və fəaliyyətsizliyə gətirib çıxarır. Çox vaxt psixoloji cəhətdən qərarsız, yarı normal, çılğınlıq həddində olan insanlar olurlar. Müdafiə etdikləri və hədəfinə doğru can atdıqları ideya hətta mənasız olsa belə, onların inamını heç bir dəlil sarsıda bilməz. Nifrət və təqib onlarda heç bir təəssürat oyatmır və yaxud onları daha da qızışdırır.

Şəxsi maraqlar, ailə – hər şey onlar tərəfindən qurban verilir. Özünüqoruma instinkti o dərəcədə yoxa çıxır ki, onların əldə etdikləri yeganə mükafat hansı ki, can atırlar yalnız əzabkeşlikdən ibarət olur. İnanclarının gərginliyi onların sözlərinə – əzəmətli təlqin gücü verir. Kütlə güclü iradəyə və əzəmətli obrazlarla özünə təsir göstərə bilən insanları dinləməyə həmişə hazır olur. Adamlar izdihamda öz iradələrini itirirlər və instinktiv olaraq iradəsini qoruyub saxlaya bilənlərə müraciət edirlər.

Xalqların liderlərində heç vaxt çatışmazlıqlar olmayıb, lakin həmin rəhbərlər həmişə möhkəm inama malik olmalıdırlar, çünki həvariləri məhz həmin inam formalaşdırır. Çox vaxt yalnız öz şəxsi maraqlarından çıxış edən və izdihamın elə də yüksək olmayan instinktlərinə üz vermək yolu ilə təsir edən hiyləgər natiqlər liderliyə yüksəlirlər. Onların istifadə etdikləri təsir ola bilsin, çox güclüdür, amma həmişə müvəqqəti, keçici olur.

İzdihamı ruhlandırmağı bacaran Amyenli Petrus, Lüter, Savonarola kimi məşhur fanatiklər, inqilab xadimləri yalnız özləri məlum ideyanın cazibəsinin təsiri altına düşdükdən sonra, başqalarını öz cazibələrinə tabe etdirə biliblər. O vaxt onlar kütlənin ruhunda inam adlanan qorxunc qüvvəni yarada bilir və insanın öz arzularının mütləq köləsinə çevrilməsinə kömək edirlər.

Bütün məşhur rəhbərlərin əsas rolu başlıca olaraq inam yaratmaqdan ibarətdir. Bu, dini və ya siyasi, sosial və yaxud hansısa bir iş, insan və ya ideya ilə bağlı olsun, fərq etməz, bax, məhz həmin səbəbdən onların təsiretmə qüvvəsi həmişə çox güclü olub. Bəşəriyyətin ixtiyarında olan qüvvələrdən ən əzəmətlisi inamdır və İncildə nahaq yerə deyilmir ki, inam olarsa, dağı da yerindən oynatmaq mümkündür.

İnsana inam verməklə onun qüvvəsini on misli qədər artırmaq olar. Böyük tarixi hadisələr naməlum iman sahibləri tərəfindən həyata keçirilib, onların bütün gücü elə inamlarından qaynaqlanıb. Bir yarımkürədən digər yarımkürəyə yayılan, dünyanı və nəhəng imperiyaları idarə edən əzəmətli dinlər nə elm adamları, nə də filosoflar tərəfindən yaradılıb!

Bütün bu hadisələrdə, əlbəttə, böyük liderlərin fəaliyyəti danılmazdır, onların sayı isə elə də çox deyil. Onlar piramidanın zirvəsini təşkil edirlər, kütlənin ağlı üzərində hökm edən bu hakimlər yavaş-yavaş aşağıya, tüstüyə qərq olmuş mehmanxanada dinləyicilərinə mənasını özləri də bilmədikləri, hazır düsturları təkrar edən, amma bunlardan istifadə etməklə, özlərinə qulaq asan insanları öz təsirləri altına sala biləcəklərinə inanan, bütün arzu və ümidləri həyata keçirəcəklərini hesab edən və onları arxalarınca apara biləcəklərinə mütləq şəkildə əmin olan natiqlər səviyyəsinə qədər, tədricən aşağı enirlər.

Bütün sosial sahələrdə, ən alidən aşağıya qədər, əgər, insan təcrid olunmuş vəziyyətdə deyilsə, o, çox asanlıqla hansısa liderin təsiri altına düşür. İnsanların əksəriyyəti, xüsusilə də xalq izdihamlarında, ixtisaslarından kənar müəyyən anlayışlar haqqında demək olar ki, heç bir aydın təsəvvürə malik olmurlar. Belə adamlar özlərini idarə edə bilmək iqtidarında olmurlar və liderlər rəhbər olaraq onlara xidmət edirlər.

Liderlər hədsiz istibdadçı olurlar, lakin məhz, həmin müstəbidlik onlara itaət etməyə məcbur edir. Onların fəhlə sinfini, hətta ən azğın olanları belə, özlərinə necə asanlıqla tabe etmələrinə əmin olmaq elə də çətin deyil, baxmayaraq ki, onları öz hökmündə saxlamağa rəhbərlərin heç bir vasitələri yoxdur. Onlar iş saatını, əməkhaqqı məbləğini təyin edir, tətillər təşkil edirlər, həmin etirazların müəyyən saatlarda başlama və qurtarma vaxtını müəyyən edirlər.

Hazırda kütləyə rəhbərlik edənlər, daxili çəkişmələr nəticəsində öz əhəmiyyətini itirən ictimai hakimiyyəti daha çox sıxışdırırlar. Yeni hakimlərin tiranlığı kütləni fəth edir və onları indiyə kimi hər hansı bir hökumətə itaətdən daha çox tabe olmağa məcbur edir. Əgər hər hansı bir təsadüf üzündən rəhbər yoxa çıxırsa və digər bir lider dərhal məsələyə müdaxilə etmirsə, kütlə yenidən əlaqəsiz və davamlılığı olmayan adi bir mərəkəyə çevrilir.

Parisdə omnibusların (çoxyerli karet) faytonçularının son tətilləri zamanı kütləni idarə edən iki liderin həbsi kifayət etdi ki, etirazlara dərhal son verilsin. İzdihamın ruhunda azadlığa can atmaq yox, tabe olmaq tələbatı üstünlük təşkil edir; kütlə o dərəcədə itaət etməyə can atır ki, instinktiv olaraq özünü hakim elan edən kəsə təslim olur.

Liderlər sinfi çox rahatlıqla iki müəyyən kateqoriyaya bölünür. Həmin kateqoriyalardan birinə enerjili, güclü, lakin qısa zaman üçün üzə çıxan iradəyə sahib adamlar daxildir; digərinə isə daha tez-tez rast gəlinən, olduqca güclü və eyni zamanda möhkəm iradəyə sahib olan liderlər. Birincilər – cəsarətli, coşqun və igiddirlər; onlar xüsusilə qəfil, daha ürəkli işlər üçün, təhlükəyə baxmayaraq kütləni cəlb etmək, belə demək mümkünsə, dünənki əsgərləri qəhrəman etməkdən ötrü yararlıdırlar.

Məsələn, birinci İmperiya zamanında Ney və Mürat o cür olublar. Bizim zamanımızda, Haribaldi belə olub. Heç bir xüsusi istedadı ilə parlamayan, lakin çox enerjili olan bu şəxs bir ovuc adamla bütöv bir Neapolitan krallığını ələ keçirmişdi, halbuki krallıq müdafiə olunmaq üçün öz sərəncamında nizam-intizamlı orduya malik idi.

Həmin liderlərin çox güclü enerjiyə malik olmalarına baxmayaraq, bu o qədər də uzun sürmür və onun gəlişini təmin edən oyandırıcı ilə birlikdə, çox tez də yox olub gedirlər. Çox vaxt həmin qəhrəmanlar adi həyata qayıtdıqdan sonra, onların təəccüb doğuran zəiflikləri və hətta adi şəraitdə belə öz əməllərini idarə etmək qabiliyyətsizlikləri üzə çıxır, baxmayaraq ki, zahirən onlar başqalarını çox məharətlə idarə edə bilirdilər. Həmin adamlar öz vəzifələrinin öhdəsindən yalnız bir şəraitdə gələ bilirlər, əgər idarə olunurlarsa və daim ruhlandırılırlarsa və üzərində həmişə onları yönəldən insan və ya ideya olduqda.

İkinci kateqoriyadan olanlar, möhkəm iradə sarıdan o qədər parlaq olmasalar da daha yüksək əhəmiyyətə malik olurlar. Bu kateqoriyaya dinlərin həqiqi baniləri və əzəmətli işlərin yaradıcıları daxildilər: müqəddəs Pavel, Məhəmməd peyğəmbər, Xristofor Kolumb, Lesseps. Ağıllıdırlar və ya zəka cəhətdən məhduddurlar – istənilən halda, dünya həmişə onlara məxsusdur! Onların inadkar iradəsi özlüyündə o qədər sonsuz, nadir və intəhasız əzəmətli keyfiyyətə malik olur ki, hamını özünə tabe etməyə məcbur edə bilir.

Onlar bu cür inadkar və güclü iradə ilə çox vaxt nəyə nail ola biləcəkləri ilə bağlı özlərinə hesabat belə vermirlər, eyni zamanda həmin iradəyə qarşı heç nə dura bilməz – nə təbiət, nə tanrılar, nə də adamlar.

Güclü iradə hesabına nələrə nail olmağın mümkünlüyünə ən yaxın misal olaraq, dünyanı ikiyə bölməyi nəzərdə tutan bir məsələni həll etmiş, məşhur insanı nümunə gətirmək olar, üç min il ərzində ən böyük hökmdarlar belə həmin işin öhdəsindən gələ bilməmişdilər. Sonralar oxşar işdə o, uğursuzluğa düçar olmuşdu, lakin həmin zaman artıq qocalıq qapını kəsdirmişdi, hansı ki, onun qarşısında hər şey, hətta iradə belə karıxır.

Həmin çətinliklər, hansı ki, Süveyş kanalı qazılarkən ortaya çıxmışdı və aradan qaldırmaq lazım gəlmişdi, yalnız bir təkcə iradənin nələrə qadir olduğunu bütün təfərrüatları ilə ən yaxşı göstərə bilən bir nümunədir. Şahid doktor Kazales maraq doğuran bir neçə sətirdə bu nəhəng layihənin həyata keçirilməsinin xülasəsini vermişdi, hansı ki, bu barədə layihənin ölməz müəllifi özü nəql etmişdi: “O hər gün kanalın çəkilməsi ilə bağlı epopeyanın bütün epizodlarından söz açardı, – Kazales deyirdi.

O, mümkün olmayanı fəth etmək, qələbə qazanmaq, bütün maneələr, – koalisiyalar, uğursuzluqlar, bədbəxtliklər və hər cür müvəffəqiyyətsizlikləri dəf etməkdən ötrü nələrə qatlaşdığından danışardı. Amma bunların heç biri onu ümidsizliyə qapatmamış, ruhdan düşməyə vadar etməmişdi. Xatırlayırdı ki, İngiltərə necə buna qarşı çıxır və necə üzərinə hücuma keçirdi, Misir və Fransa necə tərəddüd keçirirdilər; fransız konsul hamıdan çox bu işlərin başlamasına mane olurdu və fəhlələrə təsir göstərir, onlara içməli su vermir, susuzluğa məruz qoyurdu, bütün bunlara qarşı davam gətirmək lazım gəlirdi;

o, deyirdi ki, dəniz nazirliyi, mühəndislər, bütün adamlar ciddi, təcrübəli, elm adamları idi, lakin onun ideyasına qarşı süni şəkildə düşmənçiliyə köklənənlər və özü də həmin ideyanın məhvinə əmin olanlar, hətta bunun nə vaxt baş verəcəyi günü və saatı belə öncədən müəyyən etmişdilər, dəqiq olaraq günəş tutulmasından söhbət gedirdi”.

Bütün məşhur kütlə rəhbərlərinin həyatından bəhs edən bir kitab olsaydı, əlbəttə, ora elə də çox ad düşməyəcəkdi, amma bu adların hamısı bizim sivilizasiya və tariximizin ən mühüm hadisələrinin başında durardı.

2.RƏHBƏRLƏRİN FƏALİYYƏT ÜSULLARI: MÜDDƏA, TƏKRAR, YOLUXMA

Kütləni dərhal, bir anda nəyəsə cəlb etməyə ehtiyac yaranarsa, hansısa əməli törətməyə məcbur etmək üçün, məs, sarayı talan etmək, istehkam və ya barrikadanı müdafiə edərkən həlak olmaq, təcili təlqin vasitələrindən istifadə etmək lazımdır və ən yaxşı təlqin heç şübhəsiz şəxsi nümunədir. Ancaq izdihamın təlqinə tabe olması üçün, kütləni öncədən məlum şəraitə hazırlamaq lazımdır və ən başlıcası – onu ardınca aparmaq istəyən adam, cəlbedicilik adı ilə məlum olan, hansı ki, biz bu barədə sonra söz açacağıq, xüsusi keyfiyyətlərə malik olmalıdır.

İzdihamı qəlbinə hansısa ideya və ya inancların, məsələn, müasir sosial nəzəriyyələrin, daxil olmasına məcbur etmək üçün başqa üsullardan, əsasən bunlardan istifadə edilir: müddəa, təkrar, yoluxma. Bu metodlar tədricən təsir göstərir, lakin əldə etdiyi nəticələr çox sabitdir.

Heç bir mühakimə və dəlillərlə möhkəmləndirilməyən sadə bir müddəa, hər hansı bir ideyanın kütlənin qəlbinə yol tapması üçün ən düzgün vasitələrdən biri olaraq xidmət göstərir.

Müddəa nə qədər qısa olsa, sübutlardan nə qədər məhrum olarsa, izdihamın qəlbinə bir o qədər güclü təsir edər. Müqəddəs kitablar və bütün əsrlərin məcəllələri həmişə sadə müddəa vasitəsi olaraq fəaliyyət göstəriblər; hansısa siyasi işi müdafiə etməli olan dövlət adamları, istehsal etdikləri məhsulların satışını elanların köməyi ilə genişləndirməyə cəhd edən sənayeçilər, müddəanın hansı qüvvəyə malik olduğunu əla bilirlər.

Müddəa yalnız tez-tez təkrarlandıqda və özü də mümkün qədər eyni cür ifadə olunduqda, təsir göstərə bilər. Deyəsən, Napoleon deyib ki, nitqi gözəlləşdirən yalnız bir diqqətəlayiq fiqur var – bu, təkrardır. Təkrar vasitəsilə ideya şüurlarda o dərəcədə möhkəmlənir ki, lap sonda sübut edilmiş həqiqət kimi qəbul edilir.

Biz görəndə ki, müddəa ən elmli beyinlərə belə necə güclü təsir göstərir, həmin vaxt onun kütləyə təsiri də bizim üçün tamamilə aydınlaşır. Bu onunla izah edilir ki, tez-tez təkrarlanan ideya sonda qeyri-iradi sahənin ən dərin qatlarına nüfuz edir, məhz, bizim əməllərimizin mühərrikləri hazırlanan yerə, öz izini qoyur.

Bu qədər təkrarlandıqdan və üstündən müəyyən zaman keçdikdən sonra müddəanın müəllifinin kimliyini unuduruq və nəhayət ona inanırıq, hər cür nəşrlərin gözəl təsiri də elə buradan qaynaqlanır. Elə ki bu – X şokoladının ən yaxşı şokolad olması ilə bağlı müddəanı yüz-min dəfə oxuduqdan sonra, bizə elə gəlir ki, həmin məlumatı hər yerdə eşitmişik və nəhayət, buna tamamilə əmin oluruq.

Min dəfələrlə oxuduqdan sonra ki, V unu hansısa məşhur adamları ən ağır xəstəlikdən xilas edib, biz də eyni xəstəliyə düçar olan kimi, həmin vasitədən istifadə etməyi arzulayırıq. Eyni qəzetdə daim A-nın – tamamilə yaramaz biri, B-nin isə ən təmiz insan olması haqda məlumat oxuyuruq, təbii ki, əgər bu zaman tamamilə əks fikirlər yazan digər qəzetlərdən xəbərsiziksə, lap sonda özümüz də buna inanırıq. Bu hadisədə yalnız müddəa və təkrar eyni güclə bir-biri ilə yarışmaq iqtidarındadır.

Hər hansı bir müddəa lazımi sayda və yekdilliklə təkrarlandıqdan sonra (bunu, məsələn, belə deyək, bəzi məşhur və kifayət qədər varlı maliyyə müəssisələrinin nümunəsində özlərinə dəstək üçün ictimai rəyi satın aldıqları zaman müşahidə etmək olur), axın adlanan bir şey formalaşır, əzəmətli bir amil – sirayətedici yoluxma səhnəyə çıxır. İzdihamda ideyalar, hislər, emosiyalar, inanclar – bəzi mikrobların malik olduğu kimi əzəmətli sirayətedici yoluxma gücü qazanır.

Bu tamamilə təbii təzahürdür və belə halı sürüdə olan heyvanlarda da müşahidə etmək olur. Məsələn, çaxnaşma və ya bir neçə qoyunun nizamsız hərəkəti çox tez bütün sürüyə yayılır. Kütləyə də bütün emosiyalar eyni dəqiqliyi ilə sürətlə sirayət edir, izdihamda təlaşın bu cür qəfil yayılması bununla izah olunur. Əqli pozğunluqlar, məs, çılğınlıq da eyni yoluxuculuğa malikdir. Məlumdur ki, psixiatrlar arasında tez-tez müşahidə edilən dəlilik halları, son zamanlar, bəzi formalar, məs, aqorafobiya hətta insanlardan heyvanlara da keçə bilir.

Yoluxmanın yaranması üçün bir neçə fərdin eyni zamanda, eyni yerdə olması da tələb olunmur; o, məlum hadisələrin təsiri altında, düşüncələri məlum istiqamətə yönəltməklə və məlum fikirlərə xüsusi, kütləyə uyğun çalar verməklə, məsafədən də öz hərəkətini təzahür etdirə bilər. Bu, o hallarda xüsusilə nəzərə çarpır ki, şüurumuz əvvəlcədən kənar amillərin təsiri altında hazır vəziyyətə gətirilir, hansılar ki, mən bu barədə yuxarıda demişəm.

Ona görə də 1348-ci ildə Parisdə başlamış inqilabi hərəkat dərhal Avropanın böyük hissəsinə yayıldı və bir neçə monarxiyanı yerindən oynatdı. Təqlid, hansı ki, sosial hadisələrdə ona böyük rol ayrılır, mahiyyətcə yoluxmanın təzahürlərindən yalnız biridir. Bundan əvvəl təqlid barədə kifayət qədər danışmışam, ona görə, burada yalnız on beş il bundan əvvəl həmin mövzu ilə bağlı söylədiyim və sonra digər müəlliflər tərəfindən yeni əsərlərdə inkişaf etdirilənləri söyləməklə kifayətlənəcəyəm:

“İnsan da heyvanlar kimi təqlidə meyllidir; bu onun üçün bir tələbatdır, bir şərtlə ki, əgər, çətinlik təşkil etmirsə. Dəb adlandırılan əzəmətli təsiri, məhz, həmin tələbat şərtləndirir. Onun hökmünə qarşı çıxmağa kim cəsarət edə bilər, bu fikir, ideya ədəbi əsərlərə, yoxsa sadəcə geyimə aiddir? Kütləni arqumentlərin yox, yalnız obrazların köməyi ilə idarə edirlər. Bütün dövrlərdə öz hərəkətləri ilə kütləni ruhlandıran azsaylı fərdlər olub və düşüncəsiz izdiham da onları yamsılayıb.

Lakin həmin fərdlər, izdiham üçün üstünlük təşkil edən ideyadan bütün hallarda çox uzaqlaşmamalıdırlar, yoxsa təqlid çətinləşəcək və onların bütün təsirləri sıfıra bərabər olacaq. Bu səbəbdən dövrlərindən çox yüksəkdə duran insanların ona ümumiyyətlə, heç bir təsirləri olmayıb. Həmin adamlar ondan çox uzaq olublar. Ona görə, sivilizasiyalarının bütün üstünlüklərinə baxmayaraq, avropalıların Şərq xalqlarına təsiri belə zəifdir; onlar bu xalqlardan çox fərqlənirlər…

Keçmişin və qarşılıqlı təqlidin ikili təsiri nəhayətdə eyni ölkənin və eyni dövrün adamlarında elə oxşarlıqlar yaradır ki, hətta təsir altına daha az düşmə ehtimalı olan filosoflar, elm xadimləri, ədəbiyyatçılar belə, bütün hallarda öz düşüncələri və üslubları ilə elə bir ailə bənzərliyi qazanırlar ki, həmin əlamətlərdən onların mənsub olduqları dövrü dərhal təyin etmək olur. Hər hansı bir insanla qısa söhbət kifayət edir ki, onun nələr oxuduğu, adi məşğuliyyətinin nə olduğu və hansı mühitdə yaşaması barədə tam anlayışın olsun”.

Yoluxma o dərəcədə qüvvətlidir ki, o, fərdlərə yalnız məlum fikirləri deyil, həm də məlum hisləri təlqin edə bilir. Məhz həmin yoluxmanın təsiri altında məlum dövrdə nifrət doğuran məlum əsərlər, məsələn, “Tangeyzer” onu ələ salıb gülürdülər, bir neçə ildən sonra eyni adamlar tərəfindən, heyranlıqla qarşılanmışdı.

Fikir və inanc mühakimə vasitəsilə deyil, məhz yoluxma yolu ilə yayılır və bütün dövrlərdə izdihamın inamı, həmin dəqiq mexanizm vasitəsilə yaranırdı: müddəa, təkrar, yoluxma. Renan tamamilə haqlı olaraq xristianlığın əsasını qoyanları “öz ideyalarını meyxanalarda yayan fəhlə sosialistlərlə” müqayisə edirdi. Xristian dinindən söz açan Volter də həmçinin demişdi ki, “yüz ildən də çox zaman ərzində xristianlığın ardıcılları yalnız ən mənhus qaragüruhçular olmuşlar”.

Nümunə gətirdiyim oxşar mövzularda, artıq burada qeyd etmişəm, aydın izləmək olur ki, yoluxma başlanğıcda yalnız xalq təbəqələrinə, sonra isə tədricən cəmiyyətin ali təbəqələrinə necə sirayət edir; biz buna müasir sosializm doktrinalarında əmin ola bilərik, hazırkı zamanda onlarla təntənəsinin ilk qurbanları olmağa məhkum edilmişlər maraqlanırlar. Yoluxma o dərəcədə güclü və əzəmətlidir ki, istənilən şəxsi maraq onun qarşısında geri çəkilir.

Bax, ona görə populyarlıq qazanmış hər cür fikir, baxmayaraq ki, cəfəngliyi açıq- aşkardır, sonda elə bir qüvvəyə çevrilir ki, ən ali sosial təbəqələrə nüfuz edir və hökmran mövqeyə yüksəlir. Bu fenomen, aşağı sosial təbəqələrin ali təbəqələrlə bağlı maraqlı reaksiyası ilə yadda qalır, belə ki, kütlənin bütün inancları törədiyi mühitdə heç bir təsirə malik olmayan hansısa ali ideyadan qaynaqlanır.

Bu ideyaların təsiri altına düşən rəhbərlər onları mənimsəyir, təhrif edir, sekta yaradırlar, o da öz növbəsində saxtalaşdırır və sonra da onu izdihamın dərinliyində yayıb daha da korlayır. Nəhayət, xalq həqiqətinə çevrildikdən sonra həmin ideya, bəzi formalarda yenidən özünün başlanğıc mənbəyinə qayıdır və həmin vaxt artıq millətin ən ali təbəqələrinə təsir göstərə bilirlər. Və sonda biz görürük ki, bütün hallarda dünyanı zəka idarə edir.

Hər hansı bir ideyanın yaradıcısı olan filosoflar çoxdan dünyalarını dəyişiblər və külə çevriliblər, amma təsvir etdiyim mexanizm sayəsində, onların fikirləri bütün hallarda sonda təntənə çalır.

