Üz dərisinin dartılması üçün 11 maska növü. Xarici görünüşə diqqət mütləq yetirilməlidir. Zamanı dayandırmaq mümkün olmasada, onu yavaşlatmaq mümkündür. Bu tapşırıqların ev şəraitində icra edilməsi düşündüyünüz qədər də qəliz məsələ deyil. Eyni ilə profesional effekti əldə edə bilərsiniz. Sadəcə bunun üçün üz dartılmasında gərəkli komponentlərə diqqət yetirmək gərəklidir.

 Ev şəraitində uyğun ola biləcək maskaların tərkibi

Həqiqətən də düşünürsünüz ki, bunun üçün xüsusi əlavələr gərəklidir? Xeyr. Olduqca sadə ərzaqlar tələb olunur. Yumurtanın ağı, sarısı, kefir, xama, süd – bu məhsullar demək olar ki, hər bir evdə mövcutdur. Ağ kosmetik maskanı rahatlıqla hazırlamaq mümkün olar. Xurma, limon, portağal, yulaf, jelatin, un isə rahatlıqla yaxındakı ərzaq dükanında tapılar.

Ev reseptləri

Liftingdən başqa üz dərisinin dartılması üçün istifadə olunan maskalar dərini daha zərif edərək qidalandrıcı effekt bəxş edir. Onlarsız lifting prosedururun da nəticələri uzun müddətli olmaz, hətda qıcıqlanma halları belə baş verə bilər.

Quru dəri

Yulaf maskasının hazırlanması üçün yulaf dənələri xrdalanır, suda və ya süddə qaynadılır. Qarışığa bir çay qaşığı zeytun ekstraktı və böyük xörək qaşığı xama əlavə edilir. Hazırlanan maska üzə çəkilir və 1/3 saat saxlanılır. Maska quru dermanı tonuslaşdırır, tərkibindəki E vitamini hamarlaşdırır, xama isə nəmləndirir.

Solmuş üz limonlu-ballı maskaya da yaxşı reaksiya göstərir. Yarım çay qaşığı bal, böyük qaşıq ağ gillə qarışdırılır. 15 damcı laym şirəsi üzərinə sıxılır. Qarışıq yarım saat müddətinə üzə çəkilir. Sərin su ilə üzdən təmizlənir. Yenidən üz laym şirəsi ilə silinir və effektin daha təsirli olması üçün soyuq kompres qoyulur.

Yağlı dəri

Dərinin dartılması üçü maskalarda tərkibə zülal qatılmağı mütləqdir. Bu halda artıq yağ qalıqları dəridən xaric olur. Yumurtanın ağı yetişmiş xurmanın içi ilə qarışdırılır. Qatılıq üçün yulaf əlavə edilir. Qarışıq yarım saat müddətində üzə çəkilir. Xurma dermanı tarımlaşdırar, yumurtanın ağı liftinq effekti verər. Yulaf isə, gənclik vitamini hesab edilən vitamin D ilə zənginləşdirər. Nisbətən isti su ilə maska yuyulur və üzə krem çəkilir.

Yağlı dəri üçün eyni zamanda çay qaşığı sitrus şirəsi, eyni ölçüdə bal və yumurta zlalı ilə hazırlanan maska da yaxşı təsirə malikdir. Maska ¼ saat üzdə saxlanılır. Nəmləndirici salfetlə üzdən silnir və sonda mütləq nəmləndirici krem çəkilir.

Unversal maskalar

İstənilən dəri növünə unversal maskalar tamami ilə uyğun hesab edilir. Jelatin təbii kallagen və elastin hesab edilir. Bu halda qırışlar az hiss olunur və üz dərisi təravət əldə edir.

Bir çay qaşığı jelatin altı belə qaşıq suya qatılaraq yarım saat saxlanılır. Tam qarışana qədər qızdırılır. Soyudulmuş qarışığa çay qaşığı un və böyük qaşıq turşumuş süd qatılır. Yarım saat gözlədikdən sonra krem üzə çəkilir.

Ekspress – lifting

Bir xörək qaşığı suda beş qram jelatin bir saat saxlanılır. Qarışıq tam qarışana qədər qazın üstə saxlanılır. Bir çay qaşığı un əlavə edilir. Üzərinə beş qram bal, yarım çay qaşığı glesirin qatılır. Soyudulmuş qarışıq bir balaca saxlanılır nəm əskinin üzərinə sürtərək yarım saat dermeyə sıxılır. Nəticədə üz dartılır, təmizlənir. Sonra üzü yumağa ehtiyac yoxdur. Ancaq, krem mütləq çəkilməlidir.

