Top 5 xarici – qəddar manyaklar

502
Top 5 xarici - qəddar manyaklar

Top 5 xarici – qəddar manyaklar. Dünyada bir çox silsiləli cinayət törətmiş cinayətkarlar məlumdur. Qədar və vəhşicəsinə cinayət hadisələri törətmiş insanların siyahısı kifayət qədər uzanmaqdadır. Lakin, onlar arasında həqiqətəndə törətdiyi əməllərə görə diqqət mərkəzində olmuş insanla mövcutdur. Onlar sankı bütün insanlığa qənim kəsilməyə çalışmışlar.

Bir qayda olaraq təkrar cinayətlər törətmiş manyak deyərkən üç və daha artıq cinayət işləmiş insanlar nəzərdə tutulur. Bir çox hallarda manyaklar psixoloji problemlərdən əziyyət çəkən insanlardırlar. Onlar ya ağır uşaqlıq dövrü keçirir, ya da anadangəlmə mental deffekt halları yaşamış olurlar. Cinayətin motivi adətən sonda psixoloji məmnunluğun əldə edilməsi olduğundan qurbanları ilə sexual münasibətə daxil olmağa cəht göstərirlər.

Manyaklar tarix boyu insanları terrora məruz qoymuşlar. Millətindən və dini baxışlarından aslı olmayaraq dünyanın hər yerində rastlanmaqdadır. Adətən sudimist fikirlər və cinayətlər kişi cinayətkarları arasında rast gəlinsə də, bəzən qadınlar da bu kimi hərəkətlərə meyilli ola bilirlər. Eyni zamanda məlumat üçün bildirək ki, cinayət törədənlər sosiallaşma problemlərindən, alkoqolizimdən və narkoloji asıllıqdan əziyyət çəkənlərdirlər.

Beləliklə bu gün sizin diqqətinizə beynəlxalq turizim təşkilatının təqdim etdiyi ən qəddar silsiləli cinayət törətmiş insanların siyahısını və cinayət hadisələrini çatdırmaq istərdik.

Luis Cubillos

Latın Amerikanın ən qəddar manyakı, bəlkədə dünyanın ən qəddar manyakı Luis Alfredo Garavito Cubillos hesab edilir. Onu eyni zamanda vəşhi – La Bestia kimi də tanıyırlar. Bu kolumbiyalı təcəvüzkar və qatil 1999-cu ildə zorlama faktlarını, eyni zamanda 138 uşaq və yeniyetməyə qarşı təcavüzdə olduğunu boynuna almışdır.

Əgər onun verdiyi ifadəni və öldürülənlərin qalıqlarını əsas götürsək zərəçəkmişlərinin sayının 300-ü keçdiyi anlaşılır. O hər dəfəsində törətdiyi cinayətləri bir-bir boynuna almaqdadır. Yerli mətbuat onu “dünyanın ən təhlükəli silsiləli cinayətlər törətmiş cinayətkarı” kimi təqdim edirlər.

Garavitonun öldürdüyü bütün insanların yaşlarını, cinsini və sosial statusunu dəqiqliklə müəyyən etmək mümkündür. O istədiyi insana ya insanların çox olduğu yerdə, ya da əksinə, kənd yerlərində yaxınlaşır, kiçik hədiyyələr alır, pulla-konfetlərlə həvəsləndirir, yüngül qazanc imkanları təklif edirdi. Adətən sahibkar kimi özünü göstərən manyak eyni zamanda keşiş, fermer, küçə satıcısı, narkotik alverçisi və kart oyunçusu kimi də geyinirdi.

Uşaqların etimadını qazanaraq Gravatio onların əl-ayaqlarını bağlayır, soyundurur və sexual zorlama aktını icra edirdi. Əzabalar yekunlaşdıqdan sonra isə, öldürürdü. Bütün aşkarlanan uşaq bədənlərində əzab-əziyyət izləri aydın görülürdü. Belə ki, küt alətlərlə zərbələr və müxtəlif kəsik izləri aşkarlanmışdır.

