Will Smith həyat qanunları

351
Will Smith həyat qanunları

Will Smith həyat qanunları. Aktyor, Los – Angels

Mən üzüm dənəsini ağzımla gözəl tuturam — İstədiyiniz qədər uzağa çəkilin və atın, and içirəm – mən onu tutaram.

Atam — keçmiş hərbiçidir – ona görə də uşaqlıqda bizdə hər şey qayda-qanunla olub. O hamının müəyyən qaydalara əməl etməli olduğunu təkidlə bildirirdi. Hərbidən öz istəyi ilə işdən çıxdığı vaxt şəxsi işini açır. Soyuducu satmağa başlayır. Günlərin birində dükanın üzlüyünü dəyişmək istəyinə gəlir –  mənim 18, qardaşımın isə 9 yaşı var idi. Köhnəni dağıdaraq bizə dediki: “yay tətilində sizə yeni iş tapmışam. Yenisini quraq”. Divarın uzunluğu 20 metr, hündürlüyü 5 metr olardı. Qardaşımla dükanın qabağında dayanıb düşünürdük: “Burda dəqiq bir daha divar olmayacaq”. Bütün yay boyunca bir-birinin ardınca kərpicləri düzürdük. Beləcə yay asta-asta payızla əvəzləndi, payız qışa keçdi, yaz gəldi. Və yalnız bu vaxt hər şey hazır oldu. Bilirdimki, atam bunları əvvəlcədən düşünüb. Həmişə deyirdi “Sizin nələrisə bacarmadığınızı bir daha eşitməyim”. Konfutsi isə demişdir: “Bacaracam deyən insan da, bacarmayacam deyən insan da doğrudur”.

Hollivuda təzə gəldiyim vaxtlar — öz menecerimə dedim ki, “Dünyanın ən böyük kino ulduzuna çevrilmək istəyirəm”. Biz onunla oturub bütün zamanların və bütün xalqların ən məşhur filimlərini analiz etməyə başladıq. Sistemin neə çalışdığını anlamağa çalışdıq. Məlum oldu ki, on filimdən 10-unda xüsusi effektlər mövcutdur, on filimdən onunda xüsusi effektlər və qəribə varlıqlar var. Onundan səkkizində isə xüsusi effektlər, qəribə varlıqlar və sevgi xətti var. Buna görə də mənə “Müstəqillik günü”-nü təklif ediləndə heç bir şübhəm yox idi.

Pul və uğur — insanı korlamır. Onlar sadəcə onun əzəli xarakterini üzə çıxarır.

Bir dəfə oxumuşdum — Everesti ciddi cəhdlə fəth etmək istəyən bir alpinist haqqında. Hər yerdə deyirdi: “mən bunu edəcəm, mən bunu edəcəm və mən bunu edəcəm”. Bir gün isə o everestin zirvəsinə çatanda, anladı ki, nəfəs almağa havası çatmır. Fikrində isə yalnız “burden necə tez düşə bilərəm?” kimi fikirlər formalaşmışdı. Bunu ona gətirmək istəyirəm ki, yəni – arzularla ehtiyyatlı olmaq lazımdır. Əgər siz həddindən artıq nəyisə istəyirsinizsə, buna əliniz çatanda özünüzü yaxşı hiss etməyə də bilərsiniz. Son bir neçə illər ərzində məndə məhs bu kimi hislər yaranıb.

Biz hamımız vəhşi kimi görməmişik — sadəcə hərəmiz bir sahədə.

Heç bir “B” planına ehtiyac yoxdur — bu sadəcə “A” planından fikirləri yayındırır. Əgər siz bir dəqiqə olsa belə “B” planı haqqında düşünsəniz, çox güman ki, onu da istifadə etmiş olacaqsınız.

Əgər mən — kadırda nəyəsə toxunuramsa, vəssalam, bu mənimdir. Şərtimiz belədir. Mənim evimdə “Qara geyimli adamlar”-dan bir neçə kostyum, “Mən robotam”-dan sensor silahlar, “Müstəqillik günü”-ndən yay kombinzonum var.

Mənə Neo oynamağı təklif ediblər — “Matritsa”-da. Ancaq razılaşsaydım, dəqiq hər şeyi korlayardım.

