Uğurlu ərə getməyin 49 sadə qaydası

0
0

Uğurlu ərə getməyin 49 sadə qaydası.

Müqəddi̇mə

Uğurlu ərə gedib səadətə qovuşan qadınlar var. Belə bir gözəlin əri zəngin, ağıllı, gözəl, mehriban və səx-avətlidir. O, arvadına komplimentlər deyir, ona sə bəbli-səbəbsiz hədiyyələr verir, paltar yuyur, yemək bişirir, öz corablarını yığışdırır, onun ev heyvanlarını sevir, uşaq istəyir… elə yataqda da qəhrəmandır. O, İsveçrə bankı kimi etibarlıdır və dəfələrlə sevgilisini müxtəlif xoşagəlməz vəziyyətlərdən xilas etmişdir. Onunla təbiət qoynuna getmək rahatdır, o, sevgilisini hər gün işdən qayıdarkən qarşılamağa hazırdır. Bununla yanaşı o, özü də işləyir və onun vaxtaşırı xidməti vəzifələri yüksəlir.

“Qəribədir, – deyəcəksiniz. Onun qismətinə nadir nü munə düşüb, milyonda biri, belə şey ola bilməz…” Xeyr, əziz qızlar, xanımlar, qadınlar… xeyr, mənim gözəllərim! Hər bir xalq hökmdarına layiq olduğu kimi, hər bir qadın da öz kişisinə layiqdir. Bu üzdən, əgər sizin yarınızı tapmaq fikriniz ciddidirsə, sizi əzizləyən, nazınızı çəkən, əlləri üstündə gəzdirən, sizə daim hədiyyələr verən bir kişiyə ərə getmək istəyirsinizsə, onda sizdən bu kitabda təqdim olunan məsləhət və tövsiyələrə diqqət verib riayət etmənizi xahiş edirəm.

Lakin öncə, əziz xanımlar, kişi cinsinin təsnifatına həsr olunmuş mühazirə kursuna xoş gəldiniz. Beləliklə, kimdən ehtiyatlanmalı, kiminlə keyfiyyətli münasibətlər qurmaq olar? Sizə kişi fərdlərinin hər tipini ayrı-ayrılıqla təsvir etməyə çalışaram, kimin sizin üçün yaradıldığını, kimin yolunun sizinlə fərqli olduğunu isə özünüz qərar verin. Nə deyirsiz, başlayaq?

ANA UŞAĞI

O, demək olar ki, heç bir işi sərbəst görə bilmir. Bəzən onu hətta uşaq kimi yedizdirmək zərurəti də yaranır. Allah göstərməsin, siz zökəm olsanız, belə bir kişi heç uşağı bələyə də bilməz, sizin dərin gecəyə qədər paltar yuyub, onun köynəklərini ütüləmənizə baxmayaraq, səhər sizdən ləziz və isti səhər yeməyi tələb edəcəkdir. Ailə problemlərini birlikdə həll etməyin önəmli olduğunu bildirəcəyiniz istənilən halda onun “Mama necə desə, elə olacaq” sözlərilə üzləşəcəksiniz.

Onun anası sizin həyatınızda son instansiya həqiqəti olacaqdır. İstirahətə hara getmək, nə almaq, nə iş görmək, harada müalicə olunmaq və s. bu kimi məsələlərdə siz yox, məhz onun anası qərar verəcəkdir. (Bir qayda olaraq, belə oğlanlar natamam ailələrdə böyümüş olanlardır). Əgər onun anası kimi üstündə titrəyən bir bacısı da varsa, onda sizin işiniz lap çətindir.

Bütün bu kimi hallar kişinin elementar işləri görməyi bacarmaması, köynəklərinin və alt paltarlarının öz-özünə yuyulduğunu, kolbasanın özünün mağazadan gəldiyini, qadının bütün axşamını ləziz yeməyin hazırlanmasına sərf etdiyi halda, kişinin ət və tərəvəzin qeyri-adi şəkildə tavaya hoppanaraq öz-özünə raquya dönməsini düşünməsilə nəticələnir. Sevgidə o, özü öpmür, yanağını öpüş üçün amadə edir, odur ki, mənim əzizlərim, belə birisi üçün həyat yoldaşımı, ikinci anacanmı olacağınızı yaxşı-yaxşı düşünüb-daşının, çünki onu dəyişmək heç bir zaman mümkün olmayacaq.

MIZMIZI

Baho-o! Mızmızı bir müsibətdir! Həyat yolumuzda, yəqin ki, hər birimizin rastına son dərəcə bədbəxt cavan oğlan çıxmışdır – onun bədbin görkəmi qurbanlığa aparılan quzunu xatırladır. Biz yelbeyinləri yanıldıb tovlayan da onların məhz elə bu xüsusiyyətidir! “Əlbəttə ki, mən ona, o zavallıya kömək edə bilərəm, – deyə qadın düşünür, hətta – əllərimlə başının üstündəki qara buludları da qova bilərəm… yetər ki, onun üzündə zorla da olsa, bir təbəssüm yaransın.

Yaranmayacaq! İnanın ki, onun üzündə təbəssüm yaranmayacaq, hətta siz evin, ailənin bütün yükünü öz zərif çiyinlərinizə yükləsəniz belə, onun qarşısına hər gün altı növdən ibarət restoran yeməyi düzülsə belə, onun üzündə təbəssüm görməyəcəksiniz! Qlobal qəm-qüssə onun üzündən heç vaxt silinməyəcək. Qonşunun hamamı da yansa, iti də ölsə, Qvatemalada növbəti inqilab da baş versə, hər nə olur-olsun, o yenə də giriftar olub iztirab çəkəcək…

O, bütün görünüşü ilə həyatın yükünü çiyinlərində daşıdığını və bu yükün nə qədər ağır olduğunu göstərir. Yüz faiz sizi əmin edə bilərəm ki, tanışlığınızın başlanğıcında o sizə zavallı qəlbində sağalmaz bir çapıq qoyub gedən uğursuz məhəbbət haqqında kədərli hekayə söyləyəcək.

Eyni zamanda, o, son dərəcə maraqlı şəxsiyyətdir, dərin mənalı şeirlər yazır, musiqi bəstələyir, yaxşı heka yələr yaradır. Sizin bir cüt də sanballı ayaqqabınız olmadığı halda o, bütün maaşını bir mobil telefona sovura bilər və siz də ayaqqabılarınızın dabanlarını super-yapışqanla yapışdırıb daha bir müddət istifadə etməli olacaqsınız. Eyni zamanda o, sizə mahnı və balladalar həsr edən, pəncərələriniz altında dayanıb gitaranı dınqıldadaraq serenadalar oxuyan islaholunmaz bir romantikdir.

Onunla eşq macərası sizi çox dərinlərə çəkib bağlaya bilər, ehtiyatlı olun! Siz dəfələrlə çıxıb gedəcək, sonra da simlərin kədərli cingiltisinə uyaraq geri qayıdacaqsınız, ayrılarkən “bu yazıq, əzab-əziyyətlər çəkmiş adamı tərk etməyi necə bacardım” deyə peşmanlıq və təəssüf hissi hələ yarım il boyunca sizdən əl çəkməyəcək və ən azından, daha yarım il sevgi məktubları, həzin mahnılar və hüznlə dolu uzunmüddətli axşam söhbətləri də sizi qarabaqara izləyəcəkdir.

Belə biriylə problem yaratmaq və ya qaşınmayan yerdən qan çıxarmağına dəyərmi – özünüz düşünün, lakin unutmayın: onun çətinlikləri və müşkülləri daim sizinki olacaq və ondan sizə heç bir zaman etibarlı dayaq, yəni sizə yeni ayaqqabı və ya corabın alınmasının zərurətini özü görüb bilən adam olmayacaq.

DƏCƏL

Tamadalıq, məclisi idarə etmək və ruhlandırmaq keyfiyyətləri olan bu insan kampaniyanın sevimlisinə çevrilir. Bunlar həyatda pərvazlanıb uçan, bütün nektarı içib qurtarmaq üçün tələb olunan qədər bir gülün üstündə qərar tutmayan, əhli-kef, yalançı, boşboğaz və güləyən adamlardır.

O, tamamilə səbəbsiz olaraq, kefinin yaxşı vaxtına düşəndə gözəl romantik bir şam yeməyi hazırlayıb, məclisin ən maraqlı yerində anidən fikrini dəyişib, dostları ilə bilyard oynamağa yollanmağa qadirdir. Evə girib əyninizi belə dəyişməyə macal vermədən sizi işdən götürüb şəhər kənarına – təbiət qoynuna aparar, sonra da tamamilə tanımadığınız insanların arasında qoyub, təcili işlər dalınca şəhərə qayıda bilər. Yataq onun aləmində hələ tanışlıq üçün tutarlı bəhanə deyil – bunu unutmayın.

Eyni zamanda, o, son dərəcə nəzakət və ədəb nümayiş etdirib, sizi komplimentlərə qərq edib, təzə sırğalarınızdan heyranlıq bildirib, beş dəqiqədən sonra yaşıl köynəyin sizə yaraşmadığını deməyə də tamamilə qadir bir adamdır. Onunla küsülü qalmaq mümkün deyil, çünki o, öz geniş və parlaq təbəssümü ilə qəlblərin buzlarını əritmək qabiliyyətinə malikdir. Lakin onlar ailə həyatına da o qədər uyğunlaşmış olmurlar.

Dostları ilə intim həyatınızın xırdalıqlarını bölüşüb, sizin ona nə üçün qəzəbləndiyinizi, həqiqətən də, anlamaya bilər. O, yalnız əlli-əlli beş yaşında ağıllanıb ciddiləşər, o da böyük çətinliklə. Nə deyək, əgər belə bir uzun müddəti gözləməyə hazırsınızsa, onda bu adam sizin üçündür!

ZALIM

Bu kişi sizin nə geyinəcəyinizə, hara gedəcəyinizə, nə yeyib, nə içəcəyinizə özü qərar verəcək. Şəxsi fikir, vaxt və prinsiplərinizi unudun. Sonuncudan ümumiyyətlə, əl çəkməli olacaqsınız, çünki zalımın fikrincə, dünyada sadəcə iki nəzər nöqtəsi var: onunku və səhv. Onun tapşırıqlarını qeyd-şərtsiz yerinə yetirmək gərəkdir, necə deyərlər, sağa-sola bir addım – qaçmaq təşəbbüsü, hoppanma – uçmaq təşəbbüsü yerindəcə güllələnmədir. Siz rəfiqələrinizlə yığıncaqları yaddan çıxarmalısınız, axı kafedə sizə yad kişilər baxa bilər, zalım kişi isə həmişə sizi şəxsi malı-mülkü hesab edəcəkdir.

Belə insanın qısqanclığı mənasız cəfəngiyata gəlib çıxır. “O məni fənər dirəklərinə də qısqanır” ifadəsi məhz ona aiddir. Eyni zamanda, əgər o, yaxın dostları ilə bara pivə içməyə gedirsə, siz ona əngəl olub qalmaqal yaratmamalısınız. Lakin əgər o, gecə saat üçə işləmiş ayaq üstə yıxılan vəziyyətdə dostları ilə evə gələrsə, ayağa qalxıb onlara ləziz bir yemək hazırlamaq sizin ümdə vəzifənizdir – gecikmiş şam yeməyi, ya da erkən səhər yeməyi? –sutkanın bu vaxtında hazırlanan yeməyin necə adlandığını bilmirəm. Zalım üçün siz ev qulluqçusundan başqa bir önəm daşımırsınız və inanın ki, o, çox xəsis və simic olur, aldığınız hər bir xırda əşya üçün də sizdən hesabat tələb edəcəkdir.

Bizim vahiməli bir personaj, məsələn, nağıldakı divi təsvir etdiyimizi düşünməyin. Bu, real mövcud olan kişi tipidir və hətta əminliklə deyə bilərəm ki, məhz belə kişilər daha təhlükəlidir, çünki onlar qadında zərifliyini, qadınlığını öldürərək, onu qoşqu heyvanına döndərməyə qadirdirlər.

ARVADBAZ

Eləsilə dəqiq üzləşmişsiniz. Özü də bir dəfə yox. O, dəbdəbəli jurnalın parıltılı şəklinə bənzəyir. Özünə qulluq edən, gözəl, səliqəli, cazibədardır və istənilən xanımı özünə məftun edə bilər. Belə bir kişi xanımlara qapı açıb onlara yol verən, görüşdükdə əllərindən öpən, onlara gül-çiçək hədiyyə edən kəslərdəndir, onların son dərəcə təbii davranışı qadınlarda bütün ömürləri boyu onun yanında olmaq arzusu yaratmağa qadirdir. Bu personajın ədəb-nəzakətinə valeh olaraq, biz sevimli personajımızın obrazının üstünə bolluca şəkər pudrası səpib, hətta telefon dəstəyində susub dərin ahlar çəkən tanımadığımız kəslərin qəribə telefon zənglərinə əhəmiyyət vermirik.

Həmçinin, bütün xidmətçi personalın ona göz-qaş etdiyi kafe və ya mağaza səfərləri də onun yox, məhz sizin pul kisənizə ziyan vurduğunun da fərqinə varmırıq. O, sizi onun həyatında yeganə və təkrarolunmaz olduğunuza və bunu sizi ilk gördüyü andan anladığına inandıracaq, lakin onun mobil telefonunda çoxlu sayda xanımların “sms”lərini görsəniz, heç də təəccüb etməyin. Bütün rəfiqələrinizin onda gözü olduğundan şübhə etməyin.

Onun gecə saat 1-ə qədər uzanan işgüzar görüş və iclaslarına, “nəqliyyatın artıq çalışmaması” bəhanəsilə dostlarının evində gecələmələrinə, köynəyindəki qəribə qadın ətirlərinə, paltarlarındakı pomada ləkələrinə və bitməz-tükənməz bəhanələrinə hazır olun…

MAJOR

“Ağızlarınızı açın, papaqlarınızı çıxarın – budur, major oğlanlar gəlir!” Major – tamamilə xüsusi bir kişi kateqoriyasıdır. Belə kişi hər şeyin onun əlinə göydən düşdüyünü və ya axşam yatmazdan öncə arzulayıbsa, səhər çarpayısının yanındakı tumbada olmalı olduğunu düşünməyə vərdiş edən kəslərdəndir. Belə birisilə tanış olmaq çətindir, lakin mümkündür. İşləyənlər, klub yığıncaqlarına vaxtı olmayanlar üçün çətindir; gecəligündüzlü bu yığıncaqlardan çıxmayanlar üçün isə asan.

Lakin yenə də, əgər rastınıza belə bir kişi çıxıbsa, xırda gözlənilməzliklərə hazır olun. O, sizə bahalı hədiyyələr almağı, sizi bahalı maşınlarda gəzdirməyi, bahalı restoranlara aparmağı, bir sözlə, pulunu göyə sovurmağı çox sevir. Özü ən dəbdəbəli mağazaların paltarlarını geyinir, ən bahalı kurortlarda istirahət edir. Onun həyatı şən və qayğısızdır, bu üzdən əhvalı həmişə xoşdur, həy-at fəlakətlərilə heç üzləşməmişdir, bu səbəbdən də onun firavan həyatına, cüzi də olsa, bir kölgə düşdüyü halda, bu vəziyyətdən qurtula bilməyəcək.

Əgər siz onun təbəqəsinə uyğun qız deyilsinizsə, onda ona uyğun laş-mağa, uyuşmağa çalışmağınız gərəkdir. Siz daim üç yüz faiz gözəl və şıq görünməlisiniz, əks halda onun gördüklərinin fonunda sönükmək təhlükəsi böyükdür. Siz ardı-arası kəsilməyən yığıncaqlara, ziyafətlərə, əyləncə məclislərinə — hazır olmalı və münasibətlərinizdən, cüzi də olsa, qısqanclığı kənar, istisna etməlisiniz. Major yeyibiçməyi sevir, yüngül narkotik vasitələrə meyl göstərə bilər. O, qadın diqqətinə, istədiyi hər şeyə nail olmağa öyrəşmiş ərköyündür (bu, majorun valideynlərinin maddi imkanının dərəcəsindən asılıdır).

Ailə həyatına belə kişilər hazır deyil, bu addımı atmağa onları əhatə edən həddindən artıq çox şirnikləndirici əyləncələr mane olur. Bir də, əlbəttə ki, majorun valideynləri sizə o qədər də müsbət münasibət göstərməyə hazır deyillər, onlarla ilk tanışlığınız isə əsl dəhşətə çevrilə bilər, xüsusilə də onların oğullarını var-dövlət köməyilə manipulyasiya edərək, onun üzərindəki təsirə malik olmaları nəzərə alınarsa. Ondan yoluna qoyulmuş, rifahlı həyatını ataraq, sizinlə bir daxmada cənnətə yetişmək cəhdini gözləməyə dəyməz, hərçənd belə halların olduğunu da qeyd etməyə bilmərəm…

Beləliklə, biz sizinlə “Kişilərin təsnifatı” kursumuzun final hissəsinə yaxınlaşdıq. Və indi daha bir, sonuncu kişi tipajına nəzər salacağıq. Bu, əsl kişidir. Bizim rəğbətimiz də məhz belə kişiyədir, çünki o ər, ata və gələcək ailə başçısı roluna ən layiqli namizəddir.

ƏSL KİŞİ

Nə demək olar, mənim əzizlərim? Bir zamanlar, tarixdən əvvəlki dövrlərdə pterodaktillərin nəsli kəsildiyi kimi, həm bizim ölkədə, həm də bütün dünyada belə kişilərin yavaş-yavaş nəsli kəsilməkdədir.

Bəs onlar necədirlər? Ağıllıdırlar – onlar savadlı və istənilən — şəraitə asanlıqla uyğunlaşandırlar. Şəndirlər — onların çox gözəl, tamamilə təbii, yumor hissi var, zarafatları ürəksındıran olmamaqla, özünütənqiddən də məhrum deyil. Yumşaq xasiyyətli və qoçaqdırlar — mağazaya gedib kartof almaları üçün göz yaşı tökərək onlara yalvarmağa ehtiyac yoxdur.

Sərbəst və asılı olmayandırlar — əgər sizin onlar üçün şam yeməyi hazırlamağa həvəsiniz yoxdursa, onlar özləri də çox gözəl şam yeməyi hazırlaya bilər, əgər işlərin çoxluğundan onların paltarını yumağı çatdırmamısınızsa, bunun öhdəsindən özləri də asanlıqla gələ bilər, özləri mağazaya gedib alış-veriş edə bilərlər. İşgüzardırlar — onlar iş sferasında uğurla irəliləyir və özünə əminlik hissilə bütün çətinliklərə asanlıqla sinə gərirlər.

Belə kişinin əlləri qızıl olur, o üzdən də onun gəlişilə evinizdə axıdan su kranı, sınıq-salxaq şkaflar, işləməyən aparatura və s. və i. a. – bütün çatışmazlıqlar bərpa olunur. Hətta əvvəlki kavalerlərinizi qısaca “hmm, bu, o deyil” deyə xarakterizə edən filologiya elmləri namizədi, bəlkə də universitet professoru olan nənəniz sözügedən halda heyranlıqla ağzını açıb təəccüblə sizə baxar.

Bu tapıntı sayılan kişi son dərəcə diqqətcil, qayğıkeş və səxavətlidir, corabınızın üzüldüyünün özü fərqinə varacaq və siz heç bilmədən də yenisini alacaq. Sirli şəkildə sizin pomadanızın qurtardığını bilib, sizi alış-veriş üçün mağazaya aparacaqdır. Hətta əgər lazım gələrsə, zərrə qədər də çəkinib-utanmadan sizə şəxsi gigiyenanıza aid əşyaları alıb gətirə bilər.

O qədər də çoxdanışan deyil, lakin onun yanında siz özünüzü son dərəcə mühafizə olunmuş hiss edəcəksiniz. O, sizə dağı dağ üstə qoyacağına dair boş vədlər verməyəcək, sadəcə günlərin bir günü çiyninizə susamuru xəzindən olan kürk salıb, sizin üçün hədiyyə etdiyi avtomobilin yanına apararaq açarlarını sizə təhvil verəcək, barmağınıza da üzük taxacaqdır.

Beləliklə, əziz xanımlar, deyəsən, Əsl Kişinin ovlanması və gələcəkdə onun əhliləşdirilməsinə dair tövsiyələrin vaxtı gəlib çatdı. Haydı, irəli!

I FƏSİL
Məftunetmə elmi
Qayda № 1
GÜLÜMSƏYİN, YAXUD DA TƏBƏSSÜMÜN QÜVVƏSİ HAQQINDA

Kişilər optimist, yəni nikbin xanımları sevir, onlara daha çox üstünlük verirlər. Bəs sizin nikbin olduğunuzu ən yaxşı ifadə edən nədir? Düzdür, təbəssümünüz. Özü də həyatınızda hər şeyin son dərəcə yaxşı olduğunu, həyatın sizə səadət bəxş etdiyini ifadə edən parlaq və işıltılı təbəssüm.

Gülümsəyən bir xanımın sifətini turşutmuş halı ilə tamamilə fərqli göründüyü faktı ilə razılaşın. Əlbəttə, kişilər əvvəlcə qadının ayaqlarına, yanına, sinəsinə baxır və yalnız sonra üzünə nəzər yetirirlər və əgər bütün ləyaqətlərinizi qiymətləndirdikdən sonra üstəlik parlaq bir təbəssümlə də üzləşsələr, onda… Bunun qarşısında hamı aciz qalacaq…

Təbəssüm, sadəcə, üz əzələlərinin hərəkəti deyildir. Alimlər sübut edib ki, təbəssüm hətta əhvali-ruhiyyəni yüksəltmək gücünə də malikdir. Sözsüz, özünüz də sezmiş olarsınız ki, kiməsə gülər üzlə gülümsəyirsinizsə, o da sizə həmin reaksiyanı göstərir. Bu isə insanları yaxınlaşdırır, məsafələri dəf edir. Beləliklə, ətrafdakıların və evlənməyə aid olan planlarınızın obyektinin xoşuna gəlmək istəyirsinizsə, ilk növbədə, gülümsəməyi öyrənməlisiniz.

Təbii ki, mənim əzizlərim, təbəssümünüzün onun ağlını başından çıxarması üçün dişlərinizin mütləq şəkildə düz, gözəl və ağappaq olmalı olduğunu unutmamalısınız. Sizə diş pastası və fırçasını istifadə etmək qaydalarını öyrətmək bizə düşməz. Daha ciddi problemlərin – məsələn, dişlərinizin bir-birinin üstünə düşməsi, düzgün sırası və ağardılması məsələlərinin aradan qaldırılması üçün stomatoloqa müraciət etməniz məsləhətdir.

Bu mövzuda təkidlə deyəcəyimiz bir şey varsa, o da bu məsələ ilə ciddi məşğul olmanız tövsiyəsidir! Təbəssüm sizin vizit kartınızdır, ağzınızda nəyinsə qaydasında olmamasının narahatlığını çəkmədən ürəkdən gülümsəmək üçün inci dişlərinizdən tam arxayın olmanız zəruridir.

Təbəssümünüzün birtipli olmaması, həyatın bütün vəziyyətlərinə dair təbəssüm çeşidləri işləyib-hazırlamaq üçün güzgü qarşısında məşq etmənizi tövsiyə edirəm. Siz şıltaqcasına, şən, hüznlü, geniş, ya da sadəcə, dodaqucu gülümsəməyi bacarmalısınız. İlk dəfə lunaparka gəlmiş uşaq kimi, orta yaşlı müdrik qadın kimi, ya da vampqadın kimi gülümsəməyi də öyrənməlisiniz. Sizə yaxşı təsir bağışlayan bütün obrazları ölçüb-biçib gülümsəyin.

Sizin simanızda Mona Lizanın təbəssümü yuva salmalıdır – belə bir xəfif və zərif, sirli-möcüzəli və başdançıxaran təbəssüm… Bilirəm, ilk vaxtlarda bu iş çətin görünəcək, lakin səbirlə qoçaqlığınız hər şeyin öhdəsindən gəlmənizə yardımçı olacaq. Gününüzü özünüzə gülümsəyərək başlayın və həmin şəkildə də bitirin. Ətrafdakıların sizə qarşı və elə sizin özünüzün də bütün dünyaya qarşı münasibətlərinizin nə qədər yaxşıya doğru dəyişdiyini görəcəksiniz! Çünki iş-güc və problemlərlə yüklənmiş insan izdihamı arasında şəfəq saçan bir təbəssümlə addımlayan kimsə deyil, məhz sizsiniz və deməli o, bir başqasını yox, məhz sizi görüb bəyənəcəkdir. Buna şübhəniz qalmasın!

Qayda № 2
“O, KARAVELLATƏK 1 KEÇDI…”, YAXUD YERIŞIN NƏ QƏDƏR ZINƏTLƏNDIRDIYI HAQQINDA

Yeriş… İdeal yeriş haqqında əfsanələr yaranmışdır və huri-mələk yerişli bəxtəvərlər gözəl xarici görkəmə malik olmasalar belə, yenə də gözəl və nazənin sayılırlar. Biz, kişilərin qəlbini fəth etmək niyyətindəyik, ona görə də cazibəli və gözəl yeriməyi asanlıqla öyrənəcəyik. Axı ən gözəl yerişin sahibi sayılan Merilin Monrodan nəyimiz əskikdir?

Küçədə ayağında sanki ispan çəkməsi var imiş kimi addımlayan xanımlara rast gəlməmiş olmazsınız. Hündürdaban ayaqqabılar, sözsüz ki, ayaqlarınızı uzun göstərir, lakin o ayaqqabılarla düzgün yerimək də önəmlidir. Sizin yerişiniz uçucu, zərif və cəlbedici olmalıdır. Yeriş zamanı burcutmanıza ehtiyac yoxdur, bu, sizin qolenostopunuzun2 qaydasında olmaması fikrinə gətirib çıxara bilər. Lakin həddindən artıq gərilib-sıxılaraq da yerimək lazım deyil.

Ayaqqabı seçiminin böyük əhəmiyyəti vardır.

Ayaqqabı, ilk növbədə, rahat və ölçünüzə uyğun olmalı, sıxmamalı, sürtməməlidir. Eyfel qülləsi hündürlüyündə dabanlı ayaqqabı almağa gərək yoxdur, belə ayaqqabıda nəinki gözəl yerimək, ümumiyyətlə, yerimək çətindir. Ayaqqabının üst tərəfi ayaq üçün rahat olmalı, ayağınız ayaqqabının içində nə laxlamalı, nə də sıxılmalıdır.

Yeriş zamanı çiyinləriniz döyüşmüş adamın çiyinləri tək aşağı düşmüş yox, düz olmalıdır (yeri gəlmişkən qeyd edək ki, bir çox balerinaların belinə, təlim və öyrətmə zamanı, dəftərxana basmadüyməsi yapışdırılırdı, onların bir az özünü boş buraxıb belini əydiyi anda basmadüymə zəli kimi dərilərinə sancılırdı; bəlkə bunu nəzərə almağa dəyər?).

