Vegan-idmançılar formada qalmaq üçün necə qidalanırlar?

559
Vegan-idmançılar formada qalmaq üçün necə qidalanırlar

Vegan-idmançılar formada qalmaq üçün necə qidalanırlar? Serena Williams və Lewis Hamilton kimi bir çox atletlər ətdən imtina etmişlər.

İdmançıların vegeterianlıq məsələləri hələ də dietoloq və nutrisioloqlar arsında mübahisə mövzusu olaraq qalmaqdadır. Bir çoxlarının fikrincə bu halda bir çox idman növləri ilə məşğul olamağa dəyməz. Bura əsasən xeyli sayda güc sərf edilən idman növləri şamil edilir. Lakin, profesional atletlər arasında da bir dəfəllik ətdən imtina edən idmançılara rasrt gəlinir. Serena Williams, Lewis Hamilton, Kyrie Irving kimi məşhurlar siyahıya başçılıq etməkdədirlər. Bəs vegan-idmançılar necə qidalanırlar?

Nutrisioloqların fikrincə idmançının sutkalıq qida rasionu 40% zülaldan ibarət olmalıdır. Əsas zülal mənbəyi isə ət hesab edilir.

Qida rasionu

Adətətən idmançılar qidalarına müxtəlif tərəvəzlər və paxlalar əlavə edirlər. Daha konkret olaraq fikir formalaşdırmaq istəsək:

  • Quru meyvələr;
  • Ləpələr;
  • Tofu;
  • Quinoa;
  • Dənli bitkilər;
  • Cücərmiş toxumlar;
  • Bioloji aktiv əlavələr;
  • Çətənədən bitki zülalları;
  • Düyü proteini.

Küncüt digər dənli bitkilər kimi istifadədən öncə üyüdülməlidir. İnsan orqanizminin adi halda onları həzm etməsi olduqca qəliz prosesdir. Cücərmiş buğdada isə olduqca xeyirli qida maddələri mövcutdur.

İdmançılar heyvan mənşəli zülalları necə əvəzləyirlər?

Zülalı ətdən başqa bir çox məhsullardan əldə etmək mümkündür. Misal olaraq, 100 qr qarabaşaqda təxmini 11 qram zülal vardır. Eyni zamanda zülalla zəngin qidalar:

  • Göyərtilər;
  • İspanaq;
  • Kinoa;
  • Paxlalılar;
  • Tofu.

Sözü gedən ərzaq məhsullarını birlikdə yemək daha məsləhətlidir. Tərkiblərində fərqli növ bitki mənşəli zülallar mövcutdur. Bu səbəbdən də, vegenlər hər zaman bir boşqaba daha çox fərqli yeməklər yığmağa və ləpələrdən istifadə etməyə çalışırlar.

Niyə bitki mənşəli zülallarla ehtiyyatlı olmaq gərəklidir?
Xeyli sayda zülal – digər nutrientləin çatışmamazlığına səbəb ola bilər.

Gərəkli zülal miqdarını əldə etmək üçün idmançı xeyli sayda qida qəbul etməlidir. Lakin, bu halda zülalla birlikdə orqanizmə başqa elementlər də daxil olmuş olur.

Çətin həzm olunur-daha çox yemək gərəkli olur

Bitki mənşəli zülallar ətlərdən fərqli olaraq daha gec həzm olunur. Təxmini iki dəfə. Bu səbəbdən də, norma anlayışına yenidən baxmaq gərəkli olur. Əgər ət yeyənlər bədən kiloqramına 1,5-1,8 qram zülal yeməlidilərsə, veganlar bu həddi 1,8-2 qarama çatdırmalıdırlar.

Bitki mənşəli pəhrizdə başqa nələr çatışmır?

Aşağıdakıların çatışmamazlığı riski çox yuxarıdır:

  • Kalsium – onu brokoli, ispanaq və küncüt toxumları ilə artırmaq mümkündür;
  • Sink – spanaq, quinoa və buğda rüşeymində rast gəlinir;
  • B12 vitamini – bərpa etmək çətindir. Yalnız ət və qaraciyərdə rast gəlinir. Bunun əvəzinə veganlar salatlara pivə mayası əlavə edə, tofu və soya yağı yeyə bilərlər.

Lakin, bu o demək deyil ki, veganlar idmanla məşğul olduqda sağlamlığa zərər vururlar. Əsas məsələ qida rasionunu nəzarətdə sxlamaq və çatışmayan əlavələri qida əlavələrindən almağa cəht göstərməkdir.

Niyə qladiatorlar vegeterian hesab edilirlər?Vegeterianlığa keçid zamanı bədəndə gedən 7 dəyişiklik

Əvvəlki məqaləQorxular -Rövşən Abdullaoğlu
Növbəti məqaləHİV haqqında 10 ən məşhur və təhlükəli mif

Fikirlərinizi bildirin.