Televizora baxmaq kişilərin qadınlarla bağlı zövqlərini dəyişdirirmiş

116
Televizora baxmaq kişilərin qadınlarla bağlı zövqlərini dəyişdirirmiş

Televizora baxmaq kişilərin qadınlarla bağlı zövqlərini dəyişdirirmiş. Mütəxəsislərin fikrincə insan nə qədər çox televizora baxarsa, o qədər də fit bədənə sahib insanlarla maraqlanmağa başlayar.

Darem institunun araşdırmaçılarının sözlərinə görə TV kanallar adətən düz qamətli və arıq qızlara üstünlük verirlər. Bu kimi yanaşmanın və tendensiyanın insanların düşüncələrinə təsirini yoxlamaq üçün növbəti eksperiment keçirmək qərarına gəlmişlər. Alimlər Nikuraquanın bir neçə vilayətindən müxtəlif yaşda kişi və qadınlarını seçərək televizora daimi baxan və ümumiyyətlə baxmayanlar olmaqla iki qrupa ayırmışlar. Aydın məsələdir ki, bu insanlar ümumiyyətlə internetdən istifadə etməmişlər.

Araşdırma nəticəsində rəyi soruşulanlara təqdim edilən anketləri doldurmağı və müxtəlif ölçülərdə və formalarda təsvir edilmiş qadın şəkillərini qiymətləndirmələri xahiş edilmişdir. Sən demə, daim televizora baxan insanlar bir qayda olaraq daha arıq və formada olan qadınlara üstünlük vermişlər.

Alimlərin gəldikləri yekun nəticəyə görə kütləvi informasiya vasitələri insanlara konkret xarici görünüşlə bağlı fikirləri diktə edə bilirlər.

Bundan öncəki araşdırmaların nəticələrinə görə isə alimlər uzun müddətli ofisdə, oturaq işdə çalışmağın televizor qarşığsında oturaraq verlişlər izləməkdən nisbətən az təhlükəli olmasını isbat etmişlər.

Ofisdə uzun müddətli oturmaq, yerindən tərpənməməyin neqativ effektləri dəfələrlə dərc edilmişdir. Bu cür həyat tərzi piylənmə riskini artırır, ürək-damar xəstəlikləri yaradır və daha cavan yaşda dünyadan köçməyə zəmin yaradır.

Buna baxmayaraq, yeni nəticələrə əsasən ziyanlılıq baxımdan o belə televizor qarşısındakı istirahətə mənfi tərəfləri baxımından uduzur.

Alimlərin sözlərinə görə, artıq çəki əldə etməmək üçün qəbul etdiyiniz qidaların miqdarına diqqət yetirməlisiniz. Bu səbəbdən də, televizor və ya kompüter qarşısında yemək yemək artıq ziyanlı vərdişlər sırasında yer almaqdadır. Bu halda insanın başı qarışır və həmişəkindən daha çox yemək yeməli olur.

Alimlərin fikrincə dənizə baxmaq sağlamlığa xeyirlidirAlimlər qızların selfi etməklərinin səbəbini izah etdilər

Əvvəlki məqaləPəhrizlər sizin sexual əhvalınıza necə təsir göstərir?
Növbəti məqaləDarçının kişilər üçün xeyri

Fikirlərinizi bildirin.