3.CAZİBƏ

Müddəalar yolu ilə yayılan ideyalar, təkrar və yoluxma, öz gücünə görə başlıca olaraq sirli qüvvəyə borcludurlar, hansı ki, nəticədə ovsuna malik olurlar.

Dünyanı özünə tabe edən ideyalar və insanlar, əsasən cazibə adlandırılan qarşısıalınmaz qüvvənin sayəsində onların üzərində hökmranlıq edə biliblər. Hamımız həmin sözün əhəmiyyətini başa düşürük, lakin çox vaxt elə müxtəlif mənalarda işlədilir ki, onu izah etmək elə də asan olmur. Cazibə əks hislərdən də, məs, heyranlıq və qorxu, ibarət ola bilər. Cazibənin təməlinə həqiqətən, çox vaxt məhz, həmin hislər yerləşir, ancaq o, bəzən onlarsız da mövcud olur.

Daha böyük cazibədarlığa, məsələn, mərhumlar malikdilər, nəticə etibarilə – o varlıqlar ki, bizlər qorxmuruq: İsgəndər, Sezar, Məhəmməd peyğəmbər, Budda. Digər tərəfdən, elə obyektlər və uydurmalar da var ki, bizdə heç bir heyranlıq doğurmur, məsələn, Hindistanın yeraltı məbədlərindəki qorxunc səcdəgahlar, amma böyük cazibəyə malik olurlar. Əslində, cazibə – hər hansı bir ideya və yaxud işin fərdin ağlı üzərində bir növ hökmranlığıdır.

Bu hökmranlıq fərdin bütün tənqidi qabiliyyətlərini iflic edir və onun qəlbini heyrət və ehtiramla doldurur. Zahir olan hiss də, bütün hislər kimi izaholunmazdır, lakin çox güman ki, o da subyekti ovsunlayan cazibənin mənsub olduğu qəbildəndir. Cazibə hər cür hökmranlığın ən əzəmətli səbəbini təşkil edir; tanrılar, krallar və qadınlar, onsuz heç vaxt hökmranlıq edə bilməzdilər.

Amma cazibənin müxtəlif növlərini iki başlıca kateqoriyaya ayırmaq olar: qazanılmış və şəxsi cazibəyə. Qazanılmış cazibə – hansı ki, ad, sərvət, şöhrətlə ortaya çıxır; onun şəxsi cazibədən heç bir asılılığı yoxdur. Şəxsi cazibə isə daha fərdi xarakter daşıyır və ad, şöhrət və sərvətlə eyni zamanda mövcud ola bilir, lakin onlar olmadan da keçinə bilər.

Qazanılmış və ya süni cazibə daha geniş yayılıb. Yalnız bir faktın, hər hansı bir fərdin məlum sosial vəziyyəti, məlum sərvəti və titulları, onun şəxsi nüfuzu lap aşağı olsa belə, çox vaxt həmin şəxsə cazibədarlıq vermək üçün yetərli olur. Hərbiçi rəsmi geyimdə, hakim mantiyada həmişə cazibədarlıq qazanırlar.

Paskal tamamilə haqlı olaraq, hakimlərə mantiya geydirib və parik taxdırmağın zəruriliyini qeyd edib. Bunlarsız, onlar nüfuzlarının dördə üçündən məhrum olardılar. Ən sərt sosialist belə, şahzadə və ya markizin önündə az da olsa özünü itirir; ən uzaqgörən tacir belə, özünə bu cür titul mənimsəyəndən sonra çox asanlıqla bayıla bilər.

Titulların, orden və geyimlərin izdihama təsirinə, bütün ölkələrdə rast gəlinir, hətta şəxsi azadlıq hissinin ən çox inkişaf etdiyi yerlərdə. Bu xüsusa aid səyahətçilərdən birinin təzə kitabından bir hissəni nümunə gətirim, orada İngiltərədəki bəzi şəxsiyyətlərin cazibəsindən söz açılır:

“Hətta ən ehtiyatlı ingilislərin belə İngiltərənin hər hansı peri ilə qarşılaşarkən və ünsiyyətdə olarkən necə ovsunlandıqlarının dəfələrlə şahidi olmuşam. Onlar həmin şəxsi əvvəldən sevirlər, əsas budur ki, onun sərvəti ilə nüfuzu uyğun gəlsin və belədə hamı onların önündə heyran qalır. Bu şəxs onlara yaxınlaşanda və ya söhbət edəndə, məmnunluqdan onların üzləri qızarır; gözlərdəki qeyri-adi parıltı onların təmkinli sevinclərindən xəbər verir.

Əgər belə demək mümkünsə, “lord onların qanındadır”, məsələn, ispan haqqında, rəqs onların qanındadır, alman haqqında – musiqi onların qanındadır və fransız haqqında – inqilab onların qanındadır, bizlər adətən belə deyirik. Onların atlara və Şekspirə düşkünlüyü daha azdır və bundan daha az zövq alırlar. Perlər haqqında kitab geniş satışa malik olur və həmin kitabı ən uzaq yerlərdə belə hamıda tapmaq olur, lap İncil kimi”.

Mən burada yalnız adamların malik olduqları cazibəyə toxunuram. Amma fikirlərin, ədəbi və bədii əsərlərin və sair cazibəsini də onunla yanaşı qoymaq olar. Sonuncu haldakı cazibə daha çox gücləndirilmiş təkrarın nəticəsidir. Tarix, xüsusilə də ədəbiyyat və incəsənət tarixi, özlüyündə eyni mülahizələrin təkrarından başqa bir şey deyil, bununla razılaşmamağa kimsə cürət edə bilmir və nəhayətdə, hamı onları məktəbdə öyrəndikləri kimi təkrar edir. Adlar və şeylər var ki, onlara toxunmağa heç kim cəsarət etmir.

Müasir oxucu üçün məs, Homeri oxumaq, əlbəttə ki, ağır, dəfedilməz darıxdırıcılıq bahasına başa gəlir, lakin kim bunu etiraf etməyə cəsarət edə bilər ki? Parfenon müasir görünüşü ilə hər cür maraqdan məhrum bədbəxt xarabalığı xatırladır, amma bu viranəlik cazibədarlığa malikdir, çünki o, bizə məhz göründüyü kimi yox, tarixi xatirələrin bütün məziyyətlərinin müşayiəti ilə təsəvvür olunur. Cazibənin başlıca xüsusiyyəti, məhz ondadır ki, o, obyektləri olduğu kimi görməyə imkan vermir və istənilən mühakiməni iflic edir.

Kütlə həmişə, fərdlər isə əksər vaxtlarda bütün əşyalara dair hazır fikirlərə ehtiyac duyurlar. Bu fikirlərin uğuru, onlar daşıdığı həqiqət və ya səhvin həmin hissəciklərindən, heç bir asılılığı yoxdur, yalnız cazibə dərəcəsindən asılı olur.

İndi mən şəxsi cazibədarlıqdan danışacağam. Bu növ cazibə, süni və ya qazanılmış cazibədarlıqdan tamamilə fərqlənir və nə tituldan, nə də hakimiyyətdən asılı olmur; bu, yalnız çox az-az şəxslərə nəsib olur və onların ətrafdakılara təsir göstərən hansısa ovsunlayıcı maqnetizmindən xəbər verir, baxmayaraq ki, aralarında sosial baxımdan bərabərlik mövcuddur və öz hökmranlıqlarını təsdiq etmək üçün hər hansı bir qeyri-adi vasitələrə malik deyillər.

Ətrafda olanlara öz ideyalarını, hislərini təlqin edirlər və onlar da həmin şəxslərə tabe olurlar, lap vəhşi heyvanlar öz təlimçilərinə ram olan kimi, baxmayaraq ki, həmin yırtıcılar çox asanlıqla onları parçalaya bilərdilər.

Kütlənin böyük rəhbərləri: Budda, Məhəmməd peyğəmbər, Janna d`Ark, Napoleon məhz cazibədarlığın ən ali, ovsunlayıcı dərəcəsinə sahib idilər və onun sayəsində kütləni özlərinə tabe edə bilirdilər. Tanrılar, qəhrəmanlar və ehkamlar təlqin olunurlar, amma etiraz doğurmurlar; müzakirəyə çıxarılan anda onlar yox olurlar.

İndicə söz açdığım cazibə qüvvəsinin böyük insanlara ovsunlayıcı təsirləri olmasaydı, onlar bu cür məşhurluq qazanmazdılar. Əlbəttə, öz şöhrətinin zirvəsində olan Napoleon öz əzəməti sayəsində böyük cazibəyə malik idi, amma bütün hallarda həmin cazibədarlıq heç bir hakimiyyətə malik olmadığı və tamamilə naməlum olduğu çağlarda onda mövcud idi. Himayə sayəsində o, İtaliyadakı orduya rəhbər təyin olunmuş və orada öz gənc silah yoldaşını həddən artıq könülsüz qəbul edən, bu təyinatdan narazı qalan, çox sərt köhnə döyüşçü-generalların dərnəyinə düşmüşdü.

Lakin ilk görüşdəcə, elə ilk dəqiqədə bir söz, hədə və ya jest olmadan, gələcəkdə məşhur olacaq bu insan, hamını fəth edə bilmişdi. Müasirlərinin xatirələrindən istifadə edən Ten həmin görüş haqqında aşağıdakı maraqlı hekayəni qələmə alıb:

“Qabaqcadan Parisdən göndərilmiş bambılıya qarşı etiraza köklənmiş diviziya generalları, o cümlədən köhnə cəngavər, kobud, lakin igid, öz hündür boyu və cəsarəti ilə həddən ziyadə fəxr edən, Ojero baş mənzilə təşrif buyurdular. Lap əvvəldən qəzəbli olan Ojero artıq özündə onun haqqında fikir formalaşdırmışdı və “Barrasın istəklisinə”, “Vandemeyrin generalına”, “küçə generalına” tabe olmağa hazırlaşmırdı.

Hamı onu ayıya bənzədirdi, çünki Napoleon həmişə özünü kənarda saxlayır və çox düşüncəli görünürdü, özü də bu balaca boylu general riyaziyyatçı və xəyalpərəst adını daşıyırdı. Onları təqdim etdilər. Amma Napoleon hamını özünü gözləməyə məcbur etdi. Nəhayət, o, kəmərli qılınc və şlyapasını geyərək onların qarşısına çıxan Napoleon generallara öz məramını izah etdi, əmrlərini verdikdən sonra onları azad buraxdı.

Ojero kiriyib qalmışdı və yalnız küçəyə çıxdıqdan sonra sanki ayıldı, dili açıldı və adət etdiyi qarğışları yağdırmağa başladı, Massena ilə birlikdə həm də bir məsələdə həmfikir oldu ki, bu balaca boylu general onlara qorxu hissi təlqin etmiş və hələ də qəti şəkildə anlaya bilmir ki, niyə ilk baxışdan onun hökmü qarşısında özünü bu cür sarsılmış vəziyyətdə hiss etdi”.

Məşhurlaşdıqdan sonra şöhrətinin təsiri altında Napoleonun cazibəsi daha da artdı. O zaman artıq onun cazibəsi hər hansı bir tanrının cazibəsinə ekvivalent idi. İnqilab cəngavəri, Ojerodan da kobud və enerjili general Vandamm 1815-ci ildə Tüilri sarayının pilləkənləri ilə qalxarkən marşal d`Ornana onun barəsində belə demişdi: “Əzizim, bu insanın cazibəsi mənə elə təsir edir ki, özümü itirirəm, hətta o dərəcədə ki, özümə hesabat belə verə bilmirəm, nə Allahdan, nə şeytandan qorxusu olmayan biri olan mən, ona yaxınlaşanda uşaq kimi əsirəm; o, məni iynənin gözündən keçirə və yenidən atəşə ata bilər”.

Napoleon ona yaxınlaşan hər bir kəsi eyni dəqiqliklə ovsunlaya bilirdi.

Öz cazibəsini sözün həqiqi mənasında dərk edirdi. Napoleon başa düşürdü ki, aralarında vaxtilə bütün Avropada vahimə yaradan məşhur Konvent üzvləri də olmaqla, əhatəsindəki mühüm şəxslərlə, mehtərlərlə olduğundan da pis davranmaqla, o, öz cazibəsini daha da artırır. Həmin zamanlara aid və özündə bu cür çoxlu əlamətdar faktlar daşıyan hekayətlər az deyil. Bir dəfə Napoleon dövlət şurasında Benyo ilə nadan və nökərlə olduğundan daha betər kobud davranmışdı.

Arzuladığı vəziyyəti yaradan Napoleon ona yaxınlaşırdı və belə söylədi: “Hə, nə oldu, axmaqların ən yekəsi, siz, nəhayət, öz başınızı tapa bildiniz?” Ucaboy Benyo, baş təbilçi təki çox aşağı əyildi və balaca boylu adam əlini qaldırıb, onun qulağından yapışdı, “məstedici lütfkarlıq mənə aydın idi, – Benyo yazırdı, – bu hökmdara aid rəhmli bir jest idi”.

Oxşar nümunələr cazibənin bəzi insanların qəlbində hansı dərəcəyədək təhqiramiz və bayağı vəziyyət doğurduğunu aydın göstərir, böyük müstəbidin özünü əhatə edən adamlara niyə bu dərəcədə nifrət bəslədiyini izah edir, hansı ki, o, həmin insanlara həqiqətən yalnız qırğına göndərilən əsgərlər təki baxırdı.

Öz sədaqəti və Mare Bonaparta olan sədaqəti haqqında söz açan Davu əlavə etmişdi: “Əgər imperator ikimizə də desəydi ki: “Siyasətimin maraqları Parisi dağıtmağı tələb edir və özü də elə etmək lazımdır ki, heç kim oradan qaçıb, canını qurtara bilməsin” – Mare isə heç şübhəsiz, həmin sirri qoruyub, saxlayardı, buna əminəm, lakin eyni zamanda özünü saxlaya bilməyib, ailəsini Parisdən çıxarmağa səy göstərər və beləliklə də sirri təhlükəyə salmış olardı. Mən isə həmin sirrin kimlərinsə bilməsindən qorxaraq, arvadımı və uşaqlarımı Parisdə saxlayardım”.

Onun Elba adasından heyrətamiz qaçışı və Fransa üzərində təkbaşına qələbə çalmasını, hansı ki, bu böyük ölkənin istibdaddan yorulmuş və təşkil olunmuş bütün gücləri ona qarşı çıxırdı, Napoleonun qeyri-adi qabiliyyətindən qaynaqlanan məhz həmin cazibəsi ilə izah etmək mümkündür. Onu həbs etmək üçün göndərilən və buna etməyə and içən generallar, onun bir baxışına tuş gələn andan dərhal ovsunlayıcı təsirinə tabe olmuşdular.

“Napoleon, – ingilis generalı Uolsli yazırdı, – Fransaya kiçik Elba adasından demək olar ki, qaçaq olaraq təkbaşına çıxa bilmişdi və bir neçə həftə ərzində heç bir qan tökmədən Fransadakı bütün hakimiyyət təşkilatlarını, başda qanuni kral olmaqla, devirmək ona müyəssər olmuşdu. Bir insanın timsalında şəxsi üstünlüyün bu dərəcədə bariz təzahür etdiyi ikinci bir hadisə mövcuddurmu? Bu son kompaniyadan onun müttəfiqlər üzərində hansı gücə malik olduğu aydın görünürdü, Napoleon – qarşısındakıları tamamilə darmadağın etmək üçün onları öz təşəbbüsünün ardınca getməyə məcbur edirdi”.

Onun cazibəsi hətta özünün yoxluğunda belə, öz gücünü saxlamaqda davam edirdi.

Məhz bu cazibə sayəsində onun adsız-sansız qardaşı oğlu imperator ola bilmişdi. Haqqında olan əfsanənin yüksəlişini müşahidə etməklə, onun böyük kölgəsinin hələ də nə qədər əzəmətli olmasına əmin ola bilirik. İnsanlarla necə istəyirsən rəftar et, milyonlarla adamı məhv elə, işğal dalınca işğal et, əgər istənilən səviyyədə cazibəyə maliksənsə və həmin ovsunlayıcı cazibəni qoruyub saxlamaq üçün bacarığın varsa, etdiklərinizin hamısını sizə bağışlayacaqlar.

Böyük dinlərin, doktrinaların, imperiyaların necə təşəkkül tapması bizə aydın olsun deyə, məhz, həmin vəziyyət baxımından, mən burada cazibəni məhz həmin vəziyyət baxımından, tamamilə müstəsna hal kimi nümunə gətirdim. Əgər cazibənin əzəmətli ovsunlayıcı gücünü diqqətə almasaq, onda bütün bunların genezisi bizə aydın olmayacaq.

Amma cazibə təkcə şəxsi üstünlük, hərbi şöhrət və ya din qorxusuna əsaslanmır. O, daha təvazökar şeylərdən də təşəkkül tapa bilər, amma bütün hallarda müstəsna əhəmiyyətə malik olur. Əsrimiz bu cür nümunələrdən bizlərə çox göstərib. Onlardan ən heyrətamizi, iki qitəni ayırmaqla yer kürəsinin şəklini və xalqların kommersiya əlaqələrini dəyişdirən məşhur insanla (Lesseps) bağlı hadisədir.

O, öz müəssisəsində bu uğurlara təkcə əzəmətli iradəsi sayəsində yox, həm də ətrafındakı adamlara cazibəsi ilə təsir etməklə imza ata bilmişdi. Ümumi inamsızlığa qalib gəlmək üçün onun təkcə orada görünməsi yetərli oldu. Bir neçə dəqiqə danışdı və cazibəsi sayəsində bütün rəqibləri, çox tez zamanda onun müttəfiqlərinə çevrildilər. Xüsusilə, ingilislər onun layihəsinə qarşı daha çox etiraz edirdilər, amma Lessepsin İngiltərədə görünməyi bəs etdi ki, hamı onun tərəfinə keçsin. Bir qədər sonra, Sauthemptondan keçərkən onun şərəfinə kilsə zəngləri çalınırdı, indi isə İngiltərədə onun şərəfinə heykəl ucaltmaq istəyirlər.

“Hər şeyə – adamlara, bataqlığa, qayalara və qumlara qalib gəlmişdi”, o, artıq maneələrə inanmırdı və Panamada Süveyş kanalının çəkilişini bərpa etməyi düşünürdü. O, eyni vasitələrlə işə başladı, lakin qocalıq da gəlib qapını kəsdirmişdi; bundan əlavə, dağları öz yerindən edən inam, onlar yalnız elə də çox hündür olmadıqları vaxt oynada bilir. Amma dağlar davam gətirə bildi və bu səbəbdən ortaya çıxan fəlakət həmin qəhrəmanı əhatə edən parlaq şöhrət haləsini məhv etdi.

Onun həyatı cazibənin necə yaranışı və necə yox olmasını hər şeydən yaxşı göstərir. Tarixdəki ən məşhur qəhrəmanlara bərabər əzəmətə yüksələn Lesseps, sıralarında ən mənhus cinayətkarların da yer aldığı, ölkəsinin ən adi hakimləri tərəfindən rədd edilmişdi. Onun ölümünə kütlə çox biganə qaldı və yalnız əcnəbi dövlət başçıları tarixin ən görkəmli insanlarından birinin xatirəsini yad etməyi özlərinə borc bildilər.

Xarici qəzetlərdən biri, yəni “Neue Freie Presse”, Lessepsin taleyi ilə bağlı düzgün psixoloji qeydlər çap etmişdi, hansı ki, mən indi burada sitat gətirəcəyəm:

“Ferdinand Lessepsin mühakiməsindən sonra Xristofor Kolumbun acı taleyinə artıq təəccüblənə bilmirsən. Əgər Ferdinand Lessepsi fırıldaqçı hesab etsək, onda hər cür nəcib xəyalları cinayət kimi tanımaq lazımdır. Qədim dünya Lessepsin şərəfinə abidələr ucaldar, onu şöhrətin zirvəsinə yüksəldərdi, çünki o, yer səthini dəyişdirmiş və onu təkmilləşdirən işi həyata keçirmişdi.

Ferdinand Lessepsə hökm çıxarmış məhkəmə sədri, bu hökmü ilə özünə ölməzlik qazandırmışdı, belə ki, öz əsrini alçaltmaqdan qorxmayan, həyatı müasirləri üçün şöhrət timsalı olan bir şəxsə sürgün paltarı geyindirən bir şəxsin adını, xalqlar həmişə xəbər alacaqdılar… Qoy bundan sonra, hər cür möhtəşəm və cəsarətli işlərə qarşı bürokratik nifrət tüğyan edən yerlərdə, ədalət mühakiməsinin hökm sürməsindən bir daha bizə söz açmasınlar.

Millətlərin özlərinə inanan və öz şəxsi məsələlərini diqqətdən kənarda qoyub, bütün maneələri aşa bilən bu cür cəsarətli insanlara ehtiyacları var. Dahi ehtiyatlı ola bilməz; ehtiyatlılığı rəhbər tutmaqla, o, heç vaxt insan fəaliyyətinin dairəsini genişləndirə bilməzdi.

… Ferdinand Lesseps həm uğurun başgicəlləndirici şöhrətini, həm də məyusluğun acısını yaşamışdı – bu, Süveyş və Panama kanalları ilə bağlı idi. Qəlb bu mənəvi uğura qarşı üsyana qalxır. İki dənizi birləşdirmək nəsib olduqdan sonra hökmdarlar və millətlər onu hər cür şöhrət çələnginə layiq bildilər, lakin Kordilyer qayalıqları ilə bacarmayıb, məğlub olduqdan dərhal sonra Lesseps sıradan bir fırıldaqçı kimi qəbul edildi…

Burada digərləri üzərində öz zəkasına görə yüksələn bir şəxsdən, cinayət məcəlləsi vasitəsilə qisas almaq üçün cəmiyyətin sinifləri arasında mübarizə başlayır, bürokratlar və məmurların narazılığı ortaya çıxır… Müasir qanunvericilər insan dühasının bu cür məşhur ideyalarına müdaxilə edirlər; camaat isə belə işləri hələ az dərk etdiyindən, hər hansı bir baş müvəkkilə Stenlinin – qatil, Lessepsin isə – fırıldaqçı olduğunu sübut etmək, elə də çətinlik törətmir”.

Gətirdiyimiz bütün bu fərqli nümunələr, cazibənin ən ifrat formalarına aiddir. Bunların hamısını psixoloji təfərrüatları ilə yaratmaq üçün bizə həmin formaları dinlər və dövlətlərin banilərindən başlayaraq, qonşusunu öz yeni kostyumu və yaxud ordenlərinin parıltısı ilə məftun etməyə səy göstərən hər hansı bir subyektə doğru enməklə həyata keçirmək olar.

Bu sıralamanın hər iki sonluğunun arasına sivilizasiyaların müxtəlif elementlərindən təşkil olunmuş cazibələrin bütün formalarını yerləşdirmək olar: elmdə, incəsənətdə, ədəbiyyatda və sair, onda görəcəyik ki, cazibə hər cür inamın əsas elementlərini təşkil edir. Dərk edilərəkdən və ya yox, amma cazibəsi olan insan, ideya və ya şey, həmin andaca yoluxma yolu ilə yamsılama yaradır və bütöv bir nəslə məlum hissetmə və öz fikirlərini izharetmə üsulunu təqlid edir. Yamsılama çox vaxt qeyri-iradi olur və məhz, bu da onun təkmilliyinə səbəb olur.

Öz əsərlərini solğun rənglərlə çəkən müasir rəssamlar və donub qalmış pozalardan istifadə edən bəzi primitiv rəsm yaradanlar, əlbəttə, belə şövqün onlarda haradan baş qaldırdığını belə bilmirlər. Onlar öz səmimiyyətlərinə inanırlar, bununla yanaşı, əgər məşhur rəssamlardan hər hansı biri incəsənətin bu formasına müraciət edib, onu bir növ dirçəltməsəydi, bizlər yenə də həmin incəsənətin yalnız sadə tərəflərini və daha aşağı səviyyəsini görməkdə davam edəcəkdik.

