Whitney Houston həyat qanunları.

Mən özümün — ən yaxşı dostu və ən qəddar düşməniyəm.

Uşaqlıqda müəllimə olmaq istəyirdim — uşaqları sevirəm, ona görə də onlarla işləmək istərdim. Sonra isə veterenar olmaq istədim. Ancaq, 10-11 yaşlarımda ağzımı açaraq: “İlahi bu nədir?” dedim. Anladım ki, müəllimlik və veterenarlıq gözləyər.

Böyümək üçün zamanım olmayıb — əylənmək üçün zamanım olmayıb. 20 yaşımda belə heç kimlə görüşmürdüm. Bu çox ağır idi. Mən böyüyürdüm, zaman isə əlehimə işləyirdi. Düşündün: ok, bundan sonra mən əylənəcəm. Bu mənim içimdə narazılıq çağırışı idi. Anlayırsiz?

Bilirsiz, mən nə hiss edirəm? — Özümü qoca hesab edirəm. 11 yaşımdan çalışıram. Gecə klublarında işləmişəm, model olmuşam və sairə bu kimi axmaq şeylər. Ancaq bütün bunlar yeni başladığım zamanlar kimi əla görünmür. Gördüyüm işi sevirəm. Və başqalarının da bundan xoşlandığını görməyim məni sevindirir. Ancaq artıq heç bir həzz almıram.

Güclüyəm — güclü olmaq lazımdır. Bu qədər vaxt şou-biznesdə qalmaq üçün güclü olmaq lazımdır.

Ölənə qədər qorxmuşdum — “Cangüdən” filmində. Bu axı Kevin Costnerdir. Anlayırsıız məni? Soruşdum: “Niyə mən?”. O cavab verdi: “Çünki sən oxuya bilən yeganə insansan”.

Mənə iki il lazım oldu — qərarlaşdırmağa. Bu yəqinki Kevin üçün uzun müddətdir. Fikrimcə bu bəlkədə onun əsəblərini oynadırdı. Bir gün o mənə zəng edrək dedi: “Qulaq as, sən mənimlə kino yaratmaq istəyindəsən, yay yox?”. Onda öz qorxularımı ona danışdım: “Qorxuram. Addım atıb yıxılmaq istəmirəm”. Cavabında dedi: “Sənə söz verirəmki, buna imkan vermərəm. Sənə kömək edəcəm”. Və kömək etdidə.

Bilirəm — I will always love you möhtəşəm idi. Bu mahnıda tamami ilə özümü göstərməli oldum. Ancaq ağlıma belə gəlməzdi ki, o bu qədər yaxşı olar və sürətlə satılar.

Mənim anam mənim ilk ifaçım olub — O hər zaman bizə  – kilsədə evlər mahnısını oxuyardı. Hər zaman deyərdi: “Əgər sən musiqini hiss etmirsənsə, cəhd belə etmə. Çünki bu boş vaxt itkisi olar”. Anamın necə oxumasına baxırdım. Adətən kilsədə oxuyardı. Bu zaman həddindən artıq mənəvi güc hiss edirdim. Sanki sənin daxilindən elektrik enerjisi keçir.

Həqiqətəndə mənə elə gəlir ki, — anamın səsi məndən yaxşı idi. Çünki o müəllim idi, mən isə tələbə. Onun diapazonu genişdir, səsində daha çox güc var. Məndə bu cür güc olmayıb.

Bəziləri qulaqlarımı yorur — ancaq, anam yalan danışmaz, mənə düzünü deyər. O mənimlə dürüsdür.

Bir gün öz mersedesimdə dogma evimə gəldim — İst-Oranj, Nyu Jersiyə, anamla görüşməyə. Evin qarşısında maşını saxladım. Qayıdanda isə maşının mayonezə, xamaya batdığını gördüm. Hər şey bu qədər dəyişmişdi. Uğura sahib olmağım kimlərinsə xoşuna gəlməmişdi.

Sən məşhurlaşdıqca — hamı səni daha qəribə görmək istəyir. Özüm haqqında oxuyarkən düşündüm: “Onlar kimin haqqında yazırlar?”.

Siz kiminləsə qarşılaşdıqda — siz onun obrazı ilə görüşürsünüz. Obraz insanın yalnız bir hissəsidir. Bu bütün görüntü deyil. Mən həmişə parıltılı geyimlərdə gəzmirəm, kiminsə mələyi deyiləm. Mən yıxıla və üst-başımı çirk edə bilərəm, kobudlaşa bilərəm.

Müəyyən vaxtlar mənə elə gəlir ki, — heçnə qaydasında getmir. Sonra isə öz kiçik qızıma baxıram və anlayıram ki, ona məndən heçnə lazım deyil. Ona mən olduğum kimi gərəkliyəm. Məhs bu məni həqiqətdə yaşamaq istəyimi təmin edir. Başqa birisinin ona həyatda nəsə örgədə biləcəyi düşüncələri məni dəli edir.

Fikirlərimə hörmət etməyən insanla olmazdım — istəmədiyim nələrisə etməyə məni heç kim məcbur edə bilməz. Siz mənə istəmədiyim mahnıları ifa etməyə məcbur edə bilmərsiniz.

Həmin insanlardanam ki, — əsəbi olduqda və ya stersli olduğum günlərdə yemək yemirəm. Bəzi insanlar bu zaman çox yesələrdə, mən yemirəm.

Siz heç vaxt — Bobbi Brownu və Whitney Houstonu birlikdə görə bilməzdiniz. Sevgi sizin axtarmadığınız yerdədir.

O mənim narkotikim idi — Onsuz heçnə etmirdim. Onsuz narkotik qəbul etməzdim. Bu hər zaman belə olub – o və mən. Biz portnyor olmuşuq. O məni ilhamlandırıb.

Düşünmək xoşuma gəlmir — aslı olduğumu düşünmürəm. Daha çox bacara biləcəyim pis vərdişə sahib olduğumu düşünməyi sevirəm.

Özünü məhv edən biri deyiləm — Ölmək istəyənlərdən deyiləm. Həyatı olan və yaşamaq istəyi olan insanlardanam.

Bilirəm — allahın övladıyam və o məni sevir.

Richard Branson həyat qanunlarıBarack Obama həyat qanunları

Fikirlərinizi bildirin.