Üstünlük nişanları (maddə 63)

278
Üstünlük nişanları (maddə 63)

Üstünlük nişanları (maddə 63)
Üstünlük nişanları yolayrıclarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələrini keçmək növbəliyini göstərir.

Nömrə İşarə Mənası
2.1
Baş yol. Nizamlanmayan yolayrıcılarını keçməkdə üstünlük verilən yol (şəkil 1,2).
2.2
Baş yolun sonu
2.3.1
İkinci dərəcəli yolla kəsişmə. Baş yolun ikinci dərəcəli yolla kəsişmə yeri (şəkil 3).
2.3.2
İkinci dərəcəli yolun bitişməsi. Sağdan (şəkil 3).
2.3.3
İkinci dərəcəli yolun bitişməsi. Soldan bitişmə (şəkil 3).
2.4
Yol verin. Sürücü kəsişən yolla yaxınlaşan, 7.13 lövhəsi olduqda isə baş yolla hərəkət edən nəqliyyat vəsaitəsinə yol verməlidir (şəkil 1,2).
2.5
Dayanmadan keçmək qadağandır. Stop-xətt qarşısında, bu xətt olmadıqda isə hərəkət hissələrinin kəsişmə xətti qarşısında dayanmadan hərəkət etmək qadağandır. Sürücü kəsişən yolla yaxınlaşan, 7.13 lövhəsi olduqda isə baş yolla hərəkət edən nəqliyyat vasitəsinə yol verməlidir. 2.5 nişanı dəmir yol keçidi və ya digər postlar qarşısında da quraşdırıla bilər. Belə olduqda sürücü stop-xəttin qarşısında, bu xətt olmadıqda isə 2.5 nişanının qarşısında nəqliyyat vasitəsini dayandırmalıdır (şəkil 4,5,6).
2.6
Qarşıdan hərəkətin üstünlüyü. Qarşıdan gələn nəqliyyat vasitəsinin hərəkəti üçün maneə yaradılacaqsa, yolun daralmış sahəsinə girmək qadağandır. Sürücü qarşı tərəfdən yolun daralmış sahəsinə yaxınlaşmaqda olan və ya bu sahədə hərəkət edən nəqliyyat vasitəsinə yol verməlidir (şəkil 7).
2.7
Qarşıdan hərəkətə nisbətən üstünlük. Sürücü yolun bu daralmış sahəsində hərəkət edərkən qarşıdan gələn nəqliyyat vasitəsinin qarşısında üstünlüyə malikdir (şəkil 8).



Yanacağa qənaət etməyin effektiv yollarıAvtomobilin cihazlar lövhəsində yerləşdirilən işarələr

Əvvəlki məqaləSexə qarşı allergiya
Növbəti məqaləMəlumatverici-göstərici nişanlar (maddə 66)

Fikirlərinizi bildirin.