Məğrurcasına yeriyin, özünüzü rəiyyət arasında yeriyən kraliça kimi hiss edin, bunu duymaq üçün daxil dən köklənin və irəli addımlayın!

Yerişinizin düzgün olub-olmamasında əmin deyilsi nizsə, güzgü qarşısında məşq etməyə dəyər. Bunun üçün sizə kvadratşəkilli, hamar, çox da hündür olmayan taxta tir lazım olacaq. Onu güzgünün qabağında yerə qoyub, dikdaban ayaqqabı geyinərək, ta özünüzdən tam arxayınlıq duyana kimi üstündə irəli-geri yeriyin. Ayaqlar yerə dizlərdə qatlanmadan düz və rahat basılmalı, beliniz düz, başınız bir qədər yuxarı qaldırılmış, qarnınız içəri çəkilməlidir. Əyninizdə hətta cins şalvarla yay maykası olsa da, kral yerişiniz mütləq şəkildə onun diqqətini çəkəcəkdir.

Yeriş zamanı qəti şəkildə ayaqlarınızı sürüməməli, həddindən artıq yuxarı qaldırmamalı, ayağınızın baş tərəfini — içəri qoymamalı, xırda addımlarla və ya əsgər yerişilə yeriməməlisiniz. Əksinə, sanki belinizdə qanad varmış kimi, bu dəqiqə pərvazlanıb göylərə uçacaqmış kimi yüngül və incə yeriməlisiniz.

Bir az istək, bir az da təlim olsa, sərf etdiyiniz səylər nəticə-siz qalmayacaq və siz xəyal etdiyiniz yerişə yiyə lənəcək-siniz. Axı qarşımızda önəmli məqsədlər var!

Qayda № 3
“AH, BIR BU HURIYƏ BAX!..”, YAXUD ŞIQLIQ VƏ PARILTI HAQQINDA

Müasir dünyanın gözəl xanımı özünə Dolce & Gabbananın donunu və Versace ayaqqabısını rəva görən xanımlar sayılır. Təəssüf ki, hamımız nə milyonçu balası deyilik, nə də böyük firmalarda çalışırıq, lakin kiçik aylığınız sizin yaşıl sviterlə nənənizin qırmızı tumanını birləşdirərək əyninizə nə gəldi geyinib dolanmanıza bəraət qazandıra bilməz. Axı siz bəşəriyyətin gözəl yarısının təmsilçisi – qadınsınız və xüsusilə də sevdiyiniz insan üçün gözəl və cəlbedici görünməyə borclusunuz.

“Ah, nədən, ah, nədən, ah nədəndir bu qızlar?!.” Zənnimcə, libasın insanları çox dəyişdirməsi heç kəs üçün sirr deyil. Sizin əhvalınız xarici görkəminizi bəyənibbəyənməmənizdən asılıdır. Lakin əyninizdəki paltarın sizin üçün rahat olması önəmlidir. Geyinəcəyiniz libaslar sizin üçün rahat deyilsə və ya ürəyinizcə deyilsə, dəb xatirinə geyinməyə dəyməz. Paltarınız kəskin, çığırğan və ya gülünc olmamalı, incə zövqlə seçilməlidir. O, sizin qüsurlarınızı gizlədib, gözəlliklərinizi daha da büruzə verməlidir. Müasir dövrdə tapılması hər addımda mümkün olan bəzək-düzək aksesuarlarını da unutmaq olmaz.

Onlar diqqəti sizin vücudunuzun müxtəlif hissələrində mərkəzləşdirir. Məsələn, nazik beli gözəl metal və ya dəri kəmər, incə topuğu bilərzik xüsusilə ifadə edə bilər, paltara uyğun seçilmiş sırğalar isə kişilərin diqqətini qulaqlarınıza cəmləyəcək. İmprovizasiya və icadlar edin!

İndi isə ümumilikdə xarici görkəmə keçək. Sizin libasınız təmiz, səliqəli, ütülü, həmçinin gözəl ətirli olmalıdır. Bunun üçün onu vaxtaşırı asılqandan asaraq, eyvanda havaya verməyə ərinməyin. Ətir seçərkən, incə və zərif ətirlərə üstünlük verin və düşünməyin ki, ətir nə qədər çox olsa, bir o qədər yaxşıdır. Ətriyyat məsələsində bu, yolverilməzdir. Makiyaj yerində və qədərində olmalı, həddini aşmamalıdır. Saçlar təmiz, qulluq olunmuş, daranmış və parıltılı olmalıdır. Ümumi prinsip: zahiri görünüşdə daha çox təbiilik.

Qarderob detalları ilə də həddini aşmağa dəyməz: orada sizin həm ciddi ofis libaslarınız olmalıdır ki, onların da kəskin zabitəliliyini bijuteriya ilə – düzgün seçilmiş muncuq, kəmər, xəfif bir şərf və s. ilə zəriflədə bilərsiniz, həm də hər zaman dəbdə olan cins paltarlarınız da olmalıdır. İlk baxışda bir-birinə uyğun görünməyən paltarları uyğunlaşdırmaqdan qorxmayın. Ən əsası, özünüzdən əmin olun və başqalarından bir az fərqlənməkdən çəkinməyin. Dəb sizə meydan oxumamalıdır, siz özünüz onun yaradıcısı olmalısınız! Özünüzü istənilən kompaniyada rahat hiss etməniz üçün xüsusi stilinizi işləyib hazırlayın.

Və son olaraq: dırnaqlar, təbii ki, təmiz olmalıdır. Ayaq dırnaqları təmizlənmiş və neytral rəngli lakla boyanmış olmalıdır. Əl dırnaqlarınız isə qaraquşlardan təmizlənməli, qəti şəkildə çeynənmiş və ya sınıq olmamalıdırlar. Dırnaqlarınızın uzun olmasını istəyirsinizsə, mütəmadi olaraq manikür salonunu “ziyarət” edin, ən əsası onların həmişə təmiz, parıltılı və qulluq olunmuş olmalarıdır.
Qayda № 4
“ŞEYTAN, TƏHLÜKƏLI, MÜƏMMALI, HƏYASIZ…”, YAXUD BUNUN ÖNƏMLI OLMASI HAQQINDA

Ah, bu həyasız qadınlar!.. Onlar haqda şeirlər yazılıb, dastanlar yaranıb, amma nə etmək olar – bizim kişilər belə əlçatmaz və ötkəm xanımları sevir. Deməli, dəyişməyə çalışacağıq. Əlbəttə ki, məşuqlarını sevgi dolu gecələrindən sonra öldürən Kleopatra səviyyəsinə qədər deyil, lakin “ev beçəsi” səviyyəsində də qalmayacağıq. Bir sözlə, ideal variant axtarışındayıq!

Bəli, bu həqiqətən də, önəmlidir. Təsəvvür edin ki, evə gəlirsiniz, sizi isə hətta xəyanət də daxil olmaqla, bütün günah və səhvlərinizi bağışlaya biləcək birisi qarşılayır. Sizə bu adamla yaxşı, rahatdır, lakin bir qədər darıxdırıcıdır! O, başdan-ayağa ağıllı, sakit, şirin, hamardır – amma siz onun yanında özünüzü son dərəcə əclaf və yaramaz hiss edirsiniz.

Bu vəziyyət kişilərdə də eyni cürdür. Daim “hə, əzizim, əlbəttə, əzizim, sən necə deyirsən, elə də olsun, əzizim” kimi sözləri eşidən kişi vaxtaşırı da olsa, bir porsiya istiotbibər almaq istəyir.

Yaxşı, bəs onda necə “ideal” həyasız olmaq olar?

İlk növbədə, siz özünüzü sevməli, hörmət etməli və özünüzə məftun olmalısınız. Unutmayın ki, siz bir dənəsiniz, sizin kimisi yoxdur və olmayacaq da. Birincisi, siz tam dəyərli bir şəxsiyyətsiniz və şəxsi fikrə, yanlışlara və s. tam ixtiyarınız var, ikincisi isə siz qadınsınız və nazqəmzə sizin ayrılmaz bir hüququnuzdur. Əgər kişi çıxıb gedirsə, ötkəm və qürurlu qadın heç zaman onun arxasınca qaçmaz, çünki onun qayıdacağından əmindir – öz haqlılığına, gözəlliyinə və qüvvəsinə tam arxayındır. O, həmişə özünü müdafiə edə bilər və ətraf aləmə özünə əminliklə baxır. Heç bir zaman, hər nə olur-olsun, özünü təmizə çıxarıb nəyisə sübut etməyəcək, sadəcə özü lazım bildiyi kimi davranacaq.

Unutmayın ki, siz qadınsınız, deməli, həyasızlığa da haqqınız var, təbii ki, ağlabatan həddə.

Onun boynundan sarılmağa dəyməz, siz kişinin xasiyyət və adətlərinə uyğunlaşmamalı, ona mərhəmət edib iltifat göstərməlisiniz.

Manikürünüzü yeniləmək və ya gözəllik salonuna getmək istəyiniz olduğu halda, istəklərinizi boğaraq evdə qalıb xörək bişirmək, ev yığışdırmaq və ya paltar yumaqla məşğul olmamalısınız.

Siz bu işləri özünüz lazım bildiyiniz və istədiyiniz vaxt etməlisiniz, yəni işlərinizi özünüz planlaşdırıb qurmalısınız.

Həyasız ötkəm heç vaxt özünə yeni paltar almaqdan və ya rəfiqələrilə yeni kafeyə və dəbdəbəli kluba gedib roll dadmaqdan imtina etməz.

O, populyar, gözəl, cazibədar olduğunu və kişilərin xoşuna gəldiyini qeyd etmək zövqünü əldən verməz.

Bu, kişini əsəbiləşdirir və təbii ki, buna reaksiya verərək, onun sizi diqqət mərkəzindən buraxmamasına və sizin xırda naz-ədalarınızla barışmasına gətirib çıxarır.

Beləliklə, vaxtaşırı həyasız olmağına dəyər, lakin unutmayın ki, hər şey qədərində yaxşıdır, hər şeydə həmahəng bir balans olmalıdır və məhz bu balans harada əclaflıq etmək olub-olmadığını təyin etmənizə yardımçı olacaq.

Yaddan çıxarmayın: siz yeganəsiniz, ona görə də özünüzə hörmət edin!

Qayda № 5
“KÜNCƏ, BURUNA, ƏŞYAYA!”, YAXUD DÜZGÜN BAXMAQ MƏHARƏTI HAQQINDA

Kişini gözucu bir baxışla cəlb etməyin mümkün olduğunu kim bilmir? Bəli, yəqin ki, hamı bilir, lakin “ideal baxışın” qaydaları hər adama bəlli deyildir. Nahaq yerə, halbuki bu, kişinin diqqətini cəlb etməyin asan yoludur.

Məşhur rus aktrisası İrina Muravyovanın oynadığı rollardan birində rəfiqələrinə “obyektin” sizinlə maraqlanıb tanış olmaq istəməsi üçün ona düzgün baxmağı öyrətdiyini xatırlayırsınızmı? “Küncə, buruna, əşyaya!” – məftunetmə sənətində sizə yardımçı olacaq formul məhz budur!

Qadın baxışı… Sirli-möcüzəli, şairlərin vəsf etdiyi və dahi rəssamların çəkdiyi əsrarəngiz qadın baxışı… Bəs tilsimləyən, ovsunlayan və kişi qəlbinin daha tez-tez döyünməsinə səbəb olan baxış necə olmalıdır?

Eynilə təbəssüm kimi, qadının baxışı da müxtəlif olmalıdır. Bir neçə misal çəkməyə cəhd edək.

Uşaq baxışı – gözlər geniş açılmış, nəzərlər uşaqcasına təəccüblü, sadəlövh və saf. Bu, ömründə ilk dəfə Disneylendə gələn uşağın baxışıdır.

Xumar baxış – həyatda hər şeydən doymuş nazlıcilvəli xanımın bu baxışı kişini özünün başqalarına bənzə mədiyini sübut etməyə təhrik edir.

Parlaq baxış – xoşbəxt, xatircəm və öz dəyərini bilən qadının baxışıdır.

Fitnəkar baxış – kişinin düz gözünün içinə baxıb sirlimüəmmalı bir təbəssümlə müşayiət olunan baxış.

Qəzəbli baxış – bu baxış sizin nəyəsə və ya kiməsə qəzəbləndiyinizin bütün dərinliyini göstərməlidir.

Şən baxış – əhvalınız yaxşıdır və gözləriniz də bu sevinci — ifadə edir. Qırışları və digər mənasız şeyləri düşünməyin.

Kədərli – əgər kədərlisinizsə, yenə də kədərinizi ifadə etməkdən çəkinməyin. Heç bir kişi ona tuşlanmış kədərli baxışa biganə qala bilməz.

Xatırladım ki, sizin baxışınız, gözləriniz – qəlbin aynasıdır, qəlb gözəlliyində çoxtərəfli və misilsiz olduğu üçün, baxışlarınız da çox olmalıdır. Onları güzgü qarşısında məşq edin. Gözlərinizin ifadəli görünməsi üçün isə gözəl makiyaj etməyi öyrənməniz gərəkdir. Bunun üçün vizaj kursu keçə bilərsiniz. Bu, elə də çox vaxtınızı almayacaq, lakin bir ömür boyu gərəyiniz olacaq. Kirpiklər tuşdan bir-birinə yapışmış yox, yüngül və yumşaq olmalıdır; gözlər qırmızı olmamalıdır; yorğunluğun götürülməsi üçün göz qızarması zamanı istifadə olunan tibb preparatları, həmçinin istifadə olunmuş çay paketləri kömək edər.

Gözləriniz qızardığı zaman bu istifadə olunmuş çay paketlərini gözlərinizin üst qapağına qoyaraq, bir neçə dəqiqə uzanıb istirahət etməniz lazımdır, beləliklə də problemdən əsər-əlamət qalmaz! Göz kölgələri topalanıb durmamalı, hamar çəkilməlidir və makiyaj vaxta və yerinə müvafiq olmalıdır. Təkrar edirəm: üzünüzə-gözünüzə həddindən artıq dərəcədə kosmetika çəkməniz ürküdüb qaçırar – makiyaj təbii görünməlidir.

Qayda № 6
“FANTASTIKA, SADƏCƏ FANTASTIKA!”, YAXUD NECƏ HƏRƏKƏT ETMƏK HAQQINDA

Kişilərin anlayışında ideal qız necə olmalıdır? Birincisi, gözəl, ikincisi qədd-qamətli, üçüncüsü isə zərif və cazibəli. Qadının panter və ceyranla müqayisəsini eşitməmiş olmazsınız. Bir halda ki, kişilər məhz belə qadınları bəyənir, deməli, biz də onların verdiyi üstünlüklərə uyğun olaraq dəyişməliyik.

“Panterin tullanmasından öncəki plastikası” – yadımdadır, məşhur “İşdə məhəbbət macərası” filmindəki katibə qadın zərifliyinin nə demək olduğunu unudan zəhmli müdirəsinə məhz belə təlim verirdi. Bəli, bizim plastikamızdan çox şey asılıdır. Əlbəttə, xoş halına uşaqlıqda rəqs dərnəklərinə gedən qızların, xanımların… onların plastikasına söz ola bilməz! Bəs biz, rəqs və diskotekalara elə də tez-tez getməyənlər nə etsin? Bədənimizi cazibədar etməliyik.

Şərq rəqsləri dərnəyinə getmək vaxtınız və imkanınız varsa, bunu mütləq edin. Belə bir imkanı olmayanlara isə plastikanın yaxşılaşdırılması üçün bir neçə resept təklif edirəm. Beləliklə, bunun üçün bizə maqnitofon, iki-üç sevimli musiqi kompozisiyası və məşqlərin keçirilməsi üçün orta ölçülü bir xalça lazım olacaq.

Öncə xalça üzərinə uzanıb tamamilə özünüzü boş buraxın, əzələlərinizi gərginləşdirməyin. Sonra bədəninizin istədiyiniz kimi idarə edə biləcəyiniz elastik bir substansiya olduğunu təsəvvür edin. Çanağınızı bir qədər yuxarı qaldırıb oyan-buyana fırladın. Bu proseduru bir neçə dəfə təkrar edin. Təsəvvür edin ki, bədəninizdən bir cərəyan, dalğa keçir və bu hiss sizə o qədər xoş təsir bağışlayır ki, siz onu dəfələrlə təkrarlayaraq, dalğanın ritminə uyğun hərəkət edirsiniz. O biri böyrünüzə diyirlənib bu dalğanı bir daha hiss etməyə cəhd edin.

Xalçanın üstündə ayaq üstə dayanıb, əllərinizi, ayaqlarınızı, bütün bədəninizi sərbəst və boş saxlayın. Dalğanı qarnınızla yuxarıdan-aşağıya keçirməyə çalışın. İlk dəfədən bu, sizdə alınmaya da bilər, lakin məşqləri davam etsəniz, tezliklə hamını qarnınızın plastikası ilə heyran qoyacaqsınız, eyni zamanda qarnınızın əzələlərini bərkidib gözəl presə sahiblənmiş olarsınız.

Bu hərəkət isə sizə ombanızın gözəl hərəkət etməsinə, bel əzələlərinin möhkəmlənməsinə və belinizin daha ifadəli olmasına kömək edəcək. Bundan əvvəlki hərəkə-tdə olduğu kimi, xalçanın üstündə düz dayanıb bədə-ninizdən bir dalğa keçirməli olacaqsınız, lakin birinci hərəkətdə dalğanı yuxarıdan aşağı keçirirdinizsə, indiki hərəkətdə dalğanı bir böyrünüzdən o biri tərəfə keçirməniz lazımdır.

Özünüzü köhnəlmiş dəridən qurtulan bir ilan olaraq təsəvvür edin, bu dəridən qurtulmaqla ətraf aləmin qarşısına yeni bir dəridə, yeni bir görkəmdə çıxmağa nail olacaqsınız. Bədəninizin hər əzələsini, hər incəliyini hiss etməyə çalışın. Bir müddətdən sonra siz hərəkətlərinizin daha incə və cazibədar olmasının və kişilərin sizə daha çox diqqət yetirməsinin fərqinə varacaqsınız.

Bədəninizin plastikası eynilə təbəssüm, baxışlar və s. kimi önəmli bir amildir, çünki biz ahəngdarlığı yalnız hissələrin birləşməsində görə bilərik. Özünüzlə məşğul olun və bunu sevinclə edin!

II FƏSİL
Siz birlikdəsiniz
Qayda № 7
“MƏNIM ILK GÖRÜŞÜM…”, YAXUD DƏVƏTLƏRIN QƏBULU VƏ GÖRÜŞƏ GETMƏK HAQQINDA

Siz tanış olmusunuz və o, sizə kişi gözəlliyinin idealı kimi görünür. Şahzadəniz heyranlığınızın təsiri altına düşüb, sizi görüşə dəvət etməyi düşünür. Ah, yəqin ki, artıq işvələnərək gözlərinizi süzdürüb, sonra da qəfildən sevincdən çığırırsınız. Bəlkə onun sözlərinə bu qədər emosional reaksiya verməyə dəyməz? Axı biz onu ürkütmək yox, daha da cəlb etmək istəyirik. Bu səbəbdən sakitləşib düzgün reaksiya veririk.

Beləliklə, nəhayət, alındı! Siz onu təbəssümünüzlə, məlahətinizlə, incəliyinizlə və digər saysız-hesabsız gözəl liklərinizlə özünüzə məftun etdiniz. Nəhayət, o səmi miyyətlə sizin gözlərinizə baxıb səbirsizliklə gözlədiyiniz sözləri deyir: “Gəl, görüşək!” Stop! Səsinizi başınıza atıb “Hə-ə-ə” deyə çığırmayın və onu “Harada?”, “Nə vaxt?”, “Hara gedəcəyik?” deyə suallara qərq etməyin. Ona əsl kişi olmasına fürsət verin, qoyun hara gedəcəyinizə o özü qərar versin. Həmin anda siz gülərüzlə, tamamilə sakit şəkildə onun gözlərinə baxıb gülümsəməlisiniz. Bu görüş sizin həyatınızda nə ilki, nə də sonuncusudur, ona görə də öz hədsiz həyəcan və təlaşınızı büruzə verməyə tələsməyin.

Kişi sizin sevilən və sayılan xanım olduğunuzu və görüşlə sizi təəccübləndirmək mümkün olmadığını hiss etməlidir. O, sevinclə sizi hara dəvət etdiyini izah etdikdən sonra siz qısaca “Hə, yaxşı” cavabı verə bilərsiniz. Allah xatirinə, özünüzü naza qoyub “Heç bilmirəm… sabaha o qədər işlərim var ki, heç bilmirəm nə deyim, hi-hi…” kimi sözlər deməyin! Sadə olun, nazqəmzə burada yersizdir. Əgər siz onunla, misal üçün, sabah axşam saat altıda görüşə bilirsinizsə, sadəcə “Hə, görüşək” deyib sakitcə o birinci görüşü gözləyin. Unutmayın ki, özünüzü nə qədər sakit və sərbəst aparsanız, bir o qədər onun sizi aldatmaq şansları az olar və o, sizi qərarsız-qətiyyətsiz biri kimi qəbul etməyəcək, əksinə, sizə dəyər verəcək.

Görüşə, əlbəttə ki, hazırlaşmaq lazımdır, lakin məba da açıq-saçıq bir şey geyinəsiniz! Hər şey qədərində olmalıdır!

Həmçinin, qızın, qadının görüşə on beş dəqiqə gecikməli olması barədə geniş yayılmış ictimai fikrə də yer ayırmaq lazım deyil. Əksər hallarda bu, kişiləri qıcıqlandırır, o üzdən görüşə vaxtlı-vaxtında gəlib çıxmaq lazımdır. Yol verə biləcəyiniz – ən uzağı beş dəqiqəlik yubanma ola bilər.

Görüş zamanı özünüzü sərbəst və arxayın aparın. Hətta nəsə düşünülmədiyi kimi alınsa, məsələn, kirpiklərinizdəki tuş yayılsa da, buna yumorla yanaşıb diqqətinizi boş-boş şeylərdə cəmləməyin. Əgər yanınızdakı ağlı başında olan adamdırsa, o, sizi bu xırdalıqlara görə nəinki qınamaz, hətta ruhlandırmağa çalışar. Bir də son olaraq – heç nədən qorxmayın, inanın, o sizdən daha çox qorxur!

Qayda № 8
“RESTORAN, RESTORAN…”, YAXUD QƏLƏBƏLIK YERLƏRDƏ ÖZÜNÜ APARMAQ QAYDALARI HAQQINDA

İlk görüşünüzdür. Davranış qaydalarının əsl zamanıdır. Ədəb-nəzakət qaydalarına riayət etməyən qadın – qorxunc bir mənzərədir! Əlbəttə, etiketə pedantlıqla riayət etməyə zərurət yoxdur, lakin nəzakətin əsas qaydalarını da unutmaq olmaz. Mədəni olun, lakin əsla süni ciddiliyə və rəsmiyyətpərəstliyə qapılmayın.

Beləliklə, siz restorana getməyə hazırlaşırsınız.

Oturarkən stola nə həddindən artıq yaxın, nə də aralı oturun. Dirsəklərinizi stola söykəməyin. Kübar etiket xanımlara qısa müddətliyinə biləklərini stola söykəməyə yol verir.

Ağzınızda yemək varkən danışmayın. Əl-qolla da danışmayın, xüsusilə əlinizdə qaşıq-çəngəl kimi alətlər olan vaxt. Yemək vaxtı əllərinizi boşaltmağa zərurət yarandığı halda, çəngəllə bıçağı boşqabın qıraqlarına söykəyib qoyun, əsla süfrənin üstünə qoymayın.

Çəngəli əldən-ələ atmayın. İsti supun üstünə üfürməyin, sadəcə bir az gözləyin, özü soyusun. Bəzi xörəkləri əllərin köməyi olmadan yemək mümkün deyil. Bu halda süfrəyə əl yaxalamaq üçün qab gətirilə bilər, onun içində limon və ya meyvə dilimlərinin olması mümkündür (kompotla dəyişik salmayın!).

Siqaret çəkməzdən öncə (buna icazə verilən müəssi sələrdə) sizinlə bir süfrədə əyləşən kişidən izn istəyin. O, xörəyini bitirməyənə qədər siqaret çəkməyin. Sizin siqaretinizin tüstüsü ilə delikates yeməyin ətrinin qarışması o qədər də zövq oxşamır.

Hər dəfə su və ya başqa içkilər içməzdən öncə dodaqlarınızı quru salfetlə hopdurmağı unutmayın. Əks halda qədəhdə yeməyin sousunun və ya sizin pomadanızın izləri qalacaq.

Xanım çantasının içindəkiləri stola çıxarıb tökməməlidir (daraq, dəsmal, pudra qutusu və s.). Yadınızda saxlayın: yemək stolunun arxasında, restoranın girişindəki güzgü qarşısında saç daramaq, pudra, pomada və s. şeylər çəkmək olmaz, qətiyyən olmaz! Üz-gözünüzə, saçlarınıza, əyin-başınıza əl gəzdirmək üçün tualet otağına keçin, onun yerini isə sakitcə personaldan öyrənə bilərsiniz.

Ümid edirik ki, bu kifayət qədər sadə qaydalar sizin pis vəziyyətdə qalmanızın qarşısını alaraq, onun gözündə ucaldacaq və onda sizinlə yenidən görüşməsinə davamlı bir istək doğuracaq.

Qayda № 9
“YAPIŞMA…”, YAXUD HƏDDINDƏN ARTIQ ZƏHLƏTÖKƏN OLMAĞIN MƏNFI CƏHƏTLƏRI HAQQINDA

Siz birlikdə vaxt keçirdiniz və münasibətləri davam etmək istəyiniz təbiidir. Lakin bunu kişiyə deməyə gərək yoxdur. Onun sizin barənizdə şəxsi fikri var və əgər onun bu rəyi müsbətdirsə, “Səninlə yenidən nə vaxt görüşəcəyik?” kimi “yapışmalar” onu ürküdə bilər. Ağıllı, səbirli olun və gözləyin.

Beləliklə, siz restoranda gözəl vaxt keçirdiniz, yaxud da parkda gəzdiniz, bir sözlə, sizin ilk görüşünüz, demək olar ki, sona yetib. O, sizi evinizə qədər ötürdü. Vidalaşırsınız. Ən çətini elə burada başlayır. Görüşmədən sonra öpüş gəlirsə, bu, hələ heç nə demək deyil. İstəyinizə əks olaraq bu kişini evinizə dəvət etməyə məcbur deyilsiniz. Biz ilk görüşdəcə intim yaxınlığın əleyhinəyik və bu heç də bizim riyakar kateqoriyasına aid olduğumuzdan deyil.

