Vitaminlər haqqında 9 mif. İllərdir bunu doğru bilirdik. Yayın sona çatması səbəbindən bir çox insanlar özlərini tonusda saxlamaq üçün müxtəlif vitaminlərdən istifadə etməyi qərarlaşdırırlar. Lakin, reklamlar və güclü marketing fəndləri qarşısında bəzilərimiz orqanizmə həqiqətəndə lazım olan vitaminləri ya dəqiqliyi ilə bilmirik, yada vitaminlərlə bağlı həqiqətlərdən tam olaraq məlumatlı olmuruq.
Bu səbəbdən də, sizdən təşəkkür gözləmədən illərdir vitaminlərlə bağlı bildiyimiz, lakin həqiqətdə doğru olmayan 9 mifi (yalanı) oxucularımızın diqqətinə çatdırmaq istərdik.

Vitaminlər haqqında 9 mif. İllərdir bunu doğru bilirdik

Yalan №1: Təbii vitaminlər sintetik yolla əldə edilmiş vitaminlərdən üstündür.

Bu yanlış məlumat bizə bir çox istiqamətlərdən zərbə yetirmiş olur. İlk öncə nəzərə alın ki, təbii vitamin § qəbulu istəyi biz insanlarda qeyri-balanslaşdırılmış, həcimcə normadan artıq qida qəbuluna səbəb ola bilər. İkinci halda isə, təbii qidalardan (laborator sintez nəticəsində) əldə edilən vitaminlərə üstünlük versəniz sizin maddi durumunuz böyük zərbə görə bilər. Lakin, sintetik vitaminlərin istehsalı prosesinə az xərc tələb olunduğundan, yekunda bazara çıxarılmış çeşidlər sizə ucuz qiymətə səhətinizin qeydinə qalmağa yardımçı olar. Eyni zamanda nəzərə alın ki, təbii vitaminlərdən fərqli olaraq sintetik vitaminlərin qəbulu zamanı zərərli fəsadlar təcrübədə qeydiyyata alınmamışdır.

Yalan №2: Vitaminlərin son istehlak (istifadə) tarixi mövcud deyil.

İdeal mühitdə saxlanmalarına baxmayaraq hər bir vitaminin və vitamin kompleksinin üzərində onun son istehlak tarixi qeyd edilmişdir. Ancaq bu o demək deyil ki, tarix bitəndən sonra əlavələr tamami ilə sizin ziyanınıza işləyəcək. Sadəcə tərkibindəki elementlər aktivliyini itirəcək və mənasız, təsirsiz hala gələcək.

Yalan №3:  Bütün vitaminlər eyni dərəcədə vacibdirlər.

Pəhrizlər kimi vitaminlərdə insanın ehtiyyaclarına görə müəyyən edilir. Əgər siz vegan pəhrizi saxlayırsınızsa B12 vitamininin qəbulu daha gərəkli olar. B12 vitamini bitki mənşəli ərzaqlarda mövcud olmur. Və ya, gündə az olursunuzsa D vitamini sizə lazımlı olacaqdır. Uyğun vitamini sizin həkiminiz müəyyən edə bilər. Həkiminiz analizlərin cavabına sahib olduğu üçün və sizin həyat tərzinizi örgəndiyinə görə daha doğru vitamin təyin etməyə səriştəli olur.

Vitaminlər haqqında 9 mif. İllərdir bunu doğru bilirdik

Yalan №4: Düzgün qidalanma insanı bütün vitaminlərlə təmin edir.

Əlbətdə əgər siz tam vitaminlə təmin edilmiş şəkildə lazımı ölçüdə qida qəbul edə bilirsinizsə bu zaman həblərsiz keçinmək olar. Lakin statistikaya əsasən yalnız 12-13% insan bu cür zəngin qidalarla qidalana bilir.

Yalan №5: Meyvə vitamin qəbulunun ən gözəl mənbəyidir.

Daimi meyvə qəbulu əlbətdəki gözəl haldır. Lakin, normal həyat üçün yetərli deyil. Bəzi vitaminlər meyvə vaistəsilə alına bilinmir. Meyvədə olan vitaminlərə alternativ olaraq bəzilərini sadalamaq istərdik.

  • A qrup vitaminlər-şirin bibər, kök, pendir, yağ;
  • B qrup vitaminlər-çörək, donuz əti, ciyər, kəsmik, kolbasa, fısdıq, pomidor, kartof, göbələk, quş əti, balıq, göyərti;
  • C qrup vitaminlər-bibər, kələm, yaşıl noxud, yaşıl soğan;
  • D qrup vitaminlər-balıq, yumurta, kərə yağı;
  • E qrup vitaminlər-bitki yağı, çörək, ləpə;
  • K qrup vitaminlər-göyərtilər, şüyüd, badımcan;
  • H qrup vitaminlər-lobya, noxud, ciyər.
Yalan №6: Vitamin kompleksləri orqanizimdə həzm olunmur.

10 və daha artıq vitaminlərdən ibarət komplekslər bədənə həzm ediləcək şəkildə, uyğun vitamin növlərinin birləşdirilməsi ilə hazırlanır. Vitainlərin bir-birləri ilə uyğun olmaması adətən qida qəbulu zamanı qidalarda olan vitaminlər arasında baş verə bilir. Yəni qəbul zamanı ərzaqda olan bir vitamin digər ərzaqda olan başqa vitaminin bədənə tam yayılmasına mane ola bilər.

Yalan №7: Termik qızdırılma (bişirilmə) vitaminləri məhv edir.

Qızdırılma və bişirilmə zamanı bir çox ərzaqların hüceyrələri dağıla bilir ki, buda əksinə bir çox vitaminlərin daha qabarıq aktivləşməsinə yardımçı olur. Hər şey ərzaqdan və vitaminin növündən aslıdır. Misal olaraq kökün bişirilməsi zamanı 90% C vitamini məhv olur, lakin A, E, D və K kimi həll olma qabiliyyətli birləşmələr özlərini qoruya bilirlər.

Yalan №8: Vitaminlərdən normadan artıq istifadə halları ziyanlı deyil.

İnsanlar hər zaman düşünür ki, yaxşı olan heçnədə norma anlayışı ola bilməz. Lakin, vitaminlərlə bağlı bu belə deyil. Düzdür, orqanizmə ziyanlı tərəflərini müəyyən etmək üçün xeyli miqdarda vitamin qəbulu gərəklidir. Ancaq, misal olaraq A vitamininin çox qəbulu sümük ağrılarına, ürəkbulanmalara, qaraciyərin pis fəaliyyətinə səbəb ola bilər.

Yalan №9: C vitamini soyuqdəymələrdə kömək olur.

Bu cür qeyri-dəqiq məlumata görə biz Nobel laureatı Laynus Polinqə təşəkkür etməliyik. Günlərin bir günü o soyuqlayır və həkimi ona gündə 3 qr oskorbin turşusu qəbul etməyi məsləhət görür. Polinq 3 gün ərzində sağalsada, bu sahədə araşdırmalarına başlayır. Onun nəzəriyyələrinə görə vitaminlər üz qırışlarından tutmuş xərçəngə qədər bütün xəstəlikləri müalicə edə bilər.
Araşdırmalar zamanı müəyyən edilmişdir ki, soyuqdəymə, qrip viruslu xəstəlikdir və çox miqdarda maye qəbulu ilə fəsadlarını azaltmaq mümkündür. C vitamininin müalicə prosesinə heç bir aidiyyəti yoxdur.

İmmuniteti gücləndirən 5 kokteylDepressiyanı artıran 5 ərzaq

Fikirlərinizi bildirin.