Xərçəng ♥ Qoç

122
Xərçəng-Qoç

Xərçəng ♥ Qoç. …….Təssüfki, onlar bir-birilərini anlamırdılar

Xərçəng qoçun yellənçəyində yellənərək əsəbləşib gərginləşə bilər. Ayın idarə etdiyi insanların fiziki-emosional metobolizimləri daha zəif və qeyri-sabitdir. Qoçlar çox vaxt Ayla bağlı insanları öz normadan artıq marslı entuziyazmı ilə yora bilərlər. Nəticədə, bəzi məsuliyyətsiz qoçlarda xərçənglər tərəfindən hərəkətlərinin bəyənilmədiyi fikri yarana bilər. Qoçların özlərinə verdiyi sual: xərçənglər bizdən nə istəyir? – ola bilər. Bəlkədə, bu yolla xərçənglər qarşı tərəfdə özgüvəni öldürüb, hamını özlərinə bənzətmək istəyirlər.

Marsın impulsiv ritmlərini zəiflətmək və sakitləşmək istəyi xərçəngləri çox məmnun edərdi. Lakin, əgər qoç qarşılıq verərək xərçəngə qoşularsa və “heç kim məni sevmir, heç kim yanımda olmaq istəmir” kimi eyni düşüncələrə vararsa, bu da xərçənglərə heç bir kömək etmiş olmaz. Çünki istənilən halda xərçənglərdə özgüvən olmur və özlərini hər zaman təhlükədə hiss edərlər. Digər tərəfdən isə, münasibətlər zamanı bir tərəfin pessimist fikirlərə qapılması, ruh düşkünlüyü yaşaması kifayət edir. İkinci tərəfin də belə olmasına heç bir ehtiyac yoxdur.

Qoç bürcü altında anadan olan kişi və qadınların impulsiv hallarında, ora-bura qaçmaları zamanı dəstəyə necə ehtiyac duyduqlarını hamı bilir. Lakin, tam olaraq anlamağa və qəbul etməyə çox az bürc nümayəndələrinin gücü çatır. Bəli, bu barədə anlayışlı olanlar sırasına xərçəng bürcünü də aid etmək olar. Əslində xərçənglərin özləri də tez inciyəndirlər. İlk baxışdan qoçların diqqətsizliyini bəyənməyən xərçənglər bir müddətdən sonra qarşısındakı insanı fərqli tanımağa cəht göstərirlər. Məhs bu keyfiyyətə görə bürc nümayəndələri arasında zamanla olduqca gözəl və dayanıqlı münasibətlər yarana bilər.

Lakin, onlar 4-10 modelinə uyğun gəldiklərindən, bu hal adətən seçim imkanları olmadıqda baş verir – iş yerində və ya ailədə. Yəni, onları romantik ortam birləşdirmir. Mənsub olduqları modelə uyğun olaraq daxillərində olan “mən” hissi yarana biləcək harmonyanı formalaşmağına imkan vermir. Əlbətdə ki, vaxtaşırı olaraq qoçlarla xərçənglər arasında sevgi və evilik münasibətlərinə rast gəlinir.

Sadəcə əgər sıx münasibət yaşayırlarsa, çox vaxt qohumluq əlaqələrində olduqlarından bunu bacarırılar: ailə qohumları, bacı-qardaş, iş yoldaşı, biznes partnyoru. Hətda romatik müstəvidə bir-birilərinə həvəs göstərən qoçlar və xərçənglər ilk başlanğıcda iş ortamında tanış olurlar. Bu halda da müvafiq olaraq hər iki tərəfin xeyli sualları yaranmış olur.

Əgər günəşin və ayın aspektləri münasibətlər zamanı harmonik vəziyyətdə olarsa, birlik maddi və birgə emosional konteksdə uğurlu ola bilər. Lakin, oların bürcləri arasında neqativlik parlayırsa, deməli sadiqlik və güvən barəsində xeyli əziyyətlər gözlənilir.

Qoçlar qalibiyyəti sevir və buna ehtiyac duyurlar. Eyni zamanda onlar idarəetməkdən həzz alırlar. Xərçəng də öz növbəsində qalibiyyətə və rəhbər olmağa qarşı mənfi münasibət sərgiləmir. Yeri gəlmişkən, qeyd edək ki, xərçənglər üzdən birinci olmaq, rəhbər olmaq, idarəetmək istəklərini gizlətsələr də, daxillərində hər zaman bütün bunlara həvəsli olurlar. İkisinin də qoşulduğu oyun zamanı birincilik uğrunda mübahisələr yaranır. İki lider olduqda müəyyən qədər çətinliklər yaranır. İcraçı vakansiyasına adam tapılmır. Bir çox hallarda isə kompramisə gedərək yanaşı şəkildə irəliyə addımlayırlar. Bu halda xərçəng razılaşmağa daha meyilli görünür. Hər zaman barışıq təklifi xərçəngdən gəlir. Qoç qarşı tərəfə doğru hər dəfə addım atmaq istəyərkən kobud, yerinə düşməyən ifadələr işlədə, nəticədə xərçəngi əsəbləşdirə, hətda ağlada bilər.

Xərçəng adətən biclik işlətməyən qoçdan fərqli olaraq addımladığı yolu qarışıq formada, sağa-sola çıxmaqla addımlamağa üstünlük verir. Onlar hər şeyə gizli, düşüncəli, planlı yanaşırlar. Qoçar isə qarşılarında maneə ola biləcək istənilən qarıltını aradan götürməyə çalışırlar. Xərçəng yola başlamamışdan öncə kimin dönük çıxacağını oncədən təxmin etməyə çalışır.