Sadəcə əksər hallarda qəniməti mübarizəsiz əldə edən kişi gələcək ova marağını itirir və beləliklə də, birinci görüşün sonuncu olması istisna sayılmır. Həmçinin, ondan sizə nə vaxt zəng edəcəyini və ya bir daha nə vaxt görüşəcəyinizi də soruşmaq lazım deyil. Heç kimin boynuna sarılıb ətəyindən yapışmaq lazım deyil, son nəticədə o, sizin üçün mübarizə aparıb sizin qəlbinizi fəth etmək istəyir (ən azından qoy o özü elə sansın).

Sağollaşın, gözəl keçirdiyiniz axşama görə ona təşəkkü-rünüzü bildirin, ədəblə hər şeyin ürəyinizcə olduğunu qeyd edin, görüşdə sizin xüsusilə xoşunuza gələn bəzi məqamları müzakirə edə bilərsiniz.

Əgər o, sizə sabahısı gün səhər zəng etməsə, ağlayıbzarımaq lazım deyil, o, bunu axşam da edə bilər. Üç-dörd gün ərzində ondan əsər-əlamət yoxdursa, özünüzün zəng etməniz yolveriləndir. Lakin söhbət zamanı ikinci görüşə dair eyhamlara yol vermək olmaz.

Əgər onun səsində şövq və ya ruh yüksəkliyi duymursunuzsa və onun sizdən “Mən sənə həftə ərzində zəng edərəm” kimi sözlərlə yaxa qurtarmasını hiss edirsinizsə, mədəni şəkildə onunla sağollaşıb, bir daha ona zəng etməyin – ona lazım olsa, o, sizi tapacaq. Yox, əgər zəng etməsə də, nə böyük fəlakət? Yer üzündə tək insan o deyil ki! İstənilən halda özünüzü təmkinli aparın və gün ərzində ona yüz dəfələrlə zəng etməyin.

Lakin əgər o, sizə elə həmin axşam zəng edirsə və ya elə görüş zamanı ikinci görüş haqqında söhbət açırsa, onda sizi təbrik etmək olar: siz onun xoşuna gəlmisiniz, sizinlə ünsiyyət ona maraqlı gəlir və o, yenidən sizi görməyə can atır. Bu isə nə deməkdir?

Bizim istədiyimizə nail olub onu maraqlandırmağı bacarmağımız deməkdir. Bu halda razılıq verin, lakin əyləncə proqramını özünüz tərtib edin – təbii ki, istək və arzularınızı onunla razılaşdıraraq. İstənilən halda sakit, sərbəst və gülərüz olun, özünüzü də elə aparın ki, sanki bütün baş verənlər sizin üçün tamamilə normal və adi bir haldır. Gərilməyin, həyəcanlanmayın, hər şey son dərəcə yaxşı olacaq!

Qayda № 10
“TANIŞ OL, ƏZIZIM”, YAXUD ONUN QOHUMLARI VƏ AILƏSILƏ TANIŞLIQ

Beləliklə, siz bir müddətdir bərabərsiniz və o, sizi ailəsilə tanış etməyə hazırdır. Nədir, qorxursunuz? Nahaq yerə! Onun qohum-əqrəbası da sizin kimi insanlardır və sizi döymək fikirləri yoxdur. Oğlan anasının gəlinini sevməməsinə dair sözsöhbətə inanmayın. Bu, hər zaman elə deyil. Çox zaman valideynlər oğulun sevib-seçdiyi qızı çox istəyib, onu doğma qızları kimi qəbul edirlər, təki siz özünüz hər şeyi korlamayasınız.

“Vay-vay-vay, onun valideynləri, bacıları, qardaşları ilə tanışlıq məsələnin ən çətin və qorxulu tərəfidir” – deyəcəksiniz. Əslində isə burada fövqəladə bir şey yoxdur. Hərçənd, etiraf edirəm ki, istər-istəməz qorxudan titrəyəcəksiniz.

Beləliklə, sizdən nə tələb olunur? Sakitlik, həmişəki kimi, özünə arxayınlıq və təbii ki, bir azca yumor hissinizi də işə salmanız lazım gələcək.

Siz necə görünməlisiniz? Məncə, uşaq hörükləri, diz dən aşağı boz ətək və son düyməsinə kimi düymələnmiş — köynək kimi görkəmlə həddini aşmağa ehtiyac yoxdur. Sevgilinizin anası, böyük ehtimalla, bu görkəminizin sa dəcə bir maskalanma olduğunu anlayacaqdır, çünki bir zamanlar özü də bir zamanlar ərinin valideynləri və qohum-əqrəbası ilə tanışlığa getmişdir. Lakin açıq-saçıqlıqda da ifrata yol verməyin, gələcək qayınananız “gö bəyə kimi dekolte”, yaxud yubkanı təcəssüm edən arxadan sallanan bir miqdar parçanı siz tərəfdən hətta təhqir kimi də qəbul edə bilər.

Çox güman ki, evdə gələcək qayınatanız da olacaq, ona öz firma təbəssümünüzlə gülümsəyib ədəblə salam verməniz məsləhətdir.

Onun valideynlərilə söhbətdə həm atasına, həm də anasına diqqət ayırın. Əksər hallarda elə olur ki, anası bütövlüklə sizin diqqətinizi özünə cəlb etməyə çalışır, atası isə dinməzcə oturub çay içir, yaxud siqaretini çəkir. Onlara suallarla müraciət edin, susmayın, lakin ağıllı, maraqlı və yerində suallar verin.

Mütləq süfrəyə gəlmiş yeməkləri tərifləyin, evin sə liqə-sahmanına və zövqlə döşənmiş olmasına dair də heyr-anlığınızı bildirməyi əsirgəməyin.

Sevgilinizin özündən xeyli kiçik yaşlı və hazırda ye niyetmə dövrünə qədəm qoyan bacı-qardaşı varsa, onda ehtiyatlı olun. Bu yaşda uşaqlar ədəbsizliyə meylli olur və burada əsas olan, qısa müddətdə onların rəğbətini qazanmaqdır. Onların nə işlə məşğul olduqları, hansı musiqini sevdiklərilə maraqlanın, ümumi zövqlər tapmağa çalışın və buna söykənin. Məktəb, dostları haqqında soruşun və ta onlar sizə cavab verənə qədər danışın, beləcə aranızdakı münasibətlərin ilk körpüsünü salmış olacaqsınız.

Evdə pişik və ya it varsa, mütləq onu əzizləyib sığallayın, lakin çimlənirsinizsə, bunu əsla etməyin! Çünki ev heyvanlarını sığallayandan sonra əlinizi üstünüzə silməyiniz kimi, sizin fikrinizcə, gizli olan jest, qəhrəmanın anasının iti gözlərindən yayınmayacaq və çətin ki, xoşuna gələcək.

Lakin əgər sizin öz evinizdə də heyvanlar varsa, onda onları qucağınıza alıb sığallaya, əzizləyə bilərsiniz, vəziyyətə baxın: bu ailədəki qayda-qanuna uyğun olaraq hərəkət edin. Öz heyvanlarınız haqqında bir neçə hekayə danışa bilərsiniz, bu, həm sizin üçün, həm də orada olanlar üçün maraqlı olacaq. Əsası odur ki, qorxmayın, əsməyin və hər şey yaxşı olacaq!

Qayda № 11
“TANIŞ OL, ƏZIZIM…”, YAXUD SIZIN QOHUMLARINIZLA TANIŞLIQ

Deməli belə, onun qohumları ilə artıq tanış olmusunuz. İndi isə cavab addımın – onu sizin qohumlarla tanış etməyin vaxtıdır. Əsası odur ki, onun “sizinkilər” barədə və onların da sevgiliniz barədə rəylərini korlamayasınız, necə də olsa, siz onunla ailə qurmağa hazırlaşırsınız və bundan sonra onlar daha çox ünsiyyətdə olmalı olacaqlar.

Birinci növbədə siz öz qohumlarınızı, ailənizi evinizə sevgilinizin və ailə qurmağa hazırlaşdığınız adamın gəl diyi barədə xəbərdar etməlisiniz ki, onlar bu görüşə yaxşıca hazırlaşa bilsinlər. Yüz nəfərlik süfrə açaraq, çeşidçeşid yeməklər bişirməyə ehtiyac yoxdur, əks halda onun gəlişinə beş dəqiqə qalmış otaqlar arasında qaçmaqdan itərək, bir əlinizlə saçınızı düzəltmək, bir əlinizlə də gözlərinizi — boyamaq məcburiyyətində qalmanız qaçılmaz olar. Yaxşı bacardığınız, az zaman və güc tələb edən bir neçə sadə yemək hazırlayın. Köməyə ananızı və ya bacınızı çağırın və ən əsası – həyəcanlanmayın, onlara da həyəcanlanmalarını qadağan edin.

Qapının zəngi çalınan anda hər şey artıq hazır və amadə olmalıdır: siz hamınız geyinib-kecinmiş, gözəl və səliqəli görünməlisiniz. Cavan oğlanı qapının ağzında siz qarşılamalısınız, çünki o, sizi tanıyır, qohumlarınızı isə hələ tanımır, bu üzdən onu onlarla təkbətək qoymamalısınız. Sevgilinizi ilk növbədə atanızla (bir ailə başçısı kimi o, birinci təqdim olunmalıdır), sonra ananızla, sonra da bacı-qardaşınızla tanış edin.

Bundan sonra cavan oğlanı stola qədər ötürüb onu rahat olacağı və bütün ailə üzvlərini görə biləcəyi yerdə əyləşdirmək olar. Siz onun yanında əyləşməlisiniz ki, gözlənilməyən və ya xoşagəlməz vəziyyət yaranacağı təqdirdə yanında olub, onu dəstəkləyə biləsiniz.

Valideynləriniz “Harada işləyirsiniz” və ya “Haranı oxuyub bitirmisiniz” kimi standart suallar verdikləri zaman söhbətə qarışıb onun əvəzinə cavab verməyə ehtiyac yoxdur. Sonunda oğlan lal-kar deyil və ona verilən sualları özü də cavablandırmağa qadirdir. Sizin işiniz süfrə arxasında maksimal rahatlığı və xoş ab-havanı qoruyub-saxlamaqdır. Söhbət din, siyasət və yaxud təkcə bir adamı maraqlandıran, digərlərinin isə gözlərini döyərək susub oturmaqlarına məcburiyyət yaradan mövzulara toxunmamalıdır. Ən yaxşısı, hamıya aydın və maraqlı söhbətlər etmək ki, bütün iştirakçılar öz sözünü deyə bilsin və özünü rahat hiss etsin.

“Tanışlıq” yeməyindən sonra, əgər hava münasibdirsə, bir az gəzintiyə çıxmaq və ya sadəcə evdə, kreslolarda oturub istirahət etmək olar. Televizoru qoşmamaq daha münasibdir, çünki o, diqqəti yayındırır.

Seçdiyiniz adamı ona yaxşı yollar arzulayaraq, onunla kəsdiyiniz duz-çörəkdən məmnunluğunu bildirib, yenə gəlməsini təklif edərək, bütün ailəliklə yola salmanız məsləhətdir.

Sağollaşarkən onunla öpüşüb-öpüşməmək məsələsi sizin öz arzunuzdan asılıdır. Lakin qeyd edək ki, yanağından və ya dodağından yüngül və məsum bir öpüş onun əhvalını yüksəldərək, gərginliyini azaldar, odur ki, bunu etsəniz, pis olmaz. Sizə uğurlar!

Qayda № 12
ƏN YAXIN DOST, YAXUD ONUN DOSTLARI ILƏ NECƏ TANIŞ OLMALI

Dostlar mütləq tanış olmalı olduğunuz ayrı bir kateqoriyadır. Birincisi, təbii ki, cavan oğlanın fikir və rəylərinə dostlar ailə üzvlərindən daha çox təsir edir, ikincisi isə onların kampaniyasına qaynayıbqarışmaq susub nə danışdıqlarını anlamadan oturmaqdan daha yaxşıdır. “Mənə dostunun kim olduğunu de, mən də sənin kim olduğunu deyim” – belə olan halda onun dostları onun bir parçası, həyatının bir hissəsidir, ona görə də onlarla dil tapmaq daha münasibdir.

Yaxın dost… Əslində, dostlar valideynlərdən də yaxın adamlardır, sevdiyiniz oğlanın yaxın ətrafı sizi qəbul edə də bilər, qəbul etməyə də, onda uzunmüddətli mühasirəyə hazır olun. Yox, özünüzü elə də qorxuya salmayın, qorxan gözə çöp düşər. Lakin əgər siz onun dostları, yaxın ətrafı ilə tanış olmağa qərar vermisinizsə, onda bir neçə məsləhətimizə nəzər yetirin.

Sevgilinizin yaxın dostu ilə tanış olarkən gülümsəyin. Möhkəm, səmimi əlsıxma və gözəl təbəssümlə qarşınızdakı insanın simpatiyasını dərhal qazanacaqsınız. Çənə yormağa dəyməz, hərçənd öz təcrübəmdən bilirəm ki, elə anlarda adamın ağlına dayanmadan “Sizin barənizdə çox eşitmişəm, qiyabi olaraq sizi çoxdan tanıyıram, xətriniz çox əzizdir” və s. bu kimi sözlər demək gəlir. Lakin “Danışmaq gümüşdürsə, susmaq qızıldır” misalını unutmayaq, inanın, sirli-möcüzəli qalmanızda daha çox fayda var.

Lakin ağzınıza su doldurub oturmağa da gərək yoxdur. Suallara cavab verərək nitqinizin gözəl və məlahətli olmasına diqqət yetirin, bayağı sözlərdən istifadə etməyin. Həmsöhbətlərinizi darıxdıran mövzulardan çəkinin, daha çox onun barəsində danışın. Öz fikrinizi yumşaq şəkildə, lakin təkidlə ifadə etməyə utanmayın. Elə davranın ki, sanki uzun illərdir tanışsınız, lakin çiyinə vurma, dirsəklə itələmə və s. bu kimi təklifsizlik hərəkətlərinə də yol verməyin, zira sevgilinizin dostu sizi səhv anlaya bilər.

Sızıldamayın, naz etməyin, kampaniyada kifayət qədər sərbəst və səmimi olun. Lakin bu kampaniyanın da məhz onun kampaniyası olduğunu unutmaq olmaz və əgər siz unudulduğunuzu və özünüzə qarşı diqqətsizlik gördünüzsə, belə birisilə münasibətləri davam etməyə dəyməz, görünür, dost-aşna onun üçün həmişə birinci yerdə olub və olacaq, yaxud da o, kifayət qədər tərbiyə görməyib.

Heç zaman, eşidirsiniz? – heç bir zaman onun yaxın dostu ilə mazaqlaşmayın! Göz süzdürüb flirtə baş qoşmayın. Hətta sevgilinizlə aranız dəysə də, bir müddətliyə hansısa səbəblərdən bir olmasanız da – bunu əsla etməyin! Bu həyatda hər şey keçicidir, sizin də etibarınız çox zərif olduğu halda, onu pozmaq iki dəqiqəlik işdir, “sınıb-uçanı” bərpa etmək üçün isə uzun illər tələb oluna bilər.

Zarafat edirsinizsə, mövzuya aid, yerində və dəyərində edin, özünüzə arxayın deyilsinizsə, pis vəziyyətdə qalmamaq üçün heç zarafat etməyin. Şitlik etməkdən, əsəbi halda dartınıb irişməkdən Allah qorusun! Gülməyiniz gəlirsə, gülün, lakin ucadan deyil. Gülüşünüz də geyiminiz və ümumi xarici görkəminiz kimi həmahəng olmalıdır.

“Görüşlər axşamı” bitdikdən sonra şirin təbəssümlə vidalaşmanız məsləhətlidir. İstənilən halda, sevgilinizə axşamın ürəyinizcə keçməsini bildirməli və “Sevgilim, dostun çox mədəni və mehriban oğlandır. Əlbəttə, o, sən ola bilməz, sənə çatmaz, amma ünsiyyətdə xoş biridir” sözlərini deməlisiniz.

Qayda № 13
“BU GÜN AŞPAZLIĞI ÖZÜM EDƏCƏYƏM”, YAXUD ŞAM IŞIĞINDA ILK ƏSRARƏNGIZ ŞAM YEMƏYI

Nə deyirlər-desinlər, kişilər romantikdirlər. Ləziz şam yeməyi, gözəl şamlar və məlahətli musiqini hər biri dəyərləndirəcək. Bütün təfərrüatları yaxşı-yaxşı düşünüb-daşının və haydı, irəli – qələbəyə az qalır!

Əsrarəngiz şam işığında təşkil olunmuş şam yeməyi münasibətlərin dostluqdan sevgi-romantik münasibə-tlərinə keçidi üçün yaxşı bir üsuldur. Bu şam yeməyi göz lənilmədən baş verməlidir. Siz sevgilinizi sözarası axşama evinizə dəvət edə bilərsiniz. Gələndə, onu həzin-həzin yanan şamlar, açılmış süfrə və bir şüşə çaxır olan otağa keçirin. Bütün bunları başqa cür də edə bilərsiniz.

Ona axşamçağı ay işığında bir gəzinti təklif edin, sonra da gəzə-gəzə onu dostlarınızın əvvəlcədən sizin üçün hazırladığı gözəl bir məkana gətirin. Təbii ki, hər şey sizin fantaziyanızdan asılıdır, lakin qeyd edək ki, birinci şam yeməyi orijinal və qeyri-adi olmalıdır.

Lakin əgər yarınız sizə bir sürpriz edib özü sizi şam yeməyinə dəvət edirsə, ondan haraya yollanacağınızı və necə geyinməli olacağınızı öyrənin. Əgər şam yeməyi restoranda olacaqsa, 8 №-li qaydaya müraciət etmənizi tövsiyə edirəm. Yox, əgər o sizi öz evinə dəvət edirsə, onda sadəcə, gərginliyi bir kənara qoyub, özünüz olun. Lakin bu, heç də özünüzü həddindən artıq sərbəst və alkoqol düşkünü kimi aparmalı olmanız demək deyil. Uzaqbaşı bir və ya iki qədəh şərab və ya şampan içməniz kifayət edər.

Gənc oğlanın hazırladığı təamları mehriban əllər və xoş təbəssümlə yemək gərəkdir, eyni zamanda, onun aşpazlıq sahəsindəki qəhrəmanlıqlarını tərifləməyi və ona valeh olduğunuzu bildirməyi də unutmayın. Siz tamamilə sərbəst və özünüzə arxayın olmalısınız. Siz gözəlliyiniz və lətafətinizlə onu məftun etməli və onda bu gözəl axşamı davam etmək istəyi yaratmalısınız.

Ən əsası odur ki, onunla bir cərəyana köklənəsiniz, onun qəlbinə və fikirlərinə hakim olmağı bacarasınız və elə mövzularda söhbətlər edəsiniz ki, o, qəlblərinizin birliyini və sizin bir-biriniz üçün yarandığınızı düşünsün. Biriki qədəh içkidən sonra onu rəqsə dəvət edə bilərsiniz (təbii ki, əgər o, bunu sizdən əvvəl etmədisə), beləcə siz onun qəlbinin daha gizli guşələrinə yol tapacaqsınız.

Zərif barmaqlarınızla onun belinə sığal çəkin, başınızı onun çiyninə söykəyin ki, o özünü sizin müdafiəçiniz, qəhrəmanınız kimi hiss etsin. Yüngül öpüşlər, zərif qucaqlaşmalar onda axşamı yataq otağında davam etmək istəyi yaradacaq və burada hər şey sizin özünüzdən asılıdır – əgər siz həmin axşam yaxınlıq istəmirsinizsə və ya bunun hələ erkən olduğunu düşünürsünüzsə, onda özünüzü məcbur etməyin. Yox, əgər siz özünüz də bunu istəyirsinizsə, onda buyurun, keçək növbəti qaydaya.

Qayda № 14
“HƏLƏ VAXTI DEYILMI?”, YAXUD BIRLIKDƏ KEÇIRDIYINIZ ILK GECƏ

Artıq sizin münasibətləriniz lap yaxındır. Birlikdə keçirəcəyiniz ilk gecə yaxındadır. Hər şeyin son dərəcə yaxşı olması üçün bütün təfər-rüatları gözdən keçirib özünüzü ələ alaraq sakitləşməniz məsləhətdir. Təbii və sərbəst olun. Onun hərəkətlərinə kommentarilər verməyin və bacarıqlarına dair də zarafat etməyin.

Bərabər keçirəcəyiniz ilk gecə – hər iki tərəf üçün çox mühüm bir məsələdə – cinsi yaxınlıq sahəsində əsl sınaqdır. Əfsanəvi və füsunkar ümidlər bəsləməyin, coşqun yaxınlıq çox nadir hallarda baş verir, çünki ilk dəfə kişi ilə qadın, sadəcə, bir-birinə qovuşaraq, bir-birinin daxili aləmini, bədənini, hisslərini tanımağa çalışır. Bu məqamlar kifayət qədər qəlizdir. İnsan əynini soyunanda sanki müdafiəsiz və aciz olur.

Bu məqam insanı bir qədər sıxışdırır və əl-qolunu bağlayır. Sizin vəzifəniz sevgilinizin sizinlə özünü sərbəst və rahat hiss etməsi üçün şərait yaratmaqdır. Zərif alt paltarı, gözəl corab, coşqun baxışlar və şirin təbəssüm bu işdə yardımçınız olacaq. Ən əsası heç nədən qorxub-çəkinməmək və lənətə gəlmiş sellülitin haradan çıxmasını və ya bədəninizin harasında qırış yarandığını düşünməməkdir.

Sıxılıb qapılmamanız üçün, təbii ki, bədəninizin son dərəcə gözəl ətirlər saçmalı olduğunu xatırlatmaq istərdik. Siz özünüzü istənilən bir kişinin ağlını əlindən almağa qadir bir ilahə, Afrodita kimi hiss etməlisiniz.

Yataqda hansısa bir rola girməyə dəyməz. Qəddar yadel-lilər tərəfindən oğurlanmış bir şahzadə və ya “məktəb müəlliməsi” oyununu daha sonralar oynaya bilərsiniz. Sevgilinizlə yaxınlıqdan həqiqi zövq alıb, bu zövqü onunla paylaşmaq üçün təbii və səmimi olmanız gərəkdir.

Yarınızın ilk gecədə müəyyən müvəffəqiyyətsizliyi olarsa, ani qərarlar verərək, o zavallını impotentlər sırasına qatmayın. Bu, hər kəsin başına gələ bilər. İlk növbədə həyəc-andan, böyük ehtimalla siz onun çox xoşuna gəlirsiniz və o sizə son dərəcə xoş təəssürat bağışlamaq istəyir.

İlk gecədə uğursuzluğun digər bir səbəbi də yorğunluq ola bilər. Bəlkə də partnyorunuz ilk dəfədir qadınla görüşür, təəccüblənməyin, belə hallarda da istisna olunmur.

Odur ki, bu halda ürkməyin və ya əsəbiləşməyin yeri yoxdur. Ona bir yorğunluq masajı edin, bir qədəh şərab süzün və özünüzü heç nə olmamış kimi aparın, o bir qədər özünə gəlib, öz uğursuzluğunu unutduqdan sonra isə hər şey öz yoluna düşəcək.

Əsası odur ki, diqqətinizi yaranmış vəziyyətdə cəmləməyin. Onunla maraqlı bir mövzuda söhbət açın, onun fikrini başqa tərəfə yönəltməyə çalışın, özünüz isə eyni zamanda nəvaziş və öpüşlərinizi davam edin, ta o vaxta qədər ki, o, sizə öz məharətini nümayiş etdirməyə hazır olsun.

Özünüzü sərbəst və təbii aparın, irəliyə doğru addımlayın, onu da özünüzlə çəkib aparın.

Qayda № 15
“ƏZIZIM, BIZIMLƏ QAL, BAŞIMIZIN TACI OL”, YAXUD BIRLIKDƏ ILK SƏHƏRINIZ

Birlikdə keçirdiyiniz gecə – nə gözəl! Bəs sonra? İlk növbədə makiyajsız sifət və təmizlənməmiş dişlər haqqında düşündüyünüz bir səhər. Nahaq yerə bu qədər narahat olursunuz. Gözəl bir səhər yeməyi hazırlayın və hər şey yaxşı olacaq. Lakin öz məhrəbanızı və xələtinizi ilk gündən onun evinə gətirmək lazım deyil. Bir az zaman tanıyın, hər şey öz yolunu tapacaq.

Bu yazını yazmazdan öncə biz kişilər arasında bir sorğu keçirdik və son dərəcə heyrətləndirici cavablarla üz-üzə qaldıq. Sən demə, bir çox kişilərin çılğın gecədən sonra saçları qarmaqarışıq olmuş, yuxulu qadınlar xoşuna gəlir, makiyajsız üz və təmizlənməmiş dişlərə isə heç fikir vermirmiş. Odur ki, birlikdə keçirdiyiniz ilk gecənin səhəri sevgiliniz sizdən əvvəl oyanarsa, narahat olmağa dəyməz.

Lakin əgər siz ondan tez oyansanız, sizə dişlərinizi fırçalayıb saçınızı daramağı, sonra isə bir səhər yeməyi hazırlamağı tövsiyə edirəm – məharətlə dəmlənmiş bir fincan nəfis qəhvə və qayğanaq sevgilinizi tez normaya salıb, səhəri onun üçün parlaq və ürəkaçan edər. Hazırladığınız səhər yeməyini bir məcməyiyə qoyub sevgilinizə onu düz yataqda təqdim edə bilərsiniz, özünüzsə isti yorğanın altına girib, işqabağı son bərabər dəqiqələrinizdən zövq alın.

Nəhayət, səhərin ən xoşagəlməz anı yetişir – vidalaşma. Bu gecənin bərabər keçirdiyiniz son gecə olduğu ab-havasını yaratmayın. Sadəcə, ona zərif bir öpüş bəxş edib, uğurlu gün arzulayın. Nəzəri cəhətdən o sizə nə vaxt zəng edəcəyi, yaxud da bugünkü görüşünüz barədə məlumat verməlidir. Əgər bunu etmədisə, təlaşlanmağa dəyməz, rahat olun, çox güman ki, o, hələ baş verənləri yetərincə dərk etməyib və bir qədər qorxur.

Növbəti gecə və görüş onun evində oldusa, səhər yeməyini təxirə salmırıq, lakin onun evində çox yubanmamağa çalışırıq. Hətta siz evdən ondan əvvəl çıxsanız, daha yaxşı olar. Vidalaşarkən öpüş təqdirəlayiqdir.

Ondan axşam sizin dalınızca iş yerinizə gəlməyi xahiş edin və onun reaksiyasına baxın, əgər o, həvəslə razılaşıb, sizin gün ərzində nə işlə məşğul olacağınızla maraqlanmadan hara gəlməli olduğunu soruşursa, deməli, rahat olun, hər şey qaydasındadır. siz onun xoşuna gəlirsiniz, o sizə məftundur. Yox, əgər nəm-nüm edib, bu gün və hətta sabah işlərinin çox olduğunu, görüşə bilməyəcəyinizi deməyə çalışırsa, o halda sadəcə, mehriban bir təbəssümlə gözəl keçirdiyiniz vaxta görə ona təşəkkür edib gedin.

