Uşaq sexsopotologiyası. Valideyinlərin nəzərinə. Cinsi yetkinlik – ciddi fizioloji dəyişikliklərin yaşanması və formalaşması mənasına gəlir. Nəticədə emosional baxımdan tam inkişaf siklini yekunlaşdırır və orqanizmin reproduktiv hazırlıq mərhələsinə keçid alır.

Yaş normaları

Oğlan uşaqlarında cinsi yetkinlik adətən qız uşaqlarına nisbətən iki il gec baş verir. Lakin, ətraf mühitin mənfi təsirlərindən, ekoloji durumun ürəkaçan olmaması səbəbindən (qidalanma, təbiət faktorları, həyat tərzi və s.) müxtəlif nəsillərdə fərqli tərzdə inkişaf edə bilər. Son illərdə cinsi yetkinliyin tez baş verdiyi müşahidə olunur. Daha çox gözlənilməz boy artımlarına, üzün təklənməsinə rast gəlmək olur. Nəticədə müasir yeniyetmə öncəki nəsilə nisbətən daha hündürboy, daha yaşlı görünməyə başlamışdır.

Normal cinsi yetkinlik yaş dövrü 10-dan 16-ya qədər hesab edilir. Məhs bu yaş dövrü arasında boyun birdən böyüməsi və cinsi həvəsin yaranması kimi məsələləri hiss etmək mümkündür.

Cinsi yetkinliyin formalaşması zamanı bəzən gecikmələr və ya əksinə vaxtından tez yetkinlik baş verə bilir. Uşaq sexsopotologiyası sahəsi məhs bu problemlərin örgənilməsi ilə məşğuldur.

Vaxtından əvvəl cinsi yetkinliyin baş vermə səbəbləri.

Vaxtından əvvəl cinsi yetkinlik adətən cinsi hormonların vaxtından əvvəl formalaşması səbəbindən baş verir. Hormonlar nəticəsində beyinin müəyyən hissələrinə siqnallar ötürülür. Bəs vaxtından əvvəl yetkinliyin həqiqi və ya yalan olmasını necə fərqləndirmək mümkündür?

Vaxtından əvvəl yetkinlik zamanı hipotalamusun tez zamanda aktivləşməsi ilə bağlıdır. Beyinin bu hissəsi hormonların stimullaşdırıcı sintezinə cavabdehdir. Sintez nəticəsində digər cinsi hormonların ifrazı və yetkinliyə təsiri formalaşır. Bəzi hallarda isə yetkinlik ümumiyyətlə beyində şişlərin və ya törəmələrin yaranması zamanı formalaşır. Bu cür kənarlaşma forması adətən oğlan uşaqlarında rast gəlinir. Lakin, bir çox hallarda vaxtından öncə oyanışın səbəblərini tapmaq, müəyyən etmək mümkün olmur. Adətən bu cür yetkinlik həyatın ümumi sexsual fonuna təsir göstərmir.

Yalançı vaxtından əvvəl cinsi yetkinlik isə ciddi şəkildə nəsildə mövcud olmuş xəstəliklərlə bağlı olur: adrenoqintal sindiromu. Genetik səbəblərdən xəstə insanlarda böyrəküstü hormonlardan birinin ifraz prosesi düzgün getmir. Nəticədə həmin bölgədə şişlər və törəmələr yaranaraq həm oğlan uşaqlarında, həm də qız uşaqlarında kişi cinsi hormonlarının yüksək miqdarda ifrazı baş verir. Eyni zamanda təcrübədə səbəblər arasında digər səbəblərədə rast gəlinə bilir. Beləki, müxtəlif müalicələr zamanı xəstələrə yazılan steroid hormonal dərmanlarda bu kənarlaşmaları yarada bilər. Yalançı vaxtından əvvəl cinsi yetkinlik zamanı tam cinsi toxumaların formalaşması (yumurtalıqların, spermozoidlərin) baş vermir. Bir sözlə sexsual təminat mümkünsüz olur.

Vaxtından gec cinsi yetkinliyin baş vermə səbəbləri.

Cinsi yetkinliyin baş vermə hissiyatı 16-yaşa qədər yaranmırsa, bu zaman gecikmənin baş verdiyini söyləmək olar. Bu hal təbiətcə öz-özünədə yarana bilər. Lakin, bir çox hallarda səbəb nəsildən keçmə ciddi kənarlaşmalarda gizlənir və daxili orqanların potologiyası ilə bağlı olur.

Əgər gecikmiş cinsi yetkinlik potoloji xəstəliklərlə bağlı deyilsə, çox güman ki, zamanla bu hal normallaşacaq və gələcək cinsi yaşamın gedişatına təsir göstərməyəcək. Bu zaman məsələ individual baxımdan orqanizmin inkişafı ilə bağlıdır.

Simptomlar və yaranma halları.
Vaxtından əvvəl cinsi yetkinlik:

Vaxtından əvvəl yetkinliyin simptomlarına boyun birdən artması, bədənin massasının, həcminin böyüməsi, yaşıdlarını cinsi yetkinlikdə qabaqlamağı göstərmək mümkündür. Qızlarda adətən bu hallarda süd vəzləri böyüyür, alının, üzün tüklənməsi baş verir, matkanın ölçüləri genişlənir, bəzən isə vaxtından əvvəl menstruasiya (aybaşı) baş verə bilir. Oğlanlarda cinsi orqanın ölçüləri böyüyür, üzdə sürətli tüklənmə baş verir, ereksiya halları müəyyən olunur.

Cinsi yetkinlik zamanı həmdə boy artımının olmaması, sümüklərin böyüməməsidə baş verə bilərki, nəticədə alçaq boyluluqla yekunlaşa bilər.

Aşağıdakı nevroloqik sintomatika baş verə bilər:

  • baş ağrıları;
  • tez yorğunluq, halsızlıq;
  • göz sinirlərinin zəifləməsi.
Vaxtından gec cinsi yetkinlik:

Vaxtından gec baş verən cinsi yetkinlik hallarında simptomlar qızlarda 16 yaşdan, oğlanlarda isə 18 yaşdan sonra baş verə bilir. Gec cinsi yetkinlik nəsildən gələn xəstəliklərlə bağlı olduğu halda daxili orqanların zədələnməsi, fəaliyyətinin pozğunluğui ilə yekunlaşa bilir. Eyni zamanda bu hal tədricən psixi problemlərədə səbəb ola bilir. Bu cür xəstələr adətən genetiklərin nəzarəti altında müalicə olunurlar.

Diaqnoz və müalicə.

Vaxtından əvvəl və ya vaxtından gec cinsi yetkinlik diaqnozunu pediatr və ya endekrinoloq edə bilər. Diaqnoz üçün həkim diqqətlə uşağı müşahidə etməli, onun tərbiyəsi barədə valideyinləri sorğu-sual etməli, inkişafın gedişatını örgənməli, kompleks müayinələr edərək ciddi səbəbləri bir-bir incələməlidir. Ola bilsin ki, bu zaman psixoloqların, genikoloqların, androloqların və s. həkimlərində fikirlərinə ehtiyac olsun. Cinsi hormonların funksiyalarını müəyyən etmək üçün qan analizinə, hormonların səviyyəsini örgənmək üçün isə sidik analizinə ehtiyac yaranır.

Cinsi orqan haqqında 15 fakt – Sahibləri belə bu haqda bilmirKişi gəncliyinin bitdiyi yaş

Fikirlərinizi bildirin.