Tez yuxuya getmənin 5 asan yolu. Heç bir qanunvericilik aktında sizin yuxu hüququnuzla bağlı heç bir qeydə rast gəlmədik. Buna baxmayaraq, siz hər zaman yuxu ehtiyacınızın olduğunu hiss edirsiniz. Bəzən isə bunun uğrunda mübarizə belə aparmağa hazırsınız. Mübarizə yollarını isə bu gün sizə britanyalı somnoloq Richard Evers təqdim edir.

Ehtiyacın olduğu qədər yatmağa çalış

Hər bir insanın yuxu ehtiyacları fərqlidir. Bəzilərinə dörd saat kifayət etsədə, bəzilərinə heç on saat da bəs etmir. Bu səbəbdən də, rejimlə yuxuya getməni sınaqdan keçirin. Əgər 5-6 saat yuxudan sonra özünüzü yaxşı hiss etdiyinizi anlasanız, özünüzü məcbur edib yenidən yatağa uzanmayın. Deməli sizin yuxusuzluq probleminiz yoxdur.

Əsəbləşməyin

Əgər öncədən axşam doyunca yatmalı, dincəlməli olduğunuzu düşünürsünüzsə o zaman yuxuya getməmək riskiniz daha çoxdur. Bu zaman orqanizimdə yuxuya mane olan stress harmonları ifraz edilə bilir. Bu halda yatmamışdan öncə soyuq duş alın. İsti duş əksinə yuxusuzluğu gücləndirə bilər.

Yalnız əlacsız vaxtlarınızda həblərdən istifadə edin

Ən yaxşı və təhlükəsiz yuxusuzluq dərmanları belə ay yarım, iki ay mütamadi istifadədən sonra asıllıq yaradır. Ona görə də, həbləri otlarla dəmlənmiş müxtəlif çaylarla əvəz etmək məsləhət görülür.

Həyatda bəzi həvəslərinizdən vaz keçin

Siqaret, kofe və çay (əsasən yaşıl çay) əsəb sistemini qıcıqlandırır. Nikatin və kofein miqdarını azaltsanız çox güman ki, yatağa girən kimi darıxıb yatacaqsınız.

3,5% yağlılığı olan bir stəkan süd için və ya bir dilim şkolad yeyin

Sözü gedən məhsulların tərkibindəki maddələr tez rahatlamağa və yuxuya getməyə yardımçı olur. Lakin, az yağlı süd içmək məsləhət görülmür. Bu cür süd əksinə yuxunuzu qaçıra bilər.

Erotik yuxularınızın mənasıYuxuyozma 1500Çox az yuxu yatan dahilər

Fikirlərinizi bildirin.