Ünsiyyətə ehtiyac. Özünə uyğun insanlarla ünsiyyət. Bizim psixikamız üçün vacib məsələlərdən biridir. Lakin, bu ehtiyac meyarları müxtəlif insanlarda müxtəlif formalarda qiymətləndirilə bilər. Aşağıdakı metodika vasitəsilə siz öz ehtiyacınızın səviyyəsini müəyyənləşdirə bilərsiniz.

Qaydalar: "hə", "yox", "bilmirəm" cavabları ilə aşağıdakı sualları cavablandırmağa çalışın. Suallar üzərində çox düşünməyə çalışmayın. İlk ağlınıza gələn variantı seçin. Sadəcə bacardıqca "bilmirəm" variantına az üstünlük verin.
1. Məni qonaq çağıranda xoşuma gəlir.
2. Mənim istəklərim dostlarımın istəkləri ilə üst-üstə düşməzsə, öz istəklərimi ikinci plana ala bilərəm.
3. Öz əhvalım haqqında başqalarına danışmağı sevirəm.
4. Mənə insanlarla dostluq etməkdən çox onlara təsir göstərmək daha önəmlidir.
5. Hiss edirəm ki, dostlarımla münasibətlər zamanı mənim haqqım borcumdan çoxdur. Mənim hamsının üzərində haqqım var.
6. Yoldaşlarımın uğurlarını eşitdikdə nədənsə mənim kefim pozulur.
7. Mənəvi ehtiyaclarımı ödəmək üçün başqalarına kömək etməliyəm.
8. Dostlarım arasında olarkən problemlərimi unuduram.
9. Yaşıdlarım həqiqətən artıq mənə maraqlı deyillər.
10. Hər hansı işlə məşğul olduqda ətrafda kiminsə olması məni qıcıqlandırır.
11. Tanışlarım haqqında yalnız onların xətlərinə dəyməyəcəyindən əmin olduqdan sonra danışıram.
12. Çətin anlarda özündən çox mənə yaxın insanlar haqqında düşünürəm.
13. Dostlarımın özlərini pis hiss etməkləri mənimdə xəstə olmağıma səbəb ola bilər.
14. Başqalaraına kömək etmək mənə xeyli narahatlıq yaratsa belə mənim çox xoşuma gəlir.
15. Dostuma hörmət səbəbindən o səf olsa belə onunla razılaşa bilərəm.
16. Jurnalist olsaydım insanlar arasında münasibətlər və anlayışlar barəsində yazı yaza bilərdim.
17. Tədbirlərdə və yığıncaqlarda vaxt keçirməyi sevirəm.
18. Tək qalarkən daha çox narahatlıq hiss edirəm. İnsanlar arasında isə daha az.
19. Fikrimcə həyatın ən gözəl tərəfi ünsiyyətdə olmaqdır.
20. Dostlarıma görə çox şeydən keçə bilərəm.
21. Fikrimcə o qədərdə yaxın olmayan çox dostlardansa, yaxın olan dostlara sahib olmaq daha yaxşıdır.
22. İnsanlar arasında olmağı sevirəm.
23. Yaxınlarımla dalaşan zaman uzun müddət narahat oluram.
24. Düşünürəm ki, mənim yaxınlarım başqalarına nisbətən daha çoxdurlar.
25. Dostluqdan çox şəxsi nəaliyyətlərə can atıram.
26. Bir insan haqqında fikirlərimi götür-qoy edən zaman digərlərinin fikirlərindən çox öz gəldiyim nəticələrə, gördüyüm nüyanslara daha şox güvənirəm.
27. Mən mənə xoş insanlarla ünsiyyətdən daha çox maddi uğurlara fikir verirəm.
28. Yaxınları olmayan insanlara təəsüf edirəm.
29. Mənə qarşı insanlar çox vaxt düzgün davranmırlar. Yaxşılıqlarıma görə minnətdar olmurlar.
30. Unudulmaz sevgi və dostluq haqqında söhbətləri sevirəm.

Ünsiyyətə ehtiyac. Göstərici yuxarı olduqca insan digər insanlara qarşı çox ehtiyac duyur. Ünsiyyətə aktiv qoşulur, hər zaman dostlarının əhatəsində olmağa çalışır. İş həyatında kollektivdə, komanda halında çalışmağı sevir. Lakin, ünsiyyət üçün imkanlar az olduqda bu halı çətin qarşılıyır. Bu zaman yalnız işləmək ona ağır olur, ətrafdakıların fikri çox önəmli olur. Bir çox hallarda münasibətlər zamanı bezdirici ola bilir. Ətrafdakılar ondan qaçan, uzaqlaşan zaman isə inciyə, küsə, kədərlənə bilir.

Yuxarı olmayan göstərici zamanı insan kimlərinsə əhatəsində olmağa can atır. O təklikdə özünü olduqca rahat hiss edir. Adətən bu cür insanlar individualistlər, asıllığı olmayan, bir çox işlərini özləri görən adamlardır. Kollektivdən çox özü təklikdə çalışdıqda daha çox uğur əldə edir. Daha çox ən yaxın dostlarının əhatəsində səsli-küylü yığıncaqları sevir. Eyni zamanda, adətən insanlarla ünsiyyətə girən zaman biraz çəkinir. Bu səbəbdən də göstəricisi yuxarı olan insanlara baxanda tanışlıqları az olur.

Bir qayda olaraq ehtiyac məsələsində yüksək nəticə göstərən insanla daha çox ekstravertlər, aşağı nəticə göstərənlər isə introvertlər olurlar.

Əgər insanın göstəricisi aşağıdırsa, bu daha çox insanın daxilində özü ilə mübarizənin getdiyini işarə edir. Bu cür insanlar sankı daxilindəki özləri ilə hər zaman ünsiyyətə girir və anlaşılmazlıq şəraitində yaşayırlar.

Xarakterini örgən Yeni təcrübələrə açıq-qapalı olmaqXarakterini örgən Neyrotizm-Emosyanal dözümlülük

Fikirlərinizi bildirin.