Tanışlıq saytlarında necə aldanmamaq olar? Əgər siz yarınızı tanışlıq saytlarından tapmaq istəyirsinizsə, o zaman sizə ilk növbədə keyfiyyətli və rahat server tapmaq gərəklidir.

Lakin, unutmayın ki, virtual tanışlıqlar və söhbətlər sizi bu və ya digər risklərlə üz-üzə qoya bilər. Misal olaraq, qarşı tərəfin şəkli ona aid olmaya bilər və ya siz sadəcə feyk anketlə qarşılaşa bilərsiniz. Bu cür narahatlıqlardan tanışlıq saytlarının reytinq cədvəlində yerinə nəzər salaraq yayına bilərsiniz.

Tanışlıq saytları: bunu bilmək yaxşı olardı

Bəzi internet resurslar yalnız ünsiyyət üçün nəzərdə tutulmuş, bəzilərində isə arzularınızda olan kişi və ya qadını tapa bilərsiniz. Bəzi saytlar ciddi tanışlıqlar təklif edir, bəziləri isə evli insanlar üçün flirt imkanları ilə diqqət çəkməyə çalışırlar. Hər şey sizin qarşınıza qoyduğunuz məqsədlərdən aslı bir şeydir.

İlk başdan bütün resurslar insanların ünsiyyət məkanı kimi yaradılmışdır. Lakin, sonradan başqalarının güvənindən istifadə edərək qazanmaq istəyinə düşən insanlar peyda olmağa başladılar.

Real həyatda yalançıların qurbanı olmamaq üçün düzgün saytlara nəzər yetirilməlidir.

Təəsüf hisləri ilə bağlı riskləri azaltmaq üçün diqqət yetirilməli bəzi məsələlər:

  • Profildə əks etdirilmiş informasiyalara diqqətlə nəzər yetirin;
  • Qarşınızdakı insanı real həyatda görməyənə və daha yaxından tanımayana qədər maddi imkanlarınız haqqında heç vaxt məlumat verməyin;
  • Sizdən maddi yardım və ya dəstək istəsələr məsələyə ehtiyyatla yanaşın;
  • Şübhəli internet ünvanlarına daxil olmayın;
  • İlk görüşünüzü insanların çox olduqları yerlərdə təyin edin.
Yanlışlıqlar etməmək üçün

İlk olaraq daxil olduğunuz resursun, saytın reytinqinə diqqət yetirin. İkinci isə, sayt haqqında olan müsbət rəylərin çoxluğu sizin istəklərinizi realizə etməyə daha yaxın olar.

Başqa nələrə diqqət yetirilməlidir:

  • Auditoriyanın dəqiq müəyyən edilməsi (öz yaş kateqoriyanıza daha çox önəm verməyə çalışın);
  • Qeydiyyatdan keçmiş anketlərin sayı;
  • Saytda feyk səhifələrin çox olub-olmaması;
  • Şübhəli adlar (ayka-şirinka, pulla görüşən, evimdə masaj və s.);

Qeydiyyat və ünsiyyət

Siz internetdə qeydiyyat tələb etməyən tanışlıq saytlarına da rast gələ bilərsiniz. Bu resurslara qoşulmaq və istifadə etmək sizin az zamanınızı alsa da, adətən burda real tanışlıqlar qurmaq mümkünsüz olur.

Məsuliyyətli insanlar tərəfindən qeydiyyat zamanı bəzi məsələlərə diqqət yetirilməlidir. Məqsəd öncədən dəqiqliklə müəyyənləşdirilməli və o üzrə anket məlumatı formalaşdırılmalıdır.

Misal olaraq: siz ciddi münasibətlər axtarışındasınız. O zaman bu qeyd anketdə qeyd edilməli və nisbətən ciddi şəkillər anketə bərkidilməlidir. Maraqlar və qarşı tərəfdən gözləntilər aydın şəkildə əks etdirilməlidir.

Yüngül flirt üçün isə qısa cümlələr və bir neçə erotik məzmunlu şəkillər yetərli ola bilər.

