Transgenderlər: 3 tarixi şəxsiyyətlər. Tarixi mənbələrə nəzər yetirsək kifayət qədər tarixi şəxsiyyələrlə tanış olmaq imkanımız mövcutdur. Onların arasında eyni zamanda öz həmcinslərinə qarşı meyilli olanlara da rast glmək mümkündür. Bunu müəyyən etmək oduqca rahatdır. Ancaq ən qəliz iş gender identifikasiyası ilə bağlı məsələdir. Bir çox hallarda müəyyən etmək olmur – insan sadəcə bəzənib geyinməyi sevir, yoxsa özünü həqiqətən də əks cinsin nümayəndəsi hesab edir.

Chevalier d’Éon

Gizli agent, zadəgan və əvəzedilməz fextofal həyatının ilk yarısını kişi obrazında keçrmişdir. İkinci yarısını isə, qadın olmağı qərarlaşdırıb. Qəribəsi ondadır ki, onun əsl cinsi mənsubiyyəti hələdə tarixi mənbələrdə dəqiq qeyd edilməmişdir.

Fransalı zadəgan 1728-ci ildə vəkil ailəsində anadan olmuşdur. Öz apardığı gündəliyində d’Éon onu uşaqlıqda oğlan uşağı kimi geyindirsələrdə, əslində qız uşağı olduğunu yazırdı. Onun əlyazmalarına görə valideyinləri onu qəsdən belə geyindirirdilər. Gələcəkdə ailənin sahib olduğu əmlak və var-dövlət ona qalsın deyə. Vərəsəlik şərtlərinə görə bütün var-dövlət yalnız oğlan uşağına qalmalı idi. O əla qiymətlərlə fransa kollecini bitirir və saraya vəzir kimi təyinat alır. Lakin, 7 ildən sonra d’Éon fransa gizli diplomatları qruplaşmasını yaradır. Təşkilatın adını isə “Kral sirri” adlandırır.

d’Éonun həyatı olduqca rəngarəng keçir. O göstərişə əsasən Rusyaya gəlir və imperaor Yelezoveta Petrovnanın rəğbətini qazanmağa çalışır. Rus-avstrya alyansını pozmağa cəhd edir. Peterburqdan çıxmağı I Poturun vəsiyyəti kimi adlandırır. Və məhs Peterburqda d’Éon öz kişi geyimini qadın geyimi ilə əvəzləyir.

Chevalier d'Éon 2

Yelizavetanın ölümündən sonra d’Éonu geri, Fransaya çağırırlar. O yeddi illik müharibənin son döyüşlərində iştirak etmişdir. Yaralanmış və Müqəddəs Lyudovik ordeni ilə mükafatlandırılmışdır.

Vəzifəsindən azad olduqdan sonra d’Éon və onun səfirliklə arasında olan narazılıqlar xeyli söz-söhbələrə səbəb oldu. Məhs həmin vaxt onun əslində qadın olduğu deyilirdi. Bir çox nəşirlərdə d’Éonun karikaturaları nəşr edildi. Media aktiv şəkildə müzakirələrə qoşulmuşdu. Hətda deyilənə görə birjalarda onun qadın və ya kişi olması ilə bağlı mərclər də aparılırdı.

Chevalier d'Éon 3

Ancaq, yekunda d’Éonu özünü qadın kimi ifşa etməyə məcbur etdilər. 10 il sonra d’Éon onu hamı tərəfindən qadın kimi qəbul olunmasını özü tələb etdi. Rəsmi olaraq bundan sonra bütün tədbirlərdə və görüşlərdə qadım qiyafəsində görünməyə başladı. Nəticədə ölümünə qədər və ölümündən sonra belə hamı onu mademuazel de Bomon kimi çağırdı.

Yaşlı vaxtlarında belə mademuazel de Bomon ciddi cəhdlə hərbi işlərdə çalışmağa can atırdı.

İllər sonra mademuazel olduqca çətin dövürlər keçirir və kasıb şəraitdə dünyasını dəyişir. 81 yaşında Londonda ölür. Onun bədənini müayinə edən həkimin sözlrinə görə o həiqətən də kişi idi. “Rəsmi olaraq bəyan etmək istəyirəm ki, Chevalier d’Éonun cəsədini müayənə etdim və onun heçdə kiçik olmayan kişi orqanına sahib olduğunu müəyyən edim”.

Albert Cashier

Albert Kashiye

Təxmini 1843-cü ildə İrlandiyada Jenni İren Hojers adı ilə anadan olmuşdur. Hələdə onun hansı səbəbdən ABŞ-a gəldiyi məlum deyil. O özünə kişi adını, Albert adını götürür. Sonralar Jenni onun atalığının iş tapmağın rahat olması üçün onu oğlan uşağı kimi geyindirdiyini söyləmişdir. Hər halda bunun həqiqət olması sual altındadır.

Beləliklə Albert Cashier dünyaya gəlmişdir.

1962-ci ildə prezident Linkoln ordu yığmağa başlayır. Gün keçdikcə əsgərlərə ehtiyac artırdı. Nəticədə əsgər siyahısına Nyu-Yorkdan olan 19 yaşlı fermerin, yəni Albert Cashierin adı düşür.