Cinayətkar ələ keçdikdən və cəzası müəyyən olunduqdan sonra cəzasını kolumbiya türməsində çəkir. Qeyd edək ki, türmənin yerləşdiyi yer insanlardan və yaşayış yerlərindən olduqca kənarda yerləşir. Eyni zamanda o türmə rəbərliyi ilə özünü yaxşı, nümunəvi aparmaq qarşılığında sağ qalacağı ilə bağlı razılığa gəlmişdir. Həytına suiqəst olacağı ilə bağlı narahatlıq olduğundan digər cəza çəkənlərdən ayrıca otaqda saxlanılmışdır.

Gravatio 1 853 il və 9 gün müddətində həbs cəzası almışdır. Bu isə Kolumbiyanın tarixində ən uzun həbs cəzası olaraq qiymətləndirilir. Lakin, Kolumbiya xüsusi xidmət orqanları Gravationun cəzasını araşdırma zamanı bütün öldürdüyü insanların yerini göstədiyinə görə həbs müddətini 22 il azaltmışlar.

Daniel Camargo

Top 5 xarici - qəddar manyaklar

Cani olmamışdan qabaq Camargonun artıq bir neçə zorlama təcrübəsi olmuşdur. Bu işdə ona nişanlısı yardım etmişdir. Camargo onunla evlənmək istəyərkən Esperansanın 28 yaşı var idi. Lakin, qızın bakirə olmadığını anladıqdan sonra əsəbləşir. Qıza birlikdə olmaq üçün şərt irəli sürür. Yəni, əgər nişanlısı ona hər dəfəsində sexlə məşğul olmağa bakirə qızlar taparsa, deməli onlar birlikdə yaşaya bilərlər. Beləliklə birlilkdə törətdikləri cinayət hadisələri vüssət almağa başladı. Qısa zaman ərzində 5 qız uşağı zərərçəkmiş rolunda olmalı olur. Lakin, 5-ci qız hadisəni polisə xəbər vermişdir ki, nəticədə kolumbiyalı 8 il türmə cəzası alır.

Azadlığa çıxdıqdan sonra ilk ölümlə nəticələnən cinayətini törətmək qərarına gəlir. Məktəbin yanından keçərkən manyak 9 yaşlı qızı qaçırır, zorlayır və öldürür. Əvvəlki təcrübəsinə əsaslanaraq uşağın xəbər verəcəyindən çəkinir. Bir müddət sonra hadisə yerinə yenidən gələn zaman tutulur və bu dəfə 25 il həbs cəzası alır. Ancaq, türmədən qaçmağı bacarır.

1984-1986-cı illər arası Camargo Guayakiledə 54 zorlama və öldürmə hadisəsini həyata keçirir. İlk başdan yerli polis hadisələrin qurup tərəfindən törədildiyini düşünür. Bir insanın bu qədər insanı həyatından məhrum edə biləcəyini ağıllarına belə gətirmirlər. Camargo küçədə yaşayır və çörək pulunu qələm satmaqla əldə edir. Bəzən isə öldürdüyü insanların geyimlərini və ziynət əşyalarını da satırdı.

Manyak adətən aşağı sosial statustan olan və iş axtaran qızları seçirdi. Özünü xarici kimi qələmə verir, işlə bağlı kömək edəcəyini anladaraq onu kilsəyə və ya şəhər kənarına ötürmələrini xahiş edirdi. Yanında övladı yaşında qızla yol gedən yaşlı kişi heç bir şübhə oyatmırdı. Meşəyə çatan zaman isə yol yoldaşına yolu qısaltmağı təklif edirdi. Bəzi qızlar şübhələnib geri qayıtsalar Camargo buna mane olmurdu. Ancaq, razılaşanları zorlayıb öldürürdü. Qızlar çox müqavimət göstərdikdə isə bıçaqla zərbələr endirir və meyidi meşədə qoyurdu.

