Uşaqlarının plasentasını yeyən məşhurlar

4227
Uşaqlarının plasentasını yeyən məşhurlar

Uşaqlarının plasentasını yeyən məşhurlar. İlk öncə məşhurları sadalamamışdan öncə bəzi oxucularımızın diqqətinə plasenta nədir və nə kimi önəm daşıdığı ilə bağlı məlumat vermək istərdik.

Plasenta qadında hamiləlik dövründə fəaliyyət göstərən və ana ilə uşağın orqanizmi arasında  əlaqəni təmin edən orqandır. Plasenta hesabına bir sıra mühüm funksiyalar-qidalanma, qan dövranı, maddələr mübadiləsi, ətraf mühitin zərərli amillərindən və müxtəlif infeksiyalardan müdafıə və s. həyata keçirilir.

Bu orqan ciyərləri, böyrəkləri əvəz edir, ferment və hormonları nəzarətdə saxlayaraq, rüşeymin (dölün) universal qoruyucu funksiyasını yerinə yeitirir. Plasenta tərəfındən yaradılan antikorlar dölün immunitetini yaradır. Bir çox xəstəliklər və dərman preparatları plasentar maneəni keçə bilmirlər. Təkcə 9 ay hamiləlik zamanı plasentanın artım xassəsi səbəbli bir hüceyrədən 40-60 trilyon hüceyrəyə malik uşaq yaranır.

Qədim zamanlarda hesab edirdilər ki, plasentanın nəhəng energetik dəyəri olduğu üçün o, kosmosla əlaqədardır. Bir çox xalqlar plasentanı yeyirdilər, bəziləri isə onu qurudur, əzərək ondan məcun hazırlayır və ağır xəstələrə içirirdilər. Kleopatranın və Mariya Antuanettanın dövründə ondan cavanlaşdırıcı maddə kimi də istifadə etmişlər.

Misir, Yunanıstan, Hindistan və Çində döyüşçülərin yaralarının sağalması və güclərinin bərpası üçün plasentadan istfadə etmişlər. Plasentanın müalıcəvi xüsusiyyətləri haqqında ilk məlumatlara Hippokratın və İbn Sinanın əsərlərində rast gəlinir.

Plasentanın Şərq təbabətində və energetik təcrübədə rolu xüsusilə böyükdür. Çinin bir sıra əyalətlərində plasentanı «bənövşəyi çaydakı qayıq» adlandırırlar. Uşaq anadan olarkən plasentanı qurudur və keçədən hazırlanmış qutuya qoyurdular. Sonra pasientin ağır xəstəliyi zamanı onu qaynadaraq iksir hazırlayır və xəstəyə içirirdilər.

Bu vasitə orqanizmin müqavimətinin artırılması üçün həddən artıq güclü sayılırdı. Çində plasenta bitkidən hazırlanmış preparatlarda laktasiyanın stimullaşdırılması, sərinləşdirici vasitə və «Zhiheche» adlı sərinləşdirici içki istehsalında istifadə olunur.

Mey dövründə «Xonso komoku» adlı bitkidən hazırlanmış dərman toplusu tərtib olunmuşdur. Orada plasenta ən yüksək xassəli preparat kimi təsvir edilir. Son dövrünün ilk imperatorları isə onu uzunömürlülüyün ən vacib vasitəsi kimi qiymətləndirmişlər.

Koreyanın tibbi traktatı olan «Toi-xokan»da və digər mənbələrdə plansenta fıziki və mənəvi yorğunluğu aradan qaldıran preparat kimi dəyərləndirilir.

Yaponiyada plasentadan istifadə kütləvi xarakter daşımışdır. Plasenta yaponların Kara sülaləsinin üç ən vacib preparatları sırasına daxil idi. Bu sülalə nümayəndələrinin rəyinə görə, plasenta gəncliyin əbədi qoruyucusu idi. Yaponiyada plasenta kaqlann ən gizli iksirləri olan, gənclik məcunu kimi istifadə edilən konqentanapreparatını tərkibinə daxil idi.

