Tarixin TOP-10 ən bahalı klipi. Əgər siz düşünürsünüzsə ki, ən bahalı klipləri hip-hop janrının ifaçıları böyük pullar xərcləyərək, bahalı maşınlar nümayiş etdirərək, qızıl boyunbağılar taxaraq çəkdirir, o zaman bildirək ki, yanılırsınız.

Tarixin ən bahalı musiqili videolarının çoxu 90-cı illərdə çəkilmişdir. Siyahıya nəzər yetirsək daha çox iki məşhurun adını görmüş olarıq: Michael Jackson və Madonna.

Düzdü, başqa adlara da rast gələ bilərsiniz, ancaq gəlin ardicillıqla xatırlayaq.

Scream, Michael Jackson və Janet Jackson (1995)

7 000 000 dollar

Scream klipi artıq 20 il müddətində tarixin ən bahalı klipi adını qoruyub saxlaya bilmişdir. Hadisə 1995-ci ildə cərəyan etmişdir. Əsas xərc xüsusi effektlərin əldə edilməsi üçün nəzərdə tutulmuşdur. Bundan başqa ulduzların, Jackson ailəsinin iki üzvünün stilistlərinə və qrim mütəxəsislərinə gündəlik 11 000 dollar xərclənirdi. Ancaq, ən çox pul tələb edən məsələ kosmik gəmi olmuşdur. Gəmi sırf çəkilişlər üçün hazırlanmış və 65 000 dollara başa gəlmişdir.

Die Another Day, Madonna (2002)

6 100 000  dollar

Sən demə bir klipin qiyməti hollivud blokbasterinin kassa büdcəsindən də çox ola bilərmiş. Misal olaraq, 2002-ci ildə Madonnanın Die Another Day mahnısının videosu onun keçmiş ərinin, Guy Ritchienin “Kartlar, pullar, iki silah” filmindən daha bahalı idi. Yeri gəlmişkən, müğənni mahnını məxsusi olaraq Metro-Goldwyn-Mayerin xahişi ilə James Bond filiminə sauntrek olaraq yazdırmışdır.

Express Yourself, Madonna (1989)

5 000 000 dollar

Yenə də Madonna. Bu dəfə xanım rejisor David Fincherlə birgə çalışmışdır. Klip meydana çıxana qədər Michael və Janet Jacksonun Express Yourself trekinə çəkdirdikləri klip altı il müddətində ən bahalı klip statusunu qoruyub saxlayırdı.

Bedtime Story, Madonna (1995)

5 000 000 dollar

Təəcüblü heçnə yoxdur. Klipin çəkilişləri yeddi gün davam edib. Montaj isə olduqca çətin olduğundan yarım aya yekunlaşıb.

Black or White, Michael Jackson (1991)

4 000 000  dollar

Yenidən Michael Jacksona qayıdırıq. Hamı tərəfindən tanınan məşhur klipə Macaulay Culkin, Tyra Banks, George Wendt, Tess Harper çəkilmişlər. Yəqinki məhs onlar üçün pulun çox hissəsi nəzərdə tutulmuşdur. Digər tərəfdən 11 dəqiqəlik videonun uzunluğu heç cür ucuza başa gələ bilməzdi. Buna baxmayaraq video birmənalı qarşılanmır və televiziya yalnız 6 dəqiqəlik hissəsini göstərməyə razılıq verir.

Estranged, Guns N’Roses (1993)

4 000 000 dollar

Bu dəfə Jackson və Maddonnadan başqa rok janrının klassiki hesab edilən Guns N’Rosesin adını xatırlayaq. Bu klipdə onlar 4 milyon dolları təyyarələrə və gəmilərə xərcləmişlər. Ən yaxşı qazananlar dalğıclar hesab olunurlar.

Victory, Puff Daddy (1998)

2 700 000 dollar

Reperlər arasında klipə ən çox pul xərcləmiş 1998-vi ildə Puff Daddy, yəni Sean Combs olmuşdur. Klibdə həm kriminal, həm partlayışlar, həm atışma, həm də digər qanqster sayağı hadisələr əks etdirilmişdir. Klipdə eyni zamanda Dennis Hopper və “Danny” DeVito çəkilmişdir. Kaskador ordusunun hər birinə 5000 dollar qonarar verilmişdir. Ən çox pul aparan isə məxsusi olaraq 55 000 dollara duzəldilmiş, sonradan partladılmış təyyarə olmuşdur.

Too Legit to Quit, MC Hammer (1991)

2 500 000 dollar

Amerikalı reper MC Hammer klipə həddindən artıq pullar xərcləsə də, sonrada bu çarx onun karyerasının ən uğursuz işi kimi qiymətləndirildi. Buna baxmayaraq dünyanın ən bahalı klip siyahısına düşdüyünə görə o qədər də uğursuz hesab etmək olmaz.

Heartbreaker, Mariah Carey (1999)

2 500 000 dollar

Mariah-ın ən məşhur mahnısının yaşıdları tərəfindən hər yeni il bayramında səsləndirilməsinə baxmayaraq, ən böyük investisiyanı o məhs Heartbreaker kompozisiyasına qoymağı planlaşdırmışdır.Yalnız lokasiyanın icarəsinə – kinoteatr və əraziyə 140 000 dollar verməli olur. Animasiya isə 80 000 dollara başa gəlir.

What’s lt Gonna Be, Busta Rhymes və Janet Jackson (1999)

2 400 000 dollar

İlk onluğun sonunda yenədə Janet Jackson. Bu dəfə o tək deyil, Busta Rhymesla birgə qərarlaşmışdır. Ən çox pulu speseffektlər və qəhərmanlara çevrilmək istəyi aparmışdır. Partlayış səhnələrinə isə nə az, nə çox 20 000 dollar xərclənmişdir.

10 məşhur bisexual qadınƏrlərini döyən məşhur qadınlar

Fikirlərinizi bildirin.