Vurulmusuz ya yox? Yoxlamağın 8 elmi üsulu. Hər birimiz sevginin nə olduğu haqqında suallara cavab tapmaq istəmişik. Sevgi-insanlığa məlum olan ən qəliz hislər və duyğular hesab olnur. Bəzən ondan əziyyət çəksəkdə, haqqında çox örgəndikcə nəticədə heçnə bimədyimizi anlayırıq.

Əslində fərqli insanlar üçün sevgi fərqli mənalar hesab edilə bilər. Neyrobioloqların fikrincə sevginin 8 əlaməti mövcutdur:
Sevgi bağlılıq hissi yaradır

Sevən zaman biz sanki sevgidən doymuruq. Bunun səbəbi var: sevgi bizdə bağlılıq hissi yaradır. Beynimizə narkotik təsir effekti verir.

Sevdiyiniz insan haqqında düşünərkən sizin beyninizin ventral hissəsinin qapağı açılır. Nəticədə defamin neyromediatorların axını baş verir. Bununla yanaşı oksitosin və serotin ifrazı baş verir ki, bu an beynin həzz mərkəzi təsirlə üzləşir.

Bu səbəbdən də yenidən təkrar-təkrar yaşanılması istədiyiniz həzz həvəsi yaranmış olur.

Sevgi asıllıq yaradır

Sevgi zamanı sevən insan qarşı tərəfi düşüncələrinin mərkəzi sanır və sevgi obyekti kimi qiymətləndirir. Səbəbi?

Sevgi beyinin məhs insanın kokoindən istifadə zamanı aktivləşə bilən hissəsini aktivləşdirir. Bu zaman defominin, oksitosinin və serotinin çoxalması bu həzzi gücləndirir, qarşılıqlı diqqət gördükcə həzzə çevirir.

Lakin, orqanizm tam olaraq bərabərliyə hesablanmışdır. Yəni, beyinin aktivləşməsi balanslaşdırılmış vəziyyətə qayıtdıqda siz öz üzərinizdə kontrolu itirirsiniz.

Sevgi anlaqsız hərəkətlərə səbəb olur

Əgər haçansa sevmisinizsə, yəqinki “Dəlicəsinə sevmək” anlayışı sizin üçün yad deyil. Araşdırmalar sevən insanın riskə daha çox getdiyini sübut etmişdir.

Beyinin prefrontal hissəsi məntiqə və rasional qərar qəbul etmək kimi məsələlərə cavabdehdir. Lakin, sevən zaman fəaliyyət zəifləyir və bədənimizin ehtiyyat hissi azalır.

Nəticədə sanki dünyaya bənövşəyi eynəkdən baxmış oluruq. Sevginin təsiri altında düşünmədən qərarlar qəbul edə və addımlar ata bilirik.

Sevgi və şəhvət – bunlar fərqli hislərdir

Neyrobioloqların sözlərinə görə sevgi və sexsual həvəs kəsişməyən fərqli hislərdir. Beyində fərqli neyron reaksiyalar yarada bilərlər. Ancaq, reaksiyaların fərqliliyinə baxmayaraq hər ikisi həzz və bağlılıq yaradır.

Maraqlısı bundadır ki, bir insanı sevə, digərini isə istəyə (intim baxımdan) bilərsiniz. Bəli, bu hallar münasibətlər zamanı problemlərə səbəb ola bilər. Ancaq, özünüzü sevdiyiniz insana yönəltsəniz, fikirlərinizi yalnız onda cəmləsəniz zamanla beyninizdə aksitosinin və vazopressinin səviyyəsi artar və ona qarşı şəhvət (ehtiras) hissiniz yaranar.

Vurulmusuz ya yox? Yoxlamağın 8 elmi üsulu

Kişilər həqiqətən gözləri ilə sevirlər

Çoxsaylı araşdırmaların nəticələrində aydın olur ki, sevən zaman kişilər və qadınlar fərqli davranırlar. Sevən kişi hər zaman gözləri ilə vizual siqnal axtarışındadır. Bu müddət onun göz diqqəti çox həssas olur. Qarşı tərəfin baxışlarında sevgisinin təsdiqini görmək istəyir.

Lakin, qadınlara vizual siqnallara ehtiyac olmur. Onlar sevginin təsdiqini kişinin daxili həyəcanında və hərəkətlərində axtarırlar.

Sevgi yaddaşa təsir göstərir

Sevginin eyforiya hissini yarada bildiyi çox insana mlumdur. Sanki, göyün yeddinci qatındasınız və həyatınızda hər şey gözəldir. Səbəb sadəcə beyinə təsiri ilə bağlıdır.

Kişilərdən fərqli olaraq qadınlarda beyində hippokanpın hiperaktivliyi müşahidə olunur. Nəticədə yaddaş, olanları xatırlamaq qabiliyyəti güclənir. Məhs bu səbəbdən qadınlar il dönümləri, toy günləri və s. tarixləri yaxşı yadda saxlaya bilirlər. Kişilər isə bəzən sevgililər gününü belə unudurlar.

Vizual əlaqə-ürəyə gedən yol

 Heç sevdiyiniz insanın gözlərinə baxaraq özünüzü itirdiyinizi düşünmüsünüzmü?

Beyin gözlərdən ötürülən informasiyanı daha yaxşı qəbul edir. Kiminsə gözlərində özünüzü itirmisinizsə, deməli beyininiz o informasiya ilə nə edəcəyini bilmir.

Eyni zamanda körpə, yeni doğulmuş uşaqla valideyinlər arasında yaranan vizual kontakt münasibətləri möhkəmləndirir, sevgini dərinləşdirir.

Fiziki əlaqə önəmli rola malikdir

Sexsual münasibətlər zamanı sevgi hormonları önəmli rola malikdir. Sevgi hiss edən zaman ifraz olunan aksitosin və vazopressin hamiləlik zamanı ana ilə bətindəki uşaq arasında müəyyən bağlılıq, əlaqə yaradır.

Oksitosinə bəzə “qucaqlaşma hormonu”-da deyillər. Sex vaxtı orqazmdan dərhal sonra ifraz olunur və sevgililər arasında münasibətlərin möhkəmlənməsində rol oynayır. Nəticədə iki nəfər arasında yaxınlaşma istəyi daha da möhkəmlənir.

Əgər oksitosin həzz və qarşılıqlı güvən nəticəsində formalaşırsa, vazopressin uzun müddətli, anlayışlı münasibət zamanı yaranır. İlk dövürlərin ehtirası sönən zamanlarda cütlüklərin birlikdə qalmasına yardımçı olur.

30 yaşına qədər kişilərin münasibətdə anlamalı olduqları 14 məsələ

Fikirlərinizi bildirin.