Xəyanət haqqında ən axmaq inanclar və həqiqətlər

986
Xəyanət haqqında ən axmaq inanclar və həqiqətlər

Xəyanət haqqında ən axmaq inanclar və həqiqətlər. Bütün həyatını bir qadınla, ona xəyanət etmədən yaşamaq mümkündürmü? Buna ehtiyac varmı? Sağlamlığa nə kimi təsirləri var? Ziyanlı tərəfləri nədir? – bütün bu suallara mütəxəsislər cavab tapmağa çalışacaqlar.

Ailədə baş verən xəyanətlərin sayının ailə quranların sayından dəfələrlə artıq olmasına baxmayaraq, hələ də, xəyanətdən heyrətlənən, onu qısqanclıqla əlaqələndirən insanlar az deyil. 80% radio və televizya efirləri “Sən bunu nece edə bildin?” iddihamları ilə yüklüdür. İctimaiyətə yayımlanan seriallarda isə ümumiyyətlə sankı xəyanət uğrunda insanlar bəhsə-bəhsə girməyə çalışırlar.

Bəlkədə bu günki məqaləmiz gün kimi aydın olan məsələlərə bir daha aydınlıq gətirəcəkdir. Mütəxəsislərin xəyanət haqqında tezislərini sizlərə təqdim etmək, doğru və yanlışlıqları incələmək istərdik.

Xəyanət – münasibətlərdə nələrinsə düzgün getmədiyi anlamını verir

Əlbətdəki, mənasız fikirlərdir. Əgər siz yalnız sexlə məşğul olursunuzsa, burda münasibətlərə niyə toxunaqki? Şəxsi həyatınızda hər şey yaxşıdır, dünyanın ən gözəl qadını ilə yaşayırsınız. Sadəcə bəzən fərqli anlar yaşamaq istəyirsiniz. Bu demək olar ki, hamı ilə baş verir və burda başqa məna axtarmaq məntiqsizlikdir.

Buna baxmayaraq, Almaniyada yerləşən Gettingen universitetinin alimlərinin fikrincə tezis 100% doğrudur. Onlar on il müddətində statistik göztəricilər tərtib edərək əminliklə söyləyirlər ki, tam şəkildə sexual və şəxsi həyatlarından məmnun 86% kişi və 94% qadın daimi portnyorlarına heç vaxt xəyanət etmirlər. Münasibətlərdə darıxma halları isə yalnız nələrinsə düzgün getmədiyi hallarda baş verə bilər. Onların fikrincə kişilərdə xəyanətin əsas səbəbi daimi sex çatışmamazlığı, qadınlarda isə portnyor tərəfindən diqqətsizlik və soyuq rəfdar ola bilir.

Xəyanət – bir mənalı münasibətləri məhf edir

Biri var, siz xəyanət edirsiniz – bu halda qarşınızdan keçən qısa ətəkli qadına baxıb bir müddət həvəslənir və bir neçə saat ərzində həvəsinizi yatırırsınız. Bütün olanlardan sonra isə hər şeyi unudub, adi, xöşbəxt həyatınızı yaşamağa davam edirsiniz. Bir var, sizə xəyanət etsinlər – bunu unutmaq və ya bağışlamaq mümkündürmü? Əgər alsgeymer xəstəliyindən əziyyət çəkmirsinizsə, əlbətdə yox.

“Yaxşıkı, yaddan çıxarmırlar” – deyə ailə planlaşdırılması üzrə Nyu-Yorklu mütəxəsis Donna Meerzon fikirlərini bildirir. “Mənim bəzi müştərilərim bir dəfəlik xəyanəti boyunlarına almaqla ailəni qoruyub saxlaya bilmişlər”.

Burda bir neçə faktor aktiv fəaliyyətdə olur. İlk olaraq, stress və gözlənilməz hadisələr bir başa olaraq standart davam edən münasibətləri korlaya bilir. Əsəb, küskünlük bəzən yaxın insanı itirmək qorxusu yarada bilir. Məhs bu qorxu sonradan uzun illər boyunca partnyorların qəlblərindəki boşluğu doldurmağa başlayır. Bəzən isə bizlər yalnız əlimizdə olan və sahib olduğumuzu düşündüyümüz insanın əlimizdən çıxmağından qorxuruq. Sadəcə bu qorxunu boynumuza almaqdansa özümüzü “onu sevirik” deyə düşünməyə məcbur edir.