Camargo Kitoda 1986-cı ilin 26 fevral tarixində iki polis tərəfindən saxlanılır. Elizabet adlı 9 yaşlı uşağın ölümündən bir neçə dəqiqə sonra. Onun hərəkətləri şübhəli görünür. Əlindəki çantanı açdıqda isə qan içində uşağın meydi tapılır.

Daniel Camargo olduqca rahat şəkildə kolumbiya türməsindən qaçdıqdan sonra Ekvadorda 72 qızı öldürdüyünü boynuna almışdır. Hələ qəbri tapılmamış qızların cəsədlərinin yerini bir-bir göstərmişdir. 1994-cü ilin noyabr ayında türmədə qızların birinin qohum Jovanni Noger tərəfindən öldürülür.

John Gacy

Top 5 xarici - qəddar manyaklar 4

70-ci illərdə Amerikada ölüm halları xeyli vüssət almağa başladı. Adətən gənc insanlar oğurlanıb, zorlanıb öldürülürdü. Bunun səbəbkarı isə manyak John Wayne Gacy olmuşdur. O 1972-1978-ci illər arasında İllinoys şatatının Kuk vilayətində sexual zorakılıq halları ilə müşahidə olunan 33 yeniyetmə və gənci həyatından məhrum etmişdir.

Bütün məlum cinayətlər Gacynin Norvud parkdakı rançosunda baş vermişdir. Bir qayda olaraq gənclər onun əlinə yalan və ya güc müqabilində düşürdülər. Demək olarki hamsı boğularaq öldürülmüşdür. Yalnız birinci hadisə bıçaqlanma ilə törədilmişdir. Gacy heç vaxt birincidən öldürmürdü. O ilk öncə şikarının əllərini qandallayır vəya iplə bağlayır, sonra isə zorlayaraq müxtəlif zədələr yetirməklə öldürürdü. Hadisə zamanı səslər eşidilməsin deyə bir çox vaxt paltarından kəsərək qurbanlarının ağızlarını yummağa çalışırdı. Bəzən isə qurbanlar vanna otağında vannada boğulma halına gətirilir, sonrada özünə gətirilərək yenidən zorlanılırdı. Bəzilərini isə rezim iplərlə boğulurdu.

Gacy 26 insanın qalıqlarını evinin zirzəmisində gizlətmişdir. Üç başqa insanın da cəsədi sahibliyində olan ərazidə basdırılmışdır. Son dörd nəfərin cəsədi isə De-Pleyns çayına atılmışdır.

33 cinayətdə iddiham olunan Gaycy 1980-cı ilin 13 mart tarixində ölüm cəzasına məhkum edilmişdir. 14 il ölüm məhbusları üçün nəzərdə tutulan yerdə qaldıqdan sonra 1994-cü ilin 10 may tarixində Steyvill türməsində ölüm inyeksiyası ilə öldürülmüşdür.

«Ted» Bundy

Top 5 xarici - qəddar manyaklar

Theodore Robert «Ted» Bundy – əslən amerikalı olan cinayətkardır. O həm cinayətkar, həm insan oğrusu, həm zorlama əməlləri törədən, həm oğru, həm nekrofil hesab edilir. 1970-ci illərdə onlarla gənc qızın ölümündə təqsirləndirilir.

Edamından az əvvəl, on ildən çox inkar etməsinə baxmayaraq 30 insanı öldürdüyünü boynuna almışdır. Hadisələr 1974-1978-ci illər arası 7 şatı əhatə etmişdir. Zərərçəkənlərin dəqiq sayı müəyyən olmasada, bilinəndən dəfələrlə artıq olduğu düşünülür.

