UFC-nin 5 ən varlı döyüşcüsü. Qazanılmış pullar ya titul? – Məhs bu sual müasir dövrdə bir çox UFC § döyüşçülərini düşündürür. Bəzilərinin fikrincə pul ümumiyyətlə önəmli deyil. Digərləri isə bir mənalı olaraq: “Pulumu verin, istədiyiniz adamla döyüşə çıxım” deyirlər. Bəzən isə ümumiyyətlə pul tələbi ilə yanaşı rəqiblərini də hər tərəfli araşdıraraq özləri seçirlər.

Bu gün sizə UFC-nin 5 ən imkanlı döşüyüçlülərini təqdim etmək istərdik. Açıq danışsaq bu hesablamalarda yalnız döyüş üçün ödənilən məbləğlər nəzərə alınmışdır. Unutmayın ki, döyüşçülər döyüşdən başqa döyüşə ödənişli baxışlardan da kifayət qədər gəlir əldə edirlər. İndi isə məbləğlər:

5-ci yer – Michael Bisping

UFC-nin 5 ən varlı döyüşcüsü.

Promouşenin Britanyalı veteranı, UFC-nin təltif zalının üzvü, tanınmış kamentatoru, indi isə təqaüdçü Maykl Bispinq reytinqimizin 5-ci yerinə sahibdir. Onun gəlirləri 7 130 000 ABŞ dolları məbləğində qiymətləndirilir.

4-cü yer – Anderson da Silva

UFC-Anderson da Silva

Promouşenin daha bir veteranı. Fliqran texnikası çempionu, sadə, parlaq döyüşçü, nadir hallarda olsada hələdə döyüşlərə çıxan Andersonun bütün karyerası boyunca gəlirləri 8 110 000 ABŞ dolları təşkil edir.

3-cü yer – Khabib Nurmagomedov

UFC-nin 5 ən varlı döyüşcüsü.

Rusya çempionu ilk döyüşünü 16 min dollarlıq qonararla başlamışdır. Sonuncu döyüşdən isə o 6 milyon gəlir əldə edə bilmişdir. İndiki dövrdə “Qatal” 8 680 000 dollarla üçüncü yerdə qərarlaşmışdır. (Qısa BİOQRAFİYA-Həbib Nurməhəmmədov)

2-ci yer – Alistair Overeem

UFC-Alistair Overeem

Döyüşçü varidatının hər sentinə laiqdir. İndi o qədərdə yaxşı formada olmasada, hələ də pərəstişkarlarını döyüşləri ilə sevindirməyə davam edir. İndiki varidatı 8 700 000 ABŞ dollarıdır.

1-ci yer – Conor McGregor

UFC-nin 5 ən varlı döyüşcüsü.

Kobud irlandiyalı Conor McGregor. Təəcübli deyilki, UFC indiyədək məhs ona ən çox pul ödəmişdir. Pərəstişkarlara işləmək, fərqli çıxışlar mütləq öz nəticəsini verməli idi. McGregorun UFC-dən rəsmi qonorarı yalnız 12 020 000 ABŞ dolları təşkil etmişdir.

Fikirlərinizi bildirin.