İki üstəgəl iki — yalnız siz iki üstəgəl iki dörd edər fikiri ilə razılaşana qədər dörd edə bilər. Əsas odu ki, hər zaman seçiminizin olduğunu biləsiniz.

Ənənəvi təhsil — faktlara, rəqəmlərə və imtahanlara əsaslanır. Ancaq, materialın həqiqi mənasını və onun həyatda istifadə yollarını anlamağa yardım etmir. Buna görə də, biz yoldaşımla uşalarımızı məktəbə göndərmirik. “Boston çay içmə mərasimi”-nin neçənci ildə keçirildiyi heç kimi maraqlandırmır (1973-cü ilin 16 dekabr tarixində Britaniya yük gəmilərinin Bostonda batırılması. Nəticədə Amerika inqilabı başlamışdır).

İnanmıram ki, — sən sistemin necə işlədiyini anladığın təqdirdə onun quluna çevrilə bilərsən.

Platonun “Hökümət”-i — uşaqlar bunu oxumalıdırlar. Eyni zamanda Aristotelin “Siyasət”-ini. Niyə bunların heç biri birinci sinifdə keçilmir?

Oğlumun sayəsində — mən indi anlamağa başlayıram ki: yaxşı edə bilmədiyin bəzi şeylər məhs həqiqətən insanlara kömək ola biləcək şeylərdir.

Böyüdüyüm Filodelfiyada — Çarli Mak adlı dostum var. “Yox dost yox, sənə qadınlar haqqında bunu anlamaq lazımdır. Birinci sən onları güldürməyi bacarmalısan, sonra isə onların gözünün qabağında kimisə döyməlisən. Mən belə idirəm, bütün günü gülürük, sonra isə axşam üstü çıxıb kimisə vururam. Onlar özünü qorunmuş hesab etməlidirlər”. Ancaq ona rahatdır, boyu iki metirdən hündürdür.

Biz insanlarda — takıldığımız şeylər çoxdur, hər şey bizə qəliz görünür. Əslində isə hər şey sadədir.

Əgər siz — tamami ilə təkliyə düşar olmusunuzsa, əsas odur ki, günün dəqiq planlaşdırılmasını edəsiniz. “Mən legendayam” filiminin çəkilişlərinə hazırlaşdığım zaman bu halları yaşamış insanlarla ünsiyyətdə oldum. Onların çoxu həbsdə, bağlı otaqlarda uzun müddət qalanlar idi. Onların birinin sözlərinə görə o karserdə yatan zaman hər gün ciddi qayda-qanun ilə iki saatını dırnaqlarını təmizləməyə ayırırdı. Eyni zamanda altı həfdə ərzində tarakanları əhliləşdirmişdir. Onlar ona yemək gətirirdilər. Digərinin sözlərinə görə isə insan mütləq daxili dialoqu qurmağı bacarmalıdır. O öz barmaqlarına ad verərək onlarla danışırdı.

Bilirsiniz məni həqiqətən nə qorxuzur? — Dükanlarda intuitsiyanı çəkə bilən kameraların ola bilməsi. Onlar oğruların üzlərini yadda saxlayar, sonra isə onları tanıyar.

Boks — başladınsa dayana bilməyəcəyin bir işdir. Əgər sən səkkizinci raundda insanı vurdunsa və onu nakauta göndərdinsə, sən yaşından və təcrübəndən aslı olmayaraq hələdə bir raundun qaldığını düşünəcəksən. Bu hiss hər zaman səni izləyəcək.

Məni Muhammad Ali ilə tanış edərkən — o dedi: “Amma sən yaraşıqlısan. Demək olar ki, məni oynamağa uyğunsan”. Biz sonra da uzun illər boyunca hansımızın yaraşıqlı olduğumuzu müəyyənləşdirə bilmədik.

Mike Tyson — məni tapıb nakauta göndərsə heç bir narazılığım yoxdur.

İndi həddindən artıq pul xərcləyirlər — özlərinin qazanmadıqları pulları gərəkli olmayan şeylərə. Onlar sevmədikləri insanlara acıq vermək üçün bunu edirlər.

George Herbert Walker Bush həyat qanunlarıPablo Escobar həyat qanunları

Əvvəlki məqaləSex zamanı dünyasını dəyişmiş məşhurlar
Növbəti məqaləAvtombil (Elektrik) – Havalandırma sisteminin diaqnostikası

Fikirlərinizi bildirin.