Elə həmin rəssamlar, digər bir məşhur ustadan nümunə götürərək öz rəsmlərini bənövşəyi çalarlarda işləyir, heç təbiətən bənövşəyi rəngin əlli il öncə daha çox işlədilməsinin fərqinə belə varmırlar, lakin bir rəssamın şəxsi və xüsusi təəssüratları o dərəcədə təsir göstərib ki, onlar həmin təlqinə tabe olublar, özü də qəribəliklərinə baxmayaraq, həmin rəssamın cazibəsinə düşüblər. Sivilizasiyanın bütün elementlərində buna bənzər çoxlu nümunələr tapmaq mümkündür.

Bütün yuxarıda deyilənlərdən biz görürük ki, cazibənin mənşəyində çoxlu sayda amillər iştirak edir və onların başında həmişə uğur dayanır. Uğura imza atan hər bir insan, şüurları fəth edən hər bir ideya, belə bir təməl üzərində artıq müzakirəsiz qəbul edilənlər sırasına daxil olur. Uğur yoxa çıxan kimi, cazibənin də onunla eyni zamanda yox olması, onun cazibənin başlıca əsaslarından birini təşkil etməsinin sübutudur. Bu gün izdihamın əllərdə daşıdığı qəhrəman, ertəsi gün, əgər uğursuzluğa düçar olubsa, onun tərəfindən gülüş hədəfinə çevrilə bilər. Buna qarşı cazibəyə olandan daha güclü reaksiya büruzə verilir.

Kütlə həmin anda dünənin qəhrəmanını özünə bərabər səviyyədə görür və vaxtilə üstün bilib, qarşısında baş əydiyi insanı, indi isə qəbul edə bilmədiyinə görə, ondan qisas almaq istəyir. Vaxtilə Robespyer öz yoldaşlarını və müasirlərindən bir çoxunu edam etdirməyə göndərəndə, o, ovsunlayıcı cazibəyə malik idi. Lakin bir neçə səs kifayət etdi ki, hakimiyyətdən uzaqlaşdırılsın və həmin anda, dərhal o, cazibəsindən də məhrum oldu və kütlə onu da başqa qurbanları təki eyni qarğış və nifrin sədaları altında edam üçün gilyotinin bıçağı altına yola saldı. İman gətirənlər vaxtilə itaət etdikləri tanrıları həmişə xüsusi amansızlıqla qırıb-dağıdırlar.

Uğursuzluğun təsiri altında cazibə dərhal yoxa çıxır. O, tənəzzülə də uğraya bilər və nəticə etibarilə, müzakirə predmetinə də çevrilə bilər, amma bu, tədricən baş verən prosesdir. Lakin cazibənin məhz bu üsulla dağılması, daha kəsərli olur. Barəsində müzakirələr açılan cazibə, artıq cazibədarlıqdan çıxmış sayılır. Öz ovsunlayıcı cazibədarlıqlarını uzun müddət qoruyub saxlaya bilən tanrılar və insanlar, müzakirələri yaxına belə buraxmayıblar. Kütlədə heyranlıq doğurmaq üçün, həmişə onu özündən müəyyən məsafədə saxlamalısan.

IV fəsil
KÜTLƏNİN DÜŞÜNCƏ VƏ İNANCLARININ QƏRARSIZLIĞININ SƏRHƏDLƏRİ

1.Daimi inanclar. – Bəzi ümumi inancların dəyişməzliyi. Onlar sivilizasiyaların bələdçiləridir. – Onların aradan qaldırılmasının çətinliyi. – Ləyaqət hansı münasibətdə dözümsüzlük təşkil edir. – Hər hansı bir inancın fəlsəfi baxımdan cəfəngliyi, onun genişlənməsinə mane olmur.

2.Kütlənin səbatsız fikirləri. – Fikirlərin ümumi inanclardan qaynaqlanmayan fövqəladə qərarsızlığı. – İdeya və inancların zahiri dəyişiklikləri. Bu dəyişikliklərin həqiqi sərhədləri. – Ümumi inancların yoxa çıxmasını və çapda ifrat genişlənməsini, günümüzdə fikirlərin qeyri-adi mütəhərrikliyi şərtləndirir. – Kütlədə indifferentizmə meyillənmə müşahidə olunur. – Hökumətlərin kütlənin fikirlərini idarə etməklə bağlı gücsüzlüyü. – Fikirlərin dağınıqlığı, hazırda onların hökmranlığına mane olur.

1.DAİMİ İNANCLAR

Canlıların anatomik və psixoloji xüsusiyyətləri arasında yaxın paralellik var. Anatomik xüsusiyyətlər arasında elə elementlərə rast gəlirik ki, onlar dəyişilməzdilər və ya onlarda dəyişikliklər o dərəcədə ləng baş verir ki, bu dəyişikliklərin getməsi üçün bütöv geoloji dövrlər lazım gəlir.

Lakin daimi, dəyişilməyən xüsusiyyətlərlə yanaşı, mühitin və yaxud incəsənətin təsiri altında dəyişikliklərə məruz qalan, çox mütəhərrik olanları da var; məs, maldarlar və bağbanlar, həmin xüsusiyyətləri sərbəst şəkildə, dəyişdirə bilirlər, özü də bəzən o dərəcədə ki, əsas cizgilərini onlar diqqətsiz müşahidəçidən tamamilə gizlədə bilirlər. Əxlaqi əlamətlərdə də eyni hal müşahidə edilməkdədir. Hər hansı bir irqin dəyişilməz psixoloji elementləri ilə yanaşı, mütəhərrik və dəyişilən elementlərinə də rast gəlinir.
Bax, həmin səbəbdən hər hansı bir xalqın inanc və fikirlərini öyrənərkən, biz dərinlikdə, düşüncənin qat-qat yığıldığı çox möhkəm təmələ rast gəlirik, lap hərəkət edən və hər hansı bir qayanı örtən qum zərrəcikləri kimi.

İzdihamın fikir və inancları nəticə etibarilə, bir-birindən kəskin fərqlənən iki dərəcəyə bölünür. Birinciyə biz, bir çox əsrlər boyunca sabit qalan və bütün sivilizasiyanın əsaslandığı böyük, daimi inancları aid edirik; bunlara məsələn, xristianlığı, feodalizmi, islahatları, müasir dövrdə isə millətçilik prinsipi, demokratiya və sosial ideyalar; ikinciyə isə daha çox ümumi anlayışlardan qaynaqlanan, müvəqqəti və dəyişkən fikirlər aiddir ki hər bir dövr ilə eyni zamanda doğulur və yox olurlar – bunlar, məsələn, məlum dövrlərdə incəsənət və ədəbiyyatı idarə edən nəzəriyyələr, hansılar ki, romantizmi, naturalizmi, mistikliyi və s. doğurublar.

Həmin nəzəriyyələrin böyük əksəriyyəti, dəbdə olduğu kimi dəyişikliklərə məruz qalırlar, hər hansı bir gölün səthində aramsız, gah yaranan, gah da yox olan kiçik dalğaları xatırladırlar.

Ümumi böyük inancların sayı çox azdır. Bu inancların doğuşu və yox olması, hər bir tarixi irqin tarixinin kulminasiya nöqtəsini təşkil edir və hər bir sivilizasiyanın əsil gövdəsini əmələ gətirir.

Kütləyə hər hansı bir keçici fikri təlqin etmək elə də çətin deyil, amma inancı onun qəlbində möhkəmləndirmək çox çətindir, möhkəmləndikdən sonra onu oradan çıxarmaq da asan deyil. Bu cür dayanıqlılıq qazanmış inanclar hər şeydən öncə, ancaq coşqun inqilabların köməyi ilə dəyişdirilə bilir, özü də bunu yalnız inanclar qəlblər üzərində öz hökmlərini tamamilə itirdiyi zaman etmək mümkündür.

İnqilab isə bildiyimiz kimi, yerindən tamamilə laxladılan, ancaq vərdişlər sayəsində ayaqda qalanları, öz yolundan süpürüb atır; ona görə də başlayan inqilab həmişə hər hansı bir inancın sonunu gətirməsini ifadə edir. Hansısa böyük inancın ölüm möhürü ilə qeyd olunduğu günü dərk etmək çətinlik törətmir. Bu, onun müzakirəyə çıxarıldığı zaman baş verir, belə ki, hər cür ümumi inanc özlüyündə fiksiyadır və yalnız o şəraitdə mövcud olur ki, tədqiqat obyektinə çevrilməsin.

Lakin əgər hər hansı bir inanc hətta sarsıdılmışsa belə, bütün hallarda ona əsaslanan təsisatlar, hələ uzun zaman öz gücünü qoruyub saxlayır və yalnız tədricən onu itirir. Tamamilə çökdüyü zaman isə onun dəstəklədiyi hər bir şey, ardınca yerlə-yeksan olur.

Xalq öz inancını yalnız öz sivilizasiyasının bütün elementləri tamamilə dəyişilən şəraitdə dəyişə bilir və həmin dəyişikliklər, hər hansı yeni bir ümumi inanc formalaşana qədər o dəyişikliklər getməkdə davam edəcək; bu baş verməyənə qədər, xalq məcburən anarxiya vəziyyətində qalacaq. Ümumi inanclar sivilizasiyanın dəstəklənməsi üçün vacibdir, belə ki, onlar ideyalara məlum istiqaməti verirlər və yalnız təkcə onlar etimad təlqin edə və borc yarada bilərlər.

Xalqlar ümumi inancların qazanılmasının faydalılığını həmişə dərk ediblər, instinktiv olaraq başa düşüblər ki, həmin inancların yox olması onlar üçün tənəzzülün başlanğıc saatıdır. Romaya fanatikcəsinə pərəstiş romalılar üçün məhz belə inanc idi, bu inanc onları dünyanın hakiminə çevirmişdi və həmin inanc yox olan kimi, Roma da tənəzzülə uğradı.

Roma sivilizasiyasını məhv edən barbarlar isə yalnız həmin dövrdə müəyyən qədər birliyə nail ola və özlərinə bəzi ümumi inanclar mənimsəyə bildilər və bu da onları həmin vaxta qədər düşdükləri anarxiyadan çıxara bildi.

Beləliklə, xalqlar öz inanclarını belə qızğınlıqla nahaqdan müdafiə etmirlərmiş. Fəlsəfi nöqteyi-nəzərdən mühakiməyə layiq olan bu cür dözümsüzlük, xalqların həyatının ləyaqətli labüdlüklərindən biridir. Ümumi inancların əsası və ya dəstəklənməsi üçün orta əsrlərdə çoxlu sayda tonqallar qalanıb və həmin tonqalların alovlarında o qədər ixtiraçılar və ya novatorlar məhv ediliblər ki.

Həmin inancların müdafiəsi üçün dünya neçə dəfələrlə fəlakətlərə məruz qalıb, neçə milyonlarla insan sümükləri döyüş çöllərində qalıb və çox güman ki, gələcəkdə də belə olacaq!

Ümumi inancları tətbiq etmək çox çətindir, lakin tətbiq olunduqdan sonra, onun gücü uzun zaman dəfedilməz olur və fəlsəfi əsasları nə qədər yanlış olsa belə, bütün hallarda ən zəkalı ağıllar ona tabe olur. Məgər, Avropa xalqları az qala on beş əsr ərzində həmin dini əfsanələri danılmaz həqiqət hesab etmirdilərmi, hansılar ki, ən yaxın tədqiqat zamanı belə, Molox haqqında əfsanə təki barbarlığı ortaya çıxır.

Belə bir əfsanənin dəhşətli mənasızlığını uzun əsrlər sezə bilməmişdilər və hətta Qaliley, Nyuton və Leybnits kimi dahilər belə, bir dəqiqə də olsun ona etiraz etməyi yaxına qoymamışdılar. Ümumqəbul olunmuş inancların hipnozetmə təsirini bundan yaxşı sübut edən başqa bir fakt ola bilməz, lakin eyni zamanda, heç nə də insan ağlına diktə edən alçaldıcı sərhədləri bu qədər aydın göstərə bilməz!

Hər hansı bir yeni ehkam kütlənin ruhuna hakim kəsilən kimi, dərhal onun bütün təsisatlarının, incəsənətinin və onun davranışlarının ilhamvericisinə çevrilir. Onun qəlblər üzərində hökmü mütləqdir. İnsanlar uzun zaman yalnız onun həyata keçməsini arzulayırlar, qanunvericilər onun həyatda tətbiqi üçün çalışırlar, filosoflar, artistlər və ədiblər müxtəlif formalarda canlandırmaqla, onun izahı ilə məşğul olurlar.

Əsas inancdan, əlbəttə ki, keçici, ikinci dərəcəli ideyalar da doğa bilər, lakin onlar həmişə özlərində əmələ gəldikləri inancın nişanəsini daşıyırlar; Misir sivilizasiyası, Avropa sivilizasiyası və ərəblərin müsəlman sivilizasiyası – onların hamısı azsaylı dini inanclardan təşəkkül tapıblar, həmin sivilizasiyaların ən kiçik elementlərinə öz nişanələrini qoyublar, bunun nəticəsində başlıca inancı ilk baxışdan dərk etmək olur.

Beləliklə, ümumi inanclar sayəsində hər bir dövrün insanları ənənələr, fikirlər və vərdişlər şəbəkəsi ilə əhatə olunublar, onların əsarətindən qurtulmaq imkanında deyillər və onların qarşılıqlı oxşarlıqlarını təşkil edirlər. Bu inanclar, həmçinin onlardan törəyən ənənələr adamları idarə edirlər, bizim mövcud olmamızın bütün, ən xırda hərəkətlərini belə, o dərəcədə idarə edirlər ki, hətta ən müstəqil ağıl sahibləri belə, onların hökmündən qətiyyən azad ola bilmirlər. Həqiqi tiranlıq yalnız belə olur, qəlblərə qeyri-iradi təsir göstərir, belə ki, onunla mübarizə aparmaq mümkün deyil.

Tiberi, Çingiz xan, Budda, Məhəmməd peyğəmbər və Lüter, heç şübhəsiz, təhlükəli tiran olmuşlar, lakin Musa, Budda, Məhəmməd və Lüter öz məzarlarının dərinliklərindən hələ də ruhlar üzərində daha güclü hökmranlıq etməkdədirlər. Sui- qəsd, tiranı devirə bilər, amma o, hər hansı bir möhkəm dayanıqlığa malik inanca qarşı nə edə bilər ki? Katolisizmə qarşı aparılan qızğın mübarizə, hətta xalq kütlələrinin hiss ediləcək rəğbətinə və bütün məhvetmə üsullarına baxmayaraq, inkvizisiya dövründəki qədər amansız idi, məğlub olan isə yenə də böyük inqilab oldu.

Bəşəriyyətin indiyədək tanıdığı yeganə, əsl tiranlar, həmişə elə bəşəriyyətin özü tərəfindən yaradılan ölülərin və ya illüziyaların kölgəsi olublar. Fəlsəfi nöqteyi- nəzərdən, əksər ümumi inancların mənasızlığı, heç vaxt onların təntənə çalmasına mane ola bilməyiblər. Hətta bundan da artıq: əgər inanclara hər hansı sirli bir mənasızlıq da qoşularsa, belə şəraitdə bu, daha təntənəli alınır; belə ki, görünən mənasızlıq bəzi müasir inanclarda onların kütlənin qəlbini fəth etməsinə mane ola bilmir.

2.KÜTLƏNİN QƏRARSIZ FİKİRLƏRİ

Sabitlik qazanmış inancların üzərində, hansı ki, barəsində indi söhbət getdi, daim törəyən və yoxa çıxan fikir, ideya və düşüncələrdən ibarət səthi lay yerləşir. Bəziləri yalnız bir gün davam gətirə bilir, lakin hətta az və ya çox ən mühüm olanları belə, bir nəslin həyatından artıq yaşamır.

Biz artıq demişik ki, dəyişikliklərə məruz qalan fikirlər, əhəmiyyətli olan xarakterdən bəzən daha çox səthiliyə malik olurlar və həmişə özlərində irqin xarakterinin izlərini daşıyırlar. Məsələn, yaşadığımız ölkənin siyasi təsisatlarının partiyalar baxımından bir-birinə ən zidd mövqedə durduqlarını qeyd etmişik: monarxistlər, radikallar, imperialistlər, sosialistlər və sar bütünlüklə irqimizin quruluşundan asılı olan, mahiyyətcə tamamilə eyni ideala malikdilər, belə ki, başqa irqdə bu ad altında tamamilə əks ideal nəzərdə tutulur. Fikirlərə verilən hər hansı bir ad, nə də onların həyatda yanlış tətbiqi, şeylərin mahiyyətini dəyişdirə bilmir.

Canına latın ədəbiyyatı hopan və baxışlarını Roma respublikasına dikən inqilab burjuaziyası, ondan qanunları, təbərzinləri gizlədən dəstə, çubuqları mənimsəmiş, yekun olaraq, təsisatlarını əxz etməyə və hər şeydə ondan nümunə götürməyə səy göstərirdi. Lakin qüdrətli tarixi təlqinin təsiri altında olmalarına baxmayaraq, onlar romalı ola bilmədilər. Nəticə etibarilə, filosofun rolu, zahirən dəyişmiş köhnə inanclardan salamat qalanları müəyyən etmək və hərəkətdə olan bu fikirlər axınında ümumi inanclar və kütlənin ruhuna aid olanları fərqləndirməkdən ibarətdir.

Bu cür fəlsəfi meyarlara malik olmadan, düşünmək olardı ki, kütlə öz dini və siyasi əqidəsini tez-tez, istədiyi vaxt dəyişdirir. Əslində, bütün siyasi, dini, bədii və ədəbi tarix belə olduğunu göstərir. Məs, elə tariximizin çox qısa, 1790-1820-ci illər arası dövrünü – yalnız bir nəsli əhatə edən otuzillik bir zamanı götürək. Biz görürük ki, kütlə əvvəlcə monarxiyaçı olub, sonra fövqəladə dərəcədə inqilabçıya çevrilir, ardınca imperializmə keçir və nəhayət yenidən monarxizmə qayıdır. Dində isə həmin vaxt kütlə katolisizmdən ateizmə, sonra deizmə keçir və sonda katolisizmin ən mübaliğəli formalarına dönür.

Amma bunu təkcə kütlə etmir, ona rəhbərlik edənlər də eyni şeyi təkrarlayır; təəccüblə görürük ki, kralların qatı düşmənləri olan və nə tanrıları, nə də hökmdarları qəbul edən həmin Konvent üzvləri, necə Napoleonun ən itaətkar nökərlərinə çevriliblər və XVIII Lüdovik zamanındakı mərasimlərdə mömincəsinə əllərində şam daşıyırlar.

Sonrakı yetmiş il ərzində kütlənin fikirlərində nə qədər dəyişikliklər baş verdi! “Hiyləgər Albion” əsrin əvvəlində, Napoleonun varisi dönəmində Fransanın müttəfiqinə çevrildi və iki dəfə bizim işğala məruz qalan və son uğursuzluğumuza sevinən Rusiya, qəflətən tərəfimizdən ən yaxşı dost kimi etiraf olunmağa başladı.

Ədəbiyyat, incəsənət və fəlsəfədə də bu cür dəyişikliklər daha sürətlə baş verir. Romantizm, naturalizm, mistisizm və s. ard-ardınca doğulur və məhv olurlar, dünənədək sevilən artist və yazıçı, bu gün bizdə yalnız dərin nifrət hissi doğurur.

Bizə dərin dəyişikliklər kimi görünən bütün bu təbəddülatları təhlil etsək, görəcəyik ki, bütün bunlar irqin ümumi inanc və hislərinə ziddir, yalnız müvəqqəti mövcuddur və müəyyən vaxtlarda istiqamətini dəyişdirən çay axını kimi yenidən köhnə məcrasına dönür. İrqin ümumi inancları və hislərilə heç bir bağlılığı və nəticə etibarilə, möhkəmliyi olmayan fikirlər, hər cür təsadüflərin hökmü altında olurlar, başqa sözlə, mühitdə baş verən ən cüzi dəyişikliklərdən asılıdırlar.

Təlqinin və yoluxmanın təsiri altında yaranan fikirlər, həmişə müvəqqəti xarakter daşıyır: onlar yaranır və yox olurlar, bəzən o qədər sürətlə ki, lap küləyin nəticəsində dəniz sahilində əmələ gələn qum təpələri kimi.

Günümüzdə kütlənin hərəkətdə olan fikirlərinin sayı hər vaxt olduğundan daha çoxdur və bu aşağıdakı üç səbəbdən irəli gəlir:

Birinci səbəb – öz hökmünü get-gedə daha çox itirən və kütlənin keçici fikirlərinə təsir edə və onları məlum istiqamətə yönəldə bilməyən köhnə inancların tədricən zəifləməsi. Ümumi inancların öz yerini, nə keçmişi, nə də gələcəyi olan çoxlu sayda şəxsi fikirlərə verməsi.

İkinci – bu, kütlənin getdikcə artan qüvvəsidir, özünə müqabil gücə daha az-az rast gəlir və nəticədə izdihamda müşahidə edilən ideyalar tamamilə azad şəkildə, heç bir maneəyə rast gəlmədən qeyri-adi hərəkətliliyə malik olurlar.

Üçüncü – bir-birinə ən zidd fikirləri yayan mətbuat və bir-birini sürətlə əvəz edən təlqinlər. Beləliklə, heç bir fikir sabitlik qazana bilmir zəruri olan qədər yayıla bilmədən və ümumi fikrə çevrilməyə imkan tapmamış, məhvə məhkum olur.

Bütün bu səbəblər dünya tarixində tamamilə yeni, həm də müasir dövr üçün ali dərəcədə xarakterik olan vəziyyət yaradıb – bu hökumətlərin kütlənin fikirlərini idarə etmək sahəsində acizliyidir.

Vaxtilə, elə də çox uzaq keçmişdə yox, hökumətlərin fəaliyyəti, bir neçə yazıçının və az sayda mətbu orqanın təsirləri, izdihamın fikirlərinin həqiqi tənzimləyicisi idilər. Hazırkı zamanda yazıçılar bütün təsirlərini itiriblər, jurnallar isə yalnız kütlənin fikirlərinin əks olunmasına xidmət edirlər. Dövlət adamlarına gəldikdə, kütlənin fikirlərini yönəltmək yerinə, onun ardınca getməyə çalışırlar. Həmin fikirlərdən qorxurlar və bu qorxu bəzən elə dəhşətli dərəcəyədək yüksəlir ki, onları fəaliyyətlərinin davamlılığından məhrum edir.

Beləliklə, kütlənin fikirləri getdikcə daha çox siyasətin ali tənzimləyicisinə çevrilməyə cəhd edir. İndiki zamanda o, elə bir hakimiyyətə malikdir ki, bu yaxınlarda müşahidə edilən və dövlətə mütləq şəkildə xalq hərəkatının tələbi ilə Rusiya və Fransa arasında bağlanmış ittifaqa bənzər məlum ittifaqları, zorla qəbul etdirə bilir.

Dövrümüzün xarakterik əlamətlərindən biri də papaların, kralların və imperatorların müsahibələr vermələri və mövzu ilə bağlı öz fikirlərini ifadə etmələri və bunları izdihamın müzakirəsinə çıxarmalarıdır. Vaxtilə deyirdilər ki, siyasət hislərlə idarə olunmamalıdır, lakin indi siyasətin ağlı etiraf etmədiyi və yalnız hislərə tabe olduğu, daha çox dönük kütlənin impulslarını rəhbər tutduğu bir vaxtda, bunu söyləmək olarmı?

Mətbuata gəldikdə, vaxtilə kütlənin fikirlərinə rəhbərlik etmiş çap nəşrləri də hökumətlər kimi izdihamın qüdrəti qarşısında çaşqınlığa düşməlidirlər. Düzdür, mətbuat bu gün də əhəmiyyətli güc olaraq çıxış edir, amma yalnız o səbəbdən ki, kütlənin fikirlərinin və onların fasiləsiz dəyişikliklərinin əks olunmasına xidmət edir. Adi sorğu agentinə çevrilmiş mətbuat, kütləyə hər hansı bir ideya və ya doktrinalar verməkdən imtina edib.