Plasentanın tibbdə tam şəkildə istifadəsi 1934-cü ildə sovet fızioloqu, Odessa Tibb institutunun professoru Filatov tərəfindən insan plasentasının dondurulmuş komponentlərindən daxili orqanların yaralarının, yamqlarının və tikişlərinin müalicəsi üçün istifadə edildikdən sonra mümkün olmuşdur.

İkinci Dünya Müharibəsi zamanı yara sağaldan vasitələr çatışmırdı və buna görə də həkimlər yaraların sağalması üçün plasentanın fəal komponentlərindən istifadə etməyə başladılar.

1945-ci ildə professor Filatov toxuma terapiyası sahəsində işlərinə görə Lenin mükafatına layiq görüldü. O kəşf etdi ki, plasentanın toxumalarının dondurulması zamanı onlarda bioloji aktiv maddələrin sayı kəskin şəkildə artır və bu maddələri plasenta toxumalarından ayıraraq tibbdə istifadə etmək mümkündür. Bu toxuma terapiyası orqanizmin müqavimət və özünü tənzimləmə qabiliyyətini fəallaşdırır, xəstəliklərə qarşı ümmuniteti möhkəmləndirir.

Sonra plasenta sahəsindəki tədqiqatlar estafetini Uzaq Şərqin klinikaları qəbul etdilər. 1950-ci ildə plasenta Yaponiyada lisenziyalaşdırıldı və artıq 60-cı illərdə onun preparatlarından 80-dən artıq xəstəliyin – o cümlədən prostat vəzinin adenoması, klimaktorik pozğunluq, allergik dermatit, yuxusuzluq və maddələr mübadiləsinin pozulmasına qarşı vasitə kimi istifadə olunur.

Xirosima və Naqasaki şəhərlərindəki faciələrdən sonra şüa xəstəliyinə tutulmuş insanlarm plasenta ilə müalicəsi zamanı alınan yüksək nəticələr çox heyrətamiz idi.

Hazırda plasenta preparatları dermatologiya və estetika da daxil olmaqla tibbin bir çox sahələrində geniş tətbiq olunur. Plasentar terapiya orqanizmin cavanlaşdırılması və sağlamlaşdırılması üçün ən real imkanlara malikdir.

Plasenta ginekologiyada, klimakterik pozuntular, oliqo-menoreya, qeyri-müntəzəm, menstruasiyalar, laktasiya pozulması, hiperprolaktinemiyavə s. zamanı da tətbiq olunur.

O, həm də orqanizmi xəstəlik vaxtı və xəstəlikdən sonra dəstəkləmək, zehni fəaliyyəti qaldırmaq, depressiya, əsəb pozğunluqları, yuxusuzluq və s. zamanı istifadə edilir.

Yaponiyada plasenta daxili xəstəliklərin müalicəsi, kosmetik cərrahiyyə, stomatologiya, oftalmologiya, urologiya və s. zamanı lazım olan ən vacib preparatlardandır. Yaponiyanın hüdudlarından kənarda insanlar plasenta ekstratınıları cavanlaşmaq və sağlamlığı qorumaq üçün istifadə edilir.

Bir şox hallarda bütün dünyada qadınlar doğuşdan sonra övladlarının plasentalarını müxtəlif formada qəbul etmək qərarına gəlirlər. Əlbətdəki, ulduzlar da xarici görkəmlərini daha çox önəmsədikləri üçün bu üsuldan istifadədən yayınmırlar.

Kim Kardashian

Uşaqlarının plasentasını yeyən məşhurlar

İkinci övladının, oğlu Seyntin dünyaya gəlməsindən sonra Kim öz pərəstişkarlarını təəcübləndirdi. Müsahibələrinin birində o doğuşdan sonra öz plasentasını yediyini bildirmişdir. Yeni doğuş etmiş ananın sözlərinə görə “bioloji material” doğuşdan sonrakı depressiv halların qarşısını almaqda yardımçı olur.

