Üz təmizlənməsi üçün 18 maska resepti

210
Üz təmizlənməsi üçün 18 maska resepti

Üz təmizlənməsi üçün 18 maska resepti. Təbiətin sizə bəxş etdiyi gözəl görkəmdən savayı hər bir üzə xüsusi qulluq gərəklidir. Proseduru təmizlik aparmadan effektiv icra etmək mümkün deyil. Maskalar gündəlik çirklənməni dərindən təmizləyə və təravətlilik bəxş edə bilər. Eyni zamanda qeyd edək ki, ev şəraitində hazırlanan maskalar hazır qarışıqlardan olduqca təsirlidir.

Maska kompanentləri

Hazırlanması üçün yalnız təbii maddələrdən istifadə edilir. Tərkibində zərərli kimyəvi əlavələr yoxdur. Yumurta, bal, müxtəlif otlar, süd, nişasta, herkules və kosmetik gil dərini gözəl təmizləyir, toxumalara dərindən nüfuz edir. Eyni zamanda artıq o qədər də ekzotik meyvə hesab edilməyən avokado da dərini səliqəyə sala bilər. Şaftalı və banan gözəl disert olmaqla yanaşı sənaye yolu ilə hazırlanan kremlərdən heç də geri qalmırlar. Üz dərisini gərəkli vitaminlər və minerallarla təchiz edirlər.

Effektiv təmizləmə
Gil

Dəri növünə uyğun olaraq seçilmiş bir neçə böyük xörək qaşığı kosmetik gilə isidilmiş su qatılaraq sıyıq halına salınır. Qarışdırılan zaman yaranan düyünlənmiş gil qaşıqla əzilir və tam məhlul halına salınır. Boyun və üz dərisinə sürtülərək quruyana qədər gözlənilir. Yekunda dəri su ilə yuyulur və olduqca effektiv nəticə əldə edilir.

Nişasta

Böyük xörək qaşığı kartof nişastasına su əlavə edilərək püre halına salınır. Yenə də, əgər düyünlənmiş nişasta qalarsa, qaşıqla əzilib tam qarışana qədər qarışdırılır. Yağlı dərilər üçün suyu yoqurtla və ya az yağlı qatıqla əvəz etmək mümkündür. Sonradan əldə edilmiş qarışığa bir çay qaşığı zeytun ekstraktı əlavə edilir. Quru dəriyə sürtüləcəksə ekstrakt limon şirəsi ilə əvəzlənməlidir. Maska üzə çəkilir və 15 dəqiqə gözlənildikdən sonra yuyulub təmizlənir.

Otlar

Dəri növünə uyğun olaraq otlar seçilir. Yağlı dəri üçün – boyçiçəyi, gülümbahar (kalendula), adaçayı, quru dəri üçün – çobanyastığı, itburnu, nanə. Yəqinki bu otların bir çoxu hər bir evdə mövcutdur. Bu halda bəzi otları qarışdıra da bilərsiniz. Nəticə olduqca ürəkaçandır. Otlar əzilərək un halına salınır. Yox, əgər təzə, təravətlidirlərsə, blenderdə qarışdırılır. Bir neçə xörək qaşığı ota yüz millilitr isti su tökülüb üstünə qapaq qoyularaq 15 dəqiqə dəmlənir. Sizə dəmləmənin suyu yox, otu gərəkli olacaqdır. Otlar iki qat qatlanmış cunaya sərilir və kompress kimi 15 dəqiqə üz dərisinə qoyulur. Sonradan ilıq su ilə yuyulur.

Xiyar

Maska quru dərini inanılmaz şəkildə təmizləyir. Hazırlıq üçün orta ölçülü xiyar götürülərək qabığı soyulub sürtgəcdən keçirilir. Yumurtanın ağı sarısından ayrılır. Ağı ayrıca qarışdırılaraq xiyara əlavə edilir. Qarışıq üzdə 20 dəqiqə saxlanılır və sərin su ilə yuyulur. Təmizlikdən sonra üz məsafələri rahatlanır, təmizlənir və dəri rəngi ağarır.

Lopa

Böyük xörək qaşığı herkules quru dəri üçün isti südlə, yağlı dəri üçün isti su ilə qarışdırılır. Hissiyyatlı derma üçün banan və ya yumurta sarısı da əlavə edilə bilər. Qarışıq üzə çəkilir, 15 dəqiqə gözlənilir və yuyulur. Təmizlik və qidalandırıcı effekt əldə etmiş olursunuz.

Kartof və bal

Orta böyüklükdə kartof təmizlənir və xırda formada süzgəcdən keçirilir. Qarışığa yumurta ağı və bir çay qaşığı bal əlavə edilir. Püre 20 dəqiqə üzdə saxlanılır və yuyulur. Resept daha çox yağlı dərilər üçün məsləhətlidir. Əgər derma yəni üz dərisi qızararsa narhat olmayın. Deməli mübadilə prosesi aktivləşmişdir.

