Varikosel nedir? Sonsuzluğa təsiri. Kişilərdə sonsuzluğun yaranmasının başlıca səbəblərindən biri varikoseldir. Kişilərdəki sonsuzluq səbəbindən uşaq sahibi ola bilməyən ailələrin 50%–inin problemi bundan ibarətdir. Hərbi xidmətə gedənlərin 20% də varikosel aşkarlanır.

Varikosel xayalardan çirklənmiş qanı geri daşıyan damarların hədsiz genişlənməsi nəticəsində qanın geri axmasıdır. Nəticədə xayalarda qan dövranının pozulması skrotal temperaturun artması və toksik maddələrin artması səbəbindən spermatogenezin pozulmasına (spermanın sayının, hərəkətliliyinin və morfologiyasının) və sonsuzluğa səbəb olur. Bəzən Varikosel olan xaya və xaya ətrafı nahiyədə ağrı olur. Varikosel zamanı xaya venalarında yaranan genişlənmə eynilə aşağı ətraf venalarının genişlənməsini xatırladır. Genişlənmə 90 – 92 % solda, 1 – 2 % sağ, 5 – 7 % hallarda isə hər iki xaya venalarında rast gəlinir. Varikoselə müxtəlif yaş qruplarında rast gəlməsinə baxmayaraq 90 % – dən artıq hallarda 15 – 30 yaş arasında olan gənclərdə aşkarlanır. Müxtəlif peşə sahiblərində aşkarlana bilir, lakin əksər hallarda varikosel ağır fiziki işlə ( 75 % ) və idmanla məşğul olan insanlarda rast gəlinir.

Statistik məlumatlara görə varikosel 15 – 30 yaş arasında olan gənclərin təqribən 15 – 20 % – də rast gəlinir. Varikoselenin ən ciddi fəsadı xayanın atrofiyası (kiçilməsi) nəticəsində xayanın spermayaratma funksiyasının zəifləməsidir. O baxımdan da varikosel kişi sonsuzluğunun əsas səbəblərindən biri hesab olunur.

Varikolsel nedir? - Sonsuzluğa təsiri

Varikosel aşkarlanan kişilərin sperma müayinələrinin nəticələri göstərir ki, bunların 70 – 75 % da müxtəlif dərəcədə zəifləmələr olur. Sonsuzluqla müraciət edən kişilərin müayinəsi zamanı isə onların 35 – 40 %–də varikosel aşkarlanır. İkincili sonsuzluqla müraciət edən kişilərin (həyat yoldaşları bir dəfə hamilə olan kişilər) isə 70 – 75 %-də varikosel müəyyən olunur.

Varikosel cox zəif sürətlə ikişaf edir, məsələn: I dərəcədən II dərəcəyə yaxud II dərəcədən III dərəcəyə kecməsi bir neçə ay və ya bir neçə il davam edir. Məhz buna görə də xəstələrin əksəriyyətində (təqribən 90 %–ə qədərində) ağrı şikayətləri olmur. Varikoselin əksər hallarda təsadüfi aşkarlanmasının əsas səbəbi də onun ağrısız keçməsidir. Xəstələrin yalnız 10 %–ə qədərində ağrı şikayəti olur, bütün digər hallarda isə xayalığın müvafiq tərəfində keçici xarakterli diskomfort, qısamüddətli sızıltı, digər xayaya nisbətən cox sallanma və.s kimi əlamətlərlə özünü göstərir. Bir çox hallarda isə hec bir əlamətsiz keçir. Bu əlamətlər əsasən piyada uzun məsafə gəzdikdə, ağır fiziki iş gördükdə və cinsi əlaqə zamanı və ya ondan az sonra yaranır, yaxud artır. Uzanmış vəziyyətdə isə sadalanan əlamətlər tam olaraq itir.

Xayada ağrı

Hətta bəzən varikosel olan insanlar ağrı zamanı xayanı şalvarın cibindən əlləri ilə nisbətən yuxarıda saxlamağa çalışırlar ki, ağrı azalsın, yaxud çıxış yolunu sıx alt paltar geyinməkdə görürlər. Bu isə öz növbəsində varikoselin daha uzun müddət gizlədilməsinə, fəsadlarının isə daha da dərinləşməsinə gətirib çıxardır. Belə gecikmiş (III, IV cü dərəcə) varikosel zamanı adətən xayanın ölçüləri kiçilir, konsistensiyası yumşalır, spermayaratma funksiyası zəifləyir. I, II dərəcədə isə xayanın xarici görünüşündə, həcmində dəyişiklik yaranmır.