Üz konturlarının korrektləşdirilməsi üçün

Yazılan rəylərə əsasən qarışıq bədən çəkisinin aşağı salınmasından sonra daha uyğundur. Bu maska həm qırışları aradan qaldırar, həm də əvvəlki üz konturlarını geri qaytarmış olar. Bunun üçün yumurta zülalı, toxumlarından təmizlənmiş orta ölçülü xiyar, bir çay qaşığı zeytun ekstraktı gərəklidir. Hamsı qarışdırılaraq yarım saat müddətində üzə çəkilir. Tonuslaşma, ağarma, təmizlənmə və qidalanma – hamsı bir arada. Dəri gəncləşir.

Dartılma lifingi

Üz dərisinin dartılması maskaları üçün şüyüddən istifadə edilir. O həm dərini tonuslaşdırır, həm də dartır. Bu halda şüyüd yağı, üyüdülmüş yulaf əzməsi və kətan yağı istifadə edilir. 1/3 saat müddətində üzdə saxlanılır, yuyulur və krem çəkilir.

Qeyd edilən bütün reseptlər illərlə sınaqdan keçirilmişdir. İstifadə zamanı çətinlik yalnız hər-hansısa məhsula qarşı dərinin reaksiyası ola bilər. Hamsının istifadə tezliyi ən azından 2-3 gün müddətində ard-arda olmalıdır.

Bütün prosedurlar 35 yaşdan sonra edilməlidir. Əlbətdəki, ev şəraitində edilən maskaları profesional üz dartılması prosedurları ilə eyniləşdirmək və eyni nəticələri gözləmək düzgün deyil. Lakin, xırda problemlərin aradan qaldırılması tamami ilə mümkün olur.

Jelatin dartması

10 qram jelatin altmış beş qram suya qatılır, bir saat saxlanılır. 10 qram gliserin, 5 qram sink və 10 qram bal  əlavə edilir. Jelatin və glesirin bir bankada qarışdırılır və jelatinin əriməsinə qədər qızdırılır.

Geniş bint üç uzununa hissələrə bölünür və qarışıqda isladılır. Birinci hissə dərinin aşağı hissəsinə qoyulacaq. Sonluqları düzgün yapışdırılaraq ovalın formalaşdırılmasına çalışılacaq. İkinci hissə alın nahiyyəsinə, üçüncü hissə isə bir qulaqdan, digərinə doğru dartılaraq yapışdırılacaq. Yarım saat saxlanılacaq. Lakin, öncə qarışıq otaq tempuraturunda soyudulur və soyuq yerdə gel halına gələnə qədər saxlanılır. Üzə istifadədən sonra sərin su ilə yuyulur.

Nişasta lifting

Çiy katof nişastasına bir çay qaşığı zeytun ekstraktı qatılır, üzə ve dekolte hissəsinə, yəni boyun ətrafına çəkilir. 1/3 saatdan sonra nişasta təmizlənir.

Kəpək və zülal liftingi

Yumurta zülalını köpüklənənə qədər qarışdırın. Bir neçə çay qaşığı kəpək əlavə edin, limon qabığı və şirəsini əlavə edin. ¼ saat üzdə saxlayın və isidilmiş su ilə yuyun. Sonda isə üzünüzdə buz kubları gəzdirməyə çalışın.

Lifting maskaların istifadə qaydaları

Gəncləşdirici maskaların xoş dəyişikliklərə səbəb olacağına əmin olun. Lakin, düzgün istifadəyə xüsusi diqqət yetirilməlidir. Maskanı sürdükdən sonra gəzmək və hərəkət etmək məsləhət görülmür. Prosedurdan öncə üzünüzü təmizləyin.

Horizantal şəkildə oturaraq müddət ərzində danışmamağa və üz mimikalarınızı tərpətməməyə çalışın. Maskanı göz qapaqlarınıza və gözünüz altına çəkməyin. İncə dəri dartıla bilər. İstifadədən sonra qalıqların isti və sabunsuz su ilə təmizlənməsi məsləhətdir.

Kişi spermasının üzə çəkilməsiQış aylarında kişi üz dərisini qorumaq-10 sualın cavabı

Fikirlərinizi bildirin.