O, ictimai rəyin bütün dəyişikliklərini izləyir, həm də rəqabət mühiti oxucularından məhrum olmamaq üçün bunu əsaslı surətdə etməyə məcbur edir. “Constitutionnel”, “Debats”, “Siecle” kimi ciddi və nüfuzlu köhnə mətbuat orqanlarında, hansı ki, əvvəlki nəsil natiqlərə olduğu kimi ehtiramla qulaq asırdı, sıradan çıxmışdılar və ya da gülünc salnamələr, kübar dairələrin qeybətlərini və maliyyə reklamlarını çap edən məlumat vərəqələrinə çevrilmişdilər.

İndi redaktorların öz şəxsi fikirlərini ifadə edə bildiyi zəngin qəzetləri bizdə haradan tapasan? Yalnız məlumatlar əldə etmək və əyləndirilmək istəyən və daim hər cür qəzet tövsiyələrinin arxasında ehtikarlığın gizlədilməsindən ehtiyat edən oxucuların gözündə həmin fikirlərin nə dəyəri ola bilər ki? Tənqidçilər istənilən bir kitab və ya teatr pyesi ilə bağlı hər hansı bir tövsiyə verə bilmirlər, çünki bununla yalnız ziyan vuracaqlarını düşünürlər, nəinki kömək.

Jurnallar tənqidin və ya hər hansı şəxsi fikrin faydasızlığını o dərəcədə qəbul ediblər ki, bütün ədəbi şöbələri demək olar ki, məhv ediblər və yalnız nəşrlərin adını və bir neçə cümləlik tanıtım reklamlarını çap etməklə kifayətlənirlər. İyirmi ildən sonra yəqin ki, teatr tənqidini də eyni aqibət gözləyəcək.

Kütlənin rəyini dinləmək hazırkı zamanda mətbuat və hökumətlərin başlıca qayğısını təşkil edir. Onlara daim bilmək lazımdır ki, bu və ya digər hadisə, – qanunverici layihə, nitq hansı təsir bağışlayıb! Lakin bu o qədər də asan məsələ deyil, belə ki, kütlənin fikirləri qədər dəyişkən heç nə yoxdur və izdihamın dünən bəh-bəhlə qəbul etdiyini bu gün qarğışla qarşıladığını az müşahidə etmirik.

Kütlənin rəyinə bütövlükdə rəhbərlik etməyin mümkünsüzlüyü, ümumi inancların aradan qalxması kimi, son nəticə olaraq, hər cür inamın tamamilə dağılmasına gətirib çıxarmış və bilavasitə öz maraqlarına aid olmayan hər şeyə izdihamın biganəliyini son dərəcə artırmışdır. Sosializm kimi doktrinalara aid məsələlər, yalnız tamamilə savadsız təbəqələr, fabrik və mədən fəhlələri arasından özlərinə qəti tərəfdarlar tapa bilirlər. Müəyyən qədər təhsil ala bilmiş xırda burjuaziya və fəhlələr, ya skeptisizm ilə yoluxmuşlar və yaxud öz düşüncə obrazlarında qeyri-adi dəyişkənliyə uğramışlar.

İyirmi il ərzində bu istiqamətdə gedən təkamül həqiqətən heyrətamizdir. Elə də uzaq olmayan keçmiş dövrdə fikirlər hər halda az da olsa məlum istiqamətə yönəlmişdilər, onlar hər hansı başlıca ümumi inanclardan irəli gəlirdilər. Monarxist tarixdə olduğu kimi, elmdə də qəti şəkildə məlum, olduqca müəyyənedici inanclara malik olmalıdır, respublikaçı isə tamamilə əks ideyalara. Monarxist, məsələn, tamamilə əmindir ki, o, meymundan əmələ gəlməyib, respublikaçı isə əksini düşünür.

Monarxist inqilablar haqqında dəhşətlə danışmalıdır, respublikaçı isə hörmətlə söz açmalıdır. Bəzi adlar ehtiramla çəkilir, digərləri isə lənətlə tələffüz edilir. Hətta Sorbonnda da tarixə bu cür sadəlövh münasibət hökm sürürdü. Hazırkı zamanda müzakirələrin nəticələri və fikirlərin analizi öz cazibədarlığını itirməkdədir, onların kəskinliyi çox tez aradan qalxır. Həmin fikirlərdən yalnız bəziləri hələ də bizi cəlb etmək üçün öz gücünü qoruyub saxlaya bilib və müasir insan daha çox biganəliyə üz tutmaqdadır.

Bütün hallarda, fikirlərin dayanıqlığını bu cür ümumi şəkildə itirməsindən elə də çox təəssüflənməyə dəyməz. Əlbəttə, bunun xalqların həyatında tənəzzül əlamətləri kimi xidmət etdiyini danmaq da mümkün deyil. Heç şübhəsiz, bəsirətçilər, həvarilər, rəhbərlər, bir sözlə, əqidəli insanlar, etirazçılar, tənqidçilər və biganələrlə müqayisədə tamamilə fərqli gücə malik olurlar.

Lakin unutmaq lazım deyil: kütlənin mövcud qüvvəsi hər cür fikri mənimsəmək üçün o dərəcədə cazibəyə malikdir ki, anındaca elə əzəmətli güc əldə edir ki, azad mühakimələr dövrü uzun müddətə öz varlığını itirə bilərdi. Kütlə özlüyündə hökmdarı təmsil edir, Qelioqobal və Tiberi sülhpərvərliyi kimi, bəzən sülhpərvər, lakin bütün hallarda şıltaqlıqları anında qorxulu olan hökmdarı.

Əgər hər hansı bir sivilizasiya kütlənin hökmranlığı altına düşsə, onda o, çoxlu sayda təsadüflərdən asılı qalacaq və elə də uzun ömrə malik olmayacaq. Əgər tam məhvolmanı nəsə təxirə sala bilərsə də bu, məhz, hər cür ümumi inanclara qarşı kütlənin artmaqda olan biganəliyi ola bilər.

Üçüncü bölmə
KÜTLƏNİN MÜXTƏLİF KATEQORİYALARININ TƏSNİFATI VƏ TƏSVİRİ
I fəsil
KÜTLƏNİN TƏSNİFATI

İzdihamın ümumi bölgüsü. – Onun təsnifatı.

1.Müxtəlif növlü kütlə. – O necə yaranır. – İrqin təsiri. – İrqin ruhu nə qədər güclüdürsə, kütlənin ruhu bir o qədər zəif təzahür edir. – İrqin ruhu sivilizasiyanın vəziyyətini əks etdirir, kütlənin ruhu – barbarlığın vəziyyətini.

2.Yekcins kütlə. – Yekcins kütlənin bölgüsü. – Sektalar, kastalar və siniflər.

Biz artıq ilhamlanmış kütləyə xas ümumi əlamətləri öyrənmişik; indi müvafiq oyandırıcıların təsiri altında həmin yığıncaqların kütləyə çevrildiyi zaman, müxtəlif kateqoriyalı yığıncaqlarda ümumi xüsusiyyətlərə birləşən şəxsi xüsusiyyətləri araşdırmalıyıq.

Kütlənin təsnifat zamanı başlanğıc nöqtəsi bizim üçün sadə yığnaq təşkil edir. Müxtəlif irqlərin fərdlərindən təşkil olunduğu zaman yığnağın bu cür primitiv forması müşahidə olunur və o, bir rəhbərin iradəsinə az və ya çox dərəcədə hörmətdən başqa heç bir ümumi əlaqəyə malik olmur. Bu cür yığnaqların tiplərinə bir çox əsrlər boyunca Roma imperiyasını dolduran, olduqca müxtəlif mənşəli barbarlar aid edilirlər. Müxtəlif irqlərdən təşkil olunmuş bu cür yığnaqların üzərində məlum amillərin təsiri altında artıq ümumi xüsusiyyətləri mənimsəyib və nəhayət irqi yaradan ona bənzər kütlə dayanacaq.

Bu yığnaqların hər iki kateqoriyası yuxarıda söz açdığımız amillərin təsiri altında, təşkil olunmuş və ya ilhamlanmış kütləyə çevrilə bilərlər. Bu, təşkil olunmuş kütlədə biz aşağıdakı müxtəlifliyi üzə çıxara bilərik:

A.Kütlə 1. Anonim (məsələn, küçə izdihamı). müxtəlif növlü  2.Qeyri-anonim (andlılar, parlament yığıncaqları və s.). B. Kütlə 1. Sektalar (siyasi, dini və s.). Yekcins 2. Kastalar (hərbiçilər, ruhanilər, fəhlələr və s.). 3. Siniflər (burjuaziya, kəndlilər və s.).

Bir neçə cümlədə kütlənin bu müxtəlif kateqoriyalarına aid başlıca fərqləndirici xüsusiyyətlərini müəyyən etməyə çalışaq.

1.MÜXTƏLİF NÖVLÜ KÜTLƏ

Həmin kütlə üçün xarakterik olan xüsusiyyətlər barədə artıq əvvəl danışmışıq. Belə kütlə ən müxtəlif peşələrə malik və əqli inkişafına görə bir-birindən fərqlənən fərdlərdən təşkil olunurlar. Artıq bilirik ki, hərəkətdə olan kütləni təşkil edən insanların kollektiv psixologiyası, onların fərdi psixologiyasından əhəmiyyətli dərəcədə fərqlənir və əqli inkişaf buna mane olmur. O da məlumdur ki, şüur yığıncaqlarda heç bir rol oynamır və orada mühərrik rolunu qeyri-iradi hislər oynayır.

Başlıca amil – irq – bizə belə bir kütlənin rəngarəng formaları arasında olan daha dərin fərqləri təyin etməyə imkan yaradır. İrqin oynadığı həmin rolla bağlı məsələyə dəfələrlə toxunmuşuq və bu da bizə insanların əməllərini müəyyən edən və bundan əlavə kütlənin hərəkətlərində və xüsusiyyətlərində onun ən əzəmətli amil olduğunu təsdiq etməyə imkan verir. Ən müxtəlif fərdlərdən, lakin eyni irqdən (məsələn, ingilis və ya Çin) təşkil olunmuş kütlə, tərkibinə hər cür növdən fərdlər daxil olan, amma müxtəlif irqlərə mənsub (məsələn, rus, fransız, ispan) kütlədən kəskin fərqlənir.

İrsi əqli təşkilatlar tərəfindən insanların fikir və hislərində yaratdığı dərin fərqlər, hər hansı bir şərait üzündən, özü də nadir vəziyyətlərdə, kütlədə bir yerə, özü də bərabər paylarda toplanan, müxtəlif millətlərin fərdlərində, həmin andaca özünü büruzə verir. Hətta onları bir araya gəlməyə məcbur edən görünən ümumi mənafeyə baxmayaraq, həmin fərqlər yenə də özünü göstərir. Sosialistlərin hər bir ölkənin fəhlə sinfindən ümumi konqresə nümayəndələr toplamaq cəhdləri, adətən, ən qızğın fikir ayrılıqlarına gətirib çıxarır.

Latın kütləsi, nə qədər inqilabi və yaxud mühafizəkar olsa belə, bütün hallarda dövlətə müraciət edəcək ki, tələblərinin yerinə yetirilməsi işinə müdaxilə etsin. Bu kütlədə həmişə mərkəzləşməyə və sezarizmə meyillilik özünü göstərir. İngilis və ya amerikan kütləsi isə dövləti qəbul etmir və həmişə şəxsi təşəbbüsə müraciət edir. Fransız kütləsi ən çox bərabərliyi, ingilis isə azadlığı müdafiə edir. İrqlər arasında mövcud olan bu cür fərqlər, ona aparıb çıxarır ki, sosializm və demokratiya da demək olar ki, millətlərin sayı qədər rəngarəng formaları təmsil edir.

İrqin ruhu bütünlüklə kütlənin ruhunu özünə tabe edir və onun tərəddüdlərini məhdudlaşdıran əzəmətli gücə malik olur. Belə bir əsas qanunu etiraf etmək lazımdır ki, irqin ruhu nə qədər çox inkişaf edirsə, kütlənin ən primitiv xassələri bir o qədər özünü zəif büruzə verir. Kütlənin hökmranlığı barbarlığı və ya barbarlığa qayıdışı ifadə edir. Yalnız möhkəm təşkil olunmuş irqi ruha malik olmaqla, az ya çox dərəcədə onun kütlə üzərində düşüncəsiz hakimiyyətindən can qurtara və barbarlıq vəziyyətindən çıxmaq olar.

İrqi bir kənara qoyub, biz müxtəlif növlü kütləni iki yerə ayıra bilərik: anonim, küçə kütləsi və qeyri-anonim kütləyə, bura bütün məşvərətçi yığıncaqları, məs, andlıları aid etmək olar. Birinci növ kütlədə olmayan məsuliyyət hissi, ikinci növ kütlədə inkişaf edib və onun əməllərinə çox vaxt tamamilə başqa istiqamət verir.

2.YEKCİNS KÜTLƏ

Yekcinc kütlə üç kateqoriyadan ibarətdir: sektalar, kastalar və siniflər.

Sekta yekcins kütlənin birinci dərəcəsini təmsil edir. Onun tərkibinə müxtəlif peşə və tərbiyədən, müxtəlif mühitdən olan fərdlər daxildir, həm də nəzərə almaq lazımdır ki, onların arasında yeganə əlaqə kimi inanclar çıxış edir. Məsələn, müxtəlif dini, həmçinin siyasi sektalar.

Kasta isə artıq kütlə üçün əlçatan olan təşkilatların ən yüksək dərəcəsini təmsil edir. Sektanın tərkibinə, gördüyümüz kimi, müxtəlif peşə, tərbiyə və mühitdən olan, yalnız mənafe birliyinin birləşdirdiyi fərdlər daxildirsə, kastaların tərkibinə isə yalnız eyni peşədən olan, nəticə etibarilə, təxminən eyni mühitdən çıxan və eyni tərbiyəni alan fərdlər daxildilər. Hərbi və ruhani kastanı bura aid etmək olar.

Sinif müxtəlif mənşəli fərdlərdən yaranır, hər hansı bir sektada olduğu kimi yalnız mənafe baxımından yox, kastada müşahidə olunduğu kimi, peşə məşğuliyyəti baxımından deyil, amma oxşar həyat və tərbiyənin təsiri altında təşəkkül tapan məlum maraqlar, vərdişlər əsasında birləşən fərdlərdən. Buna, məsələn, burjuaziya sinfini, kəndli və s. daxildir.

Bu əsərimdə mən yekcins kütlənin (sektalar, kastalar və siniflər) öyrənilməsinin təfsilatına varmayacağam, belə ki, bu məsələnin tədqiqini növbəti cildə saxlayacağam. Burada isə yekcins kütlə ilə bağlı tədqiqatları, kütlənin özüm tərəfindən seçilmiş növləri kimi bəzi konkret kateqoriyalarını təsvir etməklə yekunlaşdıracağam.

II fəsil
CİNAYƏTKAR KÜTLƏ

Qondarma cinayətkar kütlə. – Kütlə qanun nöqteyi-nəzərindən cinayətkar ola bilər, lakin psixoloji nöqteyi-nəzərdən belə ola bilməz. – kütlənin əməllərinin bütövlükdə qeyri-iradiliyi. – Müxtəlif nümunələr. – “Sentyabrçılar”ın psixologiyası. – Onların, düşüncələri, hissiyyatı, sərtliyi və əxlaqı.

“Cinayətkar kütlə” adı heç bir halda bu kütləyə uyğun gəlmir, məlum həyəcanlı vəziyyətdən sonra təlqinlərə tabe olan sadə, qeyri-iradi avtomata çevrilir. Buna baxmayaraq, həmin yanlış adı saxlayıram, çünki o, yeni dövr psixoloji tədqiqatları ilə qanuniləşib. Heç şübhəsiz, kütlənin bəzi hərəkətləri, öz-özlüyündə baxsaq, cinayətkar əməllərdir, lakin onda hindusu yeyən pələngin əməlini də cinayətkar əməl adlandırmaq olar. Kütlə həmişə cinayəti hansısa çox qüdrətli bir təlqinin təsiri altında törədir və həmin cinayətdə iştirak edən fərdlər öz borclarını yerinə yetirdiklərinə əmin olurlar, bunu adi cinayətkar haqqında söyləmək mümkün deyil.

Kütlə cinayətlərinin tarixi yuxarıda deyilənləri bütünlüklə təsdiq edir. Buna tipik nümunə olaraq, Bastiliyanın qubernatoru de`Loneyin qətlə yetirilməsini göstərmək olar. Qala ələ keçiriləndən sonra azğınlaşmış kütlə onu dövrəyə alıb, hər tərəfdən zərbələr endirməyə başladı. Biriləri onu asmağı, digərləri – başını üzməyi və yaxud atın quyruğuna bağlayıb, sürüməyi təklif edirdilər. Müdafiə olunmağa çalışan qubernator, təsadüfən hücum çəkənlərdən birini ayağı ilə vurdu. Həmin anda təpiklə zərbə alan şəxsə kimsə qubernatorun boğazını kəsməyi təklif etdi və bu təklif kütlə tərəfindən dərhal bəyənildi.

Cəllad rolunu icra eləmək isə yaşayış yeri olmayan və digər avaralarla birlikdə Bastiliyada nə baş verdiyinə baxmaq üçün gələn aşpaza tapşırıldı. Ümumi qərara tabe olan bu şəxs, etdiyinin vətənpərvərlik əməli olduğuna və hətta bu cür əclafı öldürdüyünə görə medal almağa belə layiq olduğuna əmin idi. Özünə uzadılan qılıncla o, qubernatorun yalın boynuna zərbə endirdi, lakin qılınc yaxşı itilənməmişdi. Belədə o, sakitcəsinə cibindən qara dəstəkli, aşpaz işlədiyi vaxtlarda ət kəsməyi öyrəndiyi bıçağı çıxardı, onun köməyi ilə etməli olduğu işi, əməliyyatı rahatlıqla başa çatdırdı.

Bu hadisədə yuxarıda bəhs etdiyim hərəkət mexanizmini aydın izləmək mümkündür: təlqinə tabe olmaq, özü də belə qüvvətli, kollektiv və qatilə inam verən təlqinə, hansı ki, o, tərifəlayiq əməli yerinə yetirir, özü də bu inam o qədər güclü olur ki, həmin şəxs törətdiyi əməlin öz həmvətənləri tərəfindən yekdilliklə bəyənildiyini görür. Əlbəttə, bu əməl qanun nöqteyi-nəzərindən cinayət əməlidir, psixoloji nöqteyi-nəzərdən isə biz onu belə adlandıra bilmərik.

Cinayətkar kütlənin ümumi xüsusiyyətləri, digər, hər cür izdihamın xüsusiyyətləri kimidir: təlqinə qarşı həssaslıq, sadədillik, qərarsızlıq, hislərin birinciliyi, həm yaxşı, həm də pis. Bütün bunları tarixdə biz, özü barədə ən dəhşətli xatirələr qoymuş kütlədə tapa bilərik – “sentyabrçılar” adlandırılan kütlədə. Onlarda, yeri gəlmişkən, Varfolomey gecəsi qatillərində olduğu kimi bir çox ümumi xüsusiyyətlərə rast gəlmək olar. Təfsilatlar, hansılar ki, burada qeyd edirəm, müasirlərinin xatirələrindən istifadə etmiş Tendən götürülmüşdür.

Dəqiqliyi ilə məlum deyil ki, məhbusları döymək vasitəsilə həbsxananı boşaltmaq üçün əmri kim vermiş və ya bu kim tərəfindən təlqin olunmuşdu. Bu, Danton olubmu və ya bir başqası əhəmiyyət kəsb etmir. Məlum hadisədə bizim üçün maraqlı olan kütlənin, hansı ki, üzərinə həmin qətlləri törətmək vəzifəsi qoyulmuşdu, təsirinə düşdüyü güclü təlqin faktıdır.

Qatillər kütləsi təxminən dörd yüz nəfər adamdan ibarət idi və özlüyündə müxtəlif növlü izdihamın ən təkmil tipini təsvir edirdi. Azsaylı peşəkar dilənçiləri çıxmaq şərti ilə, yerdə qalanların hamısı bütün dərəcələrdən olan dükançı və sənətkarlardan ibarət idi: başmaqçılar, çilingərlər, bərbərlər, bənnalar, məmurlar, komisyonçular və s.

Oxşar təlqinin təsiri altında, hansı ki, yuxarıda misal çəkdiyim olayda aşpaz tabe olmuşdu, bütün bu insanlar əmin idilər ki, vətənpərvər borclarını yerinə yetirirlər. Onlar ikili öhdəlik yerinə yetirirdilər – hakim və cəllad – və heç də özlərini cinayətkar hesab etmirdilər.

Öz missiyalarının vacibliyinə inanan bu adamlar, hər şeydən öncə bir tribunal yaratmışdılar və kütlənin mühakimələrindəki səthilik və onun ədaləti elə həmin anda özünü göstərdi. Mühakimə edilənlərin sayının çoxluğundan, belə qərara gəlindi ki, zadəganlar, zabitlər, ruhanilər, saray əhli, bir sözlə, belə demək mümkünsə, xeyirxah vətənpərvərlərin gözündə təkcə rütbələri onların günahkar olması üçün yetərli dəlillər təşkil edirdi, dəstə ilə, heç bir müzakirəsiz və xüsusi məhkəmə hökmləri olmadan öldürülsün; digərlərinə gəldikdə, onların zahiri görkəmlərinə və ad-sanlarına uyğun mühakimə olunmaları nəzərdə tutulurdu.

Bu minvalla, kütlə özünün primitiv vicdanı əsasında tələblərini təmin etdi və öz çılğın instinktlərinə sərbəstlik verməklə, hansı ki, genezisi yuxarıda tərəfimdən qeyd olunub və hansı ki, izdihamda həmişə çox yüksək dərəcədə genişlənir, artıq qanuni əsasda qətllərə başlaya bilərdi. Lakin bu instinktlər növbə ilə kütlədə tamamilə əks hislərin, məs, həssaslığın, hansı ki, çılğınlıq təki o da ifrat həddə yüksələ bilər, ortaya çıxmasına heç bir maneçilik törətmir.

Bu adamlar paris fəhləsini xarakterizə edən ekspansiv həssaslığa malik idilər. Məsələn, federatlardan biri, dövlət həbsxanasında saxlanan məhbusların 26 saat ərzində susuz saxlandıqlarını öyrəndikdə, az qala dəliyə dönmüşdü. Əgər dustaqların özləri həmin fərsizin müdafiəsinə qalxmasaydılar, federat başısoyuq həbsxana işçisini parçalamağa hazır idi. İmprovizə olunmuş tribunal məhbuslardan hansısa barədə bəraət çıxarında, həm gözətçilər, həm də qatillər şövqlə bir-birini qucaqlayır, ən şiddətli alqış sədaları yüksəlir, bundan sonra kütləvi qətllər yenidən davam etdirilirdi.

Qətlin icra olunduğu anda da şənlik ara vermirdi; meyitlərin ətrafında rəqs edir, aristokratların qətl səhnəsini görməyi arzu edən “qadınlar” üçün skamyalar qoyulurdu. Bu halda belə qatillər spesifik ədalət hislərini göstərməkdən qalmırdılar. Qatillərdən biri tribunala bəyan etdi ki, qadınlar uzaqda əyləşdiklərindən yaxşı görə bilmirlər və aristokratları döymək zövqündən yalnız bəziləri bəhrələnir.

Qeydin ədalətli olduğunu etiraf edən tribunal, məhkumları qatillərin cərgəsi önündən daha asta-asta keçirmək barədə qərar verdi, verilən işgəncənin davamlı olması üçün onları qılıncın küt tərəfi ilə vurmalı olacaqdılar. Onlar tamamilə soyundurulmuş qurbanlarını yarım saat ərzində parça-tikə edirdilər və hamı baxıb qurtardıqdan sonra, bədbəxtlərin qarnını yarıb, ölümü gerçəkləşdirirdilər.