Sadalalan əlamətlərlə yanaşı agır fiziki işdən sonra varikosel olan tərəfdə xayalığın daha çox sallanması, digər tərəfə nisbətən böyük görünməsi, həmçinin müvafiq tərəfin dərisində qaşınma, dəridə genişlənmiş damarların proyeksiyasında gözlə görülə bilən, əllə hiss olunan damar təsviri müəyyən oluna bilər. Məlumatlı insan üçün bu əlamətlər kifayət qədər asan aşkarlana bilər və həkimə vaxtında müraciət edilərsə gələcəkdə özünü və ailəsini sonsuzluq adlanan həm tibbi həm də sosial ağır bir problemdən qismən də olsa sığortalamış olar.

Varikoselin dərəcələri

Təzahür formasından asılı olaraq varikoselin dörd dərəcəsi müəyyən edilir:

I-DƏRƏCƏ :

Adi, sakit halda xəstə ayaqüstə durduqda xayalara baxarkən damarların (vena damarları) genişlənməsini gözlə görmək və əllə toxunmaqla aşkarlamaq mümkün olmur. Yalnız xəstə 15 – 20 dəfə oturub durduqdan sonra, yaxud bir neçə dəfə qarnını şişirdib saxladığı halda (buna valsalva sınağı deyilir) toxum ciyəsini əllə müayinə edərək aşkarlamaq olur.

II-DƏRƏCƏ :

Adi sakit halda xəstə ayaqüstə durduqda xayalara baxış zamanı gözlə görünmür, lakin əllə toxunduqda genişlənmiş damarları müəyyən etmək olur. Lakin xəstə uzanıq vəziyyətə keçdikdə ola bilər ki, venalar əllə müəyyən olunmasın. Valsalva sınağı zamanı isə venalarda genişlənmə yenidən müəyyən olunur.

III-DƏRƏCƏ :

Adi sakit halda xəstə ayaqüstə durduqda genişlənmiş venaları hətta bir necə metr məsafədən görmək olur, xayalığın müvafiq tərəfi deformasiya olunur, daha çox sallanır. Xəstənin horizontal vəziyyətində də genişlənmiş venalar müəyyən olunur. Əllə baxış zamanı əksər hallarda xaya ağrılı olur.

IV-DƏRƏCƏ :

Venaların daha qabarıq genişlənməsi ilə xayalığın müvafiq tərəfi daha çox deformasiya olunur, xayanın ölçüləri kiçilir (atrofiyalaşır), konsistensiyası yumşalır. Ağrı sakit halda da ola bilir.

Xəstəlik, xaya səthidə (90 %–dən artıq hallarda sol xayada) venaların genişlənməsi şəklində təzahür etdiyi halda funksional olaraq xaya toxumasında dəyişikliklər xəstəliyin dərəcəsindən, davametmə müddətindən asılı olaraq dəyişir.

Varikoselin səbəbləri

Varikoseli yarada bilən səbəblər aşağıdakılardır:

  1. İrsi olan damar divarı zəifliyi ( irsiyyətə bağlı damar çatışmazlığı).

  2. Yuxarı müsariqə (yuxarı çöz arteriyası) arteriyasıın sol böyrək venasını nə dərəcədə sıxması (buna aortamezenterial pinset deyilir).

  3. Varikosel olan tərəfdə xayanın venoz drenajını (xayadan gedən venoz qanın daşınmasını) həyata keçirən venaların anatomik qruluşu xüsusiyyəti.

  4. Böyrək sallanması.

  5. Böyrəyin aşağı qütbündən inkişaf edən kistalar və şişlər.

  6. Böyrəyin aşağı qütbünə gedən əlavə qidalandırıcı damarın (arteriyanın) olması və.s.

Təkan verən faktorlar

Qarın boşluğunda təzyiqin tez–tez, uzunmüddətli (xroniki) və kəskin artması ilə müşaiyət olunan bütün hallar, astma və allergik bronxitli xəstələr, ağciyər vərəmi və xroniki öskürəklə müşahidə edilən ağciyərin peşə ilə əlaqədar xroniki xəstəlikləri.

