Tattoo ustasından ən çox soruşulan 9 sual. İnsan üçün çox önəmli işin profesional tərəfindən görülməsidir. Bu narahatlıq həm tattoo, həm də digər sahələr üçün çox aktualdır. Hər bir insan çəkdirdiyi tattoonun gözəl, səliqəli və maraqlı görünməsini isəyir. Beləliklə, bu gün diqqətinizə 9 ən çox soruşulan sual və onun cavablarını çatdırmaq istərdik.

Tattoo – sanitar məsələləri
  • Tattoo ləvazimatlaı və alətlərinin strelizə, təmizlənmə məsələləri necə həyata keçirilir?

Seansda istifadə ediləcək bütün ləvazimatlar dezinfeksiya olunur: uzanacağınız yataq, maşın, alət və onun komponentləri. Təmizlik vasitələrindən isə antiseptik vasitələrdən istifadə olunur.Tattoonun çəkiləcəyi bədən hissəsi ciddi şəkildə təmizlənir. Alətlərdən başqa tattoo-ustası bütünlükdə salonu təmiz saxamalıdır. Bundan başqa prosedur zamanı ustanın əlcək və maskadan istifadəsinə diqqət yetirin.

  • İynələr sterilizə olunurmu?

Bəli. Mütləq nəzər alın ki, usta yeni iynə istifadə edir və onu bağlamadan sizin yanınızda açır. İynələr birdəfəlik istifadə üçün nəzərdə tutulmuşdur.

  • İstifadə olunmuş iynələrin və əlcəklərin aqibəti necə olur?

İynələri, əlcəkləri və kağız dəsmalları (salfetləri) xüsusi konteynerdə atmaq gərəklidir. Əgər bu cür konteyner yoxdursa, usta sizin gözünüz qarşısında istifadə etdiklərini atmalıdır.

Bundan başqa, seans zamanı istifadə olunan rənglər belə seansdan sonra utilizasiya olunmalıdır.

  • Tattoo-ya necə hazırlaşmaq lazımdır?

Tattoo seansına hazırlaşmağın xüsusi qaydaları mövcutdur. Bu qayddalara həm tattoo çəkdirən, həm də tattoo ustası riayət etməlidir.

Tattoo ustası haqqında ətraflı öyrənməyə çalışın və soruşun

Tatoo ustasından ən çox soruşulan 9 sual

  • Tattoo ustası kimi nə qədər təcrübəyə sahibsiniz?

Digər sənətlər kimi tattoo industriyasının ustasında da bacarıq və qabiliyyət önəmli məsələdir. İstedadlı, iki il təcrübəyə sahib gənc tattoo ustası 10 illik təcrübəyə sahib ustadan daha yaxşı ola bilər. Usta uzun illər təcrübəyə və təlimlərdən diplomlara sahib ola bilər, ancaq onun istedadı yoxdursa, bunun önəmi yoxdur. Bu səbəbdən siz öncədən qəbuluna gedəcəyiniz insanın portfolio səhfəsinə baxa və ya instagramdan onun işlərinə baxa bilərsiniz.

  • İşiniz üzrə özünüzü inkişaf etdirirsinizmi?

Sual sizə qəribə görünə bilər. Ancaq, bu sizə ustanın sahəsi üzrə yenilikləri izləyib-izləmədiyini müəyyən etdirəcək. Müasir tattoo ustaları həmkarları ilə daim fikirlərini bölüşməli, işlərini nümayiş etdirməli, müzakirələrə qatılmalı, dərslər almalı və bu sahə üzə kitab, məqalə oxumalıdırlar.

Mənim tattoo-larım.
  • Mənə tattoo çəkdirmək olarmı?

Burda hər şey sizin bədəninizin rənglərə reaksiyasından asılıdır. Rəngə qarşı alergiyanız ola bilər. Adətən usta öncədən bədənin bir hissəsində bunu yəqin etmək üçün yoxlamalıdır.

  • Nə qədər məbləğə hazır olmalıyam?

Sual bir az qeyri-müəyyəndir. Hər bir tattoo studiyasının və ustalarının özlərinin prays-listi olur. Qiymətlər tattoonun ölçüsündən, istifadə müddətindən, şəklin detalizasiyasından, rənglərin müxtəlifliyinə görə fərqlənir. Bunlarla yanaşı qiymətlərə ən çox təsir edən məsələ ustanın məşhurluğu ilə bağlıdır. Rəngləri və ölçüləri dəqiq seçməmiş kimsə sizə dəqiq qiymət deyə biməyəcək.

  • Çəkilişdən sonra tattoo-ya necə qulluq edilməlidir?

Yeni çəkilmiş tattoo səthinin sağalması 2-3 həfdə çəkə bilir. Prosesin rahat keçməsi üçün bəzi sadə qaydalara riayyət edin.

  • Saunaya və hamama getməyin. Yara tam sağalmayana qədər dənizdə, dəniz kənarında olmayın. Günəşdə çox görünməyin.
  • Əgər sağalmaq üçün qoruyucu örtükdən istifadə edirsinizsə, 5-6 gün istifadə edin. Çalışın suda çox saxlamayın.
  • Örtüyü götürdükdən sonra dərinin qurumaması və çatlamaması üçün müəyyən kremlərdən və uşaq kremlərindən istifadə edə bilərsiniz.

Qulluqla bağlı digər məlumatları tattoo ustanız sizə izah edəcəkdir.

Tattoo: seçimləri, vurulma yerləri, növləri, tarixiQadınların 10 ən sexsual bədən hissələri (kişilərin fikrincə)

Fikirlərinizi bildirin.