Lakin bir başqa baxımdan qatillərdə elə vasvasılıq və əxlaq aşkar olunurdu ki, belə bir şeyi onlardan gözləmək ağlabatan görünmürdü. Məsələn, onlar öz qurbanlarının üzərindən aşkar etdikləri nə pula, nə də qiymətli zinət əşyalarına toxunurdular və bütün bunlar komitəyə təqdim edilirdi.

Bütün bu cür hərəkətlərdə kütlənin ruhu üçün xarakterik olan ilkin mühakimə formalarını müşahidə etmək olur. Beləliklə, 12000-dən 15000-dək millət düşmənini qətlə yetirdikdən sonra kütlə dərhal yeni təlqinə tabe oldu. Kimsə qeyd etdi ki, digər həbsxanalarda da yaşlı dilənçilər, avaralar və gənc məhkumlar, bir sözlə çoxlu sayda lazımsız ünsürlər saxlanılır, onlardan da can qurtarmaq pis olmazdı; özü də aralarında, heç şübhəsiz, öz ərini zəhərləmiş xanım Delyarü kimi xalq düşmənləri də olmamış deyil.

“O, yəqin həbsxanada oturmaqdan quduza dönüb. Əgər imkanı olsaydı, o, bütün Parisi yandırardı; o, həqiqətən belə demişdi, o, bunu söyləmişdi: “Daha bir! Daha bir süpürgə zərbəsi!” Belə dəlillər kütləyə o dərəcədə əsaslı gəlmişdi ki, bütün məhbuslar kütləvi şəkildə qətlə yetirilmişdi və o cümlədən 12-17 yaşarası on beş uşağı da, “zamanı gəldikdə onlar da millət düşməninə çevriləcəkdilər, buna görə onlardan elə bəri başdan qurtulmaq daha yaxşı olardı”.
Bir həftə çəkən bu əməkdən, hər şey başa çatdıqdan sonra, qatillər nəhayət istirahət etmək haqqında düşünməyə başladılar. Vətən qarşısında öz borclarını yerinə yetirdiklərinə və buna görə təşəkkürə layiq olduqlarına tam əmin olan bu insanlar, hakimiyyətdən mükafatlandırılmalarını tələb etdilər; ən zirəkləri isə hətta medal almaq iddiası irəli sürürdülər.

1871-ci ildəki Kommuna tarixində də oxşar faktlar az olmamışdı. Və biz çox güman ki, bu cür faktları hələ az müşahidə etməyəcəyik, belə ki, kütlənin təsiri getdikcə genişlənir, hakimiyyət isə onun qarşısında güzəştə gedir.

III fəsil
ANDLI İCLASÇILAR VƏ CİNAYƏT MƏHKƏMƏLƏRİ

Cinayət məhkəmələrinin andlı iclasçıları. – Andlı iclasçıların ümumi xarakteri. – Statistika göstərir ki, onların qərarları tərkibdən asılı olmur. – Andlı iclasçılarda necə təəssürat oyatmalı. – Məşhur vəkillərin əl atdıqları inandırma üsulları. – İclasçıların mərhəmət və ya sərtlik göstərdikləri cinayətlərin xarakteri. – Andlı iclasçılar təsisatlarının faydası və hakimlərin onlarla əvəz olunmalarının böyük təhlükəsi.

Burada andlı iclasçıların bütün kateqoriyalarına baxmaq imkanı olmadığından, yalnız ən mühüm hesab etdiyim cinayət məhkəməsinin andlı iclasçıları üzərində dayanacağam. Həmin iclasçılar özlüyündə yekcins, qeyri-anonim kütlənin ən əla nümunəsini təmsil edirlər. Biz burada həm təlqinə həssaslığı və həm də düşüncə qabiliyyətinin zəif inkişafı, rəhbərlərin təsiri və sair və ilaxır ilə birlikdə qeyri-iradi hislərin üstünlüklərini görürük. İclasçıların bu kateqoriyasını öyrənməklə, kütlə psixologiyasından xəbərsiz olan insanlar tərəfindən yol verilən maraqlı səhv nümunələrini müşahidə edə bilərik.

İclasçılar hər şeydən öncə bizə kütlənin tərkibinə daxil olan ayrı-ayrı fərdlərin şüur səviyyəsinin, qəbul olunan qərarlar nöqteyi-nəzərindən, necə az əhəmiyyət kəsb etmələrinə dair gözəl nümunə verirlər. Artıq ağlın müstəsna olaraq texniki məsələlərdə əhəmiyyət daşıdığını, ümumi məşvərət yığıncaqlarında isə hər hansı bir rol oynamadığını demişik. Bənna və baqqallara aid ümumi yığıncaqlarda söylənilən fikirlər, onlar həmin məsələlərin müzakirəsi üçün bir araya toplanarkən, elm adamları və ya artistlərin fikirlərindən çox az fərqlənir.

Müxtəlif vaxtlarda məhz 1848-ci ilə qədər administrasiya iclasçı vəzifəsini icra edəcək şəxslərin çox ciddi seçimini həyata keçirirdilər, bu sahədə üstünlük daha çox ziyalı adamlara, professorlara, məmurlara, ədiblərə və sair verilirdi. İndi isə andlılar daha çıx kiçik tacirlər arasından, dükançı, sahibkar, fəhlə və qulluqçular sırasından seçilirlər. Və mütəxəssislərin böyük heyrətinə rəğmən, statistika göstərir ki, iclasçıların tərkibi kimlərdən təşkil olunmasından asılı olmayaraq, qərarları tamamilə bənzər olur.

Hakimlərin özləri də, andlı iclasçılar təsisatına qarşı nə qədər düşmən münasibət bəsləsələr belə, bu faktın ədalətliliyini etiraf etməyə bilmirlər. Cinayət məhkəməsinin keçmiş sədri Berar de Qlyaje bu xüsusda öz “Xatirələrində” nə deyir:

“Hazırkı zamanda iclasçıların seçimi əslində bələdiyyə müvəkkillərinin əlindədir, hansı ki, mövqeləri ilə əlaqəli siyasi və seçki mülahizələrini rəhbər tutaraq, arzularına uyğun bəzilərini ora daxil edir, digərlərini isə ordan kənarlaşdırırlar… Seçilənlərin böyük əksəriyyətini keçmiş zamanlarda olduğu kimi iri tacirlər deyil, xırda tacirlər və müxtəlif idarələrdən olan qulluqçular təşkil edirlər…

Lakin bütün fikirlər və bütün peşələr hakimlərin şəxsində bir-birinə qarışır, özü də onların bəzilərində neofit (bir din və ya nəzəriyyənin yeni tərəfdarı) coşqunluğu təzahür edir; beləliklə, andlı iclasçıların ruhu dəyişikliklərə məruz qalmayıb və onların hökmləri də olduğu kimi qalıb”.

Bu sitatdan biz yalnız tam ədalətli nəticələr çıxarırıq, lakin səbəblə bağlı deyil, belə ki, onlar doğru deyil. Burada təəccüblənəsi bir şey də yoxdur, zira, kütlənin psixologiyası, nəticə etibarilə, andlı iclasçıların da, əksər hissəsi ilə nə hakimlərə, nə də vəkillərə məlumdur. Məsələn, yuxarıda ifadə edilən sitatın müəllifi tərəfindən çəkilən növbəti fakt, buna nümunə olaraq dəlil kimi göstərilə bilər. Cinayət məhkəməsinin ən məşhur vəkillərindən biri, Laşo, sistemli olaraq andlı iclasçıları rədd edir və həmişə iclasçıların siyahısından bütün təhsilli adamları kənarlaşdırırdı.

Lakin təcrübə nəhayət sonda bu cür bütün kənarlaşdırılmaların səmərəsizliyini sübut etdi və biz artıq görürük ki, Ədliyyə Nazirliyi və vəkillər, ən azı Parisdə, bu sistemdən tamamilə imtina ediblər və buna baxmayaraq, Qlyajenin ədalətli olaraq qeyd etdiyi kimi, iclasçıların çıxardığı hökmlər dəyişməyib, “onlar bundan sonra nə yaxşı, nə də pis olublar”.

Andlılar da kütlə kimi hislərin təsirinə asanlıqla tabe olurlar, mülahizələr isə onlara çox az təsirin göstərir. “Onlar körpələrini əmizdirən qadınların və yaxud yetimlərin qarşılarından təntənə ilə keçidi davam gətirə bilmirlər – vəkillərdən biri belə deyir”. “Hakimlərin etimadını qazanmaq üçün qadına cazibədar olmaq yetərlidir”, – de Qlyanje belə deyir.

Öz şəxsi təhlükəsizliklərinə toxuna bilən, həqiqətən cəmiyyət üçün ən təhlükəli sayıla bilən cinayətlərə qarşı amansız olan iclasçılar, böyük həvəsin təsiri altında törədilən cinayətlərə qarşı yumşaq davranırlar. Öz uşağının ölümündə günahlandırılan və yaxud özünü başdan çıxarıb və sonra da tərk edən məşuqunun üzərinə kükürd turşusu tökən qızlara qarşı çox nadir hallarda sərt ola bilirlər.

Bütün bu hallarda andlılar, həmin cinayətlərin cəmiyyət üçün elə də böyük təhlükə təşkil etmədiyini instinktiv olaraq başa düşürlər və ölkədə tərk edilmiş, atılmış qızları himayə edən qanunların yoxluğu şəraitində, qisaslarını bu yolla almalarını ziyandan daha çox, faydalı hesab edirlər, belə ki, bunu zərif cinsi özünə məftun edib, sonra da tərk edənlər üçün xəbərdarlıq kimi dəyərləndirirlər.

Ötəri qeyd edək ki, cinayətlər arasındakı bu fərqlər, hansı ki, andlılar instinktiv olaraq müəyyən edirlər, onları cəmiyyət üçün təhlükəli, özləri üçün isə təhlükəsiz hesab edirlər, ədalətsiz də hesab oluna bilməz. Cinayətlə bağlı qanunların əsas məqsədi, əlbəttə, cəmiyyəti təhlükəli cinayətkarlardan müdafiə etməkdən ibarətdir, heç cür onlardan qisas almaqdan yox. Amma bizim cinayət məcəllələri, ələlxüsus da hakimlərimiz, hələ də qədim ibtidai hüququn hədəfi ruhuna kökləniblər və “vindicta” (intiqamçı, qisasçı) termini tərəflərindən demək olar ki, hər gün işlədilir.

Hakimlərin belə meyllərinə, Beranjenin məhkum olunana cəzasını yalnız residiv (təkrar cinayət) törətdikdə, çəkməsinə razılıq verən çox gözəl bir qanunu, əksər hallarda tətbiq etməkdən imtinaları, sübut olaraq göstərilə bilər. Eyni zamanda, hər bir hakim çox gözəl bilir ki, ilk dəfədən məhkumluğun tətbiqi, ardınca residiv cinayət gətirir. Bu statistika tərəfindən də sübut edilib. Lakin hakimlərə həmişə elə gəlir ki, məhkumu azadlığa buraxarsa, cəmiyyətin qisası alınmaz və ona görə, təhlükəli residivlər yaratmağı, cəmiyyəti gərəkli olan qisasdan məhrum etməməkdən üstün tutur.

Andlılar da hər cür kütlə kimi cazibə qüvvəsinin sehrindən çox tez ovsunlanırlar və hətta Qlyajenin tamamilə düzgün olaraq qeyd etdiyi kimi, tərkibə görə onlar çox demokratikdilər, lakin eyni zamanda tərəfgirlikdə də həmişə kübarlıqları ilə seçilirlər.

çilirlər. “Ad, mənşə, böyük sərvət, etibar, məşhur vəkil tərəfindən müdafiənin təşkili və ümumiyyətlə, fərqləndirən və cazibədar göstərən hər bir şey, ittiham olunandan ötrü çox əlverişli şərait yaradır”.

Hər bir yaxşı vəkil, iclasçıların hislərinə, kütlənin hislərinə göstərilən təsirə bərabər nüfuzedici təsir göstərməyin qayğısına qalmalıdır; o, çox danışmamalıdır, əgər belə bir vasitəyə əl atmaq istəyirsə, onda yalnız mühakimənin ən primitiv formalarından istifadə etməlidir. Cinayət məhkəməsində öz uğurları ilə şöhrət qazanmış bir ingilis vəkil, iclasçılara necə təsir göstərməyi təsvir edib. “O, nitqi zamanı diqqətlə iclasçıları izləyirdi. Bu, ən əlverişli andır.

Duyma qabiliyyəti və vərdişləri sayəsində vəkil, söylədiyi hər bir cümlənin, sözün iclasçılarda necə təəssürat oyatdığını, onların üzündən oxuyurdu və bundan da özünə nəticə çıxarırdı. Hər şeydən əvvəl ona, hansı iclasçıların artıq öz tərəfində olduğunu müəyyənləşdirmək lazım idi. Bunu bir anın içində qətiləşdirdikdən sonra digərlərinə keçirdi. Müttəhimin əleyhinə çıxanları öyrənir və bunun səbəblərini təxmin etməyə çalışırdı. Bu, işin ən çətin hissəsi idi, çünki, insanı mühakimə etmək üçün hər cür ədalət hissindən başqa, digər bir çox səbəblər də mövcud ola bilərdi”.

Bu, bir neçə sətirdə, natiqlik sənətinin bütün mexanizmi ümumiləşdirilib və əvvəldən hazırlanmış çıxışların nə üçün həmişə bu cür pis təsir bağışladığı bizə aydın olur. İfadələri hər dəqiqə, daim onların oyatdığı təəssürata diqqət yetirməklə dəyişmək lazımdır.

İclasçıların hamısını öz tərəfinə cəlb etməyə vəkilin heç ehtiyacı da yoxdur – o, yalnız ümumi fikrə istiqamət verən rəhbərləri öz tərəfinə meyilləndirməlidir. Hər hansı bir izdihamda olduğu kimi, burada da azsaylı fərdlər mövcuddur ki, yalnız onlar başqalarını öz ardınca çəkib apara bilirlər. “Mən təcrübəmdən bilirəm ki, – sitat gətirdiyim vəkil deyir, – hökm çıxarılan anda digər iclasçıları öz ardınca çəkib aparmaq üçün bir və ya iki enerjili adam kifayət edir.

Elə vəkil, həmin iki-üç lideri mahircəsinə, təlqinin köməyi ilə inandırmağa cəhd etməlidir. Hər şeydən öncə vəkil onların etimadını qazanmalıdır. Əgər izdihamdakı fərdin xoşuna gəlmirsizsə, o, artıq sizin hər cür mülahizənizə baş vurmağa hazır olacaq və nə olmasından asılı olmayaraq, gətirdiyiniz dəlillərin hamısını, əla hesab edəcək. Laşonun kitabından götürdüyüm bir maraqlı lətifəni misal gətirəcəyəm:

“Məlumdur ki, Laşo məhkəmədə müdafiə çıxışları zamanı nüfuzlu təsir bağışlayan, amma susqunluğunu qoruyub saxlayan andlı iclasçılardan iki və yaxud üç nəfərini heç vaxt diqqətindən kənarda qoymurdu. Adətən, bu inadkarları yumşaltmaq həmişə ona nəsib olurdu, lakin bir dəfə əyalətdə elə biri ilə rastlaşdı ki, qırx beş dəqiqə ərzində nə qədər çalışsa da, gətirdiyi arqumentlərin heç biri ona təsir göstərmədi. Bu, ikinci skamyada birinci yerdə əyləşən, sayca yeddinci iclasçı idi. Bu, ümidsizlik üçün yetərli idi!

Qəfildən, özünün ən coşqun inandırma məqamında Laşo bir anlıq susdu və ardınca məhkəmə sədrinə müraciətlə dedi: “Cənab sədr, mümkündürmü ki, siz orada, əks tərəfdə, pərdənin aşağı endirilməsinə göstəriş verəsiniz, yoxsa günəş şüası cənab yeddinci iclasçını az qala kor edir”. Sözügedən iclasçı bundan qızardı, gülümsəyərək öz minnətdarlığını bildirdi. Həmin dəqiqədən o da artıq müdafiə tərəfinə cəlb olunmuşdu”.

Bir çox yazıçılar, hətta ən məşhurları, son zamanlar andlı iclasçılar təsisatına qarşı güclü hücuma keçiblər. O qulluqçulara qarşı ki, bütün hallarda, bizlər üçün yanlışlara və səhvlərə (özü də tez-tez baş verən) qarşı yeganə müdafiəni təşkil edirlər, hər hansı bir nəzarətə boyun əymirlər. Həmin yazıçılardan bəziləri andlı iclasçıların yalnız təhsilli siniflər arasından seçilməsini istəyirlər. Amma artıq sübut etmişik ki, iclasçılar hətta təhsillilər sırasından seçilsələr belə, bu, onların qərarına təsir etməyəcək, hazırkı tərkibdə olduğu kimi, yenə də oxşar qərarlar çıxarılacaq.

Başqaları isə hökm çıxarılarkən andlı iclasçılar tərəfindən buraxılan səhvlərə əsaslanır və bu təsisatı tamamilə buraxmağı və onların hakimlərlə əvəzlənməsini arzu edirlər. Amma o səhvlər, hansı ki, buna görə andlı iclasçılar təqsirləndirilir, həmin yanlışlara hamıdan əvvəl elə hakimlər tərəfindən yol verilir. Belə ki, hər hansı bir müttəhim iclasçılar qarşısında dayanmamışdan əvvəl onu başqa hakimlər təqsirkar çıxarıblar: istintaqı aparan hakim, prokuror və digərləri.

Magistratura həqiqətən yeganə təsisatdır ki, fəaliyyəti hər hansı bir nəzarətə məruz qalmır. Bütün inqilablara baxmayaraq, demokratik Fransa hər halda “Habeas Corpus” (1679-cu ildə İngiltərə parlamenti tərəfindən qəbul edilmiş qanunverici akt həbsin qaydalarını və cinayətdə ittiham olunanın məhkəməyə cəlbini müəyyən edir) hüququna malik deyil, İngiltərə bununla qürur duyur. Biz bütün tiranları qovmuşuq, lakin hər bir şəhərdə hakimlər oturtmuşuq, hansı ki, öz mülahizələrinə əsasən vətəndaşların şərəf və azadlığı ilə bağlı sərəncamlar verirlər.

Ən miskin istintaq hakimi, məktəb skamyasından yenicə sıçrayıb duranın biri, öz mülahizələri əsasında ən hörmətli vətəndaşları həbsxanaya göndərmək kimi biabırçı hüquq əldə edir. Özü də yalnız şəxsi şübhələri əsasında və heç kim qarşısında hesabat belə vermədən. O, həmin şəxsləri altı ay və ya bir il ərzində istintaq bəhanəsi ilə həbsxanada saxlaya və sonra heç nə olmamış kimi əvəzi ödənilmədən və ya üzr istənilmədən buraxa bilər.

Məhkəməyə gətirmək əmri təkcə bir fərq istisna olmaqla məşhur “Lettre de cachet”ə (Fransada mütləq monarxiya zamanı istənilən adam kral möhürü olan məktub, şəkilli kağız əsasında məhkəmədən kənar həbs oluna bilərdi. Maraqlısı odur ki, artıq imzalanmış sənəddə boş yer saxlanılırdı və orada istənilən şəxsin adı göstərilə bilərdi) tamamilə ekvivalent idi. Belə ki, bu son vasitədən, yalnız ən mühüm şəxslər istifadə edə bilərdilər və elə bunu da keçmiş monarxiyaya haqlı olaraq irad tuturdular. İndi isə bu vasitə bütöv bir sinif vətəndaşların əlinə keçib, hansılar ki, heç də ən təhsilli və müstəqil sayıla bilməzlər.

Buradan belə çıxmırmı ki, əgər təqsirləndiriləni iclasçılar deyil, hakimlər mühakimə etsəydilər, o, bəraət almaq üçün yeganə şansından məhrum ola bilər? Bütün hallarda, iclasçıların yanlışları yalnız hakimlərin səhvlərinin nəticəsidir. Yalnız sonuncular, elə həkim L-in bu yaxınlarda başına gələnə bənzər, dəhşətli məhkəmə səhvlərində təqsirkar sayılırlar. Həkim L. dardüşüncəli bir istintaq hakimi tərəfindən, yalnız yarımidiot bir qadının ifadələri əsasında, guya həmin qadını 30 franka abort etmək suçu ilə məsuliyyətə cəlb edilmişdi.

Əgər dövlət başçısını dərhal onu əfv etməyə məcbur edən kütləvi etirazlarla müşayiət edilən ictimai rəy formalaşmasaydı, heç şübhəsiz həkim sürgünə göndəriləcəkdi. Hamı müttəhimin təqsirsizliyini təsdiq edirdi, hətta hakimlərin özləri də bunu etiraf edirdilər. Belə görünürdü ki, elə bunun özü kobud səhvə yol verildiyini sübut etməli idi, amma kasta ruhunu rəhbər tutan hakimlər, əfvə mane olmaq üçün əllərindən gələni etmişdilər.

Bənzər işlərdə texniki təfsilatlardan heç nə anlamayan iclasçılar, təbii ki, ittiham tərəfinin söylədiklərinə qulaq asırlar və nəticədə işin hakimlər tərəfindən bütün incəliklərinə qədər təhqiq olunduğunu düşünərək rahatlıq tapırlar. Belə halda səhvlərin əsas təqsirkarları kimlərdir: hakimlər, yoxsa andlı iclasçılar? Gəlin, andlılar institutunu əsaslı surətdə qoruyub saxlayaq, çünki o, çox yəqin ayrı-ayrı şəxslər tərəfindən əvəz oluna bilməyən yeganə kütlə kateqoriyasıdır.

Yalnız bu institut qanunların sərtliyini yumşaltmaq iqtidarındadır, hamı üçün onlar artıq prinsipcə o dərəcədə eynidilər ki, hətta xüsusi halları belə diqqətə almırlar. Mərhəmət üçün əlçatmaz olan və yalnız qanunların mətnini etiraf edən hakimlər, öz peşəkar sərtlik mövqelərindən çıxış edərək, oğrunu, qatili və yoldan çıxarılmış, taleyin ümidinə buraxılmış və ehtiyac üzündən uşağını öldürməyə qalxmış bədbəxt qıza qarşı eyni hökmü çıxarırlar.

Andlılar isə instinktiv olsa da aldadılmış qızın onu yoldan çıxaran şəxsdən, hansı ki, qanunlar onu cəzalandıra bilmir, daha az günahkar olduğunu hiss edirlər və bu səbəbdən ona qarşı mərhəmətli davranırlar.

Kastaların, həmçinin kütlənin digər kateqoriyalarının psixologiyasını yaxşı bildiyimdən, elə bir hadisə görmürəm ki, hər hansı bir cinayət işi üzrə düzgün olmayan ittihamla bağlı iclasçıları hakimlərdən daha çox günahkar bilim. Birincilərlə mən bütün hallarda bəraət almaq üçün bəzi şanslara malik olardım, ikincilərlə isə buna heç ümid belə etməyə dəyməzdi. Kütlənin hakimiyyətindən qorxmağa dəyər, amma bəzi kastaların hökmündən daha çox ehtiyatlı olmalıyıq. Birincini bütün hallarda inandırmaq mümkündür, ikinci isə sarsılmaz olaraq qalır.

IV fəsil
SEÇKİ KÜTLƏSİ

Seçki kütləsinin ümumi əlamətləri. – Onu necə inandırırlar. – Namizədin malik olmalı olduğu keyfiyyətlər. – Cazibədarlığın zəruriliyi. – Fəhlə və kəndlilər öz mühitlərindən niyə nadir halda namizəd irəli sürürlər? – Söz və formulların seçiciyə əzəmətli təsiri. – Seçki müzakirələrinin ümumi təsviri. – Seçici rəyi necə formalaşır. – Komitələrin qüdrəti. – Onlar özlüyündə tiranlığın ən təhlükəli formasını təmsil edirlər. – İnqilab komitələri. – Psixoloji baxımdan dəyərinin çox az olmasına baxmayaraq, ümumi verilmiş səsləri əvəz etmək olmur. – Səsvermə, hətta seçki hüququ vətəndaşların yalnız məhdud siniflərinə imkan verildiyi halda belə, niyə olduğu kimi qalmalıdır? – Bütün ölkələrdə seçki hüququ özlüyündə nəyi ifadə edir?

