Vegeterianlığa keçid zamanı bədəndə gedən 7 dəişiklik. Vegeterianlıq son dövürlərdə məşhurluq qazansada bu cür qidalanmağın düzgünlüyü barədə çoxlarının şübhəsi var. Ancaq dəqiq demək olarki, həyatınız boyu ətə və yumurta yeməyə örgəşmisinizsə, birdən-birə qida rasionunuzu dəyişmək orqanizminizdə bir çox dəyişikliklərə səbəb olacaq. Bunların hamsı o qədərdə müsbət dəyişikliklər sayılmaz. Bu səbəbdən də, sizin ət və ət məhsullarından imtinadan sonra baş verəcək 7 dyişiklikləri diqqətinizə çatdırmaq istərdik.

Daha enerjili olacaqsınız

Vegeterianlıq meyvələrdən, ləpələrdən, tərəvəzlərdən istifadəni nəzərdə tutur. Bu cür yüngül qidalanma həzmolunma prosesini rahatlaşdırır. Orqanizmin xeyli sayda vitaminlərlə zənginləşməsi səbəbindən bədən daha aktiv rejimə keçid alır. İndi bədənə saatlarla yağlı ət tikələrini həzm etmək üçün əziyyət çəkmək gərəkli deyil. Məhs bu səbəbdən də vegeterianlar bir müddət sonra özlərində daha çox güc hiss edirlər.

Sağlam arıqlama

Yağlı tikələrdən imtinadan sonra vegeterianların mədələri artıq narahatlıq və yüklənmə hiss etmir. İndi onlar yemək qəbulu zamanı 2 – 4 dəfəyə qədər az porsialar yeyirlər. Eyni zamanda, bağırsağın fəaliyyəti düzəlir və kalori istifadəsi azalır. Bütü bunlar az-az sağlam şəraitdə arıqlamağa və artıq çəkidən imtina etməyə yardımçı olur.

Əzələlər gec bərpa olunur

Siz ət yeyən zaman heyvan mənşəli zülallar nəyinki əzələ kütləsinin artımına yönəlmiş olurdu, eyni zamanda zülallar bərpaolunma prosesinidə sürətləndirirdi. Bitki mənşəli zülallar eyni əhəmiyyətə malik olsalarda, bu zaman proses daha gec gedir. Bu səbəbdən vegen-idmançılarda bərpaolunma prosesi daha gec alınır. Sürətlənməni əldə etmək üçün məşqçilər məşqlərdən sonra əlavə olaraq maye halında protein qəbulunu məsləhət görürlər. Maye halında protein həm orqanizmə tez çəkilər, həm də bitki mənşəli zülaldan daha sürətli təsirə malikdir.

Vegeterianlığa keçid zamanı bədəndə gedən 7 dəyişiklik

Orqanizm cavanlaşır

Heç bir gününü ətsiz keçirə bilməyənlər çox vaxt vaxtından tez qocalmaqdan əziyyət çəkirlər. Onlar adətən 40 yaşlarında artıq 50 yaşındakı kimi görünürlər. Bitki mənşəli yemək qəbulunda cavanlaşma prosesini start götürür. Dəri dartılır, qırışlar açılır, yanaq sallanmaları aradan qalxır.

Qarında kğplər narahat edir

Vegeterian dietlərin tərkibində toxumalar və zülallar çoxluq təşkil edir. Nəticədə mədə və bağırsaq narahatlığı başlaya bilər. Narahat olmayın bu müvəqqətidir. Bir neçə həfdədən sonra orqanizm örgənir. Tərəvəz qəbulunun çoxalması nəticəsində bağırsaqda olan “pis” bakteriyalar “yaxşı”-larla əvəz olunur.

Kəskin iylər aradan qalxır

Vegeterianlar olduqca az yeyirlər. Bu səbəbdəndə bədəndə xoş olmayan qoxu yaranmır. Bədənin tər qoxusu tamamilə yox olmur. İnsan bişirilən tərəvəzləri yeməyi davam etdikcə qoxu nisbətən azalır. Bu səbəbdəndə onlara çox vaxt qoltuqaltı ləvazimatlar və xüsusi qoxulu corablara ehtiyac olmur. Eyni zamanda, qida qəbulundan sonra dişlərin arasında ət qalıqları qalmır. Nəticədə zamanla ağızdan gələn qoxuda aradan qalxmış olur. Ancaq, vegeterian ümumiyyətlə çiy tərəvəzlərə keçid alarsa, qoxular ümumiyyətlə aradan qalxar.

Tənginəfəslik və barmaqların keyiməsi

Vegen dietasında təxmini 10-12 gün sonra bədəndə B12 vitamini tükənir. Bu əsəb sistemləri və qan dövranı üçün olduqca gərəkli element hesab edilir. Lakin, bitkilərdə B12 vitamini mövcut deyil. Bu səbəbdəndə, vegeterianlarda tənginəfəslik, diqqət yayınıqlığı, barmaq uclarının keyimələri, qıcolma halları baş verə bilər. Yaranan problemi aradan qaldırmaq üçün əlavə B12 vitamini qəbulu gərəklidir. Adətən vitamin qəbulu həblər şəklində olur.

Göründüyü kimi, vegeterianlığa keçid orqnizimdə kifayət qədər fərqli dəyişikliklərə səbəb olur. Ancaq bu dəyişikliklərdə müsbət hallar çoxluq təşkil edir. Dietlə birlikdə düzgün şəkildə vitamin qəbulunada diqqət yetirsəniz yarana biləcək problemlərlə üzləşməmək mümkündür. Vegeterianlığı az müddətlik belə olsa həyatınıza daxil etsəniz müsbət təsirini mütləq hiss edəcəksiniz.

Vitaminlər haqqında 9 mif. İllərdir bunu doğru bilirdikİmmuniteti gücləndirən 5 kokteyl

Fikirlərinizi bildirin.