Hansı tanışlıq sayıtları daha yaxşı hesab edilirlər?

Sizin yüngül ünsiyyətdən sonra zamanla yazışmalara, dostluğa və tədricən daha ciddi münasibətlərə yol açan tanışlıqlar qurmağa kifayət qədər şansınız var.

Beləliklə, diqqətinizə nisbətən daha çox məşhurluq qazanmış ödənişli və ödənişsiz saytların adlarını və qeydlərini çatdırmaq istərdik.

Saytın adı Xüsusiyyətləri Ödənişsiz xidmətləri Ödənişli xidmətləri Müsbət tərəfləri Mənfi tərəfləri
Julia Dates Beynəlxalq miqyasda sponsorlar və saxlanılmaq istəyən xanımların məkanı. Servisdə yalnız ödəniş etmək imkanında olan kişilər və qadınlar yer almaqdadırlar. Bütün anketlər 100% realdırlar, miderator tərəfindən yoxlanılmışdır. Servisi ödənişsiz şəkildə yalnız qızlar ziyarət edə bilərlər. Bu halda axtarış, səhifələrə baxış və qonaq səhifəsində iştirak imkanına sahib olurlar. Virtual hədiyyələr, VİP-status. İmkanlı kişilərdən və özünü saxlaya bilən qadınlardan ibarət böyük auditoriya. Rahat naviqasiya, asan anket formalaşdırma imkanı, mobil telefona bağlılığın olmaması, feyk anketlərin olmaması. Qeydiyyatsız ünsiyyət qurmaq olmur.
eDarling Dünya şəbəkəsində sayt 2008-ci ildən etibarən çalışır. O zamandan bəri milyonlarla insana portnyor tapmaqda yardımçı olmuşdur. İlkin qeydiyyat, digər anketlərə baxış imkanı, uyğunluq testindən keçmək. Premium-akkaunta sahiblənmək, resursun istifadəçiləri ilə ünsiyyət. Qarşı tərəfin intelektual sistemlə seçilməsi, rahat naviqasiya. Bütün istifadəçilər realdırlar. Xeyli sayda ödəişli xidmətləri mövcutdur. Anket əldə etmək üçün uzun müddətli test zamanı tələb edilir.
LovePlanet Hər gün saytı 800 000-dən çox insan ziyarət edir. Yeni tanışlıqlar tapmaq rahatdır. Orta yaş həddi 18-40 kimi qəbul edilir. Ünsiyyətin rahatlığı üçün daim yeni funksiyalar tədbiq edilir. Yeni şəkillərin əlavəsi, maraqların göstərilməsi, gündəlik formatında blokun aparılması, anketlər üzrə axtarış, onlara baxış və ünsiyyət. Akkaundun xarici görünüşü, reklamları söndürmək imkanı, “görünməzlik” effekti, yeni çat yaratmaq imkanı, bəyənənləri görmək, yazışmaların filtirləşdirilməsi. Sürətli qeydiyyat, asan interfeys, böyük auditoriya, menyunun rahat yerləşməsi, rəy bildirmə imkanları. Tez-tez robot olmdığınızı təsdiqləmək gərəklidir, ödəişli xidmətləri çoxdur.
Niyə bəzi saytlar ödənişlidir, bəziləri isə yox?

Məsələ ondadır ki, ödənişsiz serverlər istifadəçiyə ödənişli serverlərin verdiyi imkanları tanıda bilmirlər. Bu halda qarşı tərəfin fikrinin ciddi olması barədə heç bir təsdiq olmur.

Real rəylər nə verə bilər?

Tanışlıq saytlarını seçən zaman serverin özü haqqında yazdıqlarını oxumaq və anketlərə baxmaq yetərli deyil. Ciddi münasibət qurmaq istəyənlər real insanların sayt haqqında real rəylərini də oxumağı vacibdir. Bu sizə bir növ saytı daxildən görməyə və rahat seçim etməyə imkan yaradar.

Yaşınıza uyğun sex ehtiyacınızPortnyorunuz nə dərəcədə eqoist biridir?

Fikirlərinizi bildirin.