Seçki kütləsi, yəni o yığıncaqlar, şəxslərin məlum vəzifələrə seçilməsi üçün çağırılır, özlüyündə yekcins kütləni təmsil edirlər, amma onun fəaliyyəti yalnız konkret bir məqsədə istiqamətlənib – müxtəlif namizədlər arasından seçimə, onda bizim artıq qeyd etdiyimiz yalnız bəzi xarakterik əlamətləri müşahidə edə bilərik. Bu kütləyə ən çox xas olan əlamətlərə, həmçinin mühakimə qabiliyyətinin zəifliyi, tənqidi ruhun olmaması, sadəlövhlük və səthiliyi aid etmək olar. Bu kütlənin qərarlarında rəhbərlərin və tərəfimizdən yuxarıda sadalanan amillərin rolunu çox asan izləmək mümkündür: müddəa, təkrar, cazibə qüvvəsi və sirayətedicilik.

İndi isə seçki kütləsinə təsir üsullarını izləyək, belə ki, yalnız bu əsasda onun psixologiyasını biz özümüz üçün daha aydın təsəvvür edə bilərik.

Seçkilərdə iştirak edən namizəd üçün başlıca şərt onun cazibə qüvvəsidir. Şəxsi cazibə qüvvəsini yalnız sərvətin cazibədarlığı əvəz edə bilər. Hətta istedad və dahilik belə, uğur üçün ciddi şərait təşkil etmir. Ən başlıcası – bu, cazibədarlıqdır, yəni heç bir etiraz doğurmadan seçicilər qarşısında dayana bilmək imkanıdır.

Əgər əksəriyyəti fəhlə və kəndlilərdən təşkil olunmuş seçicilər, öz mühitlərinə aid olanlar arasından nadir hallarda nümayəndə seçirlərsə, bunun başlıca səbəbi, həmin mühitdən çıxanların onlar üçün heç bir cazibədarlıq kəsb etməmələri ilə bağlıdır. Əgər təsadüfən onlar belə bir seçim edirlərsə, bu da adətən ikinci dərəcəli səbəblərlə bağlı olur. Hansısa görkəmli şəxsə, fəhlələrə rəhbərlik edən iri sahibkara, məs, seçicilər daim onun tabeçiliyində olurlar, mane olmaq arzusundan irəli gəlir. Bu cür etməklə, seçicilər bir növ həmişə tabeliklərində olduqları insan üzərində müəyyən zaman ərzində hökm etmək illüziyası əldə edirlər.

Lakin cazibənin qüvvəsi heç də həmişə uğura xidmət etmir. Seçicilər həm də istəyirlər ki, onların məğrurluqlarına yaltaqlansınlar və arzularını yerinə yetirsinlər. Təsir etmək üçün onun ünvanına ən cəfəng xoşagələn tərifləri söyləmək və utanmadan ən fantastik vədlər vermək lazımdır. Əgər fəhlədilərsə, onları tərifləyib, sahibkarını söymək lazımdır; rəqib-namizədə gəldikdə, haqqında müddəalar, təkrar və sirayətedici fikirlər yaymaq yolu ilə onu məhv etmək lazımdır, demək lazımdır ki, o, ən sonuncu əclafdır və onun hansı cinayətləri törətməsi hamıya məlumdur.

Bu olayda, hətta hər hansı bir sübut və dəlilə oxşar bir şey axtarmağa da ehtiyac yoxdur. Əgər, rəqib kütlə psixologiyası ilə yaxşı tanış deyilsə, müddəalara qarşı əks müddəalarla cavab vermək əvəzinə, arqumentlərin köməyi ilə özünü təmizə çıxarmağa çalışacaq və əlbəttə, bu minvalla, uğur üçün olan hər cür şansdan məhrum olacaq.

Namizədin yazdığı proqram həddən ziyadə qəti ifadə olunmamalıdır, belə ki, rəqibləri bundan istifadə edə və sonra ona qarşı nəticələrlə bağlı iddia irəli sürə bilərlər. Amma buna qarşılıq olaraq şifahi proqram hədsiz geniş olmalıdır. O hər cür, ən mühüm islahatlar aparacağı ilə bağlı çəkinmədən vədlər verə bilər. Bütün bu şişirtmə vədlər həmin dəqiqə üçün çox güclü təsir bağışlayır, gələcək üçün isə heç bir öhdəliyə məcbur etmir. Əslində, seçici adətən seçilmiş namizədin sonradan həmin vədləri yerinə yetirib-yetirmədiyini heç öyrənməyə belə çalışmır.

Bütün bu hallarda biz, əvvəllər danışdığım məsləklə bağlı həmin amillərin təsirini müşahidə edə bilərik; sehrli qüvvəyə malik söz və formulların müzakirəsi zamanı biz yenidən həmin amillərlə rastlaşacağıq. Bunlardan istifadə etməyi bacaran natiq, kütləni öz ardınca hara istəsə çəkib apara bilər. Elə ifadələr var ki, dəfələrlə istifadə olunsalar belə, yenə də eyni təsirə malikdilər.

Yeni formul axtarıb tapa bilən namizəd, bu, konkret məna kəsb etməyən formul olsa belə, amma kütlənin ən rəngarəng səylərinə cavab verə bilsə, onda həmin namizəd şəksiz uğura güvənə bilər. 1873-cü il qanlı ispan inqilabı bu cür, mürəkkəb əhəmiyyətə malik və hər kəs tərəfindən özünəməxsus izah oluna bilən bir neçə sözün vasitəsilə həyata keçirilmişdi. Müasir yazıçılardan biri həmin inqilabın necə baş verdiyini belə nəql edib:

“Radikallar belə qənaətə gəlmişdilər ki, unitar respublika, respublika pərdəsi altında maskalanmış monarxiyadan başqa bir şey deyil və korteslər (şəhərlərə verilən nümayəndəlik hüququ) onları razı salmaq üçün yekdilliklə federal respublika elan etdilər, özü də səs verənlərin heç biri mahiyyətcə nəyə səs verdiklərini belə bilmirdilər. Lakin elan olunan formul hamını heyran qoymuş və sevincə qərq etmişdi. Hamı düşünürdü ki, yer üzündə səxavət və xoşbəxtlik çarlığı yaradıblar.

Respublikaçılardan biri, düşmən tərəf onu federalist tituluna layiq görməmişdi deyə, elə incimişdi ki, sanki alçaqcasına təhqir olunmuşdu. Hamı küçədə bir-birini bu sözlərlə salamlayırdı: “Salud u republica federal!” və nizam-intizam olmaması və əsgər muxtariyyətinin şərəfinə himn oxuyurdular. Bəs, əslində həmin “federal respublika” nə idi? Biriləri bu ad altında əyalətlərin və təsisatların Birləşmiş Ştatlardakına bənzər, orada mövcud olduğu təki azadlıq əldə etdiyini və ya administrasiyanın desentralizasiyası kimi başa düşürdülər; digərləri isə gələcəkdə böyük sosial ləğvetmə keçirmək yolu ilə istənilən hakimiyyəti məhv etmək kimi qəbul edirdilər.

Barselona və Andaluziyada sosialistlər icmaların mütləq hakimiyyətini təbliğ edir və İspaniyada öz qanunları ilə idarə olunan on min müstəqil bələdiyyə şəhəri yaratmağı və eyni zamanda, ordu və jandarmı da ləğv etməyi düşünürdülər. Tezliklə çaxnaşmalar genişlənərək bütün cənub əyalətlərinə yayıldı, bir şəhərdən digərinə, bir kənddən başqasına keçdi. Elə ki, hər hansı bir icma “prononciamiento”ya19 keçirdi, ilk işi teleqrafı və dəmiryolunu məhv etmək olurdu ki, bununla da qonşuları və Madrid ilə öz əlaqələrini tamamilə kəsdiklərini düşünürdülər.

Müstəqil fəaliyyət göstərməyən hətta ən kiçik bir kənd belə, qalmamışdı. Federalizm öz yerini yanğınlar, qətllər və qanlı saturnaliyalarla müşayiət olunan ən kobud “kantonalizmə” vermişdi.

Fikirlərin seçicilərin şüuruna təsir etməyinə gəldikdə, istənilən seçki yığıncağına aid protokolu oxumaq kifayətdir ki, bu barədə özündə qəti fikir formalaşsın. Belə yığıncaqlarda fikirlər, söyüşlər eşidilir, bəzən iş yumruq davasına qədər gedib çıxır, lakin heç vaxt, heç bir müzakirə eşidə bilməzsən; əgər müəyyən vaxtlarda sakitlik bərpa olunsa da, bu yalnız ən dalaşqan xarakterli iştirakçının namizədə çətin suallar verməklə bağlı istəyini təklif edən zaman yaranır, bütün auditoriya da bundan həmişə vəcdə gəlir.

Lakin opponentlərin sevinci uzun sürmür, belə ki, çox tezliklə rəqiblər öz bağırtıları ilə elə ilk andaca səs verənin səsini boğurlar. Bu növdən olan açıq yığıncaqlara aid hesab edilən protokolları burada toplamışam, oxşar protokollar müxtəlif qəzetlərdə az qala hər gün çap olunur:

“Təşkilatçı iştirakçılara prezident seçməyi təklif etdi, elə bu kifayət etdi ki, fırtına qopsun. Anarxistlər büronu ələ keçirmək üçün irəli cumdular; sosialistlər qızğınlıqla onların qarşısını almağa girişdilər, itələşdilər, bir-birlərini satqın, casus adlandırıb söyüşdülər və sonda vətəndaşlardan biri gözünün altı qaralmış vəziyyətdə oranı tərk etdi.

Nəhayət, ümumi çığırtılar altında birtəhər büronu təşkil edə bildilər və tribunada kompanyon X. qaldı. O, sosialistlərə qarşı əsil ittiham aktı irəli sürdü. Onun özünü isə bu cür sözlərlə susdurmağa çalışırdılar: “Gic!” Quldur! Lotu!” və s. kimi – epitetlərə, kompanyon X., sosialistləri “idiot” və ya “təlxək” kimi təsvir edən nəzəriyyə ilə cavab verirdi.

…Allemanın partiyası dünən axşam Foburq dyu Tamil küçəsindəki ticarət zalında fəhlələrin bayramı olan 1 maya hazırlıqla bağlı böyük yığıncaq təşkil etmişdi. Şüar belə idi: “sakitlik və əmin-amanlıq”.

“Kompanyon Q. sosialistləri gic və yalançı adlandırdı; həmin andaca natiq və iştirakçılar bir-birlərini söyüşlərə qonaq etdilər və iş əlbəyaxa qovğasına qədər gedib çıxdı, səhnəyə stullar, skamyalar, stollar və sair atıldı”.

Elə düşünmək lazım deyil ki, müzakirələrin bu üsulu yalnız məlum seçici sinfinə aiddir və bu, onların sosial vəziyyətlərindən asılıdır. Hansı olmasından asılı olmayaraq, hər bir anonim yığıncaq, hətta o, bütünlüklə elm adamlarından təşkil olunsa belə, müzakirələr zamanı həmişə eyni forma ilə ifadə olunur.

Mən, artıq qeyd etmişəm ki, izdihamda olduqları zaman adamlar aralarındakı əqli fərqləri aradan qaldırmağa cəhd edirlər və belə dəlillər ilə hər addımda rastlaşırıq. Budur, məs, tərkibi əsasən tələbələrdən təşkil olunmuş yığıncağın protokolundan çıxarışın, 1895- ci il fevralın 13-də “Temps” qəzetində çap olunmuş nüsxəsinə diqqət yetirək:

“Vaxt ötdükcə hay-küy daha da yüksəlirdi və düşünmürəm ki, elə bir natiq tapıla bilərdi ki, sözü kəsilmədən iki cümlə belə, söyləyə bilsin. Hər dəqiqə gah bir, gah da digər yerdən, bəzən isə hər tərəfdən qışqırıq səsləri yüksəlirdi; alqışlayırdılar, fit çalırdılar, müxtəlif dinləyicilər arasında qızğın mübahisələr qopurdu, təhdidlə əsalarını yelləyir, ahənglə döşəməyə vurub, qışqırırdılar: “Rədd ol! Tribunaya qalx!”. M.S. assosiasiyanın ünvanına ən mənfi ibarələri səsləndirirdi, onu ən rəzil, dəhşətli, satqın və qisasçı və s. adlandırır, bəyan edirdi ki, cəhd edəcək ki, onu məhvə etsin…”

Sual oluna bilər, belə şərtlər altında seçici öz fikirlərini necə təşkil edə bilər? Lakin belə bir sual bizdə yalnız bu cür yığıncaqların azadlığı ilə bağlı qəribə yanlışlığa qapılan zamanlarda yaranır. Axı kütlə yalnız təlqin edilmiş fikirlərə malik olur və heç vaxt onları müzakirə yolu ilə tərtib etmir. Bizi məşğul edən olaylarda fikirlər və seçicilərin səsi seçici komitələrinin əlində olur ki, çox vaxt da rəhbərləri, fəhlələr üzərində təsirə malik olan şərab tacirləri olur, hansı ki, onlara kreditlər verirlər.

“Bilirsinizmi, seçici komitələri nədir? – müasir demokratiyanın ən cəsur müdafiəçilərindən biri, cənab Seqerer soruşur. – Bu, sadəcə, bütün təsisatlarımıza açardır, bizim siyasi maşınımızın əsas hissəsidir. Fransa hazırda komitələr tərəfindən idarə edilir”.

Adlarının nə olmasından asılı olmayaraq komitələr: klublar, sindikatlar və s. izdihamın yaxınlaşmaqda olan qüdrətinin ən təhlükəli başlıca elementidir. Onlar öz- özlüyündə ən simasız və nəticə etibarilə, ən müstəbid tiranlıq formasıdır. Komitələrə rəhbərlik edən və hansısa yığıncağın adından danışmaq və fəaliyyət göstərmək hüququ olan liderlər, hər cür məsuliyyətdən kənardılar və özlərinə hər şeyi rəva görə bilirlər. Ən şiddətli tiranlar belə, inqilabi komitələr tərəfindən imzalanan bu cür göstərişlərə yol verə bilməzdilər.

İnqilabi komitələr Konventi qırıb-çatırdılar, kəsirdilər və nə qədər ki, Robespyer onların adından danışa bilirdi, o zamana qədər mütləq hakim olaraq qalırdı. Lakin bir gün həmin komitələrdən uzaqlaşan kimi, o da məhvə məhkum oldu. Kütlənin çarlığı – bu, komitələrin, yəni onların rəhbərlərinin hökmranlığıdır və bundan qəddar despotizmi təsəvvür belə edə bilməzsən.

Komitələrə təsir etmək elə də çətin deyil; bunun üçün namizədin yalnız onlar tərəfindən qəbul olunması və kifayət qədər resurslara malik olması yetərlidir. İanəçilərin özlərinin etirafına görə, üç milyon kifayət edib ki, general Bulanje üçün çoxsaylı seçkilər təşkil olunsun.

Seçki kütləsinin psixologiyası bax, bu cürdür; o, digər kateqoriyadan olan kütlə psixologiyasından heç nə ilə fərqlənmir və onlardan nə yaxşı, nə də pis deyil. Amma yuxarıda söylənilənlərə söykənərək mən, bütün hallarda ümumi səsverməyə qarşı bir nəticəyə gələ bilməyəcəyəm. Əgər, bu təsisatın taleyi məndən asılı olsaydı, bilavasitə kütlə psixologiyasının öyrənilməsindən təzahür edən praktiki təsəvvürləri rəhbər tutaraq, onu elə bu şəkildə, indi mövcud olduğu vəziyyətdə saxlayardım.

Şübhəsiz, ümumi səsvermə zamanı narahatlıqlar kifayət qədərdir, onlar gözdən yayınmır və onları inkar etmək mümkünsüzdür. Eləcə də sivilizasiyanın, piramidanın üst qatını zəbt etmiş, yalnız ali zəka qabiliyyətlərinə malik istedadlı kiçik azlığın işi olduğunu da inkar etmək olmaz, müxtəlif millətlər qatının əqli səviyyəsindən asılı olaraq, o, tədricən, aşağılara doğru genişlənir. Əlbəttə, sivilizasiyanın əzəməti yalnız sayının çoxluğuna əsaslanan primitiv elementlərin səslərindən asılı ola bilməz; heç şübhəsiz, kütlənin verdiyi səslər əksər vaxtlarda çox təhlükəli olur və bizlər belə basqınlardan az zərər görməmişik.

Çox güman ki, kütlənin əzəmətli gücünün yaxınlaşması baxımından gələcəkdə də bunun acısını artıqlaması ilə çəkəcəyik. Lakin nəzəri baxımdan tamamilə düzgün olan bütün bu etirazlar, ehkamlara çevrilən ideyaların sarsılmaz qüdrəti barədə düşündüyümüz anda, praktiki nöqteyi-nəzərdən gözlərimiz önündə öz gücünü itirir. Ehkam kütlənin fəlsəfi nöqteyi-nəzərdən müdafiəyə ehtiyacı olmayan ali hakimidir, tamamilə orta əsrlər dini ehkamları kimi, lakin bununla bərabər hazırkı dövrdə o, mütləq gücə malikdir; bu ehkam da nəticə etibarilə, vaxtilə dini ideyalarımızın malik olduğu toxunulmazlığa malikdilər.

Sehrli gücün köməyi ilə orta əsrlərə göndərilə bilən müasir azad düşüncəli birini təsəvvürünüzə gətirin. Bəlkə, düşünürsünüz ki, dini ideyaların o zamanlarda başlıca qüdrət kəsb etdiyindən xəbərdar olan bu şəxs, onlara qarşı mübarizəyə qalxmağa cəhd edə bilər? Və yaxud İblislə müqavilə bağlamaqda ittiham edilərək, bu səbəbdən onu tonqalda yandırmaq istəyən hakimin əlinə düşərsə, o, İblisin və ya ifritələrin toplaşdığı gecə məclisinin mövcud olub-olmaması ilə bağlı iddia ilə çıxış edəcək? Lakin kütlənin inancları ilə bağlı höcətləşmək – bu, eyni ilə qasırğa ilə mübahisəyə qalxmaq kimi bir işdir.

Ümumi səsvermə yolu ilə möhkəmlənən ehkam, hazırda dini ehkamların vaxtilə malik olduqları gücə sahibdilər. Natiqlər və yazıçılar onunla bağlı elə hörmətlə və elə yaltaqcasına fikir bildirirlər ki, hətta XIV Lüdovikin ünvanına beləsi söylənilməyib. Ona görə, bu ehkama da digər bütün dini ehkamlar kimi münasibət bəsləmək lazımdır, çünki ona da yalnız zaman təsir edə bilir.

Bununla belə, həmin ehkam bütün hallarda xeyrinə danışılan bəzi Əsaslara söykəndiyindən, onu yerindən oynatmaq cəhdi faydasız olardı. “Bərabərlik zamanı, – Tokvil haqlı olaraq deyir, – adamlar oxşarlıq təşkil etdiklərindən, nəticə etibarilə, bir- birlərinə heç bir etimad bəsləmirlər. Amma demək olar ki, məhz elə bu oxşarlıq onlarda ictimai rəyə qarşı sonsuz inam yaradır, çünki hesab edirlər ki, inkişaf baxımından eyni ümumi idrakı həqiqət çoxluğun yanında ola bilər”. Bu səbəbdən ehtimal etmək olarmı ki, hər hansı bir əsasda səslərin verilməsi məhdudlaşdırılarsa, bu, kütlənin səs verməsini yaxşılaşdıra bilər?

Tərkibindən asılı olmayaraq, bütün yığıncaqların primitiv əqli səviyyəsi ilə bağlı əvvəllər söylədiyim səbəblər əsasında, bunun belə olacağını güman etmirəm. Kütlədə insanlar həmişə yarışırlar və iş əgər, ümumi məsələlərə aid olursa, onda qırx nəfər akademikin səs verməsi ilə qırx su daşıyanın səs verməsi arasında heç bir fərq olmayacaq. Düşünmürəm ki, tez-tez tənqid edilən universal seçki hüququ, (hər hansı bir səsvermənin məsələn, imperiyanın bərpası ilə bağlı seçkilər bütün günahı onların üzərinə yıxılır) səs verənlər yalnız alimlər və təhsillilərdən ibarət olsaydı, başqa cür alınardı.

Hər hansı bir fərd əgər, yunan dilini, riyaziyyatı öyrənib, memar, baytar, tibb işçisi və ya vəkil olubsa, bu, hələ o demək deyil ki, o, sosial məsələlərlə bağlı xüsusi məlumatlar əldə edib. Axı iqtisadçılarımızın çoxu təhsillilərdən ibarətdir, əksər hallarda professor və akademiklərdi, lakin elə bir ümumi məsələ mövcuddurmu ki, məsələn, proteksionizm, bimetallizm və s. bu xüsusda onların arasında hər hansı bir razılıq əldə olunsun? Və bu ona görə belədir ki, onların hər cür elmi, yalnız ümumi cahilliyin çox yumşaq formasıdır. Sosial problemlər qarşısında isə, hansı ki, ora çoxsaylı naməlum kəmiyyətlər daxildir, bütün cəhalət yarışır.

Beləliklə, seçki korpusu əgər, hətta tamamilə elm adamlarından təşkil olunsa belə, bütün hallarda onların rəyi, indiki seçici rəyindən nə yaxşı, nə də pis ola bilərdi. Onlar da eyni ilə öz hislərini və öz partiya maraqlarını rəhbər tutacaqdılar. Çətinliklərimiz nə olursa olsun azalmazdı, amma bizlər bundan əlavə həm də kastaların ağır zülmünü də üzərimizdə hiss edəcəkdik.

Kütlənin səsverməsi hər yerdə eyni olacaq və nəhayətdə, həmişə cəhdlərin və irqlərin qeyri-iradi tələbatlarının təzahürləri kimi çıxış edəcək – bu səslərin verilməsi məhdud və ya ümumi olacaq və səsvermə respublika və ya monarxiya quruluşlu ölkədə, Fransa, Belçika, Portuqaliya və ya İspaniyada keçiriləcək, fərq etməyəcək. İstənilən ölkədə bütün seçkilərin ədədi ortası, irqin ruhunun təsvirinə xidmət edir, bu ruh isə nəsildən nəslə demək olar ki, eyni qalır.

Bütün yuxarıda deyilənlər bizi bir daha belə bir nəticəyə gətirib çıxarır ki, irq mühüm əhəmiyyətə malikdir və təsisatlar və hökumətlər xalqların həyatında cüzi rol oynayırlar. Bu sonuncular, başlıca olaraq irqin ruhu, yəni, irsi qalıqlar tərəfindən idarə olunurlar, məcmu olaraq da elə irqin ruhunu təşkil edirlər. İrq və gündəlik həyatın ən zəruri tələbatlarının məqsədi – bax, millətlərin taleyini idarə edən sirli hakimlər bunlardır.
V fəsil
PARLAMENT YIĞINCAQLARI

Parlament kütləsində ümumi, müxtəlif cinsli qeyri-anonim izdihamın əksər xüsusiyyətləri müşahidə olunur. – Fikirlərin səthiliyi. – Təlqinə həssaslıq və onun sərhədləri. – Rəhbərlərin rolu. – Onların cazibə qüvvəsinin səbəbləri. – Onlar yığıncaqların əsil hakimləridirlər, hansı ki, səsvermə kiçik azlığın səsverməsi şəklində təqdim olunur. – Rəhbərlərin qüdrəti mütləqdir. – Onların natiqlik məharətinin elementləri. – Sözlər və obrazlar. – Cazibə qüvvəsinə malik olmayan natiq öz dəlillərini qəbul etdirmək iqtidarında olmur.