Ondan nədən narazı qaldığı və sizə etinasız yanaşdığı barədə söz almağa dəyməz. Sadəcə, çıxıb gedin. Lazım bilsə, o sizə özü zəng edəcək. Zəng etməsə, deməli, o özü heç diqqətə layiq deyil. Belə bir vəziyyətdə mənliyinizi və qədir-qiymətinizi qorumaq əsas şərtdir. İstənilən halda, siz gözəl bir vaxt və bərabər gecə keçirdiniz, odur ki, kefinizi pozmayın. Unutmayın: bu, sizin həyatınızdakı son kişi deyil.

Əgər hər şey yolundadırsa – axşamı gözləyib, parlaq təbəssümlə sevgilinizlə görüşə tələsin!

Qayda № 16
“ƏZIZIM, MƏNƏ ZƏNG ELƏ”, YAXUD ONUNLA TELEFONLA NECƏ DANIŞMAQ HAQQINDA

Telefon icad olunarkən, bu texniki nailiyyətin mübahisə və incikliklərə səbəb olacağı düşünülməmişdir. “Ah, sən mənə söz verdiyin kimi, yarım saat ərzində zəng etmədin!”, “Sən zəng edəndə biz elə az danışırıq ki…”. Gülünc və mənasızdır? Halbuki, bunlar aşiq olmuş qadının əsas kəlmələridir. Səhv buraxıb boşboğazlıq etmək olmaz. Kişilər başqa cürdür, onlar boş-boş danışmağı sevmir və yalnız iş üçün zəng edirlər.

Çox vaxt qadın, xüsusilə də aşiq olmuş qadın, sevgilisinə yüzlərcə dəfə zəng edə bilər. Bu, ilk növbədə, ona nəzarət etmək istəyindən irəli gəlir: o kiminlədir və nə işlə məşğuldur. Mənim əzizlərim, inanın ki, bu, heç də yaxşı nəticələr verməyəcək. Kişi üçün azadlığını hiss etmək və onu əldən verməmək önəmlidir, iclas və ya mühüm bir görüş zamanı gələn zənglər isə onu yalnız qıcıqlandırır və gərginliyə səbəb olur. Kişilər biz qadınlar kimi telefonla danışmağı bacarmır, əziz xanımlar.

Onlar əzilibbüzülməyə, sözü uzatmağa meylli deyillər, danışıqlarında qısa və yığcamdırlar. Əlbəttə, sizə qarşı müəyyən hissləri olan bir kişi telefonda çəmkirməz… zənginizin ilk otuzuncu dəfəsində… gün ərzində. Lakin onun səbrindən suiistifadə etməniz bəzən yaxşı nəticələr verməyə də bilər.

Siz səsinizi manipulyasiya etməyi öyrənməlisiniz. Səsiniz cəlbedici, məlahətli, şirin, eyni zamanda sakit olmalıdır. Sevgiliniz sizi eşitdikdə gərginləşməli deyil, daha da rahatlaşmalıdır.

Sevdiyiniz kişiyə gün ərzində bir və ya iki dəfədən artıq olmayaraq zəng etmək gərəkdir. Söhbətiniz ya ikiniz barədə, ya da yalnız onun barəsində olmalıdır. Onunla mətbəxinə möhtəşəm bir miz alan rəfiqəniz barədə danışmağa dəyməz. Bu, onu maraqlandırmır. Onu bu gün axşam sizin nə işlə məşğul olacağınız maraqlandırır. İş gününün bitməsini daha səbirsizliklə gözləməsi üçün isə əyninizdə ağılları başdan çıxaran alt paltarı olduğuna və onun bu paltarı tezliklə çıxarmasını arzuladığınıza işarə edin.

Sonra fantaziyanızı işə salıb, onun sizin üçün nələr etməsini istədiyinizdən və sizin onun üçün nələr edəcəyinizdən bəhs edə bilərsiniz. Sevgiliniz sizin fantaziyanızı dəyərləndirəcək və onun bütün işlə bağlı problemləri arxa plana keçəcək.

Ümumiyyətlə, kişini telefonla “yükləmək” məsləhə-t deyil. O, zəng edərkən sizin bədbin səsinizi eşitməyə cəyindən əmin olmalıdır. Sizin əhvalınız, mənim əzizlərim, həmişə yüksək olmalıdır. Öz qayğı və problemlərinizi ona yükləməməlisiniz.

Bayağı “necəsən” sualı verərək, ondan “babatam” cavabı almamaq üçün, onun nə işlə məşğul olması barədə səmimi şəkildə maraqlanın. Onu həqiqətən maraqlandıran mövzuda danışmağa çalışın, sözlərinizlə ona dayaq olun, iş gününün sonunda onu maraqlı bir axşam gözlədiyini deyin, o zaman o özü sizə, az qala, beş dəqiqədən bir zəng edəcək.

Unutmayın, tez-tez zəng edib ona “hardasan?” sualı verməklə nəzarətdə saxlamağa cəhd etməyin. Zəhlə tökməyin, sızıldamayın, ağlamayın, yalnız o halda sevgiliniz düzgün seçim etdiyindən əmin olacaq.

Qayda № 17
“TƏKBAŞINA GƏZIB-DOLAŞAN YALNIZ PIŞIK OLAR…”, YAXUD SƏRBƏSTLIK HAQQINDA

Sevgilidən asılılıq geniş yayılmış bir haldır. Özünü unutmaq olmaz. Siz bir şəxsiyyətsiniz, özü də maraqlı və dəyərli bir şəxsiyyət. Öz həvəs və meyllərinizi, dost-tanışınızı unudub tərki-dünya olmayın. Onunla ailə qurmaq istəməyiniz faktı hər saniyə onun yanında olmaq məcburiyyətində qalmanız demək deyil. Sizin özünüzün asudə vaxtınız var və siz onu istədiyiniz kimi ürəyinizcə keçirməlisiniz, lakin onsuz.

Həyatınızda “onun üstündə titrədiyi, onunla nəfəs aldığı, o əclafın isə sevgilisini elə bir yaramaz və nacinsə dəyişdiyi” barədə təsirli hekayət eşitmisiniz? Onun işlərində tamamilə itib-batan, özünü unutmuş bir “axmağı” müstəqil bir yaramaza dəyişməsinin səbəbini heç düşünmüsünüz? Biz sizə bunun səbəbini izah edəcəyik. Çünki o axmağın yarına xörək bişirib, onun paltarlarını yumaqdan, üstündə titrəməkdən başqa həyatda heç bir maraq və həvəsi yox idi.

Deməli, belə… mənim əzizlərim, əsla belə etmək olmaz! Hər birimiz son də rəcə dəyərli şəxsiyyətlərik. Lakin bəzilərimiz hesab edirik ki, sevgilimizə bir yapışqan balıq kimi yapışıb, yalnız onun həyatı ilə yaşasaq, o bunu dəyərləndirəcək və gözü bizdən başqasını görməyəcək. Bu heç də belə deyil. İnsanlar yalnız bir-birilə eyni hüquqlu olub maraqlı söhbətlər edəndə, ətrafda baş verənləri müzakirə edəndə ümumi dil tapıb, xoş ünsiyyət qururlar. Heç bir kişi corab, pal-paltar, bişən xörəklər və s. ev işləri barədə söhbətləri sevmir.

İlk vaxtlar, bəli, təmiz və ütülənmiş pal-paltar geyinmək, isti və ləziz yeməklər yemək onun xoşuna gəlir. Zaman keçdikcə isə o, sizi artıq bir şəxsiyyət kimi qəbul etmir və sizin simanızda danışmağı bacaran bir ev əşyası görür.

Elə buradan da bir tövsiyə irəli gəlir: siz daim dünyagörüşünüzü genişləndirməli, özünüzdə yeni-yeni istedadları inkişaf etdirməlisiniz! Onun bacarmadığı və ya məşğul ola bilmədiyi bir işlə məşğul olun. Sizə daha yüksək dəyər gətirəcək bir fəaliyyət növünə başlayın: yaradıcılıq istedadınız varsa, özünüzü itirməyin, hansısa bir jurnal üçün, qısa da olsa, maraqlı məqalələr yazın, yarışlarda iştirak etmək üçün rəqs dərnəyinə gedin, müxtəlif sərgiləri gəzin, rəfiqələrinizlə gəzintilərə çıxın və s. Bir şeyi də qulağınızda sırğa edin: sizin özünüzün, tamamilə müstəqil bir gəlir mənbəyiniz olmalıdır!

O, özü sizə pul təklif etmirsə, ondan pul istəməyin: bu alçaldıcıdır və sevdiyiniz adamın sizin haqqınızda olan fikrini əhəmiyyətli dərəcədə mənfiyə doğru dəyişir. Siz sağlam və ağlı başında bir fərdsiniz, özünüzü təmin etməyi bacarırsınız, kişinin heç də sizə gözəllik salonları üçün pul verib, sizi restoranlarda gəzdirmək məcburiyyətində olduğunu, özünüzün isə bütün bunları qəbul etməkdən başqa heç nə etməli olmadığınızı düşünməyin. Bu, yanlış fikirdir, nəticələri də ürəkaçan deyil. Bikarçılıq, fəaliyyətsizlik, kütlük və daxili tənbəlliklə hər kəsi özünüzdən uzaqlaşdıra bilərsiniz. Hörmətli və möhtərəm olmaq istəyirsinizsə, müstəqil olmağı öyrənəcəksiniz!

Qayda № 18
“GƏL BARIŞAQ, GƏL BARIŞAQ, BARIŞAQ…”, YAXUD DÜZGÜN BARIŞMAQ SƏNƏTI HAQQINDA

Düzgün barışmağı hər adam bacarmır. Hər iki tərəf özünü haqlı hesab edir və heç kim sözündən qaçmaq istəmir. Amma bunu da bacarmaq lazımdır! Özü də bunu məhz siz etməlisiniz. İlk addımı atmaqla siz hər baxımdan qalib gələcəksiniz: sevdiyinizi, üzüyola olduğunuzu sübut edəcəksiniz və sizin üçün nə qədər çətin olsa da, haqsız olduğunuz faktını qəbul edəcəksiniz. Bir sözlə, mübahisə edəndə də, qaydalara riayət edin.

Beləliklə, aranız dəyib. Nə olar, bütün cütlüklərin arasında olan işdir. Ən əsası, sözügedən vəziyyətdə kimin haqlı, kimin haqsız olduğunu yaxşıca təhlil etməkdir. Sizin ona, onun da sizə dediklərinizin hamısını bircə-bircə yadınıza salın. Mübahisə zamanı qarşılıqlı tənələr qaçılmazdır – iddiaları irəli sürmək üçün, adətən, apogeyinə çatanadək səbir olunur, sonra isə ən qeyri-münasib anda üzə çıxarılır.

Hər ikiniz istəmədiyiniz sözlər deyib bir-birinizin qəlbini qırmısınız, indi isə ikiniz də bundan əziyyət çəkirsiniz. Barışıq problemi, adətən, nə sizin, nə də onun bundan sonra necə hərəkət etməli olduğunu və necə barışmaq lazım olduğunu bilmədiyinizdən ibarət olur.

Bizim məsləhətimiz budur: əgər mübahisə boş bir şeyə görə baş vermişdirsə, məsələn, o, sizin pişiyinizi yemləməyib, sizə çarpayıya qəhvə gətirməkdən imtina edib, yaxud da siz onu “Pejo”sundan siqnal verən sarışın bir qıza qısqanmışsınızsa, sizi inandırırıq ki, məsələ bir çürük qoza dəyməz. Mübahisələrin əksəriyyəti qadının daha emosional olduğu və hisslərini idarə edə bilmədiyi üzündən baş verir. Kişilərin kirimişcə durub susduğu halda, biz düşünmədən incikliklərimizi ifadə edirik. Özümüzdən çıxıb işi o yerə çatdırırıq ki, o da qışqıraraq: “Necə bəyəm, sənə çığırıb-bağıran bir məxluq lazımdır?!” – deyə suallar yağdırmağa başlayır.

Əgər məsələ məhz bu şəkildə baş veribsə, heç nəyi düşünmədən ona zəng edib görüşə dəvət edin və sakitcə mübahisənizə aydınlıq gətirin. Sevgilinizə gərginləşib əsəbiləşdiyinizin səbəbini izah edin, bu mübahisənin baş verdiyindən peşman olduğunuzu və bunun böyük bir yanlışlıq olduğunu bildirin.

Daha bir məsləhət: mübahisə etməsəniz, daha yaxşı olar. Mübahisənin qaçılmaz olduğunu hiss edirsinizsə, sadəcə üz-üzə oturub, onunla vəziyyətə aydınlıq gəti rərək söhbət etməyə çalışın. Çığır-bağır, göz yaşı, qəzəb və hiddətə tutulmuş şüur heç də yaxşı nəticələrə gətirib çıxarmaz. Rahat, özünüzdən çıxmadan danışın və əsla özünüzü məsələnin qurbanı kimi göstərməyin. Onu günahlandırmayın, söhbətiniz mübahisə yox, sadəcə bir müzakirə şəklində keçməlidir. Bir də bu, təbii ki, təkcə sizin monoloqunuz yox, dialoq olmalıdır. O da öz fikrini bildirməlidir.

Kompromisə getməyi, güzəşt etməyi öyrənin, onda başqaları da sizə qarşı rəhmdil olacaqlar. Sevgiliniz isə sizinlə hansısa bir problemi çığır-bağırla deyil, müzakirə ilə aradan qaldırmağın mümkün olduğuna görə sizə dəyər verəcək. Odur ki, mübahisə etməyin, üzüyola olun, kompromisə getməyi bacarın ki, o da bir ömür boyu sizdən ayrılmasın!

Qayda № 19
“SƏNINLƏ QIRĞINA ÇIXACAĞAM…”, YAXUD DÜZGÜN MÜBAHISƏ ETMƏK HAQQINDA

Dava-dalaş, qırğın-qiyamət – qorxunc bir şeydir! Hər iki tərəf bir-birinin yeni, o biri üzünü görür və bəzi hallarda bütün sərhədləri keçir. Xoşagəlməz aqibətdən necə qurtulmaq gərəkdir? Aqressivliyinizlə onu ürkütmədən xasiyyətinizi bildirin. Ağıllı olun və özünüzü düzgün aparın: qışqırın, hönkürüb ağlayın, əsası odur ki, o məyus olmadan mübahisənin səbəbini anlasın.

İndi isə kişi ilə əsl mübahisə adlanan mürəkkəb bir proses haqqında söhbət açacağıq. Az öncə necə barışmaq lazım olduğundan bəhs etdik. İndi isə necə mübahisə etməyi izah edəcəyik. Bəzən kişiyə sözünü çatdıra bilmək üçün mübahisə yeganə çıxış yolu olur. Məsələn, hansısa bir problemin sakit şəraitdə müzakirəsi fayda verməyəndə. Siz narazılığınızın səbəbini ona bir, iki, üç və daha çox dəfə deyirsiniz, lakin o yenə də sizi anlamır, öz bildiyini və sizin ürəyinizcə olmayanları etdiyi hallarda. Ola bilsin ki – o, sizin o qədər də əsəbiləşmədiyinizi düşünür və bu səbəbdən də bildiyinə davam edir.

Mübahisə zamanı əsası olan onun əqli qabiliyyətini təhqir edən sözlərdən istifadə etməməkdir. “Kütbeyin” sözünü istənilən vaxt “inadkar, tərsməzhəb” və s. sözlərlə əvəzləmək olar.

Düzgün və tədbirli bir mübahisə zamanı siz istədiyiniz qədər səsinizi ucalda, hətta söyüş sözlərindən istifadə edə (qoy bu da onun üçün bir sürpriz olsun: bəli, siz də ara söyüşlərini bilirsiniz – lazım gələrsə!), ayaqlarınızı yerə vura, qab-qacaq sındıra bilərsiniz. Nə istəsəniz edə bilərsiniz, lakin unutmayın – ona zərbə vurmaq, xətər yetirmək, mübahisənin baş verdiyi məkana ciddi ziyan vurmaq, kənar şəxsləri sizin mübahisəyə cəlb etmək kimi hərəkətlər qəti istisna olunur. Sizin mübahisəniz sırf sizin aranızda olan bir haldır və böyük ehtimalla bu hal coşqun barışıqla bitəcək, ona görə də qonşuların iştirakı qətiyyən məqsədəuyğun deyil.

Hönkürüb ağlaya da bilərsiniz – zənnimcə, hər bir qadın istəsə, bunu edə bilər, qadının göz yaşı qarşısında kişilər aciz qalır, çünki ağlayan qadına təsəlli verib sakitləşdirməkdə çətinlik çəkirlər. Ümumiyyətlə, qadının göz yaşları bir çox kişilərə eyni cür təsir göstərir: onlar donub qalır və boğuq səslə danışmağa başlayır: “Yaxşı-yaxşı… Nə oldu? Xahiş edirəm, ağlama…” Bizim göz yaşlarımız kişini tamamilə çaşdırır və istədiyimizi əldə etməkdə yardımçımız olur.

Lakin mənim əzizlərim, sizə bir xəbərdarlıq etmək istəyirəm: — necə deyərlər, hər şey ölçüsündə və lazımi dərəcədə olmalıdır. Mübahisələrdən sui-istifadə edib hər boş şeyin üstündə onlara əl atmayın, əks təqdirdə, sizin göz yaşlarınıza qarşı kişidə davamlılıq və möhkəm immunitet yaranacaq və o, sizin tələblərə reaksiya verməyəcək. Boş-boş şeylərin üstündə mübahisələr yaratmaqla sizin ciddi bir vəziyyətdə istədiyinizi əldə edə bilməməniz təhlükəsi qaçılmaz olar. Mübahisə son aylar ərzində yığılıb qalan artıq mənfi enerjini söküb atmaq üçün əla üsuldur. Lakin bir daha təkrarlayıram – onlardan sui-istifadə edib sayını artırmayın.

III FƏSİL
Məişət – problem deyildir
Qayda № 20
“GÖYDƏ BULUDLARI DA ÖZÜM QOVARAM…”, YAXUD HƏR ŞEYI ÖZ ÜZƏRINƏ GÖTÜRMƏYIN GƏRƏKSIZ OLDUĞU HAQQINDA
Müasir qadınlar güclü və mətanətlidirlər və hər şeyi öz üzərlərinə götürməyə alışqan olmuşlar. Buraya xörək hazırlanmasından tutmuş, vanna otağında rəf üçün divara mismar çalmağa kimi bütün işlər aiddir. Lakin bəlkə ətrafa baxmağın zamanı yetişib? Yanınızda bir kişi var və həyatınızı başdan-ayağa həyat yoldaşınızın qayğılarını çəkməklə bitirməyə dəyməz. Hüquq bərabərliyi burada əsas şərtdir!
Hamımıza yaxşı məlumdur ki, xanımlarımız arasın da Ərəbzəngi cəsarətli, mərd və qoçaq olanları az deyil. Təəssüf ki, bir çoxlarımız zərif bir məxluq, xanım oldu-ğumuzu bəzən unudur, gücümüz çatandan artığa əl atıb, hər şeyi öz üzərimizə götürməyə çalışırıq. İşdən qayıdarkən dükandan alış-veriş edib, ağır-ağır zən billəri evə gətirib, xörək bişirmək, onun da ardınca paltar yuyub-ütüləməkdə nə çətinlik var ki, elədir? Xeyr, mənim əzizlərim, bunu unudun!

Normal münasibətlərin əsasını demokratizm və hüquq bərabərliyi təşkil edir. Sevdiyinizlə, yarınızla siz eyni cür çalışıb, eyni cür yorulursunuzsa, ev və məişətdə də əmək və qayğılarınızı bərabər bölüşməlisiniz. Qadın olduğunuzu ilk gündən hiss etdirin, bu üzdən də ağır zənbillər daşımaq, evi öz əllərinizlə təmir etmək və digər ağır işlər görməyin sizə aid olmadığını aydınlaşdırın. İnanın ki, bu tədbirlər gələcəkdə sizi artıq problemlərdən xilas etmiş olacaq.

Qeyd edək ki, sizin həyat yoldaşınız evin və ailənin ağır işini özü gördüyündən, daha da xoşhal olacaq.

Sizin şəxsi həyatınızın ev qayğılarından ibarət bir yumaq olmadığını birdəfəlik yaddaşınıza həkk etməlisiniz. Həyatınızı məzmunlu, şən, sevinc və səadət dolu günlər təş-kil etməlidir. Uşaqlıqda bir çoxlarımızın beynimizə yeridilən qadının yemək bişirməli, ev yığışdırmalı, paltar yuyub-ütüləməli və s. sonsuz işlər görmək məcburiyyətin-də olduğu hekayələri isə unudun. Heç kəsin heç kəsə borcu yoxdur. Müasir dünyamızda qadınlar professional iş sahəsində bəzən kişilərdən daha artıq işləyir, daha çox məsuliyyət daşıyırlar.

Belə olan halda nə üçün biz canımızı əldən verərək istəmədiyimiz işlərlə də məşğul olmalıyıq? Sevgiliniz üçün ləziz yemək bişirib, paltarlarını səliqəyə salmaq içinizdən səmimi şəkildə gəlirsə, onda heç bir problem yoxdur, buyurun, irəli, buna heç kim bir qadağa qoymur! Lakin əgər buna gücünüzün və istəyinizin olmadığını hiss edirsinizsə, özünüzü məcbur etməyə ehtiyac yoxdur.

Bəzi qadınlar belə deyər: “Axı o, necə paltar yuyacaq? İşdə elə yorulur ki…” Bir dəqiqə… bəs siz? Sizin ondan az işlədiyinizi və onun sizdən daha çox yorulduğunu sizə kim deyib? Siz də onun qədər çalışır, onun qədər yorulur və ən azından onun qədər ev qayğılarının bərabər bölgüsünə ümid etmək hüququndasınız.

Bu məsləhətimizi unutmayın, gələcək ailə həyatında çox gərəyiniz olacaq. İlk gündən yarınıza sizin kölə və qulluqçu olmadığınızı, ev qayğılarında itib-bataraq canınızı bu yolda xərcləmək niyyətində olmadığınızı aydınlaşdırın. Ailədəki vəzifə və məsuliyyətlərinizi ilk başdan bərabər şəkildə bölüşdürün ki, sevgi qayığınız məişət riflərinə3 çırpılaraq fəlakətə uğramasın.

Qayda № 21
“BU GÜN BIRI, SABAH DIGƏRI”, YAXUD ÖZÜNƏ XILAF ÇIXMADAN NECƏ DƏYIŞMƏK HAQQINDA

Kişilər müxtəlif qadınları sevir, bunu yadınızda saxlayın və hər zaman müxtəlif olmağa çalışın. Bu gün coşqun bir qarabuğdayı canan, sabah isə şirin bir sarışınsınız. Bu gün özünüzü vamp-qadın kimi, sabah isə sadəlövh qızcığaz kimi aparırsınız. Sevdiyinizin diqqətini təzələyib canlandırmaq üçün dəyişikliklərdən çəkinməyin. Lakin müəyyən problemlərdən uzaq olmaq üçün bu işdə öz ətrafınızı və onun zövqünü mütləq şəkildə nəzərə alın.

Hər birimiz dəyişilməyi sevirik – qadın varlığının mahiyyə-ti budur. İmicimizə, saç düzümümüzə, geyi mimizə, dırnaq və dodaq boyalarımızın rənginə və ümu miyyətlə, hər şeyə yenilik və dəyişiklik qatmağı sevirik. Belə bir sual ortaya çıxır: gənc bir adamla görüşməyə başlayırsansa, xarici görünüşünü dəyişikliyə uğratmağa dəyərmi? Bu suala düşünmədən cavab verəcəyəm: dəyər!

Kişilər yanında gözəl və dəyişkən, cəlbedici və özündən əmin bir qadın görmək istəyir. Bəs özünəəminlik hissimizi nə artıra bilər? Saçların yeni düzümü və rəngi. Sizə növbəti bir məsləhətimi vermək istəyirəm: xarici görkəminizdə eksperimentlərə başlamazdan öncə, sevgilinizin zövqünü xəlvətcə öyrənib araşdırın.

Yeri gəlmişkən qeyd edək ki, kişilərin zövqü də birmənalı deyil. Məsələn, bəziləri özlərini həddindən artıq sevdiyi üçün Piqmalion kimi sizə yaraşmış parlaq bir obraz yaratmağa çalışırlar. Əgər kişi sizin bir-iki kilo arıqlamağınızı və ya kökəlmənizi, saçlarınızın rəngini kökündən dəyişmənizi, saç qaynaq etmənizi və ya saçlarınızı bütünlüklə qırxdırmanızı, ümumiyyətlə, xarici görkəminizi tamamilə dəyişməyinizi istədiyini sizə bildirirsə, tələsməyin, bir düşünün görüm, belə kişi sizə lazımdırmı?

Çox güman ki, o, daim sizi özü üçün ideal olan bir obrazla müqayisə edir və inanın ki, belə olan halda siz heç zaman onun irəli sürdüyü tələblərə uyğun gəlməyi bacarmayacaqsınız. Əvvəlcə saç qaynağı vasitəsilə saçlarınızı xeyli uzadacaqsınız, sonra onları ağ rəngə boyayacaqsınız. Sonra sinənizi və dodaqlarınızı silikon vasitəsilə şişirdəcəksiniz. Nəticədə kimə bənzəyəcəksiniz? Düz tapdınız – Pamela Andersona!

Amma siz axı o deyilsiniz. Siz, misal üçün, Xoşqədəm Bayramovasınız və sizin öz mənfi və müsbət cəhətləriniz var! Heç kimə, hətta ən sevdiyiniz adama belə, sizi özünüz olmaqdan çıxararaq, bir başqası etməyə yol verməyin. Siz sizsiniz, bir individ, bir şəxsiyyətsiniz!

Odur ki, vaxtaşırı dəyişiklik lazımdır, lakin zövqünüzə, dünyagörüşünüzə, mənəvi dəyərlərinizə xilaf çıxmadan dəyişmə-yi bacarmaq gərəkdir. Dəbə uyğunlaşmağa can atmağa da ehtiyac yoxdur. Ətrafınızda hamı saçını dəbdir deyə yaşıl rəngə boyasa da, siz öz fərdiyyətinizi qoruyub-sax-layın və saçınızı sizə, həqiqətən, yaraşan bir rəngə boyayın.

Günbəgün müxtəlif olun, eyniliyin daşını atın: bu gün kürəyinə çadır olan çantanı alıb, ayağına idman ayaqqabısı geyinərək dağlara səfərə çıxmağa hazır olan bir dəcəlsiniz, sabah işgüzar bir kostyum geyinmiş biznesledisiniz, birigün isə dekolte paltar geyinmiş son dərəcə cəlbedici bir xanımsınız. O zaman sevgiliniz sizin yanınızda heç vaxt darıxmaz.