Albert təxmini 40-a yaxın döyüşlərdə işirak edir. Ən məşhur iştirak etdiyi döyüş isə Viksburqun mühasirədən azad edilməsi olmuşdur. Bu onun həyatında ən təhlükəli əməliyyat olur və o əsir düşür. Buna baxmayaraq Albert əsirlikdən qaça bilir.

Albert Kashiye

Cashier 1965-ci ildə müharibədə iştirak edir, inanılmaz mükafatlar ilə hərbidən ayrılır. Bundan sonra İllinoysa qayıdır və həyatının sonuna qədər kişi görkəmində yaşayır.

40 il ərzində Albert kilsədə, qəbirstanlıqda və fənər ustası kimi çalışır. Dəyişik səbəbindən  Albert səsvermədə iştirak edə bilir, daha sonra isə veteran kimi müavinət ala bilir.

Albert Kashiye 3

1911-ci ildə Alberti maşın vurur, ayaqları qırılır. Həkim veteranın sirrinin üstünü açır. Ancaq, bütün örgəndiklərini heç kimə deməməyə söz verir. Yekunda Albert veteranlar üçün qocalar evində, sığınacaqda qalmalı olur və vaxt aşırı onu əsgər yoldaşları ziyarətə gəlir. Albertin vəziyyəti vaxt keçdikcə ağırlaşırdı. Onu ruhi xəstəxanaya keçirdilər. Nəticədə həkimlər yenidən Albertin geyimi altında qadın bədəninin olduğunu aşkar edirlər və onu Jenni kimi çağırırlar.

1915-ci ildə vəfat edir. Qəbri üzərində isə belə yazılır: “Albert D.J. Cashier”. O bütün medalları ilə hərbi geyimdə dəfn edilmişdir.

Aleksandr Aleksandrov

Aleksandr Aleksandrov

Nadejda Durova 1783-cü ildə Sarapulda anadan olmuşdur. Onun anası körpə yaşlarından qızına nifrət edirdi. Bir dəfə az qala onu karetanın pəncərəsindən atmaq istəyirdi. Uşaq möcüzə nəticəsində sağ qala bilmişdir.

Sonralar qızcığazın anası ciddi cəhdlə ona qadın məşğuliyyəti olan tikişi örgətmək istəyirdi. Nadejda isə əksinə, at sürməyə maraq göstərirdi. Qadın işləri onun üçün olduqca maraqsız və can sıxıcı məsələ kimi görünürdü.

18 yaşında Nadejdanı məhkəmə icraçısı Vasili Çernova ərə verirlər. Bir ildən sonra İvan adlı oğlan uşağı dünyaya gətirir. Həyatın qəribəliyindən dolayı Nadya oğlan uşağını sevmir və həmin illərdə hərbiyə yollanmağa çalışır. Digər versiyaya görə isə bu həvəsi onda kazak atlarını çapması yaratmışdır.

Aleksandr Aleksandrov

Çox keçmir ki, xanım hərbidə çalışmaq üçün özünə qoşun növü axtarmağa başlayır.

Lakin, bir problem yaranır, onun saqqalı olmur. Kazakların hamsı isə hərbidə saqqal saxlamalı idilər. O məcburiyyətdən yeganə saqqal tələb olunmayan  atlı hərbi qoşunlarına yazılmalı olur. O özünü Aleksandr Sokolov kimi təqdim edir. Nəticədə əsgər Akleksandr adını qazanır.

Müharibə onun həvəsi idi. Napalion müharibələrində işirak edərkən qorxu və narahatlıq hisləri keçirmir. Atışmanın qızğın anında yaralı hərbiçinin xilası üçün Aleksandr Qerqi xaçı ilə mükafatlandırılır.

Hadisələrin bu cür cərayan etməsi nəticəsində söhbət imperator I Aleksandra çatır və nəticədə xanım daha inamla kişi geyimini geyinməyə və hərbi fəaliyyətinə davam edir. İmperaor nadejdaya öz şərəfinə Aleksandrov soyadını verir.

Nadejda həyatı boyunca xeyli qəhrəmanlıqlar nümayiş etdirir. 1812-ci ildə bölük komandiri kimi Borodin müharibəsində iştirak edir. Lakin bu yerdə o başından zərbə alır.

Aleksandr Aleksandrov

33 yaşında atasının yalvarışlarına görə hərbidən uzaqlaşır və doğma yerlərdə yaşamağa qayıdır.

Həyatının sonuna qədər Aleksandrom soyadı ilə yaşayır. Yazdığı bütün məktublarda bu şəkildə imza atırdı. Həyatının sonu isə yalnız pişiklər və itlərlə keçirir.

Nadejda onu qadın kimi çağırarkən çox əsəbləşirdi. Oğlu belə ona məktub yazarkən “ana” deyə müraciə etdikdə onun məktubunu yandırmışdı. Növbəti məktubda isə “Aleksandr Aleksandra” müraciəti zamanı oğlunu cavablandırmışdır. Olduqca yaşlanarkən dünyasını dəyişmişdir. Ölüm qabağı vəsiətində mollanın onu “Aleksandrın qulu” deyə ağlamasını xahiş etmişdir. Ancaq molla yekunda adət-ənənələri pozmamağı qərarlaşdırır.

Dünya ölkələrinin sexual qəribəlikləriTarixin ən pozğun qadınları: bir gecəyə 50 kişi

Fikirlərinizi bildirin.