Xərçəng Qoç
Element- su Element- od
Kardinal- neqativ Kardinal- pozitiv
İdarə edən planet- Ay İdarə edən planet- Mars
Simvol- xərçəng Simvol- qoç
Güc ünsürü- qadın başlanğıcı Güc ünsürü- kişi başlanğıcı
Qoç üçün həyat tükənməz yarışmadır. O istənilən çətinliyə sinəsini qabağa verərək atılır. Getdiyi yolda çətinliklər olmasa belə, özü nələrisə kəşf edə və onunla mübarizə apara bilər. Ən azından istənilən yarışma maneyələrə görə maraqlı olur.

Ətrafda olanlar qoçlarla hər fikirdə razılaşsalar belə bu onları qıcıqlandırar və darıxdırar. Bəzən isə qarşı tərəf onunla mübahisə etmədikdə əsəbləşər. Adi hal olduqca maraqsız görünür. İstənilən maneənin qarşısında adrenalin axını hiss edir və gücü sürətlə bərpa olunur. Əgər vaxtaşırı dəyanıb ətrafdakıların da hislərinin olduğunu anlasa bu cür rəfdarda zərərli heçnə olmaz. Onlar bilərəkdən digər insanların hislərinə toxunmurlar. Sadəcə hədəflərinə çatmağa o qədər meyilli olurlar ki, bu yolda gözləri heçnə görməz.

Artıq yəqinki anlamısınız ki, iki bürcün nümayəndələrinin münasibətləri zamanı onların zəif tərəfləri mövcutdur. Qoçlar incilik halı yaşayan zaman Marsın təsiri altında ya bunu hiss etdirməyəyə çalışacaq, ya da əsəb nümayiş etdirərək müdafiyə olunmağa çalışacaqlar.

Çox vaxt xərçənglərin incikliyi gizli formada olur. Buna görə də, onlar çox vaxt özlərinə qapanır və ətrafa qarşı qıcıqlı olurlar. Əgər inciklik çox ağırdırsa, deməli istənilən hərəkətlərlə göz yaşlarına səbəb ola bilər. İki bürcdən biri digərinin xətrinə dəyibsə, susqunluğa qərq olub kənara çəkilər və yalnız vaxtaşırı dişlərini qıcıyar. Qoç bu halda digər tərəfin meydandan çəkilməsinə ikiqat əsəbləşər və söz-hərəkətlərlə formalaşmış narazılıq effektini artırmış olar.

Gəlin yenidən bir anlıq belə olsa təbiyyətə qayıdaq. Astroloji simvolları yada salaq, qoçun buynuzları ilə xərçəngi necə buynuzlamasını təsəvvür edək. O xərçəngi vurduqca, xərçəng dənizkənarı qumun dərinliklərində gizlənməyə can atar. Bəs yaxşı, qoçun dənizkənarında, qumluqda, okeanın sahilində nə işə var? Deməli, qoç özünü bu ortamda rahat hiss etmir.

İki fərqli bürc nümayəndəsinin birlikdə xoş və rahat münasibət yaşaması üçün onların hər ikisindən olduqca böyük əziyyət və cəht tələb olunur. Onlar daim bir-birilərini ayaqda saxlamaq üçün mübarizə aparmalıdırlar. Hətda zamanla bir-birilərinə dözməyi örgənsələrdə, inkişafa və təhsilə dəstək olsalarda, istənilən halda aralarındakı fərq mütləq hiss ediləcəkdir.

Bəli, xərçənglər qumluqda, daha dərində gizlənə bilirlər. Müəyyən qədəri ilə toxunmadıqda ziyankar hesab edilmirlər. Lakin, qoç xərçəngin müqvimət göstərə bilməməsini, passiv insan olduğunu düşünməməlidir. Xərçənglər əllərinə qılınc alaraq döyüşməyə üstünlük verməsələr də, istənilən halda onun da öz taktikası mövcutdur. Onların sümükləri qoçunku kimi möhkəm olmasa da, iti tutacaqlarını unutmaq olmaz. Qoç rastlaşdığını düşünmədən hücuma keçir. Kişi və ya qadın xərçəng isə problemin qaynaqlandığı mənbəni müəyyən edir, sonradan bacardıqca kənara çəkilmək üçün yollar haqqında düşünür.

Qoçun və xərçəngin motivasiya mənbəyi, həyata baxışı, qarşıya qoyduqları məqsədlər fərqlidir. Lakin, əgər hər ikisi qarşılıqlı olaraq bir-birilərinə yaxşı keyfiyyətlərini ötürə bilsələr həyatları daha rahat olacaqdır. Bu su ilə odun vəhdətidir: bəlkədə hər biri öz daxilində digərinin onu məhv edə biləcək gücə sahib olduğunu bilir. Qoçun daxilindəki alov çox güclü olarsa, o xərçəngin incə tərəflərini yandırmaqda davam edəcək. Xərçəngin daxilindəki suyun artıqlığı isə qoçun arzularını və hədəflərini söndürəcək. Astralogiyada qoç optimizlə, xərçəng isə pessimizimlə xarakterizə edilir. Bütün bu keyfiyyətlər ilk baxışda fərqli nüyanslar kimi görünsə də, qoçlar bu variantı da sınaqdan keçirə bilərlər.

Əvvəlki məqaləƏzələləri vurğulamaq üçün necə geyinmək gərəklidir
Növbəti məqaləXərçəng ♥ Buğa

Fikirlərinizi bildirin.