Qayda № 22
DAVAMLILIĞIN YOXLANMASI, YAXUD ONU SINAMAĞA DƏYƏRMI, DƏYMƏZMI?

Sevdiyiniz kişinin hisslərini sınamağa dəyərmi? Birdən onun davranışı sizin hazırlayıb, quraşdırdığınız bir vəziyyətdə sizi məyusluğa uğratdı? Əlbəttə, ümidləriniz boşa çıxmasa, axtardığınız suala — ürəyinizcə olan bir cavab alsanız, yaxşıdır, o zaman hər ikiniz bu vəziyyəti müzakirə edib gülə-cəksiniz. Bəs əgər hadisələr tərsinə cərəyan edərsə? Düşünün-daşının!

Maraqlı sualdır, deyilmi?.. Bir neçə situasiyaya nəzər salaq.

Bir nəfər – deyək ki, İradə adında bir qız sevgilisinin onun hamilə olduğu xəbərinə necə reaksiya verəcəyini yoxlamaq qərarına gəlir. İradə xanım ona xəbəri verdi və onun sevincək “Yaşasın! Mən ata olacağam!” deməyini gözləyərək gözlərini yumdu. Gözlərini açanda isə sevgilisi artıq yanında yox idi, telefon zənglərinə cavab vermir və ümumiyyətlə, birdəfəlik itmişdir. Beləliklə, “sevgili yarın” əclaf xisləti üzə çıxdı – yaxşı ki, İradə, həqiqətən də, hamilə deyilmiş.

Daha bir misal… Daha bir Sevil adlı qız sevgilisilə həmin oyunu oynadı, lakin Sevil tamamilə başqa bir reaksiya ilə üzləşdi. Sevdiyi oğlan sevincdən, az qala, boğularaq onu qucağına alıb: “Nəhayət! Arzularım çin oldu, İlahi!” – deyə bağırır və təcili nikah bağlamalı olduqlarını bildirir. Sevilin ağzını açmağa qoymadan uşaq otağının hansı çalarlarda olacağını, dünyaya oğul və ya qız gələcəyini, oğlu ilə necə oynayacağını, qızına haraları gəzdirəcəyini təsvir etməyə başladı.

Qızın bunun bir zarafat, bir sınaq olduğu xəbərini verəndə oğlanın əhvalını təsəvvür etmək çətin deyil. Oğlan çox məyus olmuşdu və aralarında, az qala, ayrılığa gətirib çıxara biləcək mübahisə baş verdi. Allaha şükür ki, indi onların münasibətləri qaydasındadır və onların gözəl bir balası böyüyür. Lakin sevgilisinin o “zarafatı” oğlanın hələ də yadından çıxmır.

Qətibə adlı bir qız isə bir oğlanla görüşməyə başlayanda sevgilisinin küçədə ona söz atan xuliqanların cavabını necə verəcəyini yoxlamaq fikrinə düşür. Xuliqanlar rolunda Qətibənin iki nəfər qrup yoldaşı çıxış etdilər. Oğlan nəinki qızın müdafiəsinə əl qoymadı, üstəlik qorxaqlar kimi dabanına tüpürüb oradan qaçdı. Qətibə həyatında hələ bu qədər utanmamışdı, bir də üstəlik məyus da olmuşdu.

Beləliklə, sevgilini sınamağa dəyərmi? Mahnıda deyildiyi kimi, “sevgilini sınama, sınayırsan – qınama”. Misallardan belə nəticəyə gəlinir ki, sınamağa dəyməz. Sizin məsum sandığınız zarafat və sınağa sevgilinizin reaksiyasını heç kim əvvəlcədən görə bilməz. O, köksünü ötürüb sevinə də bilər, sizi danlaya da bilər, hətta sizdən çox möhkəm inciyə də bilər (üstəlik, sizin ona etibar etmədiyinizi də düşünə bilər).

Şübhəsiz ki, bəzən sevgili yarın bu və ya digər vəziyyətdə özünü necə aparacağını, necə davranacağını bilmək maraqlı olur. Lakin ağılsız hərəkətlərə və zarafatlara yol verməmək və həyatı öz axarı ilə buraxmaq daha məqsədəuyğun olar. Həyat özü sizə sevgilinizə etibar edə bilib-bilməyəcəyinizi və onunla münasibətlərdə necə davranmalı olacağınızı göstərəcək.

Qayda № 23
EYHAM VƏ KINAYƏLƏRSIZ, YA DA BU VƏ YA DIGƏR IŞDƏ ONU NECƏ HƏRƏKƏTƏ GƏTIRMƏK HAQQINDA

Siz sevdiyiniz adamın həyat yoldaşı olmaq niyyətindəsiniz. Yox, siz onun qanuni arvadı olmağı arzulayırsınız. O isə?.. Susur. Onu gələcək planlarınızla tanış etməyin zamanı gəlib çatıb. Açıqaşkarcasına deyil, azacıq söhbətə təkan verməklə. Sizə evlənmə təklif etmədə yubanmalara yol verməsin deyə…

Siz sevdiyiniz oğlanla kifayət qədər uzun müddətdir görüşürsünüz və dəfələrlə ürəyinizdən onu evlənmə fikrinə salmaq niyyəti keçir. Onun özü bu barədə heç bir kəlmə də demir, siz isə ondan bu istəkli sözləri eşitməyi və tezliklə barmağınıza nişan üzüyü taxmağı arzulayırsınız. Siz artıq özünüzü duvaqlı bir gəlin xəyal edir və VVAQ şöbəsinin doluyağız işçisinin sizə çoxdandır gözlədiyiniz “Sizi ərlə arvad elan edirəm…” sözlərini deməsini təsəvvür edirsiniz. Eh-h… O isə hələ də susur.

Əgər belədirsə, deməli, hərəkətə keçməyin zamanı gəlib. Qəhrəmanın öz xoşu ilə evlənməyi təklifetmə mərhələsinə “gəlməsini” yalnız gözəl filmlərdə görmək mümkündür. Bizim kişilər buna qadir deyildir. Bunun üçün onları, necə deyərlər, dümsükləmək gərəkdir.

Beləliklə, onunla birlikdə bədii filmlərə baxmağa başlayın və qəhrəmanların uzun sürən periferiyalardan sonra evlənməsi səhnələrində sevincdən kövrələrək göz yaşlarınızı saxlaya bilmədiyinizi nümayiş etdirin. Onunla birlikdə ziyafət və toy paltarları salonunun yanından keçərkən özünüzə toy paltarı seçməyə başlayın, onun da fikrini öyrənin və sözarası onun krinolinli paltarlaramı, yoxsa yunan üslubunda tikilmiş paltarlaramı üstünlük verməsilə maraqlanın. Ona dost-tanışlarınızın toyları haqqında bəhs edin. Zəhlə tökmədən onunla toyunuzda kimi görmənizi istədiyinizi və s.

Bu kimi məsələləri müzakirə edin. Onu tədricən sözügedən hadisənin labüdlüyü və qaçılmaz olduğu barədə fikrinə alışdırın. Kişilər təbiətcə qorxaq məxluqlardır. Onlar toy və evlənmə ilə dəyərli azadlıqlarını, bar məclislərini, bilyard və boulinq oyunlarını, dostlarla görüşləri və s. əyləncələrini itirəcəklərindən qorxurlar.

Sizin üçün nə qədər çətin olsa da, dişinizi canınıza sıxıb onu belə səfərlərə buraxmanız önəmlidir ki, toydan sonra da belə sərbəst həyatının davam edəcəyindən şübhəsi olmasın. Vaxtaşırı evlənmənin sizin üçün nə qədər önəmli olduğuna, sadəcə pasport möhürü deyil, daha yüksək dəyər daşıdığına söz vurun. Bu söhbətləri gözəl şam yeməyindən və yaxud yorğunluq masajından sonra açmanız daha yaxşı olar, o halda rahatlaşmış və yumşalmış kişi sizin üçün ürəyiniz istədiyini etməyə hazır olacaq.

Sonda isə, əgər bütün bu fəndlər ona təsir etmirsə, tam aydın şəkildə, olduğu kimi sualı ona verin. Qeyriadi olun, özünüz ona evlənmə təklifi edin. Yalnız kişinin evlənmə təklif edə biləcəyi zamanlar keçmişdə qaldı. Müasir dövrümüzdə qadının da evlənmə təklif etmək hüququ var. Təbii ki, bu, ən sonuncu çıxış yoludur, lakin işlərin bu yerə gəlib çatmayacağına ümidimizi itirməyək.

Bütün fəndləriniz əbəs yerə getmədisə, tezliklə xəyal etdiyiniz gözəl sözləri və nişan üzüyünü gözləyin.

Unutmayın: kişini mühasirəyə alma işi uzun da çəkə bilər, lakin bu dünyada qadın üçün mümkün olmayan bir şey yoxdur. Hər bir qadın ailə qurub ərə gedə bilər. İngilislər deyir ki, qadının istəyi Allahın da istəyidir. Səbir və əmək hər şeyə qalib gələcəkdir, əsası odur ki, ruhdan düşməyin.

Qayda № 24
ŞƏRHLƏRSIZ, YAXUD ONUN HƏRƏKƏTLƏRINI ŞƏRH ETMƏYIN MƏSLƏHƏTLI OLMADIĞI HAQQINDA

O, dəlibaşlıq etməyi sevən təcrübəli bir sürücüdür. Yaxud da sizin kimi təcrübəli bir avtomobilçini evinizə yola salmağa cəsarət edən naşı. İstənilən vəziyyətdə – susun! Kişilər özünü hamıdan ağıllı hesab edir, xüsusilə də maşın idarə edərkən. Ona məsləhətlər vermək, ya da danlamaq lazım deyil. O, demək olar ki, bütün hallarda haqlıdır. Haqsızdırsa da (əksər hallarda olduğu kimi), heç vaxt bunu boynuna almır. Siz onun anası və yaxud rəisi yox, rəfiqəsi və sevgilisisiniz. Bunu unutmayın!

Sevdiyiniz adamla maşında gedərkən sükan arxasında siz olmuşsunuz? Maraqlıdır, o sizə həmin vaxt nəsə deyibmi? Deyibsə, çox güman ki, bunun sizi nə qədər qıcıqlandırdığını xatırlayırsınız. Sizin də kişilərin geyiminə, vərdişlərinə, maşın sürmələrinə dair şərh və töhmətləriniz onları qıcıqlandırır. Buradan bir nəticə irəli gəlir – onun hərəkətlərini heç vaxt şərh etməyin. İnanın ki, sizdən başqa, onun həyatında şərh və məzəmmət edən qadınlar kifayət qədərdir – məsələn, anası və ya rəisi.

Yəqin ki, siz onlara oxşamaq istəməzsiniz?! Siz faydalı şəkildə fərqlənməlisiniz! Əgər kişiyə bir irad tutmaq niyyətindəsinizsə, öncə onu nə şəkildə ifadə edəcəyinizi yaxşı-yaxşı düşünün. “Sənin necə də axmaq qalstukun var! onu necə taxırsan?”, yaxud “Bu iyrənc ətirli hava təmizləyicisini dərhal çıxar, mənim ondan ürəyim qalxır!” kimi ifadələr işlətsəniz, sizcə, kişi bunlara necə reaksiya verər? Təbii ki, o, qalstukunu çıxaracaq, hava təmizləyicisini yığışdıracaq, lakin dünyanın ən mədəni və nəzakətli bir xanımının onun qisməti olduğunu, çətin ki, düşünə.

Beləliklə, nəzakət və mədəniyyət bütün zamanlarda münasibətlərinizin əsas ünsürlərindən biri olmalıdır. Tələbkarlıq etmək deyil, yumşaq, sakit və mədəni surətdə xoşunuza gəlməyənləri ona bildirə bilərsiniz.

Onu tənqid etməyin – o, bütün hərəkətlərinin düzgün olduğunu, sizin onu hər baxımdan dəstəklədiyinizi və heç zaman qınamayacağınızı hiss etməlidir. Siz onun arxa cəbhəsi, söykənəcəyi, hər baxımdan özünü rahat hiss etdiyi biri olmalısınız. Siz ona əyin-baş seçib, ona şərflə papaq geyinməyi məcbur edən ikinci anacığazı olmamalısınız. Yadınızda saxlayın: sizin yarınız tam hüquq səlahiyyətli, ağlı başında, bacarıqlı və müstəqil bir adamdır, nəyi necə edəcəyini də çox yaxşı bilir. Ona tərbiyə keçməyin. Axı biz özümüz də kişinin hərəkətlərimizi, danışığımızı, gülüşümüzü, yerişimizi bəyənməyib bizə irad və tənqidlər irəli sürməsini sevmirik.

Hər birimizin çatışmayan cəhətləri vardır. Bəzilərinin zövqü yoxdur, bəziləri çox ucadan gülür, bəziləri isə kloun kimi geyinməyi sevir. Sizin sevgiliniz də istisna deyil, onun da öz çatışmayan cəhətləri var və siz bunları dəyişmək iqtidarında deyilsiniz. O, davranış üslubunu çoxdandır müəyyənləşdirmiş, artıq böyük bir oğlandır. Bu üzdən onun xırda şıltaqlıqları ilə barışın, olduğu kimi, bütün mənfi və müsbət cəhətlərilə qəbul etdiyiniz ən əziz və sevdiyiniz adamla bərabər olmanızdan zövq alın. Yalnız o zaman onun da sizin mənfi cəhətlərinizə göz yumub, kornişon və balaca ev itlərinə olan simpatiyanızı anlayışla qarşılayacağından əmin ola bilərsiniz.

Qayda № 25
“YAŞASIN! TƏBIƏT QOYNUNA GEDIRIK!”, YAXUD IKINƏFƏRLIK PIKNIKI NECƏ TƏŞKIL ETMƏK HAQQINDA

Təmiz hava, kabab və yaxşı kampaniya. Əla! Əsas olan bütün vəzifələri öncədən paylaşdırmaq, hər xırdalığa nəzər yetirmək və xoş əhvali-ruhiyyənizi də özünüzlə götürməyi unutmamaqdır.

Beləliklə, gözəl hava, xoş keçən günlər yaxınlaşır və siz təbiət qoynuna çıxmaq arzusundasınız. Əvvəlcədən piknikə dost-tanış kompaniyası iləmi, yoxsa ikilikdəmi gedəcəyiniz barədə danışın. Təbii ki, ikilikdə getməniz daha romantik olar. Əsas olanı heç nəyi unutmamaq və pikniki ürəkaçan şəkildə təşkil etməkdir.

Ən başlıcası zəhlətökən ağcaqanad və digər qaniçən lərə qarşı olan müxtəlif növ repellentlər almağı unutmayın. İkincisi – əyninizi düzgün geyinin. Hətta minik avtomobililə getsəniz belə, piknikə hündürdaban ayaqqabı geyinilməz. Ağzınızda meşə, təbiət deyirsiniz, hər şey ola bilər, yüngül idman ayaqqabısı, cins şalvar və isti sviter geyinməniz sizin özünüz üçün də rahat olacaqdır.

Qayda № 26
“OLARMI MƏN DƏ CƏHD EDIM?”, YAXUD DOSTLARLA ISTIRAHƏT, HƏMÇININ OĞLAN QONAQLIĞI

Siz onun bütün vaxtını sizə sərf etməyini istəyirsiniz. Lakin onun dostlarının və onlarla görü-şüb istirahət etmək istəklərinin olduğunu da unutmayın. Əlbəttə, əgər o, dostları ilə striptiz-klubda görüşmürsə, onun oğlan yığıncağına get-məsinə izn verə bilərsiniz. O, sizin simanızda necə bir “qızıl parçası”na sahib olduğunu anlayıb dəyərləndirəcək.

Ah, bu xatakar oğlan qonaqlıqları! Qadın nəzarətindən uzaq düşmüş kişilər məclisində, kim bilir, nələr baş verir!

Beləliklə, kişimizi oğlan məclislərinə buraxmaq olarmı-olmazmı? Biz sizə bunu deyə bilərik: kişilərin bu məclislərdə ürəkdolusu içib keflənərək həyat yolda şına xəyanət etmək fürsəti haqqında əfsanələr tam cəfəngiyatdır. İçməyinə içirlər, amma xəyanətə qədər gedib çıxa bilmirlər, məhz elə möhkəm kefli olduqları üçün. Odur ki, narahatlığın yeganə səbəbi sevgilinizin alkoqolun dozasında həddini aşaraq çox içməsi, səhəri gün isə naxoşlaması ehtimalı olmalıdır.

Ümumiyyətlə isə həm sizə, həm də ona vaxtaşırı öz dost-tanışınızın kampaniyasında bir-birinizdən, necə- deyər-lər, “istirahət etmək” lazımdır. Razılaşın ki, bəzi — mövzuları kişi ilə müzakirə etmək mümkün və məqsədəuyğun deyil. Sizi inandırım ki, onun da yalnız dostları ilə müzakirə edəcəyi mövzuları və söhbətləri vardır. Bu səbəbdən də sevgilinizə sizdən uzaqlaşıb dostları ilə istirahət etmək üçün imkan və şərait yaradın, bu arada siz özünüz də darıxmamaq üçün rəfiqələrinizlə görüşün.

Ona və onun sədaqətinə inamınızı bildirmək üçün zaman-zaman ona sərbəstlik verin. Belə olan halda o da sizin rəfiqələrlə görüşlərinizə etiraz etməyəcək.

Ən önəmlisi “siz orada nə işlə məşğulsunuz” deyə saatda beş dəfə zəng edib onu narahat etməyin. Gün ərzində ona neçə dəfə və hansı vaxtlarda zəng edəcəyiniz barədə əvvəlcədən sövdələşməlisiniz və qətiyyən onun “Yəqin ki, keflənib qızlar da dəvət etmisiniz məclisinizə” deyə axmaq suallar və tənələrlə zəhləsini tökməyin. Sizin inamsızlığınız onda sizin hamını öz arşınınızla biçmənizə dair şübhələr doğura bilər və həqiqətən, də məclisə qızların dəvəti fikri heç də pis görünməz.

O, dostları ilə görüşüb pivə içməyə getmək istədiyini bildirəndə, heç vaxt qalmaqal salaraq çığırıb-bağırmayın, çalışın elə edəsiniz ki, o sizi də özü ilə bu görüşlərə götürsün, o halda dostları və ətrafı sizin daim onun yanında olmanıza alışacaqdır. Ona maraqlı həmsöhbət, hər şeyi anlayan və istənilən vəziyyətdə onu dəstəkləyən dost, sirdaş, yoldaş olun. Bu halda o, qətiyyən sizdən ayrılmaq istəməz, onu bu cür anlayan, qəlbinə yaxın olan birini nə üçün əldən versin ki?

Ona etibar edin, çünki yaxşı münasibətlərin əsasını məhz inam, etibar təşkil edir. Sizin rəfiqələrinizlə görüşərkən ondan umduğunuz reaksiyanı onun da dostları ilə görüşdükdə siz sərgiləyin, o zaman aranızda heç bir anlaşılmazlıq və mübahisəyə yer olmayacaq.

Qayda № 27
SƏNIN MƏCLISIN, YAXUD DA SƏNIN QIZ QONAQLIĞIN: DƏYƏRMI-DƏYMƏZMI?

Özünüzü də unutmamalı olduğunuz yadınızdadırmı? Siz də bir məclis, bir qız qonaqlığı təşkil edin, amma onu bu haqda öncədən xəbərdar edin ki, sonradan inciklik və anlaşılmazlıqlar olmasın. Bir də, təbii ki, flirt, yeni tanışlıq və s. bu kimi artıq-əskik hərəkətlərə də yol verməyin.

Görəsən, nə üçün kişilər sizin rəfiqələrlə görüşüb on-ların birinin evində təşkil olunmuş qız yığıncağı, qızlar məclisinə getmənizə bəzən neqativ münasibət bəsləyir? Məsələ burasındadır ki, kişilər təbiətcə asılı olan məxluqlardır və heç cür anlaya bilmirlər ki, sizin rəfiqələrlə təşkil etdiyiniz qızlar məclisində oğlanların heç adı keçməyəcəkdir. Rəfiqələrin belə bir yığıncağı əldə bir qədəh şərabla keçən uzun-uzadı söz-söhbətlər və yüngülvarı dedi-qodulardan ibarət olur. Kişilərin məclisi tamamilə fərqli şəkildə keçdiyindən, onlar qadın yığıncaqlarının mənasız olduğunu düşünür, ağıllarına min fikir gətirir və sizi qısqanmağa başlayırlar.

Anlaşılmazlıq və söz-söhbətin yaranmaması üçün rəfiqlərinizlə görüşə yollanmazdan əvvəl yarınıza harada olacağınızı və onun istədiyi zaman gəlib sizi görə biləcəyini izah edin, hətta evində yığışdığınız rəfiqənizin də evinin telefon nömrəsini ona verin. Mobil telefonunuzun adapterini də özünüzlə götürməyi unutmayın, vaxtaşırı sevgilinizə zəng edib əhvalı ilə maraqlanın. Qoy o da sizin onu gözləyərkən nə hiss etdiklərinizi və ağlınıza nələr gətirdiyinizi anlasın.

Bu tipdə rəfiqələr görüşlərini, qızlar məclislərini müntə-zəm — və hətta tez-tez təşkil etmənizi tövsiyə edi rəm, zira belə yığıncaqlar həm gərginliyinizi aradan qaldıracaq, həm də sevgilinizin sizin üçün darıxmasını və sizi qısqanmasını təmin edəcək. Əsası odur ki, heç bir zaman ona yalan söyləməyin, haraya və nə üçün getdiyinizi səmimi şəkildə ona deyin. Əgər səfəriniz klubadırsa, mütləq ona klubun olduğu ünvanı və hansı müddətə oraya gedəcəyinizi xəbər verin. Klubda da flirt etməniz məsləhət deyil, ətrafda onun dost-tanışının olub-olmadığına heç kim zəmanət verə bilməz. Həmçinin, onun özünün sizi yoxlamaq üçün buraya gəlib-gəlməyəcəyini də heç kim bilə bilməz (bəlkə o, son dərəcə qısqanc birisidir?).

Gözlənilməz və xoşagəlməz halların baş verməməsi üçün spirtli içkilərdən çox içib keflənməyin. Bir neçə yalqız xanım içib sərxoş olmuş kişiləri tez cəlb edə bilər.

Odur ki, istirahət edin, lakin bunu ağıllı surətdə edin və heç bir şeydə həddi aşmayın, yalnız o zaman onun sizə olan etibarı daha da güclənəcək və hər şey ürəyinizcə olacaq!

Qayda № 28
“SƏN SƏRXOŞ OLMUSAN?”, YAXUD ONUN ÇOX IÇIB KEFLƏNDIYI HALLARDA NECƏ DAVRANMAQ HAQQINDA

O, sizin gözünüzdə ideal idi, indi isə içib sərxoş olub. Nə etməli? Onu yatmağa uzadıb, heç bir şey olmamış kimi davranmaq… Yoxsa evinə kimi yola salıb valideynlərinə təhvil vermək? Qoy utansın. Qışqır-bağır qaldırsanız da, xeyri olmayacaq. Bu səbəbdən: o – yatsın, siz isə unudun getsin!

Belə hallar sıradan deyil, “həddini aşdı” adlanan bu vəziyyət sizin hətta ən yaxşı, ən ağıllı və ən içki düşkünü olmayan sevgilinizin də başına gələ bilər.

Yaxşı, bəs indi neyləməli? İlk öncə əgər o, bu vəziyyətdə sizin yanınıza gəlibsə, onu danlamaq məslə-hət deyil. Çünki o, istənilən halda bu vəziyyətdə nə heç nəyi anlamaz, nə də dediklərinizin heç birini yadında saxlamayacaq. Bu vəziyyətdə o, ümumiyyətlə, nə bir şey eşidir, nə də görür. Bu vəziyyətdə yeganə düzgün olan çıxış yolu sakitcə onu çarpayıya uzadıb yaxşıca yatıb, ayılmasına fürsət verməkdir. Səhəri gün gözlərini açıb qorxunc bir səslə sizdən su istədikdə, səssiz-səmirsiz onun istədiyini gətirin və ta özünə gələnə kimi ona nəvazişlə qulluq etməyi davam edin.

Ondan sonra isə rahat ürəklə ciddi söhbətə başlaya bilərsiniz. Ona çoxmərtəbəli binaların eyvanlarının altında gecə saat ikidə ifa olunan sərxoş serenadaları xoşlamadığınızı izah edin. Həmçinin, sərxoşluq etdiyi günün səhəri onun ağzından gələn araq qoxusu və qırxılmamış üzünün də ona yaraşmadığını deyin. Onun sizdən yaratdığı narahatlığa görə üzr istəməsinə və bir daha belə səhvlərin təkrar olunmayacağına dair söz verməsinə müvəffəq olun.

Əgər cavan oğlan sizinlə birlikdə olduğu bir məclisdə içib sərxoş olubsa, onda onun evə çatdırılması və yatağına uzadılıb yatması işlərinin məsuliyyəti sırf sizin üzərinizə düşür. Bu halda günah yalnız sizinkidir, çünki onun məclisdə qədərindən artıq içməsinə siz yol verməməliydiniz.

Əgər sevgiliniz içkili halda sizinlə kobud rəftar edib acılayırsa, tərəddüd etmədən onu dostları ilə qoyub evinizə yollanın. Sonra isə, o, əlində bir dəstə qızılgüllə gəlib sizdən üzr istəməyincə, 2-3 gün onun zənglərinə cavab verməyin, gəldikdə isə bütün günahları alkoqolun üzərinə yıxaraq dərhal yumşalıb onu əfv etməyin. O, nə qədər içkili olsa da, heç bir halda sizi kobudlayıb incitməyə haqqı olmadığını yaxşı yadında saxlamalıdır.

Qayda № 29
“GÖYDƏKI ULDUZLARI SƏNƏ BAĞIŞLAYARAM”, YAXUD BIR QƏDƏR HƏDIYYƏLƏR HAQQINDA

Kişilər hədiyyələri sevir! Bu, danılmaz faktdır. Məhəbbətinizi necə isbat edib xəyal etdiyiniz möhürə yaxınlaşa bilərsiniz? Ona dəyərli və orijinal, qeyri-adi bir hədiyyə bağışlayın. Ənənələrdən uzaqlaşıb ona standart olmayan bir şey bağışlayın, o, bunu dəyərləndirəcək.

Təbiidir ki, hədiyyə almaq bizim üçün xoş olduğu ki mi, kişilər üçün də son dərəcə xoş bir şeydir. Bəs onda sevdiyiniz — kişiyə Yeni il, ad günü, ordu bayramı və s. bayramlarda nə hədiyyə etmək olar?