Süd və yumurta

Ev yumurtası böyük xörək qaşığı süd əlavə edilərək çəngəllə qarışdırılır. Qarışığa eyni qaşıq ölçüsündə bal əlavə edilib, yenidən qarışdırılır. Maska üzə çəkilərək 15 dəqiqə saxlanılır. Məsamələr genişlənir və yağ ifrazı normallaşır. Maska daha çox kombiniləşmiş üzə uyğun hesab edilir.

Avokado

Quru dəri üçün əvəzedilməzdir. Avokado dərini vitaminlərlə təmin edib, yorğunluğu götürür. Yarısını kəsərəq ərzaq kulokuna büküb soyudun. Soyuducunun buzxanasına da qoya bilərsiniz. Sonradan qabığından ayırıb çəngəllə əzin. Qarışığa bir neçə çay qaşığı bal əlavə edib yenidən qarışdırın. Püre üz dərisinə yarım saat çəkilib saxlanılır.

Banan

Üz dərisinin təmizlənməsi üçün nəzərdə tutulan banan maskasının hazırlanması olduqca asandır. Lakin, efektivliyi zəifdir. Üzə tam yetişmiş bananın yarısı çəkilir. Və tədricən qaralması gözlənilir. 20 dəqiqə sonra kotrast üz yuyulması icra edilir. Dəri ipəklik və incəlik əldə edir.

Şaftalı

Təzə, yuyulmuş şaftalının qabığı çıxardılır. Əzilir və yumurta ağı ilə qarışdırılır. Püre üzə çəkilir və 15 dəqiqədən sonra salfetlə silinərək üz yuyulur. Məsamələr təmizlənir, üz təravətlənir.

Yumurta ağı və nanə

Yumurtanın ağına bir neçə budaq nanə əzilərək qatılır. Qatılıq üçün yulaf unu əlavə edilir. Tam qurumasını gözləmək şərti ilə üzə çəkilir və 15 dəqiqə saxlanılır. İlıq su ilə yuyulur.

Dəmlənmiş miks

Dörd böyük qaşıq otların qarışığı götürülür: çiyələk, bağayarpağı, cökə, qarağat. Hamsı bir qaba əlavə edilərək üzərinə isti su əlavə edilir. İsti dəmləmə üzə və boyuna çəkilir. 20 dəqiqə gözlənilir və sərin su ilə yuyulur.

Bağayarpağı

Bağayarpağının tər yarpaqları xırda doğranılır və üzərinə isti su və bir çay qaşığı bal əlavə edilərək qarışdırılır. Təmiz üzə çəkilərək 15 dəqiqə saxlanılır. Suya batırılmış dəsmalla silinir.

Yağlı dərilər üçün otlar

Qaxotu, adaçayı, çobanyastığı, dəvədabanı, gülümbahar otları qarışdırılır və toz halına salınır. Yarım stəkan qaynar su üzərinə əlavə edilərək 15 dəqiqə dəmlənir. Alınan qarışıq dermaya çəkilərək 17 dəqiqə üzdə saxlanılır. Sərin su ilə yuyulur.

Quru dəri üçün maska

Eyni ölçüdə bağayarpağı, yonca nanəsi və çobanyastığı götürülərək un halına salınır. Üzərini bağlayana qədər isti su əlavə edilir. Yarım saat dəmləndikdən sonra bitki yağı əlavə edilir. Qarışıq təmiz dəriyə sürülür və 20 dəqiqə gözlənilir. İsti su ilə yuyulur.

Ayçiçəyi, quşəppəyi və çobanyastığı un halına gətirilib üzərinə isti su gəzdirilir. Qarışdırılıb üzə çəkilir. 15 dəqiqə gözlənilir və su ilə yuyulur. Quru dəri ipəklik və yumşaqlıq əldə etmiş olur.

Kombinə edilmiş dəri üçün maska

Zəncirotu, bağayarpağı, çobanyastığı və gicitikan un halına salınır, isti su əlavə edildikdən sonra soyudulur. Üzə çəkilir. 15 dəqiqədən sonra sərin su ilə yuyulur.

Normal dəri üçün maska

Zəncirotu və qaxotu əzilir və üzərinə isti su süzülür. Qarışıq üzə çəkilir və 15 dəqiqə saxlanılır. Sərin su ilə yuyulur.

Yumurtalı üz maskaları üçün 23 reseptÜz təmizlənməsi üçün 15 aspirinli maska

Əvvəlki məqaləŞəkər xəstəliyinin sexual həyatınıza vurduğu 4 zərbə
Növbəti məqaləAvtomobilin cihazlar lövhəsində yerləşdirilən işarələr

Fikirlərinizi bildirin.