Titulsuz lider – Robin Sharma

TİTULSUZ LİDER İŞDƏ VƏ HƏYATDA GERÇƏK UĞUR QAZANMAQ HAQQINDA MÜASİR HEKAYƏ

Əksəriyyətimiz həyatımızın ən yaxşı günlərini ayaqüstü komada keçiririk. Anlamırıq ki, həyatda həqiqətən mühüm olan özünün liderinə çevrilib potensialını tam gerçəkləşdirməkdir.

Sonra isə başqalarına potensiallarını tam gerçəkləşdirməyə yardımçı olmaq və dünyanı daha rahat etməkdir.

Robin Şarmanın “Ferrarisini satmış rahib”inin əməli davamı olan bu yeni kitab, beş müəllimin diliylə bunları bizə öyrədəcək.

Oxucu, bu kitabı sənə həsr edirəm. Daxili liderini oyatmaq istəyin məni ruhlandırır. Mən sənin tam gücünlə işləmək qətiyyətindən vəcdə gəlirəm.

Rastına çıxan hər bir adamı səninlə tanışlığına qədər olandan daha yaxşı etmək istəyin isə məni, insanların titulsuz liderlərə çevrilməsinə yardım etmək üçün, daha artıq qüvvə sərf etməyə sövq edir.

İyirmi il ötəcək və sən nəyisə lazımınca edə bilmədiyindən daha artıq, nələrisə ümumiyyətlə edə bilmədiyinə təəssüflənəcəksən. Ona görə də şübhələri bir yana qoy. Yelkənlərini aç və təhlükəsiz limandan uzaqlaş. Səmt küləyini tut. Tədqiq et. Xəyallara dal. Kəşflər et.

MARK TVEN

Hakimiyyətin 48 qanunu – Robert GreeneFerrarisini Satan Rahib – Robin Sharma

Əvvəlki məqaləTicklingi təcrübədən keçir – BDSM üçün yeni menyu
Növbəti məqaləÜz təmizlənməsi üçün 15 aspirinli maska

Fikirlərinizi bildirin.