Sevgilinizə hədiyyə seçiminə fantaziya və ruh yüksəkliyilə yanaşmalısınız. Ona digər sevdiyi qadınların – anasının, nənəsinin, bacısının bağışladığı şeyləri bağışlamaq məsləhət deyil. Siz də ona sayca beşinci odekolon və yaxud üz qırxmaq üçün köpük hədiyyə etsəniz, çətin ki, hədiyyəniz onun xoşuna gələ. Sizin hədiyyəniz orijinal, şən və qeyri-adi olmalıdır. Ona alt paltarı bağışlamağı nəzərdə tutursunuzsa, elə bir şey seçin ki, orada zarafat elementi də olsun. Bir çox kişilər üstündə dollar və ya multiplikasiya qəhrəmanlarının şəkilləri olan alt paltarını sevirlər.

Sevgilinizin hər hansı bir hobbisi varsa, məsələn, oyunc-aq maşınlar və ya motosikletlər kolleksiya edirsə, on-da onu razı salmaq çətin iş deyildir – onun kolleksiyasını növbəti yeni bir “bibip”lə artırmanız onu son dərəcə sevindirəcək.

Bəs əgər sizin yarınız kişiyə gərək olan hər şeyə malikdirsə, heç nəyə ehtiyacı yoxdursa və heç bir hobbi sahibi deyilsə, onda nə etməli?

O halda ona öz əllərinizlə bir şey düzəltməyə cəhd edin, məsələn, onun üçün gözəl bir açıqca hazırlayın. Bir neçə vərəq kağız götürün, onları elə qatlayın ki, balaca bir kitab formasını alsın. Sonra o kağızlardan ürək forması kəsin və hər səhifəsinə jurnallardan kəsilmiş maraqlı şəkillər yapışdırın. Şəkillərin altından onlara aid maraqlı sözlər, dadlı-duzlu zarafatlar, xoş arzular yazın. Sizi inandırıram ki, o, belə bir maraqlı, qeyri-adi və təkrarolunmaz hədiyyəni heç zaman unutmayacaqdır. Xüsusilə də bu açıqcanın yanına bir şüşə yaxşı şərab və axşamkı görüşdə onu sürpriz gözlədiyi vədi əlavə olunsa, effekti lap güclü olar.

Bir sözlə, fantaziyanızı işə salıb, nə kimi hədiyyə verəcəyinizi öncədən düşünün ki, vaxtlı-vaxtında hər şey hazır olsun.

Bir də şən bayramların həyatımızda çox az olduğunu da unutmaq olmaz, bu səbəbdən ona heç bir bayramı gözləmədən də qeyri-adi bir hədiyyə etsəniz, özünüzü daha çox sevdirərsiniz. Hədiyyənin təmtəraqlı və ya bahalı olması heç də mühüm deyil. Bu, balaca bir rəsm əsəri, şən formalı pul daxılı və ya kompakt-disk də ola bilər, əsası odur ki, hədiyyəni gözlənilməz və ürəkdən təqdim edəsiniz. İnanın ki, o, bunu dəyərləndirəcək və özü də sizi hədiyyəsiz qoymayacaq. Məgər siz özünüz hədiyyə sevmirsiniz?

Qayda № 30
“ŞO-O-OPINQ!”, YAXUD ONU BIRLIKDƏ ETMƏYƏ DƏYƏRMI?

Kişilərin şopinqə nifrəti haqqında hekayələr hər bir qadına məlumdur. Halbuki bəşəriyyət təmsilçilərinin güclü qisminin mağazaları sevdiyi faktı isə heç kimə məlum deyil. Ona görə də sevgilinizi “qoltuğunuza vurub” alış-verişə yollanın. Bunun sizin aranıza söz-söhbət salacağından da qorxmayın, əksinə, bərabər alış-veriş sizi daha da bir-birinizə yaxınlaşdıracaq.

Kişilərin mağaza səfərlərini qətiyyən sevmədikləri barədə bir əfsanə dolaşmaqdadır. Bəli-bəli, bu, sadəcə bir əfsanədir, çünki əslində, onlar mağazalara getməyi sevirlər. Lakin təkbaşına, bizsiz. Alimlərin araşdırmalarına görə, qadınlar bir saat on doqquz dəqiqədən sonra yorularaq, çox seçim etməyi dayandırdığı halda, kişilər, onlara nisbətən daha tez yorulur və onların seçimləri dayandırması vaxtı təxminən bir saat on dörd dəqiqə təşkil edir. Gördüyünüz kimi, söz-söhbət və mübahisələrdən uzaq olmaq üçün biz cəmi beş dəqiqə tələsməliyik. Müasir zəmanəmizdə kişilərin, ən azı, qadınlar qədər palpaltardan başı çıxır və onlar da libas alış-verişinə çox zaman sərf edir… hətta bəzən bizdən daha çox.

Kişilər özlərinə nəsə almağa gedirsə, onda nəsə bir şey seçib alırlar, necə deyərlər, “ömürlük”. Adətən, onların aldığı paltarların keyfiyyəti çox yaxşı olur və bu paltarlar, həqiqətən də, uzun illər onlara xidmət edir.

Beləliklə, sevdiyiniz adamla paltar alış-verişinə bir yerdə getmək olarmı?

Cavab verirəm – kişini özünüzlə götürsəniz yaxşıdır. Sizə nəyin yaraşıb-yaraşmadığı məsələsində daha obyektiv olduğu üçün o, sizə düzgün seçim etməkdə yaxşı yardımçı olacaq. Rəfiqələrlə alış-verişə getmək, təbii ki, daha maraqlıdır, lakin onlar hər aldığınız şeyi öz arşınları ilə ölçəcək, özlərinə yaraşdırmağa çalışacaqlar. Kişilər isə heç vaxt elə etməz. Nəticədə sevdiyiniz adam qarderob seçimində ona tamamilə etibar etdiyinizi dəyərləndirib bundan xoşhal olacaqdır.

Bir çox kişilər qadınlara nisbətən daha yüksək stil və harmoniya hissinə malikdirlər. Onun zövqündən arxayın olun, inanın ki, peşman olmazsınız.

Onun sizi zövqsüz və boz libaslara geyindirəcəyindən qorxmayın. Son nəticədə sizin seçim ixtiyarınız vardır və bəyənmədiyiniz halda, onun tövsiyə etdiklərindən imtina edə bilərsiniz – təbii ki, çox mülayim və onun qəlbini sındırmayan bir şəkildə. Beləliklə, şo-o-opinq!

Qayda № 31
“ZÖVQLƏR MÜXTƏLIFDIR”, YAXUD DA ONUN VƏRDIŞLƏRI HAQQINDA

Əsası odur ki, bir-birinizdən ayrı yaşadığınız illər ərzində onun alışdığı vərdişləri nəzərə alasınız. Onun nöqsanları elə də qorxunc bir şey deyil. özünüzə nəzər salın – məgər sizing nöqsanlarınız yoxdur? Səbirli olmağa çalışın, o ki sizin nöqsan və səhvlərinizə normal yanaşır. Ondan nümunə götürün!

Ah, bu kreslo üstündəki corablar və sizin “bohema” güldanındakı televizor pultu… Hələ diş pastasının açıq qalmış qapağı və yuyulmamış qablar haqqında danışmırıq. Üstəlik, onun pis qoxulu siqaretləri və dolu külqabıları. Bəli, mənim əzizlərim… lakin nə olur-olsun, siz bərabərsiniz, bu isə sizin onun bütün vərdiş və nöqsanlarına alışmanızın vacibliyi deməkdir.

Kişilərin böyük əksəriyyəti xanımlarının bir çox nöqsanlarına göz yumur və onları dilinə gətirmirlər, lakin bu vəziyyət xanımlar onların nöqsanlarını dilə gətirib bu nöqsanları kökündən çıxarıb atmaq fikrinə düşənə qədər davam edir. Lakin sevdiyiniz adama irad tutmazdan öncə özünüzün də bəzən gördüyünüz işlərdən sonra dərhal təmizlik işlərinə başlamadığınızı xatırlayın.

Evin hər tərəfində atılıb qalmış jurnallarınızı, çoxlu sayda oyuncaq, heykəlcik və s. toz yığan və böyük ehtimalla qıcıqlandıran xırdavatı da unutmayın. Axı sizin özünüzün də sevdiyiniz adamın ürəyincə olmayan kifayət qədər nöqsanlarınız var, lakin o, əksər vaxtlarda sizin xətrinizə dəyməmək üçün, yaxud “Mən ona ilişməsəm, o da mənim nöqsanlarımı görməzdən gələr” prinsipinə əsaslanaraq onları dilinə gətirmir.

Onun şalvarını yenə də çarpayının altına atmasına görə deyinməkdənsə, onu söylənə-söylənə yerdən qaldırıb yığışdırmaqdansa, olduğu yerdə saxlamaq daha məqsədəuyğun olar. Niyə özünüzü əziyyətə salırsınız ki? Bu vərdişi onun sadəcə iki-üç dəfə işə əzilmiş və üstünə pişik tükü yığmış şalvarda getməsilə nəticələnəcək ki, bu da onu paltarlarını o tərəf-bu tərəfə səpələməsi vərdişindən əvvəl-axır çəkindirəcək. Hər dəfəsində siz onun paltarlarını yerdən-yurddan yığaraq çırpıb, təmizləyib, ütüləyəcəksinizsə, o, heç zaman bu vərdişindən əl çəkməyəcək, sizin narazılığınız və söylənməniz isə ona yanlış və artıq bir hərəkət kimi görünəcək.

İstənilən halda, əgər onun vərdişləri sizi qıcıqlandırırsa, onunla bu mövzuda sadəcə, söhbət etməyə və ümumi bir razılığa gəlməyə çalışın. Məsələn, əgər o siqaret çəkirsə, ona siqaret tüstüsünün sizə pis təsir etdiyini bildirin və evdə siqaret çəkə bilməsi üçün ona bir yer ayırın.

Ən yaxşısı isə, onun xırda nöqsanlarını ona bağışlamaqdır. Onsuz da bu vaxtdan sonra siz onu dəyişə bilməyəcəksiniz, o, artıq kifayət qədər böyük oğlandır və vərdişlərindən asanlıqla vaz keçməyəcək. Diqqətinizi onun nöqsanlarında cəmləməsəniz, onun gözündə sakit və qalmaqaldan uzaq birisi kimi olacaqsınız, onun isə sizin nöqsanlarınıza irad tutmağa dili gəlməyəcək. Elə olan halda sakit bir tərzdə “Mən ki, sənin iş masamın üstünə atılmış corablarına irad tutmuram” deyin.

Qayda № 32
SIQARET ÇƏKMƏYƏ VƏ ALKOQOLIZMƏ QARŞI ÇIXMA, YAXUD DA ZƏRƏRLI VƏRDIŞLƏR HAQQINDA

Zərərli vərdişlərlə mübarizə etməyin önəmli olduğu haqqında çox danışmağa ehtiyac yoxdur.

Bu bölmədə söhbət zərərli vərdişlərdən gedəcək. Beləliklə, zərərli vərdişlər hansılardır?

Təbii ki, ilk növbədə, siqaret çəkməkdir. Adı üstündə – zərərli vərdişdir; ağ ciyərlərə, ürəyə və insanın daxili orqanlarına mənfi təsir göstərir. Lakin mübahisə etməyək, siqaret çəkmək vərdişilə barışmaq o qədər də mümkünsüz deyil. Bəs alkoqol və narkotik maddələrlə nə etmək olar?

Əgər sevdiyiniz adam bayramdan-bayrama bir az spirtli içki və yaxud bir bakal soyuq pivə içdikdən sonra ağlını itirib dava-dalaş etmirsə, eybi yoxdur. Biri də var ki, ilk içdiyi qədəhdən sonra keflənib son dərəcə ədəb sizləşirsə… Belə olan halda sizin yoldaşınız gizli alkoqolikdir və belə çıxır ki, spirtli içkilər ona qadağandır.

Yüzlərlə qız və qadın sevdiyi insanın məhz onların xatirinə zərərli vərdişlərdən əl çəkməsinə və sanki bir fəhlə və kolxozçu qız kimi əl-ələ verib, parlaq gələcəyə qədəm qoyacaqlarına ümid edirlər. Əlbəttə ki! Qadının xatirinə alkoqol və ya narkotik maddələrdən imtina edən kişilərin sayı olduqca azdır. Əgər o, alkoqolikdirsə, sizin saf və gözəl məhəbbətiniz belə onu xilas edə bilməz. Sizin ömrünüz həkimlərdə keçəcək, pullarınızı və əsəblərinizi havaya sovuracaq və daim onun söylənməyini və sızıldamağını dinləyəcəksiniz – axı nəyə xatir?

Əgər sevdiyiniz insanın alkoqol hərisi olduğunun fərqinə varırsınızsa, dərhal onun qarşısına seçim qoyun: ya siz, ya da içki. Əgər sərxoşluq və əyyaşlıq davam edirsə, düşünmədən onu tərk edin və onun bu hala düşməsində qətiyyən özünüzü qınamayın. Ona qədəh-qədəh, şüşəşüşə spirtli içkiləri zorla içirən siz olmamısınız. Bunun yeganə günahkarı onun özüdür, bu səbəbdən də öz problemilə özü mübarizə etməlidir. Özünüzü heç də eqoist hesab etməyin, sadəcə siz də özünüz və səadətiniz barədə düşünməlisiniz. Bəs belə bir insandan dünyaya uşaq gətirsəniz, necə olar?

O uşağı necə bir həyata məhkum edirsiniz? Daim sərxoş olan atanın və ərinin bu gün evə nə vəziyyətdə gələcəyindən xəbərsiz olan gözüyaşlı ananın övladı olacaq bu körpə? Siz xoşbəxt olmalısınız. Siz gözəl, ağıllı və çoxlu sayda üstünlükləri olan bir xanımsınız və buna görə də içki düşkünü olan və yaxud narkoman bir adamla həyatınızı korlamağa dəyməz. Bizim məsləhətimiz – belə bir adamı tərk etmək və buna görə qətiyyən narahat olub fikir çəkməməkdir. Siz həm öz həyatınızı, həm də gələcəkdə övladınızın həyatını puç edə bilərsiniz, ona görə də heç tərəddüd belə etməyin.

Qayda № 33
“ARXA CƏBHƏDƏKI MÜDAFIƏ XƏTTI”, YAXUD RAHATLIĞIN YARADILMASI HAQQINDA

Onun üçün ideal həyat yoldaşı olun. Məişətinizi maksimal rahatlıq üzərində təşkil edin. Eviniz daim təmiz, səliqəli, isti, yeməyiniz ocağın üstündə olsun. Lakin xırdaçılığa da varmağa gərək yoxdur. Fincanını siz istədiyiniz kimi qoymadıqda sizin yerinizdən sıçrayıb o fincanı düzəltmənizi kişi heç də müsbət dəyərləndirməyəcək. Ailə – iki canda bir ruh deməkdir, özü də qadın evin səliqəsinə və daxili rahatlığına cavabdeh olan şəxsdir. Bunu yadınızda saxlayın!

Yoldaşınızın həmişə işdən sonra evə tələsməsi üçün evinizdə səliqə-sahman və rahatlıq hökm sürməlidir. Sizi inandırım ki, əziz xanımlar, rahatlıq və gözəllik, ilk növbədə, sizin qəlbinizdə, sonra isə evinizdə olmalıdır. Bütün günü evləri yuyub-silmək, təmizlik işləri aparmaq və əlində möhtəşəm xörəklər olan məcməyi ilə ora-bura qaçmağa ehtiyac yoxdur.

Evinizin ab-havasının qurucusu siz özünüzsünüz. Hətta hər şey öz yerində deyilsə, yorğanın ucu yerində durmayıbsa da, bunu özünüzə dərd etməyə dəyməz. Kişi “burda oturmaq olmaz, buna toxunmaq olmaz və Allah qorusun, evin bütövlüyünü və harmoniyasını pozacaq hərəkətlər etmək olmaz” qadağalı bir muzeyə yox, doğma evə qayıtmalıdır. Onu qapının ağzında, sevginizi ifadə edən bir təbəssümlə qarşılayın və qucaqlayın.

Yarınıza gündəlik işlərin ağırlığının, yükünün evdən kənarda, haradasa küçədə qaldığını, indi isə onu isti və ləziz yemək, divan üstündə istirahət və televizor seyri gözləyən doğma evinə qayıdacağını hiss etdirin. Tamamlayıcı bir jest isə sizin də bu divanda onunla birlikdə əyləşib, o gözəl başınızı onun çiyninə qoymanız olmalıdır. İnanın ki, sevən kişiyə gərəkli olan, sadəcə, bunlardır.

Şam yeməyindən sonra isə onunla, məsələn, iş gününün necə keçdiyi, rəisin onun təklifinə necə reaksiya verdiyi və s. barədə söhbətə başlaya bilərsiniz.

Siz onu dinləməyi bacarmalı, ona ürəyini açmağa şərait yaratmalısınız. Ona məsləhətlər verin, amma yalnız dəyərli məsləhətlər. Ondan işinin spesifikası barədə maraqlanın: o, sizin onun işilə maraqlandığınıza xoş bir təəccüb sərgiləyəcək. Onun əməyini qiymətləndirin və müntəzəm olaraq tərifləyin. O, heç bir zaman onu danlamayacaq və istənilən halda onun tərəfində olacaq bir insanın olduğunu yaxşı-yaxşı dərk etməlidir.

Axşam gözəl bir yorğunluq masajı ilə tamamlanarsa, bu adam heç vaxt sizi tərk etməz, çünki onun üçün bu qədər can yandıran, ona hərtərəfli yaxın olan bir kəsi tapmayacağını anlayacaqdır.

Lakin bu arada onunla özünüz barədə də söhbət etməyi unutmayın, ona sizin də bir şəxsiyyət olduğunuzu xatırladın, öz problemlərinizi də onunla bölüşün. Onda o, sizə daha çox hörmət edib qiymətləndirəcək. Gözəl axşamlarınızın çox olması arzusu ilə…

Qayda № 34
“SƏN BIR DƏNƏSƏN!..”, YAXUD NECƏ TƏRIFLƏMƏK HAQQINDA

Komplimentləri hamı sevir, bunu inkar etsələr belə. Yaltaqlığa isə nifrət olunur. Sevgilinizi tərifləməyi öyrənin, lakin bunu səmimi və təbii edin. Onu tərifləyin, lakin həddi aşmayın – ərköyün eqoist nəyinizə gərəkdir?

Kişilər, hətta ən müvəffəqiyyətli və əzmli olanları belə hər zaman özlərindən əmin olmurlar. Bu məsələdə onların yardımına siz gəlməlisiniz.

Biz gözəl xanımların sevdiklərimizi, həyat yoldaşlarımızı durmadan danladığımız, deyindiyimiz hallar çoxdur. Nəyə görə? Nə üçün biz onların çatışmazlıq və nöqsanlarını dilimizə gətiririk? Şirin dil ilanı yuvasından çıxarar, bunu unutmayın. Heç bir zaman, heç bir halda siz tərəfdən onun əqli və yaxud digər bacarıqlarına dair şübhə və tərəddüdlər irəli gəlməməlidir. Sizin üçün o, ən gözəl, ağıllı və mehriban olmalıdır. Onunla fəxr edin, onu tərifləyin, qoy bütün rəfiqələriniz sizə həsəd aparsın.

Onda başqalarının görmədiyi cəhətləri axtarıb tapın və onları xüsusilə qeyd edin. Bütün diqqətləri onun bacarıqlarına cəmləşdirin və hamıya bəxtinizə belə bir dəyərli insanın düşməsinə dair son dərəcə məmnunluğunuzu və xoşbəxtliyinizi bildirin. Lakin təriflərdə də həddi aşmayın, hər şeyi qədərində və yerində deyin.

Ona hörmət edin. Heç bir zaman onu cəmiyyət içində incidib təhqir etməyin. Ona qarşı hansısa narazılığınız və iradlarınız varsa, evə qədər səbirli olun və orada sözünüzü deyin, adam içində mübahisə salmağa ehtiyac yoxdur. O, ətrafına nəzər salıb, sizin başqaları kimi həyasızlıq etmədiyinizi mütləq dəyərləndirəcək. Sizin emosiyalara sahib çıxa bilməyib, adam içində ona artıq-əskik söz deməniz münasibətlərinizi kökündən yıxmağa qadirdir. Elə evdə də söz-söhbət olarsa, heç vaxt ona söyüş və ədəbsiz sözlər deməyin. Üstəlik, öncə də qeyd etdiyimiz kimi, mübahisə və anlaşılmazlıqları qırğın-qiyamət yolu ilə yox, müzakirə yolu ilə həll etmək lazımdır.

Yoldaşınız ev işlərində təşəbbüs göstərdikdə də onu tərifləyin, ümumiyyətlə, hər işdə onu tərifdən məhrum etməyin – kişilər bunu sevir. Nəyisə düzgün etmədiyi halda isə, sadəcə susun, heç bir söz deməyin. İnanın ki, o, dərhal narahatlıq hiss edib, səhvini düzəltməyə, gələn dəfə belə səhvə yol verməməyə çalışacaqdır.

İstədiyiniz hər şeyi fəryad-şivənlə yox, mehribanlıq və xoş sözlə əldə edə bilərsiniz. “Afərin!”, “Bilirdim ki, bacaracaqsan!”, “Mənim ağıllı balam!”, “Sən mənim qəhrəmanımsan!” kəlmələri dilinizdən əskik olmamalıdır. Yarınız bu tərif sözlərini hər zaman eşidə bilmək üçün əlindən gələni əsirgəməyəcək. Təbii ki, bunun üçün o, sizi daim sevindirməyə çalışacaqdır.

Qayda № 35
KIÇIK XANIM FƏNDLƏRI, YAXUD DA GÖZ YAŞI VƏ ÜRƏKKEÇMƏ FƏNDLƏRI

Ah, bu qadınlar – hiyləgər məxluqlar! Biz sevdiyimiz insanın mərhəmətini və sevgisini nümayiş etdirməsini əldə etmək üçün ağlaya da bilərik… uşaq kimi dodaqlarımızı şişirdib, istəyimizə nail olmağımızı gözləyərik. Hətta sevincdən huşumuzu da itirə bilərik. Bir sözlə, hiyləgərliklərdən bacarıqla istifadə etsək, kişilər bizim əlimizdə olar.

Kiçik qadın hiyləgərliklərimiz olmasaydı, nə edərdik görəsən? Bəzən hətta ən mətin və cəsarətli biznes-ledinin belə sevdiyi insanın qarşısında zəif və aciz birinə çevrilib, onun qucağına yıxılaraq, gözlərindəki məhəbbət okeanına dalmağa ehtiyacı olur. Biz güclü olmağa, işdə emosiyalarımızı cilovlamağa (təbii ki, əgər siz tikintidə fəhləbaşı işləmirsinizsə), inciklik göz yaşlarımızı yastığımızda gizlətməyə öyrəşmişik və kimsə bizim göz yaşlarımızı görüb bizi aciz qalmasın deyə, əksəriyyətimiz melodramlara evdə, təklikdə baxmağa üstünlük veririk. Halbuki ağlamaq önəmli bir şeydir.

Orqanizmdən təbii yolla ifraz olunmayan və sağlamlığa böyük çox zərəri olan artıq duzlar məhz ağlayan zaman ifraz olunur.

Yeri gəlmişkən qeyd edək ki, bir çox kişilər qadınların göz yaşlarından qorxur və onlara necə reaksiya vermək lazım olduğunu bilmir. Onlar daha böyük nəvazişlə sizə münasibət göstərməyə başlayır və sevdiklərinin, heç olmasa, bir dəqiqəliyə ağlamasını kəsməsi üçün əllərindən gələni əsirgəmirlər. Bacarıqlı göz yaşları ilə ad gününüzə arzuolunan kürk və ya yeni model mobil telefonunun sizə hədiyyə olunmasını təmin edə bilər. Hərçənd göz yaşları hiyləsi o qədər də xoşagələn hal olmadığı üçün, onlardan mümkün qədər nadir hallarda istifadə etmək məsləhətdir.

Kişi sizin hər gün ağladığınızı görərsə, zamanla göz yaşlarınız onun üçün adiləşər, ağlamağınıza reaksiya verməməsi qaçılmaz olar və nəmli gözlərinizə qarşı onda möhkəm immunitet yaranar.

Qayda № 36
“TEPLOXODDA MUSIQI ÇALINIR…”, YAXUD IKILIKDƏ NECƏ SƏYAHƏT ETMƏK HAQQINDA

Birlikdə istirahət! Sevinc və xoşbəxtlik hissləri sizi coşdurur. Əsası səyahətin ilk mərhələlərində anlaşılmazlıq olmasın deyə haraya getmək istədiyinizi — birlikdə müzakirə etmənizdir. Güzəştə getdinizsə, onda sevgilinizlə birgə keçirəcəyiniz gözəl günlərdən, mülayim havadan və yeni təəssüratlardan zövq almaq xatirinə təmkinli olun.

Beləliklə, isti günlər gəlib çıxdı və siz sevgilinizlə günəşin parlayan, dənizin ləpələnən sahillərinə bərabər səyahət etmək qərarına gəlmişsiniz. Bəlkə də dağlara üz tutub şəlalələri və dolmenləri4 seyr etmək, yadelli flora və faunasını tədqiq etmək niyyətindəsiniz. Ən əsası gedəcəyiniz yeri müzakirə edib, istəklərinizi qarşılıqlı şəkildə müəyyənləşdirməkdir.

Çünki əgər siz istirahəti isti qumun üstündə uzanıb gün şüalarında xoşhallanmaqda, sevgiliniz isə uca zirvələri, dağları-daşları fəth etməkdə görürsünüzsə, onda hər kəs “öz mahnısını çalmağa” çalışacaqdır ki, bu da aranızda anlaşılmazlıq və narazılığa səbəb ola bilər. Vəziyyətdən ən yaxşı çıxış yolu hər ikinizin istəyinin vəhdət olan bir variantını, yəni həm sizin, həm də onun ürəyinizcə olan bir marşrutu seçməkdir ki, heç biriniz narazı qalmayasınız.

Gedəcəyiniz yer müəyyən olundu, indi isə istirahətdəki davranışınız barədə danışaq.

Heç bir zaman sızıldamayın; hətta teploxod və ya qatar sizi tutsa da, konduktor qızdan gözünüz su içməsə də, təyyarələrdən cin dəmirdən qorxan kimi qorxsanız da. Bütün bu fədakarlıqlarınız sevgilinizi sizin qəhrəmancasına əzab-əziyyətə qatlaşmanızı görərək qanadlarını üstünüzə gərməsinə təhrik edəcək: o, yatanda üstünüzü örtəcək, sizə çay gətirəcək və ümumiyyətlə üstünüzə titrəyəcək.