Təbii xarizması və yaraşıqlı olması bir çox qadınları yoldan çıxarmış və onun toruna salmışdır. Adətən Bundy qurbanlarına insanların çox olduğu yerdə yaxınlaşır, özünü yaralanmış və ya avtoritetli insan kimi qələmə verir. Sonradan heç kimin görmədiyi yerlərdə hücum çəkirdi. Bəzən saatlarla cinayət törədəcəyi yeri izləyir, öldürdüyü insanlarla cinsi əlaqədə olurdu. Bu zorlama halı meyidin heyvanlar tərəfindən yarasız hala düşəcəyi ana qədər davam edirdi. 12 nəfərə yaxın insanın başını kəsmiş, bir müddət evində həmin başları saxlamışdır. Bir neçə dəfə isə, qurbanlarının evinə soxularaq yatdıqları yerdə onları ölənə qədər döymüşdür.

1975-ci ildə Bundy ilk dəfə Yuta ştatında insan oğurluğu və öldürmə cəhtinə görə türməyə düşür. Sonradan o böyük siyahı üzrə açılmamış cinayət işləri üzrə bir neçə ştatda şübhəli şəxsə çevrilir. Koloradoda ölüm faktına görə iddihamlarla üzləşən zaman qaçmağı bacarmış və azadlıqda olaraq cinayətlərini davam etdirmişdir. 1978-ci ildə Florida ştatında daha üç cinayət faktından sonra birdəfəlik həbs olunur. Floridada həyata keçirilmiş əməllərə görə iki məhkəmə iddihamı ilə üç qat ölüm cəzası alır.

Bandy 1989-cu ilin 24 yanvar tarixində elektrik cərəyanı oturacağında cəzalandırılır. Onun bioqrafı Enn Rul manyakı “öldürdüyü an və öldürdükdən sonra qurbanının çəkdiyi əziyyətdən həzz alan sosiapad-sadist” kimi adlandırmışdır.

Gary Ridgway

Top 5 xarici - qəddar manyaklar

Manyak eyni zamanda Green-River kimi də tanınır. Keçən əsrdə ABŞ-da cinayət əməllərini həyata keçirmişdir. İlkin olaraq 48 sayda ayrı-ayrı cinayətlərdə ona qarşı iddihamlar irəli sürülmüşdür. Günahını boynuna almaqla bağlı razılaşma əsnasında əlavə iddihamlar əlavə olunaraq say 49-a yüksəlmişdir. Nəticədə ştatların tarixində ən “effektiv” cani obrazını yaratmışdır. Onun qurbanlarını 1980-1990-cı illər arası qadınlar və qızlar təşkil edir.

Ridgwayin öldürdüyü insanların çoxu sex-industriyanın işçiləri və evdən qaçmış yeniyetmələr idilər.

O adətən insanları boğaraq öldürdüyündən mətbuat axtarış zamanlarında, yəni hələ tam olaraq adını bilmədiyi vaxtlarda ona Green-River ləqəbini vermişdir. Öldürdükdən sonra cəsədləri meşəlik ərazilərə atır və sonradan tez-tez hadisə yerinə gələrək cinsi əlaqədə olurdu.

2001-ci ilin 30 noyabr tarixində Ridgway Vaşinqton ştatının Rentone vilayətində işlədiyi Konvort fabrikinin anbarını tərk edərkən həbs edilmişdir. DNK analizinə görə 4 cinayət faktı üzrə iddiham edilmişdir. Günahını boynuna alma razılaşmasına görə digər, tapılmayan qadın cəsədlərinin yerini açıqlamışdır. Ömürlük həbs cəzasına məhkum edilmişdir.

Son illərin 5 ən uğurlu sexual elmi kəşfləriKinomatoqrafiya tarixində təbii zorlanma səhnələri

Əvvəlki məqaləAvtombil (Kuzov) – Tək hissələrin dəyişdirilməsi
Növbəti məqaləSaqqal haqqında 7 mif

Fikirlərinizi bildirin.