“Unudulmaz Final” dan 20 il keçir – Köhnə dünyanın ən önəmli futbol § turniri bizə bir çox möhtəşəm oyunlar hədiyyə edib. 2005-ci ildə Liverpulla-Milanın möhtəşəm finalı, yada ki 1994-cü ildə Milanın Barselonanı sensasiyalı darmadağını. Ancaq oyunun son anlarının gözlənilməzliyinə görə 26 may 1999-cu ildə əfsanəvi “Kamp Nou” stadionunda keçirilən Mançestr Yunayted-Bavariya oyunu unudulmazdır.

Ser Aleks Ferrgisonun başçılığı ilə Mançestr çox əla mövsüm keçirirdi. Final oyununda sarı vərəqə sayının çox olması səbəbi ilə Roy Kin və Pol Skolz diskvalifikasiya olunmuşdular. Ancaq onlarsız da Mançestr möhtəşəm heyətə sahib idi: Devid Bekxem, Gigs, Gari Nevel, Peter Şimeyxel və s……kapitanlıq sarğısıda Kin olmadığına görə Şimeyxelə həvalə olunmuşdur. Bavariyanın heyyəti də möhtəşəm idi:Oliver Kann, Efenberq, Loter Mateus və s…

Oyuna Bavariya yaxşı başladı, 6 cı dəqiqədə Mario Basler hesabı açdı. Bundan sonra Mançestr hücumlara keşərək hesabı bərabərləşdirməyə çalışsada real qol imkanlarını Bavariya yaradırdı(Zikler və Basler qol imkanlarını qaçırtdı, Mehmet Şöl isə topu qapı tirinə vurdu).

“Unudulmaz Final” dan 20 il keçir

89-cu dəqiqəyə qədər hər şey Bavariyanın qələbəsinə doğru gedirdi. Bavariyanın qapısına təyin olan künc zərbəsində həttə Şimeyxeldə Bavariyanın cərimə meydançasına gəldi. Bu ümidsizlikdən bir ümid işığı yandırmaq üçün atılmış bir addım idi. Bekxem küncdən topu qapıya tərəf qaldırdı, bu zaman 2-ci hissədə oyuna daxil olan veteran futbolçu Teddi Şeringem topu qapı torundan keçirtdi. Çox güman ki, qol buraxdıqdan sonra münxenlilər elə hesab etdilər ki, əlavə vaxt qaçılmazdır, əgər belə düşünürdülərsə, çox yanılmışdılar.

Əsas vaxta əlavə olunmuş 3 dəqiqənin sonuncusunda Devid Bekxem yenidən künc zərbəsinin yerinə yetirmək üçün künc nöqtəsinə yaxınlaşdı. Yenidən cərimə meydançasına asma, Şeringem hava mübarizəsində qalib gəldi və Sulşer-ikinci hissədə oyuna daxil olmuş daha bir hücumçu-topu qapıdan keçirtdi. Qurtuluş üçün Bavariyanın nə vaxtı, nədə ki, taqəti qalmışdır.

Bavariya futbolçularının və azarkeşlərinin məyusluğunu sözlə ifadə etmək olmurdu.Əfsanəvi Lotter Amteus isə göz yaşlarını saxlaya bilmirdi.

Həmin il Mançestr Yunayted bütün mövcud kubokları qazandı. Həmin heyət bu günə qədər Yunaytedin gəlmiş keçmiş “ qızıl” heyəti idi.

“Unudulmaz Final” dan 20 il keçir

Futbol-Canlı hesablarFutbol haqqında maraqlı faktlar

Fikirlərinizi bildirin.