Kişilər xəyanəti qadınlara nisbətən daha gec bağışlayırlar (və ya ümumiyyətlə bağışlamırlar)

Əlbətdə. Çünki kişilər əsrlər boyu şübhələrlə yaşayıblar: “Bu balaca həqiqətənmi mənim oğlumdur? Yoxsa gözlənilmədən mənimkiləşdirilən hədiyyədir?” İndi müxtəlif kontraseptik vasitələr və ən əsası DNK analızi olsada, siz hələ bir neçə əsr əvvəlləri düşünün. Dediklərimizi 26 avropa ölkələrində, ABŞ və Kanadada 2005-ci ildə keçirilən sorğunun nəticələrindən də görə bilərsiniz.

Aparılan sorğuya əsasən 71% kişi və yalnız 42% qadın partnyorun xəyanətini bir başa münasibətlərin sonu kimi qiymətləndirə biləcəklərini bildirmişlər. Yeri gəlmişkən, Donna Meerzonun fikrincə bir var pafoslu danışasan, bir də var, həmin vəziyyətə düşəsən. Onun şəxsi təcrübəsinə görə məlumatları əminliklə ikiyə bölmək olar. Buna baxmayaraq, o da xanımların daha çox bağışlamağa meyilli olması fikri ilə razılaşır.

Yalan – hər şeydən daha pisdir

İfadə teleserial qəhrəmanlarının ən çox işlətdikləri sözdür. Dilə gətirdikdə adətən dodaqları nümayişcəsinə titrəyir, ekrana fərqli səngiyir. Əks tərəf də, öz növbəsində senariyə uyğun olaraq özünü axmaqcasına aparmağa cəht göstərir.

İlk növbədə unutmamalıyıq ki, xəyanət edilən insan məsələnin əslini bilmək istəmir. Kişi nə qədər əsəbi, çılğın, qorxuducu olsada, ona ətrafdakıların məsələni hansı formada danışlıdığından aslı olmayaraq hər zaman buna oxşar ifadələr eşitmək istəyir: “Heçnə olmayıb. Bunu necə ağlına gətirə bilərsən? Həyat yoldaşı uşaqların anası deməkdir”. Digər tərəfdən isə, yalan münasibətləri qorumağa cəht kimi də qiymətləndirilə bilər.

Başqa sözlə, hər şeyin üstü açılsa belə, günahın hamsını boynuna almaq cəhdi yalnız qarşı tərəfə qarşı sevgi ilə izah edilə bilər. Yəni, sizin yalanınız bu halda sizin xeyrinizə işləyə bilər. Məşuqənizlə görüşdən sonra səhəri gün sevdiyiniz qadınla səmimi olub, ürəyinizi açmağa çalışmayın. Səmimiyyət qırılmış şüşənin hissələrini bir-birinə birləşdirə bilməz.

Nəzarət güvən hissindən daha etibarlıdır

Gözlənilməz xəyanət yalnız xəyanət edənin heç kim tərəfindən anlaşılmayacağını düşündüyü üçün baş verir. Bu səbəbdən də, birlikdə olduğu insanın sosial şəbəkələrini, statuslarını daim izləyən, gedib-gəldiyi yerlərlə bağlı məlumatlı olan insanlar xəyanətlə daha az üzləşmiş olurlar.

“Xəyanətdən heç kim sığortalanmayıb. Münasibətlərdən güvən hissi itən kimi stress effekti yaşanır. Nəticədə zamanla qarşı gəlmək həvəsi oyanır” – deyə Donna Meerzon bildirir.

Məsələ qadağan olunmuş şeylərin daha şirin görünməsində deyil. Sadəcə bu formada izlənilən qadın zamanla özünə hesabat vermək hissini itirə bilir. Özünü günahlandırma minimuma enir. Bu isə xəyanətin baş verməməsinin önəmli faktorlarından birincisidir.

