Üz təmizlənməsi üçün 15 aspirinli maska

780
Üz təmizlənməsi üçün 15 aspirinli maska

Üz təmizlənməsi üçün 15 aspirinli maska. İstənilən evdə demək olar ki, aspirin həbləri mövcutdur. Ancaq, üz dərisinin qulluğu üçün çox az insan bundan istifadə edir. Bu tərkibli maskalar dərinin xeyli sayda problemlərini aradan qaldırmış olur. Hazırlıq üçün isə çox vaxt gərəkli olmur.

Aspirin tərkibli maskalar

Sakitləşdirici, təmizləyici və cavanlaşdırıcı təsirləri olan maskalar bütün dəri növlərinə uyğun hesab edilir. Əlavə maddələr və məhlullar isə effektivlik baxımından onları daha güclü və təsirli etmiş olur. Bal, süd, xama, yoqurt, hətda duz və soda, mineral su belə aspirin prosedurunun ayrılmaz tərkib hissəsi hesab edilir.

Yulaf əzməsi, limon şirəsi, alma sirkəsi özlüyündə xeyirli ərzaq məhsulları hesab edilir. Aspirinlə isə birlikdə fəaliyyətləri daha təsirli ola bilir.

Unversal reseptlər

Qara nöqtələri təmizləmək, soyuqdəymə hallarını aradan qaldırmaq, üz dərisini sakitləşmək yağ və bal vasitəsi ilə mümkündür. Böyük xörək qaşığı isti suda 4 aspirin həbi qarışdırılır. Üzərinə bir çay qaşığı bal əlavə edilir. Əgər dəri kombinə olunmuş dəridirsə, o zaman bal zeytun yağı ekstraktı ilə dəyişdirilə bilər. Qarışıq bir neçə dəqiqəlik üzə çəkilir, bir balaca masaj edilir. Masajdan sonra ¼ saat üzdə saxlanılır və ilıq su ilə təmizlənir.

Aspirin toniki üçün beş həb xırdalanır və 8 böyük xörək qaşığı mineral suda həll edilir. 1 çay qaşığı uksus əlavə edilir. Dərinin yalnız problemli hissələrinə qoyulur və 1/3 saatdan sonra götürülür. Həssas dəriyə sahibsinizsə, proseduru etmək məsləhət görülmür.

Yoqurt və aloye ilə maska

Soyuqdəymə hallarının aradan qaldırılması üçün hazırlanan tərkib çox yaxşı təsir edir. O dərini təmizləyir və yumşaqlığını artırır.

İsidilmiş böyük çay qaşığında 4 həbb həll edilir. Maskaya bir çay qaşığı aloye şirəsi qatılır. Şirə 10 gün müddətində soyuducuda saxlanılmış aloye yarpaqlarından alınır. Dərinin kombinə ediməsi üçün aloyeni böyük qaşıq təbii yoqurtla da əvəz etmək mümkündür. Bir neçə dəqiqə ərzində qarışıq dəriyə çəkilir, sonra isə 1/3 saat müddətində saxlanılır, ilıq su ilə yuyulur.

Problemli və yağlı dərilər üçün

Qarışıq qızartını aradan qaldırır, dərini təravətləndirir, səpkiləri və qara nöqtələri aradan qaldırır, yağlı dərini təmizləyir.

Limon şirəsi ilə

Hazırlıq üçün 6 həbb götürülərək toz halına gətirilmədən xırdalanır. Hissəciklər üç böyük qaşıq limon şirəsi ilə qarışdırılır. 10 dəqiqəlik üzə çəkilir. Öncədən hazırlanmış sodalı su ilə yuyulur (bir böyük qaşıq soda bir litir suya qarışdırılır).

Xama ilə

Təbii və sakitləşdirici maska üçün yarım çay qaşığı suda bir neçə həbb qarışdırılır və bir qaşıq xama əlavə edilir. 1/3 saat üzdə saxlanılır, ilıq su ilə uyulur.

Gil ilə

Maska soyuqdəymə proflaktikası və təmizlənmə üçün gözəl vasitə hesab edilir. Hazırlanması üçün bir neçə toz halına salınmış həblərə bir çay qaşığı ağ gil əlavə olunur. Qatı məhlul halına qədər qızdırılır. Qarışıq yarım saat müddətinə üzdə saxlanılır və ilıq su ilə yuyulur.

Duz ilə

Reseptə əsasən maska-skrab alınır. Və o dərini rahatlaşdırır, qızartı və soyuqdəymə hallarını aradan qaldırır. Əzilmiş 4 həbə yarım çay qaşığı dəniz duzu qarışdırılır və böyük qaşıq bal əlavə edilir. Nəm dəriyə çəkilir, yüngül masaj edilir. 5 dəqiqədən sonra ilıq su ilə yuyulur.