– Həm yaxşı, həm də pis hislərin mübaliğəsi. – Məlum anlarda təzahür edən avtomatizm. – Konventin iclası. – Yığıncaqlarda izdihamın xüsusiyyətlərini itirdiyi hallar. – Texniki məsələlərdə mütəxəssislərin təsiri. – Parlament rejimlərinin bütün ölkələrdə üstünlükləri və təhlükələri. – O, müasir tələbatlara uyğunlaşıb, amma böyük maliyyə xərcləri və azadlığın mütərəqqi məhdudlaşdırılmasına gətirib çıxarır. – Nəticə.

Parlament iclası özlüyündə müxtəlif cinsli, qeyri-anonim kütləni təmsil edir. Müxtəlif dövrlərdə və fərqli xalqlarda müxtəlif tərkibdə olmalarına baxmayaraq, onlar hələ də oxşar xüsusiyyətlər nümayiş etdirirlər, özü də irqlərin təsiri burada həmin xüsusiyyətlərin yalnız azaldılması və ya artırılmasında özünü hiss etdirir. Ən müxtəlif ölkələrdə, Yunanıstan, İtaliya, Portuqaliya, İspaniya, Fransa, Amerikada parlament iclasları zamanı müzakirələr və səsvermə çox böyük bənzərlik təşkil edir və hökumətlərə eyni çətinlikləri yaşadırlar.

Bununla belə, parlament rejimi bütün müasir sivilizasiyalı xalqların idealıdır, baxmayaraq ki, onun təməlinə müəyyən sayda adamların bir yerə toplanarkən, az sayda olan insanlardan daha müstəqil və müdrik qərarlar qəbul etməsi kimi yanlış psixoloji ideya qoyulub.

Parlament iclaslarında biz, hər cür ümumi kütləyə aid xüsusiyyətlərlə qarşılaşırıq: ideyaların səthiliyi, əsəbilik, təlqinə həssaslıq, hislərin mübaliğəsi, rəhbərlərin üstünlük təşkil edən təsiri. Amma özünün xüsusi tərkibinin nəticəsi olaraq parlament kütləsi bəzi xüsusiyyətlərə malikdir, biz burada onu qeyd edəcəyik.

Fikirlərin səthiliyi bu kütlənin mühüm xüsusiyyətini təşkil edir. Bütün partiyalarda və xüsusilə də latın xalqlarında, hər cür hadisə zamanı tətbiq edilən ən mürəkkəb sosial problemləri, ən sadə abstrakt prinsiplər və ümumi qanunlar vasitəsilə həll etməyə dəyişilməz meyillilik görürük. Prinsiplər təbii olaraq hər partiyaya uyğun dəyişilir, amma izdihamda özünü tapdıqdan sonra fərdlər həmişə həmin prinsiplərin dəyərini şişirtməyə cəhd edir və onları ifrat həddə yüksəltməyə səy göstərirlər. Bax, niyə parlamentlər həmişə ən ifrat fikirlərin təmsilçiləri olurlar.

Bu cür yığıncaqların səthiliyinə yakobinçilərin böyük inqilabı ən mükəmməl nümunə sayıla bilər. Ehkamlar və məntiqlə dolub-daşan, beyinləri qeyri-müəyyən ümumiləşdirmələrlə dolu yakobinçilər, baş verənlərə əhəmiyyət vermədən və demək olar ki, bütün inqilab dövründə buna ümumiyyətlə, diqqət yetirmədən, öz sarsılmaz prinsiplərini həyata keçirməyə girişmişdilər. Özləri üçün təlimat xarakterli çox sadə ehkamlarla silahlanan yakobinçilər, cəmiyyəti hər sahədə təkmilləşdirə biləcəklərini və zərif sivilizasiyanı sosial təkamülün erkən fazasına qaytaracaqlarını təsəvvür edirdilər.

Arzularını həyata keçirmək üçün istifadə edilən üsullar da həmçinin mütləq səthilikləri ilə fərqlənirdi. Onlar yalnız bir sahədə məhdudiyyət tanıyırdılar, özlərinə mane olan hər bir şeyi zorakılıqla aradan qaldırmaqla bağlı. Bununla belə, başqaları da – jirondistlər, montanyarlar, termidorlar və sair – eyni ruhda hərəkət etmişdilər.

Hər cür izdiham kimi, parlament kütləsi də təlqinin təsirinə çox asan yuvarlanır, həmin təlqin isə ovsunlayıcı rəhbərlərdən təzahür edir. Amma parlament iclaslarında təlqinə qarşı həssaslıq kəskin müəyyən olunmuş sərhədlərə malik olur və onları göstərməyə heç nə mane olmur.

Claslarda parlament nümayəndələri yerli və yaxud vilayət maraqlarını təmsil edən hər cür məsələlərə dair o dərəcədə yenilməz, dəyişilməz fikirlərə malik olurdular ki, heç bir arqument onları sarsıtmaq iqtidarında olmurdu. Hətta Demosfen kimi mahir natiqin istedadı belə, deputatı həmin işlərlə bağlı məsələlərdə, nüfuzlu seçicilərin tələblərini təmsil edən məs, proteksionizm və sair kimi, öz rəyini dəyişdirməyə məcbur edə bilməmişdi. Vaxtilə ilə seçiciləri tərəfindən deputatlara bu ruhda təlqin olunanlar, o dərəcədə güclü olur ki, hər cür digər təlqinlərə mane olur və fikirlərin mütləq sarsılmazlığının qorunmasına kömək edir.

Seçki zamanı əvvəlcədən müəyyən edilmiş fikirlərə, yəqin ki, qədim ingilis parlament xadimlərindən birinin aşağıdakı düşüncələri də aid edilə bilər: “Vestminsterdə iclaslarda iştirak etdiyim əlli il ərzində mən, bir çox nitqlərə qulaq asmışam. Həmin nitqlərdən yalnız bəziləri fikrimi dəyişdirməyə məcbur edib, lakin onlardan heç biri qərarımı dəyişdirə bilməyib”.

Ümumi xarakterli məsələlərdə, məsələn, nazirliyin ləğvi, vergilərin təsisi və sair fikirlərdə heç bir möhkəmlik mövcud olmur və ona görə də rəhbərlərin təlqini adi kütlədə olduğu kimi, burada da tamamilə eyni cür təsir göstərir. Hər bir partiyada bəzən, tamamilə eyni cür təsirdən istifadə edən rəhbərlər mövcud olur, bu səbəbdən deputat bəzən əks təlqinlərə məruz qalır və təbii olaraq qətiyyətsizlik göstərir.

Deputatın bəzən dörddə bir saat ərzində öz fikrini dəyişdirməsi, zidd qərarlar qəbul etməsi və elə indicə onlar tərəfindən qəbul edilən qərara, onun bütün əhəmiyyətini alt-üst edən hansısa maddəni əlavə etməsi, bununla izah olunur. Belə ki, məsələn, elə indi zavod sahiblərinin öz işçilərini seçmək və işdən çıxarmaqla bağlı hüququnu əlindən alan deputat, həmin qanuna düzəlişlər qəbul etməklə, onu demək olar ki, tamamilə qüvvədən salır.

Elə bu əsasda, deputatlar palatasında hər bir qanunvericilik mərhələsində tamamilə müəyyən fikirlərlə yanaşı, olduqca qeyri-müəyyən fikirlər də yer alır. Lakin ümumi xarakterli məsələlər sayca həmişə çox olduğundan, palatada seçicilər qarşısında qorxu hissi tərəfindən dəstəklənən, həmişə rəhbərlərin təsirinə müqabil gizli təlqin yaratmağa cəhd edən mütləq bir qətiyyətsizlik, üstünlük təşkil edir.

Elə bu cür, özü də çoxsaylı müzakirələrdə, iclas üzvlərində əvvəlcədən müəyyən edilmiş fikirlər mövcud olmadıqda, kütləyə öz rəylərini qəbul etməyə vadar edən rəhbərlər həmişə qələbə qazanırlar. Belə rəhbərlərə aşkar tələbat var, çünki qrup başçıları adı altında onlara bütün ölkələrin parlamentlərində rast gəlinir və onlar həmin iclasların əsil hakimləridirlər. İzdihamdakı insanlar rəhbərsiz keçinə bilmirlər və ona görə də hər hansı bir yığıncaqdakı səsvermə adətən çox kiçik bir azlığın fikirlərinin təzahürünü təşkil edir.

Rəhbərlər, başlıca olaraq öz fikirləri ilə yox, öz cazibə qüvvələri ilə təsir göstərirlər. Buna ən yaxşı sübut kimi, hər hansı bir təsadüf üzündən onların cazibə qüvvələrini qeyb etdikləri zaman, həm də öz təsirlərini də itirdiklərini nümunə göstərmək olar.

Liderlərin cazibəsi fərdi xarakter daşıyır və bu, nə addan, nə də şöhrətdən asılı deyil. Görün, Jül Simon 1848-ci ilin məşhur adamlarından nə danışır, halbuki özü də onlarla birgə iclaslarda iştirak edib.

“Lüdovik, Napoleon hökmdar olmazdan iki ay öncəyə qədər heç kim idi…

Viktor Hüqo tribunaya qalxdı. Uğur qazana bilmədi. Onu Feliks Piaya qulaq asan təki dinləyirdilər, amma ondan da az alqışladılar. “Onun ideyalarını xoşlamıram, – Feliks Pia haqqında danışanda, Volabell mənə belə dedi, – amma o, Fransanın ən görkəmli yazıçılarından biridir və ən məşhur natiqidir”. Bu, nadir və əzəmətli zəka sahibi Edqar Kine heç nə hesab edilirdi. Onun populyarlığı yığıncaq başlayana qədər çəkirdi, lakin iclasların özündə heç bir nüfuza malik olmurdu…

Siyasi iclaslar özlüyündə, dünyada dahilərin şöhrətinin məhz, ən az duyulduğu yerdir. Orada zamana və yerə uyğunlaşmış mahir çıxışlar, vətənə yox, partiyaya göstərilən xidmətlər əhəmiyyət daşıyır. 1848-ci ildə Lamartinə və 1871-ci ildə Tyerə lazımi ehtiramı göstərmək üçün zəruri olan dəfedilməz təhlükələr kimi son dərəcə əzəmətli stimul var idi, lakin elə ki, hər şey ötüb keçdi, qorxu və minnətdarlıq hisləri aradan qalxdı”.

Bu sitatı izah etmək naminə deyil, orada psixoloji baxımdan adi maraq doğuran həmin faktlardan danışıldığına görə nümunə gətirdim. Əgər izdiham rəhbərlərin vətən və partiya qarşısında göstərdikləri xidmətləri diqqətə alsaydı, onda o, öz kütlə xarakterini həmin andaca itirərdi. Rəhbər qarşısında itaətkarlıq edən kütlə, yalnız onun cazibə qüvvəsinə tabe olur və bura hər hansı bir maraq və ya təşəkkür hissi qarışmır.

Bu səbəbdən zəruri cazibə qüvvəsinə malik olan lider, demək olar ki, mütləq hakimiyyət əldə edir. Məsələn, öz cazibəsi sayəsində bir çox illər ərzində olduqca böyük nüfuza malik bir məşhur deputat tanıyırdım ki, son seçkilərdə məlum maliyyə hadisələri nəticəsində döyülərək əzişdirilmişdi. Öncə tək onun bir işarəsi ilə nazirliklər devrilirdi və bir yazıçı onun fəaliyyətini aşağıdakı şəkildə müəyyən etmişdi:

“Cənab X.-ya biz başlıca olaraq ona görə borcluyuq ki, Tonkinə görə lazım olduğundan üç dəfə artıq ödəmişdik, Madaqaskarda lazım olan səviyyədə möhkəmlənə bilməmişdik, fırıldaq yolu ilə aşağı Nigerdə hökmranlığımızı əlimizdən almışdılar və biz əvvəllər Misirdə malik olduğumuz üstün vəziyyəti itirmişdik. Cənab X.-nın nəzəriyyələri bizə I Napoleonun viranə qoyduqlarından daha böyük ərazi itkiləri hesabına başa gəldi”.

Amma yuxarıda adı çəkilən rəhbəri həddən çox ittiham etmək lazım deyil. Əlbəttə, bu, bizə çox baha başa gəldi, lakin bütün hallarda təsiri başlıca olaraq ona əsaslanırdı ki, həmin lider ictimai rəyin ardınca getmişdi. Müstəmləkə məsələlərində isə onun baxışları indikindən fərqli idi. Lider çox nadir hallarda ictimai rəydən irəlidə gedir; adətən həmişə ardınca gedir və onun bütün yanlışlıqlarını özünə mənimsəyir.

Cazibə qüvvəsindən başqa rəhbərlərin istifadə etdikləri inandırma üsulları hər cür digər izdihamdakının bənzəridir. Onlardan məharətlə istifadə etməkdən ötrü rəhbər heç olmasa qeyri-iradi şəkildə olsa da kütlə psixologiyasını başa düşməli və izdihama necə müraciət etməyi bilməlidir. Xüsusilə məlum sözlər, formul və obrazların cazibə qüvvəsindən xəbərdar olmalıdır.

Özündə əsasən enerjili, həm də tamamilə dəlilsiz iddiaları və parlaq obrazlarla çərçivələnmiş səthi fikirləri birləşdirən, həddən artıq aydın danışıq qabiliyyətinə malik olmalıdır. Bu növ danışıq qabiliyyətinə bütün yığıncaqlarda, bütün təmkinliliyinə baxmayaraq, hətta İngiltərə parlamentində belə rast gəlmək olur.

“Biz daim icmalar palatasındakı müzakirələr barədə oxumalı olurduq, – deyə ingilis filosof Men yazırdı, – demək olar ki, həmin müzakirələr tamamilə ümumi yerdəyişmələrdən ibarət, elə də xüsusi əhəmiyyət kəsb etməyən, amma çox kəskin ifadələrdən ibarət idi. Lakin bu növ ümumi formullar təmiz demokratiya təsəvvürünə heyrətamiz təsir göstərirdi. Ümumi xarakterli dəlilləri, əgər bunlar onun təsəvvürünə təsir göstərən ifadələrdə təqdim olunarsa, kütləyə həmişə çox asanlıqla qəbul etdirmək mümkündür. Baxmayaraq ki, həmin dəlillər heç bir ilkin yoxlamadan keçirilməyib və hətta çox güman ki, onun üçün əlçatan da deyil”.

Bu cür güclü təzahürlərin əhəmiyyəti, yuxarıdakı sitatda qeyd olunub, zərrə qədər də şişirdilməyib. Biz söz və formulların xüsusi qüvvəsini bir neçə dəfə qeyd etmişik. Elə sözlər tapmaq lazımdır ki, çox canlı obrazlar doğura bilsinlər. Bizim iclasların rəhbərlərindən birinin çıxışından misal gətirəcəyim növbəti cümlə belə fəsahətliliyə əla nümunə kimi xidmət edir:

“Həmin gün, eyni gəmi satqın siyasətçini və anarxistin qatilini coşqun sürgün sahillərinə daşıyacaq, onlar öz aralarında söhbətə başlaya bilər və bir-birlərinə eyni sosial sifarişin iki əlavə tərəfləri kimi görünə bilərlər”.

Həmin çıxışda yaradılan obrazın tərzi kifayət qədər aydın idi və natiq tərəfindən nə ilə hədələndiklərini, rəqibləri əlbəttə, hiss etməmiş deyildilər. Söylənilənlərdən onlar eyni zamanda həm coşqun sahilləri və onları ora aparacaq gəmini təsəvvür edir, həm də pis siyasətçilər kateqoriyasına aid oluna biləcəkləri ilə bağlı natiqin eyhamını başa düşürdülər.

Təbii ki, bu zaman onlar vaxtilə Konvent üzvlərinin Robespyerin anlaşılmaz nitqini dinləyərkən, ən azından gilyotinin bıçağının altına düşmə ehtimalı olduğunu hiss etdiklərinə bənzər, qarışıq qorxu hissi duymalı idilər. Elə bu qorxu hissinin təsiri altında Konvent üzvləri həmişə Robespyerə güzəştə gedirdilər.

Ən inanılmaz mübaliğələri özlərinə rəva görmək, liderlərin marağındadır. İndi sözlərindən sitat gətirdiyim natiq, bankirlər və ruhanilərin bombalı hücumlar təşkil edənlərə məvacib verdiklərini və nəhəng maliyyə şirkətlərinin rəhbərliyinin də anarxistlər kimi cəzalandırılmağa layiq olduqlarını iddia edə bilərdi və bu, elə də xüsusi etirazlar doğurmazdı.

Belə iddialar izdihama həmişə təsir edir və hətta nə qədər güclü olarsa, kütlənin hərəkətləri daha çılğın və daha təhlükəli xarakter alır. Fəsahətlilik qədər kütləni qorxudan ikinci bir şey yoxdur, adlarının satqın və ya cinayət ortağı kimi hallana biləcəyindən ehtiyat etdiklərindən, heç kim söylənilənlərə qarşı çıxmağa cəsarət edə bilmir.

Bu cür xüsusi bəlağəti bütün yığıncaqlarda müşahidə etmək olur və böhranlı çağlarda o daha da güclənir. Məşhur inqilab natiqlərinin çıxışlarını oxumaq bu nöqteyi-nəzərdən çox maraqlıdır. Bu natiqlər cinayətləri təqdim etmək və məziyyətləri tərifləməkdən ötrü, eləcə də müstəbidlərə qarşı öz küfrlərini söyləyərək, lənət yağdırmaq üçün çıxışlarını tez-tez dayandırmağı özlərinə borc bilirdilər və ardınca da dərhal and içirdilər – “ya azad yaşamalı, ya da ölməli”. Dinləyicilər ayağa qalxıb coşqunluqla natiqləri alqışlayırdılar və sonra sakitləşərək yenidən öz yerlərinə əyləşirdilər.

Lider bəzən ağıllı və ziyalı bir insan da ola bilər, lakin ümumiyyətlə, götürdükdə, bu keyfiyyətlər ona faydadan daha çox, ziyan gətirir. Zəka insanı daha iltifatlı edir, qarşısındakı şeylərin mürəkkəbliyini açır və bunları özünə aydınlaşdırmaq və dərk etmək imkanı verir, eləcə də gərginliyi və inam gücünü təbliğçi və həvari olmaq üçün zəruri olan qədər əhəmiyyətli dərəcədə zəiflədir. Bütün zamanların məşhur liderləri, xüsusilə də inqilab rəhbərləri dünyagörüşü baxımından fövqəladə məhdudluqları ilə fərqlənirdilər, maraqlıdır ki, bu sahədə daha az fərqlənənləri izdihama daha güclü təsir etmək imkanına malik olurdular.

Onlardan ən məşhuru, Robespyerin çıxışları, öz mənasızlığı ilə çox vaxt adamı heyrətə gətirir. Bu nitqləri oxuyarkən, əzəmətli diktatorun nəhəng rolunu özümüz üçün heç cür aydınlaşdıra bilmirik.

“Ümumi söz yığını, didaktik bəlağətli söz yığını və latın mədəniyyəti, hər şeydən daha çox uşaq ruhuna xidmət edir, nəinki hər hansı bir heyvərənin gah müdafiə, gah da hücumla sərhədlənən və “Bura gəl!” – deyə bağıran məktəbli ədasına. Heç bir ideya, heç bir fərasətli fikir və ya ədalar, amma fırtına arasında daimi cansıxıcılıq. Və oxuyub başa çıxarkən, özündən asılı olmayaraq ucadan “uf!” deyə qışqırmaq istəyirsən – lap, nəzakətli Kamill Demulenin etdiyi kimi”.

Bəzən o güc haqqında düşünmək belə qorxuludur, hansı ki, insana fövqəladə dərəcədə məhdud ağıl verir, lakin hansısa möhkəm inamın bəxş etdiyi cazibə qüvvəsinə malik olur. Amma bütün maneələri aşmaq və nələrisə istəməyi bacarmaq üçün, məhz, həmin şərtləri özündə birləşdirmək lazımdır. İzdiham instinktiv olaraq özlərinə bu cür əmin olan enerjili adamları dərk edir və öz hakimləri kimi qəbul edirlər, hansı ki, daim ona tələbat duyurlar.

Parlament iclaslarında hər hansı bir çıxışın uğuru demək olar ki, bütünlüklə natiqin cazibə qüvvəsindən asılı olur, gətirdiyi dəlillərdən yox. Və bunun bu cür olduğu təsdiqlənir, belə ki, əgər natiq hər hansı bir səbəb üzündən öz cazibəsini itirirsə, həmin vaxt həm də təsir göstərmək imkanından məhrum olur, yəni, artıq o, – arzusuna uyğun səsvermə yolu ilə idarə etmək hakimiyyətinə malik olmur.

Dinləyicilər qarşısında nitq söyləyən və çıxışı yalnız bu cür sübut və dəlillərdən ibarət olan naməlum natiqə gəldikdə, ümid edə biləcəyi yeganə şey – qulaq asanların onu dinləməsi ola bilər. Deputat və bəsirətli psixoloq Dekyub cazibəyə malik olmayan deputat obrazını belə xarakterizə edib:

“Yerini tribunada rahatlayan deputat, sənədləri çıxardı və müntəzəm vərəqləyərək, inamla öz nitqinə başladı… Fikirləri ilə özünü arxayınlaşdırırdı, elə güman edirdi ki, bununla, öz əminliyi ilə dinləyicilərin qəlbinə yol tapacaq. O, diqqətlə öz arqumentlərini ölçüb-biçir və çoxlu rəqəmlər və sübutlar ehtiyatı topladığı üçün öncədən öz müvəffəqiyyətinə arxayındır, belə ki, onun fikrincə, həqiqətin qarşısında hər cür müqavimət gücsüzdür. Beləliklə, düzgünlüyünə əminliklə, həqiqət qarşısında baş əyməkdən başqa heç nə barədə düşünməyən həmkarlarının diqqətinə güvənərək, çıxışına başlayır.

O, başlayan hay-küydən bir qədər rahatsız şəkildə sözünə davam edir və salonda baş verənlərin təsirindən çox heyrətlənir.

Əgər, sakitlik təmin olunmursa, bu nə deməkdir? Bu cür ümumi diqqətsizlik nədən qaynaqlanır? Bax, bir-biri ilə danışan o iki nəfər nə barədə düşünür? Hansı israrlı səbəb bax, həmin deputatı öz yerini tərk etməyə məcbur etdi?

Natiq həyəcanlanmağa başlayır, qaşlarını çatır və dayanır. Prezident tərəfindən ürəkləndirilən natiq, yenidən səsini yüksəldir. Amma ona daha az adam qulaq asır. O, səsini bir qədər də gərginləşdirir, narahat olur; səs-küy getdikcə yüksəlir. Artıq öz danışdıqlarını belə, eşidə bilmir, bir daha susur, sonra bu susqunluğun “müzakirəni kəsin” kimi xoş olmayan nida eşidəcəyindən qorxub, yenidən nitqini davam etdirir. Salondakı hay-küy isə dözülməz dərəcəyə çatır”.

Parlament iclaslarında həyəcan müəyyən dərəcəyə çatanda, adi yekcins izdihama bənzəyir və hisləri də həmişə ifrat həddə olur. Onlar böyük qəhrəmanlığa və eyni zamanda həm də ən pis zorakılığa qadirdilər. Belə yığıncaqlarda fərd o dərəcədə özü olmaqdan qalır ki, hətta birbaşa şəxsi maraqlarına zərbə vura biləcək tədbirə belə, səs verə bilər.

İnqilabların tarixi, yığıncaqların hansı həddədək qeyri-iradiliyə yuvarlana biləcəyini və özlərinin maraqlarına ən zidd gələn təlqinlərə tabe ola biləcəyini təsdiq edir. İmtiyazlardan imtina zadəganlardan ötrü böyük qurban idi, amma məşhur Təsis Yığıncağı gecəsində o, heç bir tərəddüd etmədən, onu qurban verdi.