Qadınlar daha az xəyanət edirlər

Bəli, bizə baxanda onlar daha insaflıdırlar. Ailə məsələlərində daha güvənlidirlər. Ən azından, güvən, sevgi, dəyər mövzularında onlar daha çox danışır, xöşbəxt ailə və uşaq haqqında tez-tez düşünürlər.

İctimai fikirlərin örgənilməsi təşkilatı (GEWIS) yeni məlumat yaymışdır. Sorğuda bütün avropanı əhatə etməyə çalışmışlar. Deməli, avropada qadınlar kişilərə nisbətən 4-6% daha çox xəyanət edirlər. Almaniyada isə fərq daha da böyük, 8% təşkil edir. Təşkilatın mütəxəsisləri bunu qadınların nisbətən rahat olduqları ilə əsaslandırırlar. Onların fikrincə qadınlar daimi partnyorlarına qarşı küskün və əsəbi olduqda yeni, ötəri münasibətlər qurmaqda əziyyət çəkmirlər. Kim bilir, bəlkə bizdə də yaxın zamanlarda bu formada olacaq?

Bir dəfə xəyanət edən hər zaman xəyanətə davam edəcək

Sözü gedən məsələ ilə bağlı GEWIS-in sorğusunda iştirak edən insanlar da razılaşır. Hər xəyanət edən 100 nəfərdən 94-ü bir neçə dəfə, 84-ü isə ümumiyyətlə fərqli partnyorlarla etdiyini boyunlarına almışlar.

Məsələ ondadır ki, daimi patnyoru dəyişməklə standart rəfdar da dəyişmiş olur. Yəni, xəyanətə maraqlı insan daim bu həvəsə düşə bilər. Bəzən isə, əksinə olur, yeni rəfiqə ilə münasibət quran kişi ondan sonra ümumiyyətlə kənara diqqət yetirmir.

Açıq münasibətlər

Bəs sevgi, yoxsa azadlıq? Bu bezdirici suala birdəfəlik cavab tapmaq olmazmı? Gizli olsada, reallıqda birlikdə olan, lakin partnyorlarına kənarda sexə qadağa qoymayan cütlüklər mövcutdur. Onlar sadəcə bəzən sağa-sola gedəcəklərini, lakin mütləq qorunacaqlarını bir-birlərinə söz verirlər.

Bu dəfə statistik məlumatları toplamaq və onları analiz etmək kimi məsuliyyətli işi bir çox bestsellerlərin müəllifi, cütlüklərin həyatlarını yaxından incələmək və ailə münasibətlərini müzakirə etməklə məşğul olan mütəxəsis Hans Yellushek öz boynuna götürmüşdür. Deməli, əsasən 70-80-cı illərdə daha çox məşhurlaşan azad münasibətlər yaşayan cütlüklər statistikaya əsasən daha tez ayrılırlar. Məsələ ondadır ki, tədricən onlar arasında sex yaşanmır. Çünki profesional insanla pul qarşılığında belə olsa yaşanan gözəl sex istənilən halda sizin münasibətləri alovlandıra bilər. Bu halın davam etməsi isə, ümumiyyətlə sizi ailədən soyuda bilir.

Gec ya tez azad münasibət yaşayan cütlüklərin biri mütləq qaydada intim fantazyaları qaldıra biləcək, ən əsası isə təmin edə biləcək biri ilə tanış olur. Sonradan sizin gözlərinizə baxaraq sizi sevirəm deyən, lakin darıxdığında birdəfəlik belə olsa digər kişilərlə yataq bölüşən qadın zamanla gözünüzdə kiçiləcəkdir. Kişinin hər zaman seçilməyə, dəyər verilməyə, istənilməyə və bir nömrə sayılmağa ehtiyacı vardır.

Hansı ixtisas sahibləri xəyanətə daha çox meyillidirlər?Statistikaya görə qadınlar bu yaşda xəyanətə meyilli olurlar

Əvvəlki məqaləHansı yaşda insanlar yataqda eksperimentlər etməyə meyilli olurlar
Növbəti məqaləYol hərəkəti ilə bağlı əsas anlayışlar

Fikirlərinizi bildirin.