Yoqurt və yaşıl çay

Resept akna zamanı daha effektivdir. Yağlı dərini yaxşı qurudur və əla proflaktika hesab edilir. Bir çay qaşığı bala əzilmiş aspirin həbi qatılır. Qarışığa bir neçə çay qaşığı yoqurt və ya zeytun ekstraktı əlavə edilir. Bir belə qaşıq tünd dəmlənmış yaşıl çay üzərinə süzülür. Üzdə ¼ saat saxlanılır və ilıq su ilə yuyulur.

Quruducu maska

Tərkibinə görə infeksiyalar aradan qalxır, qızartı azalır və zamanla aradan qalxır. 3 aspirin həbi xırdalanır, böyük qaşıq su üzərinə əlavə edilir, tam qarışana qədər qarışdırılır. Yalnız problemli hissələrə çəkilir. 1/3 saat saxlanılır və ilıq su ilə yuyulur.

Levomisitin ilə

Təmizlənmə və səpkilərdən qurtarmaqdan savayı maska üz dərisinin tonunu yaxşılaşdırır. İki aspirin həbinin və iki levomisetinin əzilməsi üzərinə hazır kalendul qaırışığı əlavə edilir. Yaxşı qarışdırdıqdan sonra maska 1/3 saat müddətində üzə qoyulur. İlıq su ilə yuyulur. Prosedurdan sonra nəmləndirici kremin çəkilməsi mütləqdir.

Gil, bal və duz

Üz dərisini hamarlaşdırır və təravətləndirir. Yarı ölçülərdə duz və limon şirəsi qarışdırılır, qalıqları götürülür, 6 həbb aspirin əlavə edilir. Bir çay qaşığı mavi gilə eyni miqdarda bal əlavə edilir. Üzə qoyulur, ¼ saat saxlanılır. İlıq su ilə yuyulur.

Jelatin və gil ilə

Maska təmizləyir, üz tonunu yaxşılaşdırır, nəmləndirir, təravətləndirir. Hazırlanması üçün bir çay qaşığı jelatin suda qarışdırılır. Saxlanılır. Aktivləşmiş kömür həbini və eyni miqdarda aspirini toz halına gətirin və üzərinə bir az filterdən keçirilmiş su əlavə edin.

Jelatin qarışığı qızdırılır. İsti qarışıq üzə çəkilir. Üzdə təbəqə yarandıqdan sonra götürülür. Üz lasyonla silinir və krem çəkilir.

Kombinə edilmiş dəri üçün

Darçınlı maska qırışlardan, aknelərdən, qara nöqtələrdən azad edər və dərini ağardar.Toz halına salınmış dörd ədəd aspirin həbi böyük qaşıq suda qarışdırılır. Üzərndə ¼ çay qaşığı darçın əlavə edilir. Sonra isə yarım çay qaşığı balı əlavə edin. ¼ saat üzə çəkilərək saxlanılır, ilıq su ilə yuyulur. Əgər bal sizə uyğun deyilsə, o zaman onu zeytun ekstraktı ilə əvəz edə bilərsiniz.

Gil və kofe

Maskadan sonra dəri hamarlaşır, məsamələr kiçilir. Bir neçə böyük qaşıq ağ gil, üyüdülmüş çay qaşığı kofe, 4 ədəd əzilmiş aspirin həbi qarışdırılır. Rahat qarışacaq səviyyədə mineral su əlavə olunur. Üzə sürtülür. 1/3 saat gözlənilir. İlıq su ilə yuyulur.

Aspirin qarışıqları necə hazırlanır?

Düzgün hazırlanması üçün ayrıca qaba 4 ədəd aspirin həbi qoyulur və üzərinə su tökülür. Aspirin qarışana qədər barmaqla qarışdırılır və həll edilir. Əsas çalışın mayeni dağıtmayın. Qarışığa bir neçə böyük qaşıq qidalandırıcı krem əlavə edilir. Beləliklə, klassik maska hazırdır.

Aspirinli qarışıq təmiz dəriyə sürtülür, üstündən tonik və ya lasion çəkilməsi daha məsləhətdir. Qarışıq yalnız öncədən hazırlanmış dəriyə çəkilməlidir.

Üzə çəkməmişdən öncə sınaqdan keçirin. Bunun üçün biləyinizə çəkib, 10 dəqiqə gözləyə bilərsiniz.

Maskanın üzdə qalması müddətinin ən ideal vaxtı ¼ saat hesab edilir. Mütləq sonradan ilıq və ya isidilmiş su ilə yuyun. Həfdə ərzində bir-iki dəfədən çox proseduru təkrarlamaq məsləhət görülmür. Əks halda dərinin həssaslığı arta bilər.

Üz dərisinin dartılması üçün 11 maska növüKişi spermasının üzə çəkilməsi

Əvvəlki məqaləTitulsuz lider – Robin Sharma
Növbəti məqaləAvtombil (Şassi) – Təkər/şinin təmiri

Fikirlərinizi bildirin.