Xəritə: qadınların 18 yaşından əvvəl evləndiyi ölkələr

487
Xəritə qadınların 18 yaşından əvvəl evləndiyi ölkələr

Xəritə: qadınların 18 yaşından əvvəl evləndiyi ölkələr. Bizdə 18 yaşdan əvvəl evlənmək üçün xüsusi icazə almaq lazımdır, amma elə yerlər var ki, bu normadır. Sözün düzü, inanmırıq ki, kimsə yaxşı həyatdan buna getməyə razılıq verə.

Biz öyrəşmişik ki, evlilik məsuliyyətli bir hadisədir, bu qərardan öncə oğlan mütləq işə sahib olmalıdır.

Ancaq təbii ki, hər şeyin fərqli olduğu yerlər var. Valideynlər qızları beşikdə ərə verirlər. Bəzən bəyin toydan əvvəl “cavanlıq etmək” şansı olmur. Əslində kiminlə etsinlərki? Bütün qızlar artıq ya ərə verilmiş, ya da nişanlanmış olurlar.

Əslində, son 40-50 il ərzində subay qadınlar üçün başqa ölkəyə səyahət etmək asanlaşdıqca ənənəvi icmalardan olan oğlanlar özlərini seks turist işçiləri adlandıraraq evlənməzdən əvvəl ən azı bir qədər həyəcan yaşamaq fürsəti əldə etdilər.

Bu, təbii ki, ənənəvi cəmiyyətlərdə hər cür fitnəkar fikirlərin başlarına yeridilməməsi, namuslarının ləkəsiz qalması üçün mütləq və məsləhət bilinən adət-ənənə hesab edilir.

Bu olduqca acınacaqlı bir faktdır ki, qadınların özlərindən heçnə soruşulmur. Qadınların müstəqil yaşamaq imkanlarının məhdudlaşdırılması üçün onları təhsil və ya ən azı bir peşə əldə etmək şansından məhrum edirlər.

Ancaq azyaşlı gəlinlərin çox olduğu yerlər siyahısında bir ölkə var ki, bizi açıq desək, çox təəccübləndirib. Bura Braziliyadır – adətlərin puritanizmdən və ya ənənəvilikdən tamamilə uzaq olduğu yer. Bununla belə, Braziliya 18 yaşına çatmamış qızların ərə verilməsinə görə dünyada dördüncü yerdədir.

Sözü gedən hal adətən qız övladlarının maddi sıxıntı ilə üzləşmiş ailələrdə yaşaması və bu səbəbdən də, qızların tez zamanda sevgili tapmaq istəkləri ilə əlaqələndirilir. Adətən 18 yaşa qədər evliliklər ya hamiləlik halları ilə, ya da yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqə iddihamları ilə üzləşməmək üçün baş tutur. Başqa sözlə, həmin ərazidə uşaqlar fiziki olaraq daha tez yetkinləşir və böyüməyə can atmış olurlar.

Məhz eyni vəziyyət bir çox Afrika ölkələri üçün də xarakterikdir. Ancaq ABŞ, Kanada, Avstraliya, Avropa, Rusiya, və təbii ki, Azərbaycanda 18 yaşdan kiçik nikahların faizi cüzidir.

Dünya üzrə azyaşlıların evlilik göstəricilərini aşağıdakı xəritədə diqqətinizə çatdırmaq istərdik.

Niyə qadınlar yaraşıqlı olmayan kişiləri sevirlər?İmkanlı və kasıb kişilərin qadın seçimi

Əvvəlki məqaləBu ölkələrdə kişilərlə birlikdə qadınlar da hərbi xidmətə çağırılır
Növbəti məqalə19-cu əsrdə balerinaların cinsi istismarı

Fikirlərinizi bildirin.