Undulmuş konseptlər: Aston Martin 2020. Aston Martin ulduzları hər zaman unudulmaz sənət əsərləri yarada bilmişlər. Onların yaradıcılıqlarına baxdıqca özünü müasir incəsənət müzeyində hiss edə bilərsən. Lakin, şirkətin rəssamlarının bacarıqları heç vaxt şirkətə digər kuzov atelyeləri ilə iş birliyi qurmağa mane olmamışdır. Nəticədə özəl studiyalar DB4 GT Zagato kimi əsərlər yarada bilmişlər. Lakin, 2013-cü ildə Zagato atelyesinin DB9 Centennial layihəsi olduqca soyuq qarşılandı. Buna baxmayaraq, İtaldesign studiyası adı çəkilən atelyenin Aston Martin konsepsiyasını 2011-ci ildə Cenevrədə 2020-ci ilin konsepti kimi təqdim etmişdir.

Undulmuş konseptlər: Aston Martin 2020

Giorgetto Giugiaro ilə Aston Martin 1960-cı ildən etibarən birlikdə işləməyə başladı. O zaman 20 yaşlı italyan gənc Bertone atelyesində çalışırdı. Həmin illərdə o öz İtaldesign studiyasını yaratdı.

1960-cı ildə Katolik bayramında Carrozzeria Bertone atelyesinə Aston Martin DB4 GT-nin kupesi gətirildi. İmkanlı centilmenin istəyi ilə avtomobil britan qranturer eleqantlığından inadcıl və sürətli görünüşə dəyişdirilməli idi. Bir sözlə Ferrari kimi görünməli idi. “İstədiyiniz məbləği ödəyərəm. Ancaq Cenevrə avtosalonunun açılışına qədər çatdırın.” deyə maşının sahibi studiyanın rəhbəri Cuzeppe Bertoniyə bildirdi. Avtosalon 17 mart tarixinə açılmalı idi.

Undulmuş konseptlər: Aston Martin 2020

İki ay yarım müddət ərzində yeni kuzov hazırlamaq mümkünsüz bir şərt kimi görünürdü. Lakin, şöhrət istəyində olan Giugiaro öz gücünə inanır və Bertonenin işçilərinin peşəkarlığına güvənir. Nəticədə onun rəhbərliyinə belə real görünməyən sövdələşməyə razılıq verir. Yanılmır. Onun çəkdiyi rəsm əsasında keyfiyyət təmin edilməklə kuzov deyilən vaxta hazır olur. Yeganə kənarlaşma yeni yaranmış DB4 GT Bertone Jet modelinin kuzovunun Aston Martinin bu günə qədər istehsal etdiyi aliminium materiallarla uyğun olmamasında idi. Nəzərdə tutulan kuzov tam dəmirdən hazırlanmışdır və nəticədə avtomobilin ağırlığı artmışdır.

Buna baxmayaraq maşın sifarişçinin xoşuna gəldi. Aston Martinin rəhbərliyi kimi tədbir iştirakçılarıda razı qaldıqlarını gizlətmədilər. Bu səbəbdən, 40 il sonra Giugiaro yenidən Aston Martin şirkətindən yeni proyekt üçün avtomobil istəyir. Britanya şirkəti düşünmədən razılıq verir. Məhs bu qarşılıqlı razılaşma “2020” proyektini ərsiyə gətirir.

Undulmuş konseptlər: Aston Martin 2020

2011-ci il Cenevrə avtosalonunun Aston Martin sərgi hissəsində V12 Vanuish modeli nümayiş edilir. Çoxdandır həqiqi maşın nümayişi keçirilmirdi. VH platforması bu dövürdən sonra şirkətin yeni model xəttini təşkil etməyə başladı.

İtaldesign sərgi hissəsində isə Aston Martin 2020 göründü. Bu Giorgetto və oğlu Fabricionun 2020-ci ildə sportcarların görünüşü haqda fikirlərinin real görüntüsü idi. Yəqinki indi onların fikirləri artıq dəyişib.

Undulmuş konseptlər: Aston Martin 2020

2020-i DB7 Vantage modelinin bazasında yığılmışdır. Kuzov aliminiuma dəyişdirilmiş, yan çıxıntılar plastmasdan qurulmuşdur. Giorgettonun fikrincə 2020 sankı daha ciddi və təkəbbürlü görünüş əldə etmişdir.

2020-nin carbon kapotu daha böyük çıxıntılara sahib olduğundan V12 mühərliki aydın görünürdü. Kuzov kimi oda dəyişdirilərək mühərlikin gücü 500 at gücü artırılmışdır. Gücün dəqiq artım səbəbi yalnız Giugiaro ailəsinə məlumdur. 2020 keyfiyyəti ilə heçbir digər sportcarla müqayisə edilə bilməz.

Undulmuş konseptlər: Aston Martin 2020

Transformer-kuzov hər modeldə olmur. Bunun sayəsində avtomobilin baqaj hissəsi böyüdülə və ya oturacaq yerləri artırıla bilər.

Yaradıcılar salona da böyük diqqət yetirmişlər. Belə ki, klassik Astonlardan fərqli olaraq bu modeldə dəri işlənməli hissələr aliminium örtüklə, aliminium örtük işlənməli hissələr dəri örtüklə hazırlanmışdır. Ayaqaltı təbii qoyun yunundandır.

Undulmuş konseptlər: Aston Martin 2020

Konsept-car izləyicilər tərəfindən fərqli qarşılandı. Ancaq Aston Martin şirkətinin rəhbərliyi nəticəni çox bəyəndi. Sərgidən sonra Aston Martin 2020 xəbər lentlərini zəbt etsədə, alıcı tapılmadı. Avtomobil hələdə Giugiaro ailəsinə məxsusdur, İtaldesign ofisində saxlanılır.

İngilis dilində avtomobil terminləriMixael Şumaxer-TOP 10 fakt

Fikirlərinizi bildirin.