Hər bir səfər çətinliklərsiz və narahatlıqlarsız ötüşmür, bu üzdən müvəqqəti çətinliklərə qarşı mətanət və səbir nümayiş etdirməyə hazır olun. Bunlar olduğunuz yerdən asılı olaraq hava temperaturundakı fərq, saat qurşaqlarındakı dəyişikliklər, qəribə həşəratlar və s. ola bilər. Sözügedən narahatlığa həmçinin dayandığınız ictimai iaşə obyektlərinin aşağı keyfiyyətli xidməti də aid ola bilər. Meduza kimi sakit və təmkinli olun, sevgilinizin də əsəbiləşməsinə yol verməyin – məzuniyyəti onsuz da heç nəyi dəyişməyəcək qışqır-bağırdan başlamağa dəyərmi?

“Onun dalğasına” köklənməyə çalışın. Kişilər “istira hət” sözünü müxtəlif cür dərk edir. Bəziləri dərhal qaçıb bütün ekskursiyalara yazılmağa tələsir, hətta at minmək üçün ucqar bir kəndə də getməyə razı olur. Bəziləri isə bütün məzuniyyətini panamasını gözünə çəkib, — gündən qaralmış əlində də bir qədəh “Pinakolada” ilə qızmar günəş altında, isti qumun üstündə uzanaraq keçirmək istəyir.

Əgər o, ekskursiyaları sevirsə, siz də onları sevin, axı “Sərxoş atoynadan” şəlaləsinin müzakirəsi kimi heç nə insanları bir-birinə yaxınlaşdırmır. İkinci variantda isə günəş altında ebonit rənginə qədər qaralmaq və hətta yerli əhalini də dərinizin gözəl rəngilə heyran etmək olar. Bir sözlə, hər şeydə və hər yerdə müsbət və ürəkaçan məqamlar axtarın, birlikdə istirahətiniz yalnız o halda xoş keçəcək.

Nəhayət, birlikdə keçirdiyiniz hər bir saniyəyə, hər ana sevinməyə çalışın – istirahətinizi ikinizdən, bir-birinizdən başqa hamıdan uzaqlaşıb ruh və can dincəltmək kimi qəbul edin.

Qayda № 37
“BƏS SƏN BELƏ BACARIRSAN?”, YAXUD BACARIQLARINIZLA ONU NECƏ HEYRƏTLƏNDIRMƏK HAQQINDA

Təəccüb doğurmaqla marağa da səbəb olmaq mümkündür. Başqalarından fərqlənmək, istedad və bacarıqlarınızla heyrətləndirmək – budur kütləvi məğlubetmənin silahı. Onun arzuladığı biri olun. Qoy sevgiliniz dost-tanışına və doğmalarına sizin necə qeyri-adi və təkrarsız olduğunuzla öyünsün – onun üçün naxış tikməklə bir əsər yaratmısınız! – bu sənət əsərini, demək olar ki, hazır şəkildə pulla əldə etməniz barədə isə o heç bilməyəcək.

Biz xanımların nə qədər istedadlı və bacarıqlı olduğumuz haqqında heç düşünməmisiniz?

Beləliklə, sevgili yarımızı nə ilə heyrətləndirə bilərik? İlk öncə yemək bişirmək sənətilə: onun nənəsi kimi ləziz dana basdırması, ləvəngi, xəngəl və s. bu kimi yeməkləri bişirməyi bacarırsınızsa, sözsüz ki, qələbə sizinlədir. Bəs qaz plitəsinə yarım ildə bir dəfə yaxınlaşıb, döş ətilə can ətinin fərqini bilməyənlər nə etməlidir? Daxilinizdəki istedadları tapıb üzə çıxarmalısınız! Bu istedadlar müxtəlif ola bilər və hər bir qadın özündə həm özünün ürəyincə olan, həm də sevgilisinin ürəyini fəth edəcək bacarıqlar axtarıb tapa bilər.

Həddindən artıq işlə yüklənmiş biznes-ledi olan bir xanım əl naxışı işi olan hazır naborlar almağı və onlardan sevgilisi üçün gözəl sənət əsərləri yaratmaq məşğu liyyətini adət şəklinə salıb. Təbii ki, o, özü barədə əl naxışı işinin onu sakitləşdirdiyini, gərginliyini azaltdığını və həmkarlarla araşdırmalardan uzaqlaşdırdığını iddia edir. Onun sevgili yarı bu vəziyyətdən son dərəcə məmnun idi.

Həmçinin, rəsm çəkmək, hazır şəkil çərçivələrini rənglə-mək, — cürbəcür fiqurlar yaratmaq, muncuqla tikiş tikmək, yumşaq oyuncaqlar kolleksiyası, yaxud özünüz və ev üçün xüsusi bəzək əşyaları da yaratmaq olar. Həmçinin peçvorkla6 da, yəni ev üçün köhnə parça hissələrindən gözəl şal və digər məmulatlar tikib işləməklə məşğul olmaq pis deyil. Belə bir gözəl, istilik və rahatlıq hissi bəxş edən, üstəlik sizin əl işiniz olan hədiyyəni aldıqda sevgilinizin sevincini təsəvvür etmək çətin deyil. Artıq o, sevgilisinin əl işi olan gözəl, isti şala bürünüb, televizora baxa-baxa rahat qəlblə pivə içə bilər.

Əsas olan fantaziyanızın cərəyanını “qəfəsdən buraxmaqdır”. Misal üçün, hündürlükdən qorxmursunuzsa, paraşütçü kurslarına yazılıb yüksəklikdən paraşütlə atılmalarınızın birini məhz ona həsr edə bilərsiniz. Yaxud xəlvətcə sürücülük kurslarına yazılıb, maşın idarə etməyi öyrənərək, günlərin bir günü ona məharətinizi nümayiş etdirə bilərsiniz. Özünüzü təkmilləşdirməyə və özünüzdə yeni-yeni fəthlər etməyə, istedadlar axtarıb üzə çıxarmağa çalışın! Gitara çalmağı, çubuqla yeməyi, paraşütlə atılmağı, tanqo və ya göbək rəqsi etməyi öyrənin. Özü-nüzdə yeniyeni zirvələr fəth edin və o zaman sevgilinizi heyrətləndirib, onun sizinlə iftixar duymasına nail olacaqsınız.

Qayda № 38
“MÖHKƏM XƏSTƏLƏNMIŞƏM, QIZDIRMAM VAR…”, YAXUD SEVDIYINIZ KIŞI XƏSTƏLƏNIBSƏ

O xəstələnib! Nə etməli? Birincisi – hay-küy qoparıb təşvişə düşməmək… İkincisi isə sevgilinizin xəstəliyə nə kimi reaksiya verdiyini araşdırıb öyrənmək – onu işə qaçıb getməyindənmi çəkindirməli, yoxsa başına fırlanıb şirin sözlərlə onu əzizləməli olacağınızı bilmək üçün. Üçüncüsü isə onun sizin üçün nə qədər dəyərli və əziz olduğunu anlaması üçün daim onun yanında olmanız gərəkdir.

Beləliklə, yağışlı bir axşam evinizin qapıları önündə görüşməniz çox uzun çəkmişdir. Nəticə etibarı ilə o xəstələndi.

Kişilər xəstəliyi iki cür keçirir. Birincisi budur: o, xəstəliyi qəhrəmanlıq göstərərək, necə deyərlər, ayaq üstə keçirir. Xəstəliyin simptomlarına fikir vermədən, həmişəki kimi telefon qoltuğunda iş-güc dalınca qaçır, eyni zamanda müxtəlif qızdırmasalan dərmanları da qəbul etməyi unutmur. Belə bir “nümunəni” yatağa salıb müalicə olunmağa məcbur etmək kifayət qədər çətindir, o, ulaq kimi inad edib, filan yerə getməli, bəhmən yerə zəng etməli olduğunu iddia edəcəkdir.

Xəstəliyini ikinci növdə keçirən kişilərin sayı nisbətən artıqdır: o, termometr 37,2 dərəcəni göstərəndə artıq yatağa yıxılır, sızıldanmağa, zarımağa, gileylənməyə başlayır və ölümün yaxın olduğunu zənn edir. Bu üzdən tam anlamı ilə həyatın son anlarının dadını çıxarmağa çalışır.

Birinci halda kişini zorla da olsa, “əl-qolunu qandallayıb” çarpayıya bağlamaq lazımdır.

İkinci halda isə gərginliyi azaltmaq naminə vəziyyəti əyləncəli bir oyuna çevirmək olar. Təsəvvür edin ki, bu oyunun adı “xəstəlik” oyunudur. Onu yatağa uzadın, isti çay süzün və bir az əzizləyin. Ona ana qədər doğma olacağınızı bildirib, soyuqdəymə dərmanları içirin, yeməyi özünüz yedirin və nağıllar danışın. O, uşaq kimi naz edib sızıldanacaq, lakin siz bütün bunları yumorla qəbul etməlisiniz. Kişi üçün xəstələnmə işdən uzaqlaşmaq, istirahət etmək və azlıq edən diqqət porsiyasını əldə etmək deməkdir. Son nəticədə hər bir kişinin ərköyünlük etməyə ixtiyarı vardır; heç olmasa, ildə bir dəfə, deyilmi?

Əgər sizin yarınız, Allah qorusun, ciddi bir xəstəliyə düçar olubsa, onda onun yanından ayrılmamaq sizin müqəddəs borcunuzdur. Xəstəxana məişətinin əzabəziyyətini səbir və təmkinlə qəbul edin, inanın ki, yarınız sizin diqqət və qayğınızı mütləq dəyərləndirəcək. Onu ruhlandırın, yardımçısı olun və əhvalını yüksəltməyə çalışın, onda o, daha tez sağalmağa başlayacaq.

Qayda № 39
“MƏNI GECƏYARISI DA ÇAĞIRSAN, QUŞ OLUB QANAD AÇARAM, ÖZÜMÜ SƏNƏ ÇATDIRARAM”, YAXUD NECƏ OYUNCAĞA ÇEVRILMƏMƏK HAQQINDA

Bütünlüklə ona aid olmağa gərək yoxdur. Siz canlı bir adamsınız, o isə, nə qədər ideal olsa belə, yer üzündə yeganə varlıq deyil. Onun sizdən istifadə etməsinə yol verməyin – siz nə qulluqçu, nə sponsor, nə də şikayət dinləyənsiniz. Siz gözəl və özündən arxayın bir qadınsınız, sizin sevginizi qazanmaq üçün, ilk növbədə, özünüz sevilməlisiniz.

Bəli, bəzən sevdiyimiz kişilər bizdən istifadə etməyə çalışır. Sizi inandırım ki, bəzi hallarda biz özümüz bunun üçün onlara imkan yaradırıq. Dekabrist arvadları kimi onlarla dünyanın o biri ucuna da getməyə razıyıq.

Bəzən biz özümüzdən, şəxsiyyətimizdən, istək və arzularımızdan imtina edib, sevgilimizin oyuncağına çevrilirik. Bir çoxlarımız həyatda belə bir vəziyyətlə üzləşmişik: sevgi də var, görüşürük də, lakin yenə də nəyinsə yolunda olmadığını hiss edirik. Siz cavan oğlanın sizdən istifadə edə biləcəyini heç düşünmüsünüzmü?

Hazır bir evə gəlib, hazır ev xörəyi yemək, sonra da işlərinin çoxluğunu bəhanə edərək sizə əl edib getməyin onun üçün əlverişli olduğu ağlınıza gəlməyib? Sizdən istifadə olunduğu halda münasibətlərinizin davamı olmayacağını düşünmüsünüzmü?

Bəs özünüzə qarşı belə bir münasibətlə necə müba rizə etmək olar? Mümkün toyunuzun gələcək qeyrimüəyyənliklərin sıradan biri deyil, planlaşdırılmış bir tədbir olduğuna necə nail olmaq olar?

İlk növbədə, yanıldığınıza ümid etməyi, intuisiyanı-zın sizi aldatdığına inanmağı tərgitməlisiniz. Əgər sizin sevgiliniz toy və birgə həyat haqqında bir kəlmə belə söz açmırsa, deməli, onun bir silkələnməyə ehtiyacı vardır-. Onun dünyada gəzən yeganə adam olmadığını və sizin çox asanlıqla özünüzə başqa bir yar tapa bilə-cəyi-nizin çətin olmadığını ona hiss etdirib çatdırın. Özünüzə qulluq etməyə, makiyajınızı bir az da parlaq etməyə və cəngavərinizin xahişlərini mümkün qədər tez-tez təxirə salmağa başlayın. Rəfiqələrinizlə klublara gedin, gəzintilərə çıxın və mümkün qədər tez-tez axşamlar evdən gəzməyə çıxın. Özünüzü laqeyd göstərməyə çalışın.

Aydın məsələdir ki, bu çətin olacaq, amma son nəti-cə-də biz özümüzə qarşı hörmət və səadətə layiqik. Özünüz ona zəng etməyin, o zəng edəndə isə hər dəfə telefona cavab verməyin. Sizin bu davranışınız onu düşünməyə vadar edəcək və o, sizi qısqanmağa başlayacaq. Davamsız münasibətlərə alışmış insanlar, adətən, özlərinin əvəzolunmaz olduqlarını zənn edirlər. Rahat ev başmaqlarının ayaqlarının altından çıxıb getməsini, isti ev yeməklərinin isə hansısa bir başqa kişiyə nəsib olmasını dərk etdikcə, onlar stupor7 vəziyyətinə düşür və problemi aydınlaşdırmaq niyyətinə gəlirlər.

Bu yerdə isə əsas olan ona aydın şəkildə əvvəlki münasibətlərə qayıdışın mümkün olmamasını izah etməkdir-. Siz onun üçün aşpaz qadın və müftə könül əyləncəsi yox, hörmətə layiq bir şəxsiyyətsiniz. Bütün bunlar kara yetmirsə, onda onu tərk edin. Bu roman uzun müddətliyinə uzanmaqla sizə yalnız iztirab gətirə bilər. O adam bu iztirablara dözməyə dəyərmi?

Qayda № 40
ONUN KÖYNƏYINDƏKI SAÇLAR, YAXUD XƏYANƏTI NECƏ AYIRD ETMƏK OLAR

Xəyanət xoşagəlməz bir şeydir. Bəli, kişilər xəyanətə meyllidirlər, lakin sizin sevgilinizin bunu etməməsi üçün əlinizdən gələni əsirgəməyin. Xəyanətin qarşısını almağa çalışın, bunu etməyi çatdırmadınızsa, onda onu bu addıma vadar edən amili aydınlaşdırın. Bəlkə səbəb elə siz özünüzsünüz?

Xəyanət… Axı onlar nə üçün xəyanət edir, nələri kəmdi? Əgər onlar özlərinə məşuqə axtarıb tapırlarsa, deməli, nələrisə kəmdir.

Heç sevgilinizin bir qədər fikri dağınıq və yaxud əksinə – sizə qarşı həddindən artıq diqqətcil olduğunu müşahidə etmişsiniz? Bəlkə o, hədiyyələrinin sayını artırıb və ya sizə daha çox və daha canfəşanlıqla nəvaziş göstərməyə başlayıb? Burada bir hiylənin olub-olmadığını, yaxud sevgilinizin özünə yeni sevgili, ya da məşuqə tapıb-tapmadığını bir düşünüb-araşdırın. Çətin də olsa, bu xoşagəlməz fikri özünüzdən uzaqlaşdırmayın, bu iş hər birimizin başına gələ bilər. Xəyanətlə barışmaqmı, yoxsa münasibətlərə son qoymaqmı – bu qərarı yalnız siz verəcəksiniz.

Birincisi, həmişə onun davranışına diqqət yetirin. Əgər o, özünü bir qədər qəribə aparırsa, diqqətsiz və dal-ğın olursa, ola bilər ki, onun həyatında başqa bir qadın var.

İkincisi, onun işdə yubanmalarının həftədə neçə dəfə olmasına nəzarət edin. Bu yubanmalar iki dəfədən artıq olursa, sayıq olun.

Ümumiyyətlə, kişilər xəyanətlərinin əksəriyyətində yalnız özlərini günahkar sayırlar və bundan da böyük utanc hissi keçirirlər. Bu səbəbdən də onlar sizi “satın almağa”, hədiyyələr bağışlamağa və sizə daha nəvazişlə yanaşmağa başlayırlar. Sevdiyiniz adamın gündə-gündə sizi gül-çiçəyə qərq etməsini görsəniz, ehtiyatlı olun.

Yeri gəlmişkən, daha bir məsləhət – heç bir halda xəyanət şübhələrinizi rəfiqələrinizə və yaxud başqa adamlara bildirməyin. Sizin şübhələriniz yanlış çıxa, onun işdə yubanmaları isə həqiqətən iş məsələləri ola bilər. Belə olan halda siz pis vəziyyətdə qalacaqsınız. Xəyanət yalnız sizə və sevgilinizə aid olan bir məsələdir və şəhərin yarısından çoxunun sevgilinizin sizə xəyanət etdiyini bilməsinə ehtiyac yoxdur.

Tələsik qərarlar da verməyin. Ola bilər ki, kişi yeni tanışlığından usanıb, ona son vermək niyyətindədir, bəlkə də heç bir tanışlıq və məşuqə-filan yoxdur.

Nəhayət, siz sadəcə, onun yanında əyləşib səmimi şəkildə ona sual verə və onun da bu suala səmimi cavab verməsini xahiş edə bilərsiniz. Xəyanəti bağışlayıb-bağışlamamaq hüququ yalnız sizə məxsusdur. Əgər siz ayrılmaq istəmirsinizsə və onu bağışlamağa hazırsınızsa, ixtiyar sahibi özünüzsünüz. Həyasızı tərk etmək istəyirsinizsə, yenə də – özünüz bilərsiniz. Lakin unutmayın ki, heç kimin sizi incidib təhqir etməyə ixtiyarı yoxdur!

Qayda № 41
“MƏNIM DƏLISOV MÜDAFIƏÇIM”, YAXUD ONUN ÖZÜNÜ QƏHRƏMAN HISS ETMƏSI ÜÇÜN NƏ ETMƏK GƏRƏKDIR?

Kişilər bəşəriyyətin güclü qisminin təmsilçiləridir. Sevgilinizə gücünü nümayiş etdirməyə imkan verin. Bir-iki dəfə ağır zənbillərinizi ona daşıtdırın, ondan sonra o, sizin özünüzü də qucağında gəzdirməyə hazır olacaq. Axı siz onu hamının içində ən cəsur, ən qoçaq olduğu üçün seçmisiniz, siz özünüz isə çox zərif, çox müdafiəsiz və acizsiniz (həqiqətdə elə olmasa belə), ona böyük ehtiyacınız var və o, tam arxayınlıqla özünü sizin xilaskarınız və müdafiəçiniz hesab edə bilər.

Əzəldən bəri kişilərin qadınlara nisbətən daha güclü və cəsur olduğu fikri hökm sürür və elə bu səbəbdəndir ki, məhz kişilərin qadınları müdafiə etməli olduğu qəbul olunub. Müasir dövrümüzdə xanımlar arasında özünü həm mənəvi, həm də fiziki cəhətdən müdafiə etməyi bacarmayanlara demək olar ki, rast gəlmək mümkün deyil. Bugünkü xanımlarımız ayaqqabılarının dabanı ilə göz çıxara, yumruqları ilə burun sındıra bilərlər… Bəs sizi müdafiə etmək fikrinə düşən zavallı kişi nə etməlidir?

Axı o kişidir, deməli, bizdən güclüdür, biz isə vaxtaşırı bu əsatiri pozuruq və onun da şərəfi, mənliyi bundan əzab çəkir. Bunların baş verməməsi üçün sizə bir neçə məsləhət vermək istəyirəm.

Hətta siz hansısa bir döyüş sənəti növünün mahir bilicisi olsanız da, asanlıqla bir yekəpərin beynini dağıtmağı bacarsanız da, bunu nümayiş etdirmək məsləhət deyil –sizin şərəf və ləyaqətinizin müdafiəsinə qalxmaq kişinin özü üçün də xoş olacaq. Mübahisəli şəraitdə siz, sadəcə, yazıq-yazıq sevgilinizə baxıb, onun enli kürəyinin arxasında gizlənməlisiniz. Sonra isə “qorxunc yaralarına” zelyonka çəkib, onun qəhrəmanlığı və cəsurluğu ilə fəxr etdiyinizi təkrar-təkrar deməlisiniz.

Hətta siz ondan boyca hündür olsanız da, tez-tez ona balac-a, zərif bir xanım olduğunuz fikrini aşılayın. Onsuz ağır zənbillər götürməyi, mebelin yerini dəyişməyi, axşa mlar küçəyə tək çıxmağı qətiyyən bacarmadığınızı bildirin. Qoy o, sizin yeganə müdafiəçiniz olduğunu hiss etsin və bilsin.

Bayırda guruldayan ildırımın qorxunc səsini eşidib, bir az qorxu və dəhşət nümayiş etdirmək də pis olmaz, onda o, sizə şəfqət hissi duyaraq yardımınıza çatmağa və çarpayıda sizi qucaqlayıb müdafiə etməyə can atacaq. Bunun nəyi pisdir ki?..

Nəhayət, siz onun qəhrəmanlığını nümayiş etdirib qürurlanması xatirinə qaranlıq bir küçədə xuliqanlarla görüş də təşkil edə bilərsiniz. Xuliqan roluna bir-iki tanışınız da yarayar. Təbii ki, bu tanışlarınızın xarici görkəmində bir qədər dəyişiklik etməsi pis olmazdı, çünki sevgiliniz nə vaxtsa onları sizin ətrafınızda görərsə, bu, heç də yaxşı nəticələnməyə bilər.

Ürəkkeçməsi oyunu çıxarmağa cəhd edin, amma öncə evdə xalçanın üstündə bir neçə dəfə məşq edin. Kişilər ürəkkeçmələri sadəcə qadın əyləncəsi hesab edir, gəlin onları fikirlərindən daşındırmayaq.

Ən əsası sevgilinizə daim onun nəzakətli və igid bir qəhrəman olduğunu xatırlatmanızdır. Buraxın, özünü sizin qəhrəmanınız sansın.

Qayda № 42
MƏIŞƏT, YAXUD DA BU ZƏMINDƏ MÜBAHISƏLƏRDƏN NECƏ UZAQ OLMAQ HAQQINDA

Siz bir yerdə yaşamağa başladınız və hər şey sizin ümumi mülkünüz oldu. Hər gün bir-birinizi görürsünüz, özü də heç də hər gün xoş bir halda deyil. ev işləri adət halını alıb, yemək bişirmək və paltar yumaq isə həyatınızın ayrılmaz hissəsinə çevrilib. Lakin tezliklə bütün bunlar bezdirir, yemək qazanlarından və çirkli corablardan baş gö-türüb evdən qaçmaq, yaxud da hər yeri batırdığına — və çox yemək yediyinə görə sevgilinizə acıqlanıb qışqırmaq istəyi yaranır. Dəyərmi? Səbir və səmimi- söhbət münasibətlərdəki böhranı dəf etməyə yardımçı olacaq.

Bütün münasibətlərdə böyük və dəhşətli bəla olan, sevgi qayıqlarını qayalara çırpıb dağıdan, “ölkənin demoqrafik vəziyyəti”ni korlayan MƏİŞƏTLƏ toqquşma anı gəlib çıxır. Siz görüşürsünüz, sevib-sevilirsiniz, sonra evlənib bir yerdə yaşamağa başlayırsınız və tezliklə pəncərə altında oxunan serenadalarla onun hər tərəfə səpələnmiş çirkli corabları, daim şalvardan çölə çıxan köynəyi və s. bu kimi amillərin fərqli şeylər olduğunu anlayırsınız. Yaxşı, bəs indi sizin ailə qayığınızın həmin o məişətə dəyib çırpılmaması üçün nə etmək gərəkdir?

Birincisi, o evdə ikinizin yaşadığınızı unutmaq olmaz və bu səbəbdən də ailə və məişətin yükü ikiniz arasında bərabər bölünməlidir. Əgər siz hər ikiniz də işləyirsinizsə, bu bir məsələdir, yox, əgər ailəni dolandıran yalnız odursa, bu, bir qədər fərqli məsələdir.

Birinci halda hər ikiniz eyni dərəcədə işdə yorulursunuz, ona görə məsuliyyət və vəzifələrinizi öncədən aranızda bərabər müzakirə edib paylaşdırmalısınız. Axı razılaşın ki, sizin işdən yorğun gəlib, ayaqüstü xörək bişirmək, paltar yumaq, paltar ütüləmək və digər ev işlərilə məşğul olduğunuz halda, onun işdən ayaq üstə yıxıla-yıxıla gəlib, dərhal divana uzanaraq bir şüşə pivə açıb televizorun pultunu əlinə götürməsi elə də ədalətli deyil.

Əgər siz işləmirsinizsə, evdar xanımsınızsa, bu, lap əladır! Siz günortaya kimi doyunca yata, seriallara baxa, evi günorta yığışdıra və xörək bişirə, həmçinin digər xırda işlərlə məşğul ola bilərsiniz. Əsası odur ki, onun qayıtmasına, ən azı, saat yarım qalmış işlərinizi yekunlaşdırasınız. İşlərinizi bitirdikdən sonra üz-gözünüzə əl gəzdirir, makiyaj edir, saçlarınızı düzəldir, əyninizi geyinir, ətirlənibqoxulanıb işdən gələn ərinizi qarşılayırsınız.

Qayda № 43
SPINOZA ISTIRAHƏT EDIR, YAXUD ONU AĞIL VƏ IDRAKINIZLA NECƏ MƏFTUN ETMƏK OLAR

Ağıllı olmaq çox yaxşıdır. Sizə hörmət bəslənir, sözləriniz diqqətlə dinlənilir. Ən əsası qədəri bilməkdir! Orta məktəbdə biologiyadan qiymətiniz beş olsa da, biologiya elmləri namizə-dinin — təqlidini çıxarmağa ehtiyac yoxdur. Bir də, təbii ki, özünüzü axmaq, nəyə görə maşınların idarə olunduğunu, insanların isə uçmadığını anlamayan — qız kimi də aparmaq lazım deyil.

Bir reklam çarxı var idi, xatırlayırsınızsa, orada reklamın qəhrəmanı olan bir qız fərsiz pərəstişkarına belə deyir: “Bəzən danışmaqdansa, çeynəmək yaxşıdır”. Bu səbəbdən də, belə vəziyyətlərə düşməmək üçün sizə bir neçə məsləhət vermək istəyirəm.

Kişilər çoxdanışan, söhbətcil qadınları etibarsız, ağılsız və hədsiz sadəlövh hesab edirlər. “Boşboğaz” sirr saxlaya bilmir, axmaq-axmaq danışır, ümumiyyətlə, beləsinə kişilər heç zaman sirr etibar etməz.

Odur ki, çox danışmaq xasiyyətindən imtina etməniz gərəkdir. Azdanışan olun. Bu asan deyil, başa düşürük, amma LAZIMDIR. Görəcəksiniz, bu özünüzün də xoşunuza gələcək. Siz təkcə özünüzü yox, insanları da dinləyib eşidə biləcəksiniz. Bu, xüsusilə də onun dostları olan kampaniyaya aiddir. Çox dinləyib, az danışın, fikirlərinizi yerində və vaxtında ifadə edin, onda siz onların gözündə son dərəcə maraqlı və ağıllı həmsöhbət olacaqsınız. Hələ qədim zamanlarda bu taktikanı Deyl Karneqi də tətbiq etmişdir.