“Sən demə bir çox analar mənim kimi edir. Bu olduqca qəribədir, ancaq mən özümü yüksəlişdə hiss edirəm. Mən öz plasentamı yemişəm deyərkən, dondurulmuş və həbb halına gətirilmiş plasentamı yediyimi nəzərdə tuturam. Hər həbdən sonra özümdə yaxşı əhval-ruhiyə və enerji axını hiss edirəm. Bütün analara bu cür etməyi məsləhət görürəm. Yox, mən onu steyk formasında yemirəm. Bir çoxları nədənsə bu cür düşünür.” – deyə Kim şəxsi saytında bütün bunları qeyd etmişdir.

Kourtney Kardashian

Uşaqlarının plasentasını yeyən məşhurlar

Əslində Kim bu ideanı öz böyük bacısı Kourtneydən oğurlamışdır. O da ana olduqdan sonra şəxsi plasentasını toz şəklində həbb halına salaraq qəbul etmişdir.

Blac Chyna

Uşaqlarının plasentasını yeyən məşhurlar

Öz səs-küyləri ilə yadda qalan model Kardashian klanının üzvüdür. Ailə üzüvlərindən geridə qalmaq istəməmişdir. Rob kardashiandan uşaq dünyaya gətirdikdən sonra öz gəncliyini və cazibəli görünüşünü bu yolla geri qaytarmağa cəht göstərmişdir.

Sasha Zvereva

Uşaqlarının plasentasını yeyən məşhurlar

Bu xanımı isə rus musiqi qrupu “Demo”-nun keçmiş solisti kimi tanıyırsınız. O üçüncü dəfə ana olduqdan sonra öz plasentasını smuzi halında hazırlayaraq içmişdir.

“Öncədən doğumu həyata keçirən həkiminizlə danışın. Doğuş zamanı göbəyi kəsməsin, plasentanı götürməsin, epidural anesteziyanı tədbiq etməsin. Mən bu istəklərimi ciddi problem yaranarsa belə həyata keçirəcəyim haqda əvvəlcədən məktub yazmışdım. Bu mənim bədənim, mənim plasentam, mənim uşağımdır. Deməli, bütün hüquqlar da mənə aitdir”.

Mayim Bialik

“Böyük partlayışın nəzəriyyəsi” və “Blossom” serialının ulduzunun fikrincə məməlilərin bir çoxu öz plasentalarını yeyə bilir. Düzdü, aktrisa bir çox məməlilər tərzində öz qidasına plasentasını çiy halda doğuşdan sonra həmən əlavə etməmişdir. Hər üç oğlunu dünyaya gətirdikdən sonra ana biomaterialını həbb halına çevirmək üçün müraciət etmişdir.

Alicia Silverstone

Uşaqlarının plasentasını yeyən məşhurlar

Aktrisa da digərləri kimi bu həblərin ananı depresiyadan uzaqladırdığına və xoş əhval-ruhiyyə verməsi fikirləri ilə razılaşır. O bu həbləri “xoşbəxtlik həbləri” adlandırmışdır.

Tom Cruise

Uşaqlarının plasentasını yeyən məşhurlar

Bizim siyahımızda yeganə kişi – aktyor Tom Cruise. Onun ümumiyyətlə uşaqların dünyaya gəlməsi ilə bağlı fikirləri olduqca müəmmalıdır. Onun fikrincə doğuş tam sakit mühitdə baş verməli, gənc valideyinlər ilk bir həfdə ərzində uşaqları ilə ünsiyyətdə olmamalıdırlar. Olduqca qəribə səslənsə də, bu saentalogiya prinsipləridir. Cruise məhs bu kilsəyə və inanca sitayiş etməkdədir. Onun yeganə bioloji qızı Suri də məhs bu cür dünyaya gəlmişdir. Uşaq hal-hazırda anası aktrisa Kate Holmeslə birgə yaşayır. İndi isə cütlük heç bir münasibət yaşamırlar.

Valideyinləri homosexual olmuş məşhurlarSex zamanı dünyasını dəyişmiş məşhurlar

Əvvəlki məqaləXəritə – müxtəlif ölkələrdə sex nə qədər uzun çəkir
Növbəti məqaləZapı haqqında 7 maraqlı fakt

Fikirlərinizi bildirin.