Xəbərdarlıq nişanları (maddə 62)
Xəbərdarlıq nişanları hərəkət zamanı şəraitə uyğun tədbirlər görülməsi tələb edilən yolun təhlükəli sahəsinə yaxınlaşma və təhlükənin xarakteri barədə yol hərəkəti iştirakçılarına məlumat verir.
Xəbərdarlıq nişanları hərəkətin icazə verilmiş sürətindən, görünmə şaraitindən və onların yerləşdirilməsi imkanından asılı olaraq yaşayış məntəqələrindən kənarda, təhlükəli sahələrin başlanğıcından 150-300 metr, yaşayış məntəqələrində isə 50-100 metr aralıda quraşdırılır.
Zərurət olduqda bu nişanlar başqa məsafədə də quraşdırıla bilər. Bu halda təhlükəli sahəyə qədər yolayrıcı varsa, bu yolayrıcından sonra nişan təkrarən 7.1.1 lövhəciyi ilə quraşdırılır. Bundan başqa kəsişən (və ya birləşən) yolda yolayrıcından 50 metr məsafədə 7.1.3 və ya 7.1.4 lövhəciklərindən biri ilə birlikdə belə xəbərdarlıq nişanı quraşdırıla bilər.
Xəbərdarlıq nişanlarından:
-yolun hərəkət hissəsində qısamüddətli işlər aparılarkən 1.23 nişanı işlərin aparıldığı yerə 10-15 metr qalmış (7.1.1 lövhəciyi olmadan) quraşdırılır;
-enişlər və yoxuşlar bir-birinin ardınca gəlirsə, 1.13 və 1.14 nişanları 7.1.1 lövhəciyi olmadan, enişin və ya yoxuşun başlanğıcında quraşdırılır;
-yaşayış məntəqələrindən kənarda 1.1, 1.2, 1.9, 1.10, 1.21 və 1.23 nişanları təkrarlanırlar. İkinci nişan təhlükəli sahənin başlamasına 50 metr qalmış quraşdırılır;
-1.3.1 və 1.3.2 niaşnları bilavasitə dəmir yol keçidinin qabağında quraşdırılır.
Avtombil (Yoxlanış) – Nəqliyyat vasitəsinin identifikasiyasını yoxlamaq, Online sürücülük imtahan testləri 57 (şərhlərlə) – Yol hərəkəti qaydaları