Daha çox mütaliə etməyə və oxuduqlarınızı sevgili nizlə müzakirə etməyə çalışın. Rəyinizi haqlı hesab edirsinizsə, onu müdafiə etməkdən, çılğın müzakirələrə girişməkdən qorxmayın. Daxili aləminizin zəngin olduğunu, Remarkı Xyu Qrantdan ayıra biləcəyinizi və sadəcə jurnallarla deyil, başqa şeylərlə də maraqlandığınızı ona sübut edin.

Bütün kişilər xəbərlərə baxırlar; siz də baxın. Belə olan halda siz təkcə dünyada baş verənlərdən xəbərdar olmayacaq, həm də sevgilinizlə müzakirələr üçün yeniyeni mövzular əldə edəcəksiniz.

Bəs söhbətcilliyi heç cür söküb-atma mümkün olmursa? Onda, heç olmasa tələsmədən danışın ki, səfehlikfilan etməyəsiniz. Əgər o, bir dəfə sizə boşboğazlığınızı bağışlayacaqsa, gələn dəfə “sizin kimi birisinə ömrünü calamağa dəyərmi” deyə düşünəcəkdir.

İstənilən halda, ətrafda baş verən hər şeyə dair sizin özünüzün şəxsi rəyiniz və nəzər nöqtəniz olmalıdır.

Sadəlövh olmayın və anlamadığınız bir sahədə söhbətlərə girişməyin. Əgər o müharibə dövrünün, qırxıncı illərin hərbi qüvvələrinə aid kitablarla maraqlanırsa, deməli, böyük ehtimalla o, bu sahədə sizdən daha çox məlumata malikdir və ona görə də bu mövzuda onunla mübahisələrə girişmək tamamilə mənasızdır. Söhbət zamanı sizin bütün dəlil-sübutlarınız dəqiq və düşünülmüş olmalıdır. Yalnız o halda o, sizi axmaq və sadəlövh hesab etməyəcək.

Qayda № 44
“SƏN-MƏN VƏ BIZ IKIMIZ”, YAXUD SIZIN BIRGƏ HOBBINIZ

Siz birlikdə çox zaman keçirirsiniz! Yaxşı, bəs nə ilə məşğul olursunuz? Əgər sizin ikinizin ümumi hobbiniz varsa – ümumi maraq insanları birbirinə çox yaxınlaşdırır – onda siz sadəcə bir-birini sevən iki adam yox, həm də hansısa bir işdə yoldaş da olursunuz. Bundan da əlavə, söz-söhbətlər nə vaxtsa tükənə bilər, ümumi hobbi olan yerdə isə hər zaman söhbət üçün yeni-yeni mövzular və səbəblər olacaqdır. Məsələn, yeni çıxmış kəpənəkli marka haqqında.

Kişi ilə qadını birgə, maraqlı keçən asudə vaxt kimi başqa heç nə bir-birinə yaxınlaşdırmır. Deməli, belə bir ümumi marağı düşünüb tapmanız gərəkdir. Beləliklə, nəyi seçək? Piyada gəzintilərimi, tutuquşuların və yaxud nadir cinsli balaca itlərin yetişdirilməsi məşğuliyyətinimi seçmək?

Nəyi seçəcəyinizdən asılı olmayaraq, ümumi hobbi seçiminə tam məsuliyyətlə yanaşmaq gərəkdir.

Həddindən artıq bahalı məşğuliyyətləri seçməyə dəy-məz. Ümumiyyətlə, ən yaxşısı, kişini sizin sevdiyiniz — məşğuliyyətə cəlb etməkdir, yaxud da sizin onun məş ğuliyyətinə cəlb olunmanızdır ki, seçimə və müzakirə-lərə — vaxt itirməyəsiniz.

Əgər heç birinizin hobbisi yoxdursa, onda onu bəra bər düşünüb tapın.

Məsələn, birlikdə açıqca və ya poçt markaları kolleksiyası toplaya bilərsiniz. Düzdür, bu, bir az bahalı məşğuliyyətdir, amma çox maraqlıdır. Həmçinin nadir, lakin maraqlı filmlərdən ibarət videoteka yaratmaq, yaxud da plastinkalar yığmaq olar – onu deyim ki, onları tapmaq üçün çox çalışmalı olacaqsınız.

Bu hobbi isə daha çox xanımlara aiddir, amma kişiləri də buna cəlb etmək mümkündür – gözəl və fiqurlu sabunlar toplamaq. Şükür Allaha ki, elə sabunlar zəmanəmizdə kifayət qədər istehsal olunur.

Əsası odur ki, hobbiniz sizinlə sevgiliniz arasında nifaqa səbəb olmasın. Əgər sevgili yarınız nadir növlü həşəratları toplamağı sevirsə, siz isə repellentdən küçəyə çıxmağa qorxursunuzsa, düşünürəm ki, bu barədə onunla söhbət etməyə dəyər. Əgər siz plüş parçadan tikilmiş oyuncaq toplamağı sevirsinizsə, onun isə toza qarşı həssasiyyəti varsa, onda sevgilinizlə oyuncaqlar arasında bir seçim etməlisiniz.

Həmçinin, ekstremal tipli birgə hobbilər də ola bilər. Məsələn, sevgi ilə məşğul olmaq üçün maraqlı yerlər axt-arıb tapmaq – bunun nəyi pisdir? Yaxud da birgə para-şütlə tullanmalar, at minmək, maşın yarışları, cıdır, ümumiyyətlə, sizi birləşdirəcək və partnyorunuzu təhqir etməyəcək istənilən bir məşğuliyyət. Baydarkalarda gəzintilərə, səfərlərə, təbiət qoynuna çıxa bilərsiniz – bütün bunlar da hobbidir.

Onun maraqlarına xüsusi diqqət yetirməyə çalışın, bu, ona böyük ehtimalla xoş gələcək. Onu maraqlandığı məşğuliyyətə görə danlamayın və əsla hobbisinə qısqanmayın: o, sizin onu havasını kəsmək və onu ümumiyyətlə, azadlıqdan məhrum etmək istədiyinizi düşünə bilər.

Birgə hobbi və yaxud kişinin maraqlarına göstərdiyiniz diqqət və əhəmiyyət ən azından sizə sevdiyiniz adamı daha yaxşı tanımaq və ona daha da yaxınlaşmaq imkanı verəcəkdir.

Qayda № 45
HƏYATI NECƏ BIR QƏDƏR ŞƏN ETMƏK, YAXUD DA YUMOR HISSI HAQQINDA

Gülüş, təbəssüm – sevincdir! Həyatı qəlizləşdirməyən insan deyingən qulyabanıdan qat-qat maraqlı və sevilən olur. Kişilər isə ətrafdakıların diqqətini cəlb edənləri daha çox sevirlər. Ona görə də həyata daha şən yanaşmağı öyrənirik ki, birincisi onun xoşuna gələk, ikincisi də xoşbəxt olmaq üçün. Son nəticədə insanlar bir zarafata gülürsə, deməli, onların arasında əlaqə çoxdur.

On beş dəqiqəlik gülüş ömrünüzü beş dəqiqə uzadır. Gülmək xeyirli və xoşdur. Lakin gülmək üçün yumor hissinə sahib olmaq gərəkdir.

Əgər sizin yumor hissiniz yoxdursa, onda heç bəxtiniz gətirməyib. Nədənsə çox, tez-tez və səmimi gülən insanlar ətrafdakılar tərəfindən balaca və hələ dünyanı dərk etməyən uşaqlar kimi qəbul olunur. Böyük ehtimalla sizin də ətrafınızda daim sizə qeyri-ciddi olduğunuzu təkrarlayan bir deyingən vardır. Yeri gəlmişkən, heç fikir verməmişsiniz ki, elə insanlar evdə də, işdə də daim bədbəxt olurlar? Daim hər şeydən narazı, naşükürdürlər və ümumiyyətlə, həyat onlara gülmək və şənlənmək üçün çox ağır və dözülməz görünür. Bu insanlara inanmayın! Can sağlığı ilə gülün, şənlənin və gülməyi bacarmayan, sevməyən insanlara qətiyyən əhəmiyyət verməyin.

Sizin yumor hissiniz spesifik ola və bəziləri onu anla maya bilər, lakin siz buna əhəmiyyət verməyin. Ətrafdakılara gülməli gəlməyən zarafatlarda belə daim sizin yanınızda olanlar olacaqdır.

Əgər siz zarafat etməyi, sevinməyi, şənlənməyi və ürəkdən qaqqıldamağı sevirsinizsə, bunu tərəddüdsüz edin, yelbeyin və yüngülxasiyyət adı deyingən qulyabanı adından daha yaxşıdır. Sonunda sizin istədiyiniz kimi davranmağa və sevdiyinizi etiraf etməyə ixtiyarınız var və heç kim bunu sizə qadağan edə bilməz.

Yumor hissinizi “yaxşılaşdırmaq” üçün assosiativ tə fəkkürünüzü — inkişaf etdirməlisiniz. Ən şən zarafatların böyük əksəriyyəti məhz bunun üzərində qurulmuşdur. Zarafat etməkdən qorxmayın – ətrafdakıların bunun barəsində — nə düşünəcəklərinə qəti fikir verməyin. Başqalarının nə düşündüyünün dərdini çəkmək üçün həyat çox qısadır.

Komediya janrlı filmlərə daha çox baxın və özünüzdə təqlidçilik bacarığını inkişaf etdirin, o halda siz istənilən kampaniyada sevimliyə çevrilərək, ümumun diqqətini cəlb edəcəksiniz. Hər bir zarafatı öncə yaxşı-yaxşı düşünüb təhlil edin, çünki o, zarafat etdiyiniz adamların xətrinə dəyə bilər. Əgər lətifə danışırsınızsa, bunu üz cizgilərinizi də işə salaraq danışın, onda daha maraqlı alınacaq.

Ən əsası isə gülməli olmaqdan qorxmayın, əgər insanlar gülürsə, deməli kefləri yaxşıdır, onların kefi yaxşıdırsa, deməli, sizin də kefiniz yaxşı olacaq. Gülümsəyin, gülün, qaqqıldayın, heç nədən və heç kimdən çəkinməyin. Ətrafdakılarla da zarafatlaşmaq olar, lakin onların xətrinə dəymədən. Daim deyinən və qaşqabaq sallayanlar isə qoy öz bildiklərində olsunlar və olduğu kimi də qalsınlar.

Qayda № 46
“BU GÜN BIZ TEATRA GEDIRIK”, YAXUD BAYRAMLARI BIRLIKDƏ NECƏ KEÇIRMƏK HAQQINDA

Cəmiyyətdə özünü necə aparmaq gərəkdir ki, sonradan davranışınıza görə utanıb-qızarmayasınız? Ən əsası: hamıya qarşı gülərüz və xeyirxah olun. Özünüzü aktiv aparın, lakin nəzakət çərçivəsindən kənara çıxmayın.

Beləliklə, sizin payınıza birgə bir istirahət günü düşüb və siz onunla mədəniyyət təmsilçilərinin və ziyalıların çoxluq təşkil etdiyi bir məkana, məsələn, teatra getməyə hazırlaşırsınız. İlk növbədə dress-kod məsələsini unutmuruq. Təbii ki, biz ora cins şalvar və qısa köynəkdə getməyəcəyik. Biz ora gözəl, lakin sadə bir donda, yaxud da kostyumda gedəcəyik, lakin paltarınız əsla çağırğan və həddindən artıq açıq-saçıq olmamalıdır. Biz üzərimizə min cür bəzək əşyası taxmamalı və üz-gözümüz rəngarəng çalarlara çalan yeni hasarı xatırlatmamalıdır. Biz möhtəşəm, aram və əzəmətli olacağıq.

Hansısa bir bayramı birlikdə qeyd etməyi düşünürsünüzsə, onda öncədən bütün detalları müzakirə edin, kimin nə ilə məşğul olacağını bölüşdürün və məclisin harada keçəcəyini də müəyyənləşdirin. Əgər dostlarınızın evinə gedirsinizsə, onda işləri onlarla öz aranızda paylaşdırın, əgər dostlarınız sizə gəlirsə – yenə də bölgü üzrə hərəkət edin. Kimisi xörək bişirsin, kimisi yer-yığış işinə baxsın, kimisi qab-qacaq yusun, kimisi yeməkləri daşısın və s.

Məclisin bəsit bir sərxoşluq gecəsinə çevrilməməsi üçün şənlənməyinizin də necə olacağını öncədən düşünmək gərəkdir. Bir neçə kollektiv oyun fikirləşin, ya da xatırlayın və əvvəlcədən bütün gərəkli olanları hazırlayıb, bu oyunları məclisdə keçirin.

Əgər siz bayramı, sadəcə, ikilikdə qeyd etməyi düşünürsünüzsə, onda əvvəlcədən menyunu müəyyənləşdirin, — müxtəlif yeni kokteyllər hazırlayın və əyninizə son dərəcə cəlbedici bir paltar geyinin ki, sevginin dadını çıxara biləsiniz.

Axşamın əhvalını qoruyub-saxlamağa çalışın və çox spirtli içki içməyin: səhərki gün dəhşətli başağrısı ilə oyanıb dünənki axşamdan heç nəyi xatırlamadığınızı anlamaq, üstəlik də stolun üstündə oynayıb, bişmiş toyuğu boğmağa çalışdığınız xəbərini eşitmək o qədər də ürəkaçan olmayacaq. Bir sözlə, problemlərdən uzaq olmaq üçün spirtli içkilərdən çox qəbul etməyin.

Yeri gəlmişkən qeyd edək ki, qonaq getmişsinizsə, orda çox yubanmaq da məsləhət deyil. Xeyirxah və şən, aram olun və məclis tamamilə ürəyinizcə olmasa belə, heç bir zaman ev sahiblərinin ünvanına ağzınıza gələni danışmayın!

Sevgilinizlə birlikdə sizə uğurlu istirahət və çoxlu-çoxlu şən bayramlar arzusu ilə…

Qayda № 47
“ÖKÜZ KIMI IŞLƏYIRƏM…”, YAXUD IŞ HAQQINDA

İş! Nə qədər üstünlüklər vardır: pul, zövq, gəlir, ünsiyyət. Lakin eyni zamanda bu, kişi ilə münasibətlərə necə mənfi təsir edir! O, təyin olunmuş görüşləri təxirə salaraq və yavaş-yavaş sizi əsəbiləş-dirərək saatlarla, günlərlə işdə batıb qalır. Sakitləşin! İstənilən vəziyyətdən çıxış yolu vardır.

Sevgilinizin işinə həddindən artıq çox zaman ayırması sizə diqqətini az ayırması ilə nəticələndiyi hallar, yəqin ki, çox olur. Bu, heç də xoşagələn deyil, razıyam, lakin gəlin bir anlığa özünüzü sevgilinizin yerinə qoyun.

Kişi üçün iş sadəcə gəlir mənbəyi deyil, həm də özünürealizasiya vasitəsidir. O, özü ilə fəxr etməsi, cibində pulu olması, sizi ürəyi istədiyi kimi restoranlara, kinoya aparması, gəzintilərə çıxması üçün çalışır. Bu üzdən sizin onun həyatına gəlməniz praktiki olaraq heç nəyi dəyişmir, o, əvvəlki kimi yenə də çalışacaq və işinə yetərincə zaman və diqqət ayıracaq.

İşdən imtina etməyin özünü böyük bir dünyadan kənara tullamaq demək olduğunu siz özünüz də, yəqin ki, yaxşı anlayırsınız. Həyatımızın böyük qismi məhz iş yerimizdə keçir, orada biz komandayıq və bir ailəyik. Özümüzün peşəkar uğurlarımız barədə yaxın adama bəhs etmək həmişə xoş olur.

Bəs əgər sizin yarınızın sizinlə görüşmək üçün, ümu miyyətlə, vaxtı yoxdursa? O, sizə görüş təyin edir, lakin bir neçə saatdan sonra zəng edib, görüşün baş tutmayacağını deyərək, müdirin onu işlə “yükləməsini” xəbər verir. Belə bir vəziyyətdə nə etmək gərəkdir?

Mübahisə salıb ayaqları yerəmi vurmaq, yoxsa səbir edib, çətinliklərin nə vaxtsa sona yetməsini və hər şeyin yoluna düşməsinimi gözləmək? Birincisi daha ağlabatandır. Özünüz düşünün: əgər siz də, ən azı, onun qədər çalışırsınızsa, lakin onunla görüşləri təxirə salmadan, ona bacardığınız diqqət və qayğını göstərməyi çatdırırsınızsa, nə üçün o, belə davranmalıdır?

Bu zəmində mübahisə və narazılıqların olmaması üçün sizə sakitcə, hay-küysüz sevgilinizlə söhbət edib, iş fədakarlığının da bir həddinin olduğunu izah etmənizi tövsiyə edirik. Ona işdən daha mühüm olan şeylərin olduğunu deyin. İş maddi nemətlərin əldə olunması yoludur, lakin hər şeyi işə qurban vermək heç də düzgün qərar deyil. Unutmayın ki, bu deyilənlər sizin özünüzə də aiddir, sevgilinizə diqqətinizi, məhəbbətinizi azaltmayın və siz də iş fədaisi olmayın. Hətta ən gəlirli olan vəzifə belə sevgidə əldən verilmiş şanslardan üstün ola bilməz.

Bəzən kişini çox sıxışdırmaq da lazım deyil; obyektiv olun, əgər o, həftə boyunca irad və inciklik üçün şərait yaratmayıb, şənbə günü çalışırsa, eybi yoxdur. Mübahisə etməyin, onsuz da bu yolla heç bir şey əldə etməyəcəksiniz və əgər vəziyyəti dəyişmək tamamilə mümkünsüzdürsə, ən yaxşısı… bununla barışın.

Qayda № 48
“ƏZIZIM, MƏNIMLƏ EVLƏNƏRSƏNMI?”, YAXUD EVLƏNMƏ TƏKLIFINI NECƏ DÜZGÜN QƏBUL ETMƏK HAQQINDA

Nəhayət, gözlədiyiniz an gəlib çatdı! O, sizə evlənmək təklifi etməyə hazırdır. Bəs indi nə etmək gərəkdir? Birincisi, razılaşmaq. İkincisi, sizin pasportdakı bənövşəyi rəngli möhürə yox, məhz onun özünə ehtiyacınız olduğunu ona sübut etmək üçün məsələyə sakit reaksiya vermək. Üçüncüsü isə sadəcə xoşbəxtliyinizə sevinmək, amma sakitcə…

Nəhayət, onun sizə qəlbini açıb evlənmək təklif edə cəyi gün gəlib çatdı. Bu, istənilən anda və istənilən yerdə baş verə bilər. Sevgilinizin özünün də həmin dəqiqələrdə buz bağlamış dovşan kimi həyəcandan titrədiyini nəzərə alın. Vəssalam, azad həyat sona çatır, lakin o, necə deyərlər, nə yardan doyur, nə əldən qoyur… Böyük ehtimalla o, heç evlənməyi necə təklif etmək lazım olduğunu da bilmir və sizin ona “razıyam”, “razı deyiləm” və ümumiyyətlə, nə deyəcəyinizi də bilmir…

Ona görə də sakitləşin və onu “həmin bu sözlərə” məcbur etməyin. Ehtiyatlı davranın və onun həyəcanını gördüyünüzü və bu həyəcanın nə ilə bağlı olduğunu anladığınızı ona qətiyyən hiss etdirməyin.

Nəhayət, dilindən “mənimlə evlənərsənmi” və yaxud “mənim həyat yoldaşım ol” sözləri qopub çıxandan sonra, sadəcə, gülümsəyin və xoşbəxtliyinizi büruzə verərək “Hə” deyin.

Sevincdən ciyildəmək, atılıb-düşmək və yaxud da əksinə, özünüzü naza qoyub burnunuzun altında “Nə bilim…”, “Heç bilmirəm…”, “Mənə o qədər evlənmə təklifi gəlir ki, heç bilmirəm də sənə nə cavab verim” və s. bu kimi sözlər deməyə ehtiyac yoxdur.

Vaxtı uzadıb özünüzü dağ başına qaldırmaq lazım deyil. hamıya məlumdur ki, kişilər elə anlarda özlərinə hakim olmurlar və sizin gah mıxa, gah nala vurmanızı istənilən şəkildə – imtina, ələsalma, hisslərini masqaraya qoyma və s. kimi dəyərləndirə bilər.

Elə anlarda bizim özümüz də həyəcandan tir-tir əsib, həyəcandan boğula bilərik. Birincisi ona görə ki, biz daha emosionalıq və baş verənlərə kişilərə nisbətən daha həssas reaksiya veririk, ikincisi isə belə bir ciddi və məsuliyyətli anda həyəcanlanmamaq mümkün deyil, bu sözsüz aydındır.

Yeri gəlmişkən, evlənmə təklifi dilə gətirilməyə də bilər. Kişilər bu gözəl anı uzatmağı sevirlər.

Sizə intuisiyanızı işə salıb vəziyyətin gərginliyini dəf etməyi tövsiyə edirik: ona şərab və başqa içki süzmək, zarafat etmək, bir sözlə onu ruhlandırmaq, lakin əsla tələsdirməmək gərəkdir.

Həmçinin, uşaq ərköyünlüyü ilə onun dizinin üstündə oturub, ona şampan içirərək və bic-bic gülümsəyərək ondan sizdən nə gizlətdiyini öyrənməyə çalışmanıza da yol verilir.

Amma əgər evlənmə təklifi səsləndisə, dərhal telefonu alıb bütün rəfiqələrinizi, valideynlərinizi, yaxınlarınızı evlənmək qərarına gəldiyiniz barədə xəbərdar etməyə gərək yoxdur.

Eyni zamanda, ajiotaj içində başılovlu qaçıb özünüzə toy libası və ayaqqabısı seçməyə tələsmək də məsləhət deyil.

Onunla qalın, birgə vaxt keçirin, təfərrüatları müza kirə edin, xoşladığınız bir işlə məşğul olun ki, o, sizə ərli qadın statusunun deyil, məhz bütün mənfi və müsbət keyfiyyətləri ilə onun özünün lazım olduğunu hiss etsin.

Çünki kişi evlənmə təklifi etdikdən dərhal sonra onun beynində cürbəcür şübhələr və tərəddüdlər doğulmağa başlayır: bəlkə heç lazım deyildi… yoxsa… yox, lazım idi… Belə fikirlər olmasın deyə, onun yanından ayrılmayın.

Qayda № 49
TOYQABAĞI MARAFON, YAXUD DA BUNA NECƏ TAB GƏTIRIB AYRILMAMAQ HAQQINDA

Toya lap az qalıb, əsas təşkilati məsələlər isə hələ tam həll olunmayıb. Siz həyəcanlısınız, elə o da. Mübahisə etmənizə elə bil lap az qalır. Sizə bu lazımdır? Sakitləşin və hər şeyi onunla bərabər həll edin. Axı “toy cığırının” sonunda məclisin təşkili məsələləri üzündən ayrılmaq ağır olardı.

Toyqabağı çılğınlıq başlayır. Sevgili cananla dalaşmamaq üçün bütün bunlara necə tab gətirmək gərəkdir?

Birincisi, vəzifə və məsuliyyətləri əvvəlcədən bölüş dürmək — lazımdır. Hər şeyi öz üzərinizə, yaxud da əksinə, onun üzərinə yükləməyə gərək yoxdur. Məsələn, siz üzərinizə toy paltarınızın, ayaqqabılarınızın, bərbəzək əşyaları və aksesuarlarının seçimini, toyun keçiriləcəyi məkanı tapıb danışılmasını, qonaqların hesablanmasını, tort və qonaqlar üçün maşın sifarişini götürün, o isə bəylik kostyumunun seçilməsi, menyu, Kanar adalarına gedəcəyiniz təyyarəyə biletlərin sifarişi işlərilə məşğul olsun. Bir sözlə, nə iş görəcəyinizi və işləri necə bölüşdürəcəyinizi özünüz müzakirə edin.

İkincisi, həyəcanlanıb özündənçıxmanı da dayandırmalısınız artıq. Belə davam edərsə, toydan qabaq, yaxud da toy zamanı mütləq sizi məyus edib əsəbiləşdirəcək bir şey baş verə bilər. Sizin üçün isə belə zamanlarda möhkəm və səbirli olmaq önəmlidir.

Toy hazırlıqlarınıza özünüzün və onun qohumlarını, dost-tanışını da qoşun. Toy təlaşının çətinliklərini təkbaşına, kimsələrin yardımı olmadan dəf edib aradan qaldırmaq mümkün deyil, boş yerə çabalamayın.

Təbii ki, sizin toyunuzun təmtəraqından, qonaqların sayından, toya hansısa bir qrupun dəvət olunmasında və ya sadəcə, tamadanın məclisi idarə edəcəyindən, atəşfəşanlıq, limuzin və s. işlərin olub-olmayacağından da çox şey asılıdır.

Yeri gəlmişkən qeyd edək ki, bütün bu məsələləri siz nişanlınızla ikilikdə müzakirə etməlisiniz. Əgər o, toya heç bir qrupun çağırılmamasını, məclisin sadəcə tamada və çalğıçılar tərəfindən idarə olunmasını istəyirsə, tərslik edib, öz sözünüzü yeritməyin. Elə bir şey fikirləşib tapın ki, həm hər ikinizin ürəyinizcə olsun, həm də maddi vəziyyətinizə yıxıcı təsir göstərməsin.

Ən əsası əsəbiləşməmək, səbirli olmaq və hər şeyi sevgilinizlə müzakirə etməkdir. Səbir və təmkin sizə çox gərək olacaq – VVAQ şöbəsində növbələr, rəsmi xırdalıqlar və s. insanı hövsələdən çıxarmaq iqtidarındadır. Nişanlınızın bütün bunlara nə qədər əsəbiləşdiyini isə təsəvvür etmək çətin deyil.

Qəti şəkildə bu işdə valideynlərinizin sözünə qulaq asmayın. Onlar evlənəndə hər şey tamamilə başqa cür idi.

Yaxşı tamada seçməyi də unutmayın, tanışlarınızdan hansınınsa tövsiyə etdiyi tamadanı seçmək daha düzgün olar.

Və ən əsası – daim sevgilinizin yanında olun. Toyda da, toydan sonra da, bütün birgə yaşadığınız ömrünüz boyu bir-birinizi ruhlandırın, dəstəkləyin, bir-birinizə dayaq olun və heç bir şeyin sizin xoşbəxtliyinizi pozmasına, sizi ayırıb aranıza nifaq salmasına yol verməyin!

Xoşbəxt olun! Sizə gözəl məhəbbət diləyirik!

Geniş fantaziyalı məsləhətli intim mövzulu kitablarXalqların və kütlənin psixologiyası – Gustave Le Bon

Fikirlərinizi bildirin.