  • Ağır fiziki iş

  • Ağır idmanla məşğul olmaq (ona görə də varikoseli bəzən idmançıların xəstəliyi də adlandırırlar)

  • Qəbizlik

Varikolsel nedir? - Sonsuzluğa təsiri

Varikoselin ən ciddi fəsadı kişi sonsuzluğudur

Varikoselin ən çox rast gəlinən ağırlaşması sonsuzluqdur. Bildiyimiz kimi xayalığın dərisi ətraf mühütin temperaturunun dəyişməsinə çox həssasdır. Belə ki, soyuqda büzüşür, istidə isə boşalır, sallanır. Bu isə xayalarda gedən spermayaranma prosesinin (spermatogenezin) nə yüksək dəqiqliklə tənzimlənməsini və xaya toxumasının ətraf mühüt temperaturuna çox həssas olmasını göstərir. Nəticədə isə sabit temperatur rejimi qorunmaqla xayaların gördüyü bu məsuliyyətli işin daha mükəmməl olması üçün optimal şərait yaranır.

Soyuq havada xayalığın dərisi çox büzüşmüş olduqda ya varikoselin olub – olmamasını, yaxud da müxtəlif dərəcələrini ayırd etmək nisbətən çətin olur, əsasən də səpələnmiş damar tipli, qadın tipdə piylənməsi olan, toxum ciyəsi elementləri nisbətən zəif inkişaf edən insanlarda. Bu halda xəstəyə müəyyən müddət isti yerdə qaldıqdan sonra, yaxud 5 – 10 dəqiqə aktiv fiziki işlə məşğul olduqdan (pilləkənlə düşüb–qalxma, 15–20 dəfə oturub–durma hərəkətləri etdikdən) sonra təkrar baxmalı, yaxud daha dəqiq nəticə üçün rəngli dopler müayinəsinə göndərmək lazımdır.

Varikosel əməliyyatının faydası

Varikoselin ağırlaşmaları içərisində ən çox rast gəlinəni və tibbi, sosial cəhətdən daha təhlükəli hesab olunanı kişi sonsuzluğudur. Varikosel kişi sonsuzluğunun birbaşa səbəbi ola bilər. Lakin qeyd etmək vacibdir ki, varikosel olan pasientlərin bir qismində spemayaratma (toxumyaratma) prosesi pozulmur. Ümumdünya səhiyyə təşkilatının məlumatına görə yer kürəsində mövcud olan ailə cütlərinin 15%–i dölsüzdür (sonsuzdur). Bütün müalicə səylərinə baxmayaraq bunların 5%–i heç bir halda müalicəyə tabe olmur və dölsüz qalırlar. Sonsuzluqla müraciət edən kişilərin müayinəsi zamanı onların 35–40%–ində varikosel aşkarlanır. İkincili sonsuzluqla müraciət edən kişilərin isə 80%–ə qədərində varikosele aşkarlanır. İkincili sonsuzluqla müraciət edən kişilər dedikdə həyat yoldaşlarında yaxud cinsi partnyorunda əvvəllər hamiləlik olan kişilər nəzərdə tutulur.

Məlum olub ki, sonsuzluq şikayəti ilə müraciət edən və varikosel aşkarlanan pasientlərin əməliyyat olunmadığı halında onların yalnız 10%–ə qədəri nəsiltörətmək (ata olmaq) qabiliyyətini saxlayırlar. Əgər bu pasientlər əməliyyat olunarlarsa onların 76–80%–i ata olmaq qabiliyyətini saxlayır, yaxud bərpa edir. Varikosel təkcə nəsiltörətmə yaşında olan pasientlərdə yox, həmçinin yaşından asılı olmayaraq aşkarlandığı bütün halda əməlyyata göstəriş hesab olunur. Çünki, yuxarıda qeyd olunduğu kimi, varikosel təkcə spermayaranma prosesinə təsir etmir. Xayaların qan dövranını, onların qidalanmasını, oksigen təchizatını pozmaqla, sərbəst radikallar və venoz qanla toxumadan uzaqlaşdırılan son mübadilə məhsullarının xaya toxumasında ləngiməsinə səbəb olur, xayalarda hazırlanan kişi cinsi hormonu olan testosteronun sintezini və kişinin cinsi statusunu zəiflədir.

Siflis-peşmançılıq yarada bilərAnal sex zamanı yarana biləcək xəstəliklər.

Fikirlərinizi bildirin.