Şəxsi toxunulmazlıqdan imtina, Konvent üzvləri üçün daim ölüm təhlükəsi yaradırdı; onlar buna getdilər və eyni zamanda qarşılıqlı olaraq bir-birlərini məhv etməkdən qorxmadılar, özü də bilə-bilə ki, bu gün həmkarlarını yola saldıqları eşafota sabah özləri də düşə bilərlər. Lakin onlar elə bir tam avtomatizm dərəcəsinə çatmışdılar ki, mexanizmi barədə hansı ki, mən artıq məlumat vermişəm, heç bir mülahizə onların bu ovsunlayıcı təlqinlərə itaət etmələrinə mane ola bilmirdi.

Konvent üzvlərindən biri, Billo Varennanın memuarlarından götürülmüş növbəti cümlə bu baxımdan çox səciyyəvidir: “Biz özümüz də çox vaxt, iki və ya bir gün əvvəl, belə qərarlar qəbul etməyi arzulamırdıq, hansı ki, indi bizə bunu irad tuturlar, – o deyirdi, – amma həmin qərarlar böhran yaradırdı”. Bundan ədalətli heç nə ola bilməz!

Bu cür şüursuz təzahürləri Konventin bütün coşqun keçən iclasları zamanı müşahidə etmək olardı.

“Onlar özləri də nifrət etdikləri şeylər törətdiklərini təsdiq edirlər, – Ten deyir, – təkcə ağılsızlıq və sərsəmliklərini deyil, həm də cinayətləri, günahsız insanların, öz dostlarının qətllərini də etiraf edirlər. Sağlarla birləşən sollar, öz təbii liderlərini, inqilabın böyük təşkilatçısı və rəhbəri Dantonu, ən coşqulu alqışlar altında yekdilliklə eşafota göndərdilər.

Sollarla birləşən sağlar da həmçinin alqışlar altında və yekdilliklə inqilabi hökumətin ən pis dekretlərinin qəbuluna səs verirdilər. Yekdilliklə və ruh yüksəkliyindən doğan qışqırıqlar altında və bəyanatlarda Kolo d`Erbua, Kuton və Robespyerə isti rəğbət bəsləyərək Konvent, insanları qətlə yetirən hökuməti əsassız və çoxsaylı seçki yerlərinin yardımı ilə öz yerində saxlayır, hansı ki, biriləri ona özlərinin qətllərinə görə nifrət edirdilər və digərləri isə onun özlərini də məhv edə biləcəyinə can atdığına görə.

Nəhayət, düzənlik və dağ, çoxluq və azlıq, qətllərinə birlikdə qərar vermək barədə öz aralarında razılığa gəldilər. Sayca iyirmi ikinci müzakirələr zamanı Konvent Robespyerin çıxışından dərhal sonra – o, yenidən hamını zərbə altında qoydu – tam tərkibdə həm özlərinin, həm də səkkizinci termidorun qətlinə fərman verdilər”.

Bu mənzərə bəlkə də çox dəhşətli görünə bilər, lakin belə olmasına baxmayaraq, bu bir həqiqət idi. Kifayət qədər həyəcanlanan və ovsunlayıcı təlqin altına düşən parlament yığıncaqlarında da dəqiqliyi ilə eyni əlamətlər təzahür edir; onlar bütün impulslara itaət edən qərarsız sürüyə oxşar təsir bağışlayırlar.

Növbəti parlament təsviri üçün, demokratik baxışları şübhə doğurmayan parlament xadimi Spüllerin 1848-ci ildə qələmə aldığı və tərəfimdən “Revue Litteraire”dən götürülmüş qeydləri çox səciyyəvidir. O, kütləyə xas bütün şişirdilmiş hisləri və həddindən artıq qeyri- sabitliyi təsvir edir, bu isə bir neçə dəqiqə ərzində kütləyə ən ziddiyyətli hislər miqyasını bütünlüklə keçməyə imkan verir.

“Növbə ilə nifaq, şübhə, həsəd, kor-koranə inam və sonsuz ümidlər respublika partiyasını süquta gətirib çıxardı. Sadəlövhlüyü və sadəqəlbliliyi, onun yalnız ümumi şübhələrinə bərabər ola bilər. Heç bir qanunilik hissi, heç bir intizam anlayışı; sərhədləri bilinməyən yalnız qorxu və illüziyalar – bu baxımdan kəndli və uşaq arasında olduğu kimi bir çox oxşarlıqlar olur.

Sakitlikləri yalnız onların dözümsüzlükləri ilə rəqabət apara bilər və zalımlıqları da onların mülayimliklərinə tən olur. Bu, hələ tam təhsilə malik olmayan temperamentin xüsusiyyətidir və tərbiyə yoxluğunun nəticəsidir. Onlarda heç nə təəccüb doğurmur, lakin hər bir şey çaşqınlığa gətirib çıxara bilir. Qorxudan titrəyib əsə və eyni zamanda igidlik və qəhrəmanlıq göstərə bilərlər, onlar atəşin üzərinə atıla bildikləri kimi, həm də kölgədən qorxub qaça bilərlər.

Şeylərin münasibəti və nəticəsi onlara məlum deyil. Həyəcan vəziyyətində olduğu kimi, onlar ümidsizliyə də çox tez qapılmaqla, çaxnaşmaya meyllidirlər, həmişə ya lap yüksəklərə dırmanır, ya da lap aşağılara yuvarlanırlar və heç vaxt da özlərini lazımi ölçüdə və səviyyədə saxlaya bilmirlər. Sudan belə, cəld ola bilirlər, onlar özlərində bütün rəngləri əks etdirir və hər cür formanı ala bilirlər. Belə halda hökumətin əsasları üçün onlar hansı təməl təşkil edə bilərdilər?”

Xoşbəxtlikdən, bütün bu əlamətlərin parlament yığıncaqlarında daimi təzahür etməsi üçün, xüsusi şəraitin mövcud olması gərəkdir. Bu yığıncaqlar, yalnız məlum anlarda kütləyə çevrilir. Əksər hallarda onları təşkil edən insanlar öz fərdiliklərini qoruyub saxlaya bilirlər və bax, elə buna görə yığıncaqlar o cür əla texniki qanunlar işləyib, hazırlaya bilir. Düzdür, həmin qanunlar sakit kabinetlərdə əvvəlcə hansısa mütəxəssis tərəfindən hazırlanır, buna görə də onlar özlüyündə mahiyyətcə bir fərdin əməyidir, bütöv bir yığıncağın yox.

Və belə qanunlar, əlbəttə, həmişə ən yaxşıları sayılırlar və yalnız kollektiv işə çevirdikdə, bir sıra uğursuz düzəlişlər əlavə edildikdə, korlanırlar. Kütlənin fəaliyyəti ayrıca götürülmüş fərdin fəaliyyətindən həmişə və hər yerdə aşağı səviyyədə olur. Yığıncağı həddən ziyadə nizamsız və məqsədəuyğun olmayan qərarlar qəbul etməkdən, yalnız mütəxəssislər xilas edir və belə hallarda mütəxəssis həmişə müvəqqəti lider olur. Yığıncaq ona təsir edə bilmir, amma o özü yığıncağa təsir göstərir.

Fəaliyyəti ilə əlaqədar bütün çətinliklərə baxmayaraq, parlament yığıncaqları özünüidarə üçün xalqların indiyədək tapa bildikləri, ən yaxşı idarə üsuludur və başlıcası, o, şəxsi zülm boyunduruğundan qoruya biləcək qədər müdafiə edir. Əlbəttə, parlament hökumət üçün ideal hesab olunur, ən azı filosoflar, mütəfəkkirlər, yazıçılar, artistlər və elm adamları üçün, bir sözlə, sivilizasiyanın zirvəsini təşkil edənlər üçün bu, belədir. Mahiyyətcə isə parlament yığıncaqları yalnız iki istiqamətdə ciddi təhlükə təşkil edir; maliyyənin zorakılıqla talanması və fərdi azadlığın mütərəqqi məhdudlaşdırılması istiqamətlərində.

Fəaliyyəti ilə əlaqədar bütün çətinliklərə baxmayaraq, parlament yığıncaqları özünüidarə üçün xalqların indiyədək tapa bildikləri, ən yaxşı idarə üsuludur və başlıcası, o, şəxsi zülm boyunduruğundan qoruya biləcək qədər müdafiə edir. Əlbəttə, parlament hökumət üçün ideal hesab olunur, ən azı filosoflar, mütəfəkkirlər, yazıçılar, artistlər və elm adamları üçün, bir sözlə, sivilizasiyanın zirvəsini təşkil edənlər üçün bu, belədir. Mahiyyətcə isə parlament yığıncaqları yalnız iki istiqamətdə ciddi təhlükə təşkil edir; maliyyənin zorakılıqla talanması və fərdi azadlığın mütərəqqi məhdudlaşdırılması istiqamətlərində.

Bu, xərclərin artırılmasını nəzərdə tutan ilk səbəbdən başqa, ondan heç də az hökmlü olmayan digər biri də var – sırf yerli maraqları güdən bütün xərclərlə razılaşmaq öhdəliyi. Deputat buna qarşı da çıxa bilmir, belə ki, həmin xərclər yenə də seçicilərin tələblərini ifadə edir və özü də yalnız həmkarlarının oxşar tələblərinə güzəştə getdiyi halda, öz dairəsinin tələblərinin yerinə yetirilməsinə ümid edə bilər.

“Economiste”nin 6 aprel 1895-ci il tarixli sayında sırf yerli seçki maraqlarına xidmət edən bir il ərzindəki xərclərə və dəmiryolu çəkilişinə dair olduqca maraqlı icmal çap edilib. Dağda yerləşən Lanqeyi (3000 nəfər əhalisi olan şəhər) Pyui ilə birləşdirəcək dəmiryolunun çəkilməsi ilə bağlı qərar 15 milyona başa gələcək; Bomonun (3500 nəfər) Kastel-Sarratsion ilə birləşdirilməsi 7 milyon; Ust kəndinin (523 nəfər) Senkslə (1200 nəfər) – 7 milyon; Pradın Olett (747 nəfər) kəndi ilə – 6 milyon və sair.

Yalnız 1895-ci ildə heç bir ümumi marağı əks etdirməyən dəmiryollarının çəkilməsindən ötrü 90 milyon pul ayrılmasına qərar verilmişdi. Seçki maraqlarına xidmət edən digər xərclər də az əhəmiyyətli deyildi. Maliyyə nazirinin hesablamasına görə fəhlələr üçün pensiya haqqında qanun il ərzində ən azı 165 milyona başa gələcəkdi; akademik Lerua-Bolyenin sözlərinə görə, 800 milyona. Aydındır ki, xərclərin bu cür daimi artan xətt üzrə inkişafı hökmən iflasa gətirib çıxaracaq. Bir çox Avropa ölkələri – Portuqaliya, Yunanıstan, İspaniya, Türkiyə – artıq buna gəlib çatmışlar; digərləri isə məs, İtaliya, çox tezliklə həmin vəziyyətə düşəcək.

Lakin bundan hədsiz təşviş keçirməyə lüzum yox idi, belə ki, kütlə elə də güclü etirazlar olmadan bu ölkələrdə kuponlarla ödənişlərin 5/4-ə qədər aşağı salınması ilə razılaşdı. Belə fərasətli iflaslar, büdcələrin pozulmuş tarazlıqlarını anında dayandırmağa imkan verir. Müharibələr, sosializm və iqtisadi mübarizələr bizə hələ bundan da ağır fəlakətlər gətirə bilər və daxil olduğumuz ümumtənəzzül dövründə günbəgün yaşamaq zərurətinə uyğunlaşmalı və bizdən uzaqlaşmaqda olan gələcək haqqında düşünməməliyik.

Parlament yığıncaqlarından gələn ikinci təhlükə, fərdi azadlıqların məcburi məhdudlaşdırılmasıdır, baxmayaraq ki, bu, bir o qədər də nəzərə çarpmır, amma tamamilə realdır. O, parlamentlər tərəfindən qəbul edilən saysız-hesabsız və həmişə məhdudlaşdırıcı qanunların nəticəsi olaraq ortaya çıxır, parlamentlər həmin fəaliyyəti özlərinə bir öhdəlik hesab edirlər və məsələyə səthi yanaşdıqlarından, onun hansı nəticələrə gətirib çıxaracağı barədə heç düşünmürlər də.

Əgər, hətta ən mükəmməl parlament tipli rejimə malik İngiltərə kimi bir ölkə (İngiltərədə parlament üzvü öz seçicisindən hər yerdə olduğundan daha çox müstəqildir) həmin təhlükədən qurtula bilməyibsə, bu təhlükə həqiqətən də qaçılmazdır. Herbert Spenser əvvəlki əsərlərindən birində göstərib ki, görünən azadlıqların artımı, həqiqi azadlıqların azalması ilə müşayiət olunmalıdır. Özünün yeni, “Fərd və dövlət” kitabında Spenser ingilis parlamentini bu şəkildə ifadə edib:

“Həmin zamandan, qanunvericilik qeyd etdiyim yolla getməyə başladı. Diktator tədbirləri, daim şəxsi azadlıqları məhdudlaşdırmağa yönələn səylərin genişləndirilməsi ilə müşayiət olunurdu, özü də bu iki üsul əsasında baş verirdi: hər il vətəndaşların özlərini vaxtilə tamamilə sərbəst hiss etdikləri sahələrdə fəaliyyətlərini məhdudlaşdırmağa yönələn və onları buna məcbur edən, çoxlu sayda sərəncamlar tətbiq edilirdi, əvvəllər bu onların öz istəklərindən asılı idi.

Eyni zamanda ictimai mükəlləfiyyətlər, xüsusilə yerli xarakterli olanlar, getdikcə daha da ağırlaşdırılır, vətəndaşların azadlıqları daha çox məhdudlaşdırılırdı, gəlirlərin istəklərinə uyğun sərf edilən hissəsi kəsilərək, ictimai xadimlərin ehtiyaclarının ödənilməsinə yönəldilirdi”.

Azadlıqların bu cür proqressivliklə məhdudlaşdırılması bütün ölkələrdə xüsusi formada ifadə edilir, hansı ki, Herbert Spenser bunu qeyd etməyib. Adətən məhdudlaşdırıcı xarakter daşıyan çoxlu sayda tədbirlərin tətbiqi, onların həyata keçməsini təmin edən məmurların sayının artımını zəruri edir və onların hakimiyyətinin güclənməsinə və təsirlərinin artmasına gətirib çıxarır; nəticə etibarilə, həmin məmurlar da sivil ölkələrdə əsil hakimlər olmağa can atırlar.

Onsuz da onlar elə bir gücə malikdilər ki, idarəetmədə baş verən aramsız dəyişikliklər onların vəziyyətinə heç bir təsir göstərmir, belə ki, inzibati kasta – bu cür məsuliyyətsiz, simasız və fasiləsizliyə malik dəyişikliklərdən can qurtara bilən yeganə qurumdur. Despotizmin bütün növlərindən ən ağrılısı məhz, özünü bu cür üçlü formada göstərənidir.

Həyatın ən xırda aktlarını belə ən Bizansvari formallıqlarla əhatə edən bu cür məhdudlaşdırıcı qanun və sərəncamların daimi icadı, insanların sərbəst fəaliyyət sahələrini getdikcə daha böyük dərəcədə daraltmağa başlayıb. İllüziyaların qurbanları elə düşünürlər ki, qanunları çoxaltmaqla onlar bərabərlik və azadlıqları daha yaxşı təmin edə biləcəklər, bununla da xalqlar hər gün özlərini ən ağır zəncirlərlə buxovlayırlar.

Lakin bu onlar üçün təsirsiz ötüşmür. Hər cür zülmü daşımağa vərdiş edən xalqlar özləri onu axtarır və bütün sərbəstliklərini və enerjilərini itirmək səviyyəsinə qədər gəlib çıxırlar. Belədə onlar iradəsiz, müqavimətsiz və gücsüz boş kölgəyə, avtomata çevrilirlər. Bu zaman insanlar çatışmayan hərəkətverici qüvvələri kənarda axtarmağa məcbur olurlar.

Vətəndaşların artan laqeydliyi və gücsüzlüyü sayəsində hökumətin rolu mütləq şəkildə daha da artmalıdır. Hökumət məcburən təşəbbüskarlıq, işgüzarlıq və rəhbərlik ruhuna malik olmalıdır, belə ki, bütün bunlar özəl şəxslərdə yoxdur; hökumətlər lazım olan hər bir şeyi etməli, hər şeyə rəhbərlik etməli, bütün himayəni üzərinə götürməlidirlər. Nəhayət, lap sonda dövlət ilahi qüvvəyə çevrilir. Lakin təcrübə göstərir ki, belə tanrıların hakimiyyəti heç vaxt nə çox möhkəm, nə də uzunmüddətli olur.

Bəzi xalqlarda hər cür azadlığın belə mütərəqqi məhdudlaşdırılması – zahiri sərbəstliklərə baxmayaraq, yalnız azadlıq illüziyası doğurur – görünür ki, bu təkcə hər hansı bir rejimin yox, həm də həmin xalqların qocalığının nəticəsidir; o, əvvəlki tənəzzül mərhələsinin əlamətlərindən biridir, indiyə qədər heç bir sivilizasiya ondan can qurtara bilməyib.

Əgər hər tərəfdən əhatə olunduğumuz keçmişin öhdəliklərindən və əlamətlərindən çıxış edərək mühakimə etsək, müasir sivilizasiyaların əksəriyyəti artıq tənəzzülü əks etdirən ifrat qocalıq mərhələsinə çatıb. Görünür, belə mərhələlər bütün xalqlar üçün eyni cür faciəli əhəmiyyət daşıyır, belə ki, tarixdə onlar çox tez-tez təkrarlanırlar.

Sivilizasiyaların ümumi təkamülünün bütün bu mərhələlərini qısaca şərh etmək çətin deyil və biz əsərimizi bu təqdimatla başa çatdırırıq. Ola bilsin, bu ötəri baxış bütün hallarda kütlənin indi malik olduğu qüvvənin səbəbləri ilə bağlı müəyyən aydınlıqlar gətirəcək.

Əgər bizim sivilizasiyadan əvvəlki sivilizasiyaların əzəməti və tənəzzülünün genezisini ümumi əlamətlərdə izləsək, hər şeydən əvvəl bizim təsəvvürümüzə nə gələcək?

Həmin sivilizasiyaların yüksəlişi zamanı biz müxtəlif mənşəli bir ovuc insanın təsadüfi mühacirət, işğallar və qələbələr sayəsində bir arada birləşdiyini görürük. Öz dillərinə və dinlərinə görə bir-birindən fərqlənən, damarlarında fərqli qanlar axan bu insanların arasında əlaqəni bir rəhbərin yarımetiraf olunan hakimiyyəti təşkil edib.

Bu cür qarışıq dəstələrdə olan adamlarda kütlənin psixoloji əlamətləri ən yüksək səviyyədə inkişaf edir: hislərin müvəqqəti birləşməsi, qəhrəmanlıq, zəifliklər, çılğınlıq və coşqunluq kimi hislərin. Bu dəstədə möhkəm heç nə yoxdur, onlar – barbarlardır.

Sonra, zaman öz işini görür. Eyni mühit, çarpazlaşmanın təkrarı, ümumi yaşam tələbatı tədricən öz təsirini göstərir və müxtəlif növlü fərdlər bir-birinə qarışır və irqi, yəni ümumi xüsusiyyətlərə və hislərə malik aqreqatı yaradır və getdikcə daha çox irsiyyət tərəfindən təsbit edilir. Kütlə xalqa çevrilir və həmin xalq artıq barbarlıq vəziyyətindən çıxa bilir.

Amma bu vəziyyətdən yalnız uzun çəkən cəhdlərdən sonra çıxa biləcək, fasiləsiz mübarizə və saysız-hesabsız səylər nəticəsində o, ideal əldə edir. Bu idealın xarakteri az əhəmiyyət daşıyır; o, özlüyündə Roma və ya Afina kultunu və yaxud da Tanrıya sitayişi təmsil edir, bütün hallarda, həmin ideal təşəkkül yolunda olan irqin bütün fərdlərinin hiss və düşüncələrinin birliyini yaratmaq üçün kifayət edir.

Elə həmin zaman öz təsisatları, inancları və incəsənəti ilə yeni sivilizasiya doğula bilir. Öz arzularına məftun olan irq, ardıcıl olaraq cəlbedici görünən hər şeyi, gücü və əzəməti mənimsəməyir. O, şübhəsiz, məlum saatlarda kütlə olaraq qalacaq, lakin o vaxt hər cür kütləyə xas dəyişkən və mütəhərrik xüsusiyyətlərin arxasında, həmişə möhkəm substrat – xalqların tərəddüdlərinin ölçülərini məhdudlaşdıran və hadisələri idarə edən kütlənin ruhu dayanır.

Özünün yaradıcılıq işini yekunlaşdırdıqdan sonra, zaman istər-istəməz məhvetmə işinə başlayır ki, bundan da nə tanrılar, nə də insanlar can qurtara bilir. Məlum güc və mürəkkəblik dərəcəsinə yüksəldikdən sonra sivilizasiya inkişafdan qalır və tənəzzülə məhkum olur. Çox tezliklə onun qapısını qocalıq yaşı döyməlidir. Onun gəlişi labüddən irqin ruhunu himayə edən idealın zəifləməsi ilə qeyd olunur. İdealın solğunlaşmasından asılı olaraq, həmin ideala söykənən siyasi, sosial və dini təsisatların tərəddüdü başlayır.

İdealın yox olması sürətləndikcə, irq öz gücünü, birliyini və səlisliyini təşkil edən qüvvəni daha çox itirməyə başlayır. Amma fərdin şəxsiyyəti və zəkasında həmin vaxt inkişaf gedə bilər, eyni zamanda irqin kollektiv eqoizmi fərdi eqoizmin hədsiz inkişafı ilə əvəz olunmağa başlayır ki, bu da xarakterin gücünün zəifləməsi və fəaliyyət qabiliyyətinin azalması ilə müşayiət edilir.

Əvvəllər xalqı təşkil edən məlum vahid, ümumi kütlə, fərdlərin tamamilə əlaqəsiz birliyinə, yalnız müvəqqəti və süni şəkildə, ənənələr və təsisatlar vasitəsilə birlikdə tutub saxlayan, adi aqlomerasiyasına çevrilir. Həmin an gəlib çatır, hansı ki, şəxsi maraqlar və cəhdlər üzündən bölünən və özlərinə nəzarət edə bilməyən adamlar, istənilən xırda hərəkətlərini belə, idarə edə biləcək birini axtarırlar, tələblər irəli sürürlər və dövlət o zaman öz əzəmətli təsirini göstərməyə başlayır.

İdealın yox olmasının yekunu ilə nəhayət, irq öz ruhunu da tamamilə itirir; o, bir ovuc təcrid olunmuş fərdlərə çevrilməklə, yenidən başlanğıcda olduğu vəziyyətə – kütləyə dönür. Həmin vaxt kütləyə xas, nə möhkəmliyi, nə də gələcəyi olan xarakterik dəyişkən əlamətlər üzə çıxır. Sivilizasiya öz möhkəmliyini itirir və hər cür təsadüflərin hakimiyyəti altına düşür. Qaragüruh hökmranlıq edir və barbarlar önə çıxır. Sivilizasiya hələ də parlaq görünə bilər, çünki uzun zaman ərzində keçmiş tərəfindən yaradılmış onun binasının ön hissəsi hələ də qalmaqdadır, lakin əsl həqiqətdə bina artıq o dərəcədə aşınıb ki, onu heç nə qorumur və ilk tufandaca məhvə məhkumdur.

Arzuların dalınca barbarlıqdan sivilizasiyaya doğru canatma, sonra – həmin arzu itirilən kimi tədricən zəifləyərək məhvolma – bax, hər bir xalqın həyatının mərhələlərini təşkil edən silsilə budur.

Dostları necə qazanmalı və insanlara təsir etməli – III hissəDostları necə qazanmalı və insanlara təsir etməli – I fəsil

1 rəy

Fikirlərinizi bildirin.