Ulduzların ərlərindən yaraşıqlı sexy-bodygardları

    661
    Ulduzların ərlərindən yaraşıqlı sexy-bodygardları.

    Ulduzların ərlərindən yaraşıqlı sexy-bodygardları. Onlar çalışdıqları ulduzların bədənlərini qorumalıdırlar. Lakin, bəzən ətrafdakıların qəlblərini sındırırlar. Bu gün sizə məşhurların yanında görünən və bir çox xanımların arzularına çevrilən cangüdənlərdən danışmaq istərdik.

    PASCAL DUVIER (Kim Kardashian-ın eks cangüdəni)

    Pascal məşhurla xeyli vaxt birlikdə çalışmışdır. Bütün bu müddət ərzində Kim onu bütün sosial şəbəkələrdə tərifləmiş, bu cür oğlanla heç vaxt heç nədən qorxmadığını bildirmişdir. Hər zaman kişilərin əhatəsində olan model cangüdəninə görə fəxr edir, ətrafdakı xanımlarda və əri repçi Kanye West-də qısqanlıq hissi yaradırdı. Lakin, dostluq uzun çəkmir və Parisdə baş verən oğurluqdan sonra Duvier işdən qovulur.

    JULIUS DE BOER (Beyoncé-un cangüdəni)

    Pascal Duvierdən fərqli olaraq Beyoncénin cangüdəni hələ də çalışmaqdadır. Öz yaraşıqlı görünüşündən başqa, işinin də profesionalıdır. Eyni zamanda Julius dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən cangüdənlik xidməti göstərən şirkətin başındadır. Boer poliqotdur. O tam sərbəst şəkildə üç dildə danışır.

    Victoria Beckhamın cangüdəni

    Ulduzların ərlərindən yaraşıqlı sexy-bodygardları 3

    Beyoncé kimi Victoria Beckhamda özü üçün yalnız üstün personal seçir. Bu səbəbdən də, hündür boylu və göy gözlü oğlan əbəs yerə onun yanında çalışmır. Bodygard bütün bacarığı ilə müdirəsinin rahatlığını qorumağa çalışır. Hər zaman klassik geyinir, saç düzümünə diqqət yetirir. Bir sözlə, ideal qadın üçün ideal cangüdən.

    PETER VAN DER WINE (Adele və Lady Gaga-nın cangüdəni)

    Bu yaraşıqlı əslən Niderlantdır (Hollandiya). Bir zamanlar hüquq-mühafizə orqanlarında çalışmışdır. Vəzifəsindən azad olunduqdan sonra bodybilderlər arasında keçirilən ciddi yarışda iştirak edir və “Mister Avropa” titulunu qazanır. Qalibiyyət ona ən tələb olunan cangüdən imicini qazanmağa yardımçı olur. Nəticədə Peter hər iki qadına “yox” deyə bilmir və vaxt aşırı xanımlarla birgə çalışır.

    GREG LENTZ (Jennifer Lawrence-in eks cangüdəni)

    Ulduzların ərlərindən yaraşıqlı sexy-bodygardları 5

    Şou-biznesdəki digər kolleqaları kimi Jen ətrafını yaraşıqlı oğlanlarla bəzəməyi sevir. Məhs bu siyahıda Greg Lentz-də yer almaqdadır. Gənc oğlanın yarışıqlığı səbəbindən mətbuat bir neçə dəfə onun xanımla münasibətdə olduğunu yazmışdır. Qeyd edək ki, Lentz ailəlidir.

    Greg kino məşhurunu qorumaqla yanaşı onun ev heyvanının da qeydinə qalırdı. Aktrisanın itini gəzdirən zaman fotoqrafların hədəfinə tuş gəlmişdir.

    TOM LORENZO (Katy Perry-nin cangüdəni)

    Ulduzların ərlərindən yaraşıqlı sexy-bodygardları 6

    Katy Perrynin cangüdənini bəzən kino aktyorla səhv salırlar. Onu bəzən Hugh Jackmanla qarışdırırlar. O xanımın yanından ümumiyyətlə ayrılmır. Lorenzo ağır atletika və digər bu kimi idman növləri ilə məşğul olur.

    Hansı məşhurun cinsi orqanı daha böyükdür?10 məşhur bisexual qadın10 məşhurun ən bahalı bədən hissələri

    Əvvəlki məqaləNiyə biz soyuq havalarda yağlı yeməkləri daha çox istəyirik?
    Növbəti məqaləSexdən sonrakı 48 saat həyatın ən gözəl anlarıdır

    Fikirlərinizi bildirin.